M.Ə. Rəsulzadənin "Əsrimizin Siyavuşu" PDF
Document Details
Uploaded by IdealMemphis
Məhəmməd Əmin Rəsulzadə
Tags
Summary
This document is a digital version of Məhəmməd Əmin Rəsulzadə's work "Əsrimizin Siyavuşu." Written after leaving Baku following the fall of the Azerbaijan Democratic Republic, the author details the circumstances of its creation.
Full Transcript
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərini elektron variantdatəqdim edirik. Yanvarın 31-də 131 yaşı qeyd edilən öndər bu əsəri AXC-nin süqutundan sonra, Bakını tərk edib Lahıcda gizli həyat yaşamalı olarkən yazmağ...
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərini elektron variantdatəqdim edirik. Yanvarın 31-də 131 yaşı qeyd edilən öndər bu əsəri AXC-nin süqutundan sonra, Bakını tərk edib Lahıcda gizli həyat yaşamalı olarkən yazmağa başlayıb. Əsər o, Türkiyədə mühacir həyatı yaşayarkən çap edilib. M.Ə. Rəsulzadə "Əsrimizin Siyavuşu"nun Türkiyə nəşrinə yazdığı Ön sözdə əsərin yaranması tarixçəsini açıqlayır. Əsəri tam oxu M.Ə.Rəsulzadə ƏSRİMİZİN SİYAVUŞU ÖN SÖZ Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü – özülüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir. ―Əsrimizin Səyavuşu müəyyən bir məqsədlə, vətənimizin, ictimai – fikrimizin və inanımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyildir. 1 downloaded from KitabYurdu.org Nəşriyyatımızın ilk sayısını təşkil edən ―Azərbaycan Cümhuriyyətini Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki ―Əsrimizin Səyavuşu belə bir müəyyən məqsəd və planla yazılmamışdır. Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatmasaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim: Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin ―Şahnaməsi idi. ―Şahnaməni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: ―Siyavuş dastanını oxudum. 2 downloaded from KitabYurdu.org Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. ―Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam – dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, o anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim. Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan ―Siyavuşun üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər bir nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. 3 downloaded from KitabYurdu.org Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq. Təslim olmzadan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim. Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi bir həyat keçirdim... Bu iki il müddətində ―Səyavuşun ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ – salim qaldığına aid açıqca bir məlumat ala bilmədim. Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı. İki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaqFinlandiyaya keçdim. Nəhayət, buraya (İstambul nəzərdə tutulur. – M. Ə.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. ―Əsrimizin Siyavuşu bir çox muşkulat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir. Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman, ―madam ki mövzu məlumunuzdur, yenidən yazarsınız – deyə təsəlli verirlərdi. Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun*əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək. ―Əsrimizin Səyavuşu Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. ___________- *Saxlanıldığım zaman daşıdığım gizli ad 4 downloaded from KitabYurdu.org Yazılan vaqeədə iştirak etmiş bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış,fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, bu anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti əlbəttə, inkar olunmaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur. Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan ədəbi mühitini nəzərə alınmışdır. Bu qədər macəraların sonunda özünü İstambulda nəşr etmək qismət olmuşdur. Bu qismət özünə bir şivə təshihi ilə bir bölük yaxın adamların əlavəsindən başqa itkiyə uğramamışdır. ―Siyavuş, meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə adlarının açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşallah, onun da növbəsi gələr. Məmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu «Millət yoludur, haq yoludur tutduğumuz yol Ey haq! Yaşa, ey sevgili millət, yaşa, var ol!» T. F. 5 downloaded from KitabYurdu.org Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithafdır. Əvvəlcə tarixin Siyavuşuna bir göz gəzdirək: İran romantizminin mahir şairi Firdovsi Tusinin dəyərli adını dünyalar durduqca qalan və şairanə «Nəmirəm əz in pəs ki, mən zindəəm (2) - deyə öyünməsini kamal, cəsarət və ithaflarla söylədən «Şahnamə»nin, məncə ən şah əsər dastanı — Siyavuş hekayə - xəzinəsidir. «Şahnamə»nin ən ruhlu qismi, mə'umdur ki, İran-Turan müharibələridir. Bu müharibələrin ən həyəcanlı və dəhşətliləri, şübhəsiz ki, Siyavuş qanı üçün aparılanlarıdır. Firdovsi — savaş və şənlik aşiqi, boylu-buxunlu və ilahi əzm və hünər şairidir. Qüvvətlə gözəlliyi hər yerdə tam görən bu şairin ən qüvvətli və ən gözəl insanı Rüstəmdir. Firdovsi ilhamından doğulmuş bu Sistan pəhləvanından başqasını tanrı yaratmamış, nə möcüzədir ki, göstərməmişdir. Fəqət Rüstəm pəhləvan belə ən böyük möcüzələrini «Siyavuş qorxusunun» intiqamını almaq üçün vuruşduğu meydanlarda göstərmişdir. SİYAVUŞUN QISACA ƏHVALI 1 — Siyavuşun doğulması, 2 — Siyavuşun tərbiyə və düşüncəsi, 3 — Siyavuş Turanda, Əfrasiyabın röyası və Siyavuşu yaxşı qarşılaması. 4 — «Siyavuş Kərd» — Siyavuş şəhəri. 5 — Siyavuşun bəxtsizliyi. Gərsivəzin hekayəsi. Siyavuşun öldürülməsi. Siyavuşun son sözü. Xalq arasıda məşhur olanı belədir ki:, Kəyanilərdən Keykavusun oğlu Siyavuş ögey anası Südabənin eşqi və atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçdı. Turan xaqanı Əfrasiyab tərəfindən səmimi qəbul gördü. Xaqanın 6 downloaded from KitabYurdu.org qızı Firəngizlə evləndi. Nəhayət, Əfrasiyabın qəzəbinə gəlib başı kəsildi. Haqsız tökülən bu qan üçün İranla Turan bir-birinə qarışdı və əsrlər uzunu qan axdı. Fəqət İran «İliada»sının bu həzin dastanını mifologiyadakı rümuzu sezərək oxuyanda görünür ki, Siyavuş həqiqətdən çox şerə qarışmış bir rəmz tarixidir. Bu bir simvoldur. Mifologiya, tarixin Huşəngdən əvvəlki qədim əsrlərinin vəziyyətini xəyanət ilə qarışdırılmış bir şəkildə nəql edər. Bu kimi nağıllar «Əz zəmanə __________ 2. Bundan ölmərəm, çünki mən diriyəm Cəblul—tarix» deyilən əski zamanın bir təqvimidir. Bir-birləri ilə münasibətləri əskidə qurulmuş, hələ İran ilə Turan kimi birbiri ilə əsrlərcə çəkilmiş, bu səbəblərin mifoloji fonu və əfsanələri çox qarışmışdır. Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlarada bənzərliyi və ya ortaqlığı olur. «Siyavuş» hekayəsinin ifadəsindən görünür ki, o, həm batır, həm də bahadır olub İranla Turan arasında ortaq bir qəhrəmandır. Əlbəttə, Siyavuş məşhur olduğu kimi bir iranlı, daha doğrusu, xalis bir iranlı deyil. Onun nə dərəcədə doğruluğunu Firdovsi belə nağıl edir. İran bahadırlarından iki sərkərdə — Tusla Kiv Turan hüdudunda ova çıxmışdılar. Ov əsnasında, orman içində evdən qaçmış bir qıza rast gəldilər. Qızın gözəlliyi hər iki pəhləvanın ürəyini bir anda oxladı. İkisi dağ keçisi ovunda ikən, bu orman pərisinin kirpiklərinin oxuna hədəf oldular. Saçları 7 downloaded from KitabYurdu.org ağarmış qoca pəhləvanlar «ceviz bulmuş cocuqlar» (3) kimi bu tapılmış pəri üçün münaqişə etdilər. Biri qızı daha əvvəl gördüyünü, digəri isə daha əvvəl tutduğunu deyərək, haqq üstünlüyü arayır, heç biri güzəştə getmək istəmirdi. Nəhayət, iki dostu birbirinə düşürən bu gözəli Keykavusun yanına gətirib davanın həllini onun öhdəsinə buraxdılar. O da eynən cocuqlar üçün ceviz bölən qoca kimi, qızı özünə götürməklə məsələni həll etdi. Firdovsinin anlatdığına görə, pəhləvanlara bəla olan bu qızın əsli Turanlı olub, nəsli Əfrasiyabın qardaşı Gərsivəzə qədər varıb gedirmiş. Bu minvalla Əfrasiyab sülaləsindən olan bir Turan gözəli İran şahı ilə qovuşdu və nəticədə : «Cüda müd əz u küdəki çün pəri Be çöhrə besən but Azəri» (4) Bu Azəri heykələ Siyavuş adı verdilər. Siyavuşun tərbiyəsini Rüstəm pəhləvana tapşırmışdılar. Rüstəm onu özü kimi bir igid eləmişdi. O, zəmanəyə uyğun hərb üsullarına tamamilə aşina, silah ______________ 3. Lafonten üslubunda hekayələr yazan rus şairi Krılov bir ceviz tapan iki cocuğun mübahisəsinn hekayə kimi təsvir edir ki, biri cevizi əvvəl gördüyündən, digəri isə daha əvvəl əlinə aldığından bəhsiylə az qala qovğa qaldırırlar, Nəhayət, yoldan keçən bir qocanı özlərinə hakim tuturlar. Qoca, cevizi qıraraq qabığını ikiyə bölüb — «biri sənin, dikəri də o birinin, içi də mənim» — deyə davanı həll etmişdir. 4. O, pəri, kimi bir oğul doğdu ki, çöhrəsi Azəri heykəlinə bənzəyirdi. 8 downloaded from KitabYurdu.org oynatmağı, qurşamağı çox yaxşı bilən bir pəhləvan kimi yetişmişdi. Buna baxmayaraq, o, savaşdan çox barışığa tərəfdar idi. Firdovsi gözəlliyi qüvvətdən ayırmır. Siyavuş, qadınları çıldıracaq bir gözəlliyə sahib idi. Fəqət vücudu kimi onun ruhu da gözəl idi: müqəddəs bir təmizliyə sahib idi. Bu mərd xasiyyəti ilə o, yaşadığı namərd mühit içində pək çox müşkülata, təhlükəli macəralara uğradı. Özünə ilk macəranı açan ögey anası Südabə olmuşdu. Südabə, gözəlliyi ilə məşhur, müstəsna və ehtiraslı bir qadın idi. Gənc Siyavuşa ögey oğlu olmasına rəğmən eşq, təklif etdi, rədd cavabı aldıqda ondan Keykavusa şikayət etdi. Cırmanmış bir üzlə hüzuruna çıxıb: «oğlun mənə təcavüz etmək istədi, baş və üzümü cırdı» — deyə iftira etdi. Siyavuş sorğu suala tutularkən Südabənin ona fəna bir təklif etdiyini söylədi. Xanımı ilə oğlu arasında qalan padşah, hakimlərin tövsiyəsi ilə günahkarla məsumu ayırd etmək üçün, özlərinin müqəddəs oddan keçmələrini (5) əmr etdi. Siyavuş oddan keçərək, günahsız olduğunu isbat etdi. İkinsi macəra nəticə etibarilə daha mühüm idi. Turan xaqanı İran torpağının əsas qismini hakimiyyəti altına almışdı. Keykavus Turana qarşı hərb elan edərək, komandanlığa oğlu Siyavuşu təyin etdi. Rüstəm də Siyavuşun əmrinə verildi. Siyavuş müharibəni bacarıqla idarə etdi. Turanlılar İran torpağını tərk etdilər. İndi müharibə müdafiə xarakterindən çıxaraq, hücum forması alırdı. İran ordusu Turan torpağına keçəcəkdi. Bu əsnada Əfrasiyabdan elçilər gəldi. Əfrasiyab barışıq təklif edirdi. Siyavuş barışıq təklifini qəbul etdi, hərbi bitirmək üçün atasına xəbər yolladı. Keykavus, Siyavuşdan gələn bu təklifə qızdı —onu sərkərdəlikdən çıxardı, yerinə digər birisini təyin edib müharibənin davamını hökm etdi. Siyavuş isə barışıq təklifini atasının inadından üstün tutduğundan İranı tərk edib bir neçə seçməd süvarisiylə 9 downloaded from KitabYurdu.org Turanda sığınaсaq tapdı. Bu sığınaсaqla Siyavuş böyük məqsədinə yetmək fürsətini gözləyirdi. Məqsədi isə özündə qarışmış olan iki irqin qanını artıq boş yerə axıtmamaq idi. Bunun üçün İranla Turanı barışdırmaq lazım idi. Belə bir barışıq təklifini qəbul etmədiyi üçün atasına qarşı çıxmış və yenə belə bir barışıq təklifində olduğu üçün Əfrasiyaba sığınmışdı. Turana ke-çərkən atasına yazdığı məktubda bu məqsədini belə anladır, deyir ki: «Mən gənc olmağımla yanaşı, ağıl və mühakiməmi idarə etdim. Öz nəfsimə sahib oldum. Şahın hərəmi mənim ilk dərdim oldu. Oddan keçmək qarşısında qaldım. Bu haldan bezərək hərbə atıldım, müzəffər oldum. Nəhayət, sülh bağladım. Elə bir sülh ki, iki aləm buna məmnun oldu, yalnız şahın qəlbi daş oldu, polada döndü. _____________ 5. Odun müqəddəsliyinə inanılan əski İranda əfsanələrin rəvayətinə görə, suçluları müqəddəs oddan keçirmək adəti varmış. Təqsirli sayılan, günahsızsa, od onu yaxmazmış. Nəyamət zimən hiç kari nəsənə Koşadən həman o həman niz bənd Çu çeşmeş zi didari mən kəşti sir. Bər sir kəştə nəbaşəm dəmir (6). Əfrasiyab Siyavuşu yuxusunda görmüşdü. Yozucular ona demişdilər ki, «Bu cavan ilə hərb etsə və ya bu gənc onun əlində ölsə, taxt və tacı devrilərək Turan 10 downloaded from KitabYurdu.org xaraba qalacaq, dünyada qan qurşağa çıxacaq». Bunun üçün də o, Siyavuşun könlünü hər vasitə ilə ələ almağa çalışırdı. Siyavuş da Əfrasiyabı sevirdi. Bunun üçün də o, sərkərdə Piranın (7) ata kimi tövsiyəsi ilə Əfrasiyabın qızı Firəngizlə evləndi. Əfrasiyab, damadının həyat və rifahını təmin etmək üçün ona Turanın ən gözəl bir bölgəsini ayırdı. Siyavuş barışıqsevər olduğu üçün burada gözəl və nümunəvi bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq bütün mədəniyyəti əks etdirən şəkildə idi. «Siyavuş gərd» (Siyavuş sarayı) adını daşıyan bu tikilini «Şahnamə» belə tərif edir:... Nə kərmaşi kərm və nə sərmaş sərd Həmə sayi - şadi və aramu hard Nə bini dər an şəhr — i billar kəs, Yəki bostan əz behiştəst və bər Həmə abha ruşən və huşguvar Həmişə bərri yomu o çün bəhar» (8) Əfrasiyabın əmri ilə dünyadan xərac almağa çıxmış, Piran geri dönəndə padşahın söylədiyi xəbərlər əsnasında ən əvvəl «Siyavuş gərd» dən bəhs ilə deyir ki: Siyavuş yegi cayuki şəht nəğz Pəsəndideyi mərdum paki məğz Yeki şəhr didəm ke əndər zəmip 11 downloaded from KitabYurdu.org Nə binəd çinan kəs be Turan zəmin. (9) __________ 6. Heç bir iş bəyəndirə bilmədim. Açıldığımla yumulduğum bir oldu. Gözü məni görməkdən bezdi. Bezgin bir hüzurda isə cəsur ola bilmərəm. 7 Əfrasiyabın vəziri. 8 Nə soyuq, nə isti - hər tərəf fərəh, rahat. Cənnətdən bir bostan taparkən, orada xəstə görünməz. suları saf və dadlı, çölləri daima bahar. 9. Siyavuş «zövq ərbabının xoşuna gələcək bir diyar salmışdır ki, belə bir şəhəri kimsə bütün Turan ölkəsində tapa bilməz Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur. Dünya ta ilk yaradılışından bəri iki üz-üzə qüvvənin, iki qarşı nöqtənin çarpışmalarına savaş meydanı olmuş, insanlıq tarixi adətən bu çarpışmaların, macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur. Təbiətin hər şeyində dualizm olduğu kimi, gəlib keçici tarix də bu ikilikdən yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə özünü göstərir. Hər Hürmüzdə qarşı bir Əhrimən (10) vardır. Bunlar daima vuruşur, qələbə gah onun, gah o birinin olub çarpışma dünyalar durduqca davam edir. Firdovsinin fəlsəfə olayları, başdan ayağa Hürmüzd ilə Əhrimən ikiliyindən ibarətdir. Onun Rüstəm pəhləvanın diliylə söylətdiyi: 12 downloaded from KitabYurdu.org Çinin əst rəm səray dürüşt Gahi püşt zin və gahi zinbe pürüşt - (11) Hikmətli «Şahnamə»nin hər səhifəsində hər hansı bir pəhləvanın vəziyyəti «səadət rütbəsindən zəmiliyə» düşüncə, həmən bu sözü təkrar edib durur. «Çinin əst» fələyin gərdişidir— deyə yazılır. Bu fəlsəfə yalnız qatı bir iranlı olan Firdovsinin Rüstəmi ilə «Ağ dev»ində deyil, Qərb ədəbiyyatı ustadlarından olan alman şairi «Hötenin Faustu ilə Mefistofelində də görünür. Siyavuş, rəhmli fikirlərlə dolu dünyanı cənnətə döndərmək istəyən padşah sifətli bir Faust ikən, Gərsivəz özünə müqabil şeytani bir qərəzlə Mefistofel rolunu oynayır. O, «mühasir bir İran şahzadəsinin» Turan xaqanlarına uyğunlaşmasını götürə bilmir. Siyavuş Əfrasiyaba şikayət edərək deyir ki, Fürüstadə aməd zi Kavus şah Cehani bənəzdiki o çənəkah Zirum vəz çin nizəş aməd niyam Həmi yadi Kavus girəd becan (12) ________ 10 Zərdüşt dininə inananların pislik tanrısı, şeytan. 11 «Bu qoca və sərt dünyanın adəti belədir ki, gah insana yəhərin» belində, gah da yəhəri insanın belində gəzdirir» — mənasında olan bu beyt Rüstəmin sözüdür. Ova çıxan Rüstəm atı Rəxşi otlamağa buraxmış, yəhərini çıxarıb başı altına qoymuş, uyumuşdu. Oyananda Rəxşin qaçırıldığını anlamış, yəhərini belinə alaraq atını aramağa getdiyi zaman Firdovsi ona bu beyti söylədir. 13 downloaded from KitabYurdu.org 12 Gizli şəkildə neçə dəfə Kavus şahdan özünə elçi gəlmişdir. Rum ilə Çindən də yenə adamlar gəlmiş, həm də Kavusun adına içki içilir. Xain — qorxaqdır — deyərlər. Bunu tərsinə söyləsək, «qorxaq xain olur». Əfrasiyabın Siyavuşa olan hörməti qorxusundan idi. «Qorxan gözə çöp düşər» zərbi — məsəli məşhurdur. Gərsivəz, Şekspir qəhrəmanlarından Yaqo kimi Otello yaradılışlı Əfrasiyaba vasvası təlqinlər verməyə başladı. Gərsivəz bu təlqinlərlə Əfrasiyabı yoldan çıxarmağa müvəffəq oldu. Halbuki, bir az əvvəl ən yaxın, ən mötəbər adamı qoca dindardan Siyavuş haqqında Be din zib in ki, damadı —tüst Be hubi bekan dil şadi tüst.(13) tə'rifini eşidən Əfrasiyabın ürəyi nə qədər şən və nə dərəcədə rahat olmuşdu. «Yaqo»nun dəsmal intriqasını bilirsinizsə, Əfrasiyabla Siyavuş da Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar. Əfrasiyab qəfil əsgər yığıb «Siyavuş gərd» şəhərini alır. Siyavuşla dostları mühasirə olunur. Siyavuş, bəxtinin döndüyünü və başına gələcək fəlakəti hiss etmiş və hiss etdiklərini Pirana demişdi: «Çu harəm fəvəd cayi —arəstə Pədid ayəd əz hər sui hastə Nəbayəd mera şad bu den bəsi Nəşinəd bərin gah digər kəsi» (14) 14 downloaded from KitabYurdu.org Belə bir hissi həyatda görməkdən öncə duyan Siyavuş, Əfrasiyabın hərb etmək üçün gəldiyi xəbərini alınca, qaçmağa qərar verdi. Hər tərəf mühasirə edilmişdi. Özünü belə bir vəziyyətdə görüncə, alın yazısına təslim oldu. Dost vəfasını yada salıb son anda olsa da qarşı-qarşıya gəlmək istədilər. Fəqət: «Çi qoft an hirədmənd bareyu huş, Ke ba əhtəri — bes be mərdi — məkuş» (15) ________________ 13. Kürəkəniniz öz gözəl əxlaqı və ədəbi ilə mal və mülkünüzə layiqdir. 14. Bir yer abad və gözəl olsa, hər tərəfdən alıcıları zühur edər. Buna artıq məmnun olunmaz. Bu taxta başqa birisi oturar. 15. O qamət və ağıl sahibi dedi ki, nəhs talehlə mərdlik etmə Siyavuş Əfrasiyabla üz-üzə gəldi: «Çera cəng çü amədi ba spah Çera qüst xaki — mera bi günah (16) deyə sordu. Əfrasiyabı xəbərdar etmək istədi, fəqət məlun Gərsivəz fürsət verməyib elə bil arxadan dəsmal götürürmüş kimi Siyavuşa: «Gər idər çənin bi günah amədi Çe ra ba zireh nəzd şah amədi. 15 downloaded from KitabYurdu.org Pe zirə şudən zin pişan rah nist Kaman və zireh hədiye şah nist» (17) deyə iblisanə bir əda ilə xitab etdi. Artıq hər şey bitmiş, Əfrasiyabın ürəyi dostluqdan dönmüş, Gərsivəzin hiyləsi ağlını çalmış hakim bilicilərin özünə: Əgər ba Siyavuş günədşah cəng Çu dibə şəvəd ruyi kiti be rəng Və gər u şəvəd bər dəsti—şah Be Turan namənd səru taxt və gah Sərazir aşub gərdəd zəmin Zibehr Siyavuş be cənk, o be gin» (18) dediklərini tamamilə unutmuşdu. Artıq hiddət və qəzəb gözlərini bürümüş, heç bir şey görmür, Siyavuşun «Azəri heykəlinə bənzər başını» kəsmək üçün cəllada əmr verirdi. Bu qurcunc anda Əfrasiyabın qızı Firəngiz gəldi. Siyavuşun günahsız olduğunu yana-yaxıla söylədi, atasına rica etdi. Onun əfv edilməsini istədi. Fəqət bu ricalarla o, heç bir şeyə müvəffəq ola bilmədi, əksinə az qaldı özünü öldürsünlər. Yalnız bəzi nəsihətçilərin yol göstərməsi ilə ölüm təhlükəsindən sovuşub edamı həbslə əvəz etdilər. Cəlladlıq vəzifəsini Gərv adlı bir sərkərdə yerinə ____________ 16. Nə üçün əsgərlərinlə savaşcı kimi gəldin, günahsız ikən nədən məni öldürmək istədin? 16 downloaded from KitabYurdu.org 17. Əgər sən belə günahsız idin, nə üçün şahın yanına zirehli çıxdın? Hüzura çıxmaq belə olmaz. Yayla zireh şaha təqdim ediləcək hədiyyə deyil. 18. Şah Siyavuşla vuruşarsa, dünya üzü ipəkli qumaş kimi simsiyah olar və əgər o, şahın əlində ölərsə, Turanın taxt və tacı bərbad olar, aləm çarpışar. Siyavuşdan ötrü dünya müharibə və kinlə dolar yetirirdi. Bu adam vaxtiylə müsabiqələrin birində Siyavuşdan acı bir məğlubiyyət dadmışdı. İndi əlinə keçən fürsətdən istifadə edərək Siyavuşu öldürməkdən xüsusi bir zövq alırdı. Gərvin intiqamı, xəncərlə Siyavuşun məsum boğazında acı bir kinlə işlərkən, İran Turan barışığının o məzmun böyüyü (təşəbbüsçüsü — M. Ə.) son olaraq dedi ki: Əz İrai və Turan bər ayəd xuruş Cihani—zahiri men ayəd be quş. (19) SİYAVUŞLA BAĞLI NÖQTƏLƏR. 1 — Siyavuş bir simvoldur. 2 — Federasyon nəzəriyyəsi. 3. Siyavuş sülhsevər federalistdir. 4. — Firdovsidə qan hikməti. Firdovsinin düşüncəsinə görə, qanı iki millətdən qarışmış olan qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət bəslərlər. Biz bu hikməti Siyavuş hekayəsinin hər beytində görürük. Siyavuş, yarısı Turanlı, yarısı iranlı olduğundan bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir. 17 downloaded from KitabYurdu.org Söhrab da belədir: o da bir turanlı xanımdan doğulduğu üçün İran şahını öldürmək, Turan xalqını ucaltmaq atası Rüstəmi birləşmiş İran-Turan taxtına oturtmaq, anası Təhminəni də «Banu cihan» elan etmək xəyalı ilə dolaşır. Makedoniyalı böyük İskəndər belədir. O, Rum sarayı Filokusun Darab (20) şaha getmiş qızından doğulduğu üçün deyir ki, Rum ilə İrana sahib olub böyük bir imperatorluq vücuda gətirə bildi. Başqa bu kimi misal və mühakimələri Firdovsidə bulmaq daima mümkündür. Yalnız Siyavuşun digər «Birlikçi»lərdən fərqi budur ki, o, birliyi düşmənlik və zorlamayla deyil, barış və ittifaqla meydana gətirmək istəyirdi. Dönən dövran hər zaman iki mühüm axının ahəngi ilə tənzim edilir, ixtilafı ilə pozulur. Bir qüvvə, bütün səbirsizliklə ağrı — acıları mərkəzə doğru çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər. Mərkəzlə dairə arasında müvazinət olmuşsa, «çərxi-fələk« aləmin arzusunca dönmüş, tərsi olmuşsa, dünya və aləmə fəsad və ixtilafların çıxmasıyla həyatın nizamı pozulmuşdur. ___________ 19. İran və Turan bir hərəkət başlar ki, dünya mənim qanımdan coşar. 20. Kiyaniyan deyilən əski fars hökmdarlarından doqquzuncusu Keyqubad (Aras oğlu). Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir. «La cəbra və la təfvizə, bel ətrun beynəl ətrin» «Nə cəbr, nə də səlahiyyət - ancaq bu iki imkandan birinə tərcihlədir». 18 downloaded from KitabYurdu.org Dönən dövran və ya çərxi-fələk təbiri fələyə aid sözlərdən olsa da, bu yoldakı təbii qanunlar sosiologiyada da qəbul edilən bir ölçüdür. Bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi səmiyyətə, məhkum edən bir şəkildə istibdad, mərkəziyyət, digər şəkildə— səmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir. Şəxsiyyəti hər şeyin üstündə görərək, fərdi səmiyyətin əsarətindən qurtarıcı bir şəkildə özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət (avtonomiya) adını alır. Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə sırf səmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur. Nə mərkəziyyət, nə də özünüidarə, nə səmiyyətlik, nə fərdiyyətçilik — bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq. Bu surətlə gül ilə göz muncuğu kimi səmiyyətlə fərdin çeşidli şəxsinin, hökumətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə bir-birlərini tamamlayıcıdır. Öylə bir nəzəriyyə gözəl şəkildə hazırlandıqdan sonra Siyavuş əsrindəki İran-Turan vəziyyətini seyr edək. Əfrasiyab Turanı, Keykavus isə İranı mərkəzi birlikdən qaçıran bir qüvvədir. Söhrab ilə Keyxosrov (21) bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir. Siyavuş isə İranınkını İrana, Turanınkını Turana vermək şərtiylə orta yol tutmuş Federasyonçu, federalist bir birlikçidir. Bu xarakteriylə Siyavuş, mifoloji və xəyalçı tip olsa da, İran-Turan federasiyonunun klassik bir işarətidir. Siyavuşun siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam uyğundur: Turan işğalındakı İran torpaqlarını xilas edib İrana verincəyə qədər, o, düşmən və hərbçidir. Əfrasiyab İranın haqqını təslim və barışmaq təklif edəndə, görürük ki, o, dost və barışdırıcıdır. Barışmaq təklifini, o, cani-dildən qəbul edirdi: çünki belə bir sülhlə iki aləmi şad etmək onun idealı idi. Bu idealın xətrinə idi ki, o, yurdunu da atdı, atasını da tərk etdi. Firdovsi zehniyyətində qan hikmətinin hakim olduğunu söyləmişdik. Bu hikmətə görə qəribə işarələr zühur edir. 19 downloaded from KitabYurdu.org ____________ 21. Söhrab, Rüstəm pəhləvanın Turan şahzadəsindən doğulmuş oğludur ki, atası tərəfindən öldürülmüşdür. Keyxosrov yenə Siyavuşun bir Turan şahzadəsindən doğulmuş yekanə oğludur ki, atasının intiqamını Əfrasiyabdan almışdır Xalis Turan qanlı Əfrasiyab Xalis İran qanlı Keykavus İki qan qarışanda Siyavuş hasil olur. Yenə bu hikmətin səbəbindədir ki, vətən padşahı üçün zərurət gələndə gözünü yumaraq qan tökən pəhləvanlardan İranda Rüstəm, Turanda Piran var ki, qarşı tərəfin haqqını tanıdığı halda yenə qan tökür, padşahlarına müxalif ola bilmirlər. Halbuki Siyavuş elə deyildir. O, iki tərəfin üstün cəhətlərini özündə topladığı üçün, yaxşı bir niyyətin (yəni ittifaqın), daşıyıcısı, hərbin deyil, barışığın geri dönməz bir qəhrəmanıdır. Siyavuşun ölümü ilə barışıq nöqtəsi yox olduğundan İran ilə Turan birbirinə qarışdı. İntiqam haqdır və tarixin ən mühüm əməllərindən biridir. Siyavuşun intiqamı Əfrasiyabdan alındı. Firdovsinin İran mənbələrindən aldığı mifologiyaya görə, hər nə qədər «Turan günahsız bir şahzadənin qanı bahasına xaraba qaldı»: — deyə göstərilirsə də, bu kitabı anlaya bilən zövq sahibi bu talesizliyin Turana deyil, Siyavuşluğu qövrə yamayan Əfrasiyablıqla Keykavusluğa aid olduğunu dərhal dərk edər. ƏFSANƏDƏN HƏQİQƏTƏ 1 — Pəhləvanlıq dövründən xalq dövrünə. 2 — İndiki məfhuma görə millət. 3 — Əsrin Siyavuşu neсə olmalıdır. 4. — Сoğrafiya və tarixin nəzərində 20 downloaded from KitabYurdu.org Azərbaycan. 5. — Azərbaycanın yaradılışındakı (mayasındakı. — M. Ə.) məğrurluq. Tarixin pəhləvanlıq dövrü deyilən əski bir qismi vardır. Hər bir millətin tarixi buradan başlayır. Bu dövr tarixində millətlərdən, millətin əsil kütləsini təşkil edən xalqdan, xalqın adət və əxlaqından bəhs olunmur: bütün həyat ayrı-ayrı qəhrəmanların xəyal olmuş şəxslərində mifoloji (əsatiri) simalarında canlanır. Siyavuş dövrü ilə hekayəsi də pəhləvanlıq dövrünə aid belə bir rəvayətdir. Halbuki zaman irəlilədiksə həyat tərzi dəyişir, getdikcə cəmiyyətin fəaliyyət yoluna çevrilən fərdlər çoxalır, nəhayət, ortaya siniflər və təbəqələr gəldikdə, tarixin təbiəti də dəyişir. XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan, sayılan aristokratiyanın yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutmağa başladı. Köhnə əsrdə xalqın fövqündə təsəvvür olunan despot firon qəhrəmanların taxtında indi xalqın ümumi idrakının daşıyıcısı fikir sahibi insanlar oturmağa başladı. Daha sadəsi — hakimiyyət imperatorlardan, sultanlardan, şahlardan xalqa, bilgi kahinlər, sehirbazlar və ilahilərdən ,alimlərə, texniki elm sahibləri və yazarlara keçdi. Hakimiyyət xalqdan deyil, Allah tərəfindən bir bəxşiş olaraq verildiyi zaman hökmdarlar çoban, məhkumlar qoyun hökmündə idilər. Məsuliyyət yalnız 28 çobana aid olduğundan iradə ilə hökm də onun idi. Buna görə də qanına görə o, ayırıcı (separatist) və ya ittifaqçı, döyüşkən və ya barışsevər olurdu. Hakimiyyət xalqa keçdikdə, artıq çoban — çobanlıq yoxdur. Hakimlər xalq üçün, xalq da hakimlərdən ötrü məsuldur. Bunun üçündür ki, yalnız hakimlər daha demokratik yolla xidmət edənlər deyil, bütün xalq, yaradılışına ruh və tərbiyəsinə görə ayırıcı və ya inqilabçı, savaşçı və ya barışçı olur. Əsrimizdəki sosiologiya elminin ən son nəzəriyyəsi, qan davasının millətlər üzərindəki təsirinə Firdovsi əsrinin mütəfəkkirləri qədər əhəmiyyət vermir. 21 downloaded from KitabYurdu.org İndiki məfhuma görə, qan hər nə qədər «Ateizm» sıxışdırsa da, millətlər üzərində mütləq hakim ola bilməz. Əlbəttə, millət, bu günkü məfhumuyla bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir. Avstriya siyasət yazarlarından sprinker «Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyət zümrəsinə mənsub bilməsi ilə təyin edilir,» — deyir. Demək «Mən ərəfe pəfsəhu kəd ərəfe Rəbbahu» (öz gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqinə varır.). Bunu belə desək, «Mən ərəfe nəfsəhu kəd ərəfe millətehu» (öz gözəllik və əzəmətinin fərqində olan insan öz millətinin də gözəllik və əzəmətinin fərqinə varır) — mənası ortaya çıxır Əski zaman qəhrəmanları üzərində qanın görduyü işi, indiki millətlər üzərində mədəniyyətlərlə ideologiyalar körməkdədir. Dili, dini, əxlaqı, adəti, tarixi və ən'ənəsi bir olan xalq milli bir mədəniyyət yaradır: dinləri, dilləri və yaxud tarixi müqəddəratları, hətta bəzən coğrafi mövqeləri bir olan millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər sıx olur ki, xətti—zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir. Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət küməsi meydana gətirmişdir. İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var — buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, islam mədəniyyətinə şərq mədəniyyəti deyilir. Qədim Siyavuş İran-Turan qanından doğulub-böyüdüyü bir şəxs idi. Nəsil vacib edir ki, əsrimizin Siyavuş Turan mədəniyyətlərinin, mifologiyalarının və bunların qarışmasına daha çox məruz qalmış bir xalq, bir cəmiyyət olsun. Medyalıların əski iranlılar olduğu aşkar aşkarlığı inkar edənlər də yox deyildir. Medyalıların olduğu indiyə kimi şübhəlidir Bisütun (22) kitabələrindəki bir çox zaman anlaşılmayıb və hansı insanlara mənsub olduğu kəşf edilməyən 22 downloaded from KitabYurdu.org üçüncü lövhənin Medya dilində yazılmış olduğu təxmin edilmişdi. Sonra Assurcanın gəlişməsi və çivi yazısının oxunuşundakı _____________ 22. Kirmanşah civarında aşiq Fərhadın sevgilisi Şirin üçün dəldiyi söylənən dağın adı. (Arasoğlu). müvəffəqiyyətlər bunun Turani cinsdə bir dil olduğunda şübhə qoymadı. Assur dili bizə assur-babil mədəniyyətinin qurucuları olan daha əski qövmlərdən bəhs etdi. Bunlar şumerlərin Turani olduqlarını isbat edən vəsiqələr, Medya babında da yeni təxminlərə səbəb oldu. Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Medyaya «Turan Medya»sı deyir. Və dikər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduqlarını belə iddia edir. İran tarixinin Medyada bulduğu Aryanilər, yerlilər deyildir. Onlar buraya Şərqdən gəldilər. Buradakı yerliləri sıxışdırdılar. Yerlilər birdən-birə təslim olmurdular. İllərlə müqavimət göstərmiş, mövcudiyyətlərini müdafiə və mühafizə etmişdilər. İranilər yerləşdikdən sonra buralar təkrar Turanilərin hücumuna məruz qalmışdır. İran-Turan savaşlarının mühüm qismi Şimali İran ilə Cənub-Şərqi Qafqasyadan ibarət olan bu ərazi üzərində cərəyan etmişdir. İskitlərin, Xəzərlərin hücumuna məruz qalan buralar uzun müddət İranın mülkü olmuşdur. Dərbənddəki tarixi qala divarlarının binasını «Dərbəndnamə» Nuşirəvana aid edir. Turanlı Tomris xanım burada bulunmuş iranlı Keyxosrovun fəci sonu Kür çayının sahilində olmuşdur. «Anam Tomris kəsmədimi Keyxosrovun başını». (23) 23 downloaded from KitabYurdu.org Xülasə, buralar bəzən turanlıların, bəzən də iranlıların maddi və mənəvi nüfuzunda qalmışdı. İndiki Azərbaycandan ibarət olan bura əhalisinin türkmü, yoxsa, farsmı olması çox zaman münaqişəli olub, insanlarına, xalq ədəbiyyatına, aşıq dastanları ilə çoban türkülərinə, ən'ənə və adətlərinə baxanlar türk, rəsmi yazılarına baxanlar da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul etmişdir. «Şahnamə»də İran- Turan savaşlarının yalnız pəhləvanlıq-bahadırlıq əsrinə aid təzahüratı əks edilmişdir. Halbuki, bu savaş pəhləvanlıq dövrünə və yalnız qovğa və öldürmələrə aid olmamış, daha çox uzanmış və daha ziyadə çeşidlilik göstərmişdir. Bu savaşın əsgəri müsabiqədən başqa, fəlsəfi, əxlaqi, dini və ədəbi səhifələri də olmuşdur. Azərbaysan, İran-Turan çəkişməsinin bilavasitə bu cəhətlərinə əks-səda yeri olmuşdur. Burada Nizami, Xaqani, Fələki kimi hərarətli, farsca şer yazan azərbaycanlı türk şairləri yetişdiyi kimi, əsərlərini türkcə yazan Füzuli, Nəsimi, Xətai kimi türk şairləri də çıxmışdır. Azərbaycan teatrının vücudu, «türk Molyeri», Mirzə Fətəli burada yetişdiyi kimi, «Səyahətnameyi» — İbrahim bəy» adlı fars «Kuvadis»inin yazarı da burada yetişmişdir (24) __________ 23. Azərbaycan dastanlarından 24. «Kuvadis» Avropada məşhur Ləhistanlı Senkeviçin əsəridir. Əbdürrəhim Talıbzadə elmi əsərlərini farsca yazmışdır. Həsən bəy Məlikzadə xalis türkcə yazmışdır. Azərbaycanın dəyərli alim və şairi bakılı Abbasqulu ağa əsərlərini qismən farsca, qismən də türkcə yazmışdır. Azərbaycanda şiəliyin hər çeşidi bulunduğu kimi, sünni məzhəbindəki parçaların əksəri mövcuddur. 24 downloaded from KitabYurdu.org Çayxanalarında saz aşıqları tərəfindən «Aşıq Qərib», «Koroğlu» və «Əsli və Kərəm» dastanları yana-yaxıla söylənir, hamamlarının divarlarında ağ devin (25) köksünü parçalamış Rüstəm pəhləvanın rəsmi görünür. Sazlarında «Kərəmi» tarlarında «Şahnaz» çalınıb, dağlarında «bayatı», bağlarında «təsnif» oxunur. Bütün bunlar böyük dalğalar halında Xəzər dənizinin qüzeyindən və güneyindən gələn türk boylarının X əsrdən etibarən Anadoluda olduğu kimi, Azərbaycanda da Siyavuş yaradılışında bir cəmiyyətin, bir xalqın varlığı isbat etməzmi? AZƏRBAYCAN TURANDA 1 — Azərbaycanlıların özlərini tanımaları. 2 — Rus istilasının faydalı tərəfi. 3 — Azərbaycanlıların Türkiyəyə müraciəti. Türkiyənin arzusu, Azərbaycan türklərinin hüsni-qəbulu. 4. — Rusiya inqilabı: əsrimiz Siyavuş gördü — Azərbaycan Cümhuriyyəti. Bir çox zaman azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özlərini hiss etdilər. İranlı kimi düşünüb iranlı kimi yaşadılar. Bu, o zaman idi ki, bütün Türk aləmi az-çox İran təsirində idi, o zaman idi ki, sultan Səlim farsca şerlər yazıb oxuyur, az qalırdı bunu rəsmi dil elan etsin. Azərbaycanlılar öz mənliklərini və çox mühüm xarakterilərini unutduqları zaman bir çox səciyyələrini itirsələr də, bunun müqabilində bəzi xasiyyətlər qazanmışdılar. Nəticədə türklərin məşhur mətanəti ilə farslığın məlum tez birləşməsini özündə toplamışdı. __________ 25 downloaded from KitabYurdu.org 25. Azərbayan nağıllarında keçən bir nağıl qəhrəmanı (Arasoğlu) Azərbaycan türk aşıq folklorunda bir məqam adı. (Arasoğlu). Azərbaycan klassik musiqisində bir məqam. (Arasoğlu) Azərbaycan xalqında xoşbəxt bir həyat yaşatmaq üçün tarixə lazım olan sağlam bir türk qanı və canı mövcud olduğu kimi bu zəmində pöhrələyəcək gəlişmə fidanın daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi. Qəzavü-qədər tarixi türklərdən də, farslardan da üz çevirdi. Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı qondu. Şimali Azərbaycan rus idarəsinə keçdi. Rusların çox məşhur bir ata sözü var: «Evsiz pis ölməz». Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar. Rus süzgəzindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiriylə Azərbaycan Şərqin qorxu və dedi-qodularından silkinərək yaxşı bir həyat əsəri göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi. Azad düşünən bir ideologiyanın səhər parıltısında olan bu irəliləmə yetişən cəmiyyətin həyata susamış gülər üzü, dünyada yaşamaq üçün çox parlaq ümidləri hekayə edən geniş alnı, istiqbala saf və aydın bir baxışla baxan şəhla gözləri ilə əski Şərq şübhə və məkrinin Südabəsini, İran sxolastikasının yaprıxmış mühitini rahat buraxmır, ismətli bir həyat yoldaşı arayan bu təzə gözəli özünün qocalmış ehtirasına qurban etmək istəyirdi. 26 downloaded from KitabYurdu.org Fəqət Gənc Azərbaycan Cümhuriyyəti öz bakir sosial həyatını bu düşkün, çılğın eşqə təslim etmədiyindən lənətləndi, kafirlikdə suçlandısa da, əsrin texniki və tərəqqipərvər elmindən böyük yardım görüb, bu müqəddəs oda girərək özünün məsum və qayğısız olduğunu isbat etdi. İran-Turan savaşlarında haqsız yerə axan qanların ən sonuncu təzahürü, şiəlik məsələsi üzündən icraedilmiş Osmanlı-İran müharibələri idi. Bu savaşların bəyənilməmiş nəticəsi olan məzhəb nifrətini ortadan qaldırmaq üçün ilk təşəbbüs iki Azərbaycanda qaldırıldı. Bu xüsusda məclislər, toplantılar təsis olundu, çox yaxşı nəticələr də hasil oldu. Bu, Südabəliyin məftun ehtirası bulunan İran üləmasında çox bəyənilməz görüldü. Bunları hər növ irəliləməyi məhv edən İranın təsirli mühiti bir çox müasir görüşlü kişilər müstəsna olmaqla Azərbaycanda meydana çıxan mütərəqqi və müasir axınları təqib etməkdən məhrum edirdi. Oradan Arazın bəri tərəfinə yaxşı inkişaf etmiş axını təqdir edən münəvvərlər deyil, mərsiyə və mövludxanlar, dərviş və falçılar şəklində bir sürü nifrət başları gəlirdi. Əsrimizin Siyavuşu üçün İrandan ümidi kəsərək, Türkiyəyə müraciətdən başqa bir çarə qalmamışdı. Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq taleyin döndüyünü görmüş, yorğun bir halda İstambul divarlarına dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki: «sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı həddindən fəzlə uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzə- rində yaşarasan. Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda- Türküstündadır, fəqət sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin xarab, taxtın da bərbad olar». Belə bir röyanın nəşəsiylə, o, ümidlə təhlükə arasında 27 downloaded from KitabYurdu.org qalmış adam vəziyyətində idi. Azərbaycanın özünə ilticasını, o, öz məfkurəsi üçün bir nemət, bir bəxşiş kimi qəbul etdi. Yeni Azərbaycan, Türk ocağı ilə türk yurdu tərəfindən layiqincə qarşılandı. Şairlər zövqünü, qəzetlər nəfsini oxşadılar, adına «Altun dastanı» yazdılar, Turanın «İsmi-Əzəmi» olan qeybdəki Qızıl Almanı gətirəcək Tomris xanımın Bakıdan yetişəcəyinə kahinlik etdilər.(26) Mütəfəkkirlər ruhunu cilalandırdılar. İstambulun, bir çox əsrlər tarixlərlə diqqətli olduğu üçün, qəflətlə həyata keçirə bilməyəcəyi bir çox müşkül islahatın, daha əlaqəsiz mühit yetişdirəcək Azərbaycanda daha qolaylığa tətbiq olunacağını söylədilər. Neft rəngində qızıl fontanlara malik olan bu yerin zəngin bir sərvət gücüylə çox rifah və inkişafa gedəcəyini yazdılar. Azərbaycan Gəncliyi saf və səmimi bir niyyətlə Türk öyrətmənlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal-Məhəmməd Hadini, Əbdülhaq Hamid- Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər. Azərbaycan məfkurəsi Türk millətpərvərliyinin məfkurəsi ilə izdivac etdi. Yeni Azərbaycan özünü «ismətli Südabə»nin ehtiraslı qucağından «iffətli Firəngiz»in vüsal hərəminə ataraq dadlı-dadlı yaşadı. Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, sosialogiyada da «Türkləşmək, İslamlaşmaq və Müasirləşmək» kimi üç ayaqlı bir şüar ortaya atmışdı. İstambul yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər. (27) _____________ 26 «Altun dastan», Ziya Gökalp. 28 downloaded from KitabYurdu.org 27 «Müsavat» partiyasının çap orqanı olan «İstiqlal» qəzetinin şüarı «Türkləşmək, İslamlaşmaq, Müasirləşmək» idi. Adı çəkilən siyasi məsləkin yoluna görə, insanlıq millətin sayı nisbətincə hökumətlərə bölünərək, bundan sonra Dünya Federasyonu vücuda gətirməlidir. Fəqət, bunun oluşmasında əvvəl müştərək din və mədəniyyət sahibi olan millətlər arasında, dolayısıyla müsəlmanlar arasında bütün müsəlmanları bir məkanda birləşdirən «İttihadi-islam» ola bilməz. «İttihadi-islam» (İslam birliyi) mümkün olmayacaq bir xəyal, bir utopiyadır. Biləks—bütün türklərin, bütün farsların, bütün ərəblərin ictimai bir vücud kimi birləşmələri həm mümkün, həm də istənilən bir haldır. Müsəlman olan millətlər bir millət və bir hökumət halına gəldikdən sonra ittihad deyil, islam ittifaqı ola bilər. Fəqət belə siyasi bir ittifaq mövcud olmasa da, mədəni əlaqə vardır , ola bilməlidir. Bütün türklər öz aralarında böyük dünya federasyonuna qədəm olmaq üzrə bir federasyon yapmalıdır. Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır. Rus istilası, Turan üçün həqiqi bir «Ergenokon» olmuşdu. Türklər özlərini qurtaracaq «Börteçine»ni gözləyirdilər. (28) Dünya müharibəsi nəticəsində Rusiyada zühur edən inqilab Turanlıların «Börteçinə»si olacaqdı. Turançıların yol göstəricisi, möhtərəm Ziya Gökalp bəy müharibənin hələ əvvəlində bu gözləməyə tərcüman olmuş, qabaqcadan demişdi ki: 29 downloaded from KitabYurdu.org «Rusiya dağılıb viran olacaq, Türkiyə böyüyüb Turan olacaq. Gözləmə sanki doğru çıxdı. «Ergenokon» divarı yarıldı. Rusiya imperatorluğu parçalandı. Türk hökumətlərinin, eləcə də Azərbaycanın mövcud siyasətinin düşüncədən feliyyətlə varmaq sırası gəldi. ___________ 28.Əski Türk yazısında «Qurtuluş» əfsanəsi məşhurdur. Bu əfsanəyə görə Çin ilə aparılan bir savaşma düşmən təqibindən qaçan türklər bir ala ceyranın ardınca uca dağlarla çevrələnmiş bir ovalığa çəkilmişdilər. Bunlar burada iki yüz il qalmış, doğub-törəyib çoxalmışdılar. Özlərinə dar gələn bu yurddan bir tərəfə çıxmaq istəmişdilərsə də, yol tapmamışdılar. Nəhayət, çobanın biri bir gün qurd görmüş, onu təqib edərkən qurdun bir dəlikdən çıxdığını anlamışdır. Çoban gördüyü bu əcaib nağılı danışdıqdan sonra qurdun girdiyi dəliyin istiqamətində gələn əhalinin arasından bir dəmirçi çıxmış, dağın dəmir filizli olmasını kəşf et-miş, odun toplayıb od qalamış, dağı əridərək yol açmış, mühasirədə olan türklər bu yoldan çıxaraq yer üzünə yayılmışlar. Bu əfsanəni nəzm edən Gökalp bəy Ergenokon yurdun adı, Börteçinə qurdun adı deyə yuxarıda yazdığımız adların bu günkü türkcəyə tərcüməsini göstərmişdir. Fəqət rusluq buna hələ imkan vermir, qırıb-tökür, Yaxır, yıxır ―Marat (29) deyə yaxıb kül edən bir yanğın çıxarırdı. Azərbaycanlılara bir tör-töküntü bir «xarabazar» hazırlayırdı. (30) Türkiyə, himayəsinə aldığı Azərbaycanı tam vaxtında qurtarmağa girişdi. Bakını Azərbaycan qatillərindən təmizləyərək özünə verdi. Əsrimizin Siyavuşu zəmanəmizin Turan baş komandanı tərəfindən özünə təlmin olunan bu gözəl və zəngin parçada tikinti və məskən salma başladı. Əsrimizin «Siyavuş gərd»i-nin təməlləri quruldu. Azərbaycan Cümhuriyyəti təşəkkül etdi. 30 downloaded from KitabYurdu.org AZƏRBAYCAN CÜMHURİYYƏTİ 1 — Təbii gözəllikləri, 2 — Maddi və mənəvi sərvətləri, 3 — İslahat və inşaatı. 4 – Xariclə əlaqə və gözəl şöhrəti. Firdovsi deyir ki, Əfrasiyab Turanın gözəl bir parçasını damadı Siyavuşa verdi. Azərbaycan həqiqətən də əsrimizdəki Turan torpağının gözəl bir parçasıdır. Əski Albaniya, Şirvan, Arrak və Bərdə ölkəsindən meydana gələn bu yeni Azərbaycan, əsrimizin ən böyük qüvvətini təşkil edən zəngin mədənlərindən başqa, təbii gözəllikdən də pay almış bir yamyaşıl yerdir. Şirvan tarixini yazan mərhum Abbasqulu ağa bura «Gülüstani-İrəm» adı vermişdir. Firdovsi isə Bərdə haqqında Xoşa mülkü Bərdə və aksayi vey Ki ordi behişt əst hənkami dey (31) deyir. «Bərdə və aksayi vey» — deyəndə indiki Qarabağ yaylaları ilə qışlaqları anlanmalıdır ki, Gəncə vilayətinin mühüm qismini təşkil edən bu yerə «Zenda Vesta», «Aryatum İsu» — Aryanilərin cənnəti adını verir. ________ 29. 1918-si ildə bolşeviklər tərəfindən Bakıda müsəlman əhali üzərində icraolunan qətl. Təfsilatı üçün yazarım: «Azərbaycan Cümhuriyyəti» adlı əsərinə baxınız. 31 downloaded from KitabYurdu.org 30. Bakıda nəşr olunan bolşevik qəzeti bizimlə apardığı bir söz münaqişəsində «siz Azərbaycan muxtariyyəti deyil, nəticədə bir xarabazar olacaqsınız» deyirdi. 31. Bərdə, mülkünə və ətrafına eşq olsun ki, elə bil cənnətdir Həqiqətən də Lənkəran, Quba, Şamaxı, Şəki, Zaqatala, Gəncə, Qarabağ və Naxçıvanın ormanlarına, bağlarına, dağlarına, yaylalarına, irmaqlarına və bulaqlarına, soyuq və isti sularına, dağ keçisi və ceyranlarına, nəhayət, Şirvan şairləri ilə Qarabağ sazına və sənətkarlarına baxılarsa, Firdovsinin «Siyavuş — gərd» təbiəti haqqındakı rəngarənk şeri nəzərimizdə göz önünə gəlmiş kimi olur. Bakı və Abşeron yarımadasının «Quzğun dəniz» (Xəzər dənizi) sahilindəki mənzərələri ilə limanda gəzən ağ çarşablı nazənin qızlarını da buna əlavə etsək, o zaman Firdovsinin də təsəvvür edə bilmədiyi bir gözəllik hasil olar. Firdovsi çox haqlıdır. Qüvvət olmayan yerdə gözəllik olmaz, gözəllik olmayan yerdə qüvvət ola bilməz. Zövq ərbabı bu iki qarşı-qarşıya zidd qütbü birbirindən ayırmaz. Firdovsinin şairanə bir zövqlə ifadə etdiyini, «sağlam bədəndə sağlam ruh» — deyən tərbiyə öyrətmənləri elmi şəkildə iddia etmirlərmi? Firdovsi zamanında məmləklətin qüvvəti pəhləvanlıqlara dayanmışdı. İndi isə ən böyük qüvvət təbii sərvətdir. İçərisində yanacağı ilə mədən, əsrin ən böyük Rüstəmi, yenilməz və yılmaz «herkül»üdür. Yanacaqlar arasında daş kömürlə neft dünyanın ən qüvvətli itələyən gücləridir. Dünya müsabiqəsi adətən dəmirlə yarış idi. Kimin ki, dəmiri ilə kömürü və ya nefti çox idi, qalibiyyət onun idi. Neftin kömürdən keyfiyyət üstünlüyü əskidən bəri məlumdur. Odla işləyən gəmilərin icadından sonra daş kömür məlum 32 downloaded from KitabYurdu.org olmuşsa da, qara neft daha çox əvvəl insanlara məlum olub, dəmir ordular yaradılmasına xidmət etmişdi. Firdovsi, İskəndəri-Ruminin Hindistan filləri üzərinə dəmirdən yapılma süvarilərlə hücum etdiyini nəql edir. Hindistan padşahı Fur İsgəndərə qarşı külli miqdarda fil çıxarmışdı. Bu fillər Rum ordusunu qorxutmuşdu. İskəndər mühəndislərini və fikir adamlarını toplamış, düşündürmüş, nəhayət dəmirdən atlar döydürərək, içlərinə neft doldurulmuş və fillərə qarşı sövq etdirmişdir. Dəmirdən yapılmış atlardakı neft od alan kimi alovlanmağa başlamış və üzərlərinə yüyürən fillərin xortumlarını yaxaraq məğlubiyyətlərinə səbəb olmuşdur. (32) Təbiidir ki, Fironun fillərini məğlub edən bu dəmir süvariləri Ford hazırlamadığı kimi, onları hərəkətə gətirən neft də Amerikadan gələ bilməzdi: çünki o zaman nə Xristof Kolomb anadan olmuş, nə də Amerika kəşf olunmuşdu. Qafqasyadamı, yoxsa Mazandarandamı zühur edən bir yırtıcı vəhşi heyvanın yox _____________ 32 Be əsn və be neft atəş əndər zədənd Həmə ləşkari for bər sər zədənd Əz atəş bər əfruhd nəfti-siyah Be cümbid əz an kahineyni bəd sinah Çu pilan be didənd əz iyşan qureyz Be rəftənd ba ləşkər əz səyi tiyz 33 downloaded from KitabYurdu.org edilməsi üçün neft bulaşmış məşəllərdən istifadə olunduğu yenə Firdovsidə oxuduğumuzdan iddia edə bilərik ki, bu gün çaplinlər (33) uçuran, tanklar yürütən benzinin dəmir ordular sövq edən ulu babası, şübhəsiz ki, Azərbaycandır. Azərbaycan neftinin çoxluğu və kimyəvi maddələrinin dünyada mövcud olan bütün neftlərə olan uyğunluğu, tarixin ən əskiliyi ilə uyğun bir mahiyyətdədir. Bu, elə bir qüvvədir ki, bütün dünyanı özüylə əlaqədar edir. Rusiya bütün əzəmət və qüdrətini ona bağlamışdır. Qafqasya onunla canlı, yaşar olduğuna qanedir. Avropanın yanacaq həsrətiylə yanan könlü bunun eşqiylə yanır. Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə durur. Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr. Dünyanın ikinci pəhləvanı dəmirdir. Dəmir nə qədər Azərbaycan dağlarının içərisində miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən böyük yavəri olan əl dəyməmiş Gəncə dağları ilə Qarabağ zirvələrində (Gədəbəy və Zənkəzur mədənləri) çoxca bulunur. Hazırkı dünyanın qüvvəti yalnız yanacaqla, mədənlərmi məhdudlaşır? Yanacaqla mədənə bolluqla malik olan Almaniyanı aclıqla məğlub etmək istəmirdilərmi? Demək, bu iki pəhləvandan sonra meydan ərzağındır. Azərbaycan, orada olan Muğan, Mil, Aran və s. ovalığındakı münbit ərazisi sayəsində özünə artıqlıq edən buğda anbarı vücuda gətirə bilər. Bu ovalıqlar Muğan çöllərində izləri hələ qalan qədim arxlar kimi kanallar və yaxud daha müasir vasitələrlə başdanbaşa sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil, qonşularına da ərzaq verər və yalnız insanları deyil, böyük fabrikləri də kətanı və ipəyi ilə doydurar. Ərzaq qüvvəti heyvan qüvvəti ilə dəstəklənməsə heçdir. Azərbaycan bu xüsusda da xoşbəxtdir. Azərbaycanda olan mal-davar Qafqasyanın heç bir səmtində yoxdur. Balıq məhsulu isə Mavereyi-Qafqasyada yalnız buraya aiddir. 34 downloaded from KitabYurdu.org Buradakı atın, malın, qoyunun və sairənin bölümlərini saymaq isə mövzumuz xaricindədir. Sağlam ruh sağlam bədəndə olduğu kimi, inkişaf bir həyat da zəngin bir yerdə ola bilər. Azərbaycanlıların doğuluşdan inkişafda olanlarının bir səbəbi də bu çox iqtisadi həyatları deyilmi? İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradısıcı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır. _______________ 33 Təyyarə mənasındadır — M. Ə. Siyavuş, öz yerinin təbii gözəlliyinə süni gözəlliklər qataraq «Siyavuş gərd» adını binalar, qalalar, köşklərlə bəzəmişdi. Azərbaycan Cümhuriyyəti də ölkəsinin təbii çatışmazlıqlarını sənaye təşəbbüsləri ilə təmir etməyə başlamış, az zamanda çox uğurlar qazanmışdı. Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırdı. Kişi-qadın, müsəlman, xristian, Türk-Türk olmayan, cins və miliyyət fərqi qoymadan varlı-kasıb, sahibkar işçi, torpaq sahibi-muzdur, öyrətmən-tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqına da sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənkinliyi üçün alçaldılırdı. Burada məktəb, elm, texnika 35 downloaded from KitabYurdu.org tərəfsiz tutulub ondan bəlirli bir partiya və ya sinfin haqlı-haqsız tələblərinə, qulağı sırğalı əsir kimi tabe olması istənilmir, əksinə məktəblə alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənirdi. Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izin verilməsini istəmişdi. Burası söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki: Hər ki hahəd, ku biya və hərçi hahəd ku be ku gibro nazu hacibə dərban dərin dərgah nüst (34)— tərifi bunun haqqında söylənmişdir. Hər kəs nə istərsə söylər, oxuyar, yazardı. Millətin hər partiyasının özünə xas təşkilatı,və qəzeti vardı. Bu qəzetlər əksəriyyətlə hökuməti tənqid və çəkişdirmələriylə məşğul olduqları halda, özlərinə qarşı böyük zəiflik və səbr göstərirdilər. Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin təmamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bir qərar olmaqla, bərabər sosial ədalətsizliyin zərərli nəticələri də aydın tərzdə dəyişdirilirdi. Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən ____________ 34. Kim dilərsə, söylə gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapısı, gərdası, kibr və paz. 36 downloaded from KitabYurdu.org bəri insanların yaşayış və iqtisadiyyatda qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbəylə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti ortadan qaldırmaq mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlarından başqa aydın bir nəticə alına bilməzdi. Onlara görə, bu bir kərə siyasi ədalət təmin olunduqdan sonra öz-özünə təkamül edəcək və yavaş-yavaş həll olunacaq bir məsələ idi. Azərbaycanlılar düşünürdülər ki, mülkiyyəti tamamilə ortadan qaldırmaq, indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar. Sosial həyat irəliləmədən düşər, insanlar bəsit ibtidaiyə doğru dönərlər: aləmin nizamı pozular. Fəqət, bununla bərabər hər şeyin ifratından zərər gəldiyi kimi, mülkiyyətin də ifrat tərəflərini yox etmək sosial islahatın əsasını meydana gətirməlidir. Mülkiyyət ancaq ümumi aləmə yayılıb təsirli oluncaya qədər müdafiə olunub — bu olmayanda ümumi zərər gətirən lüzumsuz bir artıqlıq kimi kəsilib atılmalıdır. Ərazi məsələsində misal kimi desək: hər əkinçi özü əkib-becərdiyi müəyyən miqdar torpağa sahibliyini qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş torpaqları ölü halında saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi. Millət məclisində hazır olan qanun layihəsinə görə, xüsusi ərazi sahiblərindən alınıb dövlət malı olduqdan sonra əkin yeri, vətəndaşların mülkiyyətinə bölünür, dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər isə tamamilə dövlət xəzinəsinə qalırdı. Digər əmlak və istehsal vasitələrindən olan fabrik və digər bu kimi quruluşlara gəlincə, bunların xırda mülkiyyətlərə bölünməsi tətbiqi imkansız olduğundan burada çalışan işıqlının yüksək tutulması xüsusi surətdə hazırlanan əmək 37 downloaded from KitabYurdu.org qanunlarının nəşri ilə təmin olunub, dəmir yolu, işıq, su, telefon, teleqraf və sairə bu kimi ümumi işlərə xidmət edən quruluşlar ya milliləşir və yaxud bələdiyyələşdirilirdi. Azərbaycanlılar Rusiya istilası zamanında əsgərlik etməyə məcbur olmadıqlarından, əsgərlikdən tamamilə məhrum qalmışdılar. Azərbaycanın əsgər ehtiyacını hər nə qədər türk komandanlığı öz üzərinə almışdısa da, Azərbaycanı tələsik tərk etmək məcburiyyətində qaldığından buna müvəffəq ola bilməmişdi: ordunun quruluşu azərbaycanlıların çox az olan öz zabitlərinin öhdəsinə buraxılmışdı. Başda ağsaqqal Səməd bəy olmaqla, müxtəlif ordularda xidmət etmiş Azərbaycan zabitləri qeyrət etdilər. Çox çətinliklər və ənkəllər içində bir ildə yoxdan 25 000-ə qədər çeşidli silaha sahib piyada, süvari, topçu, lağımçı, çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər. İki ilə yaxın davam edən hərbiyyə məktəbindən yüzlərcə kiçik yaşlı oğlan yetişərək, meydana gətirilən ordunun cavan komandasını təmin etdilər. Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların göz yaşları içində dost və düşmənə göstərdi. Az zaman içində Azərbaycan ordusu öz başlanğıc tarixinə Lənkəranın əsgərlər tərəfindən fəthi kimi şanlı sətirlər yazdırdı ki, bir sağalmaz xəstəlik də o intizam və itaətin son dərəcə yetişdiyini, ikincisində isə mənəviyyat və fədakarlığının bənzərsiz olduğunu göstərirdi. Azərbaycan hökuməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. 6— 7 ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət donanmasından başqa 6—7 gəmilik bir donanmaya aid işlər hazırlanmış, qarşıdakı ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman halına gətirmişdi. Anarxiya əsnasında Azərbaycan dəmir yolları, qonşusu Gürcüstanın yollarına nisbətlə məhv olmuş kimi idi. 38 downloaded from KitabYurdu.org Stansiyalar bərbad olmuş, körpülər uçurulmuş, lokomotivlər qaçırılmış, vaqonlar parçalanmış, oturacaqlar (divanlar) qoyulmuşdu. Az zamanda bunlar düzəldilmiş, yolun işləkliyi müharibədən əvvəlki halına gəlmiş, müntəzəm dəmir yolu hərəkəti təmin olunmuşdu. Bundan başqa yol və körpü nazirliyi Cümhuriyyətin ticarət, gəmi və siyasi həyatını genişlətmək üçün həyati əhəmiyyəti olan Bakı-Culfa yolunu inşa edir, Kür çayı üzərində qurduğu böyük körpünün açılışı təntənəsinə hazırlaşırdı. Dəmir yolu işçisi hazırlamaq məqsədiylə türklərə aid dəmir yolu, teleqraf və s. texniki ustalar hazırlamaq üçün yol idarəsi nəzdində xüsusi məktəblər açılmış, dəmir yolu məmurları yüzdə-əlli miqdarında milliləşmişdi (35) Dəmir yolu idarəsi, eyni zamanda fəna halında pozulmuş Bakı-Batum neft borusunu gözlənməyən bir sürət və məharətlə təmir etmiş, əvvəlkindən daha fəal şəkildə neft alverinə başlanmışdı. Cümhuriyyətin quruluşundan əvvəl bir- birinin ətini yeyən əhali arasında hər yerdə meydana gətirilən zabitə sayəsində rus istilası zamanından daha yaxşı bir əmin-amanlıq və intizam vücuda gəlib, hər tərəfdə bələdiyyə və məhəlli idarələri qurulurdu. Boş buraxılan ərazi ciddiyyətlə əkilməyə başlanmış, hər tərəfdə əkinçilik əvvəlki halını almışdı. Şəhərlər telefonlarla bir-birinə bağlanmış, teleqrafla da təbii bir dildə müharibəyə girmişdilər. Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi ögrənimin (təhsilin — M. Ə.) həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkəklər və qızlar universitetləri vasitəsiylə öyrətmənlər hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstambuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi ____________ 39 downloaded from KitabYurdu.org 35. Bolşevik istilasından sonra bu quruluşlar tamamiylə aradan qaldırıldı. Son rəsmi məlumata görə, hal-hazırda dəmir yolu məmurlarından yalnız yüzdə otuzu türkdür. olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya litseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu. Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi. Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstambula yollanması qərara alınmışdı. Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu, İstambul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə Azərbaycanın «Yavru bayrağı»nı (36) Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib qutladı, sevindi. O üç rənkli köksü hilallı gənc-bayrağa arzular diləyərək dedi ki, «Tanrı sənə qara gün göstərməsin». (36) CÜMHURİYYƏTİN BƏXTSİZLİYİ 1 — Əsrimizin Gərsivəzləri. 2 — Siyavuşun qabaqcadan duyumu. 3 — Siyavuşun dəhşətli röyası. Cümhuriyyətin qatili, Firəngizin nitqi. 40 downloaded from KitabYurdu.org Firdovsi, Siyavuşun diliylə deyir ki: Çu hurrəmi şəvəd sayi arəstə Pe did ayəd əz hər sui hastə. (37) Pərişan və düşgün bir haldan «süslənmiş» olub çıxan Azərbaycanın içdən və qıraqdan çoxlu «duyğu»ları çıxdı. ____________- 36. Xalidə Ədib Adıvarın nitqindən. 37. Bir yer gözəl və yaşıllıq olsa, hər tərəfdən ona istək və arzu çoxalır. Sağından və solundan bir-bir qarışıqlıq şəklində ortaya çıxan «qara bastı»lar (38) min cürə hiylə, fitnə və pis niyyətlərlə Azərbaycanda qatmaqarışıqlıq yaradır, onu rahat buraxmırdılar. Birisi əlində Denikinin siyah örtüsü, digəri isə Leninin qanlı pərdəsi ilə Azərbaycanın ağ gününü qara, mavi səmasını qanlı etmək istəyirdilər. Nəhayət, bu iki qüvvə Azərbaycana qarşı düşmanlıqlarında əl birliyi edərək dünya millətləri arasında tam bərabərliyə malik bir hüquqla yaşamaq istəyən bu gözəl məmləkətin aydın həyatını bulandırdılar, mühitini qara qırmızı buludlarla örtdülər. Əsrimizin Siyavuşundan xüsusi bir sıxıntı ilə daralan və ondan intiqam almaq istəyən Gərsivəzlər də az deyildi. Bu Gərsivəzlər özlərinə türk kommunist qrupunun bəzəyini vermişdilər. Bir tərəfdən belə qüvvətli irfan ordusunun hazırlanmasıyla məşğul olan milli maarif nazirliyi, digər tərəfdən də oxu kitablarını tərtib və tərcümə etdirərək öz hesabına çap etdirir, məktəblərə vəsaitlər hazırlayırdı. Azərbaycan türk teatrı 41 downloaded from KitabYurdu.org ilə musiqisinin inkişaf edən bir göstəricisidir. Cümhuriyyət zamanında teatr sənəti olduqca irəlilədi. Hökumət himayəsinə alınan türk səhnəsi ilə musiqisi ona verilən dövlət teatrında on illik bir irəliləmə əlaməti göstərdi. Dekor, oyun, rəqs, səs və ifa cəhətincə parlaq nümunələr, zəngin çiçəklər verdi. Az zamanda Azərbaycan sənəti Avropavari bəstəkar, tragediya, komediya, opera, operetta, aktyor və aktrisaları ilə ümid verən rəssamlara sahib olduğunu sübut etdi. Yeni dövrə keçid zamanları ədəbiyyatın durduğu bir dövrdür. Bununla belə, Azərbaycan ədəbiyyatı gənc şairlər — yeni şairlər yetişdirir, üç rəngli istiqlal bayrağı zaman şairinin ən ilhamlı bir hədəfini təşkil edirdi. Azərbaycan həyat qabiliyyətini yalnız öz içində deyil, xaricdə də hiss etdirirdi. Dünyanın hər tərəfindən yeni Türk Cümhuriyyətinə heyətlər, səfirlər gəlir, burada görülən həyatı hüriyyəti, sənəti və gözəlliyi təqdir edib heyran olurdular. Az keçmədi ki, Avropanın, Amerikanın seçkin elçiləri Azərbaycanın paytaxtını ziyarət edərək onu tanıdıqlarını və onunla hər növ mədəni və ticarət əlaqəsinə girmək istədiklərini bildirdilər. Anarxiya dövrünün bərbadlığından yavaş-yavaş çıxaraq özünü doğrultmuş olan Azərbaycan, dünya millətləri tərəfindən tanınaraq şən və şaqraq bir həyata başlamışdı. Bakının vəziyyəti, ziyafətləri, teatrları yeni təsis edilən sənət və ticarət ________ 38. Qara basdı Azərbaycan xalq türkcəsində kabus mənasında işlənir müəssisələri, ordusunun rəsmi keçid və manevrləri, şənlik topları, şənlik fişəngləri və böyüklü-kiçikli bütün şəhərin ağzından eşidilən: «İrəli, irəli, Azərbaycan əsgəri!» — 42 downloaded from KitabYurdu.org nəğmə optimizmi ilə həmən «Siyavuş-gərd»ə bənzəyirdi ki, Firdovsi onun haqqında Xoşu hürrəmi xub arastə Be hərsayi kunsi pir əzhastə —(39) demişdi. Azərbaycan belə məsud bir həyata başlayınca, şöhrəti bütün üfüqləri tutdu. Bu xəbər bilavasitə Azərbaycanın qoruyucusu - olan Türkiyədə sevincə səbəb oldu. Gərsivəzlər qrupu artıq Siyavuşu devirmək qərarını vermiş, intiriqalarına başlamışdılar. Bu intiriqa, hər şeydən əvvəl Azərbaycanla türklüyə xəyanətlə suçlamağa yönəlmişdi. Gərsivəzlər Türkiyədəki Turançıları inandırdılar ki, Azərbaycanın fikri ayrıdır. İngiltərə, Fransa və Amerika ilə əlaqəsi var. Yanına gizli elçilər gəlir. Turan düşməni ermənilərlə barışır. İran ilə sıxışıb birləşir. Əcəm siyasəti yeridilir. Şiəliyi irəlilədir. Bu məqsədlə o, İrana heyət göndərmiş, İrandan da bir heyət qəbul etmişdir. Sözlərinə daha artıq təsir vermək üçün, beynəlmiləl nəzakət üsulu olan alışılmış siyasi ziyafətləri mənfi anlamda yozaraq Gərsivəzin: «Həmi yadi Kavus girəd becam» — dediyi kimi bunlar da «Azərbaycanlılar ingilis imperialistlərinin sağlığına içirlər» — deyə öldürücü bir zərbə ilə çox mütəəssir olan türk xalqını aldadırdılar. Rusiya ölüm-qalım mücadiləsində olan Türkiyəyə yardıma gedirmiş və ingilis tərəfdarı Azərbaycan hökuməti ona yol vermirmiş —deyə apardığı təbliğatları bolşevlk sui-qəsdlərinin ortaq suçlusu olub, Qafqasyanın Rusiya tərəfindən təkrar istilasını hazırlayırdı. Halbuki, Azərbaycan öz qoruyucularından və qurtarıcılarından olan türklərin, kommunist olsalar da, onların əleyhinə sui-qəsd bəsləməyəcəklərini ümid etmiş, dəniz qüvvələrini, 43 downloaded from KitabYurdu.org zirehli maşın və dəmir yol qatarlarını və şəhərin qoruyucu qüvvələrini bütünlüklə bunlara əmanət etmişdi. ________________ 39. Xoş, şad, yaxşı və əmin – aman olan hər tərəfdə istədiyin qədər dolu xəznilər. Firdovsidə böyük bir «fatalizm» var. Hər bir vaqeəni, o qatı çarəsizlik kimi göstərir. Onun hər qəhrəmanı başına gələcəkləri ya röyasında görür, ya da ilahidən eşidir və nə qədər çalışıb qeyrət etsə də, öz qədər və taleyindən bir təhər qurtula bilməz. «Şahnamə» şairi, bu şəkildə ən sevdiyi qəhrəmanlarından ayrılarsa da, daima: «Çinin əst ayin çərx-bülənd» (Dünyanın adəti belədir) — deyə ovunması olur. Fatalizm yalnız Firdovsi kimi bioqrafiya romantiklərində deyil, İranın qəzəl yazan lirik şairlərində var. Başda gələn qəzəl ustası Hafiz Şirazinin... Dər kui nik pəsəndi-təğyir de gəzara» — (40) beyti şahidi deyilmi? Firdovsi ilə Hafizdəki fatalizm çağdaş Avropa ədiblərindən, Belçikanın şöhrətli şairi Meterlinqdə də var. Meterlinq də həyata, insanların arzu və iradələri fövqündə bir qüvvənin idarə etdiyinə inanır. Təqdirə böyük mövqe verir. Dünyada nə olursa, insanın başına nə gəlirsə. «Göy quş» müəllifinə görə, o, qabaqcadan müəyyən olunub. hekayələrinin birində məhz bu fəlsəfəni, o, baxınız necə izah edir: «Doğan qadının başı üstünə şəhərin ən usta həkimi gəlir. Qadında bir şey yoxdur, sağ-salamat qurtarır deyə arxayın olur. Halbuki, evin ağsaqqal babası məyusdur. Onun gözünə kölgə kimi bir şey görünür. Bu kölgə qapıdan Əzrail kimi girir. Baba 44 downloaded from KitabYurdu.org bütün bu təsəllilərə rəğmən müztəribdir. Nəhayət, yeni doğulan cocu- ğun səsi gəlir. Cocuq rahatca doğulduğu halda, anası həyatını xilas edə bilmir. Mamaçanın işarəsindən hamı qadının öldüyünü öyrənir. Cocuqla bərabər bütün ev adamları da ağlamağa başlayır. Firdovsi sözünün hərəkəti ilə yaranan Siyavuş, Meterlinqin «ixtiyar babası» kimi qapıdan girən Əzrailini görmüş, təcrübəli doktorun təsəlli və arxayınlıqlarına rəğmən demişdi ki: «Şum zarin kuşte bər bi günah Kəsi-digər ayəd bər in taco gah» (41) Azərbaycana da içdə sığındığı qüvvələrin bir-bir qara ilan zəhəri ilə vücudunu zəhərləməyə, dost bildiyi yaxşıların bir qisminin düşmən olduğunu sezməyə, Qarabağ dağlarında erməni üsyanını yatırtmaq üçün bütün əsgər qüvvələrini Rusiya hüdudundan oraya çəkmək məcburiyyətində qalmağa və bu minvalla şimalda toplanan bolşevik qüvvəsinin qorxu ilə düşünməyə başlarkən, ____________ 40. Xoşbəxtlik məhəlləsinə bizi buraxmadılar. Bəyənmirsənsə, qədərini dəyişdir. 41. Məni düşmən kimi öldürərlər. Bu tac və taxta başqa birisi sahib olar. hökumət başçısının istiqbaldan ümidi qırılmış, yaxın dostlarının yanında Siyavuş kimi məyusanə bir tərzdə demişdi ki: «sanki Cümhuriyyətin son günləridir. Sanki artıq mövqemizi digərlərinə verəcəyik» 45 downloaded from KitabYurdu.org Bu sözlərilə Cümhuriyyətin son baş naziri bir şeyi daha əlavə etmişdi ki, onu biz Siyavuşun aşağıdakı sözləri ilə nəql edirik:... Pür əz sənki gərdəd səasəri-zəmin Zəmanə şəvəd pür zi şəmşiri-kin Bəsi qarət o bürdən hastə Pürakəndən günc arəstə Be sa kişvəra kan be paye sütur Bs ku bənd gərdəd be cayi abi-şur» (42) Siyavuş öz nəzəriyyə və yozumu ilə fəlakəti sezdiyi halda təhlükənin felən həyata keçdiyini və fikrindən gəlib-keçən Gərsivəzin sui-qəsdin bir şeytanı olduğunu görə bilmirdi. Bir gecə rahat yatmışkən, Siyavuş gördüyü qorxunc röyadan sərsəm oyanmış, arvadı Firəngizə anlatmışdı ki: Be yek dəst atəş, be yek dəst ab Be piş əndərun pile Əfrasiyab Be didi mera ruyi gərdi-dejəm Denidi-bəran atəşi-tizdən Denidi-bəran atəşi-tizdəm Çu Gərsivəz an atəş əfruhti 46 downloaded from KitabYurdu.org Əz əfruhtiyi-mer məsasuhti (43) Azərbaycan Cümhuriyyəti hökuməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin üsyan bayrağı açdığını, digər tərəfdə.,.. «Bena qazi» (Binəqədi — M. Ə.) yanar dağı səmtindən Qızıl Ordunun atəş saçaraq gəldiyini və geri qaçmaq istərkən yolunun Türkiyəli bir zabit komandasında olan «Yardım alayı» tərəfindən kəsildiyini gördü» (44) İşi belə gördükcə, içdəki bolşeviklər çıxdılar, «təslim ol!» dedilər. __________________ 42. Dünya hərb və döyüşlə düşmanlıq və kinlə dolur. Bir çox qarət və soyğunçuluqlar vücuda gəlir, süvarilərin ayağı altında Bir çox qarət və soyğunçuluqlar vücuda gəlir, süvarilərin ayağı altında bir çox məmləkətlər çığnanır, yerlərində çöllər meydana çıxır. 43. Bir tərəfdə od, bir tərəfdə su, o tərəfdə isə Əfrasiyabın filini gördüm. Məni görüncə, üzünü turşutdu, odu üflədi. Bu odu Gərsivəz alovlandırmış, məni yıxmışdı. 44. Bu xüsusda daha ziyadə və açıq bilgi almaq üçün ―Azərbaycan Cümhuriyyəti adlı əsərimizin 8-ci bölümünə baxınız. Millət məslisi, sonuncu iclasını topladı. Bolşeviklərin tələbləri müzakirə edildi. Ərz edici sifətlə, intiqamçılığı və təslimçiliyi ilə məşhur, əsrimizin Gərvi əlində xəncər qınına bənzər bir dolama, birinci və sonuncu dəfə xitabət kürsüsünə çıxdı: — Hazır olanlar, təslim olun —dedi. Məclis üzərində ölüm uçuşurdu. Hər kəs artıq hər kəs deyən — özünü uçacaq bir qaya altında hiss edir və bu 47 downloaded from KitabYurdu.org hisslə müztərib olunurdu. Ağ saqqallı bir sosialist çıxdı. Bu faciəli gündə də adəti olan şəbədəçilikdən qalmadı, operetta qəhrəmanı Məşədi İbad kimi: — O olmasın, bu olsun! — dedi.45 Ömür boyu Siyavuşa isinə bilməyən bir qardaş da: — Bizim istədiyimiz elə bu idi —deyə hayqırdı. Birinci dəfə İranı, ikinci dəfə Turanı satmış olan qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı. Bir qismi isə, hər zaman olduğu kimi, yenə tərəfsiz qaldı. Hamı əsrimizin Siyavuşunu ölüm xəncərinə təslim etmişdi ki, halı pərişan bir surətdə Firəngiz gəldi. Azərbaycan Cümhuriyyətinin təmiz suyunu daşıyan istiqlal pərisi bir natiq şəklində bürünərək dedi: «Yalandır. Gərsivəzlərə aldanmayınız: Gərvin əlindəki dolama zəhər bulaşmış bir intiqam xəncəridir, ona inanmayınız! Rus ordusunun hüdudumuzu keçdiyi bir vaxtda, müsəlman da olsalar, bolşeviklərin parıltılı yalanlarına uymayınız! Türkiyə Azərbaycanın sığınacaq yeridir. Öz sığınacaq yerini qurtarmağa gedən bir qüvvənin səmimiyyətinə inanarsa, Azərbaycan elə bir qüvvəyə özü yol verər, fəqət bizim istiqlal və hakimiyyətimizi ayaqları altında çığnayıb sərhəd gözətçilərimizi torpağı ölü sərən xain bir qüvvə Turan yardımçısı ola bilməz.! Əfəndilər, eşitdiyiniz gurultular millətin deyil, düşmənlərin səsidir. Hakimiyyətinizə doğru uzanan və bizdən təslim olma tələb edən əllər, millətin müqəddəs hüququna uzanmış qəsbçi əllərdir. Ağ saqqallı generalımızın məyus halda komandanlıq zirvəsində deyil, deputat kürsüsündə oturması, bizi məyus etsə də, bilinməlidir ki, millətdən alınan haqq başqasına təslim edilə bilməz! Bu kürsüdən çox kərə istiqlalılımızı göz bəbəyi kimi saxlamağa, hüruriyyətimiz yolunda canımızı sipər etməyə, öldü var, döndü yoxdur, deyə son damla qanımıza qədər dayanmağı and içmiş adamlar deyilikmi? Hazır olanlar, məsum qanı üçün çox-çox qanlar, axacaq, gözəl _______________ 48 downloaded from KitabYurdu.org 45. O olmasın bu olsun Üzeyir bəy Hacıbəylinin bir operettasının adıdır. Operetta qəhrəmanı Məşədi İbadı evlənərkən aldatmışlar, qadının gözəlini göstərmiş, fəqət ona xidmətçi qızı göndərmişlər. Məşədi İbad etiraz etmək istərkən təhdid edilmiş və nəhayət, ―O olmasın, bu olsun – deyə razı olmuşdur. Siyavuşumuzu aldanmış Əfrasiyabların qəzəbinə, xain Gərsivəzlərin hiyləsinə xəbis yaradılışlı Gərvlərin xəncərinə təslim etməyək! Qoy bizi bu haqqımızdan vaz keçməyə yalnız düşmən süngüləri məcbur etsin! Orada olan əhali, bu nitqi ağlayan gözlərlə alqışladısa da, məclisin əksəriyyəti tarixin gedişatına təslim oldu, Siyavuşun öldürülməsinərazı oldu. «Çinin əst razi sipəhri bülənd Kəhi şaddarəd, kəhi müstənənd.(46) QATİL KİMDİR? 1 — Rusiyanın hiyləsi. 2 — Yalanın ömrü az olur. 3 — Millətçiləri təqib. Tarix təkrarlardan ibarətdir deyirlər: fəqət bu təkrar, belə təsəvvür olunmasın ki, irili-xırdalı təfsilatı ilə yenidən yoxlanır. Heç bir hadisə zaman və məkan təsirindən qurtula bilməz. «Siyavuş gərd» Turan torpağının şərqində — Çin sərhəddində meydana gəlmiş, bütünlüklə Turan əsgərləri ilə çevrələnmiş və Siyavuş Türk sərkərdəsinin əmri ilə öldürülmüşdü. Halbuki, Bakı, Qaf dağının ətəyində, Turanın bir kənarında deyil, düz göbəyində Rusiyanın qonşusu olmuş, Azərbaycan Cümhuriyyəti də Turan sərkərdəsi və əsgərləri tərəfindən deyil, turanlılardan aldanmış bir qisminin 49 downloaded from KitabYurdu.org yardımları ilə Turan dostu qiyafəsinə girən əski Türk düşmanı tərəfindən qətl olundu. Firdovsinin rəvayətinə görə, Yəcuc və məcüclar əcaib bir varlıq olub Qaf dağını keçir, bu tərəfdəki insanları həlak edirdilər. Bunların əcaibliyi elə şəkildə idi ki, qulaqlarının biri kilim, digəri yorğan kimi görünürdü. Gözləri dəniz suyu kimi mavi, üzləri heyva kimi sarı idi. Müqəddəslik bilməyən bu əcaib varlıqdan hər kəsin iyrənməsinə baxmayaraq, qarışqa kimi çox olan saylarından qorxaraq, qarşılarına çıxa bilmirdilər. Rusiya yəcuc və məcucları üzərində də zonanın böyük təsiri görünürdü. Avropanın amansız düşmənliyinə qarşı şeytanla da olsa ittifaq anlaşma yaratmaq zərurətində olan Türkiyə inqilabçılarının bu düşüncəsini bolşevik Rusiyası öz haqqıyla təqdir etmişdi. Türklərin Azərbaycan üzərində mənəvi nüfuzundan ____________ 46. Qoca dünyanın gərdişi belədir. Gah nəşəli edər, gah ümidsiz istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə bildilər ki, bunlar müsəlmanların könlünü fəth edərək, Azərbaycanın istila deyil, əksinə İstambulu belə qurtaracaqlarına inandılar. Hər nə qədər «Müsavat» partiyasına mənsub olan millətsevərlər xalqı bu yuxudan oyatmaq istəyir, «camaat, aldanmayın» — deyir, bunlar dərhal Quranın buyurduqu, «İnnə Yəcücə və məcucə müfsidunə filərz» — edərlər. Eyni məxluqlərdir ki, Krım, Türküstan və Mart faciələrini icad etdilər. «Bunların əsl arzusu İstambulun qurtarılması deyil, əksinə Bakı və Azərbaycandır» — dedilərsə də, «Müstəvər bozbaşı» (47) yemiş kimi xalq, «hay, dəli, şaftalı»46a— deyə onlarla cəmlənir və özlərini ingilisə satılmış kimi görürdülər. Hətta iş o mərhələyə gəlmişdi ki, küçə baqqalları belə bolşevikin, artıq gördükləri «spekulyasion» düşmanı olmadığına inanmışdılar, dar görüşlü İttihadçılar da Qarayevin qızıl yalanlarına 50 downloaded from KitabYurdu.org qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Mustafa Kamal Paşanın yardımına göndərəcəkdir. Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat olundu. Bolşeviklərlə bolşevik təbliğatı aparanların yalanlarına aldanan xalq, Qızıl Ordunun Ermənistana təsavüzünü gözlərkən, Moskvanın Ermənistanın istiqlalını tanıdığı xəbəri alındı. Ermənilər əks-hücumlarına Qarayevin üsyankar məqaləsi və Həsənovun göyərtədəki nitqilərinə baxmayaraq, Qarabağdakı hərəkat durduruldu. Gürcüstana verilən 24 saatlıq notanın nəticəsi hərbi xalq komissarının gürcü nazirlərini Bakıya çağırmaq üçün etdiyi israra rəğmən Tiflisə gedib gürcü menşeviklərinin tələblərinə imza atmaqla bitdi. Erivandan keçərək Türkiyə yolu Şəki ilə Lənkərana döndü. İstambulun imdadına getmək şüarı, «Ləhistanı qovaq!» — şüarına döndərildi. Ucuz çörək və daha ziyadə rahatlıq gözləyən-fəhlə ilə kəndli, birə-on çətinliklə çörək tapmayıb daha çox çalışdı və qatı bir istibdad altında qaldıqda: — Eyvah! — dedi. ________________ 47. «Şah Abbas və Xurşud Banu» operasında bir «müstəvər» (məst edən — M. Ə) tipi var. Bu tip alipozdur. İnsanları çalar, öldürüb ətlərindən şorba asarmış. («Bozbaş» bir növ Azərbaycan şorbasıdır). İsfahanlılar Şah Abbasın yanına gəlmiş, hər gün qeyb olan vətəndaşların ucbatından xalqın qorxuda olduğunu ərz etmişlər. Şah Abbas dəyişik qiyafədə İsfahana getmiş, bu sirri öyrənmək istəmişdir. Təqdiq əsasında müstəvərin dükanına gəlib görmüşdür ki, bu dükanın müştəriləri həddən çoxdur. Səbəbini öyrənmək istəmişdir. Xalq, bu aşpazın çox ləzzətli şorba bişirdiyini ona anladarkən, pərişan hallı birisi ―müstəvərin şorbanı insan ətindən bişirdiyini söylədikdə hər kəs onu ―hay, dəli, şaftalı – deyə alçatmışdır. Halbuki, Şah Abbasın araşdırmasını davam etdirəndə kəşf etdiyi həqiqət, ―dəlinin doğru söylədiyini isbat etmişdir. 51 downloaded from KitabYurdu.org Bakının bütün sərvəti talana getdi. Dükanlar elə bil çapğınçı, basqınçı kimi soyuldu. Evlər sahiblərindən alınaraq miras kimi paylandı. Kəndliyə torpaq kağız üzərində verilirdisə də, əkinin məhsulu ərzaq məmurları tərəfindən çalınırdı. İllərdən bəri anbara yığılan neft, əvəzsiz olaraq Rusiyaya aparıldı. Sarı bal, şirniyyat, çay, şəkər, qumaş — nə varsa, vaqonlara, gəmilərə yüklənərək Moskvaya götürüldü. Xalqın həqiqi sərvəti, varı-yoxu qəsb edildi, «pul» — deyə bolşevik kağızları hər tərəfi sardı. Çörək istəyən ac xalqa top və çaxmaqlı tüfənk göstərdilər. Bir-iki «müsəlman» komissarı pərdəsi altında bütün idarə işləri rus agentləri və məmurlarının əlinə keçdi. Məmləkəti, guya ki, Azərbaycan kommunist partiyası idarə edirdi. Halbuki, bu partiyanın söykəndiyi əksəriyyətlə düşmən və xristian işçidən təşkil olunan Bakı sovetindən ibarət idi. İmzanı Nərimanlar, Əliheydərlər atırdısa da, hökmləri Mikoyanlar, Çorayevlər və Solovyovlar yazırdı. Zahirən qırmızı Azərbaycanın istiqlalı tanınmışsa da: nə hüdud bəlli idi, nə də Rusiyalı ilə Azərbaycanlının hüququ bir, Azərbaycan ordusu 11-ci rus komandanlığına tabe, dənizçisi rus admiralı Roskolnikovun əmrində. Adı müstəqil Azərbaycan — özü Rusiyanın federativ bir hissəsi! Daha doğrusu muxtar bir vilayəti! Millətsevər Azərbaycan Türkçülərinin vaxtiylə kimsəyə sözlə inandıra bilmədikləri həqiqətləri bolşeviklər işləri ilə isbat etdilər. Xalq həyəcana gəldi. Aldanmış adam qızğınlığı ilə dil və dodağını dişlədi: fəqət iş-işdən keçmiş, ox yayından çıxmışdı. Beləliklə, səbir kasası daşdı. Gəncə, Tərtər, Qarabağ və Zaqatala üsyanları meydana gəldi. Qızıl bolşeviklər Nikolay generalı Levandovskinin mərifətiylə üsyanı qanlı bir şəkildə yatırtdılar. Çoluca-cocuğa baxılmadı, qarıya-qocaya 52 downloaded from KitabYurdu.org asınmadı, Azərbaycanlı Türk qanı sel kimi axdı. Onu ermənidən qurtaracaq deyə gözlədiyi qüvvə bu təmiz ürəkli xalqı öz qanına buladı. Bakının həyəcanını toplar, çaxmaqlı tüfənglər, əjdahavari əmrlər, yezidvari tədbirlərlə yatırdılar. Həbslər, qeybə çıxmalar, edamlar başladı, Firəngiz tutulub qapalı bir evdə həbs edildiyi kimi, millətpərvərlər də həbsə alındı. Müsavat klubları bağladılıb bütün mallarına əl uzandı və tərəfdarları qanundan kənar elan olundu. Fəqət Türk taxt-tacının qiyafəsinə girən bu qanlı cəllad yalnız özünə qarşı mübarizə edən türkçüləri deyil, ona aldanan türkləri də qəhr etdi. Hazır qüvvə — Yardım alayı dağıldı. Türkiyəli zabitlər qismən həbs olundu, qismən hüdud kənarına çıxarıldı. HAQSIZ QAN YERDƏ QALMAZ 1 — Məfkurənin qüvvəti, Gavə (48) , Ergenokon, öksüz fikir. 2 — Fəlakətin dərsi. 3 — Son. Hun ərbab həmiyət qərq edər zalimləri Məşəli-əfkar əhraranə sönməz hun ilə. Namiq Kamal Haqsız qan yerdə qalmaz. Necə ki, Siyavuş qanı qalmadı. Məzlum ahı ovunmaz, necə ki Kərbəla zülmü ovunmur. Zalım bədi olmaz — necə ki, Zöhhakın zülmü olmadı. İstiqlal nəşəsi fədailər yetişdirir necə ki, milli Türkiyə yetişdi. Fikir öldürülməz — necə ki, Neronun arslanları xristianlığı parçalaya bilmədi. Abidə iman yanmaz necə ki, Nəmruddun atəşi İbrahimi yaxa bilmədi. Qonuşma və düşüncə susdurulmaz — necə ki, inkvizisiya hüzuruna çıxarılan Qaliley susmadı. Haqq, əsla qeyb olmaz — necə ki, Musa Firondan qaçmağa 53 downloaded from KitabYurdu.org müvəffəq oldu. Azərbaycan istiqlal və Cümhuriyyət fikrinin keçici bolşevik istilasının yaxıcı, yıxıcı qüvvələriylə qəhr olunacağını zənn edirsiniz. Bakının hərarətli torpağında kök salmış müqəddəs atəşi Quzğun dənizin (Xəzər dənizi) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə də bolşevik cəlladları o dərəcədə acizdilər: Bir qüzey rüzgarıın zərbəsiylə dalğalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl-burnunu aydınlatsın. (49 ) Azərbaycanda İran təsiri vardır: İran Zöhhak bəlasına uğramışdı. Öz hakimiyyət və istiqlalarının qədrini bilməyən xalq cənabi-haqqın qəzəbinə gəlmişdi. Zöhhak adında bir hökmdar İranı cana doydurmuşdu. Bu hökmdar ilanlara tapınırdı. Gündə iki uşaq beynini o pis heyvanlara yedirirdi. ___________ 48. Zöhhakın zülmünə qarşı xalqı ayağa qaldıran məşhur iranlı dəmirçi (Arasoğlu). 49 Bakı limanındakı buxtanın adı Bayıldır. Su içərisindən dənizə çıxan qaz, dəniz durğun olduğu zaman atəş tutuntusıyla alovlanıb mavi bir işıqla yanır. Zöhhakın zülmündən bezən xalqın fəryadı göylərə çıxmışdı. Xalqın şərəfi, namusu, dini, milliyyəti, tamamilə alçaldılırdı. Şəhərlinin varı, kəndlinin mal- davarı əlindən alınırdı. Burada Cəmşid dinində olan nə qədər iranlı varsa qanundan kənar elan edilmişdi. Yaxalananların özləri həbs olunur, mallarına əl