Antiseptika PDF
Document Details
Uploaded by Deleted User
Tags
Summary
Bu sənəd antiseptika və müxtəlif antiseptik preparatlar haqqında məlumat verir. Sənəd antiseptikanın müxtəlif üsullarını, mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq üsullarını əhatə edir. Həmçinin, müxtəlif antiseptik preparatlar, onların təsiri və istifadəsi barədə məlumatlar verilir.
Full Transcript
II MÜHAZİRƏ ANTİSEPTİKA Antiseptika müxtəlif vasitələrlə patogen mikrobların məhv edilməsi üsuludur. Müasir dövrdə antiseptika daha geniş məfhum olub, yaranın mikroorqanizmlərlə yoluxması yolları-nın qarşısının alınmasına, yarada olan mikroorqanizmlərlə mübari...
II MÜHAZİRƏ ANTİSEPTİKA Antiseptika müxtəlif vasitələrlə patogen mikrobların məhv edilməsi üsuludur. Müasir dövrdə antiseptika daha geniş məfhum olub, yaranın mikroorqanizmlərlə yoluxması yolları-nın qarşısının alınmasına, yarada olan mikroorqanizmlərlə mübarizəyə, bu mikroorqanizmlərin inkişaf edib artmasına maneə olan şərait yaradılmasına və orqanizmin immun qüvvələrinin Antiseptikanın beş üsulu vardır. Bunlar mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq üsullardır. Mexaniki antiseptika mexaniki yolla yaranın infeksiyalaşmış, nekrozlaşmış hissələrinin kəsilib atılmasından, yarada olan qan laxtasının, yara möhtəviyyatının, yad cisimlərin təmizlənməsindən, irinliklərin punksiyasından və kəsilərək irinin boşaldılıb irinliyin drenajlanmasından ibarətdir. Mexaniki antiseptika tədbirləri yaralanmalar zamanı xəstəyə ilk həkim yardımı göstərilən zaman, yaraların birincili və ikincili cərrahi işlənməsi, sarğıların dəyişdirilməsi və digər əməliyyat və manipulyasiyalar zamanı həyata keçirilir. birincili cərrahi işlənmədən sonra hermetik bağlanma-ması nəticəsində yara səthi ilə havanın kontaktının təmin edilməsi, yara səthinin ultrabənövşəyi şüa ilə şüalandırılması, yara boşluğuna müxtəlif drenajlar qoymaqla yarada olan möhtəviyyatın sərbəst axmasını və yara boşluğunun antiseptik məhlullarla yuyulmasının təmin edilməsi, müxtəlif hipertonik məhlullarla sarğı qoymaqla yara boşluğunda mənfi təzyiq yaradaraq, möhtəviyyatın daxildən xaricə Hipertonik sarğılar 5-10-17-20%-li natrium-xlorid, 40%-li qlükoza, 30%-li maqnezium sulfat məhlları ilə qoyulur. Yaraların drenajlanması da fiziki antiseptikanın vacib kompanentlərindən biri olub tənzif piltələr, rezin zolaqları, birmənfəzli, ikimənfəzli və çoxmənfəzli polixlorvinil, silikon və ya rezin borular vasitəsilə, T-vari drenajla, rezin və tənzifdən hazırlanmış “siqar” tipli drenajlar vasitəsilə həyata keçirilir. Drenajlama aktiv, passiv və axarla - - - - - mühitin sağlamlaşdırıcı faktorlarıdır. Bura yaraların yuyulması, yanıqlar zamanı steril şəraitdə yara səthinin yüksək temperatur altında qurudularaq qartmaq altında sağalması aid edilə bilər. Müasir fiziki antiseptikanin vacib elementlərindən biri də texniki vasitələrdən - istifadə olunmasıdır. Bu vasitələrə ultrasəs, lazer, ultrabənövşəyi və rentgen şüalarını göstərmək olar. Bu şüalar müalicəvi dozada bakteriosid təsirlə yanaşı, həm də orqanizmin müqavimət qüvvəsinin Kimyəvi maddələrin təsirindən mikroorqanizmlərin inkişafı dayanır və ya onlar məhv olurlar. Bu maddələr toxumaları qıcıqlandıraraq, yarada regenerasiya prosesini stimulyasiya edir və yaranın sağalmasını sürətləndirir. Müasir dövrdə istifadə olunan antiseptiklərə olan tələbat onların - az miqdarının patogen mikrofloraya bakteriosit və bakteriostatik təsir göstərməsi, yerli qıcıqlandırıcı və ümumi toksik təsiri olmaması, toxuma mayelərinin təsirindən parçalanmaması və onlarla 1. Hidrogen peroksid. 3%-li sulu məhlulu irinli nekrotik yaraları yumaq üçün, yarada olan üfunətli iyi aradan qaldırmaq məqsədilə istifadə olunur. Hidrogen peroksid məhlulu irinli və qanlı yara möhtəviyyatı ilə təmasda olduqda asanlıqla parçalanır. Bu zaman əmələ gəlmiş sərbəst oksigenin hesabına yarada köpük əmələ gəlir. Yaranmış köpüklə birlikdə yarada olan irin - və məhv olmuş toxuma qalıqları xaric olurlar. Hidrogen peroksid, həmçinin, anaerob infeksiyalar zamanı iltihabi prosesin qarşısını almaq üçün sağlam toxumalarla iltihabi proses olan toxumaların sərhəddinə yeritmək üçün, yaraya sarğı qoyulmasında, yaraya yapışaraq qurumuş - 2. Kalium permanqanat. Suda asan həll olan tünd bənövşəyi rəngli kristal maddədir. Təsiri toxumalarla təmasda olarkən sərbəst oksigenin ayrılmasına əsaslanır. Antiseptik və dezoderasiyaedici (üfunətli iyi götürmək) xüsusiyyətləri vardır. İrinli nekrotik yaraları yumaq üçün, - ağız boşluğunu yaxalamaq üçün, qarqara etmək üçün 0,1-0,5%-li məhlulundan, dublaşdırıcı məqsədlə yanıq, trofik yara və yataq yaralarını işləmək üçün 2-5%-li məhlulu, uroloji və ginekoloji praktikada 0,02-0,1%-li - 3. Bor turşusu. Suda asan həll olan, ağ rəngli kristallik maddədir. 1- 2%-li məhlulu ağız boşluğunu və udlağı qarqara etmək üçün, 3%-li məhlulu isidici kompreslərin qoyulması üçün, 2-4%-li məhlulu isə irinli yaraların və sidik kisəsinin yuyulmasında istifadə edilir. - 4. Yod tinkturu. 5-10%-li spirtli məhlul halında istifadə edilir. Cərrahi əməliyyat sahəsinin təmizlənməsində, cərrahın əllərinin mikrobsuzlaşdırılmasında, əməliyyatdan sonrakı yaraların sarğılarının dəyişdiril-məsində, dəridə olan səthi yaraların işlənməsində istifadə - olunur. Uzun müddət təsir göstərdikdə toxumalara qıcıqlandırıcı və yandırıcı təsir göstərir. Bir çox hallarda yod tinkturu sürtüldüyü nahiyyələrdə allergik reaksiya və ya kontakt dermatiti baş verdiyindən son - 5. Yodonat məhlulu. Bu tərkibində aktiv maddə kimi yod olan sulu məhlul olub, yodun spirtli məhlulu kimi qıcıqlandırıcı xüsusiyyəti yoxdur. 1%-li məhlulundan əməliyyat sahəsini təmizləmək üçün, əllərin mikrob- - suzlaşdırılması məqsədilə və irinli yaraları yumaq üçün istifadə edilir. - 6. Etil spirti. Xarakterik iyli, rəngsiz mayedir. 40-50%- li məhlulundan isidici kompreslərin qoyulmasında, 70%-li məhlulundan yara sahəsinin təmizlənməsində və əllərin - mikrobsuzlaşdırılmasında, 96%-li məhlulundan kəsici alətlərin və tikiş materiallarının dezinfeksiya edilməsində istifadə edilir. - sarı rəngli kristallik maddədir. Çox güclü antiseptik maddə olub, bir çox aerob və anaerob infeksiya törədicilərinə təsir göstərdiyindən, 1:5000 məhlulundan irinli yaraların yuyulmasında, periton - boşluğunun, plevra boşluğunun, oynaq boşluqlarının yuyulmasında, ağız boşluğunun qarqara edilməsində geniş istifadə edilir. Spirtli məhlul - 8. Xloramin. Xarakterik iyə malik, ağ rəngli kristallik maddədir. Suda asan həll olur. Çox güclü antiseptik maddə olub, dezodorasiyaedici qabiliyyəti də vardır. Təsir mexanizmi tərkibində aktiv xlorun olması ilə izah edilir. 0,25-0,5%-li məhlulu əlləri və alətləri mikrobsuzlaşdırmaq üçün, 1-2%-li məhlulu irinli yaraları, əməliyyat otağının divar və döşəmələrini yumaq üçün, - 5%-li məhlulu isə ağır xəstələrin ifrazatını və cərrahi müdaxilə zamanı çıxarılmış parazitar kistaların (exinokokkoz, alveokokkoz və s.) dezinfeksiya etmək üçün istifadə edilir. İrinli yaraların müalicəsində uzun müddət xloramin məhlulundan istifadə - 9. Brilyant yaşılı (Metilen abısı). Antiseptik təsiri yod tinkturunun təsirindən güclüdür. 1%-li məhlulu (spirtli) dərini dezinfeksiya etmək üçün istifadə edilir. 2%-li spirtli məhlulu yanıqların müalicəsində, 0,02%-li - məhlulu boşluqları yumaq üçün istifadə edilir. 2%-li spirtli məhlulunun kleolla bərabər miqdarda qarışığı uzun müddət təsir edən antiseptik kimi dərinin - 10. Xlorheksidin. 1%-li sulu, 0,5%-li spirtli məhlul formasında irinli yaraların və boşluqların yuyulmasında, əllərin və yara sahəsinin mikrobsuzlaşdırılmasında geniş istifadə edilir. - 11. Betadin. Yodun pavidonla birləşməsi olub, 2- 10%-li məhlul halında istifadə edilir. Toxumaları qıcıqlandırıcı təsiri yoxdur, buna qarşı allergik reaksiya müşahidə edilmir. Ona görə də, yaraların müalicəsində - və boşluqların yuyulmasında geniş istifadə edilir. Betadinin məlhəmi uzun müddətli antiseptik təsir göstərmək məqsədilə infeksiyalaşmış - 12. Lifuzol. Tərkibi furasilin, linetol, aseton, xüsusi tərkibli qətran və s. ibarət olan aerazoldan ibarətdir. Bu maye çiləndiyi yerdə, sarımtıl rəngdə elastiki plyonka qalır. Tərkibində furasilin olduğuna görə bu şəffaf plyonka antiseptik təsirə malik olmaqla bərabər, həm yaranı ətraf mühitdən çirklənmədən qoruyur, həm də, yaraya vizual nəzarət - edərək yara prosesinin gedişini izləməyə imkan verir. Lifuzol əməliyyatdan sonrakı yaralara “sarğısız sarğı”qoymaq, drenaj və kateterlərin ətrafını hermetikləşdirmək, svişlərin ətrafında dərini masserasiyadan qorumaq və 13.Dekametoksin İstifadəsinə göstərişlər aşağıdakılardır: Dərinin göbələk xəstəlikləri (dermatomikozlar, epidermofitiya, ağız boşluğunun və əsnəyin dəri və selikli qişalarının kandidozu); tonzillit, farinqit; proktit, xoralı kolit; kəskin və xroniki konyuktivit və blefarokonyuktivitlər; irinli- iltihabi ağırlaşmaların profilaktikası; - kontakt linzaların işlənməsi; karies dişlərin boşluğunun işlənməsi; xarici və orta otitlər; ağ ciyərin abssesi, bronxoektaziya, xroniki bronxitin kəskinləşməsi; tibbi personalın əllərinin və əməliyyat sahəsinin mikrobsuzlaşdırılması; tikiş materiallarının (ipək, ketqut, kapron, lavsan) və cərrahi - 14.Müasir antiseptik preparatlardan biri də lavaseptdir. Lavasept müasir antiseptik kimi 1960-cı illərdən istifadə olunmağa başlnmışdır. Bu antiseptiklə yaniqların müalicəsinə başladıqdan sonra yanıq sepsisindən ölənlərin sayı 60%-dən 28%-ə endi. Lavasept gümüş nitrat əsasında hazırlanmış antiseptik olub bir çox aerob və anaerob mikroblara və göbələklərə qarşı çox effektli təsirə malikdir. Lavaseptin digər bir üstünlüyü odur ki, bu - preparata qarşı mikrobların rezistend formaları inkişaf etmir. Lavaseptin əməliyyatdan sonrakı xroniki osteomielitlərin müalicəsində də yaxşı effekt verdiyi müəyyən edilmişdir. Lavaseptin ultrasəs kavitasiyası yolu ilə yanıq yaralaarının işlənməsində də üstünlükləri müəyyən edilmiş və praktiki cərrahiyyədə tətbiq olunmaqdadır. - 15. Müasir antiseptik preparatlardan biri də Miromitsindir. Bu Rusiyanın yeni nəsil antiseptik preparatıdır. Bu unikal antiseptik maddə bakterial, virus və göbələk mənşəli infeksiyaların qarşısını slmaq üçün ideal fərdı vasitə sayıla bilər. Miramitsinin aktivliyi infeksiyanın lokalizasiyasından asılı olmayaraq özünü göstərir. Miramitsin keçən əsrin 70-ci illərində keçmiş SSRİ-də “Kosmik biotexnologiya” proqramına uyğun olaraq dərman preparatı kimi işlənib hazırlanaraq kosmonavtların dəri örtüyünün və orbital stansiyada olan avadanlıqların, qapalı mühitdə inkişafına yaxşı - şərait yaranan patogen mikroblara, viruslara və göbələklərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuşdur. SSRİ-nin dağılmasından sonra bu unikal preparata ehtiyac olmadığından preparatın müəllifləri müvafiq sınaqlardan sonra 1991-ci ildə Miramitsini zöhrəvi xəstəliklərə qarşı fərdi profilaktika vasıtısi kimi qeydiyyatdan keçirərək tibbi praktikada istifadəsinə müvəffəq oldular. Bu preparatın xassələrinin sonrakı Miramitsin (Septomirin) bakteriosit təsir göstərən antiseptik dərman maddəsidir. Qrammüsbət və qrammənfi aerob və anaerob sporəmələgətirən və sporəmələgətirməyən mikroblara qarşı monokultura və mikrob assosasiyası şəklində olduqda aktivdir. Qrammüsbət mikroorqanizmlərdən (Staphylococcus spp., Streptococcus spp., Bac. subtilis və.s.); göbələklərdən (Candida albicans, Candida tropicalis, Trichophyton rubrum, Microsporum lanosum, Aspergillis niger); qrammənfi mikroorqanizmlərdən (Neisseria sp., Esherichia spp., Shigella spp., Salmonella spp., Vibrio spp., Treponema pallidum, Corynebacterium diphtheria); ibtidailərdən (Chlamidium trachomatis, Chlamidium pneumonia) Miramitsinə qarşı həssasdırlar. Miramitsin penisillinaza ifrazedən hospital infeksiyası ştamlarını da məhv edir. Miramitsin eyni zamanda immun hüceyrələrin funksional aktivliyini artırır, yerli olaraq qeyri spesifik immuniteti stimulyasiya edir, yaraların sağalma - prosesini sürətləndirir, mikroorqanizmlərin antibakterial maddələrə qarşı rezistendliyini aşağı salır. Yerli olaraq istifadə etdikdə Miramitsin praktiki olaraq qan dövranına sorulmur. Miramitsin cinsi yolla keşən xəstəliklərin (sifilis, qanoreya, trixomoniaz, xlamidioz, genital herpes, QİÇS), cərrahiyyədə və ginekologiyada irinli yaraların, səthi və dərin yanıqların, peridontitlərin, stomatitlərin, otitlərin, haymoritlərin, tonzillitin, larinqitin dəri və selikli qışaların göbələk xəstəliklərinin profilaktikası və müalicəsi məqsədi ilə istifadə olunur. - 16. Müasir antiseptik dərman maddələrindən biri də Oktaniseptdir Oktanisept qrammüsbət və qrammənfi bakteriyalara, lipofil viruslara (məsələn Herpes simplex və hepatit B virusları), həmçinin mayayabənzər göbələklərə və dermatofitlərə qarşı aktivdir. Oktaniseptdən cərrahi, pediatrik, mama-ginekoloji, travmatoloji, proktoloji, dermatovenereloji, otorinilarinqoloji və stomatoloji müdaxilə və manipulyasiyalardan əvvəl dəri və selikli qişaların işlənməsi, yara və yanıq səthlərinin işlənməsi, ayaq pəncəsinin və barmaqlararası sahənin mikozunun profilaktikası məqsədi ilə istiadə olunur. İstifadə olunduğu nahiyyədə qısamüddətli yanğı - hissiyyatı müşahidə ediıə bilər. Qarqara zamanı acı dad hiss edilə bilər. Tərkibində yod olan antiseptiklərlə eyni zamanda istifadə etmək məsləhət görülmür. İstifadə olunması işlənəcək nahiyyələrin bol isladılmış tamponlarla silinməsi, yaxud həmin nahiyyəyə çilənməsi yolu ilə aparılır. Oktaniseptlə işlənəcək nahiyyələr əvvəlcədən irin və digər bioloyi substratlardan təmizlənməlidir. Ağız boşluğunu qarqara etmək üçün 20,0 ml oktanisepdən istifadə etmək lazımdır. Təkrari qarqara 20 saniyyədən sonra aparıla - biri də Yoks-dur Bu yodlaşdırılmış povidondan ibarət olub dəri və selikli qişalarla təmasda olduqda üzvi yod əmələ gətirir. Sərbəst yodun bilavasıtə mikroorqanizmlərin zülal strukturuna təsir etdiyindən mikrob əleyhinə geniş spektrli təsirə malikdir. Yodlaşdırılmış povidon qrammüsbət və qrammənfi kokk və basillərə, bir çox anaerob bakteriyalara, maya və saxaromisetlərə, həmçinin sadə viruslara bakteriosid təsir göstərir. Bu preparatın tərkibində, həmçinin allantoin vardır ki, bunun yodlaşdırılmış povidonla birgə təsiri hesabına preparat iltihabəleyhinə terapevtik effekt də göstərir. Yodlaşdırılmış povidon tamlığı pözulmamış dəriyə sürtüldükdə yodun absorbsiyası minimal olur. Amma ağız boşluğunda istifadə etdikdə yodun daha çox siste absorbsiyası - müşahidə edilir ki, bu da qalxanabənzər vəzin funksiyasına təsir göstərə bilər. Yoks angina, farinqit, tonzillofarinqit, tonzillit, qlossit, stomatit, və streptokokk mənşəli anginalar zamanı antibiotiklərlə birlikdə aparılan kompleks müalicınin tərkib hissəsi kimi, həmçinin yuxarı tənəffüs yollarının kəskin virus infeksiyası zamanı ağız boşluğunun və udlağın qarqarası məqsədilə istifadə olunur. Yoks yerli olaraq ağız boşluğunun selikli qışasını və - 17. Müasir antiseptiklərdən biri də Brilliantdır. Brilliant hər litrə düşən təsiredici maddənin minimallığına görə digər dezinfeksiyaedicilərdən fərqlənir. Brilliant 1 və 5 litrlik qablarda buraxılır. Brilliant çox geniş istifadə sferasına malik olduğundan onu universal dezinfeksiyaedici adlandırırlar. Belə ki, Brilliant tibbi avadanlıqların sterlizasiyasında (buraya stomatoloji avadanlıqlar, bərk və yumşaq endoskoplar da daxildir), xəstələrə qulluq avadanlıqlarının, sanitar-texniki avadanlıqların, qabların, yataq dəstlərinin, müalicə- - profilaktika müəssisələrinin, apteklərin, ərzaq sənayesi müəssisələrinin, pansionat, sanatoriya və digər sağlamlıq ocaqlarının, məktəbəqədər uşaq müəssisələrinin, məktəblərin, ictimai iaşə və kommunal təsərrüfat müəssisələrinin, klub, kinoteatr, restoranların, hamam və hovuzların, dəmiryolu və metropoliten obyektlərinin, ictimai - Aktomandırdır. Aktoman çirklənmiş səthləri silmək yolu ilə hepatit B virusu törədicilərindən az dayanıqlı olmayan (vərəm mikobakteriyalarından başqa) mikroorqanizmləri məhv edir. Bu yolla sanitar-texniki avadanlıqları, xəstələrin yataq dəstlərini, yeməkxanaların qablarını, - tibbi atıqları dezinfeksiya etmək olar. Aktoman vasitəsilə cərrahi müdaxilədən qabaq əllərin mikrobsuzlaşdırılması, küvezlərin, dializ aparatlarının, sidiyin, qanın, bəlğəmin, qusuntu kütləsinin və nəcisin - Sulfanilamid preparatları. Bu qrupa aid olan preparatlar (streptosid, sulfidin, norsulfazol, sulfadimezin, etazol, sulqin, ftalazol, sulfamonometoksin, sulfadimetoksin, biseptol və s.) yaxşı antiseptik maddələr olub, mikroorqanizmlərə bakteriostatik təsir göstərirlər. Sulfanilamid preparatları, əsasən, enteral və parenteral yolla işlənməsinə - baxmayaraq, emulsiya və toz halında da istifadə edilir. - Hal-hazırda yerli qıcıqlandırıcı təsirə və ümumi toksik təsirə malik olan ağır metal duzlarının məhlulları olan süleymani məhlulu (civə 2-xlorid),. civə oksisianid, gümüş nitrat (lyapis) məhlulu, qurğuşun suyu, diasid, kollarqol, protarqol, Burov mayesi və s., kəskin qoxuya malik olan karbol turşusu, lizol, krealin, formalin, yodoform, kseroform, ammonyak məhlulu, ixtiol və s. antiseptik maddələr demək olar ki, istifadə olunmurlar və bunların yalnız tarixi Bioloji antiseptika müxtəlif bioloji mənşəli preparatların bakteriosid və bakteriostatik təsirindən mikro-orqanizmlərin məhv edilməsinə deyilir. Bu antiseptiklərə proteolitik fermentlər, - bakteriofaqlar, probiotik-lər, fitonsidlər, antibiotiklər, vaksinlər, zərdablar, anatoksinlər, qammaqlobulinlər və s. preparatlarin özləri mikroorqanizmləri məhv etməyib nekrotik toxumaları və fibrini əridib irinli ekssudatı durulaşdıraraq iltihab əleyhinə təsir göstərir və antibiotiklərin müalicəvi effektini gücləndirir. Bu qrupa tripsin, ximotripsin, ximopsin, pepsin, ribonukleaza, kollagenaza, lidaza, streptokinaza, asperaza, terrelitin, - iruksol, xloramfenikol, levomekol, papain, karipain, bromelain və s. göstərmək olar. Proteolitik fermentlər yaraları yumaq, drenajlar vasitəsilə yara boşluğuna yeritmək, dərialtı, əzələdaxili, venadaxili, sümük daxili, elektroforez və - Probiotiklər Probiotiklər orqanizmin həzm traktının normal canlı miikroorqanizmləri olub orqanların normal mikroflorasını bərpa edərək patogen və şərti-patogen mikroblara məhvedici təsir göstərir. Onlar biotin, fol turşusu, vitamin K hasil edərək həzm sisteminin selikli qişasında normal mikrofloranın fəaliyyətini təmin edir, immun sistemi möhkəmləndirir və orqanizmi toksik maddələrdən müdafiə edir. Ona görə də həzm sisteminin mikrobiosenozunun kəmiyyət və keyfiyyət dəyişiklikləri mikroflorada disbalansa, disbioza gətirib çıxarır ki, bu da həzm sistemində müxtəlif ciddi xəstəliklərin yaranmasına səbəb olur. Hal-hazırda probiotiklərin dörd nəslinin nümayəndələrindən istifadə edilir. I nəsil probiotiklər aşağıdakılardır: kolibakterin, - laktobakterin, bifidumbakterin; II nəsil probiotiklər aşağıdakılardır: sporobakterin, biosporin, baktisubtil; III nəsil probiotiklər aşağıdakılardır: Lineks, Asipol, Bifiliz, Asilakt, Bifiform və s.; IV nəsil probiotiklər aşağıdakılardır: Probifor, - - - Antibiotiklər. Son 70 il ərzində antibiotiklər öz işlənmə sahəsinin genişliyinə görə tibbdə əvəzedilməz yer tutmuşdur. Müxtəlif müəlliflərin - məlumatına əsasən terapevtik xəstəliklərin müalicəsində 40-50% hallarda, cərrahi praktikada isə 100% hallarda antibiotiklərdən antibiotiklər mikroorqanizmlərin hüceyrə qılafına və ya hüceyrə sitoplazmasına adsorbsiya olunur ki, bunun da nəticəsində hüceyrənin quruluşu və metabolitik prosesləri pozulmuş olur. Antibiotiklər, eyni - zamanda, hüceyrə daxilində nuklein turşularının və beləliklə, zülal sintezinin qarşısını alır və mikrob hüceyrələrinin məhvinə gətirib çıxarır. Antibiotikoterapiyanın əsas prinsipləri # onların ciddi göstəriş əsasında maksimal terapevtik dozada təyin olunması, # sutka ərzində qanda daimi bakterisid konsentrasiyasını saxlaya biləcək saatlarda, - # 5-7 gündən 14 günədək davam edən kurslarla, # onların sinergizm və antaqonizm qanunauyğunluqlarını nəzərə almaqla, # effekti olmadıqda dəyişməklə, yayılmış nümayəndəsi penisillindir. Penisillinin geniş surətdə işlənməsinin səbəbi onun çox yüksək antibakterial xassəyə malik olması, toxumalarda öz təsirini itirməməsi, çox yüksək dozalarda işlədildikdə orqanizmə toksik təsir göstərməməsidir. Patogen mikroorqanizmlərin - əksəriyyəti penisillinə həssasdırlar. Penisillin, adətən, 500.000-1000.000 TV dozada, 4-6 saatdan bir əzələ daxilinə yeridilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, penisillinin dozası sutka ərzində 20-50, bəzən də Penisillin dəri altına, əzələ daxilinə, vena daxilinə, arteriya daxilinə, sümük iliyinə, endolimfatik yolla və boşluqlara yeritməklə orqanizmə qəbul edilə bilər. Qeyd - etmək lazımdır ki, vena daxilinə penisillinin yalnız natrium duzu və NaCI -un 0,9%-li fizioloji məhlulunda həll edilərək damcı yolu ilə streptomitsindir. Streptomitsin penisillinin təsir göstərmədiyi bir çox patogen mikroorqanizmlərə bakteriosid təsir göstərir. Streptomitsin yeridildikdən üç saat sonra yüksək müalicəvi konsentrasiyada qanda aşkar edilir və bu konsentrasiya 10-12 saat ərzində davam - edir. Streptomisinin dozası 500.000- 1.000.000 TV olmaqla, hər 12 saatdan bir orqanizmə daxil edilməlidir. Əsasən, əzələyə yeritmək üsulundan istifadə edilir. Uzun müddət yüksək Hal-hazırda geniş təsir spektrinə malik penisillinin sintetik analoqları olan ampisillin, oksasillin, ampioks, bitsillin və s. öz yüksək müalicəvi xüsusiyyətləri, az toksikliyi ilə daha populyar olub, geniş istifadə olunurlar. Bunlar penisillinə qarşı davamlı olan mikrobları asanlıqla məhv etmək qabiliyyətinə malikdirlər. - Klinik praktikada qentamisin, linkomisin, kanamisin, sefomezin, kefzol, klafaran, tetrasiklin, eritromisin, ampisid, triakson, tobramisin, forsef, rofaks, vibromisin, meronem və s. antibiotiklər geniş istifadə olunur. - - - Antibiotiklər çoxaldıqca (hal-hazırda onların 6.000-dən çox növü var) onların istifadəsi zamanı, bəzən ölümlə nəticələnən, anafilaktik reaksiyalar da tez-tez təsadüf olunmağa - başladı. Bu reaksiyaların profilaktikası üçün antibiotiklərə qarşı fərdi həssaslığın öyrənilməsi üsulları meydana çıxdı. Bu görə həssaslığın müəyyən edilməsi. Orqanizm hər hansı bir antibiotikə qarşı həssalığa malikdirsə, onun qoxusundan burunda qıcıqlanma, sulanma, asqırma, öskürmə, gözlərdə sulanma hiss olunacaqdır. - antibiotikə qarşı həssaslığın yoxlanması. Bu zaman həssaslığı yoxlanacaq antibiotikin zəif məhlulundan 1 damcı (1 ml-də 5000- 10.000 TV olan məhluldan) gözün konyuktivasına, yaxud dilin üzərinə damızdırırlar. Qızartı, qıcıqlanma, qaşınma, sulanma olmadıqda - antibiotiki işlətmək olar. 3. Həssaslığı yoxlanacaq antibiotikin zəif məhlulunun dəriyə sürtülməsi yolu ilə həssaslığı yoxlamaq. Əgər orqanizmin həssaslığı vardırsa, antibiotik məhlulu sürtülən yerdə qızartı, şişkinlik, ödem, qaşınma hissiyyatı yaranır. - Bu sınağı qoymaq üçün hər 1 ml-də 100000 TV antibiotik olan məhluldan 0,1 ml götürüb, onu 0,9%-li NaCl-un fizioloji məhlulunda 10 dəfə durulaşdırdıqdan sonra 0,1 ml-ni saidin ön səthinə dəri daxilinə yeridilərək, 20-30 dəıqiqədən sonra nəticəsi yoxlanır. Dəri üzərində 1,0 sm-dən böyük qızartı, ödem, qıcıqlanma müşahidə edilirsə, orqanizm sınaqdan keçirilən antibiotikə - qarşı həssasdır və onu işlətmək olmaz. antibiotiklərə qarşı həssaslığı yoxlamaq üçün bu tabletkanın kiçik bir hissəsi 15-30 saniyə müddətində ağızda saxlanılır. Həssaslıq yüksək olduqda 15-20 dəqiqədən sonra yerli olaraq qızartı və ödem müşahidə edilir. 6. Məlhəm halında olan antibiotik tərkibli - dərman maddələrinə qarşı həssaslığı yoxlamaq üçün həmin məlhəmdən dərinin, yaxud selikli qişanın üzərinə sürtüb, 20-30 dəqiqədən sonra müayinənin nəticəsi yoxlanılır. Qızartı, ödem, qaşınma, Bakteriofaqlar. Bakteriofaqlar öz təbiətinə görə viruslara bənzəyən mikroskopik canlılar olub, bakteriya hüceyrələrinin daxilində parazitlik edirlər. Bakteriyaların daxilinə keçdikdən sonra onlar artıb çoxalaraq, həmin bakteriyanı məhv edirlər. Onların belə xassəsinə görə müxtəlif xəstəliklərin müalicəsində və - profilaktikasında istifadə olunurlar. Bakteriofaqlar spesifik olaraq ancaq müəyyən növ bakteriyalara təsir etdiklərinə görə, onlar polivalent formada hazırlanırlar. Bakteriofaqlar maye və tabletka şəklində istehsal Orqanizmə daxil olmuş bakteriofaq 5-7 gün müddətində fəaliyyət göstərir. Ona görə də uzunmüddətli təsirini təmin etmək üçün yenidən orqanizmə daxil edilməlidir. Hal- hazırda qarın yatalağı, salmanelloz, dezinteriya və vəba kimi qorxulu infeksion xəstəliklərin müalicəsində bakteriofaqlardan - geniş istifadə edilir. Vaksinlər. Vaksinlər diri, ölü və kimyəvi vaksinlər olmaqla, 3 yerə bölünürlər. Xəstəlik törədən mikroorqanizmlərin istehsalat laboratoriyaları şəraitində, müxtəlif qidalı mühitlərdə alınan vaksin ştammı deyilən formalarına diri vaksinlər deyilir. Diri vaksin ştammının əsas xüsusiyyəti odur ki, onlar xəstəlik yaratmaq qabiliyyətini itirmiş olurlar. Orqanizmə daxil edilmiş vaksin ştammı daxil edildiyi yerdə və regionar limfa düyünlərində artıb çoxalırlar. - Orqanizm-də bir neçə həftə müddətində fəaliyyət göstərən vaksin ştammı heç bir klinik əlamətlə özünü büruzə vermir, lakin müvafiq törədicinin patogen yollarla inaktivasiya edərək, onların yalnız antigenlik qabiliyyəti saxlanılır. Ölü vaksinin effekti diri vaksindən az olur. Kimyəvi vaksin müxtəlif kimyəvi maddələrin təsiri ilə patogen mikroorqa-nizmlərdən alınmış, spesifik - immunoloji komponenti olan antigendən ibarətdir. Kimyəvi vaksin mikroorqanizmlərin immunoloji qeyri aktiv maddəsindən – ballast hüceyrə hissələrindən - - Anatoksinlər. Müxtəlif yoluxucu xəstəliklərin törədiciləri (tetanus, difteriya, qazlı qanqrena, botulizm) orqanizmdə artıb çoxalaraq, patoloji proses törədən zaman ekzotoksinlər deyilən zəhərli məhsullar ifraz edirlər. Bu toksinlərin orqanizmdə patoloji prosesləri əmələ gətirməklə - yanaşı, digər bir, vacib praktiki əhəmiyyəti olan xassəsi də vardır ki, bu da kiçik dozalarda orqanizmə yeritdikdə orqanizmdə spesifik antitelin – antitoksinin əmələ gəlməsidir. Toksinin üzərinə kiçik dozada formalin əlavə edib, bir neçə gün 37-40 Sº -də saxladıqda o, öz toksikliyini tamamilə itirib, antigenlik xüsusiyyətini saxlayır. Bu üsulla alınan preparatlar anatoksiklər adlanırlar. Bu preparatlar effektli və zərərsiz olub, əhalinin aktiv immunizasiyası üçün geniş Zərdablar. Zərdablar süni olaraq hiperimmunizasiya edilmiş heyvanların (xüsusən atların) qanından, yaxud müvafiq yoluxucu xəstəlik keçirmiş insanların qanından spesifik aktiv fraksiyalarının – immunoqlobulinin - ayrılması hesabına əldə edilirlər. Zərdablar orqanizmə yeridildikdə qısa müddət ərzində passiv immunitet yaradırlar, çünki onların tərkibində patogen Hal-hazırda tetanus əleyhinə, difteriya əleyhinə, qazlı qanqrena və botulizm əleyhinə zərdablardan geniş istifadə edilir. Zərdabların mənfi xüsusiyyəti odur ki, onlar - vurulduqdan sonra anafilaktik şok müşahidə edilə bilər. Ona görə də, zərdablar mütləq Bezredko üsulu ilə vurulmalıdır. Aseptika Bu yolla yoluxmanın qarşısını almaq üçün -standart steril maskalardan və ya 4-6 qat tənzifdən tikilmiş maskalardan istifadə etmək, -əməliyyat otağında maksimum danışmamağa çalışmaq , -əməliyyatda iştirak edənlərin isə hər dəfə steril maska-kalpak geymələri daha vacibdir. Endogen, yaxud autogen infeksiya Orqanizmin öz daxilində olan mikroorqanizmlərin yaraya daxil olması nəzərdə tutulur. - Bu kontakt, hematogen (qan vasitəsilə) və limfogen (limfa vasitəsilə) yolla mümkün olur. Heterogen infeksiya ilə mübarizə yolları I. Sterilizasiya. Sterilizasiya yüksək temperatura və digər vasitəsilə bütün bakteriyaların məhv edilməsinə deyilir. Aseptika məqsədi ilə edilən sterilizasiyanın əsas üsulları aşağıdakılardır: a) yüksək təzyiq və temperatur altında buxarla mikrobsuzlaşdırma; b) isti hava axını vasitəsilə mikrobsuzlaşdırma; c) qaynatma vasitəsilə mikrobsuzlaşdırma; d) qızdırma, yaxud yandırma vasitəsilə mikrobsuzlaşdırma. e) qazlarla və plazma ilə Yüksək təzyiq və temperatur altında buxarla mikrobsuzlaşdırma avtoklav deyilən aparatlarla aparılır. Avtoklavın muxtəlif formaları vardır - - - dezinfeksiyası üzrə standartların tələbinə əsasən avtoklavda aparılan sterlizasiyanın rejimi -2,0 atm.-132 dərəcə C, 20 dəqiqə, -1,1 atm. -120 dərəcə C, 45 dəqiqə olmalıdır. Sterl materialın saxlanma müddəti aşağıdakı kimidir: -Sadə biksdə 3 sutka, -Bioloji filtri olan bikslərdə 20 sutka, -İki tərəfdən bağlanmış kraft-paketlərdə 20 sutka, -İki skrepka ilə bağlanmış kraft- paketlərdə 3 sutka, -Parça materialdan hazırlanmış Avtoklavda sterlizasiya rejimi və ona nəzarət prinsipi Buxarin C dərəcə ilə Sterlizasiyanın Sterlizasiyaya kimyəvi təzyiqi işlək ekspozisiyası nəzarət kq/sm2 temperatura dəqiqələrlə 2+0,2 132+2 20 Sidik cövhəri, nikotinamid, İS-132 1,1+0,2 120+2 45 Benzoy turşusu, İS-120 2,1+0,1 134+1 5 Sidik cövhəri, nikotinamid, 1,1+0,1 121+1 20 Kükürd 1 oksidi, Benzoy turşusu 1,4+0,1 126+1 10 Benzamid, suksinamid 0,5+0,2 110+2 180 Antipirin, rezorsin İsti hava axını vasitəsilə mikrobsuzlaş- dırma хцсуси гурудужу шкафларда апарылыр sterlizasiya. İsti, quru havanın təsiri ilə sterlizasiya tibbi praktikada geniş surətdə istifadə edilir. İsti hava mikroorqanizmlərin həm vegetativ formalarını, həm də spor halında olan formalarını məhv edir. Sterlizasiyanın bu növündən temperaturadavamlı şüşə avadanlıqların və su buxarı təsirindən korroziyaya uğrayan cərrahi alətlərin sterlizasiyası üçün istifadə edilir. Bu üsulun üstünlüyü sterlizasiya olunan materialların tədricən qızdırılması və nəmişliyin olmamasıdır. Çatmayan cəhəti isə yalnız termostabil - qaynatma vasitəsilə mikrobsuzlaşdırma стерлизаторларда апарылыр. Şüa vasitəsilə aparılan soyuq sterilizasiya. Son illərdə sarğı materialının, alətlərin, antibiotiklərin və digər müalicəvi preparatların ionlaşdırıcı şüalandırma, ultrabənövşəyi şüalar və ultrasəs dalğaları ilə sterilizasiyası metodları geniş yayılmışdır. Ultrabənövşəyi şüaların fiziki- kimyəvi xassələri mikrobları məhv etmək qabiliyyətinə malikdir. Bu şüaların nüfuzetmə qabiliyyətinin kiçik olması və bu sahədə işləyənlərdə və ya xəstələrdə dəri və buynuzlu qişada yanıq - fotodermatit əmələ gətirdiyindən, istifadəsi məhduddur. Ultrabənövşəyi şüalarla aparılan sterlizasiya. Bu dalğa uzunluğu 260 nm olan civə kvars lampasının şüaları vasitəsilə həyata keçirilir. Bu şüaların bakteriostatik təsiri kvars lampasının buraxdığı şüaların dalğa uzunluğu ıiə mikroorqanizmlərin DNT-sinin şüaları udma spektrinin eyni olması və bu şüaların təsirindən həmin mikroorqanizmlərin həyat fəaliyyətinin dayanmasıdır. Ultrabənövşəyi şüaların təsir gücü zəıf olduqda mikroorqanizmlırdə reperesiya prosesi aktivləşir və hüceyrə yenidən bərpa olunur. Bu metod otaqların, bikslərə yığılmış avadanlıqların və destillə edilmiş suyun sterlizasiyasında istifadə olunur. Enilen oksidi ilə aşağı temperaturada qazla aparılan sterlizasiya Bu sterlizasiya etilen oksidin təzyiq, temperatur və rütubətin kəskin rejiminə ehtiyac olmadan sterlizasiya ediləcək avadanlıqlara di ffuziya edərək yüksək keyfiyyətli sterlizasiya aparmaq qabiliyyətinə əsaslanır. Dezinfeksiya patogen mikroorqanizmlərin əsasən məhv edilməsinə, sterlizasiya isə bakteriya və dıgər mikroorqanizmlərin tamamilə məhv edilməsinə deyilir. Belə ki, sterlizasiyadan sonra qalıq mikroorqanizmlər 10 üstü -12 miqdarında ola bilər. (1 000 000 000 000 –dan 1-i qala bilər) ki, bu sterlizasiya edən tibbi texnika ya qoyulqn mütləq şərtdir. Etilen oksidi ilə aparılan sterlizasiyanın üstünlükləri odur ki, o, metalları korroziyaya uğratmır, plastik və rezin məmulatlar əriyib deformasiyaya uğramırlar, elektronika və optic hissələri olan avadanlıqlar rütubət və nəmişlik təsirindən sıradan çıxmırlar. Etilen oksidi ilə aparılan sterlizasiyanın unikallığı ondadır ki, bu zaman sterlizasiya paketin içərisində gedərək qaz kameraya yayılmır. Sterlizasiyanın sonunda aerasiya prosesi gedərək kamerada olan qaz qalığını təmizləyir. Bu üsul digər üsullardan 5-20 dəfə ucuz başa gəlir. Etilen oksidi ilə aparılan sterlizasiyanın çatmamazlığı odur ki, sterlizasiya tsikli 12-14 saat (hal-hazırda bu vaxt 3,5-6 saata qədər qısalmışdır). Bu üsulla cərrahi alətlər, endoskopik alətlər, drenaj boruları, sünii “ağciyər-ürər” və “sünii böyrək aparatları, linzalar, kateterlər, mikrocərrahi Plazma üsulu ilə kimyəvi sterlizasiya Bu üsulla sterlizasiya hidrogen peroksidin sulu məhlulu və aşağı temperaturlu plazma (mənfi təzyiq altında yaranan ionlaşmış qaz) yaranan biosid mühiti hesabına əldə olunur. Bu üsul hal-hazırda məlum olan ən müasir üsul hesab edilir. Bu istənilən tibbi avadanlığın, boşluğu olan alətləadən tutmuş kabellərə, elektrik cihazlarına qədər sterlizasiyasında istifadə oluna bilər. Bu üsullun məğzi ondan ibarətdir ki, hidrogen peroksid sterlizasiya kamerasına çiləndikdən sonra 13,56 MHs tezliyində olan elektromaqnit dalğaaları buraxan mənbə işə salınır və bunun təsirindən hidrogen peroksidin bir hissəsinin molekulları (OH), digər hissəsi isə (OOH-) hidroperoksil qrupuna parçalanır ki, bu da görünən ultrabənövşəyi şüalanma ilə müşayət olunur. Bunun nəticəsində də hidrogen peroksid molekullarından, sərbəst radikallardan və ultrabənövşəyi şüalanmadan ibarən biosid mühit yaranır və bu mühit də orada olan mikrobları məhv edərək sterlizasiya yaradır. Son zamanlar Co60 və Cs137 izotoplarının buraxdığı qamma şüalarla sterilizasiyanın çox effektli olması aydın olmuşdur. Bu şüalarla sarğı materiallarını, tikiş materiallarını, tibbi preparatları, zərdab və vaksinləri, cərrahiyyədə protez kimi istifadə olunan hetero-transplantatları (sümüyü, qan damarlarını, aponevrozu və s.), birdəfəlik istifadə olunan qan köçürmək üçün sistemləri, Гamma şüaları çox yüksək dozada – 2-2,5 Meqarad (milyonlarla rentgen) olmalıdır ki, keçdiyi yerlərdə mikrobların sağ qalması və mutasiyaya uğraması ehtimalı olmasın. Bu şüalanma, insanların qorunması üçün xüsusi qoruyucu qurğulara ehtiyac olduğundan, məhdud ixtisaslaşmış müəssisələrdə istifadə olunurlar. Cərrahi əməliyyat otağının havasının mikrobsuzlaşdırılması. Bu əməliyyat otağında yerləşdirilən qısadalğalı ultrabənövşəyi şüalar verən bakteriosid lampalar vasitəsilə həyata keçirilir. Bu lampalar iş gününün axırında və əməliyyatlararası dövrdə yandırılır. Müəyyən edilmişdir ki, bakteriosid lampanın 2 saat müddətində yandırılması əməliyyat otağında olan mikroorqanizmlərin 50-80 % azalmasına səbəb olur. Bu məqsədlə əməliyyat otağının hər 1 m3 həcminə 5 ml 3%-li H2O2 və 0,5 ml süd turşusu qarışığının çilənməsi üsulundan da istifadə edilir. Bu zaman əməliyyat otağında mikrobların miqdarı 30-40 dəfə azalmış olur. Son zamanlar əməliyyat otagının ətraf mühitdən tam izolyasiya edilməsi (pəncərələrin olmaması, qapıların fotoelementlə açılıb örtülməsi), otagın havasının xüsusi quruluşlu laminar hava axını yolu ilə dəyişdirilməsi və hava daxil olan yerlərə xüsusi biofiltrlərin qoyulması yolu ilə Əllərin mikrobsuzlaşdırılması. Müəyyən edilmişdir ki, dərinin saysız-hesabsız qırış və büküşlərində, dəridə olan tük kisəciklərində, piy və tər vəzilərində çoxlu miqdarda mikroorqanizmlər mövcuddurlar. Ona görə də, cərrahi əməliyyatda iştirak edən hər bir kəsin əllərinin mikrobsuzlaşdırılması vacibdir. Əllərin tam mikrobsuzlaşdırılması praktik olaraq mümkün olmadığından, hansı üsulla mikrobsuzlaşdırmadan asılı olmayaraq, mütləq rezin əlcək geyinmək lazımdır. йумаздан яввял дырнаглар тямизлянмяли, сонра яллярин микробсуз- лашдырылмасы щансы цсулла апарылмасын- дан асылы олмайараг цмуми гябул олунмуш принсипляря Əllərin mikrobsuzlaşdırılmasının aşağıdakı üsulları vardır. 1. Fürbringer üsulu. Əllər 20´ müddətində isti axar su altında sabun və iki ədəd steril şotka ilə yuyulmalıdır. Əllər steril dəsmalla silindikdən sonra 3-5´ müddətində 70º-li etil spirti ilə yuyulur, dəri büküşlərinə, dırnaqlara, barmaqların arasına 5%-li yod tinkturu sürtülür, sonra steril 2. Deqmin məhlulu ilə əllərin mikrobsuzlaşdırıəlması. Əllər isti axar su altında sabunla yuyulur. Sonra 1%-li deqmin məhlulu ilə isladılmış salfetka ilə 3 dəqiqə müddətində silinir. Steril dəsmalla qurudulub, əlcək geyinilir. 3. Spasokukotski-Koçergin üsulu. Bu üsulla əlləri içərisinə 0,5%-li naşatır spirti tökülmüş iki ləyəndə, hər birində 3 dəqiqə olmaqla steril salfetka ilə yuyurlar. Əllər steril dəsmalla silinib, 5 dəqiqə müddətində 70º-li spirtlə silinir, dəri büküşlərinə, barmaqların arasına, dırnaqlara 5%-li yod tinkturu sürtüb, steril əlcək geyirlər. 4.Pervomur vasitəsilə ilə əllərin mikrobsuzlaşdırılması. Bu üsulla əlləri mikrobsuzlaşdırmaq üçün lazım olan məhlul əlləri yumazdan 1-1,5 saat əvvəl hazırlanmalıdır. 1 litr məhlul hazırlamaq üçün 17 ml 33%-li hidrogen peroksid və 7 ml 100%-li qarışqa turşusu qarışdırılıb, 1 saat müddətində soyuducuda saxlanılır. Alınmış qarışığın üzərinə 1 litrədək distillə edilmiş və ya qaynanmış su əlavə edilir. Bu məhlula bəzi mənbələrdə C- 4 məhlulu da deyilir. Əllər əvvəlcə sabunla, isti, axar su altında yuyulur, steril salfetka ilə qurudulur. Sonra 1 dəqiqə ərzində yuxarıda göstərilən məhlulla yuyulub, steril 5. Xlorheksidin məhlulu ilə əllərin mikrobsuzlaşdırılması. Əvvəlcə əllər isti axar su altında sabunla yuyulur. Sonra xlorheksidinin 0,5%-li spirtli və ya 1%-li sulu məhlulunda 3 dəqiqə müddətində yuyulur. Əllər steril dəsmalla silinib, əlcək geyinilir. 6. Betadin məhlulu ilə əllərin mikrobsuzlaşdırılması. Əllər isti, axar su altında sabunla yuyulur. Sonra 1 dəqiqə müddətində betadin məhlulu ilə yuyulur. Steril dəsmalla qurulanır, 96%-li spirtlə silinib, əlcək geyinilir. 7. Əllərin ultrasəs vasitəsilə ilə mikrobsuzlaşdırılması. Əllər axar su altında, sabunla yuyulub, qurudulur. Sonra içərisində antiseptik məhlulu (qibiton məhlulu) olan vannaya salınaraq, ultrasəs generatoru işə salınır. Qibiton məhlulunda ultrasəsin bakteriosid təsiri güclənmiş olur, 30 saniyədən sonra əllər mikrobsuzlaşmış olur. Əllər silinib, rezin əlcək geyinilir 8. Əllərin siriqel vasitəsilə mikrobsuzlaşdırılması. Bu çox güclü bakteriosid təsirə və örtük əmələ gətirmə qabiliyyətinə malik olan, tərkibi polivinilbutirol və etil spirtindən ibarət olan siriqel adlı xüsusi maddə ilə həyata keçirilir. Əllər 10 saniyyə müddətində siriqellə silinir və bu zaman əllərin üzərində bakteriosid təsirli, müdafiə qabiliyyətli örtük əmələ gəlir. Əməliyyat başa çatdıqdan sonra əllər etil spirti ilə silinərək siriqel örtük asanlıqla yuyulub təmizlənir. 9. Əllərin evrosept vasitəsilə mikrobsuzlaşdırılması. Bu məqsədlə etanol, poliol yag turşusu efiri və xlorheksidin tərkibli kombinə olunmuş preparatdan istifadə olunur. Bu preparat xüsusi uygunlaşdırılmış qablarda olur. Qabın dəstəyinə təzyiq etdikdə müəyyən dozada preparat xaric olur və bununla iki dəfə, hərdən 2-3 dəqiqə olmaqla, əllər silinir. Bu üsul ən geniş yayılmış və ən proqressiv üsul olub, praktiki olaraq heç bir qüsuru yoxdur. Cərrahi əməliyyat sahəsinin mikrobsuzlaşdırılması. Cərrahi əməliyyatdan əvvəl əməliyyat aparılacaq sahə geniş surətdə qırxılaraq, tüklərdən təmizlənir. Əməliyyat sahəsi çirkli olduqda, benzin və ya efir vasitəsilə silinir. Sonra bir neçə dəfə 70º və ya 96º-li spirtlə silinib, 5%-li yod tinkturu ilə işlənməlidir. Əməliyyat sahəsini mikrobsuzlaşdırmaq üçün yod tinkturu əvəzinə, 1%-li deqmin məhlulu, 0,5%-li xlorheksidin məhlulu, 1%-li yodanat məhlulu, 10%-li betadin məhlulu, C-4 məhlulu da işlətmək olar. Dəri silindikdən sonra kənarları steril əməliyyat ağları ilə örtülür. İkinci işlənmə əməliyyat sahəsinin kənarları örtülən kimi, 3-cü dəfə dəri tikilməmişdən qabaq, 4-cü dəfə isə dəri tikildikdən sonra aparılır. Bu üsul Qrossix-Filonçikov üsulu ilə əməliyyat sahəsinin işlənməsi adlanır. Endoskopik alətlərin Endoskopiksterilizasiyası aparatların qaz vasitəsi ilə sterlizasiyası çox etibarlı və effektli üsul sayılır. Bu üsulla etilen oksidinin 10-70%-li qarışığından və formalin buxarından istifadə edilir. Bu üsulla sterilizasiya uzun müddət davam etdiyindən çox geniş istifadə olunmur. Hal-hazirda ultrasəs və ultrabənövşəyi şualar vasitəsilə endoskopik aparatların sterlizasiyasına geniş yer verilir. Endoskopik aparatların sterilizasiyası aşağıdakı mərhələlərlə Mexaniki yolla bu aparatlar aparılır. antiseptik məhlulları ilə isladılmış tənziflə silindikdən sonra, kimyəvi yolla – müxtəlif atiseptik məhlulların içərisində (xlorheksidinin sulu və ya spirtli məhlulu, 70-90%-li etil spirti, rokkal məhlulu, 0.1%-li diasd məhlulu, 2.5 %-li qlutar aldehid məhlulu və s.) 5-10 dəqiqə saxlanılmaqla həyata keçirilir. Sterilliyə nəzarət edilməsi üsulları Cərrahi şöbədə cərrahların əllərinin, sarğı materiallarının, əməliyyat ağlarının, cərrahi alətlərin və s. sterilliyinə daim nəzarət olunmasının böyük əhəmiyyəti vardır. Bu periodik olaraq ayda 1-2 dəfə olmaqla aparılmalıdır. Sterilliyə nəzarət edilməsinin fiziki, kimyəvi və 1. Müayinə olunan obyektlərdən – cərrahın əlindən, tikiş materialından, sarğı materialından və s. yaxma götürülüb, qidalı mühitdə əkilir. 3 sutka termostatda saxlanıldıqdan sonra qidalı mühitdə inkişaf edən bakteriya kaloniyalarının sayına əsasən istifadə olunan materialların sterillik dərəcəsi haqda etibarlı məlumat əldə edilir. 2. Bioloji indikatorlarla sterilliyə nəzarət edilməsi. Bu ağzında qapağı olan kiçik ölçülü plastik konteynerin içərisində yerləşdirilmiş ampuladan və nəzarət üçün nəzərdə tutulmuş mikroorqanizmin sporu yoluxdurulmuş kağız zolaqdan ibarətdir. Ampulanın daxilində qidalı mühit olur. İndikator sterlizasiyaya hazırlıq dövründə sterlizasiya kamerasına və ya paketlərdən birinin içərisınə yerləşdirilir. Sterlizasiya başa çatdıqdan sonra indikator götürülüb orada olan mikroorqanizmin sporunun inaktivasiya olmasını yoxlamaq üçün ampulanı sındırıb onun möhtəviyyatını qidalı mühitə əkirlər. Müvafiq temperatur rejimində termostatda 24 saatdan sonra qıdalı mühitin bulanması və ya rəngini dəyişməsi sterlizasiya prosesində səhvlik olmasını və qoyulmuş materialın steril olmadığı müəyyən edilir. 3. Biks avtoklava qoyulmamışdan əvvəl sterilizasiyaya qoyulacaq materiallarla birlikdə biksin içərisinə ağzı bağlı sınaq şüşəsində və ya flakonda, termoindikator kimi, toz halında boz rəngli kükürd 1-oksidi qoyulur. Sterilizasiyanın sonunda avtoklavdakı kükürd 1-oksidi tozunun kristal şəklində qəhvəyi rəngli kükürd 2 oksidə çevrilməsi avtoklavda temperaturun 120ºS-yə qalxdığını və deməli, sterilizasiyanın düzgün getdiyini göstərir. Termoindikator kimi antipirin (110º), rezorsin (119º), benzoat turşusu (120º), kəhrəba turşusu (180º), askorbin turşusu (190º), pilokarpin (200º) və s. Istifadə olunur. sterilizasiyaya nəzarət etmək üçün kağızın üzərinə 3%-li nişasta məhlulu ilə “Steril” – sözü yazıb, bu kağızı Lüqolun sulu məhlulundan keçirib, qurudurlar. Bu zaman kağızda olan nişastanın yodla birləşməsi nəticəsində “Steril” sözü itir və kağız göy rəng alır. Kağız sterilizasiya olunacaq materiallarla birlikdə avtoklava qoyulur. Sterilizasiyanın sonunda yüksək temperaturun təsirindən kağız rəngsizləşir və yazılmış “Steril” sözü oxunur. Bu üsul çox etibarlı deyil, çünki kağızın 5. Sənaye yolu ilə istehsal olunan xüsusi indikatorlar vardır ki, bu indikatorlarla avtoklavda temperatura və təzyiq altında aparılan sterlizasiyaya, etilen oksidi və formaldehidlə aparılan sterilizasiyaya nəzarət etmək mümkündür.. - ƏDƏBİYYAT SİYAHISI 1. АбдуллайевИ.Я. Ümumi cərrahlıq. 2021, 512. 2.Hacıyev C.N. Ümumi cərrahlıq. I-hissə, Bakı, 2013, 767 s. 3.Çərkəz Cəfərov Ümumi cərrahlıq. Bakı, 2006, 550 s. 5. Гостищев В.К.Общая хирургия. Москва. 2006 607с. 6. Петров С.В.Общая хирургия. Москва. 2005. 767с. 7. Стручков В.И. Общая хирургия. Москва 1988 8. Гельфанд Б.Р., Гологорский В.А., Бурневич С.З., Гельфанд Е.Б., Топазова Е.Н., Алексеева Е.А. – Антибактериальная терапия - абдоминальной хирургической инфекции. (Пособие для врачей). – Под редакцией академика РАН и РАМН, В.С. Савельева. – Москва – 2000. – 144 с. 9.Навашин С.М., Фомина И.П. Рациональная антибиотикотерпия. Москва, 1982, 496с.