Veb səhifəyə xarici məzmunların qoyulması PDF

Document Details

RevolutionaryBalalaika

Uploaded by RevolutionaryBalalaika

UNEC

Tags

web design html web development multimedia

Summary

Bu sənəd veb səhifəyə xarici məzmunların, o cümlədən HTML, qrafik şəkillər, Flash, video və s. faylların necə əlavə edilməsi barədə məlumat verir. Sənəd, müxtəlif qrafik formatları (GIF, JPEG, PNG) və ölçüləri barədə də məlumat ehtiva edir.

Full Transcript

Veb səhifəyə xarici məzmunların qoyulması ========================================= (X)HTML sənədlərin xarici məzmunları xarici fayllarda saxlanır. Bu, başqa (X)HTML sənəd, qrafiki şəkillər, Flash-filmlər, video, səs və s ola bilər. Xarici faylların məzmunları \, \, \ və \ kimi teqlərin vasitəsilə...

Veb səhifəyə xarici məzmunların qoyulması ========================================= (X)HTML sənədlərin xarici məzmunları xarici fayllarda saxlanır. Bu, başqa (X)HTML sənəd, qrafiki şəkillər, Flash-filmlər, video, səs və s ola bilər. Xarici faylların məzmunları \, \, \ və \ kimi teqlərin vasitəsilə sənədə qoyulur. (X)HTML sənədlərin \, \ və \ teqləri vasitəsilə qoyulması ilə tanış olmuşuq. Digər obyectlərin tətbiqinə burada baxılacaq. Qrafiki şəkillərin qoyulması ============================ 1. GİF (Grapfic İnterchange Format, qrafiki mübadilə formatı) -- informasiyaları itirmədən şəffaflığı saxlamaqla sıxılmış, azrəngli (256 rəng) qrafiki və ya annimasiyalı şəkillərin saxlanması üçün. Faylın tipi gif; 2. JPEG (Joint Experts Group, birləşmiş ekspertlər qrupu) -- sıxılmış şəkildə, qrafiki informasiyanın bir hissəsinin itirilməsi mümkünlüyü ilə fotoqraf keyfiyyətli çoxrəngli şəkillər üçün; faylın tipi jpg vəya jpeg; 3. PNG (Portable Network Graphic, şəbəkə üçün daşınan qrafika) - informasiyaları itirmədən şəffaflığı saxlamaqla sıxılmış, çoxrəngli fotoqrafik keyfiyyətli şəkillərin saxlanması üçün. Faylın tipi png olub, ənənəvi gif tipini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Qrafiki informasiyaların saxlanması üçün JPEG formatının istifadəsi məqsədəuyğundur. Əgər faylın həcmi PNG tipində çox böyük olursa, onda böyük fotoqrafiyaları JPEG tipində saxlamaq yaxşıdır. Lakin PNG faylın həcmi çox böyük deyilsə onda bu formatda saxlanması yaxşıdır. Qrafiki şəkilləri veb sənədlərdə nəşr edərkən onların yol verilən optimal ölçüləri barədə düşünmək lazımdır. Çünki hətta böyük monitorlarda da bu ölçü məhduddur. 3 -- 4 px/mm ( 72- 96 px/düymə) imkan olan fotoşəkillər kifayət qədər yaxşı qəbul edilir. Belə imkan, çapa vəya ekrana fotoşəkillərin çıxarılması zamanı keyfiyyətini itirmədən 10x10 sm ölşüsünə qədər böyütməyə imkan verir. Bu zaman onların ölçüsü 300 -- 400 px olur. 1280x1024 px ölçülü fotoşəkili keyfiyyətini pisləşdirmədən ekranda və ya kağız üzərində 43x34 -- 32x26 sm ölçüdə əks etdirmək olar. Aydındır ki, şəkillərin veb səhifədə əks edilməsi üçün yararlı ölçü deyil. 640x400 px tipik ölçüsü 18x11sm sahədə şəkillərin əks edilməsinə uyğundur. Bu ölçü veb səhifələr, habelə kitablar və jurnallar üçün lazım olduğundan da artıqdır. Beləliklə, veb səhifələrdə nəşr ediləcək və şəkillərdə mövcud olan qrafiki informasiyaların həcmini 640x400 px-ə qədər azaltmaq olar. \ \ teqi şəkilin veb sənədə yerləşdirilməsi üçün yeganə üsul deyil. Şəkilləri \, \. MİME tip fayl nümunələri: image/ipeg, image/gif. \ teqinin istifadəsi zamanı şəkil ayrı pəncərədə, miqyaslaşdırmasız əks edilir. Bu pəncərə susma qaydası ilə qəbul edilmiş ölçülərə malikdir, lakin onları atributlar və CSS parametrləri width və height vasitəsilə də vermək olar. \ teqi brauzerdən asılı olaraq fərqli xüsusiyyətlərə malikdir. İntenet Explorer üçün pəncərənin kifayət qədər böyük ölçülərini göstərmək lazımdır. Əks halda pəncərə görünməyəcək. Pəncərə sərhədlərə, förlatma zolaqlarına (aktiv və ya passiv) malik olur, qrafiki şəkil miqyaslaşdırılmır. Firefox və Opera brauzerlərində isə \ teqində olduğu kimi pəncərədə olmur və miqyaslaşdırılır (şəkil 5.1) Xarici resursların qoyulması üçün universal teq =============================================== (X)HTML sənədlərə qrafiki şəkil, səs, video, flash-film, ActiveX idarəetmə elementləri və (X)HTML sənədlər kimi xarici faylların qoyulması üçün uyğun atributlara malik olan \ nəzərdə tutulmuşdur. Əvvəlki bölmədə bu barədə az da olsa danışıldı. Burada isə ətraflı bəhs edəcəyik. 1. accesskey -- obyektə tez müraciət düyməsini təyi edir. Atributun qiyməti hərf və ya rəqəm saxlayan sətrdir. Alt düyməsini tutmaqla göstərilən hərf və ya rəqəmi sıxsaq həmin obyekt fokus alır. 2. align - tarazlaşdırma variantları: a. absbottom -- obyektin aşağı sərhəddinin əhatə edən mətn işarələrinin altxətti ilə tarazlaşdırılması b. absmiddle -- obyektin ortasını, əhatə edən mətnin top və absbottom arasındakı mərkəzi xətt üzrə tarazlaşdırır c. baseline -- obyektin aşağı sərhəddini əhatə edən mətnin baza xətti (aşağı xətti) üzrə tarazlaşdırılması d. bottom -- baseline ilə üst-üstə düşür (ancaq inernet explorerdə) e. left -- obyekti konteyner elementinin sol kənarı üzrə tarazlaşdırır f. middle - əhatə edən mətnin təsəvvür edilən mərkəz xəttini obyektin təsəvvür edilən mərkəz xətti üzrə tarazlaşdırır g. right -- obyekti konteyner elementinin sağ kənarı üzrə tarazlaşdırır h. texttop -- obyektin yuxarı sərhəddini əhatə edən mətn işarələrinin sətrüstü xətti ilə tarazlaşdırır i. top -- obyektin yuxarı sərhəddini əhatə edən mətnin yuxarı sərhəddi ilə tarazlaşdırır 3. classid -- quraşdırılan komponentin unikal qeydiyyat identifikatoru nümunə: 4. code -- Əgər mənbədirsə, java faylının adı (applet sinfinin) 5. codebase -- komponentin faylı istifadəçinin kompüterində olmadıqda onun götürüləcəyi baza URL ünvanı. URL ünvandan sonra komponentin versiyası \#Version=M1, M2, m1, m2 sətri kimi göstərilir. Burada M1, M2 6. codetype -- codebase atributunda göstərilən faylların MİME-tipi. Məsələn, ActiveX idarəetmə elementləri üçün bu atributun qiyməti application/x- oleobject-dir. 7. data -- məlumat faylının URL ünvanı (məlumatlarla işləyən vayllar üçün) 8. datafld -- cədvəl verilənləri üçün sütunun (sahənin) adı 9. datasrc -- "\#məlumat\_mənbəyinin\_adı". 10. disabled - əgər göstərilibsə obyekt əlçatan deyil. 11. height -- komponentin vizual obrazının piksellə hündürlüyü (əgər beləsi varsa) 12. widht -- komponentin vizual obrazının piksellə hündürlüyü (əgər beləsi varsa) 13. hspace -- obyect və qonşu elementlər arasında üfqi məsafə. 14. vspace -- obyect və qonşu elementlər arasında şaquli məsafə 15. id -- bir (X)HTML elementi kimi ssenarilərdən obyektin xüsusiyyətlərinə müraciəti təmin etmək üçün istifadə edilən identifikator. 16. name -- formanın elementi kimi obyektin identifikatoru. Obyekt \ konteynerində yerləşdikdə, məlumatlarının isə submit tipli düymə ilə serverə ötürülməsi lazım gəldikdə istifadə edilir. 17. Type -- data atributunda göstərilən faylların MİME tipi. 18. Tabindex -- Tab düyməsi vasitəsilə elementə keçid qaydasını təyin edən tam ədəd. 19. Lang -- konteyner hadisələri üçün dilin tipini təyin edir. Məsələn, script/javascript. 20. Language -- konteyner hadisələri üçün dili təyin edir. Mümkün qiymətlər: javascript, jscript, vbscript və vbs. 1. name -- parametrin adı; 2. value -- parametrin qiyməti; 3. datafld -- cədvəl verilənlərində sütunun adı; 4. dataformatas -- verilənlərin formatı; 5. datasrc -- "\#verilənlər\_mənbəyinin\_identifikatoru". \ teqinin müxtəlif atributlarının çoxluğuna baxmayaraq, əslində onların konkret quraşdırılan komponentin xüsusiyyətləri ilə təyin edilən kiçik altçoxluğu istifadə edilir. \ konteyner teqi, hazırda köhnəılmiş hesab edilən və \ teqini qəbul etməyən brauzerlərdə onun funksiyasını təkrarlayan \ teqinə də malikola bilər. Flash-filmlərin qoyulması. ========================== Flash filmlər Adobe Flash (əvvəllər -- Macromedia Flash) əlavələrinin hazırlanması xüsusi sistemində yaradılır və bir qayda olaraq swf tipli fayllarda saxlanır. Adobe Flash sistemində yaradılmış filmin müxtəlif formatlarda nəşri vasitələri (o cümlədən HTML-də) vardır. HTML formatda nəşretmə zamanı sizin kompüterin diskində, veb brauzer pəncərəsində uyğun swf faylın göstərilməsi üçün bütün lazım olanlara malik olan \ konteyner teqini saxlayan html-fayl yaradılır. (X)HTML kodun bu hissəsini öz (X)HTML sənədinizin lazımi yerinə köçürüb, Flash-filmin nümayiş etdirilməsi üçün düzəlişlər edilə bilər. 1. listinqində müəyyən Flash filmin göstərilməsi üçün \ elementinə malik olan XHTML səhifəsinin kodu verilmişdir. O, bütün müasir brauzerlərdə işləyir. \ teqinə malik olan kod hissəsi HTML formatında filmin nəşri zamanı Adobe Flash 8.0 sistemi ilə generasiya edilmişdir. \ teqləri bu film üçün spesifik parametrləri saxlayır. Məsələn, \ - filmin göstərilməsi keyfiyyətini təyin edir. Köhnəlmiş \ teqi Internet Explorer-dən başqa bütün brauzerlər üçün lazımdır. Əgər bu teqi listinq 5.1-dən çıxarsaq onda intenet Explorer 7.0 və Opera 9.6 filmi göstərir, Firefox 3 isə göstərmir. \ teqi olmadan da keçinmək mümkündür. Bunun üçün \ teqində classid və codebase atributlarını çıxarıb, data="faylın\_URL\_ünvanı" və type= "application/x-shockwave-flash" atributlarını göstərmək lazımdır. Diqqət edin ki, \ teqi data atributundakı informasiyanın təkrarıdır, lakin o, İnternet Explorer üçün lazımdır. Multimedia faylları məzmununun qoyulması ======================================== (X)HTML sənədə uyğun formatlı fayllardan müxtəlif multimedia məzmunlarının qoyulması, uyğun blokun ölçülərini (atribut kimi width və height atributları və ya CSS parametrləri) göstərməklə \\ teqi ilə reallaşdırılır. Səs fayllarının MİME tip nümunələri: audio/aiff, audio/midi, audio/wav, audio/AMR, audio/mp4, audio/x-ms-wma. Videolar üçün aşağıdakı MİME tiplər daha geniş yayılmışdır: video/mpeg, video/x-mpeg, video/mp4, video/x-ms-wmv, video/quicktime, video/3gpp və s. \ elementinin veb səhifədə görünüşü faylın tipi ilə əlaqədar olan plagindən (proiqıvateldən) və width və height parametrlərinin qiyməti ilə verilən ölçülərdən asılıdır (şəkil 5.2). Səs faylları üçün \ elementi icranın idarəedilməsi paneli ilə təqdim edilir, videolar üçün isə əlavə olaraq məzmunun əks etdirilməsi pəncərəsi olur. Lakin bütün bunlar widht və height parametrləri ilə verilmiş qiymətlər kifayət qədər böyük olduqda görünür. Əks halda idarəetmə paneli və videokadrın görünməyən hissəsi kəsilir. Veb səhifəyə multimedia yerləşdirilməsinin baxılan üsulları onun yerləşdirilməsi üçün qabaqcadan yer ayrılmasını tələb edir. Lakin multimedia fayllarına elə müraciət yaratmaq olar ki, onun aktivləşdirilməsi yeni pəncərədə olsun. Buna nümunə aşağıdakı ola bilər:

Use Quizgecko on...
Browser
Browser