Azərbaycan dilində işgüzar və akademik kommunikasiya İmt.sualları-Kommunikasiya PDF

Summary

This document contains examination questions for the subject "Business and academic communication in Azerbaijani". The questions cover various aspects of communication, including levels, types of communication, and communication strategies.

Full Transcript

İmtahan sualları Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu 1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əhəmiyyəti 1. Aşağıda verilən fikirlərdən biri “Azərbaycan dilində işgüzar və akademi...

İmtahan sualları Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu 1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əhəmiyyəti 1. Aşağıda verilən fikirlərdən biri “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əsas vəzifələrindən biri deyil? A. Azərbaycan dilinin qrammatikasını öyrənmək B. Səmərəli ünsiyyət qurmaq, onu qorumaq C. Qrup işində qarşılıqlı əlaqə qurmaq, yüksək nəticələr əldə etmək bacarığını aşılmaq D. Komandada əlvərişli iqlim, mühit yaratmaq E. Ünsiyyətdə böyük məmnunluq hissini yaratmaq 2. Ünsiyyət anlayışının neçə səviyyəsi vardır? A. 3 B. 1 C. 4 D. 5 E. 2 3. “Fərdin psixoloji durumunu təyin edən səviyyə” söhbət ünsiyyətin hansı səviyyəsindən gedir? A. Mikro səviyyə B. Maksimal səviyyə C. Yuxarı səviyyə D. Orta səviyyə E. Ən yüksək səviyyə 4. Kommunikasiya şərti olaraq neçə mərhələyə bölünür? A. 5 B. 3 C. 1 D. 6 E. 2 5. Kommunikasiyada birinci mərhələ necə adlanır? A. İnformasiya mübadiləsinin başlanğıcı B. Dekodlaşdırma C. İdeyaların sözdə, simvollarla təcəssümü D. Əks-əlaqə mərhələsi E. İnformasiyanın seçilmiş rabitə kanalları vasitəsilə ötürülməsi 6. Kommunikasiya prosesinin əsas funksiyalarından biri deyil? A. Siqnifikativ B. İnteraktiv C. Ekspressiv D. Perseptiv E. İnformasiyaverici 7. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnini hərtərəfli öyrənmək üçün istifadə olunan metodlardan biri deyil? A. Fizioloji B. Müşahidə C. Təcrübi D. Modelləşdirmə E. Test 8. Verilən nümunələrdən biri ünsiyyətin strategiyalarına aid deyil? A. Formal ünsiyyət B. Açıq-qapalı ünsiyyət C. Rollu-şəxsiyyətli ünsiyyət D. Monoloji E. Dialoji 9. Kommunikasiya ilə bağlı səhv fikirləri müəyyən edin. A. Kommunikasiya yalnız fərdi subyektlər-insanlar arasında baş verir B. Kommunikasiya informasiya prosesidir, o təkcə insanlarla yox, texniki vasitələrlə də aparıla bilər C. Kommunikasiya süni dillərlə də aparıla bilər D. Kommunikasiyada əsas nitq forması monoloqdur E. Kommunikasiyada nitqin verbal və qeyri-verbal formalarından istifadə olunur 10. İşgüzar kommunikasiya haqqında deyilən fikirlərdən biri səhvdir? A. İşgüzar kommunikasiya informasiyanın ötürülməsidir, o, birtərəflidir- monoloqludur B. İşgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir, ikitərəflidir-dialoqludur C. İşgüzar kommunikasiya yalnız fərdi subyektlər-insanlar arasında baş verir D. İşgüzar kommunikasiyada əsas effektivlik tərəf-müqabillərinin bir- birbirini anlamasıdır E. İşgüzar kommunikasiyada ünsiyyət zamanı cavab reaksiyası əsasdır Mövzu 2. Qloballaşma şəraitində Azərbaycan dilinə dövlət qayğısı 1. Bir dilin sıradan çıxmasına səbəb göstərilən faktlara aid deyil A. Xilasetmə tədbirləri B. Qüdrətli dövlət amilinin əksikliyi C. İnformasiya mühitinin qapalılığı D. İKT-nin və İnternetin sürətlə inkişafı nəticəsində virtual məkanda multidildən monodilə keçid E. Hegomon dillərin “kiçik xalqların” dilini sıxışdırması 2. Yuneskonun təşəbbüsü ilə “Beynalxalq ana dili günü” hansı tarixdən qeyd olunur? A. 2000-ci il, 21 fevral B. 2001-ci il, 18 iyun C. 2001-ci il, 4 iyul D. 2001-ci il, 9 avqust E. 2002-ci il, 30 sentyabr 3. 18 iyun 2001-ci ildə qəbul olunmuş “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda hansı məsələlərin həlli əsas tutulmuşdur? 1. Azərbaycan Respublikası Prezdenti yanında Dövlət Dil Komissiyasının yaradılması 2. “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edilməsi 3. Qloballaşma şəraitində Azərbaycan dilinə dövlət qayğısının artırılması 4. Orta və ali məktəblərdə Azərbaycan dilinin müasir standartlara cavab verən tədris işinin təşkil olunması 5. Kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq sahəsində Azərbaycan ədəbi dilindən istifadə olunması A. 1,4,5 B. 1,3,4 C. 2,4,5 D. 2,3,4 E, 1,2,5 4. “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edilməsi haqqında fərman nə zaman imzalandı? A. 2001-ci il, 9 avqust B. 2002-ci il, 30 sentyabr C. 2001-ci il, 4 iyul D. 2000-ci il, 21 fevral E. 2004-cü il, 12 yanvar 5. 2012-ci il mayın 23-də təsdiqlənən “Dövlət Proqramı”nda dil ilə bağlı hansı məsələlərin həlli əsas tutulmuşdur? 1. Azərbaycan Milli Ensiklopediyasının nəşri 2. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması 3. Ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılması 4. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 5. Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsi A. 2,3,5 B. 1,2,3 C. 2,4,5 D. 1,3,5 E. 1,4,5 6. Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Fərmanı” nə zaman imzaladı? A. 2018-ci il, 1 noyabr B. 2012-ci il, 23 may C. 2001-ci il, 9 avqust D. 2004-cü il, 12 yanvar E. 2001-ci il, 4 iyul 7. 2002-ci il 30 sentyabr tarixində qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda ana dili sahəsində yerinə yetirilməli olan əsas vəzifələr hansılar idi? A. Ana dilinin inkişaf proqramının hazırlanması B. Latın qrafikasına keçidin sürətləndirilməsini C. Beynalxalq ana dili gününün təsis olunmasını D. Dil Komissiyasının yaradılmasını E. Milli Ensiklopediyaların nəşri 8. “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edilməsi haqqında fərman kim tərəfindən imzalanmışdır? A. Heydər Əliyev B. İlham Əliyev C. Nəriman Nərimanov D. Kamran Bağırov E. Ayaz Mütəllimov Mövzu 3. Azərbaycan ədəbi dilinin üslubları 1. Funksional üslubların yaranmasına və formalaşmasına təsir göstərən amilər sırasında verilə bilməz A. Milli mənsubluq B. Milli ənənə C. Dil siyasəti D. Milli mədəniyyət E. Dövlət quruluşu 2. Milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, olduqca müxtəlif mövqe və maraqları əks etdirir. Söhbət hansı üslubdan gedir? A. Publisistik üslub B. Bədii üslub C. Elmi üslub D. Məişət üslubu E. Rəsmi-işgüzar üslub 3. Verilmiş nümunə hansı üsluba aiddir? Maddə 21. Dövlət dili I Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini təmin edir. (Azərbaycan Respublikasının Konstitusiyasından) A. Rəsmi B. Elmi C. Publisistik D. Bədii E. Fərdi 4. “Bu üslub insanların gündəlik həyatdakı danışıq tərzini, ailədəki, istehsalatdakı ünsiyyət dilini əhatə edir. Bu üslubun əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir” Söhbət hansı üslubdan gedir? A. Məişət B. Bədii C. Elmi D. Fərdi E. Epistolyar 5. Sxem, qrafik və şərti işarələrdən daha çox hansı üslubdan istifadə olunur? A. Elmi B. Rəsmi-işgüzar C. Məişət D. Publisistik E. Bədii 6. Aşağıda verilən mikroüslublardan biri elmi üslub üçün xarakterik deyil A. Siyasi-diplomatik üslub B. İctimai elmlər üslubu C. Təbiət elmləri üslubu D. Elmi-tədris üslubu E. Elmi-kütləvi üslub 7. Hansı funksional üslubda fərdi dil xüsusiyyətlərinə, demək olar ki, təsadüf olunmur? A. Rəsmi-işgüzar B. Elmi C. Bədii D. Məişət E. Publisistik 8. “...........” dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu nəzərdə tutulur: A. Üslub B. Ədəbi dil C. Termin D. Poetizm E. Fərdi üslub 9. Uyğunsuzluğu müəyyən edin. A. Məişət üslubu-məntiqlilik, mücərrəd fikirlərdən istifadə B. Bədii üslub-emosionallıq, obrazlılıq C. Rəsmi-işgüzar üslub-dilin maksimum mükəmməlliyi, fikrin tam aydınlığı, birmənalılığı D. Elmi üslub-dəqiqlik, ardıcılllıq, konkretlik E. Publisistik üslub-fikrin hamı tərəfindən anlaşılması, aydın və təsirli şəkildə ifadə olunması 10. Aşağıda verilən üslublardan birinə şəxsi yazışma üslubu da deyilir A. Epistolyar üslub B. Fərdi üslub C. Danışıq üslubu D. Elmi üslub E. Poetik üslub 11. Biri epistolyar üslubun janrları sırasında verilə bilməz A. Qısa məktublar B. Açıq məktublar C. Ailə-məişət məktubları D. Rəsmi məktublar E. Dostluq məktubları 12. Epistolyar məktubların tərkibi, əsasən, neçə komponentdən ibarət olur: A. 3 B. 2 C. 6 D. 5 E. 4 13. Fikirlərdən biri epistolyar üslubun dil əlamətlərinə aid deyil A. Kitab leksikasından və kargüzarlığa məxsus terminlərdən istifadə olunması B. Hadisənin I şəxs tərəfindən nəql edilməsi və buna müvafiq I şəxs əvəzliyinin işlənilməsi C. Nəzərdə tutulan adresata müraciət və II şəxs əvəzliyinin tək və ya cəminin varlığının mövcud olması D. Tərkiblər və söz birləşmələləri kimi dil vahidlərinin, xüsusən məktubların əvvəlində və sonunda özünü göstərən (ştamplar) standartların olması E. Müxtəlif quruluşlu xitabların işlənməsi 14. Rəsmi funksional üslub neçənci əsrdə formalaşmağa başlamışdır? A. XIX əsrdə B. XVI əsrdə C. XX əsrdə D. XVIII əsrdə E. XXI əsrdə 15. Biri ədəbi danışıq üslubunun janrları sırasında verilə bilməz: A. Nota B. Çıxış C. Məruzə D. Mühazirə E. Söhbət 16. Azərbaycan ədəbi dilinin hansı üslubu müəyyən zamanlarda ədəbi dili əvəz etmişdir? A. Bədii B. Fərdi C. Məişət D. Publisistik E. Rəsmi-işgüzar 17. Üslubiyyatla bağlı yanlış fikir hansıdır? A. “Üslub” anlayışı ilə müqayisədə “Üslubiyyat” daha geniş məzmun daşıyır B. Fərdi üslub bəzən bir qrup şair və yazıçıya aid ola bilir C. Üslublar fərdi və ictimai baxımdan özünü göstərir D. Üslub-dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur E. Üslubiyyat dilçilik anlayışıdır 18. Məntiqi ardıcıllığı tamamlaya bilən nümunəni müəyyən edin. Konstitusiya, tərcümeyi-hal, fərman,..... A. Xasiyyətnamə B. Abidə C. Qanun D. Sərəncam E. Müddəa 19. Biri işgüzar sənəddir: A. Reklam B. Prezdentin fərmanı C. Konstitusiya D. Nazirin əmri E. Hökumətin sərəncamı 20. Rəsmi sənədlər haqqındakı fikirlərdən biri səhvdir: A. Həcmcə böyük və ya kiçik olmasına baxmayaraq, rəsmi sənədlərdə dil yığcamlığı əsas şərt deyil B. Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olub, eyni zamanda tarixi əhəmiyyət daşıyır C. Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanaraq müxtəlif səviyyələrdə müzakirə olunur D. Rəsmi informasiyanı düzgün çatdırmaq üçün bu sənədlər quruluşca müəyyən bölmələrə ayrılır E. Rəsmi sənədlərə dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada təsdiq olunan sənədlər aid edilir 21. Verilənlər içərisində hansı üslubun xüsusiyyəti yoxdur? 1. Aydın və anlaşıqlı 2. Dialektüstü nitq forması 3. Modallıq bildirən söz və ifadələr çox işlənilir 4. Varvarizm və vulqar sözlər işlədilə bilir A. Rəsmi-işgüzar üslub B. Publisistik C. Elmi D. Bədii E. Məişət 22. Avropanın bir çox televiziya kanallarında İlham Əliyev haqqında yayımlanan reportajlar hansı üsluba aiddir? A. Publisistik B. Fərdi C. Epistolyar D. Elmi E. Bədii 23. Verilənlər içərisində hansı üsluba aid xüsusiyyətlər yoxdur: 1. Aydınlığa, anlaşıqlığa xüsusi diqqət yetirilir 2. Sərbəstlik və təbiilik əsasdır 3. Düstur və qrafiklərdən istifadə olunur 4. Standart formalar əsasdır A. Bədii B. Publisistik C. Məişət D. Elmi E. Rəsmi-işgüzar 24. Nümunələrdən birində elmi üslubun xüsusiyyəti özünü göstərir: A. Yarpaqlara yaşıllıq verən xlorofil dənəcikləridir B. Məktəblilər bu xəbəri böyük sevinclə qarşıladılar C. Havanın belə gözəl olması uşaqları sevindirdi D. Bu gün Bakı yenə də küləkli idi E. Firəngiz Babayeva idarəyə rəhbər təyin edildi 25. Hansı xüsusiyyət məişət üslubu üçün səciyyəvidir? A. Təbiilik, sərbəstlik B. Aydınlıq, dəqiqlik C. Mücərrədlik, qismən dəqiqlik D. Məcazilik, obrazlılıq E. Vulqarizm və varvarizmlərdən istifadə Mövzu 4. Kommunikasiya mədəniyyəti və müraciət formaları 1. Nitq etiketləri haqqında deyilən fikirlərdən biri səhvdir: A. Nitq etiketlərinin formalaşmasında işgüzar münasibətlərə daxil olmuş tərəfdaşların sosial statusu, peşəsi, milliyyəti, dini, yaşı, cinsi, xarakteri kimi amillər nəzərə alınmır B. Nitq etiketinə sahib olmaq nüfuz qazanılmasına kömək edir, inam və hörmət yaradır C. Nitq etiketləri xalqın milli mədəniyyətinə, təfəkkürünə uyğun olur D. Nitq etiketləri nitq mədəniyyətinin mühüm bir göstəricisi sayılır E. Bəzi nitq etiketləri minilliklər boyu sabit qalır, bəziləri müəyyən dövrdə işlənib sonra ünsiyyətdən çıxır 2. Aşağıda göstərilən etiketlər biri nitq etiketlərinə aid ola bilməz: A. Cavab etiketləri B. Ayrılma etiketləri C. Təbrik etiketləri D. Alqışlar E. Görüşmə etiketləri 3. Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün tələb olunan xüsusiyətlərə aid edilə bilməz: A. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyə də bilər B. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır C. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə razılaşmalıdır D. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri nəzərdən keçirilməlidir E. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir 4. Müraciət formaları haqqında deyilən fikirlərdən biri səhvdir: A. Nitq prosesində mühəndis, fermer, dekan kimi adlar təklikdə müraciət forması kimi işlədilir. B. Ünsiyyət prosesində yaşca böyük adamlara, vəzifə sahiblərinə, tanış olmayanlara, qadınlara “siz” deyə müraciət olunur C. Müraciətlərdən televiziya, radio verilişlərində də istifadə olunur D. Müraciət formalarından düzgün və yerində istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir E. Nitqdə hörmət əlaməti olaraq cənab, cənablarına,zati-aliləri kimi yeni müraciət formaları da işlənilir 5. Müsahibin nitqinə hansı hallarda müdaxilə etmək olmaz? A. Müsahib mövzu ilə bağlı yeni faktlar, məlumatlar danışdıqda B. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə C. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda D. Məlum olan əşya və ya hadisə barədə danışıldıqda E. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda 6. Biri təbrik etiketlərinə aid deyil: A. Allah köməyiniz olsun! B. Mübarəkdir! C. Təbrik edirəm! D. Gözünüz aydın! E. Xeyirli olsun! 7. Biri görüşmə etiketlərinə aiddir A. Xoş gördük! B. Xudahafiz! C. Mübarəkdir! D. Əlvida! E. Təbrik edirəm! 8. Sadalanan xüsusiyyətlərdən biri ünsiyyət prosesində natiqin xarici görünüşünə xas xüsusiyyət deyil: A. Natiqin çıxış zamanı natiqin vulqar geyiminə yol verilə bilər B. Natiqin geyimi auditoriyaya uyğun olmalıdır C. Qadınlar cəlbedici bəzək əşyalarından istifadə etməməli D. Hər cür şəraitdə natiqlər vulqar geyimlərdən uzaq durmalı E. Natiq ünsiyyət prosesində dinləyicilərin fikirlərini yayındıracaq əlavə əşyalardan imtina etməli 9. Qadınlara və kişilərə müraciət zamanı rəsmiyyət və hörmət əlaməti olaraq istifadə olunan müraciət formalarına aid edilə bilməz: A. Bala B. Xanım C. Cənab D. Hörmətli E. Bəy 10. Biri ayrılma etiketlərinə aiddir: A. Əlvida! B. Mübarəkdir! C. Salam! D. Xoş gördük! E. Allah köməyiniz olsun! 11. Biri qeyri-rəsmi müraciət etiketidir: A. Qadası B. Xanım C. Cənab D. Yoldaş E. Bəy 12. Nitq etiketlərindən ibarət məntiqi ardıcıllığı davam etdirin. 1. Allah amanında! 2. Xudahafiz! 3. Görüşənədək! 4.................. A. Yaxşı yol! B. Sağlığınıza qismət olsun! C. Allah şəfa versin! D. Mübarəkdir! E. Həmişə ayaq üstə! Mövzu 5. Şifahi və yazılı kommunikasiyalarda normalar 1. Norma haqqında deyilən fikirlərdən biri səhvdir A. Bütün tarixi kateqoriyalarda norma eynilik təşkil edir B. Norma tarixi kateqoriyadır C. Norma ümumxalq səciyyə daşıyır D. Xalq dilində normanın inkişafı qeyri-ixtiyari səciyyə daşıyır E. Norma-hamı tərəfindən qəbul edilmiş, qanuna salınmış, qayda üsul deməkdir 2. Cümlədə söz sırasına əməl olunmasa, ədəbi dilin hansı norması pozular? A. Qrammatik B. Orfoqrafik C. Leksik D. Orfoepik E. Fonetik 3. “Jest” termininin izahı hansı cavabda daha dəqiq göstərilib? A. Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir B. Dialekt sözüdür C. Üz əzələlərinin mənalı hərəkətidir D. Razılıq bildirən nitq etiketidir E. Düzgün nitqə verilən şərtlərdən biridir 4. “Ürəyi döyündü” ifadəsini “döyündü qəlbi” ifadəsi ilə əvəz etsək hansı norma pozular? A. Yalnız qrammatik B. Orfoqrafik və leksik C. Fonetik, qrammatik D. Yalnız leksik E. Fonetik, leksik, qrammatik 5. Hansı bənddə qrammatik norma pozulmuşdur? A. İllər boyu görmədiyim dostlarım da orada idi B. Bir sıra şagirdlər C. Yazdırılmamalıdır D. Qışda gecələr uzanır, gündüzlər qısalır E. Dərslərin bitməsinə 3-4 gün qalıb 6. “Uşaqların çoxu dünən yola düşdülər” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? A. Qrammatik B. Fonetik C. Leksik və qrammatik D. Leksik E. Orfoqrafik 7. Ədəbi dil haqqında deyilən fikirlərdən biri səhvdir: A. Ədəbi dildə normanın inkişafı qeyri-ixtiyaridir B. Ədəbi dil bütün üslublar sistemidir C. Ədəbi dil xalq danışıq dilinin cilalanmış formasıdır D. Ədəbi dil milli dilin müəyyən qayda-qanunlarına tabe olan və xalqın nümunəvi ünsiyyətə xidmət edən nitq formasıdır E. Ədəbi dil xalq danışıq dilinin ciddi fonetik leksik və morfoloji, sintaktik formaları əsasında fəaliyyət göstərən ən yüksək formasıdır 8. Leksik normanın əsas xüsusiyyətlərindən biridir: A. Sözlərin mənasına bələd olmağı və onu yerində düzgün işlətməyi B. Sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulmasını C. Mübtəda və xəbər arasında şəxsə və kəmiyyətə görə uyğunlaşma D. Sözün düzgün tələffüz olunmasını E. Durğu işarələrindən düzgün istifadə 9. Mimika nədir? A. Üz əzələlərinin mənalı hərəkətidir B. Razılıq bildirən nitq etiketidir C. Yazıda geniş istifadə olunan üz hərəkətidir D. Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadədir E. Düzgün nitqə verilən şərtlərdən biridir 10. Ədəbi dilin qrammatik norması tələb edir: A. Sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulmasını B. Sözlərin düzgün yazılmasını C. Sözlərin düzgün tələffüz olunmasını D. Sözlərin dəqiq və yerində işlədilməsini E. Ən təsirli söz və ifadələrin tapılıb işlədilməsini 11. Ədəbi dil normalarını müəyyənləşdirilərkən nəzərə alınan amillər sırasında verilə bilməz: A. Variantlılıq B. Təbiilik C. İşləklik D. Sabitlik E. Zərurilik 12. Aşağıdakılardan hansılar orfoqrafik normalarla tənzimlənir? 1. Sözün vurğusu 2. Defis işarəsindən istifadə 3. Cümlədə sözlərin sırası 4. Nitqin aydın və anlaşıqlığı 5. Sözlərin sətirdən sətrə keçirilməsi 6. Fikrin dəqiqliyi A. 2,5 B. 1,3 C. 3,4,6 D. 1,2,5 E. 2,4,6 13. Nitqdə müəyyən miqdar sayından sonra gələn isim cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulmuş olur? A. Qrammatik B. Leksik C. Leksik və qrammatik D. Fonetik E. Fonetik və leksik 14. “Sirrini verməyir sirdaşa dünya” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? A. Qrammatik B. Leksik C. Qrammatik və fonetik D. Fonetik E. Fonetik və leksik 15. “Nizami Gəncəvi yaradıcılığının zirvəsi xəmsə sayılır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? A. Fonetik B. Leksik C. Qrammatik D. Leksik, fonetik E. Leksik, qrammatik Mövzu 6. Azərbaycan dilində işgüzar üslubun xüsusiyyətləri 1. Rəsmi-işgüzar üslubun dil xüsusiyyətləri baxımından ən yaxın olduğu üslub hansıdır? A. Elmi B. Bədii C. Fərdi D. Məişət E. Publisistik 2. Sənəd dili olan əməli yazılar üçün xarekterik hesab edilən xüsusiyyətlər sırasında verilə bilməz: A. Əməli yazılarda hər bir məsələ geniş və hərtərəfli izah olunmalıdır B. Ştamp xarakterli xüsusi tərkiblərdən, standart ifadələrdən istifadə edilməlidir C. Burada artıq və lüzumsuz sözlərə, təkrarlara, obrazlılığa, bədii təsvir və ifadə vasitələrindən istifadəyə yol verilməməlidir D. Hər hansı bir məsələnin izahı üçün ədəbi dilin normalarına düzgün riayət olunmalıdır E. Hər bir anlayış dəqiq terminlərlə, ifadələrlə ifadə edilməlidir 3. Biri diplomatik sənədlər sırasında verilə bilməz: A. Arayış B. Şəxsi nota C. Memorandum D. Bəyanat E. Kapitulyasiya 4. Diplomatik sənədlər neçə qrupa bölünür? A. 3 B. 4 C. 2 D. 6 E. 5 5. Diplomatik sənədlər haqqında deyilən fikirlərdən biri səhvdir: A. Diplomatik sənədlərdə elan, arayış, izahat, reklam, tərcümeyi-hal kimi əməli yazı nümunələrindən geniş istifadə olunur B. Diplomatik sənədlərə xarici işlər nazirliyi və dövlət hakimiyyətinin ali orqanlarının beynalxalq arenada idarəetmə fəaliyyətinin nəticəsində yaranan sənədlər aid edilir C. Diplomatik sənədlərdə fikir, məlumat yığcam, lakonik, aydın və dəqiq ifadə edilməlidir. D. Diplomatik sənədlərdə söz oyunlarına yer verilmir E. Diplomatik sənədlərdə bir qayda olaraq, eyni tipli sənədə eyni növ sənədlə cavab verilir 6. Aşağıdakılardan hansılar məzmunca birbirinə oxşayır? A. nota, bəyanat B. nota, fərman C. bəyanat, əmr D. sərəncam, nota E. fərman,bəyanat 7. Kapitulasiya nədir? A. Döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq rəqibin şərtlərini qeyd-şərtsiz qəbul etməsidir B. Çap olunmaq üçün nəzərdə tutulan notadır C. Hər hansı sənədin orijinal mətnidir D. Hökumət, XİN və ya diplomatik nümayəndəlik tərəfindən digər dövlətlərin hökuməti qarşısında edilən çıxışdır E. Beynalxalq danışıqların gedişatı və nəticələri, onların abu-havası və əldə olunmuş beynəlxalq razılaşma haqqında rəsmi məlumatdır 8. Siyasi məktublar üçün səciyyəvi deyil: A. Həcmin genişliyi B. Mövzunun aktuallığı C. Informasiyanın vaxt nöqteyi-nəzərindən aktuallığı D. Hərtərəfli dərin təhlil E. Səfirin təmsil etdiyi dövlətin, onun vətəndaşlarının maraqlarının müdafiəsinə yönəlmiş konkret təkliflər və mülahizələr 9. Aşağıdakılardan hansılar Prezident tərəfindən imzalanır? A. fərman, sərəncam B. təlimat C. akt D. nizamnamə E. xəbərdarlıq 10. Əmr və qərarlara oxşar olan formalar hansılardır? A. fərman, sərəncam B. nizamnamə, bəyanat C. nota, raport D. müraciət, təlimat E. təqdimat, protokol 11. "Qeyd, işarə" mənasını verən və bir hökumətin başqa hökumətə rəsmi yazılı müraciətini özündə əks etdirən sənəd növünü göstərin: A. nota B. işgüzar məktub C. protokol D. əmr E. zəmanət Mövzu 7. Rəsmi dövlət sənədlərinin növləri 1. Verilənlər aiddir: 1) Nitq sablonları və ya standart formalardan istifadə 2)Fikrin maksimum mükəmməlliyi 3)Fikrin aydınlığı, birmənalılığı 4)Fikrin hüquqi əsaslılığı 5) Xüsusi dövlət əhəmiyyəti daşıması A. rəsmi sənədlərin dilinə B. bədii üsluba C. elmi üsluba D. publisistik üsluba E. işgüzar sənədlərin dilinə 2. Biri rəsmi sənədlərin dili üçün istisnadır: A. fikrin emosionallığı B. fikrin maksimum mükəmməlliyi və yığcamlığı C. fikrin aydınlığı, birmənalılığı D. fikrin hüquqi əsaslılığı E. fikrin daha çox nitq şablonları üzrə qurulması 3. Aşağıdakı fikirlərdən biri konstitusiya aid deyil: A. Konstitusiya işgüzar sənədlərə aid edilir B. Konstitusiya хalq tərəfindən qəbul edilir C. Konstitusiya bütün hüquq sistеminin başlanğıcı kimi hüququn əsas mənbəyidir D. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanundur E. Konstitusiya şəxsiyyət, cəmiyyət və dövlət arasındakı əsas əlaqələrin özəyini təşkil edir. 4. İşgüzar sənədlər hansı xüsusiyyəti ilə rəsmi sənədlərdən fərqlənir? A. xüsusi dövlət əhəmiyyəti daşımaması ilə B. daha çox hazır dil qəlibləri, standart formalar əsasında qurulması ilə C. lüğət tərkibi və sintaksisinin məhdudluğu, qeyri-əlvanlığı ilə D. obrazlılığa, emosionallığa yol verilməsi ilə E. fikrin aydınlığı, birmənalılığı ilə 5. Yalnız yazılı nitq formasında olan funksional üslub hansıdır? A. rəsmi-işgüzar üslub B. məişət üslubu C. bədii üslub D. fərdi üslub E. publisistik üslub 6. Fərman haqqında verilən fikirlərdən biri səhvdir: A. Fərman qeyri-rəsmi qurumlar tərəfindən hazırlana bilər B. Fərman rəsmi üslubun ən ciddi növlərindən biri hesab olunur C. Fərmanlar, əsasən, dövlət başçısı tərəfindən verilir D. Fərman dərc edildiyi gündən qüvvəyə minir E. Fərman bütün səlahiyyətli, vəzifəli şəxslər və vətandaşlar üçün məcburi qüvvəyə malik hüquqi aktdır 7. Sərəncam haqqındakı fikirlərdən biri yanlışdır: A. İdarə rəhbəri tərəfindən verilir. B. Ancaq Prezident tərəfindən imzalanır. C. Qanuni qüvvəli aktdır. D. İmzalandığı gündən qüvvəyə minir. E. Rəsmi üslubdadır. 8. Sərəncamlar məzmunca neçə yerə bölünür? A. 2 B. 4 C. 1 D. 5 E. 6 9. Qanun haqqında deyilən fikirlərdən biri səhvdir: A. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan zəifdir B. Qanun hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir C. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur D. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir E. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar 3 qrupa bölünür 10. Aşağıdakılardan biri Prezident tərəfindən imzalanır: A. fərman B. təqdimat C. akt D. hesabat E. xasiyyətnamə Mövzu 8. Şəxsi və inzibati sənədlər 1. Aşağıdakılardan biri ərizəyə aid deyil: A. Kim və kimdən yazılması göstərilməsə də olar. B. Ərizə mütləq imzalanmalıdır. C. Yazanın öz xətti ilə olmalıdır. D. Xahiş və şikayət xarakterli ərizələr vardır. E. Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdən ərizəçinin adı, soyadı göstərilməlidir 2. Təqvim ili boyunca nömrələnən və qeydə alınan sənəd növlərindən biridir: A) əmr B) ərizə C) hesabat D) tərcümeyihal E) təqdimat 3. Yalnız ikisi işgüzar sənədə daxildir: 1. Etibarnamə 2. Sərəncam 3. Bəyanat 4. Nota 5. Tərcümeyi-hal A) 1, 5 B) 1, 3 C) 2, 4 D) 2, 5 E) 3, 4 4. Verilmiş fikirlərdən hansı işgüzar üslubun əmr formasına aid deyil? A) Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə müəyyən təşkilat tərəfindən verilir. B) Bir qayda olaraq şərh və sərəncam hissələrindən ibarət olur. C) Təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır. D) Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. E) Burada obrazlı ifadələrə rast gəlinmir. 5. Aşağıdakılardan hansı işgüzar sənədlərə aid deyil? A) dissertasiya B) xasiyyətnamə C) ərizə D) annotasiya E) təqdimat 6. Rəsmi-işgüzar üsluba xas olmayan cəhət hansıdır? A) Ədəbi dilin ən geniş yayılmış formasıdır. B) Fikir standart formalarda və yığcam verilir. C) Hamı üçün eyni olan standart formalarda yazılır. D) Həcmcə kiçik olur və hər hansı bir şəxs tərəfindən hazırlanır. E) Fərdi nitq ünsürlərindən qaçılır. 7. Aşağıda verilmiş fikirlər işgüzar üslubun hansı formasına aiddir? 1) Vərəqin yuxarı hissəsində böyük hərflə formanın adı yazılır. 2) Tərtib edənlərin adı, soyadı, atasının adı, vəzifəsi yazılır. 3) Sonda tərtib edənlərin imzası qoyulur. 4) Hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır. A) akt B) protokol C) ərizə D) elan E) izahat 8. Rəsmi sənədlərin xüsusiyyətlərinə aid deyil: A) fikrin ikimənalılığı B) dilin maksimum mükəmməlliyi C) dilin yığcamlığı D) fikrin hüquqi cəhətdən əsaslılığı E) müəyyən üslubda yazılması 9. İşgüzar üslubun leksik xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil? A) sabit söz birləşmələrindən istifadə B) dilimizdə mövcud olan bəzi standartlardan istifadə C) ştamp şəkli almış ifadələrdən istifadə D) müvafiq formalardan istifadə E) epitetlərdən, məcazlardan istifadə edilməməsi 10. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sənəd rəsmi sənədlərdən hansına aiddir? A) fərman B) müqavilə C) rəy D) nota E) bəyanat 11. Verilən xüsusiyyətlərdən biri rezüme-xülasə yazarkən nəzərə alınmalı olan xüsusiyyətlərə aid deyil? A. Çoxmənalılıq B. Düzgünlük C. Dəqiqlik D. Yığcamlıq E. Savadlılıq 12. Nizamnamə nədir? A. Müəssisələrin, təşkilatların yaranmasını rəsmiləşdirən və onlann quruluşunu, funksiyasını, hüquqi vəziyyətini müəyyənləşdirən hüquqi akt B. Qiymətli bir əşyanı müəyyən yerdən almaq üçün lazımi şəxsə verilən sənəd C. Hər hansı bir işin icrasını bir tərəfin başqa bir nəfərə etibar etdiyini bildirən sənəd D. Hüquqi şəxslərin (podratçıların) və ya bir şəxsin hüquqi şəxslə hüquqi münasibətlərini təmin edən sənəd E. Bir şəxsin vəzifəcə böyük şəxsə verdiyi şifahi və ya yazılı məlumat 13. Aşağıda göstərilənlərdən hansı vəkalətnamə formasına aiddir? A. qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi forma B. bir şəxs haqqında verilən müsbət rəy C. müəyyən bir işi, tapşırığı yerinə yetirmək üçün səfərə getməni təsdiq edən sənəd D. bir məsələni ətraflı surətdə şərh etmək E. iclasda çıxarılan qərar 14. Verilmiş sənədi müəyyənləşdirin: May ayının 15-də universitetin iclas zalında şairlərdən Fikrət Qoca və Zahid Xəlillə görüş keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. A) bildiriş B) protokol C) arayış D) akt E) ərizə 15. Bunlardan biri elan növü deyil: A) reqlament B) afışa C) reklam D) bildiriş E) anons 16. Məzmununa görə müqavilənin növlərinə aşağıdakılardan hansı aid deyil? A) özəl müqavilə B) sülh müqaviləsi C) əmək müqaviləsi D) ticarət müqaviləsi E) təhsil müqaviləsi 17. Aşağıdakı fikirlərdən hansı akta aid deyil? A) Kollektiv tərəfindən müzakirə edilir. B) Sonda tərtib edənlərin imzası qoyulur. C) Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. D) Bir neçə faktı əks etdirə bilər. E) Əksər hallarda xüsusi təftiş komissiyasının iştirakı ilə tərtib olunur. 18. Protokol kimlər tərəfindən imzalanır? A) sədr və katib B) iclasda iştirak edən bütün şəxslər C) məruzəçi D) yalnız sədr E) yalnız katib 19. Tərcümeyi-halı xasiyyətnamədən fərqləndirən əsas əlamət hansıdır? Verilənlərdən yalnız biri doğrudur: A) Tərcümeyihal şəxsin özü tərəfindən, xasiyyətnamə isə həmin şəxs barəsində, lakin başqası tərəfindən yazılır. B) Tərcümeyihal başqa adam tərəfindən, xasiyyətnamə isə şəxsin özü tərəfindən yazılır. C) Xasiyyətnamələrin heç biri dövlət əhəmiyyəti daşımır. D) Tərcümeyihalı idarə rəhbəri verir. E) Xasiyyətnaməni yazan şəxs özü imzalayır. 20. Ərizənin yazılış formasına qoyulan tələblər hansı sırada səhv göstərilmişdir? A) Ərizəyə möhür vurulmalıdır. B) Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır. C) Vərəqin ortasında “ərizə” sözü yazılmalıdır. D) Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır. E) Ərizənin sonunda imza qoyulmalı və onun yazılma tarixi göstərilməlidir Mövzu 9. Elektron işgüzar kommunikasiya 1. Elektron poçt nədir? A. Bir kompüter rabitəsi sistemi vasitəsi ilə elektron poçtla ötürülən, monitor ekranında videoqram şəklində və ya printerdə çap edilmiş kağız surəti şəklində alınan sənəddir B. Kağız üzərində qəbul edilmiş faks kanalları üzərində alınan sənədin surətidir C. İş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımi məlumatları özündə saxlayan sənəd D. Bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə ehtiva edən sənəd E. Müəyyən bir vəzifə üçün mükəmməl namizəd olduğunuzu izah etmək üçün istifadə olunan bir səhifəlik məktub 2. Müasir dövrdə e-poçtdan istifadə etməyin üstünlükləri sırasında verilə bilməz: A. E-poçtdan istifadə zamanı vaxtdan səmərəli istifadə oluna bilməməsi B. Məktubun surətini bir neçə alıcıya eyni anda göndərilməsi C. Yalnız mətn və qrafikl məlumatları deyil, həm də proqramların göndərilməsinin mümkünlüyü D. Gələn məktubları dərhal cavablandırmaq imkanının mövcudluğu E. Uzaq məsafədən ünsiyyətin qurulması 3. Biri e-poçtdan istifadə zamanı nəzərə alınmalı ümumi qaydalar sisteminə aid deyil: A. Telefon rabitəsində olduğu kimi, elektron rabitəni də qarşı tərəf tamamlamalıdır B. Poçt qutusu mütəmadi olaraq yoxlanılmalıdır C. Birbaşa sizə ünvanlanan hər bir məktub cavablandırılmalıdır D. Məktubda həmişə mövzu göstərilməlidir E. Telefon rabitəsində olduğu kimi, elektron rabitəni də rabitə təşəbbüskarı tamamlamalıdır 4. Bunlardan biri poçt terminlogiyasına aid deyil: A. İzahat B. Faks C. E-mail D. Elektron imza E. Teleqram 5. Aşağıdakılardan biri elektron imzanın tərtibi qaydalarından biridir: A. Elektron imza 5-6 sətirdən çox olmamalıdır B. Bir sətirdə işarələrin sayı 70-dən çox olmalıdır C. Elektron imzada sətir sayı çoxdur D. Elektron imzanın tərtibi zamanı heç bir qaydaya əməl olunmur E. Elektron imzanın tərtibi zamanı müxtəlif ifadələrdən istifadə oluna bilər Mövzu 10. Layihə fəaliyyətinin loqistik dəstəklənməsi 1. Loqistikanın tarixi neçə inkişaf mərhələsindən ibarətdir? A. 4 B. 3 C. 5 D. 2 E. 6 2. Loqistikanın tarixi inkişafının ikinci mərhələsi neçənci illəri əhatə edir? A. 1950-1970 B. 1920-1950 C. 1970-1980 D. 1980-2000 E. 2000-2010 3. Logistikanın tarixi inkişafının üçüncü mərhələsi əhatə edir: A. 1970-ci ildən 1980-ci illərin ortalarına kimi olan müddəti əhatə edir. ABŞ Miçiqan Universitetinin logistika üzrə nüfuzlu mütəxəssislərindən sayılan Donald Bauersons bu dövrü logistik intibah dövrü adlandırmışdır B. 1920-1950-ci illəri əhatə edir. Bu dövrdə logistika biznes fəaliyyətindən kənarda idi və biznes naliyyəti üçün əhəmiyyətsiz hesab olunurdu C. 1950-ci illərin ortalarından 1970-ci ilə qədərki dövrü əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması dövrünə aid edirlər D. Logistikanın perspektiv inkişaf mərhələləri adlanır. Bu mərhələ istehsal, təchizat, satış və istehlak prosesinin hər birinə kompleks yanaşmaqla logistik sistemlərin tam qurulmasını nəzərdə tutur E. 1900-1920-ci illəri əhatə edir. Bu dövrdə logistika anlayışı hələ formalaşmaqda idi 4. Logistikanın yarımbölmələri sırasında verilə bilməz: A. Məktəb logistikası B. Biznes logistikası C. İnformasiya logistikası D. Şəhər logistikası E. Satış logistikası 5. Layihənin təqdimatında zəruri sayılan elementlər sırasında verilənlərdən biri səhvdir: A. Layihənin mənfi xüsusiyyətləri B. Layihə mövzusu C. Layihənin aktuallığı D. Layihənin gözlənilən nəticələri E. Layihənin məqsəd və vəzifələri 6. Təqdimat nitqinin qurulma prinsipləri sırasında verilə bilməz: A. Monotonluq prinsipi B. Kəskinlik prinsipi C. Ardıcıllıq prinsipi D. Diqqət prinsipi E. Effektivlik prinsipi Mövzu 11. Şifahi və yazılı işgüzar ünsiyyətin mədəniyyətlərarası aspekti 1. “Mədəniyyətlərarası ünsiyyət” fənni ilk dəfə olaraq harda yaranmışdır? A. ABŞ B. Fransa C. Rusiya D. Yaponiya E. Türkiyə 2. “Mədəniyyətlərarası ünsiyyət” fənninin yaranmasının əsas məqsədi: A. Müxtəlif mədəniyyətlərin nümayəndələrinin ünsiyyət vərdişləri və bacarıqlarının inkişaf etdirilməsi B. Yalnız bir mədəniyyət nümayəndələrinin ünsiyyət vərdişləri və bacarıqlarının inkişaf etdirilməsi C. Eyni mədəniyyət nümayəndələrinin-diplomatların, siyasətçilərin, biznesmenlərin nəzəri maraqlarının inkişaf etdirilməsi D. Birinci dünya müharibəsindən sonrakı illərdə dünyada və beynalxalq münasibətlərdə olan çatışmazlıqların aradan qaldırılması E. Özünə qapanmış və digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrə girmək istəməyən mədəniyyətlərin mövcudluğu hallarının artırılması 3. Mədəniyyətlərarası ünsiyyətdə neçə tip təzahür edir? A. 3 B. 2 C. 4 D. 5 E. 6 4. Mədəniyyətlərarası ünsiyyətin utilitar tipi nədir? A. Mədəniyyəti özünəməxsusluğundan əl çəkməyə, könüllü olaraq digər mədəniyyətə tabe olmağı tələb edir B. Özünə qapanmış və digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrə girmək istəməyən mədəniyyətlərin mövcudluğunu nəzərdə tutur C. Mədəniyyətlərin qarşılıqlı təsirini nəzərdə tutan münasibətlər tipidir D. Məqsəd müxtəlif mədəniyyətlərin nümayəndələrində ünsiyyət vərdişləri və bacarıqlarının inkişaf etdirilməsi E. Diplomatlarının, siyasətçilərinin, biznesmenlərinin praktik maraqlarının inkişaf etdirilməsi 5. Mədəniyyət haqqında deyilənlərdən biri səhvdir: A. Hər bir xalqın mədəni özəllikləri ümumbəşəri dəyərlərin vəhdəti prinsipinə ziddir B. Hər bir mədəniyyət əvəzedilməz və təkraredilməz dəyərlər məcmusundan ibarətdir C. Bütün xalqlar bəşəriyyətin ümumi mədəni varisləridir D. Hər bir xalq özünəməxsusluğunu qorumaq hüququna malikdir E. Ayrı-ayrılıqda hər bir xalqın mədəni özəllikləri ümumbəşəri dəyərlərin vəhdəti prinsipinə zidd deyildir 6. Tərcüməçi ilə əlaqə qurarkən əməl olunmalı qaydalar sırasında verilənlərdən biri səhvdir: A. Tərcümə prosesində istifadə olunan nitqin axını sürətli olmalı B. Yavaş-yavaş, aydın şəkildə düşünərək danışmalı, deyilənləri qeyri- müəyyən şəkildə şərh etməyə imkan verilməməli C. Materialın tərcüməçinin yaddaşında qalması və materialı tam və düzgün tərcümə edə bilməsi üçün cümlələr tez-tez, ardıcıllıqla deyilməməli D. Nitq prosesində kəlamlar, idiomatik ifadələr və üstəlik ayələrdən sitatların verilməsinə yol verilməməli E. Tərcüməçi müzakirə olunacaq məsələ ilə bağlı əvvəlcədən məlumatlandırılmalı 7. Aşağıda verilənlərdən üçü mədəniyyətlərarası ünsiyyətin tipləridir: 1. utilitar 2. dözümsüzlük 3. rəğbət 4. münasibətlər 5. eqosentrik A. 1,2,4 B. 3,4,5 C. 1.4,5 D. 2,3,5 E. 1,2,3 Mövzu 12. Akademik kommunikasiyanın formaları və növləri 1. Şifahi və yazılı nitq arasında göstərilən fərqli xüsusiyyətlər sırasında verilə bilməz: A. Yazılı ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, şifahi ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir B. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür C. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir D. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır, zəifdir E. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir 2. Dialoji nitq haqqında verilən fikirlərdən biri səhvdir: A. Dialoji nitqdə ikitərəfin-danışanın müsahibi ilə əks əlaqəsi olmur B. Dialoji nitqdə öncədən hazırlıq görülmür C. Dialoji nitqin sintaksisi sadə, yığcam və ixtisar olunmuş nitqdir D. Dialoji nitqdə jest və mimiklardan istifadə olunur E. Dialoji nitqdə tərəflər daha fəal olur 3. Monoloji nitqlə dialoji nitq arasında verilən fərqlərdən biri səhvdir: A. Monoloji nitq iki və daha artıq şəxs arasında gedən söhbət, dialoji nitq isə öz-özünə müraciətlə söylənilən nitqdir B. Monoloji nitqdə bir nəfər danışır digərləri onu dinləyir, dialoji nitq isə iki və ya daha artıq şəxs arasında gedən dialoq, söhbətdir C. Monoloji nitqdə monoloqlardan, dialoji nitqdə isə dialoqlardan istifadə olunur D. Monoloji nitqə öncədən hazırlıq görülür, dialoji nitq üçün isə sual-cavab dialoqu xarakterikdir E. Monoloji nitqdə danışanın müsahibi ilə əks əlaqəsi olmur, dialoji nitqdə isə qarşılıqlı söhbət var 4. Spontan nitq nədir? A. Xüsusi hazırlıq olmadan, təşkil olunmamış, bədahətən, sərbəst söylənilən nitq B. Əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitq C. İnsanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışma prosesi D. Başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitq E. Müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıq 5. Biri monoloji nitqin növləri sırasında verilə bilməz: A. Müzakirə B. Mühazirə C. Məruzə D. Çıxış E. Məlumat 6. Daxili nitq haqqında deyilən fikirlərdən biri səhvdir: A. Başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir B. İnsanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir C. Tələffüz edilməyən, səssiz nitqdir D. Təfəkkürlə bağlı olduğuna görə intelektual nitq kimi də adlandırılır E. Bu nitq forması xarici nitqə hazırlıq prosesi kimi də qiymətləndirilir 7. Göstərilənlərdən biri yazılı nitqə aid deyil: A. Yazılı nitqin yaranma tarixi qrafikanın yaranmasından əvvəlki dövrlə əlaqəlidir B. Yazılı nitqin ifadə vasitələri hərf və yazıdır C. Yazılı dildə uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir D. Yazılı ədəbi dilin tempi aşağıdır, zəifdir E. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır 8. Göstərilənlərdən biri yazılı nitqə aid deyil: A. Ani şəkildə deyilir B. Düşünülərək nisbətən aşağı sürətlə yazılır C. Yazılı nitq üzərində düzəliş aparmaq mümkündür D. Yazılı nitqdə əsas rolu durğu işarələri onayır E. Yazılı nitqdə əllər və göz əsas rol oynayır 9. Nitqin hansı formasında insan daha sərbəstdir? A. Daxili B. Zahiri C. Yazılı D. Şifahi E. Dialoji 10. İnsan öz-özü ilə ünsiyyətə girir, öz hərəkətləri haqqında özü ilə müzakirə aparır. Söhbət nitqin hansı formasından gedir? A. Daxili nitq B. Monoloji nitq C. Dialoji nitq D. Yazılı nitq E. Şifahi nitq Mövzu 13. Akademik kommunikasiya və natiqlik sənətinin tarixi 1. Natiqlik sənətinin ilk vətəni hara hesab olunur? A. Yunanıstan B. Roma C. Azərbaycan D. Rusiya E. Fransa 2. Ritorikanın tarixi neçənci əsrdən başlayır? A. E.ə. V-IV əsrlər B. E.ə. VII-IV əsrlər C. E.ə. III-II əsrlər D. E.ə. VI-V əsrlər E. E.ə. III-V əsrlər 3. “Ritorika” əsərinin müəllifi kimdir? A. Aristotel B. Demosfen C. Kvintilian D. İsey E. M.T. Siseron 4. Azərbaycanda natiqlik sənətinin yaranması və inkişafı ilə bağlı fikirlərdən biri səhvdir? A. Azərbaycanda natiqlik sənətinin yaranma tarixi XXI əsrlə bağlı olmuşdur B. Azərbaycanda natiqlik sənətinin yaranma tarixi qədimdir C. Natiqlik sənəti Azərbaycanda xalqın ədəbi-estetik fikirləri ilə bağlı olan qədim və orta əsr yazıçı və şairlərin bədii əsərlərində yaranmış, inkişaf etmişdir D. XX əsrdə Azərbaycanda natiqlik sənəti və onun inkişafı yeni mərhələyə qədəm qoymuşdur E. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Xaqanı Şirvani, Məhəmməd Füzuli kimi görkəmli sənətkarlar Azərbaycanda natiqlik sənətinin inkişafında böyük rola malikdirlər 5. Biri natiqlik sənətinin sahəsinə aid edilə bilməz: A. İşgüzar natiqlik B. Akademik natiqlik C. Sosial-siyasi natiqlik D. Sosial-məişət natiqliyi E. Məhkəmə natiqliyi 6. Akademik natiqlik haqqında deyilənlərdən biri səhvdir? A. Akademik natiqliyə mitinq nitqi, təşviqatçı nitqi, müttəhimin özünümüdafiə nitqi aid edilir B. Akademik natiqlikdə elmiliyə daha çox yer verilir C. Akademik natiqliyin inkişafı cəmiyyətin tərəqqisi ilə bağlı olaraq inkişaf edir D. Akademik natiqliyin əsas xüsusiyətlərindən biri də mövzunun əvvəlcədən məlum olmasıdır E. Akademik natiqliyə elmi məruzələr, ali məktəb mühazirələri,elmi məlumatlar daxil edilir Mövzu 14. Akademik kommunikasiya prosesində nitqə verilən tələblər 1. Nitqin əsas funksiyalarını müəyyənləşdirin: 1. Siqnifikativ 2. Münasiblik 3. Ümumiləşdirmə 4. Kommunikativ 5. Fərdiləşdirmə A. 1,3,4 B. 2,4,5 C. 1,3,5 D. 3,4,5 E. 1,2,5 2. Nitqə verilən tələblər sırasında biri yalnışdır: A. Genişliyi B. Aydınlığı C. Düzgünlüyü D. Yığcamlığı E. Təmizliyi 3. Nitqin təmizliyi haqqında deyilən fikirlərdən biri səhvdir: A. Nitq prosesində jarqon söz və ifadələrin işlədilməsi nitqin təmizliyinin əsas göstəricilərindən biridir B. Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlədilməməlidir C. Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir D. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir E. Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə yer verilməməlidir 4. Nitqin zənginliyi dedikdə nə nəzərdə tutulur? A. nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng formada işlədilməsi B. həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etmək C. müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması D. ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidlərinin nitqdə işlədilməməsi E. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə münasib olması 5. Nitqin rabitəliliyi üçün əməl olunmalı qaydalar sırasında verilənlərdən biri səhvdir: A. Natiq nitq prosesində fikrini izah etmək üçün məsələ ətrafında istədiyi ardıcıllıqda mövzunu şərh edə bilər. B. Nitq məzmunca dolğun olmalıdır C. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır D. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır E. Natiq nitqin predmetini – haqqında danışacağı (və ya yazacağı) əşyanı, hadisəni, əhvalatı və sairəni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir 6. Biri nitqə verilən tələblər sırasında ola bilməz? A. Dayanıqlılığı B. Rabitəliliyi C. Orijinallığı D. Münasibliyi E. Zənginliyi 7. Nitqin orijinallığı nədir? A. Özünəməxsusluğu, bir sıra fərdi xüsusiyyətləri ilə fərqlənən nitq B. Müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması C. Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidlərinin nitqdə işlədilməməsi D. Nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng formada işlədilməsi E. Həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etmək Mövzu 15. Punktuasiya və durğu işarələri 1. Biri ayırıcı durğu işarələrinə aid deyil: A. Mötərizə B. Nöqtə C. Sual işarəsi D. Nida işarəsi E. Nöqtəli vergül 2. Fərqləndirici durğu işarələrini seçin: 1. Nöqtə 2. Mötərizə 3. Dırnaq 4. Sual işarəsi A. 2,3 B. 1,4 C. 1,2 D. 3,4 E. 2,4 3. Aşağıdakı durğu işarələri haqqında verilən fikirlərdən biri səhvdir: A. Nöqtə-adi intonasiya ilə deyilən,hər hansı fikrin və ya məlumatın bitdiyini göstərən cümlələrin sonunda qoyulur, fərqləndirici funksiya daşıyır B. İki nöqtə-cümlədə fikri aydınlaşdırmaq, ümumi fikirdən sonra onun izahını vermək məqsədi ilə istifadə olunur C. Tire-sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək məqsədi ilə istifadə olunur D. Sual işarəsi-ritorik və ya cavab almaq məqsədilə istifadə olunur E. Dırnaq işarəsi-mətndə vasitəli və vasitəsiz nitqi, sitatların, məcazi və ya şərti mənada işlədilən sözləri, qəzet, jurnal, nəşriyyat və s. adları fərqləndirmək üçün istifadə olunur 4. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula bilər? A. O işə məsuliyyətlə yanaşır B. O oxuyur C. O da bizim kimi həvəslə çalışır D. O ki yaxşı tələbədir E. O həm də gözəl qarmon çalır 5. Qoşa nöqtələrdən istifadə olunur: A. Dialoqda müəllif sözündən sonra B. Qəzet, jurnal adlarında C. Sözlərin məcazi mənalarını ifadə etdikdə D. Həmcins üzvlər arasında E. Ümumiləşdirici sözhəmcins üzvlərdən sonra işləndikdə 6. Bitkinlik intonasiyası ilə bağlıdır. Ad və ata adlarının qısaltma formalarından sonra qoyulur. Əmr cümləsinin sonunda qoyulur. Söhbət hansı durğu işarəsindən gedir? A. Nöqtə B. Qoşa nöqtə C. Sual D. Tire E. Nida 7. Nə zaman tire işarəsi qoyular? 1. Həmcins üzvlərdən sonra ümumiləşdirici söz gəldikdə 2. Sözləri sətirdən sətrə keçirdikdə 3. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə 4. Dialoqlarda 5. Vasitəsiz nitqli cümlədən sonra müəllifin sözü gəldikdə A. 1,4,5 B. 1,2,3 C. 2,3,5 D. 1,3,5 E. 2,4,5 8. Bu durğu işarələrindən hansılar həmcins üzvlərlə əlaqədar işlədilə bilir? 1. Vergül 2. Tire 3. Qoşa nöqtə 4. Nida işarəsi 5. Mötərizə 6. Üç nöqtə A. 1,2,3 B. 2,3,4 C. 1,4,6 D. 3,4,5 E. 1,5,6 9. Durğu işarələri və punktuasiyanı bir-birindən ayrıran fərqli cəhətlər sırasında verilə bilməz: A. Durğu işarələri punktuasiyaya nisbətdə ümumi anlayışdır B. Punktuasiya durğu işarələri ilə müqayisədə ümumi anlayışdır C. Durğu işarələri ayrı-ayrılıqda qrafik vasitədir, punktuasiya isə bu vasitələri sistem şəklində birləşdirən, nizamlayan, zaman-zaman təkmilləşdirən bir dilçilik terminidir D. Punktuasiya qaydaları durğu işarələrinə nisbətdə daha sabitdir E. Durğu işarələrinin funksiyası punktuasiyaya nisbətdə çoxşaxəli və mürəkkəbdir 10. Qoşa nöqtə işarəsi qoyulur: 1. Dialoqlarda müəllif nitqindən sonra 2. Həmcins üzvlər sırasında 3. Vasitəsiz nitqli cümlələrdə 4. Sıra sayları Roma rəqəmləri ilə yazıldıqda A. 1,3 B. 2,3 C. 1,2 D. 3,4 E. 2,4

Use Quizgecko on...
Browser
Browser