Ölkələrin İnkişaf Səviyyəsinə Görə Təsnifatı PDF
Document Details
Uploaded by ManageableEnglishHorn1396
Tags
Related
Summary
Bu sənəd ölkələrin inkişaf səviyyəsinə görə təsnifatını araşdırır. Sənəd iqtisadi inkişaf göstəriciləri, ÜDM və ÜMM kimi vacib amilləri əhatə edir. Beləliklə, ölkələrin müxtəlif iqtisadi xüsusiyyətləri və inkişaf səviyyələri barədə məlumat verir.
Full Transcript
Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı Dünyanın hər bir ölkəsi özünəməxsus inkişaf göstəricilərinə görə fərqlənir. Bu meyarlara əhalinin sayı, təbii artımı, təhsil və həyat səviyyəsi, məşğulluq dərəcəsi, şəhər əhalisinin xüsusi çəkisi aiddir. Ölkələr istehsal edilən məhsulların dəyərinə, onun...
Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı Dünyanın hər bir ölkəsi özünəməxsus inkişaf göstəricilərinə görə fərqlənir. Bu meyarlara əhalinin sayı, təbii artımı, təhsil və həyat səviyyəsi, məşğulluq dərəcəsi, şəhər əhalisinin xüsusi çəkisi aiddir. Ölkələr istehsal edilən məhsulların dəyərinə, onun hər nəfərə düşən miqdarına, regionların inkişafına görə də fərqlənir. Bu meyarların yaxın olduğu ölkələr qruplaşdırılır və təsnifatı aparılır. Əsas qruplaşma ölkələrin inkişaf səviyyəsinə görə müəyyən edilir. Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı. Ümumi Daxili Məhsul (ÜDM). Ümumi Milli Məhsul (ÜMM). İqtisadi potensial. Postsənaye inkişaf mərhələsi Ölkələrin iqtisadi potensialı uzun dövr ərzində yaradılır. Bu potensial əhalinin həyat səviyyəsinə, gəlirlərinin artmasına, onlara göstərilən xidmətlərin yüksəlməsinə təsir göstərir. Bu proses təbii ehtiyatlarla təminat, onların emalını həyata keçirən texnologiyanın, ixtisaslı kadrların olması, satış bazarı və s. amillərdən asılıdır. Yüksək iqtisadi potensiala malik olan ölkələrin iqtisadi imkanları genişlənir. Bu ölkələrdə sosial xidmət sahələrinin rolu artır. Maddi istehsal sahələrində yeni texnika və texnologiyanın tətbiqi əl əməyinə tələbatı azaldır. Bu zaman ixtisaslı kadrlara tələbat yüksəlir. Onların gəlirlərinin artması daha çox xidmət sahələrindən istifadə edilməsi imkanlarını genişləndirir. Ona gö rə iqtisadi inkişafı yüksək olan ölkələrdə məşğul olan əhalinin xeyli hissəsi qeyri-istehsal sahələrində çalışır. İqtisadi inkişafın bu mərhələsi postsənaye dövrü adlanır. İqtisadi inkişafına görə geri qalmış ölkələrdə kənd təsərrüfatının rolu böyükdür, xidmət sahələri geri qalmışdır. Bu ölkələrin məşğul əhalisinin yarısından çoxu kənd təsərrü fatında çalışdığına görə aqrar ölkələr adlanır. Ölkənin inkişaf sə viyyəsi yüksəldikcə isteh sal etdiyi məhsullar və gös tərdiyi xidmətlərin dəyəri artır. Onlar iki göstərici ilə müəyyən edilir. Ümumi Daxili Məhsul (ÜDM) - müəyyən vaxtda, adətən il ərzində ölkə daxilində həm ona məxsus olan, həm də xarici şirkətlər (istehsal çılar) tərəfindən yaradılan son məhsulların (əmtəə və xidmətlər) ümumi dəyəridir. Ölkələrin iqtisadi inkişaf səviyyəsinin müqayisə edilməsi üçün əhalinin hər nəfərinə düşən ÜDM hesablanır. Bunun müəyyən olunması üçün ÜDM-in məbləği əhalinin ümumi sayına bölünür. Ümumi Milli Məhsul (ÜMM) - il ərzində ölkənin da xilində və xaricdə bu ölkəyə məxsus olan müəssisələr tərəfindən yaradılan məhsul və xidmətlərin ümumi də yəridir. Onun hesablanması üçün ÜDM dəyərindən xarici ölkələrə məxsus şirkətlərin gəliri çıxılır, üzərinə ölkənin xaricdəki gəliri əlavə edilir. Dünya ölkələrinin in kişaf səviyyəsinə görə təsnifatı zamanı aşağıdakı amillər nəzərə alınır: 1. Ümumu Da xili Məhsulun həcmi (ÜDM); 2. Onun hər nəfərə düşən kəmiyyəti; 3. Təsərrüfatın sahə quruluşu; 4. Əsas məhsul növlərinin hər nəfərə görə olan istehsalı; 5. Əhalinin həyat səviyyəsi və keyfiyyəti; 6. İqtisadi səmə rəliliyin göstəricisi. Bu göstəricilərə əsasən ölkələr inkişaf etmiş* və inkişaf etməkdə olan* qruplara ayrılır.