Summary

This document appears to be historical accounts and analysis of the 44-day war in Azerbaijan, describing its causes and events. It provides details on the conflicts between Azerbaijan and Armenia.

Full Transcript

44 günlük Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) (27 sentyabr - 10 noyabr 2020-ci il) Qarabağ münaqişəsi Ermənis- tanın:  Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları;  hərbi təcavüzü, etnik zəmində təxribatları, terror ə...

44 günlük Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) (27 sentyabr - 10 noyabr 2020-ci il) Qarabağ münaqişəsi Ermənis- tanın:  Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları;  hərbi təcavüzü, etnik zəmində təxribatları, terror əməlləri ilə başlamışdır. 1948-1952-ci və 1988-1991-ci il- lərdə Qərbi Azərbaycanda (Erməni- stan SSR-də) yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından deportasiya edildi. Dağlıq Qarabağ ərazisində 1828- ci ildən sonra məskunlaşdırılmış ermə- nilərdən fərqli olaraq, Sovet hakimiy- yəti azərbaycanlıların kompakt məs- kunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status vermədi. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaric- dəki erməni diasporu SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək 1988-ci ilin əvvəlində DQMV-nin mərkəzi Xankəndi (ovaxtkı Stepanakert) şəhərində ermənilərin keçirdiyi mitinq və nümayişlərdən sonra DQMV-nin Azərbaycandan qoparılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün addımları atdılar: 1. DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdilər (həmin iclasda azərbaycanlı və digər millətlərdən olan deputatlar iştirak etməyiblər); 2. Ermənistan SSR Ali Soveti aşağıdakı qərarları qəbul etdi:  DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilsin”  “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi” haqqında 3. 1991-ci ilin sentyabrında DQMV və Goranboy rayonunun bir hissəsini əhatə edən ərazidə qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildi. 4. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi. Buna cavab olaraq, 1991-ci ilin noyabrında Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü (Bax: sonda cədvəl). Münaqişəni beynəlxalq səviyyədə həll etmək üçün:  1992-ci ildə Minsk qrupu yaradıldı - ATƏM-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün. Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edirdi.  1993-cü ildə BMT 4 qətnamə qəbul etdi. Bu qətnamələrdə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmas tələb olunurdu. Ermənistanın başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə Bişkekdə imzalanmış atəşkəslə başa çatdı. 1997-ci ildən Minsk qrupunun təkliflərindən ikisi Ermənistan tərəfindən qəbul edilmədi. “Ümumi dövlət” prinsipi adı altında faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını heçə endirən üçüncü təklif isə Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Qrup həmsədrlərinin sülhə nail ola bilməmələrinə diqqət çəkən Ümummilli lider Heydər Əliyev 2001-ci ilin dekabrında onlarla görüşdə “müharibə təhlükəsinin artdığını” söyləmişdi. Minsk qrupunun həmsədrləri isə “münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanların daha böyük müsibətlərə məruz qalacaqlarını” bildirməklə 3 faktiki olaraq münaqişəni süni yolla uzatmaq istəyən Ermənistanın mənafeyini müdafiə etmiş oldular. 2003-cü ildə Prezident seçilən İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış belə ərazi güzəştinə getməyəcəyini bildirdi. 2010-cu ilin oktyabrında Azərbaycan tərəfinin qəti təkidi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfəri təşkil edildi. Missiya üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində təsdiq etdilər:  ermənilər tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyini;  infrastruktur, yer adlarında dəyişikliklərini  iqtisadi fəaliyyətin həyata keçirildiyini. İşğalçılar Azərbaycan torpaqlarında qanunsuz arxeoloji “tədqiqatlar” aparmaqdan da çəkinmə- mişdilər. 1999-cu ildən Azıx mağarasında aparılan qazıntılar zamanı aşkar edilən tapıntılar dünyaya “erməni maddi mədəniyyətinin nümunələri” kimi təqdim edilmişdi. Dağlıq Qarabağda və ona bitişik işğal olunmuş ərazilərdəki faydalı qazıntılar və meşə ehtiyatları amansızcasına talan edilirdi. Böyük Zəfərin başlanğıcı - Aprel döyüşləri 2016-cı ilin aprelində atəşkəs rejimi dövründə Azərbaycan və erməni qoşunlarının təmas xəttində indiyədək ən böyük hərbi qarşıdurma baş verdi. 2016-cı il 1-5 aprel döyüşləri nəticəsində:  erməni tərəfinin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi.  Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi.  Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi təmin edildi. Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycanın mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Əks-hücuma keçən Ordumuz ermənilərin lovğalıqla “keçilməz” elan etdikləri istehkam xətlərini bəzi yerdə 20 dəqiqəyə, bəzi yerdə 2 saata yarıb keçdi. Azərbaycan mühəndis-istehkamçılarının sərəncamında olan vasitələrin beşdə biri səddi yarmağa kifayət etmişdi. Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılığa əsasən atəşkəs bərpa olundu. Aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi “Madrid prinsipləri” yenidən gündəmə gəldi. “Madrid prinsipləri”nə görə:  ilk mərhələdə işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi Azərbaycana qaytarılmalı;  növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli, Dağlıq Qarabağın azərbaycanlı icması öz yerlərinə qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlü- yü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməli idi. Lakin 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişi və onun addımları danışıqlar prosesinə əngəllər törətməyə başladı. Belə ki, 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu- Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi haqqında bəyanat verdi. Əvvəlcə danışıqlarda Dağlıq Qarabağın ayrıca tərəf kimi iştirak etməsini təkid edən N.Paşinyan 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prosesinə ağır zərbə vurdu. İki ay sonra Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında cənab prezident İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Qarabağ Azərbaycandır və nida işarəsi” dedi. 2020-ci ilin mayında Şuşada qon- darma “Dağlıq Qarabağ Respublikası”nın prezidentinin andiçmə mərasiminin keçirilməsi, parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər, erməni hərbçilərinin təmas xəttində təxribatçı hərəkətləri Ermənistan hökuməti Dağlıq Qarabağ prob- leminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi. Müharibənin bir addımlığında -Tovuz döyüşləri 2020-ci iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. Neft strategiyası və kommunikasiya siyasətində mühüm yer tutan belə bir bölgədə 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturduldu. Döyüşlərdə 3-сü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev daxil olmaqla (Prezident İlham Əliyevin fərmanı ilə hər iki zabitimizə ölümündən sonra Milli Qəhrəman adı verildi) Azərbaycan ordusunun 12 nəfər hərbçisi, bir mülki şəxs həlak oldu. 2020-ci ildə ermənilərin müharibə hazırlığından xəbər verirdi. 1. 2020-ci il iyulun 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Rusiya ilə birgə hərbi təlimlər keçirməsi 2. 2020-ci ilin avqustunda Goranboy rayonu ərazisinə diversiya qrupu göndərməsi 3. Yaxın Şərqdən gətirilən terrorçu qrupların Azərbaycan Ordusu ilə təmas xətti boyu yerləşdirilməsi Prezident ilham əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir: Polad Həşimov İlqar Mirzəyev İbad Hüseynov (ölümündən sonra) (ölümündən sonra) I Qarabağ 2020-ci il iyul – Tovuz 2020-ci il iyul - Tovuz müharibəsində döyüşlərində göstərdiyi döyüşlərində göstərdiyi göstərdiyi qəhrəmanlığa görə qəhrəmanlığa görə qəhrəmanlığa görə Prezident İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının ümumi debatlarında video- formatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış dəstələrin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir”. İlham Əliyev eyni zamanda Ermənistanın havadarlarına səslənərək bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”. Vətən müharibəsinin başlaması və qələbələri 2020-ci il sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi. Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 2020-ci il sentyabrın 28-də imzalanmış sərəncama görə respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində:  Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildi.  2020-ci il oktyabrın 3-də Tərtərin Madagiz kəndi işğaldan azad edildi. Bu şimal cəbhəsində irəliləmək üçün əhəmiyyətli qələbə idi. Həmin gün Prezident tərəfindən kəndin tarixi adı olan Suqovuşan adı bərpa edildi.  2020-ci il oktyabrın 4-də cənub cəbhəsində Cəbrayıl şəhəri işğaldan azad edildi.  2020-ci il oktyabrın 9-da Hadrut (pəhləvi dilində İkiçayarası deməkdir) qəsəbəsi azad edilərək, Xocavənd rayonunun ərazisində əlverişli mövqelər ələ keçirildi. Beləliklə “məğlubedilməz erməni ordusu” mifini məhv edən Azərbaycan Ordusu Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin XİN-ləri Moskva şəhərində 9-10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə saatdan sonra Ermənistan tərəfi yenidən hücum cəhdi göstərərək dinc mülki obyektləri qadağan olunmuş silahlarla atəşə tutdu. Əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri:  2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan təmizlədi.  2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızı qaldırdı.  2020-ci il oktyabrın 20-də Zəngilan şəhərini azad etdi.  2020-ci il oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsini azad edərək İranla dövlət sərhədini tam nəzarətə götürdülər. Məşhur “aypara” və ya “qurd tələsi” taktikası ilə əks-hücuma keçən Azərbaycan hərbçiləri:  2020-ci il oktyabrın 20-sindən sonra Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qara- bağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 km-dəki artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı.  2020-ci il oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi.  2020-ci il oktyabrın sonlarında Çanaqçı kəndini işğaldan azad etdi, ardından da strateji Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçdi. Bu zaman Şuşa şəhəri ətrafında lokal döyüşlər başladı.  2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.  2020-ci il noyabrın 9-da 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla, hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələri- nin sayı 300-ə çatdı.  2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasi- yasının Prezidenti Vladimir Putin Üçtərəfli birgə bəyanat qəbul etdilər.  Birgə bəyanatın imzalanmasından sonra heç bir güllə atılmadan:  2020-ci il noyabrın 20-də Ağdam rayonu azad edildi.  2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu azad edildi.  2020-ci il dekabrın 1-də Laçın rayonu azad edildi. Füzuli əməliyyatı haqqında. Hər qarış torpaq Azərbaycanın igid əsgər və zabitlərinin canı və qanı bahasına azad edilirdi. Ali baş komandan televiziya ilə xalqa müraciət edərkən Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulamış, 30 il ərzində düşmənin orada çox möhkəm istehkamlar qurduğunu söyləmişdi. Tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini azad etmək aylarla vaxt alacaq. Lakin qəhrəman Azərbaycan ordusu hərbi kitablara daxil ediləcək mürəkkəb əməliyyatla bu missiyanı yerinə yetirdi və bayraq asmağa bircə salamat binanın da qalmadığı şəhəri azad edə bildi. Erməni hərbi birləşmələrinin müqavimətinin qırılması və onların geri oturdulması N.Paşinyanı bu dəfə danışıqlar üçün ABŞ-a üz tutmağa məcbur etdi. Oktyabrın 24-də ABŞ Dövlət katibi müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşündən sonra münaqişə tərəfləri arasında 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq humanitar atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi günün səhər saatlarında düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkə- lərində yaşayan azərbaycanlılar, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıq göstərdilər. Müharibənin gedişində xalq-dövlət- ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaş- lar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedi- şində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali baş komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu. Məsələn, Almaniya televiziya kanallarından birinin müxbirinin “Nəyə görə Qarabağ Azərbay- can üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına İlham Əliyev çox cavab vermişdi: “Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya?... Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir...”. Azərbaycan növbəti dəfə hücuma məruz qalsa da, çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin şəkildə qınamış və dinc əhalini hədəfə alan Ermənistana sərt reaksiya vermək, işğala son qoymaq çağırışı etmək əvəzinə hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk Respublikası və bir neçə başqa ölkə isə Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu dəstəkləmiş, onun ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdir. Türkiyənin mənəvi və siyasi dəstəyi, yüksək vəzifəli rəsmilərinin müharibə müddətində Azərbaycana çoxsaylı səfərləri diplomatik mübarizədə xüsusilə əvəzedilməz rol oynadı. Ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirak, bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq münasibətlərinin qurulma- sıdır. Belə ki, məhz bu ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi gedişində BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alınmışdır. Azərbay- can Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda fəaliyyət göstərən ölkələrin səfirliklərinin məsul işçiləri, hərbi nümayəndələri və beynəlxalq təşkilat- ların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin hərbi əməliyyatlar dövrün- də Ermənistan silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalmış Tərtərə, Gəncəyə və digər bölgələrə səfərləri təşkil olundu. Erməni işğalçılarının azərbaycanlılara məxsus abidələrə qarşı dağıdıcı və hörmətsiz davranışı dünya ictimaiyyətinə nümayiş etdirildi. Azərbaycan tərəfinin hesablamalarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada hərəkət etməli idi. Erməni komandanlığı Azərbaycan qoşunlarının Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxan ən rahat Şuşakənd yolu buradan keçirdi. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda yeni yol açdı. Azərbaycan ordusunun Laçın dəhlizinə nəzarət etməsi nəticəsində Şuşadakı işğalçı erməni hərbi birləşmələri əlavə dəstək almaqdan məhrum oldu. Yüngül silah-sursatla silahlanmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına iplərlə dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə yerdən şəhərə daxil oldu. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Şuşanın azad edilməsi zamanı yüzlərlə erməni hərbçisi məhv edildi, xeylisi itkin düşdü. Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları söylədi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. Prezident Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Birlik komandiri general-leytenant Hikmət Mirzəyevi şəxsən təbrik edib. Vətən müharibəsində hərbi əməliyyatlara rəhbərlik edən Ali baş komandan İlham Əliyev şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini də xüsusi diqqətdə saxlayırdı. O, Suqovuşanın işğaldan azad olunması münasibətilə general-mayor Hikmət Həsənovu, düşməndən təmizlənmiş ilk şəhər mərkəzi - Cəbrayılın azad olunması münasibətilə general-mayor Mayis Bərxudarovu və general-leytenant Hikmət Mirzəyevi, Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə general-polkovnik Elçin Quliyevi, Qubadlı şəhərinin işğalçılardan azad olunmasında fərqləndiklərinə görə Yaşar Həsənovu və Zaur Quliyevi ayrıca təbrik etmişdır. Ali baş komandan Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Aprel döyüşlərinin Milli Qəhrəmanı Şükür Həmidovun atası ilə də danışaraq ona başsağlığı vermişdir. Şuşanın və ətraf yüksəkliklərin alınması Ermənistanın bütün manevr imkanlarını puça çıxardı. Azərbaycan Ordusu müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (dronlardan) yüksək effektlə faydalanmaqla dünya hərb tarixinə öz şanlı adını yazdı. Azərbaycanın yalançı hədəf kimi istifadəsiz köhnə təyyarələrdən istifadə edərək Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonunu üzə çıxarması, ardınca o sistemləri məhv etməsi fəndi hərb tarixində yenilik kimi qəbul edilir. Türkiyə Respublikasından alınmış “Bayraktar”, İsraildən alınmış “Harop”, Azərbaycan istehsalı olan “Zərbə” dronları ermənilərin qiyməti milyard dollarla ölçülən hərbi texnikasını, çoxlu canlı qüvvəsini məhv etmişdir. Ümumilikdə müharibənin gedişində ölkəmizin hərbi sənaye kompleksinin istehsalı olan geniş çeşiddə silah və hərbi sursatlardan uğurla istifadə edilmişdir. Alınmaz hesab edilən Şuşanın azad edilməsində xüsusi təyinatlılar yüngül atıcı və soyuq silahdan mahir istifadə etməklə Azərbaycan ordusunun şücaətini nümayiş etdirmişdir. Eyni zamanda, həm müasir, həm də ənənəvi hərbi strategiya və taktikanı uğurla tətbiq etmiş Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişdir. Prezident İlham Əliyev müharibə ərzində demişdir: “Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş açmayacağıq”. Şuşanın azad edilməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran həlle- dici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başla- mışdı. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlu- biyyəti qəbul etməyə məcbur oldu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atəşkəs haqqında Bəyanatı imzalaması, 10 noyabr 2020-ci il. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin,ermənistan respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Birgə Bəyanatın məzmunu: 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalırlar. 2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının odlu silahlı hərbi qulluqçuları, hərbi zirehli texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır. 5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq. Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. 7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT- nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. 8. Hərbi əsirlər, girovlar və s. şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Hava şəraitinin pis olması nəticəsində Vardenis (Göyçə) keçidində problemlər yarandığından Ermənistan tərəfinin Kəlbəcərin boşaldılması üçün daha 10 gün vaxt istəməsinə Azərbaycan dövləti humanist yanaşdı. Amma tarixdən məlumdur ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdilər. Bu 3 rayonun azad edilməsindən sonra Azərbaycan-Ermənistan dövlət sərhədində demarkasiya xətlərinin dəqiqləşdirilməsinə başlanıldı. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı:  Son iki yüz illikdə Azərbaycan müharibədən ərazi bütövlüyünü bərpa edərək çıxdı.  Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.  Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında:  Hər il üçün 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi.  dekabrın 4-də saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  dekabrın 8-də Yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzaladı.  “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüş- çü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilərək döyüşlərdə iştirak etmiş hərbçilər təltif edildi.  Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində 3 dekabr tarixli sərəncama uyğun olaraq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi 2021-ci ilin fevralında fəaliyyətə başladı.  2020-ci il dekabrın 10-da “Zəfər Paradı” keçirildi. “Zəfər Paradı”na aiddir:  Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuşdu  Ordumuzun şəxsi heyəti və hərbi texnikası nümayiş etdirildi.  Düşməndən ələ edilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi.  Şuşaya sancılmış Qələbə Bayrağını Azadlıq meydanına Şuşanın azad edilməsində müstəsna xidmətləri olan, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendantı general-mayor Zaur Məmmədov gətirdi.  Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın rəmzinin bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər.  Azərbaycan Respublikasının Prezidenti müharibə bitdikdən sonra işğaldan yenicə azad edilmiş torpaqlara bir neçə dəfə səfərlər etdi, orada yeni layihələrin (Füzuli hava limanı, Şuşaya yeni yol və s.) təməlini qoydu.  2021-ci ilin yanvarında “Qarabağ Dirçəliş Fondu” yaradıldı. 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra imzalanmış Bəyanatda nəzərdə tutulurdu: Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinləri- nin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. - İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirməli, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılmalı, prioritet qismində dəmir yolu və avtomobil yolları müəyyən edilməlidir. Prezident İlham Əliyev Moskva görüşündən sonra qeyd etmişdir: “...Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”. 2021-ci ilin yanvar sonundan Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməkdədir. Hazırkı məlumata görə 2855 nəfər şəhid olmuş, 50 nəfər itkin düşmüş, 94 mülki şəxsi həlak olmuş, 404 mülki şəxs isə yaralanmışdır. Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi zamanı zamanı işğal olunmuş ərazilərimiz azad edilən ərazilərimiz Tarixi Adı Tarixi Adı 26 fevral 1992-ci il Xocalı 4 oktyabr 2020-ci il Cəbrayıl 8 may 1992-ci il Şuşa 9 oktyabr 2020-ci il Hadrut 18 may 1992-ci il Laçın 17 oktyabr 2020-ci il Füzuli 3 aprel 1993-cü il Kəlbəcər 20 oktyabr 2020-ci il Zəngilan 23 iyul 1993-cü il Ağdam 25 oktyabr 2020-ci il Qubadlı 23 avqust 1993-cü il Cəbrayıl 8 noyabr 2020-ci il Şuşa Füzuli 20 noyabr 2020-ci il Ağdam 31 avqust 1993-cü il Qubadlı 25 noyabr 2020-ci il Kəlbəcər 30 oktyabr 1993-cü il Zəngilan 1 dekabr 2020-ci il Laçın İstifadə olunmuş mənbələr: 1. DİM-in “Vətən müharibəsi” haqqında xüsusi braxılışı 2. Pərviz Ağalarov və Hafiz Cabbarov “Vətən müharibəsi” haqqında 5-8 və 9-11 siniflər üçün xüsusi məqalə

Use Quizgecko on...
Browser
Browser