Mhazir-13: Elmin Fəlsəfəsi (PDF)

Summary

This document provides information on the philosophy of science. It covers topics like the nature of science, the criteria of scientific knowledge, and different methods of scientific inquiry, along with the historical development of the scientific worldview.

Full Transcript

**Mövzu №13. Elmin fəlsəfəsi.** **1.Elm nədir? Elmin sosial funksiyaları.** **2.Elmi idrakın meyarları.** **3.Elmi idrakın səviyyələri.** **4.Elmi idrakın metodları.** **A)İdrakın ümumməntiqi metodları.** **B)Empirik tədqiqatın elmi metodları.** **C)Nəzəri tədqiqatın elmi metodları.** **5.Dü...

**Mövzu №13. Elmin fəlsəfəsi.** **1.Elm nədir? Elmin sosial funksiyaları.** **2.Elmi idrakın meyarları.** **3.Elmi idrakın səviyyələri.** **4.Elmi idrakın metodları.** **A)İdrakın ümumməntiqi metodları.** **B)Empirik tədqiqatın elmi metodları.** **C)Nəzəri tədqiqatın elmi metodları.** **5.Dünyanın elmi mənzərəsi.** **1.Elm nədir? Elmin sosial funksiyaları.** İctimai şüurun din, incəsənət, fəlsəfə və s. kimi formalarında gerçəkliyin rasional dərki köməkçi, ikinci dərəcəli məqsəddirsə, elmdə dünyanın dərkinin rasional meyarı mərkəzi yer tutur. **Elm -insanın obyektiv gerçəkliyin dərkinə və dəyişdirilməsinə istiqamətlənmiş fəaliyyət formasıdır.** O, elə bir mənəvi istehsaldır ki, bu istehsalın nəticəsi məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktlar, məntiqi cəhətdən yoxlanmış fərziyyələr, ümumiləşdirici nəzəriyyələr, fundamental və xüsusi qanunlardır. Deməli elm -həm biliklər sistemi, həm onların mənəvi istehsalı və onların əsasında əməli fəaliyyətdir. Elmin mahiyyətinin aydınlaşdırılması üçün onun sosial funksiyalarını aşkarlamaq zəruridir. İlk növbədə qeyd edək ki, elmin sosial funksiyaları birdəfəlik, fərqli tarixi dövrlər üçün eyni qaydada müəyyənləşdirilmir. Əksinə, onlar elə elmin özü kimi tarixən dəyişir və inkişaf edir. Bundan əlavə, elmin sosial funksiyalarının inkişafı elmin öz inkişafının mühüm tərəfini əks etdirir. Müasir elm insan və cəmiyyətin fəaliyyətinin müxtəlif sferaları ilə mürəkkəb qarşılıqlı əlaqədədir. Bu qarşılıqlı əlaqələrin ətraflı təhlili elmin əsas funksiyalarını aşağıdakı kimi müəyyənləşdirməyə imkan verir: ***-mədəni-dünyagörüşü;*** ***-birbaşa məhsuldar qüvvə;*** ***-sosial güc.*** **2.Elmi idrakın meyarları.** Gündəlik idrakdan fərqli olaraq elm idrakın müəyyən standartlarına, norma və meyarlarına əsaslanır. Bu norma və meyarlar elmi biliyi adi, gündəlik biliklərdən fərqləndirməklə yanaşı tədqiqat nəticəsində əldə edilmiş biliyin səhihliyini təmin edir. Elmi idrakın əsas meyarları bunlardır: ***obyektivlik, birqiymətlilik, rasionallıq, sistemlilik, universallıq, praktiki tətbiq edilmə, verifikasiya və falsifikasiya.*** Onların hər birini ayrı-ayrılıqda nəzərdən keçirək. **Obyektivlik** tədqiqat fəaliyyətinin əsas məqsədindən --klassik anlamda başa düşülən həqiqətin (gerçəklik haqqında biliyin gerçəkliyin özünə uyğunluğu) axtarılmasından irəli gəlir. Öz məzmununa görə həqiqət obyektivdir, daha doğrusu o dərk edən insanın rəyindən asılı deyil. Deməli elmi bilik şəxsi zövqdən, fərdi arzulardan asılı olmamalı və gerçəkliyi olduğu kimi, dəqiq əks etdirməlidir. **Birqiymətlilik** elmi biliklərdən bütün qeyri-aşkar, ziddiyyətli anlayış və prinsiplərin kənarlaşdırılma zərurəti kimi başa düşülür. O özünü artıq terminoloji səviyyədə büruzə verir: elmi termin dəqiq müəyyənləşdirilmiş yeganə mənaya malik olmalıdır. Gündəlik, dini və bədii dilin anlayışları isə əksinə olaraq çoxmənalıdır. Məsələn, güc və qüvvə anlayışlarının fizika və poeziyada işlənilməsinə diqqət yetirsək deyilənlər aydın olar. Deyilənlər təkcə faktların təsvirinə yox, həm də nəzəriyyələrə aiddir. Əgər məlum olsa ki, nəzəriyyə müxtəlif təfsirlərə yol açır, onda həmin nəzəriyyənin elmi statusu (elmliyi) şübhə altına düşür və onun daha mükəmməl nəzəriyyə ilə əvəzlənməsi zərurəti yaranır. **Rasionallıq** obyektiv dünyanın zəka ilə dərk olunmasına inama əsaslanır. Bu halda gerçəklik nizamlı, rasional və onların sayəsində də dərk edən insan üçün əlyetərli kimi başa düşülür. Deməli, hər bir biliyin elmi olması üçün o, məntiqi cəhətdən ziddiyyətsiz və irrasional amillərdən (məs. mistik təcrübə, dini ehkam) azad olmalıdır. **Sistemlilik** elmi biliklərin nizamlı və qarşılıqlı əlaqədə olmasını nəzərdə tutur. Elmi bilik bir-birindən təcrid olunmuş fakt və ideyaların sadə toplusu deyil: onlar bütövün mənasının hissələrin məna məcmularını əhatə edəcək vəhdəti təşkil etməlidirlər. **Universallıq** elmi nəticələrin ümumi vacibliyini göstərir: onların dəyəri subyektiv amillərdən, məsələn tədqiqatçının cinsi, və yaxud milliyyətindən asılı olmamalıdır. Məhz bu prinsipə görə milli, və yaxud sinfi fizika, kimya, riyaziyyat olmur. Prinsip və qanunlar hər yerdə həqiqi olmalı, bütün hallarda analoji şərait varsa nəticələr üst-üstə düşməlidir. **Praktiki tətbiq edilmə** --elmin ətraf gerçəkliyin inikası faktına əsaslanır. Deməli, hətta ən mücərrəd riyaziyyat, və yaxud məntiqi nəzəriyyələr doğru olduğu halda təcrübədə tətbiqini tapa bilər. Orta əsrlər sxolastik mübahisələrində olduğu kimi nəzəriyyənin tam təcrid olunması elmlik ideallarına adekvat deyil. Praktiki tətbiq edilmə prinsipi nəzəriyyəni təkcə faydalılıq çərçivəsində saxlamır. Bu prinsip nəzəriyyənin yalnız hal-hazırda tətbiqini deyil, ümumiyyətlə nə vaxtsa praktikada tətbiq olunacağını nəzərdə tutur. **Verifikasiya (yoxlanılabilmə)** prinsipi də müəyyən mənada eyni müddəalara əsaslanır. Əgər bu və ya digər nəzəriyyə gerçəkliyi adekvat əks etdirirsə, onun həmin nəzəriyyəni bütövlükdə, həmçinin onun tərkib hissələrini təcrübədə yoxlamaq olar. Bu zaman əgər hər bir müddəa təsdiq olunursa, onda bütün nəzəriyyəni həqiqi hesab etmək olar. Əlbəttə, verifikasiya, əsasında sübuta ehtiyacı olmayan aksiomların dayandığı riyaziyyat və məntiqə aid edilə bilməz. **Falsifikasiya (inkar ediləbilmə)** verifikasiya prinsipinin çatışmazlıqlarını aradan qaldırmaq üçün istifadə edilən meyardır. Ən sadə formada bu prinsipi belə ifadə etmək olar: əgər nəzəriyyənin nəticələri faktiki məlumatlarla inkar olunursa deməli nəzəriyyə də inkar olunur. Bir uyğunsuzluq faktının tapılıb sübut olunması kifayətdir ki, nəzəriyyənin düzgünlüyü şübhə altına salınsın. Bu zaman nəzəriyyənin hər bir müddəasını yoxlamağa ehtiyac qalmır. **3.Elmi idrakın səviyyələri.** Müasir elm müxtəlif fənlərdən təşkil olunmuşdur. O, bir-biri ilə qarşılıqlı əlaqədə olan və bununla birlikdə nisbi müstəqilliyə malik bilik sahələrindən ibarətdir. Əgər elmə hansısa bütöv, tam kimi baxılarsa, onu inkişaf edən mürəkkəb sistemlər tipinə aid etmək olar. Bu sistem öz inkişafında yeni-yeni nisbi avtonom alt-sistemlər və onların qarşılıqlı təsirini idarə edən yeni inteqrativ əlaqələr törədir. Hər bir elmi bilik sahəsində, daha doğrusu elmi biliyin inkişaf edən alt-sistemində, məsələn, fizika, kimya, biologiya və s. öz növbəsində elmi biliyin müxtəlif formalarını tapmaq olar: empirik faktlar, qanunlar, müxtəlif tip hipotezlər və s. Elmi biliyin strukturunda ilk növbədə iki səviyyəni: empirik və nəzəri səviyyəni fərqləndirmək olar. Onlara idrak fəaliyyətinin iki səciyyəvi və eyni zamanda bir-biri ilə qarşılıqlı əlaqədə olan növü uyğundur: empirik və nəzəri tədqiqat. Bu iki səviyyəni bir-birindən fərqləndirən əsas meyarlar aşağıdakılardır: 1. Tədqiqat predmetinin xarakterik xüsusiyyəti; 2. Tətbiq olunan tədqiqat vasitələrinin tipi; 3. Metodun xüsusiyyətləri. Qeyd edək ki, burada əsas məqamlardan biri tədqiqat zamanı istifadə edilən metodun xüsusiyyətləridir. Onları aşağıda ətraflı nəzərdən keçirəcəyik. **4.Elmi idrakın metodları.** Elmin biliyin əldə edilməsi və inkişafı məqsədilə şüurlu, məqsədyönlü fəaliyyət müəyyən norma və qanunlarla tənzimlənir, xüsusi metod və üsullardan istifadə edilir. Belə norma, qayda, metod və üsulların işlənib hazırlanması elmi idrakın məntiq və metodologiyasının predmetini təşkil edir. Elmi idrak prosesinin metodoloji təhlili tədqiqatın iki tip metod və üsullarını fərqləndirməyə imkan verir. Birincisi, bütövlükdə insan idrakına xas olan metod və üsullar. Məhz bu metod və üsulların bazasında həm elmi, həm də gündəlik biliklər formalaşdırılır. Bu metodlara ümumməntiqi metodlar deyilir. İkincisi, məhz elmi idraka aid metod və üsullar: tədqiqatın elmi metodları. Sonuncu da öz növbəsində iki əsas qrupa bölünür: empirik tədqiqatın metodları və nəzəri tədqiqatın metodları. Adları çəkilmiş hər üç metodu ayrı ayrılıqda nəzərdən keçirək. **A)İdrakın ümumməntiqi metodları.** **a) Analiz və sintez.** İdrak prosesində öyrənilən predmet ilk növbədə zahirən müşahidə edilir və bu zaman təfərrüatlar nəzərdən qaçırılır. Hadisə, proses və şeylərə belə baxışla onların daxili strukturu və mahiyyətini dərk etmək mümkün deyil. Təfərrüatların öyrənilməsi üçün tədqiq olunan obyekt hissələrə ayrılır. ***Analiz --öyrənilən predmetin fikrən tərkib hissələrinə ayrılmasıdır.*** Analiz elmi idrakın mühüm üsullarından olsa da bütövlükdə dərketmə prosesinin çoxsaylı məqamlarından yalnız biridir. Analiz yolu ilə predmetin təfərrüatları, kifayət qədər öyrənildikdən sonra elmi idrakın sintez adlandırılan növbəti mərhələsi başlayır. ***Sintez --öyrənilən predmetin analiz vasitəsilə hissələrə ayrılmış elementlərinin fikrən vahid tamda birləşdirilməsidir.*** **b)Mücərrədləşdirmə.** İdrakın ümumməntiqi metodlarından biri də mücərrədləşdirmədir. Mücərrədləşdirmə ***--***öyrənilən predmetin mühüm əlamətlərinin fikrən qeyri-mühümlərdən ayıraraq əsas diqqətin onlara yönəldilməsidir. Mücərrədləşdirmə fikrin predmetin mahiyyət dərinliklərinə doğru hərəkəti, onun konkret tədqiqat üçün əhəmiyyət kəsb edən cəhətlərinin ayrılmasıdır. Məsələn, obyektin mövcud, konkret xassəsinin kimyəvi xassə olaraq tədqiq olunması müəyyən sərf-nəzər, mücərrədləşdirmə tələb edir. Doğrudan da, obyektin formasının dəyişməsi onun kimyəvi xassəsinə aid deyil. Ona görə də, kimyaçı misi onun konkret mövcudluq formalarını mücərrədləşdirməklə tədqiq edir. **c)Ümumləşdirmə**. Bir sıra obyektlərin xassə və yaxud münasibətlərini mücərrədləşdirərkən onların vahid bir sinifdə birləşdirilməsi, qruplaşdırılması üçün zəmin yaranır. Mövcud sinfə daxil olan obyektlərin hər birinin fərdi əlamətlərinə münasibətdə onları birləşdirən əlamət ümumi kimi çıxış edir. ***Ümumləşdirmə --idrakın elə bir üsuludur ki, onun nəticəsində obyektlərin ümumi xassə və əlamətləri müəyyənləşdirilir.*** **İnduksiya və deduksiya**. Elmi idrakın bu iki, cüt metodları elmi idrakın ümumməntiqi metodları içərisində xüsusi yer tutur. Qeyd edək ki, bu iki metod Yeni dövrdə klassik elmin qərarlaşdığı dövrdə əsas metodlar olmuşlar. Onlardan birincisi empirizmin, ikincisi isə rasionalizmin əsas metodu kimi çıxış etmişdir. ***İnduksiya --tədqiqatın elə bir metodu və mühakimə üsuludur ki, onun vasitəsilə yeni bilik xüsusi, ayrı-ayrı müddəalara əsaslanmaqla əldə edilir. Başqa sözlə desək, induksiya xüsusi biliklərdən ümumi biliyə keçilməsini təmin edir.*** Məsələn, Dəmir, gümüş, qalay, qızıl elektrik keçiriciləridir; [Dəmir, gümüş, qalay, qızıl metallardır; ] Bütün metallar elektrik keçiriciləridir. ***Deduksiya tədqiqatın elə bir metodu və mühakimə üsuludur ki, onun vasitəsilə ümumi müddəalardan zəruri olaraq xüsusi səciyyəli bilik əldə edilir.*** Başqa sözlə desək, deduksiya ümumi bilikdən xüsusi biliyə keçilməsini təmin edir. Məsələn, Bütün insanlar öləridir; [Sokrat insandır;] Sokrat öləridir. **Analogiya *--idrakın elə bir üsuludur ki, onun vasitəsilə müxtəlif obyektlərin bir əlamətinin oxşarlığına əsaslanmaqla onların digər əlamətlərinin oxşarlığı nəticəsi çıxarılır***. Məsələn, işığın təbiətinin öyrənilməsi zamanı difraksiya və interferensiya hadisələri müşahidə olunmuşdur. Bu xassələrin əvvəllər səsin təbiətinin öyrənilməsi zamanı ona da aid olması və bunun səsin dalğavarı təbiətindən irəli gəlməsi müəyyən edilmişdi. Məhz buna əsaslanan, yəni analogiya metodunu əsas götürən X.Hügens işığın dalğavarı təbiətə malik olmasını söyləmişdir. **Modelləşdirmə *--tədqiqat obyektinin (orijinalın), idrakı maraqlandıran müəyyən cəhətlərini əvəzləyən surətinin (modelinin) yaradılması və tədqiqi vasitəsilə öyrənilməsi metodudur.*** Modelləşdirmədən istifadə edilməsi əsasən iki cəhətdən zərurətə çevrilir: birincisi, tədqiq olunan obyektin birbaşa öyrənilməsi qeyri-mümkün olduqda; ikincisi, orijinalın tədqiqinin birbaşa tədqiqinin iqtisadi cəhətdən əlverişsiz olduqda. **B)Empirik tədqiqatın elmi metodları.** **Müşahidə.** Empirik tədqiqatın əsas və birinci metodu müşahidədir. ***Müşahidə --öyrənilən obyektin müntəzəm olaraq məqsədli şəkildə qavranılmasıdır.*** Müşahidənin gedişində öyrənilən obyektin (müşahidə obyektinin) zahiri tərəf, xassə və münasibətləri haqqında ilkin biliklər əldə edilir. Bu zaman idrak subyekti həm tədqiqatın obyektinə, həm də onun mövcud olduğu mühitə münasibətdə passivdir. **Müqayisə.** Empirik tədqiqatın mühüm və universal metodlarından biri də müqayisədir. ***Müqayisə --gerçəkliyin müxtəlif obyekt və yaxud hadisələrinin oxşar və fərqli cəhətlərinin müəyyən edilməsidir.*** Bu metod vasitəsilə gerçəkliyin iki və ya daha çox obyekt və ya hadisələrinin ümumi cəhətləri müəyyən edilir ki, bu da öz növbəsində idrakın universal qanunlarının müəyyənləşdirilməsində ilk mərhələdir. **Ölçmə.** Ölçmə metodunun əsasını müqayisə əməliyyatı təşkil edir. Müasir eksperimental təbiətşünaslıq məhz ölçmə metodu sayəsində meydana gəlmişdir. Ölçmə vasitəsilə öyrənilən obyektin kəmiyyət səciyyəsi müəyyənləşdirilir və ölçülən kəmiyyətin ədədi qiyməti tapılaraq ölçü vahidləri --kq, metr, erq, vatt və s. vasitəsilə ifadə olunur. ***Ölçmə -- ölçü vahidi vasitəsilə hər hansı kəmiyyətin ədədi qiymətinin təyin edilməsi əməliyyatıdır.*** **Eksperiment.** Empirik tədqiqatın ən qədim və universal metodlarından biri də eksperimentdir. Eksperiment müəyyən mənada müşahidə metodunun xüsusi halıdır. Lakin müşahidədən fərqli olaraq idrakın subyekti olan insan obyekt və hadisələri təkcə passiv seyr etməklə kifayətlənməyib, onlara fəal surətdə müdaxilə edir. Eksperiment zamanı tədqiq edilən hadisə və yaxud predmet məqsədli şəkildə və nəzarətdə saxlanılan şəraitdə müşahidə edilir. Başqa sözlə desək, müşahidə zamanı hadisə və predmetlər yalnız öz təbii halında öyrənilirsə, eksperimentdə isə məhz tədqiqatın tələblərini ödəyən süni şəkildə yaradılmış şəraitdə öyrənilir. **C)Nəzəri tədqiqatın elmi metodları.** **Formallaşdırma.** Nəzəri tədqiqatın əsas elmi metodlarından biri formallaşdırmadır. ***Formallaşdırma --məzmunca fərqli proseslərin formalarının ümumiləşdirilməsi, bu formaların öz məzmunlarından mücərrədləşdirilməsidir.*** Tarixən formallaşdırma əməyin, təfəkkürün və dilin yaranması ilə paralel yaranmışdır. Əmək fəaliyyətinin müəyyən üsulları, əmək əməliyyatlarının gerçəkləşdirilmə üsulu və bacarıqları konkret fəaliyyət, əmək obyekti və vasitələrindən mücərrədləşdirilərək ümumiləşdirilmiş, qeyd olunmuş və yaşlı nəsildən gənc nəslə ötürülmüşdür. Bizim adi dilimiz formallaşdırmanın ən zəif səviyyəsidir. Formallaşdırmanın ifrat qütbü isə mühakimələrin məzmunundan mücərrədləşdirilərək formalarını öyrənən riyaziyyat və riyazi məntiqdir. **Aksiomatik metod.** Nəzəri tədqiqatın səciyyəvi elmi metodlarından biri də ali nəzəriyyələrin qurulmasında geniş tətbiq olunan aksiomatik metoddur. İlk dəfə bu metod Evkilid tərəfindən, yaratmış olduğu həndəsənin nəzəri əsaslandırılması zamanı tətbiq edilmişdir. Bu metodun mahiyyətini aşağıdakı kimi təsvir etmək olar. Nəzəri biliyin aksiomatik quruluşu zamanı ilk növbədə isbatı tələb olunmayan çıxış müddəalarının toplusu verilir. Bu çıxış müddəaları aksiomlar, və yaxud postulatlar adlandırırlar. Sonra isə bu aksiomlardan müəyyən qaydalarla çıxarılmış müddəalar sistemi qurulur. Çıxış aksiomları və onların əsasında əldə edilmiş müddəaların məcmusu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir. Məlum olduğu kimi, aksiomlar sübuta ehtiyacı olmayan müddəalardır. Məntiqi çıxarışlar aksiomların həqiqiliyini onlardan çıxarılmış müddəalara şamil etməyə imkan verir. Nəticə çıxarılışının tam və dəqiq qeyd olunmuş qaydaları aksiomatik sistemlərin genişləndirilməsi zamanı mühakimə prosesini nizamlamağa, bu mühakimələri daha ciddi və korrekt etməyə imkan verir. Hipotetik-deduktiv metod. Təkmilləşdirilmiş nəzəri bilik elmi faktların induktiv ümumiləşdirilməsi hesabına "aşağıdan" qurulmur. Əksinə, empirik məlumatlara münasibətdə sanki "yuxarıdan" genişləndirilir. Oxşar biliklər sisteminin qurulma metodunun mahiyyəti belədir ki, ilk öncə hipotetik konstruksiya yaradılır və bu deduktiv genişləndirilərək bütöv hipotezlər sistemini əmələ gətirir. Sonra isə qurulmuş sistem təcrübi yoxlamaya məruz qalır. Yoxlamanın gedişində sistem dəqiqləşdirilir və konkretləşdirilir. Nəzəriyyənin hipotetik-deduktiv genişləndirilməsinin mahiyyəti də budur. Hipotezlərin deduktiv sistemi iyerarxik quruluşa malikdir. Onda ilk növbədə yuxarı yarus hipotezi (yaxud hipotezlər) olur, sonra isə ilkin hipotezlərin nəticəsi olan aşağı yarus hipotezlər gəlir. **5.Dünyanın elmi mənzərəsi.** Müxtəlif elmi bilikləri ehtiva edən nəzəriyyələrin dəyişməsi bizim Kainat haqqında təsəvvürlərimizi də dəyişir. Müxtəlif dövrlərdə yaşamış elm insanlarının dünya, onun quruluşu və inkişafı haqqında təsəvvürləri bir-birindən fərqlənir. Obyektiv gerçəklik haqqında tarixən formalaşan və bir-biri ilə qarşılıqlı əlaqədə olan biliklər sistemi dünyanın elmi mənzərəsini əmələ gətirir. Elm fəlsəfəsi çərçivəsində dünyanın elmi mənzərəsinə müxtəlif təriflər verilir. Onlardan ikisini aşağıdakı kimi ifadə edə bilərik: ***Dünyanın elmi mənzərəsi bu və ya digər zamanda dünyanın qanun və strukturları haqqında fundamental təsəvvürlərin məcmusu, dünyanın quruluşunun ümumi prinsip və qanunlarına baxışların məcmusudur.*** ***Dünyanın elmi mənzərəsi insanın gerçəkliyin (real mövcud olan dünyanın) xassə və qanunauyğunluqları haqqında elmi anlayış və prinsiplərin ümumiləşdirilməsi nəticəsində qurulmuş təsəvvürlər sistemidir.*** Dünyanın elmi mənzərəsinin sistemli və mürəkkəb struktura malik olduğunu nəzərə alınarsa söyləmək olar ki, onun dəyişməsi hansısa bir kəşfə, o hətta fundamental olsa belə, müncər etmək olmaz. Burada söhbət insanın ətraf gerçəkliyə münasibətini dəyişən və bir biri ilə sıx qarşılıqlı əlaqədə olan kəşflərdən gedir. Elm tarixində müəyyən dünya mənzərəsini formalaşdırmış üç elmi inqilab haqqında danışmaq olar: ***dünyanın birinci, Aristotel elmi mənzərəsi; dünyanın ikinci, Nyuton elmi mənzərəsi; dünyanın üçüncü, Eynşteyn elmi mənzərəsi.*** Tarixən formalaşmış dünyanın hər bir elmi mənzərəsinin əsas prinsip və müddəalarını ayrı-ayrılıqda nəzərdən keçirəcəyik. 1. Dünyanın Aristotel elmi mənzərəsinin əsas prinsipləri aşağıdakılardır: 2\. Dünyanın Nyuton elmi mənzərəsinin əsas prinsipləri: **-heliosentrizm** --dünyanın mərkəzi Günəşdir; **-mexanisizm** --dünya cansız və qeyri-zəkalı mexanizmdir; **-deizm** --Tanrı dünyanı yaradıb, sonra onun işlərinə müdaxilə etmir; **-stasionarlıq** --Kainatda heç nə dəyişmir; 3.Dünyanın Eynşteyn elmi mənzərəsinin əsas prinsipləri **-nisbilik nəzəriyyəsi;** **-mikromirin kəşfi;** **-"böyük partlayış" hipotezi;** **-kosmik təkamül mərhələlərinin aşkarlanması.**

Use Quizgecko on...
Browser
Browser