🎧 New: AI-Generated Podcasts Turn your study notes into engaging audio conversations. Learn more

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...

Full Transcript

# İnformatika Və Onun Əsas Anlayışları ## §1. İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI ### §1.1. İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri - İnformatika – informasiya proseslərinin (informasiyanın toplanılması, saxlanılması, ötürülməsi və emalı) avtomatlaşdırılmasın...

# İnformatika Və Onun Əsas Anlayışları ## §1. İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI ### §1.1. İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri - İnformatika – informasiya proseslərinin (informasiyanın toplanılması, saxlanılması, ötürülməsi və emalı) avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və metodlarından bəhs edən tətbiqi elm sahəsi kimi formalaşmışdır. - Başqa sözlə, informatika informasiyanın yaradılması, saxlanılması, ötürülməsi, qəbulu və emalı üçün üsul və vasitələri öyrənir. - “İnformatika" termini 1960-cı ildə fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir, “informasiya ” və “avtomatika ” sözlərinin birləşməsindən yaranmışdır. - İngilis dilli ölkələrdə “İnformatika" termininə “Computer Science" (Kompüter Elmi) termini uyğun gəlir. - İnformatika informasiya proseslərinin avtomatlaşdırılmasını və onlardan istifadə texnikalarını, metodlarını öyrənən elm sahəsi kimi geniş yayılmışdır. - İnformatika elminin tərkib hissələri şəkil 1-də göstərilmişdir. - İnformatika üç əsas hissədən ibarətdir: - **Hardware (aparat təminatı)** - Elektron hesablama maşınları (EHM) və onların quruluşu, tərkib hissələri, onlardan istifadə qaydalarını öyrənən bölmədir. - **Software (proqram təminatı)** - EHM-lərdə istifadə olunan bütün proqramları, onların təsnifatını və istifadə qaydalarını öyrənən bir bölmədir. - **Brainware (alqoritm təminatı)** - Məsələnin kompüterdə həlli üçün lazım olan alqoritmlərin qurulması, onlardan istifadə qaydalarını öyrənən bir bölmədir. ## §1.2. İnformasiya anlayışı və informasiyanın əsas xassələri. İnformasiyanın formaları və təqdimolunma üsulları. İnformasiyanın növləri - İnformatika elminin predmeti informasiyadır. - İnformasiya latın mənşəli söz olub (informatio) məlumat, xəbər, fakt sözləri ilə eyniləşdirilir. - İnformasiya dedikdə ətraf aləmdən aldığımız biliklər, kitabdan, qəzetdən aldığımız məlumatlar, televiziyadan, radiodan eşitdiyimiz xəbərlər və s. nəzərdə tutulur. - verilən, bilik kimi sözlərlə də eyniləşdirirlər. - verilənlər (ing. data) texniki vasitələrlə saxlanılması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. - İnformasiya verilənlərin faydalı məzmunudur. - Qavranılma şkalası ilə verilənlər və bilik arasında aralıq mövqe tutur. - Bilik dərkolunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, onun əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. - Yəni, biliklər bizə yeni çıxarışlar etməyə, yeni təkliflər almağa imkan verir. - İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir. - İnformasiya mübadiləsi zamanı əsas iştirakçı subyektlər informasiya mənbələri və informasiya qəbulediciləri hesab olunurlar. - İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “ verilənlər ” sözü ilə ifadə olunur. - verilən (ing. Data, latınca “datum”—fakt) dedikdə qeydə alınmış siqnallar nəzərdə tutulur. - Verilənlər bəzən həqiqətdə mövcud olmayan anlayışları da ifadə edə bilər. - İnformasiya isə qəbul edilmiş siqnallardır. - Bir verilən o vaxt informasiyaya çevrilə bilər ki, o hökmən hər hansı bir mənanı ifadə etməlidir. -Bilik isə qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş informasiyadır. ## §1.3. İnformasiya prosesləri - İnformasiya prosesləri dedikdə, informasiyanın axtarılması (toplanılması), saxlanılması, emalı, ötürülməsi nəzərdə tutulur. - İnformasiyanın toplanılması – öyrəniləcək obyekt haqqında insana lazım olan məlumatların alınmasıdır. - Məsələn, kitabxanada hər hansı kitab haqqındakı məlumatı ənənəvi kataloqlardan, kitabxana işçilərindən soruşmaqla və ya elektron kataloqlara müraciət etməklə almaq olar. - Hal-hazırda daha çox avtomatlaşdırılmış (qurğuların köməyilə) axtarış üsulları geniş yayılmışdır. - İnformasiyanın saxlanılması – toplanmış informasiyanın yaddaş daşıyıcılarında saxlanılması nəzərdə tutulur. - Qədim dövrdə informasiya daş-qaya üzərində, heyvan dərilərində, papiruslarda və s. saxlanılırdı. - Hal-hazırda isə kağızda, kompakt disk, fləş yaddaş və s. kimi elektron yaddaş qurğularında, həmçinin bulud texnologiyası (Cloud technology) vasitəsilə saxlanılır. - İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılır. - İnformasiyanın emalı – informasiya üzərində müəyyən dəyişikliklərin aparılmasıdır. - Məsələn, musiqilərə əlavə səs tonlarının artırılması, şəkillərin formasının, rənginin dəyişdirilməsi, mətnlərin redaktəsi və formatlaşdırılması və s. - İnformasiyanın emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsi ilə aparılır. - İnformasiyanın ötürülməsi – toplanmış informasiyanın emal olunması üçün və ya emal olunmuş informasiyanın istifadəçilərə çatdırılmasıdır. - Qısa məsafəli ötürmələrdə kabellər və digər simsiz ötürmə vasitələrindən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından istifadə olunur. - İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən onu qəbul edənə (qəbulediciyə) onlar arasındakı rabitə kanalı vasitəsilə ötürülür (şəkil 2). ## §1.4. İnformasiya miqdarının ölçü vahidləri - Əşyanın ağırlığını, yolun uzunluğunu, havanın temperaturunu ölçdüyümüz kimi informasiyanın tutumunu da ölçmək olar. - Bu zərurət əsasən informasiya proseslərinin avtomatlaşdırılması zamanı meydana gəlmişdir. - Kompüterdə emal olunan, saxlanılan informasiya 0 və 1 ikilik (binary) rəqəmlərinin köməyilə kodlaşdırılır. - Bu rəqəmlərin seçilməsi heç də təsadüfi deyildir. - Kompüter bildiyimiz kimi elektrik cərəyanı ilə işləyən bir qurğudur. - Elektrik siqnallarının da iki vəziyyəti ola bilər: siqnal var 1, siqnal yox 0. - Kompüterə daxil olunan, orda saxlanan, emal edilən, bir sözlə, kompüterdəki bütün informasiya bu iki rəqəm vasitəsilə təsvir olunmalıdır, kompüter başqa simvolları “tanımır”. - Məsələn, klaviaturadan daxil olunmuş hər hansı bir “A” simvolunu kompüter “01000001" kimi “anlayır”. - İnformasiyanın tutumunun ölçülməsi zamanı bu ikilik rəqəmlər (Binary Digit) etalon kimi qəbul edilmiş və nəticədə informasiyanın ən kiçik ölçü vahidi Bit (Binary Digit) meydana gəlmişdir. - Deməli, minimal ölçü vahidi olan “bit” dedikdə kompüterin yaddaşında təsvir olunmuş hər hansı “0” və ya “1” nəzərdə tutulur. - Bit çox kiçik, məntiqi cəhətdən bölünməz vahid olduğundan əsas ölçü vahidi kimi baytdan istifadə olunmuşdur. - İnformasiyanın həcmi artdıqca bayt da kifayət etməmiş, daha böyük ölçü vahidləri formalaşdırılmışdır. Bu ölçü vahidləri və onlar arasındakı əlaqələri aşağıdakı kimi təsvir etmək olar: - 1 bayt = 8 bit = 2³bit - 1 Kbayt = 210 bayt = 213 bit - 1 Mbayt = 210 Kb = 220 bayt = 223 bit - 1 Gbayt = 210 Mb = 220 Kb = 230 bayt = 233 bit - 1 Tbayt = 210 Gb = 220 Mb = 230 Kb = 240 bayt = 243 bit - 1 Pbayt = 210 Tb = 220 Gb = 230 Mb = 240 Kb = 250 bayt = 253 bit - 1 Ebayt = 210 Pb = 220 Tb = 230 Gb = 240 Mb = 250 Kb = 260 bayt = 263 bit - 1 Zbayt = 210 Eb = 220 Pb = 230 Tb = 240 Gb = 250 Mb = 260 Kb = 270 bayt = 273 bit - 1 Ybayt = 210 Zb = 220 Eb = 230 Pb = 240 Tb = 250 Gb = 260 Mb = 270 270 Kb = 280 bayt = 283 bit ## §1.5. İnformasiyanın kodlaşdırılması. Simvolların kodlaşdırma standartları (ASCII və UNICODE) - Simvol tipli informasiyanın kodlaşdırılması. - Simvol tipli informasiyanın kodlaşdırılması üçün müxtəlif kod sistemləri yaradılmışdır: ASCII, UNICODE, КОИ-8, Windows-1251 və s. - Lakin əsas standart kimi ABŞ-da Milli Standartlaşdırma İnstitutunda (ANSI) işlənilmiş ASCII (American Standard Code for Information Interchange) standartı olmuşdur. - ASCII cədvəlində 256 simvolun kodu təsvir olunmuş və bu kodlar kompüterə tanıdılmışdır. - Bu kod sistemində (əlifbada) yerləşən simvollar əsasən 3 yerə ayrılır: 1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompüter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir, bu simvollar bəzən idarəedici simvollar da adlanırlar. Bu simvollar Non Printable, yəni çap oluna bilməyən simvollardır. 2. 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. 3. 128-dən 255-ə qədər olan kodlar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur. 4. Burada müxtəlif ölkələr öz simvollarını yerləşdirirlər (təbii ki, bütün milli əlifbaların simvollarını burada yerləşdirmək mümkün olmamışdır). - ASCII kodlaşdırma sisteminə əsasən maksimum 256 simvolu kodlaşdırmaq olar. 256=28 olduğundan burada hər bir simvol üçün kompüterin yaddaşında 8 bitlik yer ayrılır. - Deməli bu kod sistemində yazılmış hər bir simvol kompüterin yaddaşında 8 bit=1 bayt yer tutur. - Təəssüf ki, ASCII kod sistemi bəzi milli əlifbaların (Azərbaycan, Çin, Koreya və s.) tam şəkildə təsvirinə imkan vermədiyindən daha geniş kod sistemi – UNICODE kod sistemi yaradılmışdır. - Bu kod sistemində isə maksimum 65536 simvol kodlaşdırıla bilər. 65536=216 olduğundan burada 1 simvol yaddaşda 16 bit=2 bayt yer tutar. ## §1.6. Say sistemləri - Say sistemi - rəqəmlər vasitəsilə ədədlərin yazılış qaydasıdır. - Say sistemləri 2 qrupa ayrılır: - mövqeli və mövqesiz.. - Mövqesiz say sistemində ədədin rəqəminin qiyməti durduğu mövqedən asılı deyil. - Buna misal kimi Rum say sistemini göstərmək olar. - Rum say sisteminin rəqəmlərinə nəzər salaq: - Rum say sistemindəki ədədi bizim istifadə etdiyimiz 10-luq say sisteminə çevirmək üçün aşağıdakı qaydalara əməl edilir: - Rum ədədlərində rəqəmlər soldan-sağa böyükdən-kiçiyə yazıldıqda onda rəqəmlərin qiymətləri toplanır. - Məsələn, MMDCLVII= 1000+1000+500+100+50+5+1+1=2657 - Əgər kiçik rəqəmdən sonra böyük rəqəm gələrsə kiçiyinin qiyməti mənfi hesab edilir. - Məsələn, MCMXCV=1000+(-100)+1000+(-10)+100+5=1995 - Mövqeli say sistemlərində isə hər bir rəqəm durduğu mövqedən asılı olaraq müəyyən qiymətə malikdir. - Mövqeli say sistemlərinə misal olaraq gündəlik həyatda istifadə etdiyimiz 10-luq say sistemini, həmçinin kompüterdə hər bir simvolun kodlaşdırılması üçün istifadə edilən 2-lik say sistemini, 8-lik, 16-lıq say sistemlərini də misal göstərmək olar. - Mövqeli say sistemində hər hansı bir ədədi təsvir etmək üçün lazım olan müxtəlif simvolların sayı say sisteminin əsasını təşkil edir. - Müxtəlif mövqeli say sistemlərinin simvolları ilə tanış olaq: - 2-lik (BINary) - Simvolları: 0,1 - Say sisteminin əsası = 2 - 1 simvolun tutduğu yer = 1 bit - 8-lik (OCTal) - Simvolları: 0, 1, 2, 3, 4, 5, 6, 7 - Say sisteminin əsası = 8 - 1 simvolun tutduğu yer = 3 bit - 16-lıq (HEXAdecimal) - Simvolları: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F - Say sisteminin əsası = 16 - 1 simvolun tutduğu yer = 4 bit - 10-luq (DECimal) - Simvolları: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 - Say sisteminin əsası = 10

Use Quizgecko on...
Browser
Browser