Document Details

ManageableEnglishHorn1396

Uploaded by ManageableEnglishHorn1396

Tags

İKT təhsil informasiya texnologiyalar

Summary

Bu sənəd Azərbaycanda İKT-nin təhsildə rolu və informasiya texnologiyalarının təhsil sistemində tətbiqini əhatə edir. Sənəd İKT-nin təhsil sistemindəki fərqli istifadə variantlarını araşdırır və müasir təlim-tədris metodları ilə bağlı mülahizələrini əks etdirir.

Full Transcript

![](media/image2.jpeg) **\ ** **Mündəricat** {#section.TOCHeading} [**Giriş** 3](#giri%C5%9F) [**İKT nədir?** 4](#ikt-n%C9%99dir) [**İKT-nin təhsil, təlim və tədrisdə rolu.** 6](#ikt-nin-t%C9%99hsil-t%C9%99lim-v%C9%99-t%C9%99drisd%C9%99-rolu.) [**İKT-nin Tarix fənninin tədrisində rolu.** 11]...

![](media/image2.jpeg) **\ ** **Mündəricat** {#section.TOCHeading} [**Giriş** 3](#giri%C5%9F) [**İKT nədir?** 4](#ikt-n%C9%99dir) [**İKT-nin təhsil, təlim və tədrisdə rolu.** 6](#ikt-nin-t%C9%99hsil-t%C9%99lim-v%C9%99-t%C9%99drisd%C9%99-rolu.) [**İKT-nin Tarix fənninin tədrisində rolu.** 11](#ikt-nin-tarix-f%C9%99nninin-t%C9%99drisind%C9%99-rolu.) [**İKT-nin Coğrafiya fənninin tədrisində rolu.** 12](#ikt-nin-co%C4%9Frafiya-f%C9%99nninin-t%C9%99drisind%C9%99-rolu.) [**Nəticə:** 13](#n%C9%99tic%C9%99) [**Ədəbiyyat siyahısı:** 14](#%C9%99d%C9%99biyyat-siyah%C4%B1s%C4%B1) **\ ** **Giriş** ========= Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar. Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur.  Respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülmüşdür. 2004-cü ildə «Poçt rabitəsi haqqında», «Elektron imza və elektron sənəd haqqında», 2005-ci ildə «Telekommunikasiya haqqında», «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı» («Elektron Azərbaycan») təsdiq edilmişdir. Gənclərin yüksək intellektə sahib olması, dünyada baş verən yeniliklərə və elmə malik olması üçün ümumtəhsil məktəblərinin kompüterləşməsi layihəsi həyata keçirilməkdədir.  Ölkəmizdə enerji sahəsindən sonra informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür.  **İKT nədir?** ============== İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) məlumatların yığılması, sistemləşdirilməsi, emalı və ötürülməsi üçün istifadə olunan texnologiyalara verilən ümumi termindir. İKT deyəndə təkcə kompüterlər deyil, həmçinin müxtəlif texniki vasitələr də nəzərdə tutulur: firma və şirkətlərdə istifadə olunan texniki avadanlıqlar, kalkulyatorlar, müxtəlif kabellər, elektron lampalar, səsgücləndirici aparatlar, joystiklər, İP telefonlar, audio və video aparatları və bu kimi digər texniki vasitələr. İnformasiya Texnologiyaları (İT) elektron avadanlıqların, xüsusilə kompüterlərdə məlumatların yığılması, seçilməsi və göndərilməsinin öyrənilməsi və istifadəsi üçün olan texniki vasitələrdir. İT texnologiya əsri adlanır və bu gün həyatımızda mühüm yer tutur. Bu, onlayn alış-veriş, öyrənmək, həkimə getmək, bankçılıq və çöldə yemək də daxil olmaqla, demək olar ki, hər bir fəaliyyətimizə təsir edir. Rabitə texnologiyası isə mesajların sürətlə ötürülməsinə imkan verir.  İnformasiya Texnologiyalarının əhəmiyyəti kompüter və kommunikasiya texnologiyalarının birgə istifadəsidir. Mikroelektronika və məlumatların ötürülməsi ilə yanaşı, faks maşınları, mobil telefonlar, kabel televiziyaları, kompüterlər, informasiya şəbəkələri və onlayn verilənlər bazalarını da əhatə edir. İnformasiya texnologiyalarının əhəmiyyəti ondan ibarətdir ki, insanlar öz bizneslərini özünəməxsus şəkildə inkişaf etdirmək imkanı əldə edirlər.  Bundan əlavə, insanların yaradıcılığını təkmilləşdirir və daha məhsuldar nəsillərin yaşaması üçün infrastruktur təmin edir.  Bundan əlavə, İnformasiya Texnologiyaları bizə əvvəllər öyrənilməmiş məlumatları öyrənməyə , hər bir vəziyyəti fürsətə çevirməyə imkan verir. İnternet insanlara ailələri və dostları ilə əlaqə saxlamağa, elektron cədvəllər və onlayn bankçılıq vasitəsilə maliyyələrini idarə etməyə imkan verir.  İnformasiya Texnologiyaları sayəsində məhsul və xidmətlər alıcılara vaxtında və səmərəli şəkildə çatdırıla bilir.  Nəticə daha çox satışla nəticələnən müştəri davranışının daha yaxşı başa düşülməsidir.  Bundan əlavə, İnformasiya Texnologiyaları maşın səhvlərini minimuma endirir.  Beləliklə, şirkətlər böyük miqdarda pula qənaət edə bilərlər.  Nəticədə, şirkət üçün ətraflı və dəqiq maliyyə gəlirinin olması sizə daha yaxşı resurs bölgüsü planı yaratmağa kömək edir. Kommunikasiya texnologiyaları (KT) məlumatların göndərilməsi, alınması və mübadiləsi prosesində istifadə olunur. Hazırda cəmiyyətin informasiyalaşdırılması, bütün müəssə və təşkilatların kompüterləşdirilməsi elmi-texniki tərəqqinin əsas istiqamətlərindən biridir. Belə ki, müasir dövrdə heç bir istehsalat və qeyri-istehsalat sahələrini kompütersiz təsəvvür etmək mümkün deyil. Kompüter həyatımızın bütün sahələrinə nüfuz edib. Kompüterlərdən müəssə və təşkilatlarda müxtəlif məqsədlər üçün istifadə olunur: riyazi; elmi-texniki məsələni həll etmək; texnoloji və təşkilati prosesləri idarə etmək; insanların informasiyaya olan tələbatını ödəmək; mürəkkəb situasiyalarda qərar qəbul emək üçün köməkçi vasitə kimi istfadə etmək; dünya və yerli informasiya şəbəkəsinə müraciət etmək; məişət məsələlərin həllini asanlaşdırmaq; müəyyən fənnlərin keyfiyyətini artımaq; bu və ya digər dillərin vizual şəkildə öyrənmək və s. Qeyd etdiyimiz kimi kompüterdən müxtəlif məqsədlər üçün istifadə olunur. Ona görə də kompüterdən istifadə etmək üçün onun imkanlarını, onunla işləmə qaydalarını və eləcə də həll olunan məsələlərin təyinatını, qoyuluşunu və həll üsullarını bilmək lazımdır. İnformasiyalaşdırma, kompüter, telekommunikasiya texnologiyalarının, eləcə də müasir informasiya sistemlərinin tətbiqi yeni kefiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını, eyni zamanda istifadəsini, demək olar ki, bütün sahələrdə təmin edir. Bu proses elmi sahələrdə də özünü qabarıq şəkildə büruzə verir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkişaf tempinin düşməsinə apara bilər. Bunun qarşısını isə yalnız ən yeni İKT-dən istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar. Hazırda Azərbaycanda elmi tədqiqat işlərinin ( ETİ ) informasiyalaşdırılması, elektron nəşrlər, bir çox elmi -- kütləvi, təhsil, mədəni -- maarif və s. tipli saytlar -- portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivlərı kompüterləşdirilmiş və internetə qoşulmuşdur. **İKT-nin təhsil, təlim və tədrisdə rolu.** =========================================== Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Hamı razılaşar ki, İKT savadı olmayan şəxsin bu gün dövlət və ya özəl sektorlarda perspektivli iş tapması yalnız təsadüf nəticəsində mümkündür. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompyuterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər. Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.  21-ci əsrdə insanı dolğun həyata, əmək fəaliyyətinə hazırlamaq üçün təhsil hansı rolu oynamalıdır, necə olmalıdır? Tamamilə aydındır ki, bu problemi yalnız ənənəvi tədris metodlarından istifadə etməklə həll etmək mümkün deyil, aşağıdakı imkanları təmin edə biləcək şəraitin yaradılması zəruridir və artıq yaradılmaqdadır:   \-   hər bir şagirdin fəal idrak prosesinə cəlb edilməsi; \-   müxtəlif problemləri həll etmək üçün birgə işləmək; \-   digər təhsil təşkilatlarından, regionlardan olan həmyaşıdları ilə geniş ünsiyyət; \-  müxtəlif məsələlər üzrə öz müstəqil əsaslandırılmış rəyini formalaşdırmaq üçün dünyanın informasiya mərkəzlərində lazımi məlumatlara sərbəst çıxış.   Hazırda informasiya mənbəyi kimi elektron vasitələrin daha çox istifadə olunduğu müasir informasiya-kommunikasiya texnologiyaları əsasında tədris prosesinin təşkili bu baxımdan xüsusi önəm kəsb edir. Ona görə ki, yeni informasiya texnologiyaları yeni pedaqoji texnologiyalara xas olan imkanları ən səmərəli şəkildə həyata keçirməyə imkan verəcəkdir.   Təlim və təhsilin nəticələrindən biri tələbələrin müasir kompüter texnologiyalarını mənimsəməyə hazırlığı və onların köməyi ilə əldə edilən məlumatları gələcək özünüidarə üçün yeniləmək bacarığı olmalıdır.  Bu məqsədlərə nail olmaq üçün müəllim təcrübəsində müxtəlif tədris strategiyalarının tətbiqi və ilk növbədə təhsil prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə zərurəti yaranır. Dərsdə İKT-dən istifadə dünyanın informasiya axınlarında naviqasiya bacarığını inkişaf etdirməyə, informasiya ilə praktiki işləmə üsullarını mənimsəməyə, müasir texniki vasitələrdən istifadə olunmaqla informasiya mübadiləsinə zəmin yaradan bacarıqları inkişaf etdirməyə imkan verir. Dərsdə İKT-nin istifadəsi izahlı-illüstrasiyalı tədris üsulundan şagirdin öyrənmə fəaliyyətinin fəal subyektinə çevrildiyi fəal üsula keçməyi şərtləndirir. Bu, tələbələr tərəfindən biliyin şüurlu mənimsənilməsinə kömək edir.   Hazırda müasir təhsilin qarşısında duran məqsəd və vəzifələr dəyişir, diqqət şagirdyönümlü təlimə keçir. Ancaq buna baxmayaraq, dərs tədris prosesinin əsas komponenti idi və qalır. Öyrənmə fəaliyyəti əsasən dərsə yönəlib. Təlimin keyfiyyəti təhsilin məzmunu, dərsin texnologiyası, onun təşkilati-praktik istiqaməti, ab-havası ilə müəyyən edilir, ona görə də tədris prosesində yeni pedaqoji texnologiyalardan istifadə etmək lazımdır.   İKT-dən istifadə müəllimi həcmli materialı konkretləşdirməyə, fikirlərini mümkün qədər qısa və yığcam şəkildə formalaşdırmağa, alınan məlumatları sistemləşdirməyə, onu qısa xülasə şəklində təqdim etməyə istiqamətləndirir. Şagirdlər müəllimin rəhbərliyi altında gələcəkdə onlara faydalı olacaq qeydlər aparmaq bacarığını da inkişaf etdirirlər. **Bundan əlavə, ümumilikdə tədris prosesində kompüterdən istifadə tələbələrə aşağıdakıları verir:**   \-        müstəqil yaradıcı fəaliyyət imkanlarının genişləndirilməsi; \-        özünü idarə etmək və öz səhvlərini düzəltmək bacarıqlarını aşılamaq; \-        koqnitiv qabiliyyətlərin və öyrənmə motivasiyasının inkişafı; \-       mürəkkəb materialı tez mənimsəmək bacarığı (dərsin keyfiyyəti və məzmunu köklü şəkildə dəyişir). **Təhsildə istifadə olunan texniki vasitələrə baxsaq, onların inkişaf mərhələlərinin aşağıdakı kimi olduğunu görərik:** a. Qara lövhə-təbaşir b. Kitab-dəftər, qələm c. Film, rəsm, slayd d. Radio, televiziya, video e. Kompüterlər f. Avtomatik sistemlər g. Telekommunikasiya **Öyrənmə mənbələri: ** - ***Ənənəvi:*** a. Mühazirələr b. Kitablar - ***İKT ilə:*** a. Kompüterlər b. Multimedia c. İnternet d. Mühazirələr e. Kitablar **İKT sizə sinifdə nümayiş etdirməyə imkan verir:**   - \- heyvanların, bitkilərin, məşhur insanların fotoşəkilləri və s.; - \- kitabların, xəritələrin və s.-nin skan edilmiş illüstrasiyaları; - \- diaqramlar və cədvəllər; - \- biliyi yoxlamaq üçün testlər, krossvordlar; - \- "Heyvanlar həyatı", "Ekoloji problemlər" və s. mövzularda video materiallar, - \-  audioyazılar "Heyvanların səsləri; - \-  foto və videoçarxların nümayişi zamanı musiqili müşayiət. **İnformasiya-kommunikasiya texnologiyalarından istifadənin tələbəyə təsiri necədir?** - \-        İKT mövzuya idraki marağı artırmağa kömək edir; - \-        İKT şagirdlərin fənn üzrə irəliləyişlərinin artmasına kömək edir; - \-        İKT tələbələrə yeni rolda özlərini ifadə etməyə imkan verir; - \-        İKT müstəqil məhsuldar fəaliyyət bacarıqlarını formalaşdırır; - \-        İKT hər bir tələbə üçün uğur situasiyasının yaradılmasına öz töhfəsini verir; - \- Qrup işlərinə və əməkdaşlığa kömək edir. **Təhsildə İKT-nin müəllimlər üçün üstünlükləri:** - Müəllimlər üçün eyni tapşırıqların müxtəlif yolla izah olunması vasitəsidir; - Hər bir şagirdin öyrənmə üslubuna diqqət yetirməyə kömək edir; - Dərsi daha yaxşı planlaşdırmaq və idarə etmək üçün çox gözəl vasitədir; - Tapşırıqlara daha əhatəli yanaşmağa imkan verir; - Müəllimlərin bürokratik yükünü azaldır. **İKT-nin ümumi üstünlükləri:** - Rəqəmsal resursların digərləri ilə bölüşdürülməsi (Google Drive kimi); - Çoxlu və geniş xidmətlərdən istifadə etmək (elektron kitabxanalar, internet jurnallar, e-kitablar və s.); - Elastiklik (məs. tapşırıqların anında deyil, 2 saat və yaxud da 1 gün sonra verilməsi); - İnam (müəllimin şagirdlərə inamı, yəni şagirdin istifadə etdiyi materialda plagiatın olmaması); - Daha sürətli əlaqə; - Daha ucuz olması. **Mümkün maneələr:** - Müəllimlərin pedaqoji biliklərinin azlığı və təlim metodlarını bilməməsi; - Öyrətmə resurslarını bilməməsi; - İKT resurslarına çıxış və onların etibarlılığını bilməməsi; - Müəllimlərin potensial İKT biliklərinin aşağı səviyyədə olması və ya ümumiyyətlə İKT bacarıqlarının olmaması. **Dərsdə İKT-dən necə istifadə etmək lazımdır?** - İstifadə olunan dərs materialı tələbənin yaş xüsusiyyətlərinə uyğun olmalıdır; - İKT dərsin lazım olan anında və lazım olan qədər istifadə olunmalıdır; - İnformasiyanın axtarışına mütləq tələbələrin özlərini cəlb etmək lazımdır; - ![](media/image4.png)İKT-nin istifadəsi ardıcıl olaraq 20 dəqiqədən çox davam etməməlidir, dərs boyunca 2-3 dəfə texnologiyalardan istifadə etmək məqsədəuyğundur. **İKT-nin təhsildə mənfi nəticələri:** - Diqqətin mövzudan uzaqlaşdırılması və yayındırılması; - Digər bacarıqların inkişafının azaldılması; - İnsan təmasını azaltması; - Şəxsi məlumatların oğurlanması; - Yanlış məlumatların istifadəsi və s. **İKT-nin Tarix fənninin tədrisində rolu.** ===========================================    Yalnız faktları əzbərləyən, heç bir bacarıq və vərdişə yiyələnməyən  şagird gələcəkdə çətin ki, cəmiyyətdə və ətrafında baş verən prosesləri düzgün qiymətləndirə bilsin. Müasir tədris prosesində hər şey fərqlidir: şagirdlər fikirlərini sərbəst şəkildə ifadə edir, düşündüklərini söyləyirlər. Müəllimlər  şagirdlərə esse yazmaq, hər hansı bir mövzu ilə bağlı mətn qurmaq tapşırarkən onların yalnız  dərsə deyil, ətraf mühitə, cəmiyyətə  yönəlmiş  münasibətlərinin  də  şahidi olurlar. Bütün digər fənnlərdə olduğu kimi tarix  fənnində də interaktiv təlim metodlarını geniş  tətbiq etmək  mümkündür. İKT-dən istifadə bu üsulları daha maraqlı edir. Çünki internetdə dərsi maraqlı edə biləcəyimiz çoxlu sayda resurslar var. Bildiyimiz kimi  uğurlu dərs onun kökləyici mexanizmindən- motivasiyasından asılıdır. Motivasiyanı qurarkən videoroliklərdən istifadə etmək olar. Müxtəlif slaydlar, söz oyunu, krassvordlar  şagirdlərin dərsə marağını artırır, dərsi və şagirdləri fəallaşdırır. Mövzuya aid tarixi bədii, sənədli və cizgi filmlərindən fraqmentlərin nümayişi şagirdlərə həmin prosesləri daha aydın anlamağa kömək edir. Məsələn 5-ci sinif dərsliyində Gəncə niyə Yelizavetpol adlandı? mövzusunun tədrisi zamanı Cavad xan filmindən kiçik bir fraqment, "Kitabi-Dədə Qorqud" -- yurdumuzun tarix salnaməsi mövzusunun tədrisi zamanı mövzuyla əlaqədar multfilmi  şagirdlərə təqdim etmək onlarda mövzularla bağlı  aydın təsəvvür yaradır. Tarix fənni venn dioqramı, səhnələşdirmə, klaster, müzakirə, debat kimi metodlardan geniş istifadəyə imkan verir. Rollu oyunlardan istifadə şagirdlərə çətin vəziyyətdən çıxmağı bacarmaq vərdişləri aşılayır, sərbəst olmaq bacarıqlarını  formalaşdırır. Məsələn: 5-ci sinifdə "Ağqoyunlu dövlətinin hökmdarı" mövzusunu tədris edərkən Sara xatun və II Mehmetin qarşılaşmasını, "Gəncə niyə Yelizavetpol adlandı" mövzusunda Cavad xan və Sisianovun məktublaşmasını kiçik səhnəciklər vasitəsi ilə canlandırırlar. Əlbəttə ki,  uşaqlar nə psixoloji cəhətdən, nə də ki,  bilik və bacarıq  qabiliyyətlərinə  görə eynidirlər. Nisbətən zəif  şagirdlər tədris  prosesinə  qoşula bilmir. Ancaq dərs bu cür təşkil olunarkən hər bir şagird belə yaradıcı prosesə  qoşula bilər. Dərs prosesi isə   uşaqlara  yorucu gəlməz. Dərsi yalnız sinif otağında deyil, keçilən mövzu ilə əlaqədar olaraq muzeydə, yaxud hər hansı bir abidənin yerləşdiyi məkanda da keçmək İKT sayəsində daha da maraqlı olar. **İKT-nin Coğrafiya fənninin tədrisində rolu.** =============================================== Bildiyimiz kimi, coğrafiyanın tədrisində ən vacib köməkçi vasitə xəritələrdir. Xəritəsiz coğrafiyanı təsəvvür etmək belə mümkün deyil. Hazırda məktəblər müxtəlif xəritələrlə təmin edilmişdir. Lakin dərs zamanı müəllimə və yaxud şagirdə elə xəritə lazım olur ki, həmin xəritə nə məktəbdə, nə də atlaslarda var. Bu halda yeganə çıxış yolu kompüter və internet resurslarıdır. Bu resurslardan istifadə etməklə istənilən xəritəni tapmaq və ya surətini çıxarmaq mümkündür. Məsələn, türk dünyasının coğrafiyası üçün məktəblərimizdə yalnız bir divar xəritəsi vardır. Dərslikdəki xəritələr  dolğun və aydın deyil. Kontur xəritələr isə ümumiyyətlə yoxdur. Belə olduqda müəllimin və şagirdlərin köməyinə internet resursları gəlir. Bunlardan ən başlıcası Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarıdır: *Google Earth, ArcGIS, QGIS, Mapbox* və s. 1\. Google Earth: Dünyanın hər hansı bir hissəsinin peyk şəkillərini görmək, həmçinin, coğrafi obyektləri araşdırmaq üçün istifadə olunur. 2\. ArcGIS: İrimiqyaslı xəritə və coğrafi məlumatların emalı üçün professional coğrafi informasiya sistemidir. 3\. QGIS: Xəritələrin yaradılması və coğrafi analiz üçün geniş funksionallığa malikdir. 4\. Mapbox: Xəritələr yaratmaq və vizuallaşdırmaq üçün onlayn platformadır. Coğrafiya təbiətlə çox bağlıdır. Şagirdlərə hər dərsdə müəllim tərəfindən müxtəlif təbiət obyektləri və hadisələri haqqında çoxlu məlumatlar verilir. Yəni, coğrafi obyektin xarici görünüşü, onun elementləri, dinamikası və s. Çox vaxt  şifahi və ya yazılı şəkildə verilən bu anlayışlar şagirdə aydın olmur və onu heç cür öz təxəyyüllərində canlandıra bilmirlər. Bunun yeganə çıxış yolu vizual və audio-vizual görüntüdür. Yəni fotolar, videolar, kompüter qrafikası və s. Dərsliklərdə müəyyən fiziki-coğrafi obyektlərin fotoşəkilləri yerləşdirilmişdir. Lakin bu çox azdır. Məsələn, şagirdlər üçün bedlend, dağ buzlağı, çayın hissələri, meandr, kanyon, şahid dağ, atoll, ekzogen mənşəli relyef formalarının bir çoxu və s. kimi obyektləri vizual olaraq görmədən onların necə olduğunu qavramaq çox çətindir. Coğrafiyanın tədrisində kompüter proqramlarında (məsələn, PowerPoint, Word, Excel, Point və s.) hazırlanmış təqdimatların da əhəmiyyəti böyükdür. Bu təqdimatlar müəllim tərəfindən hazırlanaraq hər hansı bir mövzunun izahı zamanı və yaxud digər məqsədlə istifadə oluna bilər. Təqdimatları, həmçinin, şagirdlər müəllimin tapşırığının nümayişi və ya öz aralarında informasiya mübadiləsi və müzakirə üçün istifadə edə bilərlər. **Nəticə:** =========== Daim yeniləşən və dəyişən bir dünyada hər bir müəllim İKT-dən istifadə etməyə çalışır. Çünki dövrümüzün başlıca tələbi budur. Bu sahədə çalışıb biliklərimizi dərinləşdirməklə, əməkdaşlığımızı genişləndirməklə bir çox nailiyyətlərə imza ata, bu yolda uğur qazana bilərik. Təkcə texnologiyaların deyil, müəllimin şəxsi bacarıq və keyfiyyətləri əsasında əməyinin sayəsində cəmiyyət inkişaf edir, gələcəyə addımlayır. Bir şeyi də unutmayaq ki, əslində möcüzələri kompüterlər yox müəllimlər yaradır. Təhsilin səviyyəsini yüksəldən hər bir texnologiya müəllimə az öyrətmək, şagirdə isə çox öyrənmək imkanı verir. **Ədəbiyyat siyahısı:** ======================= 1. ========================================== 2. 3. 4. 5. 6. 7.

Use Quizgecko on...
Browser
Browser