Kardiologiya Past Papers PDF 2025 Doctor's Team

Summary

This document is a collection of past paper questions from the Doctor's Team, covering various topics in cardiology. The questions delve into heart diseases, diagnosis, and treatment.

Full Transcript

1. Ürəyin işemik xəstəliyini səciyyələndirin: A) Miokardın toksiki pozğunluğu B) Miokardın hemodinamik işemiyası C) Anemiya səbəbindən miokardın işemiyası D) Miokardın koronar mənşəli işemiyası E) Miokardın koronar mənşəli distrofiyası 2. Ürəyin işemik xəstəliyinin etiologiyasına aiddir: A) Düyünlü...

1. Ürəyin işemik xəstəliyini səciyyələndirin: A) Miokardın toksiki pozğunluğu B) Miokardın hemodinamik işemiyası C) Anemiya səbəbindən miokardın işemiyası D) Miokardın koronar mənşəli işemiyası E) Miokardın koronar mənşəli distrofiyası 2. Ürəyin işemik xəstəliyinin etiologiyasına aiddir: A) Düyünlü periarteriit səbəbindən miokardın işemiyası B) İnfeksion endokardit mənşəli (koronar tromboemboliya) miokardın nekrozu (infarktı) C) Miokardın revmatik (koronarit) mənşəli işemiyası D) Aortal stenoz səbəbindən miokardın işemiya E) Koronar damarların kiçik şaxələrinin disfunksiyası 3. Ürəyin işemik xəstəliyinin etiologiyasına aid deyil: A) Koronar arteriyanın aterosklerozu B) Koronar arteriyanın spazmı C) Koronar arteriyanın trombozu D) Mikrovaskulyar disfunksiya E) Koronar arteriyanın iltihabı 4. Aterosklerozun inkişafına güclü təkan verən xəstəliyi seçin: A) Hipotoniya B) Onkoloji xəstəliklər C) Hipertrofik KMP D) Hipertireoz E) Şəkərli diabet 5. ÜİX-in risk faktorlarına aiddir: A) Hipohomosisteinemiya B) Qanda yuxarısıxlıqlı lipoproteinlərin səviyyəsinin yüksəlməsi C) Şəkərsiz diabet D) Metabolik sindrom E) Arterial hipotenziya 6. ÜİX-in modifikasiya olunan risk faktorunu seçin: A) İrsiyyət B) Etnik qrup C) Dislipidemiya D) Yaş E) Cins 7. ÜİX-in modifikasiya olunmayan risk faktorunu seçin: A) Abdominal piylənmə B) Aşağısıxlıqlı lipopriteinlərin artması C) Arterial hipertenziya D) Fiziki passivlik E) Yaş 8. “İşemik kaskad”a daxil olmayanı seçin: A) Lokal sistolik disfunksiya B) Metabolizmin pozulması C) Diastolik disfunksiya D) Perfuziyanın pozulması E) Miokardın hiperplaziyası 9. Miokardın O2-nə tələbatının artması və O2-lə təchizatının normal olduğu hal ÜİX-in hansı klinik forması üçün patogenetikdir: A) Qeyr-stabil stenokardiya B) Q-dişsiz miokard infarktı C) Stabil stenokardiya D) Spontan stenokardiya E) Mikrovskulyar stenokardiya 10. Miokardın O2-nə tələbatının dəyişməməsi fonunda O2-lə təchizatının qəfil pisləşməsi ÜİX-in hansı klinik forması üçün patogenetikdir: A) İntramural miokard infarktı B) Transmural miokard infarktı C) Mikrovaskulyar stenokardiya D) Prinsmetal stenokardiyası E) Gərginlik stenokardiyası 11. Miokardın O2-nə tələbatının artması və onun O2-lə təchizatının pisləşməsi ÜİX- in hansı klinik forması üçün patogenetikdir: A) Qeyri-stabil stenokardiya B) İntramural miokard infarktı C) Prinsmetal stenokardiyası D) Stabil gərginlik stenokardiyası E) Mikrovaskulyar stenokardiya 12. Stenokardiya ağrıları adətən nə qədər davam edir: A) 1 saatadək B) 15 dəqiqəyədək C) Bir neçə saniyə D) 30 dəqiqəyədək E) 45 dəqiqəyədək 13. Stabil gərginlik stenokardiyası olan xəstədə ürək vurğularının sayının artması nəyə səbəb olur: A) Ürəyin O2-lə təchizatını azaldır B) Ağrının intensivliyini azaldır C) Ürəyin O2-yə tələbatını azaldır D) Ürəyin O2-yə tələbatını artırır E) Ürəyin O2-lə təchizatını artırır 14. Ürəyin O2-ə tələbatını artıran amili seçin: A) Ürək vurğularının sayının azalması B) Ürək əzələsinin gərginliyinin azalması C) Miokardın yığılma qabiliyyətinin azalması D) Sistolik AT-nin yüksəlməsi E) Sistolik AT-nin enməsi 15. Ürəyin O2-ə tələbatına təsir etməyən amili seçin: A) Sol mədəciyin son diastolik həcminin artması B) Ürəyin yığılma qabiliyyətinin yüksəlməsi C) Ürək vurğularının sayının artması D) AT-nin yüksəlməsi E) Kollateral qan dövranın pisləşməsi 16. Stabil gərginlik stenokardiya üçün patoqnomonik simptomlar hansıdır: A) Fiziki yük zamanı döş sümüyü arxasında göynədici ağrı və EKQ-də ST-seqmentinin depressiyası B) Fiziki yükdən sonra tək-tək mədəcik ekstrasistolyası C) Fiziki yükdən sonra arterial təzyiqin qalxması və baş ağrıları D) Sakitlikdə döş sümüyü arxası göynədici ağrı və ST-seqmentinin elevasiyası E) EKQ-də - V 2-6 aparmalarında T dişciyinin təcrid olunmuş deformasiyası 17. Xəstədə fiziki iş zamanı döş sümüyü arxasında yandırıcı xarakterli ağrı yaranmışdır. Ağrı nitroqliserin qəbulundan 3 dəq sonra keçmişdir. Ağrı tutması keçdikdən 5 dəq sonra çəkilən EKQ-də işemik dəyişiklik aşkar edilməmişdir. Qanda troponinin miqdarı normadadır. Hansı xəstəlikdən şübhələnərsiniz: A) Qeyri-stabil stenokardiya B) Angiospastik stenokardiya C) Subendokardial miokard infarktı D) Transmural miokard infarktı E) Stabil gərginlik stenokardiyası 18. Spontan stenokardiyanın gərginlik stenokardiyasının sakitlikdə baş verən (IV FS) formasından fərqli cəhətlərini seçin: A) Arterial hipertenziya müşahidə olunur B) Ürək vurğularının sayı kəskin artır C) AT-nin səviyyəsi enir D) Bradikardiya müşahidə olunur E) Ürək vurgularının sayı dəyişmir 19. Xəstənin 46 yaşı var, gecə sakitlikdə döş sümüyü arxası ağrı tutmaları meydana çıxmış və təqribən 10 dəq davam etmişdir. Ağrı müddətində EKQ-də ST seqmentinin elevasiyası müşahidə olunmuş və ağrı kəsildikdən sonra ST seqmenti izoxəttə enmişdir. Troponinlərin qanda səviyyəsi normadadır. Ehtimal olunan diaqnoz? A) Ağ ciyər arteriyasının tromboembolyası B) Prinsmetal stenokardiya C) İnfarktdan sonrakı anevrizmanın meydana çıxması D) Təkrar miokard infarktı E) Mikrovaskulyar stenokardiya 20. Hansı mülahizə Prinsmetal stenokardiya üçün daha xarakterikdir? A) Tutmaların aradan qalxması üçün β-blokatorların təyini vacib sayılır B) Stenokardiyanın əsas səbəbi tac damarların trombozudur C) EKQ-də ST seqmentinin depresiyası müşahidə olunur D) Ən çox fiziki işdən sonra meydana çıxır E) Stenokardiya tac damarların spazmı nəticəsində meydana çıxır 21. 53 yaşlı xəstədə fiziki iş zamanı döş sümüyü arxasında şiddətli yandırıcı ağrılar yaranmışdır. Ağrılar 10 dəq. davam etmişdir. Koronar angioqrafiyada dəyişiklik aşkar edilməmişdir. Hansı xəstəlikdən şübhələnərsiniz: A) Stabil gərginlik stenokardiyası B) Xəstədə işemik xəstəlik yoxdur C) Mikrovaskulyar stenokardiya D) Qeyri-stabil stenokardiya E) Spontan stenokardiya 22. Hemodinamik mənşəli qeyri-koronarogen işemiyanın səbəbidir: A) Miokard infarktı B) Vazospastik stenokardiya C) Mikrovaskulyar stenokardiya D) Aortal stenoz E) Gərginlik stenokardiyası 23. Hansı xəstəlik tredmil sınağı üçün əks-göstəriş deyil: A) Tənəffüs çatmamazlığı III dərəcə B) Kəskin tromboflebit C) Qeyri-stabil stenokardiya D) Kəskin miokard infarktı E) Stabil stenokardiya 24. Stenokardiyada “oğurlanma” sindromu yarada bilər: A) Nitronq B) Atenolol C) Mildronat D) Preduktal E) Dipiridamol 25. ÜİX-ə şübhəli 52 yaşlı kişidə veloerqometriya sınağı zamanı 150 Vt yüklənmədə döş sümüyünü arxasında yaranan göynədici ağrı fonunda ST seqmentinin 1,5 mm horizontal depressiyası müşahidə edilmişdir. Sınağın nəticələrini qiymətləndirin: A) Sınaq şübhəlidir, fiziki yükə tolerantlıq orta səviyyədədir B) Sınaq müsbətdir, fiziki yükə tolerantlıq aşağı səviyyədədir C) Sınaq mənfidir, fiziki yükə tolerantlıq yüksəkdir D) Sınaq müsbətdir, fiziki yükə tolerantlıq yüksəkdir E) Sınaq şübhəlidir, fiziki yükə tolerantlıq yüksəkdir 26. Stabil gərginlik stenokardiyasının qeyri-invaziv diaqnostikasında daha vacib metod hansıdır: A) Reoqrafiya B) Erqonovin sınağı C) Fonokardioqrafiya D) Sakitlikdə EKQ E) Yeməkborusudaxili stimulyasiya 27. Tac damarları aterosklerozunun diaqnostikasında ən informativ üsul hansıdır? A) EKQ-nin sutkalıq monitoru B) Sakitlikdə EKQ C) Stress-ExoKQ D) ExoKQ E) Koronar angioqrafiya 28. Stress-test sınağı zamanı EKQ-də ST seqmentinin depressiyası hansı xəstəlik üçün xarakterikdir: A) Miokardit B) Stabil gərginlik stenokardiyası C) Prinsmetal stenokardiyası D) Hemorragik perikardit E) Qeyri-stabil stenokardiya 29. Yanaşı arterial hipertenziyası olan pasiyentlərdə ÜİX-in diaqnostikası məqsədi ilə hansı müayinənin aparılması məqsədəuyğundur: A) Tredmil-test B) Yeməkborusudaxili stimulyasiya C) Veloerqometriya D) EKQ E) Tredmil test fonunda ExoKQ 30. ÜİX-in diaqnostikasında invaziv müayinə metodlarına aiddir: A) EKQ-nin sutkalıq Holter monitoru B) Stress-test C) EKQ D) Koronar angioqrafiya E) ExoKQ 31. Koronar angioqrafiya zamanı nəyi qiymətləndirmək mümkün deyil: A) Zədələnmənin yayılması B) Damar mənfəzinin daralma dərəcəsi C) Ürəyin yığılma qabiliyyətini D) Ürəyin qanla təchizatının anatomik tipləri E) Zədələnmənin lokalizasiyası 32. İşemiya formalaşana qədərki ilk mərhələdə pozitron-emission tomoqrafiya əsasən nə məqsədlə aparılır: A) Miokardın keçiricilik funksiyasının pozulmasını aşkar etmək B) Ürəyin diastolik disfunksiyasını aşkar etmək C) Ürəyin lokal sistolik disfunksiyasını aşkar etmək D) Miokardda yaranan metabolizm pozğunluğunu aşkar etmək E) Miokardda gedən nekrotik zədələnmənin lokalizasiyasını aşkar etmək 33. Müasir dövrdə ÜİX-də antilipidemik terapiya hansı göstəriciyə əsasən aparılır: A) Triqliseridlər B) Ümumi xolesterinə C) Yuxarısıxlıqlı lipoproteinlərə D) Çox aşağısıxlıqlı lipoproteinlərə E) Aşağısıxlıqlı lipoproteinlərə 34. ÜİX zamanı beta-blokatorların antiişemik təsiri nəyə əsaslanır: A) Koronar spazmın qarşısını alır B) Lipid spektrini tənzimləyir C) Kollateralları inkişaf etdirir D) Ürəyin oksigenə tələbatını azaldır E) Mikrovaskulyar disfunksiyanı aradan qaldırır 35. ÜİX-in hansı klinik formasında kalsium antaqonistləri seçim preparatıdır: A) Qeyri-stabil stenokardiya B) Mikrovaskulyar stenokardiya C) Stabil stenokardiya D) Proqressivləşən stenokardiya E) Prinsmetal stenokardiyası 36. Antiaqreqantlara aiddir: A) Papaverin B) Enoksapirin C) Nitroqliserin D) Aspirin E) Heparin 37. Arterial hipertenziyası olan 49 yaşlı kişi sakitlik zamanı döş sümüyünün arxasında deşici ağrılarla təxirəsalınmaz terapiya şöbəsinə daxil olub. Ağrı tutması zamanı EKQ-də ST seqmentinin 4 mm elevasiyası müşahidə edilir. Ağrılar nitroqliserin qəbulundan sonra azalmışdır. Koronar angioqrafiyada intakt arteriyalar aşkar edilir. Erqonovin sınağı müsbətdir. Hazırda xəstə arterial hipertenziyaya görə nadolol və diuretik qəbul edir. Müalicə sxemini necə dəyişmək lazımdır: A) Nadololu konkorla əvəzləmək B) Təyinatda dəyişikliyə ehtiyac yoxdur C) Beta-blokatoru kəsmək və kalsium antaqonisti təyin etmək D) Diuretiki kəsmək və AÇF inhibitoru təyin etmək E) Diuretiki ARB preparatı ilə əvəzləmək 38. Statinlərin təsir mexanizmi: A) Trombolitik təsirə malikdir B) AT-ni normallaşdırır C) Antianginal təsir göstərir D) Tac damarları genişləndirir E) Xolesterinin miqdarını azaldır 39. Hansı preparat yüksəksıxlıqlı lipoproteinlərin səviyyəsinə təsir etmir: A) Statinlər B) Fibratlar C) ω-3-yarımdoymuş yağ turşuları D) Beta blokatorlar E) Nikotik turşusu preparatları 40. Hansı antianginal preparat Prinsmetal stenokardiyasının müalicəsində əks- göstərişdir: A) Sustak forte B) Korinfar C) Kardiket D) Anaprilin E) Amlodipin 41. Nitratlara əks-göstərişi seçin:

Use Quizgecko on...
Browser
Browser