Kardiologiya Past Papers PDF - Doctors Team 2025

Document Details

EverlastingBirch4596

Uploaded by EverlastingBirch4596

Azerbaijan Medical University

2025

null

null

Tags

cardiology past papers medical examination heart disease doctor's team

Summary

This document appears to be a collection of past papers on cardiology, covering a range of topics including cardiac conditions, risk factors and diagnostic methods from Doctors' Team in 2025. The information is tailored to medical students.

Full Transcript

1. Ürəyin işemik xəstəliyini səciyyələndirin: A) Miokardın toksiki pozğunluğu B) Miokardın hemodinamik işemiyası C) Anemiya səbəbindən miokardın işemiyası D) Miokardın koronar mənşəli işemiyası E) Miokardın koronar mənşəli distrofiyası 2. Ürəyin işemik xəstəliyinin etiologiyasına aiddir: A) Düyünlü...

1. Ürəyin işemik xəstəliyini səciyyələndirin: A) Miokardın toksiki pozğunluğu B) Miokardın hemodinamik işemiyası C) Anemiya səbəbindən miokardın işemiyası D) Miokardın koronar mənşəli işemiyası E) Miokardın koronar mənşəli distrofiyası 2. Ürəyin işemik xəstəliyinin etiologiyasına aiddir: A) Düyünlü periarteriit səbəbindən miokardın işemiyası B) İnfeksion endokardit mənşəli (koronar tromboemboliya) miokardın nekrozu (infarktı) C) Miokardın revmatik (koronarit) mənşəli işemiyası D) Aortal stenoz səbəbindən miokardın işemiya E) Koronar damarların kiçik şaxələrinin disfunksiyası 3. Ürəyin işemik xəstəliyinin etiologiyasına aid deyil: A) Koronar arteriyanın aterosklerozu B) Koronar arteriyanın spazmı C) Koronar arteriyanın trombozu D) Mikrovaskulyar disfunksiya E) Koronar arteriyanın iltihabı 4. Aterosklerozun inkişafına güclü təkan verən xəstəliyi seçin: A) Hipotoniya B) Onkoloji xəstəliklər C) Hipertrofik KMP D) Hipertireoz E) Şəkərli diabet 5. ÜİX-in risk faktorlarına aiddir: A) Hipohomosisteinemiya B) Qanda yuxarısıxlıqlı lipoproteinlərin səviyyəsinin yüksəlməsi C) Şəkərsiz diabet D) Metabolik sindrom E) Arterial hipotenziya 6. ÜİX-in modifikasiya olunan risk faktorunu seçin: A) İrsiyyət B) Etnik qrup C) Dislipidemiya D) Yaş E) Cins 7. ÜİX-in modifikasiya olunmayan risk faktorunu seçin: A) Abdominal piylənmə B) Aşağısıxlıqlı lipopriteinlərin artması C) Arterial hipertenziya D) Fiziki passivlik E) Yaş 8. “İşemik kaskad”a daxil olmayanı seçin: A) Lokal sistolik disfunksiya B) Metabolizmin pozulması C) Diastolik disfunksiya D) Perfuziyanın pozulması E) Miokardın hiperplaziyası 9. Miokardın O2-nə tələbatının artması və O2-lə təchizatının normal olduğu hal ÜİX-in hansı klinik forması üçün patogenetikdir: A) Qeyr-stabil stenokardiya B) Q-dişsiz miokard infarktı C) Stabil stenokardiya D) Spontan stenokardiya E) Mikrovskulyar stenokardiya 10. Miokardın O2-nə tələbatının dəyişməməsi fonunda O2-lə təchizatının qəfil pisləşməsi ÜİX-in hansı klinik forması üçün patogenetikdir: A) İntramural miokard infarktı B) Transmural miokard infarktı C) Mikrovaskulyar stenokardiya D) Prinsmetal stenokardiyası E) Gərginlik stenokardiyası 11. Miokardın O2-nə tələbatının artması və onun O2-lə təchizatının pisləşməsi ÜİX- in hansı klinik forması üçün patogenetikdir: A) Qeyri-stabil stenokardiya B) İntramural miokard infarktı C) Prinsmetal stenokardiyası D) Stabil gərginlik stenokardiyası E) Mikrovaskulyar stenokardiya 12. Stenokardiya ağrıları adətən nə qədər davam edir: A) 1 saatadək B) 15 dəqiqəyədək C) Bir neçə saniyə D) 30 dəqiqəyədək E) 45 dəqiqəyədək 13. Stabil gərginlik stenokardiyası olan xəstədə ürək vurğularının sayının artması nəyə səbəb olur: A) Ürəyin O2-lə təchizatını azaldır B) Ağrının intensivliyini azaldır C) Ürəyin O2-yə tələbatını azaldır D) Ürəyin O2-yə tələbatını artırır E) Ürəyin O2-lə təchizatını artırır 14. Ürəyin O2-ə tələbatını artıran amili seçin: A) Ürək vurğularının sayının azalması B) Ürək əzələsinin gərginliyinin azalması C) Miokardın yığılma qabiliyyətinin azalması D) Sistolik AT-nin yüksəlməsi E) Sistolik AT-nin enməsi 15. Ürəyin O2-ə tələbatına təsir etməyən amili seçin: A) Sol mədəciyin son diastolik həcminin artması B) Ürəyin yığılma qabiliyyətinin yüksəlməsi C) Ürək vurğularının sayının artması D) AT-nin yüksəlməsi E) Kollateral qan dövranın pisləşməsi 16. Stabil gərginlik stenokardiya üçün patoqnomonik simptomlar hansıdır: A) Fiziki yük zamanı döş sümüyü arxasında göynədici ağrı və EKQ-də ST-seqmentinin depressiyası B) Fiziki yükdən sonra tək-tək mədəcik ekstrasistolyası C) Fiziki yükdən sonra arterial təzyiqin qalxması və baş ağrıları D) Sakitlikdə döş sümüyü arxası göynədici ağrı və ST-seqmentinin elevasiyası E) EKQ-də - V 2-6 aparmalarında T dişciyinin təcrid olunmuş deformasiyası 17. Xəstədə fiziki iş zamanı döş sümüyü arxasında yandırıcı xarakterli ağrı yaranmışdır. Ağrı nitroqliserin qəbulundan 3 dəq sonra keçmişdir. Ağrı tutması keçdikdən 5 dəq sonra çəkilən EKQ-də işemik dəyişiklik aşkar edilməmişdir. Qanda troponinin miqdarı normadadır. Hansı xəstəlikdən şübhələnərsiniz: A) Qeyri-stabil stenokardiya B) Angiospastik stenokardiya C) Subendokardial miokard infarktı D) Transmural miokard infarktı E) Stabil gərginlik stenokardiyası 18. Spontan stenokardiyanın gərginlik stenokardiyasının sakitlikdə baş verən (IV FS) formasından fərqli cəhətlərini seçin: A) Arterial hipertenziya müşahidə olunur B) Ürək vurğularının sayı kəskin artır C) AT-nin səviyyəsi enir D) Bradikardiya müşahidə olunur E) Ürək vurgularının sayı dəyişmir 19. Xəstənin 46 yaşı var, gecə sakitlikdə döş sümüyü arxası ağrı tutmaları meydana çıxmış və təqribən 10 dəq davam etmişdir. Ağrı müddətində EKQ-də ST seqmentinin elevasiyası müşahidə olunmuş və ağrı kəsildikdən sonra ST seqmenti izoxəttə enmişdir. Troponinlərin qanda səviyyəsi normadadır. Ehtimal olunan diaqnoz? A) Ağ ciyər arteriyasının tromboembolyası B) Prinsmetal stenokardiya C) İnfarktdan sonrakı anevrizmanın meydana çıxması D) Təkrar miokard infarktı E) Mikrovaskulyar stenokardiya 20. Hansı mülahizə Prinsmetal stenokardiya üçün daha xarakterikdir? A) Tutmaların aradan qalxması üçün β-blokatorların təyini vacib sayılır B) Stenokardiyanın əsas səbəbi tac damarların trombozudur C) EKQ-də ST seqmentinin depresiyası müşahidə olunur D) Ən çox fiziki işdən sonra meydana çıxır E) Stenokardiya tac damarların spazmı nəticəsində meydana çıxır 21. 53 yaşlı xəstədə fiziki iş zamanı döş sümüyü arxasında şiddətli yandırıcı ağrılar yaranmışdır. Ağrılar 10 dəq. davam etmişdir. Koronar angioqrafiyada dəyişiklik aşkar edilməmişdir. Hansı xəstəlikdən şübhələnərsiniz: A) Stabil gərginlik stenokardiyası B) Xəstədə işemik xəstəlik yoxdur C) Mikrovaskulyar stenokardiya D) Qeyri-stabil stenokardiya E) Spontan stenokardiya 22. Hemodinamik mənşəli qeyri-koronarogen işemiyanın səbəbidir: A) Miokard infarktı B) Vazospastik stenokardiya C) Mikrovaskulyar stenokardiya D) Aortal stenoz E) Gərginlik stenokardiyası 23. Hansı xəstəlik tredmil sınağı üçün əks-göstəriş deyil: A) Tənəffüs çatmamazlığı III dərəcə B) Kəskin tromboflebit C) Qeyri-stabil stenokardiya D) Kəskin miokard infarktı E) Stabil stenokardiya 24. Stenokardiyada “oğurlanma” sindromu yarada bilər: A) Nitronq B) Atenolol C) Mildronat D) Preduktal E) Dipiridamol 25. ÜİX-ə şübhəli 52 yaşlı kişidə veloerqometriya sınağı zamanı 150 Vt yüklənmədə döş sümüyünü arxasında yaranan göynədici ağrı fonunda ST seqmentinin 1,5 mm horizontal depressiyası müşahidə edilmişdir. Sınağın nəticələrini qiymətləndirin: A) Sınaq şübhəlidir, fiziki yükə tolerantlıq orta səviyyədədir B) Sınaq müsbətdir, fiziki yükə tolerantlıq aşağı səviyyədədir C) Sınaq mənfidir, fiziki yükə tolerantlıq yüksəkdir D) Sınaq müsbətdir, fiziki yükə tolerantlıq yüksəkdir E) Sınaq şübhəlidir, fiziki yükə tolerantlıq yüksəkdir 26. Stabil gərginlik stenokardiyasının qeyri-invaziv diaqnostikasında daha vacib metod hansıdır: A) Reoqrafiya B) Erqonovin sınağı C) Fonokardioqrafiya D) Sakitlikdə EKQ E) Yeməkborusudaxili stimulyasiya 27. Tac damarları aterosklerozunun diaqnostikasında ən informativ üsul hansıdır? A) EKQ-nin sutkalıq monitoru B) Sakitlikdə EKQ C) Stress-ExoKQ D) ExoKQ E) Koronar angioqrafiya 28. Stress-test sınağı zamanı EKQ-də ST seqmentinin depressiyası hansı xəstəlik üçün xarakterikdir: A) Miokardit B) Stabil gərginlik stenokardiyası C) Prinsmetal stenokardiyası D) Hemorragik perikardit E) Qeyri-stabil stenokardiya 29. Yanaşı arterial hipertenziyası olan pasiyentlərdə ÜİX-in diaqnostikası məqsədi ilə hansı müayinənin aparılması məqsədəuyğundur: A) Tredmil-test B) Yeməkborusudaxili stimulyasiya C) Veloerqometriya D) EKQ E) Tredmil test fonunda ExoKQ 30. ÜİX-in diaqnostikasında invaziv müayinə metodlarına aiddir: A) EKQ-nin sutkalıq Holter monitoru B) Stress-test C) EKQ D) Koronar angioqrafiya E) ExoKQ 31. Koronar angioqrafiya zamanı nəyi qiymətləndirmək mümkün deyil: A) Zədələnmənin yayılması B) Damar mənfəzinin daralma dərəcəsi C) Ürəyin yığılma qabiliyyətini D) Ürəyin qanla təchizatının anatomik tipləri E) Zədələnmənin lokalizasiyası 32. İşemiya formalaşana qədərki ilk mərhələdə pozitron-emission tomoqrafiya əsasən nə məqsədlə aparılır: A) Miokardın keçiricilik funksiyasının pozulmasını aşkar etmək B) Ürəyin diastolik disfunksiyasını aşkar etmək C) Ürəyin lokal sistolik disfunksiyasını aşkar etmək D) Miokardda yaranan metabolizm pozğunluğunu aşkar etmək E) Miokardda gedən nekrotik zədələnmənin lokalizasiyasını aşkar etmək 33. Müasir dövrdə ÜİX-də antilipidemik terapiya hansı göstəriciyə əsasən aparılır: A) Triqliseridlər B) Ümumi xolesterinə C) Yuxarısıxlıqlı lipoproteinlərə D) Çox aşağısıxlıqlı lipoproteinlərə E) Aşağısıxlıqlı lipoproteinlərə 34. ÜİX zamanı beta-blokatorların antiişemik təsiri nəyə əsaslanır: A) Koronar spazmın qarşısını alır B) Lipid spektrini tənzimləyir C) Kollateralları inkişaf etdirir D) Ürəyin oksigenə tələbatını azaldır E) Mikrovaskulyar disfunksiyanı aradan qaldırır 35. ÜİX-in hansı klinik formasında kalsium antaqonistləri seçim preparatıdır: A) Qeyri-stabil stenokardiya B) Mikrovaskulyar stenokardiya C) Stabil stenokardiya D) Proqressivləşən stenokardiya E) Prinsmetal stenokardiyası 36. Antiaqreqantlara aiddir: A) Papaverin B) Enoksapirin C) Nitroqliserin D) Aspirin E) Heparin 37. Arterial hipertenziyası olan 49 yaşlı kişi sakitlik zamanı döş sümüyünün arxasında deşici ağrılarla təxirəsalınmaz terapiya şöbəsinə daxil olub. Ağrı tutması zamanı EKQ-də ST seqmentinin 4 mm elevasiyası müşahidə edilir. Ağrılar nitroqliserin qəbulundan sonra azalmışdır. Koronar angioqrafiyada intakt arteriyalar aşkar edilir. Erqonovin sınağı müsbətdir. Hazırda xəstə arterial hipertenziyaya görə nadolol və diuretik qəbul edir. Müalicə sxemini necə dəyişmək lazımdır: A) Nadololu konkorla əvəzləmək B) Təyinatda dəyişikliyə ehtiyac yoxdur C) Beta-blokatoru kəsmək və kalsium antaqonisti təyin etmək D) Diuretiki kəsmək və AÇF inhibitoru təyin etmək E) Diuretiki ARB preparatı ilə əvəzləmək 38. Statinlərin təsir mexanizmi: A) Trombolitik təsirə malikdir B) AT-ni normallaşdırır C) Antianginal təsir göstərir D) Tac damarları genişləndirir E) Xolesterinin miqdarını azaldır 39. Hansı preparat yüksəksıxlıqlı lipoproteinlərin səviyyəsinə təsir etmir: A) Statinlər B) Fibratlar C) ω-3-yarımdoymuş yağ turşuları D) Beta blokatorlar E) Nikotik turşusu preparatları 40. Hansı antianginal preparat Prinsmetal stenokardiyasının müalicəsində əks- göstərişdir: A) Sustak forte B) Korinfar C) Kardiket D) Anaprilin E) Amlodipin 41. Nitratlara əks-göstərişi seçin: A) Reyno sindromu B) Ağrısız işemiya C) Spontan stenokardiya D) Stabil stenokardiya E) Ağır aortal stenoz 42. Nifedipinə əks-göstərişi seçin: A) Təcrid olunmuş arterial hipertenziya B) Essensial hipertenziya C) Prinsmetal stenokardiyası D) Stabil stenokardiya E) Kəskin miokard infarktı 43. Həm hipotenziv və həm də antianginal effekti olan preparatı seçin A) Koraksan B) Lizinopril C) Trimetazidin D) Lozartan E) Bisoprolol 44. Statinlərin çox rast gələn yanaşı təsirinə aiddir: A) Burun qanaxmaları B) Qəbizlik C) Podaqra D) Qanda transaminazaların səviyyəsinin yüksəlməsi E) Diareya 45. Qeyri-stabil stenokardiyaya aid edilir: A) Mikrovaskulyar stenokardiya B) Spontan stenokardiya C) Stabil gərginlik stenokardiyası III FS D) İnfarktdan sonrakı erkən stenokardiya E) Stabil gərginlik stenokardiyası II FS 46. Qeyri-stabil stenokardiyanın səbəbini seçin: A) Koronar arteriyanın kiçik şaxələrinin disfunksiyası B) Koronar arteriya mənfəsinin stenozu (>75%) C) Koronar arteriyanın spazmı D) Koronar arteriyanın mənfəsində trombositlərin aqreqasiyası (səthi tromb) E) Koronar arteriya mənfəsinin trombla tam tutulması 47. Qeyri-stabil stenokardiya bu xüsusiyyətinə görə proqnostik olaraq daha ağırdır: A) Venoz çatışmazlığın meydana çıxması B) Kəskin böyrək çatışmazlığı C) Ağ ciyər arteriyasının hipertenziyası D) Beyin damarlarının tromboemboliyası E) Miokard infarktına keçə bilər 48. Miokard infarktının başlanğıcının ən çox rast gələn klinik variantını seçin: A) Simptomsuz B) Serebrovaskulyar C) Astmatik D) Anginoz E) Abdominal 49. Miokard infarktından şübhələnmək üçün sinədəki dözülməz ağrı sindromunun davam müddəti nə qədər olmalıdır: A) >45 dəq. B) >60 dəq. C) >20 dəq. D) r 164. Anomal Kent dəstəsi ilə yaranan mədəciklərin əlavə lokal oyanması necə adlanır: A) Morqani - Adams - Stoks sindromu B) Laun-Qanonq-Levin sindromu C) Volf-Parkinson Uayt sindromu D) Klerk-Levi-Kristesko sindromu E) Frederik sindromu 165. Aritmiyaların müalicəsində hansı qrup preparatlar istifadə olunmur: A) Kalium kanalı blokatorları B) Natrium kanallarının blokatorları C) Ləng kalsium kanalı blokatorları D) AÇF inhibitorları E) Beta-adrenoblokatorlar 166. Kəskin ürək çatışmazlığının səbəbidir: A) Mikrovaskulyar stenokardiya B) Sinus aritmiyası C) Stabil stenokardiya D) Mitral qapağın prolapsı E) Kəskin miokard infarktı 167. Kəskin sağ mədəcik çatışmazlığının səbəbidir: A) Aortal stenoz B) Stabil stenokardiya C) Sinus aritmiyası D) Mitral qapağın prolapsı E) Sağ mədəciyin yaylmış miokard infarktı 168. Kəskin sağ mədəcik çatışmazlığı hansı halda inkişaf edə bilər: A) Kəskin perikardit B) Aortal çatışmazlıq C) Sol mədəciyin yaylmış miokard infarktı D) Prinsmetal stenokardiyası E) Tireotoksik ürək 169. Kəskin ürək çatışmazlığının səbəbi deyil: A) Ürəyin travması B) Paroksizmal mədəcik taxikardiyası ilə ağırlaşan miokard infarktı C) Ürəyin tamponadası D) AATE E) Spontan stenokardiya 170. Kardiogen şok üçün xarakter əlamətlər: A) Poliuriya, taxikardiya, alkaloz B) Asidoz, nəbz təzyiqi 50 mm.c.st-dan çox olması, nikturiya C) Sistolik AT-nin 80 mm.c.st aşağı düşməsi, oliqouriya, asidoz D) Asidoz, poliuriya, sistolik AT-in 90 mm.c.st-dan yuxarı qalxması E) Bradikardiya, pollakiuriya, sistolik AT-nin 180 mm.c.st-dan çox olması 171. Ağciyər ödeminin kliniki şəkli: A) Quru öskürək, fitverici xırıltılar B) Təngnəfəslik, sianoz C) Qanlı öskürək, anemik sindrom D) Kusmaul tənəffüsü, ağızdan aseton iyinin gəlməsi E) Temperaturun yüksəlməsi, qusma 172. Ürək astması ürəyin hansı şöbəsinin kəskin çatışmazlığının təzahürüdür: A) Hər iki mədəciyin B) Sol qulaqcığın C) Sağ qulaqcığın D) Sol mədəciyin E) Sağ mədəciyin 173. Birincili ürək çatışmazlığının səbəbidir: A) Birləşdirici toxumanın sistem xəstəliyi B) İnfarktdan sonrakı kardioskleroz C) Miokardın xronik işemiyası D) Kəskin miokard infarktı E) Miokarditlər 174. Xronik ürək çatışmazlığının ən çox rast gələn səbəbini seçin: A) İnfeksion endokardit B) Virus infeksiyası C) Şəkərli diabet D) Ürəyin işemik xəstəliyi E) Siqaret çəkmə 175. Xronik ürək çatışmazlığının səbəbi ola bilər: A) AÇF inhibitorlarının uzunmüddətli qəbulu B) Kiçikocaqlı pnevmoniya C) Eksudativ plevrit D) Qeyri-spesifik xoralı kolit E) Ürək qüsurları 176. Mədəciklərin hemodinamik yüklənməsindən yaranan ürək çatışmazlığının səbəbidir: A) HKMP B) Ürəyin amiloidozu C) Eksudativ perikardit D) Mitral stenoz E) Aorta dəliyinin stenozu 177. Mədəciklərin dolmasının pozulmasından yaranan ürək çatışmazlığının səbəbidir: A) Üçtaylı qapaq çatışmazlığı B) Mitral qapaq çatışmazlığı C) Ağciyər arteriyasının hipertenziyası D) Ağciyər arteriyasının stenozu E) Endomiokardial fibroz 178. Sol mədəcik çatışmazlığına səbəb ola biləcək amilləri seçin: A) Sağ mədəcik infarktı B) Ağciyər infarktı C) Kiçik dövranın arterial hipertenziyası D) Üçtaylı qapaq çatışmazlığı E) Sol mədəciyin ön divarının miokard infarktı 179. Hansı xəstəlik sol mədəcik çatışmazlığına gətirib çıxarmır: A) Aortal çatışmazlıq B) Ürəyin işemik xəstəliyi C) Miokardit D) Hipertoniya xəstəliyi E) Ağciyər arteriyasının tromboemboliyası 180. XÜÇ-un inkişafında rol oynayan vazokonstriktorlara aid edilmir: A) Antidiuretik hormon B) Endotelin-1 C) Simpatoadrenal sistem D) RAAS E) Kallikrein-kinin sistemi 181. RAAS aktivliyinin artmasının mənfi effektinə aid edilmir: A) Koronar vazokonstriksiya yaradır B) Böyrək qan dövranını pozur C) Miokardın O2-ə tələbatını artırır D) Sol mədəciyin remodelləşməsinə mane olur E) Ürək atımını azaldır 182. Sol mədəciyin diastolik funksiyasını qiymətləndirmək üçün əsas sadə metod hansıdır: A) Koronar angioqrafiya B) Yeməkborusu daxili stimulyasiya C) ExoKQ D) Miokardın ssintiqrafiyası E) EKQ-nin sutkalıq monitorinqi 183. Sol mədəciyin atım fraksiyası necə hesablanır: A) Dəqiqəlik həcmin son diastolik həcmə nisbətidir B) Son diastolik təzyiqin son sistolik təzyiqə nisbətidir C) Son diastolik həcmin son sistolik həcmə nisbətidir D) Vurğu həcminin son diastolik həcmə nisbətidir E) Vurğu həcminin %-lə ölçüsüdür 184. Xronik ürək çatışmazlığının erkən klinik əlamətlərinə aiddir: A) Hidrotoraks B) Anasarka C) Fiziki iş zamanı təngnəfəslik D) Assit E) Qara ciyərin böyüməsi 185. Xronik ürək çatışmazlığının gecikmiş klinik əlamətlərinə aiddir: A) Fiziki işə tolerantlığın azalması B) Fiziki iş zamanı dodaqlarda sianozun yaranması C) Kardialgiya D) Qara ciyərin böyüməsi E) Fiziki iş zamanı təngnəfəslik 186. Xronik ürək çatışmazlığının əsas diaqnostik metodunu seçin: A) Radioizotop ventrikuloqrafiya B) Döş qəfəsi orqanlarının rentgenoqrafiyası C) Spirometriya D) EKQ E) ExoKQ 187. Ürək çatışmazlığında sianozun əsas səbəbi: A) Sirkulə edən qanın həcminin artması B) Eritrositoz C) Oksihemoqlobinin azalması D) Qanda reduksiya olunmuş hemoqlobinin artması E) Hiperkapniya 188. Xroniki ürək çatışmazlıgında ödemlər üçün xarakterdir A) Göz qapaqlarının qaşınma ilə müşahidə olunan ödemi B) Bir baldırın lokal sianozla ödemi C) Səhər üzdə əmələ gəlir D) Birtərəfli infraorbital ödem E) İş gününün sonunda baldır və topuqların ödemi 189. Xronik ürək çatışmazlığının proqnostik xoşagəlməz faktoru hansıdır? A) Qulaqcıq ekstrasistoliyası B) Taxikardiya C) Ayaqda ödemlər D) Qaracyərin böyüməsi E) Atım fraksiyasının 30% aşağı enməsi 190. Xronik ürək çatışmazlığının Nyu-York təsnifatı nəyə əsaslanır: A) Ürək siklinə B) Mərhələlərinə C) Mənşəyinə D) Funksional sinifə E) Klinik variantlara 191. Qanda hansı göstəricinin artması ürək çatışmazlığı barədə məlumat verir? A) Kreatinin B) Hemoqlobin C) CRP D) Natriyuretik peptid E) Kreatinfosfokinaza 192. “Kiçik ürək” və zirvə vurğusunun itməsi ilə müşaiyət olunan sağ mədəcik çatışmazlığı hansı xəstəlik üçün xarakterikdir: A) Aortanın anevrizması B) İdiopatik KMP C) Arterial hipertenziya D) Mitral qapaq çatışmazlığı E) Konstriktiv perikardit 193. Yaşlı insanlarda durğunluq ürək çatışmazlığının inkişafının əsas səbəbini seçin: A) Metabolik sindrom B) Kollagenozlar C) Üçtaylı qapaq çatışmazlığı D) Mitral stenoz E) Ürəyin işemik xəstəliyi 194. Təcridolunmuş sistolik ürək çatışmazlığının xarakterik ExoKQ əlamətlərinə aiddir: A) Sol mədəciyin atım fraksiyası >50% B) Sol mədəciyin ölçüsünün böyümədiyi halda mədəciklərarası çəpərin qalınlığının artması (>15 mm) C) Sol mədəciyin normal ölçüdə olması D) Sol mədəciyin ölçüsünün əhəmiyyətli dərəcədə artması E) Perikard boşluğunda çoxlu miqdarda mayenin olması 195. Diastolik ürək çatışmazlığının ExoKQ əlamətinə aiddir: A) Sol mədəciyin dilatasiyası B) Atım fraksiyasının azalması C) Sol mədəciyin son sistolik ölçüsünün artması D) Sol mədəcik həcminin artması E) Atım fraksiyasının normada olması 196. Diastolik ürək çatışmazlığının diaqnostik meyarlarına aid edilmir: A) Miokardın yığılma funksiyasının qorunması B) Ürək çatışmazlığının klinik əlamətlərinin olması C) Sol mədəcik əzələsinin sərtliyinin artması D) Ürəyin yığılma funksiyasının kəskin azalması E) Sol mədəciyin qanla dolmasının pozulması 197. Xronik ürək çatışmazlığının müalicəsində istifadə olunan əsas preparatı seçin: A) Kortikosteroid B) Qeyri-steroid iltihab əleyhinə dərman C) Anabolik steroid D) ACF inhibitoru E) Kalsium kanal blokatoru 198. Müalicə fonunda durğunluq ürək çatışmazlığı olan xəstədə güclü öskürək yaranmışdır. Taktikanız necə olmalıdır: A) Beta-blokator qəbulunu dayandırmaq B) Spirinolakton preparatını kəsmək C) Tiazid tiuretikini tiazidəbənzər diuretiklə əvəzləmək D) Beta-blokatoru kalsium antaqonisti ilə əvəzləmək E) AÇF inhibitorunu ARB preparatı ilə əvəzləmək 199. ÜİX olan xəstələrdə xronik ürək çatışmazlığının müalicəsi zamanı yaşam müddətini artıran preparatlar hansıdır: A) Kalsium antaqonistləri B) Nitratlar C) Ürək qlikozidləri D) Spirinolakton preparatları E) AÇF inhibitorları 200. Diastolik ürək çatışmazlığında işlədilməsi tövsiyə edilmir: A) Diuretiklər B) Beta-blokatorlar C) ARB D) Ürək qlikozidləri E) AÇF inhibitorları

Use Quizgecko on...
Browser
Browser