🎧 New: AI-Generated Podcasts Turn your study notes into engaging audio conversations. Learn more

Maddə 5.docx

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...

Full Transcript

**Maddə 5. Könüllü fəaliyyətin təşkilatçılarının hüquqları** 5.0. Könüllü fəaliyyətin təşkilatçıları aşağıdakı hüquqlara malikdir: 5.0.1. bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək; 5.0.2. bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla kön...

**Maddə 5. Könüllü fəaliyyətin təşkilatçılarının hüquqları** 5.0. Könüllü fəaliyyətin təşkilatçıları aşağıdakı hüquqlara malikdir: 5.0.1. bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək; 5.0.2. bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək; 5.0.3. könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; 5.0.4. görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq; 5.0.5. könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək. **Maddə 6. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri** 6.0. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri aşağıdakılardır: 6.0.1. könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq; 6.0.2.könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq; 6.0.3. könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək; 6.0.4. könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək; 6.0.5. könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq; 6.0.6. könüllünün həyat və sağlamlığını sığorta etmək; 6.0.7. könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək; 6.0.8. könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək; 6.0.9. könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək; 6.0.10. könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək. **Maddə 7. Könüllülərin hüquqları** 7.1. Könüllülərin aşağıdakı hüquqları vardır: 7.1.1. müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək; 7.1.2. könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək; 7.1.3. könüllü fəaliyyət haqqında informasiya yaymaq; 7.1.4. könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq; 7.1.5. könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək; 7.1.6. könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq; 7.1.7. sığorta olunmaq; 7.1.8. öz əmlakından istifadəyə görə kompensasiya almaq; *7.1.9. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.5-ci maddəsinə uyğun olaraq təşkil edilmiş qarşılıqlı yardım qruplarında iştirak etmək.*[^1^](#fn1){#fnref1.footnote-ref} 7.2. Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona *işsizlikdən sığorta ödənişinin* ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur. [^2^](#fn2){#fnref2.footnote-ref} **Maddə 8. Könüllülərin vəzifələri** 8.0. Könüllünün əsas vəzifələri aşağıdakılardır: 8.0.1. işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq; 8.0.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; 8.0.3. fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək; 8.0.4. könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək; 8.0.5. könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək; 8.0.6. vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 8.0.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq. ::: {.section.footnotes} ------------------------------------------------------------------------ 1. ::: {#fn1} [8 may 2020-ci il tarixli **92-VIQD** nömrəli](http://e-qanun.az/framework/45313) Azərbaycan Respublikasının Qanunu **("Azərbaycan" qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670)** ilə 7.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.1.9-cu maddə əlavə edilmişdir.[↩](#fnref1){.footnote-back} ::: 2. ::: {#fn2} 24 aprel 2018-ci il tarixli **1081-VQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 16 may 2018-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 868**) ilə 7.2-ci maddədə "**işsizlik müavinətinin**" sözləri "**işsizlikdən sığorta ödənişinin**" sözləri ilə əvəz edilmişdir.[↩](#fnref2){.footnote-back} ::: :::

Use Quizgecko on...
Browser
Browser