Summary

This document discusses the concept of Din (Islam) encompassing beliefs, practices, and ethics. It highlights Islam's role as a guide and source of happiness, virtue, and justice in life, presenting it as a complete system encompassing faith, law and moral conduct. It's a discourse on the importance of prayer (namaz), emphasizing it as a way to connect with God and attain spiritual fulfillment.

Full Transcript

DİN Din Allahın yoludur. Din heç bir insan təsəvvürünün, zəkasının məhsulu deyil. O, aləmləri yoxdan var edən, Uca və Qadir Allahın insana bu fani dünyaya nə üçün göndərildiyini, vəzifəsinin nədən ibarət olduğunu və əbədi həyatı necə qazanmağın yollarını öyrədən hidayət yolu...

DİN Din Allahın yoludur. Din heç bir insan təsəvvürünün, zəkasının məhsulu deyil. O, aləmləri yoxdan var edən, Uca və Qadir Allahın insana bu fani dünyaya nə üçün göndərildiyini, vəzifəsinin nədən ibarət olduğunu və əbədi həyatı necə qazanmağın yollarını öyrədən hidayət yolu- dur. Din ona inanan, inandığı kimi yaşayan in- sanların önündə açılmış bir səadət qaynağı- dır. Təməli əqidə, gövdəsi şəriət, meyvəsi isə əxlaqdır. Din halalı haramdan, haqqı batildən, xeyiri şərdən ayıran nizamdır. Din həyatın özü, əxlaq və ədəbin mənbəyidir. O, sosial həyatda həqiqi bərabərliyin, gerçək sevginin və ədalətin simvoludur. Din könüllərə açılan mərhəmət, zehinlərə qida, ağıllara nur, təfəkkürə yeni üfüq, mənəviyyatdakı bütün dərdlərə dərmandır. Din etiqad, əməl və əxlaq üçlüyünün əsl adıdır. Din mənəvi acıların, iztirabların bitdiyi, ələmlərin 2 tükəndiyi nöqtədir. Din hər kəsin haqqını bilmək, tanımaq və ona əməl etməkdir. Bu haqları yerinə yetirməyən mömin ola bilməz. Mömin olmaq cani-könüldən Allaha bütün qəlbi ilə inanmaq və Onun hər bir əmrinə boyun əyməkdir. Mö- min şəxs həyatı boyu varlığının Allaha borclu olduğunu heç bir vaxt unutmayan, unutduğuna və həmin məqamlarda etdiyi pis əməllərə görə tövbə edən şəxsdir. Din problemlərin çözüm yeri, dar düşüncələrdən xilas olma zəmini, sağ- lamlığın məhvəridir. Din Allahın istədiyi kimi yaşam tərzidir. Bütün peyğəmbərlərin təlim və təbliğ etdiyi din, İslama aparan yoldur. “Allah yanında din - islamdır”. İslam, sadəcə, etiqadlar, nəzəriyyələr və axirət inancı ilə məhdudlaşmır. Bütün həyatı, həyatın hər zəruri sahəsini ehtiva edən, dinamik, aktiv və Qiyamətə qədər aktual olan bir səmavi mədəniyyətdir. 3 «Аллащ-Tяала намазы мяним эюзляримин нуру етди. Йемяк аъын, су тяшнянин мящбубу олдуьу кими, намазы да мяним мящбубум етди. Фярг йалныз будур ки, аъ инсан чюряк йейяндя, тяшня дя су ичяндя дойар, анъаг мян намаздан доймарам». Hяzrяti Muhяmmяd (сялляллащу ялейщи вя алищи вя сяллям) 4 NAMAZ İslam dininin əsaslarından biri də namazdır. Namaz hər bir müsəlmanın Allahı qarşısında itaətkarlığının göstəricisidir. Çünki namaz Allah yanında imandan sonra ən sevimli və ən yüksək əməldir. Namaz dinin dirəyi, möminin meracı, cənnətin açarı olan bir ibadətdir. Namaz möminin Rəbbi ilə ünsiyyətdə olduğu ən şərəfli andır. Namaz möminin qəlbini nurlandıran, ima- nın kamilliyə doğru olduğunu göstərən, bir çox günah və xətaların əfvinə və Allah yanında dərəcəsinin artmasına səbəb olan bir ibadətdir. Namaz Rəbbimizlə qurduğumuz ən güclü sevgi və ünsiyyət rabitəsidir. Uca Rəbbimizi hər zaman olduğu kimi namazda da bütün varlığı- mızla hiss edərik. Namaz qılarkən sanki qanadlanıb bu dünya- nın sərhədlərindən çıxır, nur aləminə qərq olu- ruq və imanımız güclənir, dərinləşir, ruhumuz mənəvi ləzzət dadır. Merac hədiyyəsi olan na- 5 maz bizim də meracımız olar. Biz zəif və fani varlıqlarıq. Ona görə də qüdrəti sonsuz olan Allahın hüzurunda Ondan başqa hər şeyi unudaraq ehtiramla ona səcdə edirik. Beləcə, kimə səcdə etdiyimizi anlayaraq, əsil namaza çatmağa çalışmalıyıq. Namaz təkcə bədənin deyil, həm də ruhun səcdəsidir və mö- min namazla həyat tapar. Namaz qəlbə qeyb aləminin qapılarını açan bir iba­­dətdir. Namaz mömin insanı kamilliyə aparan ən önəmli ibadətdir. Gəlin namaz qılan­ da elə namaz qılaq ki, namazımız heç za- man bit­mə­sin. Çünki namaz Uca Yaradana qovuşmaqdır! 6 Allahыm, namazы gözцmцn nuru et, onu mяnя sevdir! Onunla yollarымы işыqlandыr vя hяyatыmыn bir gцnцnц belя namazsыz etmя! 7 Həzrət MƏhəmməd (s.) və Əhli-beytin (ə) namazlarından örnəklər Kainatın Fəxri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) möminlərin namazda- kı halını necə də gözəl ifadə etmişdir: “Rəbbini görməsən də, sanki onu görən kimi Ona ibadət et! Çünki O səni görür”. Görəsən, Allah Rəsulu (s.) namazı necə qı- lardı? Bu hər birimizi zaman-zaman düşündür- müşdür. Allah Rəsulu (s.) namaza başladığı zaman ətrafında olanlar onun köksündən qaynayan su səsinə bən­zər bir səs eşidərdilər. Kainatın Fəxri Rəsulullah (s.) Allahın (c.c.) hü­­zu­­runda olduğu- nu bütün varlığı ilə, bütün vücudu ilə hiss edər, ürpər, qorxar və sevinərdi. O, (s.) namaza durduğu zaman İlahinin hüzu- rundan ayrılmaq istəməzdi. Qiyamda o qədər qa- lar, o qədər uzun surələr oxuyardı ki, hətta ayaq- ları şişərdi. Səcdədə o qədər qalardı ki, görənlər dünyasını dəyişdiyini sanardılar. O, namazı necə 8 sevdiyini bir hədisində “Namaz gözümün nuru- dur” - deyə ifadə etmişdir. Möminlərin Əmiri Həzrət Əli (əleyhissə­­lam) namaz vaxtı gəldikdə halı dəyişər, rəngi qaçar və titrəyərdi. Səbəbini soruşduqda isə belə deyərdi: “İndi Allahın yerlərə və göylərə buyurduğu və onların da bu ağırlığı daşımaqdan qorxub- çəkindiyi əmanətin əda vaxtı olduğunu bilmir- sinizmi? Mən bu əmanət yükü ilə yüklənmişəm. Götürdüyüm bu İlahi əmanəti ən gözəl şəkildə əda edib- edə bilməyəcəyimi də bilmirəm”. Xanım Fatimeyi- Zəhranın (s.ə.) namazda Allah-Təalanın qorxusundan nəfəsi çətin gedib- gələrdi. Şəhidlər Sərvəri İmam Hüseyn (ə.s) hətta Kərbəlada döyüşün ən şiddətli anında belə na- mazı unutmamış, “Rəbbim namazı necə sevdiyi- mi bilir” - deyə namazını qılmışdır. İmam Zeynəlabidin (əleyhissəlam) də hər gün yüzlərcə rükət namaz qılardı. Təhəccüd (gecə oyaq qalmaq) namazını da əsla tərk etməzdi. Dəstəmaz alarkən üzü saralar, namaz qılmaq üçün ayağa qalxdıqda isə bütün vücudu titrəyərdi. Səbəbini soruşanlara da “Kimin hü- 9 zurunda dayandığımdan xəbəriniz yoxdurmu?” - deyə cavab verərdi. Bir gün İmam Zeynəlabidin (ə.s) namaz qılarkən evində yanğın olur. O, namazı pozmur və namazına davam edir. Namaz bit­dikdən son- ra hadisəni danışanlara isə "İçim­dəki yanğın o qədər şiddətli idi ki, evimin yandığını duyma- dım. Onun üçün də yanğından xəbərim olmadı" - deyir. Həzrəti Əlinin (ə.s) yaxın tərəfdaşı olan Üveys Qərani gecələrini ibadətlə keçirərdi. Bir gecəyə "bu gecə leylətus-sücud", yəni “səcdə gecəsi” deyər, səhərə qədər səcdə ilə gecəni əhya edərdi. Digər bir gecəyə isə "bu gecə leylətul-qiyam", yəni “qiyam gecəsi” deyər, gecəni səhərə qədər qiyamda ibadətlə əhya edərdi. Böyüklərin namazı və namazdakı halları belə idi. Doğrudur, biz onlar kimi ola bilmərik, lakin onlara bənzəmək üçün səy göstərməliyik. Yeri gəlmişkən, bir məsələni də qeyd edək. Heç vaxt “Mənim namazım hara, əsil namaz hara?” deyib namazınızı kiçik hesab etmə­yin. O, bitərək ağac olmağa başlayan xurma çəyirdəyinə bənzər. Oxuyaraq, anlayaraq, dinləyərək, çalışa- 10 raq, Haqqın hüzurunda olduğumuzu düşünərək həqiqi namaza biz də zaman keçdikcə müvəffəq ola bilərik. “Ola bilmərəm”- deyərək əsla ümidsizliyə düşməyin. Bir “çəyirdək’’ olaraq qalsaq belə, heç vaxt namazımızı tərk etməyək. Namazın həqiqətindən və nurundan hər kəsə öz niyyətinə görə pay verilir. Uca Allahdan hər birimizə bu nura sahib olmağı diləyirik! Namaz dяrdimя яlac, yanыq qяlbimя mяlhяm, Onsuz яbяdi hяyat mяnim olsa, istяmяm. 11 Namaza hazırlıq Təharət (paklıq) uDəstəmaz uTəyəmmüm uQüsl Dəstəmaz Dəstəmaz bir ibadətdir. Allah-Təala Qurani- Kərimdə buyurur : ‫يم‬ َّ ‫الر ْحمٰ ِن‬ ِ ‫الر ِح‬ َّ ِ‫ِب ْس ِـم اهلل‬ َ ‫اغ ِسلُوا ُو ُج‬ ‫وه ُك ْم‬ َ ‫الص‬ ْ ‫ال ِة َف‬ ٰ َّ ‫ين ٰا َمنُ ۤوا اِ َذا ُقمْتُ ْم اِلى‬َ ‫َي ۤااَُّي َها الَّ ِذ‬ ‫ْن‬ َ ْ ٰ ُ َ َ ُ ِ ‫ْس ُحوا ِب ُرء‬ َ ‫َواَ ْي ِد َي ُك ْم اِ ٰلى ْال َم َرا ِف ِق َوام‬ ِ ‫ُوسك ْم َوا ْر ُجلك ْم اِلى الك ْع َبي‬ “Ey iman gətirənlər! Namaza durarkən üzü- nüzü və əllərinizi dirsəklərlə birlikdə yuyun, başınızı və ayaqlarınızın üzərini qabarıq yerə kimi məsh edin” (“Maidə” - 6). 12 Nəbilər Sərvəri Həzrət Məhəmməd (s.) dəstəmaz barəsində buyurmuşdur: ‫الصال ِة‬ َّ ‫الوضوء مفتاح‬ “Dəstəmaz namazın açarıdır” (“Nəhcül-fəsahə”, hədis: 1588). Dəstəmazın şərtləri 1. Dəstəmazın suyu pak (təmiz) olmalıdır. 2. Dəstəmazın suyu mütləq saf (başqa bir şeylə qarışmamış) olmalıdır. 3. Dəstəmazın suyu mübah (icazəli, qəsb olunmamış) olmalıdır. 4. Dəstəmaz alınan qab qızıl və gümüşdən olmamalıdır. 5. Dəstəmaz alınan qab mübah olmalıdır. 6. Dəstəmaz əzaları (üz, əllər, qollar, baş və ayağın üstü) yumaq və məsh etmək anında pak olmalıdır. 7. Dəstəmaz və namaz üçün kifayət qədər vaxt olmalıdır. 13 8. “Qürbətən ila-l-lah” qəsdi ilə, yəni Allah- Təalaya yaxınlıq və Onun razılığı üçün dəstəmaz alınmalıdır. 9. Tərtib, yəni dəstəmaz əməllərini ardıcıl yerinə yetirmək lazımdır. 10. Muvalat - yəni dəstəmaz əməllərini fa­ siləsiz yerinə yetirmək lazımdır. 11. Mubaşirət - imkan daxilində dəstəmaz əməllərini insan özü yerinə yetirməlidir. Başqa- sından kömək almamalıdır. 12. Suyun insan sağlamlığına ziyanı olmama- lıdır (xəstəlik və s.). 13. Dəstəmaz üzvlərində suyun bədənə çat- masının qarşısını alan maneə olmamalıdır. Dəstəmaz necə alınır? Öncə niyyət edilir.(Dəstəmaz alıram,qürbətən ilə-l-lah) Dəstəmaz niyyətini eşidiləcək şəkildə söyləmək vacib deyil. 14 Əvvəlcə əllər yuyulur. Sonra üzü alının tük bitən ye­­rindən çənəyə qədər, eni­nə isə baş barmaqla or­- ­ta bar­maq arsında qalan hissəni yumaq lazımdır. Üzü yuduqdan sonra sağ qol dirsəkdən barmaqla- rın uclarına qədər yuyul- malıdır. 15 Sağ qol yuyulduqdan son- ra sol qol da eyni şəkildə dirsəkdən barmaqların uc­- la­rına qədər yuyulmalı- dır. Hər iki qolu yuduqdan sonra sağ əldə qalan dəstə- maz suyunun nəm­­liyi ilə başa məsh çəkilməlidir. Başa məsh çəkildikdən sonra sağ əlin içində qalan dəs- təmaz suyunun nəm­liyi ilə sağ ayağın barmaqlarının ucundan başlayaraq aya- ğın üstünə (hün­dürlüyə) kimi məsh çəkilməlidir. 16 Sağ ayağı məsh etdikdən sonra sol ayağa da sol əl ilə sağ ayaq kimi məsh çəkilməlidir. Qeyd. Yuyulan əzaları bir dəfə yumaq va- cib, ikinci dəfə yumaq müstəhəbdir. Üçüncü dəfə yumaq isə haramdır. Məsh yalnız bir dəfə çəkilməlidir. Dəstəmazla əlaqədar bəzi məsələlər u Namaz vaxtının daxil olduğunu yəqin edən insan əgər vacib niyyətlə dəstəmaz alarsa və dəstəmazdan sonra hələ vaxtın daxil olmadığını anlarsa, dəstəmazı səhihdir. u Namazı tamamladıqdan sonra dəstəmaz alıb-almadığına şübhə edən bir kimsənin namazı səhihdir. Amma sonrakı namazlar üçün dəstəmaz almalıdır. u Dəstəmaz əzaları yuxarıdan-aşağıya doğru yuyulmalıdır. Dəstəmaz alarkən oxunması müstəhəb olan dualar Müstəhəbdir ki, dəstəmaz alan şəxs suya bax- dıqda desin: 17 ‫بسم اهلل و باهلل والحمد هلل الذى جعل الماء طهوراً و لم‬ ً‫يجعله نجسا‬ “Bismillahi və billahi vəl-həmdu lillahil-ləzi cə’ələl-mə’ə təhuran və ləm yəc’əlhu nəcəsən” (Allahın adı ilə. Həmd olsun Allaha ki, suyu pakedici etdi, onu nəcis yaratmadı). u Dəstəmazdan əvvəl əllərini yuduqda desin: ‫الّلهم اجعلنى من التّ ّوابين و اجعلنى من المتطهّرين‬ “Allahumməc’əlni minət-təvvabinə vəc’əlni minəl-mutətəhhirin” (Allahım, məni tövbə edənlərdən və pak olanlardan et). Ağızda suyu hərəkət etdirərkən (məzməzə edərkən) desin: ّ ‫الّلهم ّلقنى‬ ‫حجتى يوم القاك و أتلق لسانى بذكرك‬ “Allahummə ləqqini huccəti yaumə əlqakə və ətliq lisani bizikrikə” (Allahım, səninlə görüşdüyüm gün hüccətimi 18 mənə təlqin et (dəlillərimi söyləmək imkanı ver) və dilimi zikrinlə aç və danışdır). uİstinşaq (yəni suyu buruna çəkmək) zamanı desin: ‫على ريح الجنّة وآجعلني ممّن يش ّم ريحها‬ ّ ‫الّلهم ال‬ ّ ‫تحرم‬ “Allahummə lə tuhərrim əleyyə rihəl-cənnəti vəc’əlni mimmən yəşummu rihəha” (Allahım, Cənnətin ətrini mənə haram etmə və məni onun ətrini qoxulayanlardan et). u Üzünü yuyarkən desin: ‫الّلهم بيّض وجهى يوم تسو ّد فيه الوجوه و ال تس ّود وجهى‬ ّ ‫يوم‬ ‫تبيض فيه الوجوه‬ “Allahummə bəyyid vəchi yaumə təsvəddu fihil-vucuhu və la tusəvvid vəchi yaumə təbyəddu fihil-vucuh” (Allahım, üzlərin qara olduğu gün mənim üzümü ağart və üzlərin ağ olduğu zaman mənim üzümü qaraltma). 19 u Sağ qolu yuyarkən desin: ‫أعطنى كتابى بيميني والخلد فى الجنان بيسارى‬ْ ‫اللّهم‬ ً‫وحاسبنى حساباً يسيرا‬ “Allahummə ə’tini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira” (Allahım, mənim əməl kitabımı sağ əlimə ver və cənnətlərdə əbədi qalmağı sol əlimə və mənimlə haqq- hesabı yüngülləşdir). u Sol qolu yuyarkən desin: ‫الّلهم ال تطعنى كتابى بشمالى و ال من ورا ِء ظهري و ال‬ ّ ‫مغلولة الى عنقي و أعوذ بك من‬ ‫مقطعات النّيران‬ ً ‫تجعلها‬ “Allahummə la tu’tini kitabi bişimali və la min varai zahri və la təc’alha məğlulətən ila unu- qi və əuzu bikə min muqattəatin-niran” (Allahım, əməl kitabımı nə sol əlimə, nə arxa tərəfdən vermə, nə də ki əlimi boynumdan asılı qoyma. Mən cəhənnəm atəşindən Sənə sığını- ram). 20 u Başı məsh etdikdə desin: ّ ‫الّلهم‬ ‫غشني برحمتك وبركاتك وعفوك‬ “Allahummə ğaşşini birəhmətikə və bərəkati­ kə və əfvikə” (Allahım, məni rəhmətinə, bərəkətinə və əfvinə qovuşdur). u Sağ və sol ayağı məsh edərkən aşağıdakı duanı oxumaq müstəhəbdir: ّ ‫اللّهم ثبّتني على‬ ‫الصراط يوم تزل فيه االقدام واجعل سعيى‬ ‫في ما يرضيك عنّي يا ذالجالل واإلكرام‬ “Allahummə səbbitni əlas-sırati yaumə təzillu fihil-əqdam vəc’əl sə’yi fimə yurdikə anni ya zal-cəlali vəl-ikram” (Allahım, başqalarının ayaqlarının sürüşdüyü gün Sirat üzərində məni sabitqədəm et. Bütün səy­lərimi razı qaldığın işlərə yönəlt, ey Cəlal və İkram sahibi). 21 Dəstəmaz alınması vacib olan əməllər 1. Meyit namazından başqa, digər bütün na- mazlar üçün. 2. Kəbə evinin təvafı üçün. 3. Unudulmuş təşəhhüd və səcdə üçün. 4. Allahla əhd bağladığı, ya and içdiyi təqdirdə və ya nəzir etdikdə. 5. Qurani-Kərimin ayələrinə toxunmaq üçün(1). 6. Allahın adı və Ona məxsus sifətləri (Rəhman, Xaliq və b.) yazılmış yazıya toxun- maq üçün. 7. Ehtiyat üçün 14 Məsumun adı qeyd olunan yazıya toxunmaq üçün də dəstəmaz alınır. 8. Nəcisə bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tua- let və onun kimi yerlərdən) çıxarmaq üçün şəxs əlini və ya bədəninin başqa yerini Quranın ya- zısına vurmağa məcbur olarsa: Əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik da- vam edərsə, dəstəmaz almadan Quranı bu kimi (1) Ümumən Qurani-Kərimə dəstəmazlı əl vurmaq daha məqbul sayılır. 22 yerlərdən çıxarmalı və ya əgər nəcis olmuş olsa, suya çəkməlidir. Qeyd. Ehtiyat üçün hansı dildə olursa-olsun, Allahın adları yazılmış yazıya dəstəmazsız to- xunmaq haramdır. Dəstəmazı pozan ƏMƏLLƏR 7 əməl dəstəmazı batil (pozur) edir: 1. Bövl (sidik) etmək. 2. Qaitin (nəcis) xaric olması. 3. Yelin çıxması. 4. Gözün görmədiyi və qulağın eşitmədiyi dərəcədə yatmaq. 5. Ağlı başdan aparan şeylər (dəlilik, məstlik, bihuş olmaq və s.). 6. Qadınlarda istihazə halları. 7. Qüslə səbəb olan şeylər (cənabət, meyyitə toxunmaq və s.). 23 «Яэяр намаз гылан шяхс Аллащын рящмятиnin ону necя ящатя етдийини билсяйди, башыны сяъдядян галдырмаг истямязди”. Имам Яли(ялейщиссялам) 24 Təyəmmüm ‫يم‬ َّ ‫الر ْحمٰ ِن‬ ِ ‫الر ِح‬ َّ ِ‫ِب ْس ِـم اهلل‬ ۤ ْ ۤ ‫َواِ ْن ُك ْنتُ ْم َم ْر ٰۤضى اَ ْو َعلَى َس َف ٍر اَ ْو َجا َء اَ َح ٌد ِم ْن ُك ْم ِم َن ال َغا ِئ ِط‬ ‫ْس ُحوا‬ َ ‫ص ِعي ًدا َط ِيًّبا َفام‬ َ ‫َّسا َء َفلَ ْم َت ِج ُدوا َم ۤا ًء َف َت َي َّممُوا‬ ۤ ‫ال َم ْستُ ُم ال ِن‬ َ ‫اَ ْو‬ ٰ ُ َ َ ُ ْ ُ َ ُ ‫ُري ُد اهلل لَِي ْج َعل َعليْك ْم ِم ْن َح َر ٍج َول ِك ْن‬ ِ ‫وهك ْم َوا ْي ِديك ْم ِمن ُه َما ي‬ ِ ‫ِب ُو ُج‬ ُ ْ َ ُ َّ َ ُ َ ُ َ ُ َ ‫ُري ُد لِيُط ِهَّرك ْم َولُِي ِت َّم ِن ْع َمته َعليْك ْم ل َعلك ْم تشك ُر‬ ‫ون‬ َ ِ‫ي‬ “...Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq- yolundan çıxdığınız və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (niyyət edib əllərinizi bir dəfə torpağa vuraraq üzünüzü, bir dəfə də torpağa vuraraq əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz! (“Maidə” surəsi, 6-cı ayə) Kainatın fəxri Həzrət Məhəmməd (s.) buyur- muşdur: “Allah torpağı mənim üçün səcdəgah, 25 pak və təmizləyici etmişdir”. (“Vəsailuş-şiə”, c.2, səh. 969) şəxsin Bir neçə halda dəstəmaz və ya qüslün əvəzinə təyəmmüm etməsi lazımdır: u suyu axtardıqdan sonra su tapa bilməzsə; u qocalıq və xəstəlikdən, quldur və ya vəh­­şi heyvanların qorxusundan və bu kimi səbəb­lər­ dən su əldə edə bilməzsə; u suyun insan səhhətinə ziyanı olarsa; u sudan istifadə edəcəyi təqdirdə susuz qalıb əziyyətə düşəcəyindən qorxarsa; u paltarı və ya bədəni nəcis olarsa (bu halda az miqdarda su ilə nəcasəti aradan qaldırmalı və namaz üçün təyəmmüm etməlidir); u mübah su və ya qab olmazsa; u dəstəmaz və ya qüsl etməsi namazın qəza ol­masına səbəb olarsa. Nələrlə təyəmmüm edilir? 1) torpaq və ya qumla; 2) daş, qaya və kəsəklə; 26 3) çınqıl, çay daşı ilə; 4) qara mərmər və daşın digər növləri ilə. Yuxarıda qeyd olunan şeylərdən heç biri olmadığı təqdirdə isə xalça, paltar və bu kimi şeylərin üstündə olan tozla da təyəmmüm etmək olar. Qeyd. Təyəmmüm ediləcək şeylər pak olma­ lıdır. İlk növbədə torpaqla təyəmmüm edilməli­ dir. Əgər torpaq olmasa, çınqıl və ya kəsək, onlar da olmasa, daşla təyəmmüm edilir və bu halda onların üzərində əllərin izi qala biləcək şəkildə toz olmalıdır. Təyəmmüm necə edilir? Öncə “Aləmlərin Rəbbinə itaət və yaxın- laşmaq üçün təyəmmüm edirəm” deyə niyyət etdikdən sonra əllərin içi təyəmmüm üçün icazə verilən bir şeyin üzərinə bir dəfə vurulur. 27 Sonra iki əlin içi bütün alı­­na, tük bitən yerdən qaş­­­ların və burunun üstü­ nə qədər çəkilir. Sonra sol əlin içi tamamilə sağ əlin üstünə çəkilir. Sonra eyni şəkildə sağ əlin içini tamamilə sol əlin üstünə çəkmək lazımdır. Qeyd. Dəstəmazı batil edən şeylər dəstəmaz əvə­zinə alınan təyəmmümü də batil edir. 28 “Ибадят цчцн эеъя ойаг галмаг бядянин саьламлыьы, Аллащ-Tяаланын разылыьынын, Аллащын рящмяти алтында олмаq вя пейьямбярлярин яхлагына sаrыlмаq цчцн vяsilяdir”. Имам Яли (яleyhissяlam) 29 Qüsl Vacib qüsllər: 1. Cənabət qüslü. 2. Heyz qüslü. 3. Nifas qüslü. 4. İstihazə qüslü. 5. Məssi-meyit qüslü. 6. Meyitə verilən qüsl. 7. Nəzir, and və bu kimi işlər üçün vacib olan qüsllər. Qeyd. Hər bir qüslü etmək üçün müva- fiq niyyət edilməlidir (məsələn; Cənabət qüslü edirəm, qürbətən iləl-lah). Qüslü iki şəkildə yerinə yetirmək olar: 1. Tərtibi qüsl. 2. İrtimasi qüsl. Tərtibi qüsldə ilk öncə qüsl niyyəti edilir, bi- rinci baş və boyun, ondan sonra bədənin sağ tə­ rə­­­fi, daha sonra isə bədənin sol tərəfi tamamilə yu­­yulur. 30 İrtimasi qüsl suya baş vurmaqla edilir. Belə ki, bu qüsldə su bədənin hər yerini əhatə etməlidir. Qeyd. Yalnız cənabət qüslündən sonra dəs­tə­ mazsız namaz qılmaq olar. Digər qüsllərdən son- ra namaz qılmaq üçün dəstəmaz almaq lazımdır. Vacib namazlar Vacib namazlar yeddidir: 1. Gündəlik namazlar. 2. Cümə namazı. 3. Meyit namazı. 4. Kəbə evinin təvafı zamanı qılınan namaz. 5. Böyük oğula vacib olan atanın qəza namazı. 6. Əhd etmək, and içmək, nəzir demək və icarə üçün vacib olan namazlar. 7. Ayət namazı. 31 Gündəlik namazlar Gündəlik vacib namazlar beşdir: 1. Sübh namazı (2 rükətdir). 2. Zöhr namazı (4 rükətdir). 3. Əsr namazı (4 rükətdir). 4. Məğrib (şam) namazı (3 rükətdir). 5. İşa (xiftən) namazı (4 rükətdir). Qeyd. Səfərdə 4 rükətli namazlar 2 rükət qılınır. Gündəlik namazların vaxtları Sübh namazının vaxtı Sübh azanına yaxın günçıxan tərəfdən bir ağartı yuxarıya doğru hərəkət edir. Buna “birinci fəcr” deyilir. Həmin ağartı yayılan vaxt “ikinci fəcr” və sübh namazının başlanğıcı sayılır. Sübh namazını sübh azanından gün çıxana qədər qıl- maq olar. 32 Zöhr və əsr namazlarının vaxtı Zöhr və əsr namazlarının vaxtı zəvaldan (zəval-günəşin zenit nöqtəsindən gün batana tərəf əyilməsinə deyilir) gün batana qədərdir. Şam və xiftən namazlarının vaxtı Şam və xiftən namazlarının vaxtı günəşin qü- rubundan başlayır və gecə yarısına qədər davam edir. Qiblə İmam Cəfəri Sadiq (ə) buyurub: “Namaz üçün üzü qibləyə durduqda dünya və dünyaya aid olan hər şeyi unut, qəlbini məşğul edəcək şeylərdən uzaqlaşdır”. (“Mizanul-hikmət”, c.5, səh.190) Məkkə şəhərində yerləşən Kəbə evi müsəl­ man­ların qibləsidir. Namaz üzü qibləyə tərəf qılınmalıdır. Qiblənin istiqaməti hər yerə görə müəyyən olunur. 33 Azan Gündəlik vacib namazlardan qabaq azan və iqamə oxumaq müstəhəbdir. Müstəhəb namazlar- da isə namazdan əvvəl azan və iqamənin əvəzinə 3 dəfə “əs-salah” (namaz) demək müstəhəbdir. Camaat namazı üçün azan oxunmuş və iqamə deyilmişsə, namaz qılan şəxs azan və iqamə oxu- mamalıdır. Azan namazın vaxtı daxil olandan sonra oxun- malıdır. Azan aşağıdakı kimi oxunur: 4 dəfə - Allahu Əkbər - ‫اهلل اكبر‬ 2 dəfə - Əşhədu əl lə iləhə illəllah - ‫اشهد ان ال إله اال اهلل‬ 2 dəfə - Əşhədu ənnə Muhəmmədən Rəsulullah - ‫ان محمّدا ًرسول اهلل‬ ّ ‫اشهد‬ 2 dəfə - Əşhədu ənnə Əliyyən Vəliyyullah- ‫ولي اهلل‬ ّ ‫ان عليًّا‬ ّ ‫اشهد‬ 2 dəfə - Həyyə əlas-salah - ‫الصالة‬ّ ‫حى على‬ ّ 2 dəfə - Həyyə əlal-fəlah - ‫حى على الفالح‬ ّ 2 dəfə - Həyyə əla xeyril-əməl - ‫حى على خير العمل‬ ّ 34 2 dəfə - Allahu Əkbər - ‫اهلل اكبر‬ 2 dəfə - Lə ilahə illəllah - ‫ال إله اال اهلل‬ Qeyd. “Əşhədu ənnə Əliyyən Vəliyyullah” cümləsi azanın tərkib hissəsi deyil. Amma de­ yilməsi yaxşıdır. Vacib qəsdi ilə oxumaq olmaz. Bu cümlə iqamədə də eyni niyyətlə oxunur. İqamə İqamə belə oxunur: 2 dəfə - Allahu Əkbər - ‫اهلل اكبر‬ 2 dəfə - Əşhədu əl lə iləhə illəllah - ‫اشهد ان ال إله اال اهلل‬ 2 dəfə - Əşhədu ənnə Muhəmmədən ّ ‫اشهد‬ Rəsulullah - ‫ان محمّدا ًرسول اهلل‬ 2 dəfə - Əşhədu ənnə Əliyyən Vəliyyullah - ‫ولي اهلل‬ ّ ‫اشهد‬ ّ ‫ان عليًّا‬ 2 dəfə - Həyyə əlas-salah - ‫الصالة‬ ّ ‫حى على‬ ّ 2 dəfə - Həyyə əlal-fəlah - ‫حى على الفالح‬ ّ 2 dəfə - Həyyə əla xeyril-əməl - ‫حى على خير العمل‬ ّ 2 dəfə - Qad qamətis-salah - ‫الصالة‬ ّ ‫قد قامت‬ 35 2 dəfə - Allahu Əkbər - ‫اهلل اكبر‬ 1 dəfə - Lə ilahə illəllah - ‫ال إله اال اهلل‬ Namazın vacibatı 1. Niyyət. 2. Qiyam (ayaq üstə durmaq). 3. Təkbirətül-ehram (namazın əvvəlində “Al­ lahu Əkbər” demək). 4. Rüku’. 5. Səcdələr. 6. Qiraət. 7. Zikr. 8. Təşəhhüd. 9. Salam (Təhiyyə). 10. Tərtib. 11. Muvalat (ardıcıllıq). Bunlardan bəziləri namazın rüknü sayılır. İnsan onları yerinə yetirməsə, yaxud bu, qəsdən və ya səhvən olsa, namaz batil olar. Bəziləri rükn deyil- dir. Əgər səhvən azaldılarsa, namaz batil olmaz. Namazın rüknləri beşdir: 1. Niyyət. 2. Təkbirətül-ehram. 36 3. Qiyam, rükuya bitişik qiyam, yəni rükudan əvvəl və sonra qaməti düzəltmək. 4. Rüku. 5. Bir rükətdə iki səcdə. Niyyət İmam Cəfəri- Sadiq (əleyhissəlam) buyurmuş- dur. “Allah-Təala qiyamət günü insanları əməllərinə görə haqq-hesab edəcək”. (“Biharul Ənvar”, c. 70, səh. 290). Namaz Allaha yaxın olmaq niy­yəti ilə qı- lınmalıdır. Namaz qılanın niyyəti qəlbindən keçirməsi və ya dillə deməsi vacib deyil. Lakin, bunun əksi də namaza xələl gətirməz. Niyyət bu cür deyilir: “(Sübh) namazı qılı- ram vacib qürbətən iləllah”. Yəni Allaha yaxın- laşmaq və onun rizasını qazanmaq üçün namaz qılıram. 37 Təkbiratul-ehram Hər namazın əvvəlində “Allahu Əkbər” de­­­­ mək vacib və rükndür. Hər “Allahu Əkbər” de­ yər­kən əlləri qulaq bərabərinə qaldırmaq müs­tə­ həbdir. Niyyətdən sonra “Allahu Əkbər” deməklə namaza başlanılır. Namaza başlamaq üçün “Allahu Əkbər’’ deyilərkən bədən sakit olmalıdır. 38 Qiyam-qiraət Təkbiratul-ehram, “Fatihə” və hər hansı surə ayaq üstə oxunur. Bu duruşa “qiyam” deyilir. 39 Təkbiratul-ehram deyildikdən sonra əllər ya­­- na salınaraq “Fatihə” surəsini və ardınca hər han- ­sı bir surəni tam oxumaq lazımdır. “Fatihə” və hər hansı surəni oxuyarkən əl və barmaqları hərəkət etdirməmək müstəhəbdir. Sübh, məğrib və işa namazlarının 1-ci və 2-ci rükətlərində “Fatihə” və surələr ucadan oxun- malıdır. Zöhr və əsr namazının “Fatihə” və sonra oxunan surələri astadan oxunmalıdır. Namaz qılarkən qadının səsinin naməhrəm kişi tərəfindən eşidilməsi ehtimal olarsa, sübh, şam və işa namazlarında “Fa­tihə” və sonra oxu- nan surələr astadan oxun­­malıdır. 40 surələr “Fatihə” surəsi * ‫يم‬ َّ ‫الر ْحمٰ ِن‬ ِ ‫الر ِح‬ َّ ِ‫ِب ْس ِـم اهلل‬ ‫يم * َمالِ ِك َي ْو ِم‬ِ ‫ح‬ِ ‫الر‬ َّ ‫ن‬ِ ٰ‫م‬ ‫ح‬ْ ‫لر‬ َّ َ‫ين * ا‬ َ ‫اَْل َح ْم ُد للِهَِّ َر ِّب ْال َعالَ ِم‬ َ‫َّراط‬ ِ ‫ين * اِ ْه ِد َنا‬ ‫الص‬ ُ ‫َّاك َن ْس َت ِع‬ َ ‫َّاك َن ْع ُب ُد َواِي‬ َ ‫ال ِّديِن * اِي‬ ‫وب‬ ‫ض‬ُ ْ ‫غ‬ ‫م‬َْ ‫ْت َعلَيْه ْم َغيْر‬ ‫ال‬ َ ‫م‬ ‫ع‬ َ ْ ‫ن‬ َ ‫ا‬ َ ‫ين‬ ‫ذ‬ِ َّ ‫ال‬ َ ‫اط‬ ‫ر‬ َ‫ص‬ ِ * ‫ُس َت ِقي َم‬ ْ ‫ْالم‬ ِ ِ ِ ّ َّ * ‫ْه ْم َوال الضالِيَن‬ َ َ ِ ‫َعلي‬ Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi rəbbil aləmin. Ərrəhmanir- rəhim. Məliki yaumiddin. İyyakə nə’budu və iy­ yakə nəstəin. İhdinəs-sıratəl-mustəqim. Sıratəl- lə­zinə ən’əmtə aleyhim ğeyril məğdubi əleyhim vələddallin. “İxlas” surəsi ‫يم‬ ِ ‫الر ِح‬َّ ‫الر ْحمٰ ِن‬ َّ ِ‫ِب ْس ِـم اهلل‬ َّ َُّ‫ُق ْل ُه َو اهللُ اَ َح ٌد * اَلله‬ ُ‫الص َم ُد * لَ ْم َيلِ ْد َولَ ْم يُولَ ْد * َولَ ْم َي ُك ْن لَه‬ َ * ‫كف ًوا ا َح ٌد‬ ُ ُ Bismillahir-Rəhmanir-Rəhim 1. Qul huvəllahu əhəd. 2. Allahus-saməd. 3. Ləm yəlid və ləm yuləd. 4. Və ləm yəkul- ləhu kufuvən əhəd. 41 “Fatihə” və hər hansı surə oxunduqdan sonra rükuya gedilərək 3 dəfə “Subhanəllah” (‫ )سبحان اهلل‬və ya “Subhanə rəbbiyəl-əzimi və bihəmdih” (‫ )سبحان ربّي العظيم و بحمده‬demək olar. Namaz qılan hər rükətdə qiraətdən sonra əllərini (əllərin içini) dizlərinin üzərinə qoyacaq qədər əyilməlidir. Bu əmələ ‘‘rüku’ ’’ deyilir. 42 Rükudan qalxdıqdan sonra düz dayanıb “Sə­ mi­əllahu limən həmidəh” demək müstə­həbdir. Rüku tamamlanandan sonra səcdəyə gedilir. 43 Namaz qılan şəxs müstəhəb və vacib namazların hər rükətində rükudan sonra qiyam etməli, “Al- lahu Əkbər” deyib səcdəyə getməli və iki dəfə səcdə etməlidir. Səcdədə gərək yeddi üzv (yəni alın, iki əlin içi, iki dizin gözü və iki ayağın baş barmağının ucu) yerə qoyulsun. Səcdə edərkən bu zikri 3 dəfə “Subhanəllah” (‫ )سبحان اهلل‬və ya “Subhanə rəbbiyəl-ə’la və bihəmdih” (‫ )سبحان ربّي األعلى و بحمده‬oxusun. Başı səcdədən qaldırdıqdan sonra “Allahu Əkbər” (‫ )اهلل اكبر‬demək müstəhəbdir. 44 İki səcdənin arasında oturaraq: ‫استغفر آهلل ربّي و أتوب إليه‬ “Əstəğfirullahə Rəbbi və ətubu ileyh” demək müstəhəbdir. İkinci səcdədə də birinci səcdədə oxunulan zikr oxunur. Bununla da birinci rükət tamamlanır. Birinci rükətin ikinci səcdəsindən sonra ayağa qalxmaq lazımdır. Həmd və surə oxunduqdan sonra qu- nut tutulur. Qunutda əlləri üzün müqabilində tutmaq, əllərin içini göyə tərəf bir-birinin müqabilində saxlamaq, baş barmaqlardan başqa digər bar- maqları bir-birinə birləşdirmək və əllərin içinə baxmaq müstəhəbdir. 45 Qunutda hər hansı bir zikr deyilərsə, hətta bir “salavat” və ya “Subhanəllah” (‫)سبحان اهلل‬ deyilərsə, kifayətdir. Lakin bu duanı oxumaq daha yaxşıdır: ‫ار‬ ِ ‫اب الن‬ ُّ ‫َربَّ َن ۤا ٰا ِت َنا ِفي‬ َّ َ ‫الد ْن َيا َح َس َن ًة َو ِفي ْا ٰال ِخ َر ِة َح َس َن ًة َو ِق َنا َع َذ‬ “Rəbbəna ə’tinə fid-dunya həsənətən və fil- axirəti həsənətən və qinə əzabən-nar”. Qeyd. Qunut hər namazın ikinci rükətində rükuya getməzdən əvvəl edilməsi təkidlə vurğu- lanan müstəhəb bir əməldir. Qunutdan sonra “təkbir” (Allahu Əkbər) deyib rükuya gedilir və rükudan sonra əvvəlki rükətdə olduğu kimi iki səcdə edilir. İkinci səcdədən qalxdıqdan sonra oturaraq ‘‘təşəhhüd’’ oxunulur: 46 ّ ‫اشهد ان ال إله اال اهلل وحده ال شريك له و اشهد‬ ً ‫ان محمّدا‬ ّ ‫ الله ّم‬.‫عبده و رسوله‬ ‫صل على محمّد و آل محمّد‬ “Əşhədu ən lə ilahə İlləllah, vəhdəhu la şə­ rikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluhu. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd”. 47 ‘‘Təşəhhüd’’ halında sol ayağın üzərində otu- rulması, sağ ayağın sol ayağın üstünə qoyulması, təşəhhüddən əvvəl “əlhəmdulillah”, təşəhhüddən sonra “və təqəbbəl şəfaətəhu fi ummətihi vərfə’ dərəcətəhu” (‫فع درجته‬ ْ ‫)و تقبّل شفاعته فى أُمته‬ ْ ‫وار‬ deyilməsi müstəhəbdir. Əgər 2 rükətli namaz qılınırsa, təşəhhüddən sonra (‘‘təhiyyə’’) “salam” deyilir və beləcə na- maz tamamlanır. Salam aşağıdakı kimidir: ‫السالم علينا‬ ّ ّ‫السالم عليك ايّها الن‬ ّ.‫بى و رحمة اهلل و بركا ته‬ ّ ‫السالم عليكم و رحمة اهلل‬ ّ.‫الصالحين‬ ّ ‫و على عباد اهلل‬.‫و بركا ته‬ “Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəh­ mə­tullahi və bərakətuhu. Əssəlamu əleyna və əla ibadillahis-salihin. Əssəlamu əleykum və rəh­ mətullahi və bərakatuh”. 3-cü rükəti qılmaq üçün ‘‘təşəhhüd’’ oxun- duqdan sonra ayağa qalxıb “təsbihatül- ərbə’ə” zikri oxumaq müstəhəbdir. ‫سبحان اهلل والحمد هلل و ال اله إال اهلل واهلل اكبر‬ 48 “Subhanəllahi, vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”. Namazın 3-cü və 4-cü rükətlərində ya 1 dəfə “Fatihə” surəsi oxunur, ya da 3 dəfə “Təsbihatül- ərbə’ ə” oxunsa kifayət edər. “Təsbihatül- ərbə’ ”dən sonra 1 və 2-ci rükət­ lərdə olduğu kimi rüku və səcdələr edilir. Şam (məğrib) namazında 3-cü rüku və səcdələrdən sonra təşəhhüd və salamları deyib namazı bitirmək lazımdır. Əgər namaz 4 rükətlidirsə (məsələn: zöhr, əsr, işa), 3-cü rükətin rüku və səcdələrindən son­ra 4-cü rükət üçün ayağa durulmalıdır. “Təs­ bi­hatül- ərbə’ə” oxunduqdan sonra rüku və səcdələr edilir, sonra isə təşəhhüd üçün oturulur, təşəhhüddən sonra salam verilir. Bununla da namaz tamamlanır. Müstəhəbdir ki, salamlardan sonra 3 dəfə “Allahu Əkbər” deyilsin. 49 Təqibat Təqibat namazdan sonrakı müstəhəb əməllərə (məsələn: dualar, zikr və s.) deyilir. Namaz bitdikdən sonra onları yerinə yetir­ mək müstəhəbdir və eyni zamanda da çox təkid olunmuşdur. Zikrlərin bəyəniləni və çox təkid olunanı Xanım Fatimənin (ə.s) təsbihidir. Bu zikri Allah Rəsulu (s) Xanım Fatiməyə (ə.s) öyrətmişdir. Zikrin qaydası belədir: 34 dəfə - “Allahu Əkbər”. 33 dəfə - “Əlhəmdulillah”. 33 dəfə - “Subhanəllah” -demək Qəza namazı Vacib namazı vaxtında qılmayan şəxs o na- mazın qəzasını yerinə yetirməlidir. Boynunda qəza namazı olan şəxs onu qılmaq- da səhlənkarlıq etməməlidir. Qəza namazı olan şəxs müstəhəb namazları qıla bilər. Qadının heyz və ya nifas halında olduğu za- man qılmadığı namazların qəzası qılınmır. 50 Müsafir namazı Müsafir (səfərdə olan şəxs) zöhr, əsr və işa na- mazlarını səkkiz şərt daxilində qəsr (qısa), yəni, 2 rükət olmaqla qılmalıdır. Həmin şərtlərdən bəzilərini aşağıda qeyd edirik. u Səfər 8 fərsəxdən (gediş-gəliş 44 km) az olmamalıdır. u Səfər haram (qadağan edilmiş) bir iş üçün olmamalıdır: (məsələn, qadının ərinin icazəsi olmadan, uşağın ata-anasının icazəsi olmadan vacib olmayan səfərə getməsi), o halda namazı tam qılmalıdır. u Peşə səfər üçün əsas sayılmamalıdır. Mal- qara otaran çobanlar, sürücülər və bu kimi peşə sahibləri namazlarını tam qılmalıdırlar. u Səfərin müddəti 10 gündən artıq olarsa, na- maz tam qılınır. Səhv səcdəsi Namaz qılan şəxs 5 məqamı üçün səhv səcdəsi (səcdeyi-səhv) etməlidır: 1) namaz əsnasında səhvən danışsa (bilərək­ 51 dən danışmaq namazı batil edər); 2) namazın salamını (təhiyyə) verməli olma- dığı yerdə səhvən salam desə; 3) “təşəhhüdü” unutsa; 4) 4 rükətli namazda 2-ci səcdədən sonra 4, ya 5 rükət qılması barədə şəkk etsə; 5) səcdənin birini unudarsa, yaxud ayaq üstə durmalı olduğu halda səhvən oturarsa və ya otur- malı olduğu yerdə səhvən ayağa qalxarsa. Əgər səhvən oxuduğu şeyi vəziyyəti dəyişmədən yenidən düzgün oxusa, səhv səcdəsi vacib deyil. Səhv səcdəsinin qaydası Namazın salamından sonra dərhal səhv səc­ dəsi niyyəti edilir və səcdə zamanı deyilir: ّ ّ‫السالم عليك ايّها الن‬ ‫بى و رحمة اهلل‬ ّ ‫بسم اهلل و باهلل‬ ‫و بركا ته‬ “Bismillahi və billahi, əssəlamu əleykə ey­yu­ hən-nəbiyyu və rəhmətullahi və bərəkatuh”. Bundan sonra oturub 2-ci dəfə səcdəyə get­ mək və birinci səcdədə oxunan zikri yenidən oxu­yaraq qalxmaq, daha sonra isə təşəhhüdü 52 oxu­yub salam verməklə səhv səcdəsini tamam- lamaq lazımdır. NamazI batil edən (pozan) əMəLlər 12 əməl namazı batil edər və onlara “müb- tilat” deyilir: 1. Namaz əsnasında namazın şərtlərindən biri pozulmuş olsa; məsələn: namaz qılan libasında nəcis olduğunu görsə. 2. Namaz qılarkən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmazı pozan işlərdən hər hansı biri baş verərsə. 3. Təvazö və ədəb qəsdi ilə əlləri bir-birinin üzərinə qoymaq. 4. “Həmd” surəsini oxuyandan sonra «Amin» demək. 5. Qəsdən və ya unudaraq qibləyə arxa çevirmək, ya qiblədən sağa-sola dönmək. 6. Qəsdən danışmaq və ya hansısa bir söz demək. 7. Qəsdən və ya qeyri-ixtiyari uca səslə və ya qəhqəhə çəkərək gülmək. 8. Namazda dünya işləri üçün qəsdən, səssiz 53 və ya ucadan ağlamaq. 9. Namazda olmayan artıq bir hərəkət etmək. 10. Namaz halında yemək-içmək. 11. 2 və 3 rükətli namazlarda şəkk etmək. 4 rükətli namazların isə ilk 2 rükətində şəkk etmək. 12. Namazın rüknündən bir şeyi qəsdən artı- rıb və ya azaltmaq. 54 “Ким ики рцкят намаз гылса вя онун яснасында ня дедиклярини anlasa, намазы гуртаран кими Аллащла онун арасында щеч бир эцнащ галмаз”. Имам Cяfяri Садиг (ялейщиссялам) 55 Cümə namazı ْ ‫ال ِة ِم ْن َي ْو ِم ْال ُج ُم َع ِة َف‬ ‫اس َع ْوا‬ َّ ِ‫ين ٰا َم ۤنُوا اِ َذا نُو ِد َي ل‬ َ ‫لص‬ َ ‫ۤيااَُّي َها الَّ ِذ‬ َ ‫ْر لَ ُك ْم اِ ْن ُك ْنتُ ْم َتعْلَم‬ ‫ُون‬ َ ‫اِ ٰلى ِذ ْك ِر اهللِ َو َذ ُروا ْال َبي‬ ٌ ‫ْع َذلِ ُك ْم َخي‬ “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (“Cümə” surəsi - 9). Cümə namazı 2 rükətdir. Sübh namazı kimi qılınır. Fərqi budur ki, cümə namazından əvvəl iki vacib xütbə oxunur. Müstəhəbdir ki, birinci rükətdə “Fatihə”dən sonra “Cümə” surəsi, ikin- ci rükətdə isə “Fatihə”dən sonra “Münafiqun” surəsi oxunsun. Hər rükətdə, birinci rükətdə rükudan qabaq, ikinci rükətdə rükudan sonra, sonra qunut oxun- malıdır. Cümə namazı mütləq camaatla qılınmalı- dır. Namazda ən azı 5 nəfər iştirak etməlidir: 1 imam, 4 məmun (namaz qılan). Cümə namazını tək qılmaq olmaz. 56 Ayət namazı Ayət namazı aşağıdakı hallarda vacib olur: Günəşin tutulması, Ayın tutulması, zəlzələ, göy gurultusu, ildırım, güclü külək, tufanlar və bu kimi səma hadisələri olarsa.Əgər, zəlzələ is- tisna olmaqla, Yerdə baş verən qeyri-adi təbiət hadisələri zamanı insanların çoxu qorxarsa, ayət namazı vacib olar. Ayət namazı 2 rükət qılınır və hər rükətdə 5 rüku’ var: İnsan niyyət etdikdən sonra ‘‘təkbir’’ deyərək bir “Fatihə” və bir tam surəni oxuyub rükuya gedir, rükudan qalxıb yenə “Fatihə” və bir surə oxuyub təzədən rükuya gedir, bunu 5 dəfə təkrar etdikdən sonra 5-ci rükudan qalxıb 2 dəfə səcdə edir, sonra qalxıb 2-ci rükəti də 1-ci kimi qılır və səcdələrdən sonra təşəhhüd oxuyub salam verir. Bayram namazı Fitr (Ramazan) və Qurban bayramının nama­ zı camaatla qılınmalıdır. Camaata qoşula bil­mə­ 57 yənlər bayram fərdi şəkildə qıla bilərlər. Fitr və Qurban bayramının namazının vax- tı bayram günü günəş çıxandan zöhr namazına qədərdir. Fitr və Qurban bayramının namazı 2 rükətdir; 1-ci rükətdə “Fatihə” və bir surə oxunduqdan sonra 5 təkbir (Allahu Əkbər) deyilməli və hər təkbirdən sonra bir qunut oxunmalıdır. 5-ci qunutdan sonra daha bir təkbir deyib rükuya getmək və 2 səcdəni yerinə yetirib qalxmaq la- zımdır. 2-ci rükətdə 4 təkbir deyilməli və hər təkbirdən sonra qunut oxunmalıdır. Sonra 5-ci təkbiri deyib rükuya getmək, rükudan sonra 2 dəfə səcdə etmək, təşəhhüd oxuyub namazın sa- lamını vermək lazımdır. Fitr və Qurban bayramı namazının qunutunda istənilən dildə istənilən dua oxuna bilər. Ərəbcə bilməyənlər öz dilində qunut deyə bilərlər Fitr və Qurban bayramının namazından son- ra 2 xütbə oxumaq müstəhəbdir. Daha yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri izah olunsun. 58 “Щягигятян динин сцтуну намаздыр. Адям ювладындан сорушулан илк шей намаз олаъагдыр. Намазы доьру олса, о бири ямялляринин dя щесабы апарылаъагдыр. Доьру олмаса, диэяр ямялляринин щесабы апарылмайаъаг”. Hяzrяti Muhяmmяd (sяллялlащу ялейщи вя алищи вясяллям) 59 MÜNDƏRİCAT Din............................2 Namazın vacibatı....36 Namaz.......................5 Niyyət......................37 Həzrəti Muhəmməd Təkbiratul-ehram.....38 (s) və Əhli-beytin Qiyam-qiraət...........39 (ə) namazlarından Surələr.....................41 örnəklər.....................8 Təqibat....................50 dəstəmaz.................12 Qəza namazı............50 Təyəmmüm.............25 Müsafir namazı.......51 Qüsl.........................30 Səhv səcdəsi............51 Vacib namazlar........31 Namazı batil edən Gündəlik (pozan) əməllər.......53 namazlar..................32 Cümə namazı..........56 Qiblə........................33 Ayət namazı.............57 Azan........................34 Bayram namazı.......57 İqamə.......................35 60

Use Quizgecko on...
Browser
Browser