Azerbaijani Language VI Grade Monitoring Exam 2019 PDF
Document Details
Uploaded by CelebratedSanctuary1433
2019
Tags
Summary
This Azerbaijani language test covers urban issues including population growth, transportation problems (traffic jams), housing, waste management, and water supply. It includes multiple choice questions. The questions ask for answers from a set of options (A, B, C, and sometimes more). The document also includes a relevant topic from urban development, focusing on the increasing complexity and challenges facing urban areas.
Full Transcript
## VI sinif Monitorinq Azərbaycan dili 077-529-65-49 ### Monitorinq №2 1. Şəhər əhalisinin sayı durmadan artır. İri şəhərlər kənd yerlərindən və kiçik şəhərlərdən gələn insanların hesabına sürətlə böyüyür; məsələn, Bakı şəhərinin əhalisi 1970-ci ilə qədər 851 min nəfər olduğu halda, 2019-cu ildə 2...
## VI sinif Monitorinq Azərbaycan dili 077-529-65-49 ### Monitorinq №2 1. Şəhər əhalisinin sayı durmadan artır. İri şəhərlər kənd yerlərindən və kiçik şəhərlərdən gələn insanların hesabına sürətlə böyüyür; məsələn, Bakı şəhərinin əhalisi 1970-ci ilə qədər 851 min nəfər olduğu halda, 2019-cu ildə 2 milyon 293 min nəfərdən çox olmuşdur. 2. Şəhərlər insanları iş yeri tapmaq imkanlarına və rahat həyat şəraitinə görə daim cəlb edir. İri şəhərlərdə əhalinin sayı tikilən yaşayış binalarına, avtomobillərin sayı isə salınan yollara nisbətən daha sürətlə artır. Nəticədə əksər şəhərlərdə ekoloji və digər problemlər yaranır. 3. Nəqliyyatda tıxac problemi. İnsanlar saatlarla tıxaclarda vaxt itirir, iş yerləri və təhsil ocaqlarına gecikirlər. Bu zaman avtomobillər daha çox yanacaq sərf edir və nəticədə havanın çirklənməsi dəfələrlə artır. 4. Mənzil problemi. Bütün şəhərlərdə olduğu kimi, Bakıda da əhalinin sayının sürətlə artması mənzil çatışmazlığına səbəb olur. 5. Məişət tullantıları problemi. Mütəxəssislərin hesablamasına görə, şəhərlərdə hər adam orta hesabla gün ərzində 1 kq-a yaxın məişət tullantısı yaradır. 6. Çirkli suların axıdılması problemi. İri şəhərlərdə istifadə olunmuş suların hara axıdılması problem sayılır. Adətən, dəniz və çay sahilində yerləşən şəhərlərdə belə sular kanalizasiyalar vasitəsilə oraya axıdılır. 7. İçməli su problemi. Bakı şəhərində içməli su çatışmazlığı daim mövcud olmuşdur. Hazırda şəhərin suya olan tələbatı xeyli uzaqda yerləşən su mənbələri – Şollar düzənliyindəki, Oğuz və Qəbələ rayonlarındakı yeraltı sular, Kür və Samur çayları hesabına ödənilir. Bu sular şəhərə kanallar və su kəmərləri ilə gəlir. İçməli suların təmizlənməsi və təhlükəsizliyi xüsusi nəzarət tələb edir. 8. Böyük şəhərlərdəki problemləri müxtəlif yollarla həll etmək mümkündür. 9. Şəhərdə tıxacları aradan qaldırmaq məqsədilə yollarda körpü və tunellər tikilir. Avtobusların hərəkəti üçün xüsusi yol ayrılır. Sərnişinlərin elektron biletlərdən istifadəsi avtobusların dayanacaqlarda yubanmasının qarşısını alır. Yeni metro stansiyalarının açılması şəxsi avtomobillərdən istifadəyə tələbatı azaldır. 10. İri şəhərlərdə mənzil problemini aradan qaldırmaq üçün, adətən, hündürmərtəbəli yaşayış evləri tikilir. 11. Məişət tullantısı probleminin həll edilməsi üçün tullantı emalı zavodları tikilir. Plastik, kağız və metal tullantıları təkrar emal üçün ayırd edilir, qalan zibillər isə yandırılır. Problemin həll yollarından biri də əhalinin bu zibilləri uyğun qablara atmasıdır. Cərimələri artırmaq və nəzarəti gücləndirməklə də küçələrə atılan zibilin qarşısını almaq mümkündür; məsələn, Sinqapurda küçəyə zibil atanları 1000 dollar cərimə gözləyir. 12. Çirkli suları dənizlərə və çaylara axıtmazdan əvvəl təmizləmək mümkündür. **1) Mətnə əsasən böyük şəhərlərdə olan problemlər sırasında verilə bilməz.** A) İçməli su problemi B) Yaşayış yeri problemi. C) İstifadə olunmuş suyun hara axıdılması problemi. D) Radioaktiv maddələrin yaratdığı problem. **2) Mətnə əsasən səhv fikirdir.** A) Müxtəlif yerlərdən gətirilən içməli sular vasitəsilə Bakıda içməli su çatışmazlığı problemi həll olunmuşdur. B) Şəhərdə orta hesabla hər adam bir gün içində 1 kq məişət tullantısı yaradır. C) 1970-ci ildən sonra keçən 49 il ərzində Bakı əhalisinin sayı 1 milyon nəfərdən çox artmışdır. D) Böyük şəhərlərdə bir sıra ekoloji problemlər var. **3) Mətnə əsasən insanlar nə üçün böyük şəhərlərə axın edirlər?** A) Şəhərlərdə çoxmərtəbəli binalar tikilir. B) Mütəxəssislər şəhərlərdə yaranan problemlərin həlli üçün çalışırlar. C) Təhsil üçün əlverişli şərait var. D) İş yeri tapmaq asandır. **4) Mətndən 5-ci hissəni çıxarsaq, onunla bağlı daha hansı hissəni çıxarmalıyıq?** A) 1 B)2 C) 9 D) 10 E) 11 **5) Hansı cümlədə mətndə tünd-qara hərflə verilmiş söz mətndəki mənasında işlənmişdir?** A) Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi. B) Borunu dəyişmək lazımdır, yoxsa yenə tıxac bağlayacaq. C) Maşınlardan küçədə tıxac əmələ gəlmişdi. D) Ağzı tıxaclı litrlik şüşəni pəncərə qabağına qoydu. **6) Mətni məzmununa əsasən 2 yerə bölsək, o hissələri adlandırmaq üçün ən uyğun olan adları seçin.** a) Məişət tullantıları problemi b) Böyük şəhərlərə insan axını c) Böyük şəhərlərdəki problemlər d) Çoxsaylı binaların tikilməsi e) Problemləri həlli yolları f) Zibil atanlara çərimə yazılması A) I-c, II-e B) I-a, II-f C) I-d, II-e D) I-b, II-d **7) Boş xanaları doldurun.** | Səbəb | Əhalinin sayının tikilən binalardan çox olması | Nəticə | |---|---|---| | | | 1. Nəqliyyatda tıxac problemi | | | 2. Avtomobil sayının tikilən yollara nisbətən sürətlə artması | | A) 1-Məişət tullantıları problemi, 2-Avtomobil sayının tikilən yollara nisbətən sürətlə artması B) 1- Avtomobil sayının tikilən yollara nisbətən sürətlə artması, 2-Mənzil problemi C) 1- Mənzil problemi, 2- Avtomobil sayının tikilən yollara nisbətən sürətlə artması D) 1- İçməli su problemi, 2- Avtomobil sayının tikilən yollara nisbətən sürətlə artması **8) Mətnə əsasən hansı fikir doğrudur?** A) Böyük şəhərlərdəki problemləri həll etmək mümkün deyil. B) Bakı Xəzərin sahilində olduğu üçün tullantı sular problemi yoxdur. C) Bakının içməli su ilə bağlı problemləri həll edilərkən bəzi rayonlar bundan ziyan görə bilər. D) İri şəhərlərdə insan sayı yalnız kəndlərdən gələnlər hesabına artır. **9) Mətnə əsasən hansı problemin həlli üçün cərimələrdən istifadə oluna bilər?** A) Nəqliyyatda tıxac problemi B) Mənzil problemi C) Məişət tullantısı problemini D) İçməli su problemi **10) Mətnə əsasən uyğunlaşdırın.** 1) Nəqliyyatda tıxac problemi 2) Mənzil problemi 3) Məişət tullantıları problemi 4) Çirkli sular problemi a) əvvəl təmizlənsin b) tullantı emalı zavodları tikilsin c) hündürmərtəbəli evlər tikilsin d) körpü və tunellər tikilir A) 1-c, 2-d, 3-b, 4-a B) 1-d, 2-c, 3-b, 4-a C) 1-d, 2-c, 3-a, 4-b D) 1-b, 2-c, 3-a, 4-d **11) İçməli su problemi ilə bağlı səhv fikir?** A) Həlli üçün şəhər kənarındakı qaynaqlara müraciət olunur. B) Şəhərə kanallar və su kəmərləri ilə gətirilir. C) İçməli suların təhlükəsizliyi ilə bağlı problem yoxdur. D) Bakının içməli su probleminin həllində yeraltı sular mühümdür **12) Altından xətt çəkilmiş cümlə ilə bağlı doğru fikirdir?** A) Dövlət şəxsi avtomobillərə qarşıdır. B) Tıxac probleminin həllinə köməkdir. C) Bu təcrübəsiz sürücülərə görə tətbiq olunur. D) Şəxsi avtomobillərin sayı durmadan çoxalır. **13) Mətnin 11-ci hissəsi ilə bağlı doğru cavabı seçin** A) Zaman şəkilçili bütün feillər indiki zamandadır. B) Məsdər işlənməmişdir. C) Bu hissənin 1-ci cümləsində düzəltmə söz yoxdur. D) Bu hissədəki bütün isimlər ümumidir. **14) Üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənalıdır?** A) 1,3 B) 1,5 C) 1,2 D) 2,4 E) 4,5 **15) Altından xətt çəkilmiş frazeoloji birləşmənin izahını seçin.** A) vaxtını səmərəsiz yerə sərf etmək. B) zamandan bəhrələnmək C) fikrini başqa tərəfə yönəltmək D) niyyətini həyata keçirmək **CƏNNƏTDƏ SÖHBƏT** Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki, cənnətdədir və iki mələyin söhbətini eşidir. Mələklərdən biri o birindən soruşur: - Bu il müqəddəs şəhərə neçə ziyarətçi gəlmişdi? İkinci mələk cavab verir: - Builki ziyarətçilərin sayı altı yüz min nəfər idi. Birinci mələk: Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu? İkinci mələk: - Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də, onun ziyarəti qəbul olundu. Çəkməçi ayaqqabı tikmək və təmir etməklə məşğul olan adamdır. Onun qazandığı savab altı yüz min ziyarətçinin arasında bölüşdürüldü. Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır. Əli Müfiq göz yaşı içində deyir: - Çox çətinliklə, çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır idim ki, qonşularımın ac olduğunu gördüm. Topladığım qəpiklərimi qonşularım arasında bölüşdürdüm, Məkkəyə ziyarətə getməkdən vaz keçdim. **16) Mətnə əsasən doğru fikri seçin.** A) Mələklər Əbd Mübarəkə çəkməçini tapmasını tapşırırlar. B) Məkkəyə gedənlərdən yalnız çəkməçinin ziyarəti qəbul olub. C) Çəkməçi ziyarət üçün 350 qəpik yığmışdı. D) Xəbəri eşidən çəkməçi sevincdən gülür. **17) Çəkməçi haqqında səhv fikri seçin.** A) Bağdadda yaşayır. B) Ziyarət üçün pulu çox əziyyətlə toplamışdı. C) Topladığı pulu qonşusuna verir. D) Fədakar insandır. **18) Doğru fikri seçin.** A) Əbd mübarəkin nitqindən aydın olur ki, builki ziyarətə 6 yüz min nəfər gedib. B) Mələklər çəkməçini cənnətlə müjdələyirlər. C) Çəkməçinin qonşuları kasıb idi. D) Mətndəki obrazlardan tək çəkməçi ziyarətə getmək istəyirdi. **19) Altından xətt çəkilən cümlədən aydın olur ki** A) Məkkəyə ziyarətə getmək düz deyil B) Niyyət əməldən önəmlidir. C) Çəkməçidən başqalarının ziyarəti qəbul olmayıb. D) Çəkməçilərin qəlbi təmiz olur. **20) Mətnin məzmununa uyğun olmayan cümlənin ilk sözü** A) Əbd B) Çəkməçi C) Məkkə D) Mələk **21) Sual işarəsinin yerinə hansı variant yazıla bilər?** Əbd Mübarək **_?_** Əli Müfiq A) Yuxu görür. B) Ziyarətə getmək istəyir C) Ağlayır D) Zəhmətkeş idi **22) Mətnə uyğun gələn atalar sözünü seçin.** A) Qonşu muncuğunu götürən onu ancaq gorda taxar. B) Ev alma, qonşu al. C) Qonşum sağ olsun, ocağından od verməsin. D) Qonşu paxıl olmasa, bağ çəpəri neylər?! **23) Mətnin əsas hissəsinə aid müəllifin sözünü seçin.** A) Cənnətdədir və iki mələyin söhbətini eşidir. B) Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu? C) Yuxusunu ona danışır. D) Məkkəyə ziyarətə getməkdən vaz keçdim. **24) Tünd-qara hərflə verilmiş frazeoloji birləşmənin sinonimini ola bilməz.** A) fikrindən daşınmaq B) fikrindən dönmək C) imtina etmək D) əl çəkmək E) əl çəkmək **25) Altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənada işlənmişdir.** A) Öz gözü ilə görüb. B) Nə vaxtdır onu görmürəm. C) Müəllimi görməyə getdi. D) Mən burada pis niyyət görmürəm.