Mikroorqanizmlərin təsnifatı (PDF)

Summary

Bu təqdimatda mikroorqanizmlərin təsnifatı, bakterial morfologiya və strukturu ətraflı şəkildə təsvir olunur. Hüceyrə quruluşuna malik və olmayan mikroorqanizmlərə, eləcə də onların əsas xüsusiyyətlərinə diqqət yetirilmişdir.

Full Transcript

Mikroorqanizmlərin təsnifatı Bakteriyaların morfologiyası və strukturu Mikroorqanizmlərsiz həyat mümkün deyil. İnsan orqanizmindən tutmuş təbiətin bütün kompanentlərində rast gəlinir. Bəs bu mikroorqanizmlər nədir, nə iş görürlər? Bu mövzuda bunlar haqqında ətraflı danışacayıq. Mikroorqanizmlər bio...

Mikroorqanizmlərin təsnifatı Bakteriyaların morfologiyası və strukturu Mikroorqanizmlərsiz həyat mümkün deyil. İnsan orqanizmindən tutmuş təbiətin bütün kompanentlərində rast gəlinir. Bəs bu mikroorqanizmlər nədir, nə iş görürlər? Bu mövzuda bunlar haqqında ətraflı danışacayıq. Mikroorqanizmlər biosferin ayrılmaz tərkib hissəsidir və ətrafda baş verən bütün maddələr dövranında iştirak edir. Amma unutmayaq ki, “xeyirxah” olanlarla yanaşı “düşmən” – parazit olan nümayəndələri də var. Mikroorqanizm dedikdə biz tək bakteriyanı nəzərdə tutmuruq. Bura göbələklər, ibtidailər də aiddir. Hüceyrəvi quruluşu olmayan viruslar da bura aiddir. Xülasə hüceyrə quruluşuna malik olanlar prokariot və eukariot olmaqla 2 qrupa ayrılır. Prokariotlara- formalaşmış nüvəsi olmayan - bakteriya, rikketsiya, spiroxet,xlamidiya, mikoplazma və aktinomisetlər aiddir. Eukariotlara- formalaşmış nüvəsi olanlar- mikroskopik göbələklər və ibtidailər aiddir. Eukariot və prokariotun qabarıq fərqləri aşağıda göstərilmişdir. Birdə hüceyrə quruluşuna malik olmayan akariotlar vardır. Bunlara isə virus, viroid və prionlar aiddir. Viruslar nuklein turşusu, zülal və ferment kompleksi var. Amma nuklein turşularından sadəcə birinə sahib ola bilirlər. Buna görə də ya RNT, ya da DNT tərkibli olurlar. Viroidlər zülalsız, həlqəvi RNT-ə sahib olurlar. Prionlar isə əksinə, RNT- siz zülala malikdir. Əlavə olaraq arxeobakteriyaların da adını qeyd etmək istərdim. Bunlar prokariotlara aid olsa da, insan üçün patogen olmadıqlarına görə çox zaman ayırmayacayıq ☺ İnsan üçün patogen prokariotlar euobakteriyalar adlanır. Eubakteriyalar hüceyrə divarına malik olan qram mənfi, qram müsbət və hüceyrə divarına malik olmayan olmaqla 3 qrupa bölünür. İndilik hüceyrə divarına malik olmayanlara - mycoplasma və ureaplasma- nın aid olduğunu bilin. Təsnifat haqqında biologiyadan məlumatınız var. Burda isə fərqli terminlərlə sizləri tanış edim. Morfovar- növdaxilində morfoloji əlamətlərə görə fərqlənən variantlar.Biovar- bioloji xüsusiy yətlərinə görə fərqlənənlər.Serovar- antigen quruluşuna görə fərqlənənlər.Faqovar- faqa həssaslığına görə fərqlənənlər.Ştamm- eyni/müxtəlif mənbədən müxtəlif vaxtda əldə edilən bir növə məxsus mikroorqanizmlərdir. Kultura- xüsusiyyətlərin öyrənmək üçün laborator şəraitdə kultivasiyasından əldə edilən koloniyalar. Klon- bir mikrob hüceyrəsindən inkişaf edən kultura. Bakteriyaların morfologiyası və strukturu Formalarına görə kürəvi, çöpşəkilli, qıvrım, sapvari bakteriyalar ayırd edilir. İndi isə bunlar haqqında qısa bilgilər öyrənək. Görək bunların xarakterik xüsusiyyətləri nələrdir? İlk kürəvilərdən başlayaq. Kürəvi bakteriyalar, yəni kokklar adından da bilindiyi kürə formasındadır və bunlar o qədər “mehriban” olur ki, bəzən öz aralarındakı əlaqəni kəsmirlər. Unutmayın koklar hərəkətsizdir. Bunlara aşağıdakılar aiddir: Mikrokoklar Tetrakokla r Diploko Sarsinlər k Streptokoklar Stafiloko klar 1. Mikrokoklar- bir müstəvi üzrə bölünərək tək-tək yerləşirlər 2. Diplokoklar- bir müstəvi üzrə cüt-cüt yerləşirlər 3. Streptokoklar- zəncir şəklində yerləşirlər 4. Tetrakoklar- perpendikulyar 2 müstəvi üzrə bölünərək 4-4 yerləşirlər 5. Sarsinlər- perpendikulyar 3 müstəvi üzrə bölünərək üst-üstə yığılmış yük tayaları şəklində 6. Stafilokoklar- perpendikulyar 2 müstəvi üzrə bölünərək üzüm salxımın xatırladan yığınlar əmələ gətirir. Çöpvari bakteriyalar bunlar çubuk formasında olurlar. Tək-tək nizamsız – E.coli, ucdan birləşmiş cüt-cüt yerləşən diplobasillər- klebsiella, zəncir şəklində yerləşənlər- bacillus anthrachis. Bunların sitoplazmalarında xüsusi dənələr (difteriyada volyutin) olur, həmçinin bunlar spora əmələ gətirir. Vergülşəkilli formaları isə vibrionlar adlanır. Qıvrım bakteriyalar spiral şəklində olurlar, spirillər, kampilobakteriyalar və helikobakteriyalar aiddir. Qıvrımların sayı dəyişkəndir. Sapvari bakteriyalar adından da bəlli olduğu kimi sapşəkilli olur. Çöpvari bakteriyaların sapvari formalar əmələ gətirməsinə filamentasiya deyilir. (Məs: legionella) Polimorfizm isə çöpvari bakteriyaların kiçik kürəvi və bəzən də şaxələnmiş formalar əmələ gətirməsidir. Bakteriya hüceyrəsinin quruluşu İlk öncə nukleoiddən başlayaq. Bax diqqətli ol nukleotid yox, nukleoid! Nukleoid nədir, nəyə görə var və funksiyası nədir? Əvvəlki mövzuda prokariotla eukariotun fərqin qeyd edəndə nüvənin olmadığın yazdım. Nukleoid 10mln nukleotid cütündən ibarət DNT zənciridir. (Nukleoid=DNT>nukleotid). İrsi məlumatları daşıyır, çoxalma, spor əmələ gətirmə və həyat fəaliyyətində iştirak edir. Felgen üsulu ilə təyin edilir. (Gimza+ elektron mikroskop da aiddir) Sitoplazma hüceyrənin daxili maye mühitidir. Yuxarıdakı şəkildə gördüyünüz hər bir kompanent sitoplazmada yerləşir. Volyutin dənələri zülal mənşəli olub fosfatlarla zəngindir. Ehtiyat qida maddəsi rolun oynayır. Sitoplazmadan daha intensiv boyandığı üçün metaxromatik dənələr də deyilir. İrəlidə difteriyanı keçdikdə orda da bu haqda danışacayıq. Neysser üsuluyla aşkar olunur. Bundan əlavə sitoplazmada vakuollar, ribosomlar, mezasomlar da aşkar edilir. Mezasomlar sitoplazmatik membranın hüceyrənin daxilinə doğru çökməsi nəticəsində yaranıb, DNT – nin replikasiyası, hüceyrənin bölünməsi, tənəffüsdə,hüceyrə divarı maddələrinin sintezində iştirak edir. Hüceyrə qişası sitoplazmatik membran, hüceyrə divarı, selik təbəqəsi olmaqla daxildən xaricə doğru 3 qatdan ibarətdir. Sitoplazmatik membran adından da bəlli olduğu kimi birbaşa sitoplazmanı əhatə edir. Membranın səthində tənəffüs fermentləri, qida fermentləri- permeazalar yerləşir. Çoxalma, tənəffüs və qidalanmada iştirak edir. Hüceyrə divarı burda artıq əsl konsert başlayır. Təsnifatda eubakteriyaların qram müsbət və mənfi qrupların ayırmışdıq. Həmin bu bölgü hüceyrə divarının quruluşuna görə aparılır. Ümumiyyətlə hər ikisində hüceyrə divarı bakteriyaya sabit forma verir. İndi isə qram müsbət bakteriyaların hüceyrə divarının quruluşuna nəzər yetirək. Hüceyrə divarının əsası peptidoqlikandan ibarətdir. Bəzi ədəbiyyatlarda qliko peptid, murein deyə də yazıldığın görə bilərsiniz. Şəklə baxdıqda pep tidoqlokan qatında birdə teyxoat turşusun görə bilərsiniz ki bunlar kovalent rabitə ilə birləşib. Teyxoat isə tərkibindəki qalıqlara görə qliserinteyxoat və ribitteyxoat olmaqla 2 qrupa bölünür.Bəs bu peptidoqlikan necə formalaşır? Deməli NAM və NAG (N-asetilqlikozamin və -muramin) öz aralarında qlikozid rabitələrlə birləşərək qlikan molekulun əmələ gətirir. Bunlar da paralel yerləşərək öz aralarında peptid rabitələrlə birləşir qatlar əmələ gətirir. Bu zaman yuxarı və aşağıda olan qlikanın NAM turşuları peptid rabitələrlə yenidən birləşir və bununla da peptidoqlikanın yaranması başa çatır. Qatların sayı 40-a qədər olur. NAM və NAG-dan başqa diaminopimelin turşusu vardır ki, o da eukariotlarda olmur. Qram müsbətin hüceyrə divarının quruluşu bu qədər. Qram mənfinin hüceyrə divarı isə bir qədər qəlizdir. İlk öncə şəkilləri müqayisə etdik də teyxoat turşusunun qram mən fidə olmadığın görürük. Peptido qlikanını isə 40 deyil, 2-3 qatdan ibarətdir. Beləliklə hüceyrə divarı peptidoqlikandan xaricə doğru lipoprotein, xarici membran və LPS-dən ibarətdir. Şəkildə lipopro teini görmədikdə soruşa bilərsiniz hardadı bəs? Xarici membran 2 təbəqəlidir daxili lipoprotein, xarici isə lipopolisaxariddir. Lipid çox olduğu üçün hidrofobdur. Sual oluna bilər ki, bəs keçiriciliyik necə təmin olunur? Onu da şəkildə gördüyünüz porinlər təmin edir. Digər qat isə LPS-dir. Onun özü də 3 hissədən ibarətdir. Lipid A sabit quruluşa malikdir, bütün qram mənfidə oxşardır, qlikoli pid kompleksindən ibarətdir. Toksigenliyi təmin edir, termostabildir. Core yəni özək hissə ketodezoksioktanoin turşusu və heptozadan ibarətdir. O-spesifik hissə isə polisaxariddən təşkil olunub, dəyişkəndir. Antigenliyi təmin edir, elə ona görə də O-antigen deyilir. Periplazmatik sahə isə hüceyrə divarı ilə sitoplazmatik membran arasında əlaqə yaradır. Peptidoqlikandan və gelşəkilli proteinlərdən ibarətdir. Müdafiə, adaptasiya fermentləri yerləşir. Turşuyadavamlılıq xüsusiyyəti hüceyrə divarı mumlarla zəngin olanlara aiddir. Əsasən mycobacte rium cinsində rast gəlinir. Həmin bu mumlar mikol turşusundan ibarətdir. Belə bakteriyaların hüceyrə divarı isə peptidoqlikandan və bundan xaricə doğru yerləşmiş 2 qatlı lipid qatından ibarətdir. Lipid təbəqəsinin daxili mikol turşusunun arabionoqalaktanla birləşməsindən, xarici qatı isə sərbəst mikol turşuları və peptidoqlikandan ibarətdir. Turşuyadavamlılıq Sil-Nilsen üsulu ilə təyin olunur. Digər bir diqqət edəcəyimiz məqam isə hüceyrə divarı olmayan bakteriyalardır ki, normal olaraq belə deyil ona hansısa agentlə təsir etdikdə yarananları nəzərdə tuturam. Bura aşağıdakılar aiddir: Protoplastlar- hüceyrə divarı tamamilə olmayanlardır. (Qram+ bakteriyalardan yaranır) Sferoplastlar- xarici qişa olur, peptidoqlikan olmur. (Qram- bakteriyalardan yaranır) L forma- bunlar hüceyrə divarını tam ya da müəyyən qədər itirmiş olsa da, çoxalma Kapsula. Adından da göründüyü kimi bakteriya özünü qorumaq üçün kapsula əmələ gətirir. Klebsiellalar həmişə kapsulalı olur. Normalda xaricdə kapsula əmələ gəldiyi halda pnevmokokk, qara yaranın törədicilərində isə orqanizmə daxil olduqdan sonra kapsula yaranır. Tərkibinə görə polisaxarid tərkibli (pnevmokokk, klebsiella), zülal tərkibli (B.anthrachis), hialuron turşusundan ibarət ola bilir. Gins üsulu ilə aşkarlanır. Xülasə, kapsula həm xaricdə, həm də daxildə qoruyucu funksiya yerinə yetirir. Xaricdə qurumadan, fiziki təsirlərdən, daxildə isə faqositozdan və anticisimdən yayınmanı təmin edir. Kapsulası olanlar K-antigeninə malikdir. Flagella bakteriyanın hərəkətini təmin edir, flagellin zülalından ibarətdir. Bakteriyada flagellanın yerləşməsinə görə peritrix- bütün səthində flagella olur (E.coli) monotrix- bir ucunda 1 flagella (V. Cholerae), lofotrix- bir ucunda dəstə şəklində flagella (Psevdomonadlar), amfitrix- hər iki ucunda dəstə şəkilli flagellası olur (spirillər). Hərəkətsizlər isə atrixlərdir bura da bütün kokklar aiddir. Flagellası olan bakteriya H-antigeninə malikdir. “əzilən və asılan” damla preparatları ilə hərəkəti təyin olunur və Lefler üsulu ilə flagella təyin olunur. Pili (fimbri, xov) pilin zülalından təşkil olunub. 2 tipi var adheziv və konyuqativ (cinsi) pili. Ümumiyyətlə pili bakteriyanın yapışmasını təmin edir. Əlavə olaraq dartınma tipli hərəkəti də təmin edir. Antigen xüsusiyyətinə malikdir. Spora bakteriyanı əlverişsiz şəraitdən qorumaq üçündür. Mikroorqanizmin fəal forması- vegetativ forma, qeyri-fəal forması isə sporadır. Çoxalma funksiyası daşımır. Əsasən spor əmələ gətirmə çöpşəkilli bakteriyalarda daha geniş yayılıb. Formasına və yerləşməsinə görə bir-birindən fərqlənir. Bunları hər bakteriyanın özündə ətraflı oxuyacayıq, indidən özümüzü yormayaq. Sporanın vegetativ formaya çevrilməsi germinasiya adlanır. Bəs spora hansı hissələrdən ibarətdir, necə əmələ gəlir? Deməli, əlverişsiz şəraitə düşən bakteriyanın protoplazmasının nukleoidə aid hissəsi sıxlaşmağa başlayır. Nəticədə sporanın özəyi formalaşır, üzəri daxili membranla örtülür. Daha sonra peptido qlikandan ibarət spora divarı formalaşır və bu zaman prospora əmələ gəlir. Daha sonra korteks əmələ gəlir, onun üzərində isə keratinəbənzər proteinlərdən ibarət örtük qatı yaranır və bu qat keçi riciliyə malik deyil. Son olaraq ekzosporium formalaşır. Sporalar Ojeşko üsulu ilə təyin olunur. Bu zaman vegetativ formalar göy, sporalar qırmızı boyanır.

Use Quizgecko on...
Browser
Browser