Ateroskleroz və Hipertoniya Xəstəliyinin Patoloji Prosesləri (PDF)

Summary

Bu sənəd 42 test sualından ibarət ateroskleroz və hipertoniya xəstəlikləri haqqında bir imtahan və ya praktik testi əhatə edir. Sualar kardiologiya və patologiya sahəsində müxtəlif məsələləri əhatə edir, xəstəliklərin mikroskopik və makroskopik mərhələlərini, ağırlaşmalarını və xəstəliklərə uyğun patoloji dəyişiklikləri müəyyənləşdirir.

Full Transcript

1. Ateroskleroz xəstəliyinin klinik-morfoloji forması: A) Kəskin B) Qastro-intestinal C) Universal D) Latent E) İrsi 2. Aterosklerozun mikroskopik mərhələlərindən biri: A) Piy ləkələri mərhələsi B) Eroziya mərhələsi C) Sklerotik mərhələ D) Yerli damar dəyişiklikləri mərhələsi E) Lipidönü mərhələ 3....

1. Ateroskleroz xəstəliyinin klinik-morfoloji forması: A) Kəskin B) Qastro-intestinal C) Universal D) Latent E) İrsi 2. Aterosklerozun mikroskopik mərhələlərindən biri: A) Piy ləkələri mərhələsi B) Eroziya mərhələsi C) Sklerotik mərhələ D) Yerli damar dəyişiklikləri mərhələsi E) Lipidönü mərhələ 3. Aterosklerozun aorta forması zamanı ağırlaşmalar adətən hansı mərhələdə baş verir? A) Ləkə mərhələsi B) Aterokalsinoz mərhələsi C) Bütün mərhələlərdə D) Fibroz düyünlər mərhələsi E) Yaraların əmələ gəlməsi mərhələsi 4. Göstərilən patoloji prosesləri aterosklerozun mikroskopik mərhələlərinə uyğun yerləşdirin: 1) Lipidönü 2) Lipoidoz 3) Liposkleroz 4) Ateromatoz 5) Yaralanma a) İntramural hematomanın yaranması b) Piy ləkələrinin ətrafında ocaqlar şəklində birləşdirici toxumanın inkişafı c) Ksantom hüceyrələrin əmələ gəlməsi d) İntimada turş qlikozaminqlikanların toplanması və intimanın ödemi e) Ateromatoz kütlənin əmələ gəlməsi 12345 A) a b c d e B) b a e c d C) c d a e b D) e c a b d E) d c b e a 5. Ateroskleroz zamanı mikroskopik morfoloji dəyişikliklərin məntiqi ardıcıllığını müəyyən edin: 1) Ateromatoz 2) Lipidönü 3) Yaralanma 4) Lipoidoz 5) Aterokalsinoz 6) Liposkleroz A) 5, 3, 2, 1, 4, 6 B) 1, 2, 3, 4, 5, 6 C) 2, 5, 1, 3, 6, 4 D) 4, 1, 3, 6, 2, 5 E) 2, 4, 6, 1, 3, 5 6. Ateroskleroz zamanı makroskopik morfoloji dəyişikliklərin məntiqi inkişaf ardıcıllığını müəyyən edin: 1) Piy ləkələri 2) Yaraların əmələ gəlməsi 3) Fibroz düyünlər 4) Aterokalsinoz A) 4, 1, 3, 2 B) 3, 2, 1, 4 C) 2, 4, 1, 3 D) 1, 3, 2, 4 E) 1, 2, 3, 4 7. Hansı patologiya aterosklerozun beyin forması üçün xarakterdir? A) Meningit B) Aterosklerotik neyropatiya C) Hidrosefaliya D) İşemik insult E) Beyin əsası damarlarının malformasiyası 8. Aterosklerozun mikroskopik inkişaf mərhələsi: A) Liposkleroz mərhələsi B) Ləkə mərhələsi C) Yerli dəyişikliklər mərhələsi D) Funksional mərhələ E) Fibroz düyünlər mərhələsi 9. Aterosklerozun çatışmayan makroskopik mərhələsini təyin edin: 1) – – – – 2) Fibroz düyünlər 3) Yaraların əmələ gəlməsi 4) Aterokalsinoz A) Lipidönü mərhələ B) Liposkleroz C) Piy ləkələri D) Ateromatoz mərhələ E) Tranzitor mərhələ 10. Baş beyin damarlarının aterosklerozu zamanı xarakter olaraq hansı patoloji proses baş verə bilər? A) Subaraxnoidal qansızma B) Baş beynin yayılmış sklerozu (diffuz xırdaocaqlı ensefaloskleroz) C) Baş beynin hemorragik insultu D) Ensefalomielit E) Baş beynin işemik insultu 11. Fibrinoz perikardit zamanı gözlə baxdıqda ürək belə adlanır: A) Daş ürək B) Fibroplastik perikardit C) Fibrokard D) Tüklü ürək E) İltihabi ürək 12. Aşağıda birincili endokarditlərin bir növü göstərilmişdir: A) İdiopatik endokardit B) Diffuz ekssudativ endokardit C) Proliferativ endokardit D) Qranulomatoz endokardit E) Eozinofiliyalı fibroplastik endokardit 13. Mikroskopik müayinə zamanı miokardın stromasında çoxlu miqdarda neytrofil qarışıqlı limfo-leykositar infiltrasiya, kardiomiositlərdə isə distrofik xarakterli dəyişikliklər aşkar edilir. Diaqnoz: A) İrinli ekssudativ miokardit B) Seroz ekssudativ miokardit C) İltihabi-infiltrativ tipli idiopatik miokardit D) Proliferativ miokardit E) Destruktiv idiopatik miokardit 14. Konstriktiv perikardit zamanı perikarddan keçən aşağı və yuxarı boş venalar sıxılır, hemodinamika pozulur, böyük qan dövranında xroniki durğunluq baş verir, ümumi ödem, hepatomeqaliya və splenomeqaliya inkişaf edir. Bu patologiya necə adlanır? A) Total perikardit sindromu B) Filatov-Koplik sindromu C) HELLP-sindromu D) Hünter perikarditi E) Pik sindromu 15. Hipertoniya xəstəliyində ürəyin ekssentrik hipertrofiyasının səbəbi: A) Kardiomiositlərin tədricən sıxılaraq atrofiyalaşması B) Kardiomiositlərdə parenximatoz piy distrofiyasının inkişafı C) Miokardda ekssentrik iltihabi dəyişikliklər D) Kardiomiositlərin uzun müddət gərgin işləməsi ilə əlaqədar nekrobiotik dəyişikliklərə uğraması E) Kardiomiositlərin ultrastruktur orqanellərinin hiperplaziyası və hipertrofiyası 16. Xoşxassəli hipertoniya xəstəliyinin inkişafının birinci mərhələsi belə adlanır: A) Tək-tək hipertonik krizlər mərhələsi B) Yayılmış damar dəyişiklikləri mərhələsi C) Hipertenziyaönü mərhələ D) Arteriolların intimasında baş verən dəyişikliklər mərhələsi E) Funksional və ya tranzitor mərhələ 17. Hansı patologiya hipertoniya xəstəliyi zamanı daha çox ölümə səbəb ola bilər? A) Kəskin qlomerulonefrit B) Hipertoksiki ensefalopatiya C) Hemorragik insult D) Aortanın aterosklerozu E) Ürəyin konsentrik hipertrofiyası 18. Bədxassəli hipertoniya zamanı böyrəkdə hansı patologiya inkişaf edə bilir? A) Hidronefroz B) İkincili böyrək amiloidozu (AA-amiloidoz) C) Böyrəyin birincili büzüşməsi D) Farın bədxassəli nefrosklerozu E) Böyrəyin ikincili büzüşməsi 19. Göstərilən patologiyaları aid olduqları qruplara görə yerləşdirin: I. Baş beynin hemorragik insultu II. Baş beynin hipertonik insultönü dəyişiklikləri 1) Hematoma 2) Hipertenzion ensefalopatiya 3) Hemorragik hopma 4) Lakunar dəyişikliklər 5) Subaraxnoidal qansızma 6) Subkortikal leykoensefalopatiya I II A) 2, 3, 6; 1, 4, 5 B) 1, 3, 5; 2, 4, 6 C) 1, 2, 5; 2, 3, 6 D) 2, 4, 5; 1, 3, 6 E) 3, 5, 6; 1, 2, 4 20. Burger xəstəliyində morfoloji dəyişikliklər əsasən hansı damarlarda gedir? A) Ağciyərin orta kalibrli damarlarında B) Gicgah arteriyasında C) Ürəyin tac arteriyalarında D) Aşağı ətrafın orta və kiçik kalibrli damarlarında E) Oynaq ətrafında olan xırda damarlarda 21. Löffler endokarditi üçün xarakter morfoloji əlamətləri göstərin: 1) Parietal endokard diffuz şəkildə nekrozlaşır 2) Xordal endokard diffuz şəkildə nekrozlaşır 3) Qapaq endokardı diffuz şəkildə nekrozlaşır 4) Elastiki liflər destruksiyaya uğrayaraq kollagen lifləri ilə əvəz olunur 5) Endokardda tromb orqanizasiyaya uğrayır 6) Endokardda qranuloma formalaşır A) 1, 2, 3 B) 1, 4, 5 C) 2, 6 D) 3, 5, 6 E) 4, 5, 6 22. Seroz ekssudativ miokardit zamanı aşkar edilir: 1) Stromada ödem 2) Stromada mülayim limfo-leykositar infiltrasiya 3) Neytrofillərin miqdarı üstünlük təşkil edir 4) Histiositlərin miqdarı üstünlük təşkil edir 5) Kardiomiositlər bir-birindən aralanır 6) Kardiomiositlərin irinli əriməsi A) 1, 2, 5 B) 1, 3, 5 C) 4, 5, 6 D) 2, 3, 6 E) 3, 4, 6 23. Miokarddan götürülmüş materialın mikroskopik müayinəsi zamanı kardiomiositlər görünmür, onların yerində geniş sahələrdə kobud lifli birləşdirici toxuma – çapıq toxuması aşkar olunur. Diaqnoz: A) Aterosklerotik kardioskleroz B) Mədəciklərin fibrilyasiyası C) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz D) Arteriolosklerotik kardioskleroz E) Diffuz xırdaocaqlı kardioskleroz 24. Qeyd edilən patoloji əlamətləri müvafiq xəstəliklərə görə uyğunlaşdırın: 1) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz 2) Subkortikal leykoensefalopatiya 3) İşemik insult 4) Miokard infarktı 5) Miokardın kəskin işemik distrofiyası a) Kardiomiofibrillərin fraqmentasiyası b) Beynin boz yumşalması c) Demarkasiya zonası d) Ürəyin xroniki anevrizması e) Qabıqaltı nüvələr nahiyəsində aksonların destruksiyası 12345 A) c e a b d B) a b d e c C) b c a d e D) e d b a c E) d e b c a 25. Arteriosklerozların hansı növü həm də ateroskleroz deməkdir? A) Arteriyaların birincili mediokalsinozu B) Metabolik arterioskleroz C) Qocalıq arteriosklerozu D) Arterioloskleroz E) Allergik arterioskleroz 26. Morfoloji dəyişikliklərin xarakterindən asılı olaraq endokarditin forması: A) Qayıdan-ziyilli endokardit B) Travmatik endokardit C) Parietal endokardit D) Septiki endokardit E) Xordal endokardit 27. Kəskin ziyilli endokarditdən fərqli olaraq qayıdan ziyilli endokardit: A) Adətən mitral qapaqlarda lokalizə olunur B) Endokardda təzə iltihabi və digər dezorqanizasiya proseslərindən başqa köhnə skleroz və hialinoz ocaqları da görünür C) Qapaqların endotelinin zədələnməsi ilə xarakterizə olunur D) Ən çox uşaq yaşlarda rast gəlinir E) Tromboembolik sindromla ağırlaşır 28. Hansı patologiya hipertoniya xəstəliyinin böyrək formasında meydana çıxır? A) Aterolosklerotik nefroskleroz B) Böyrək arteriyasının aterokalsinozu C) Arteriolosklerotik nefroskleroz D) Arteriolosklerotik kardioskleroz E) Aterolosklerotik kardioskleroz 29. Xoşxassəli hipertoniya xəstəliyinin üçünçü mərhələsi necə adlanır? A) Üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi B) Yayılmış damar dəyişiklikləri mərhələsi C) Preklinik mərhələ D) İşemik mərhələ E) Lipidönü mərhələ 30. Bədxassəli hipertoniyanın morfoloji əlamətini göstərin: A) Böyrək yumaqcıqlarının sklerozlaşması B) Arteriyalarda qan təzyiqinin 200 mm c.s.-dan yuxarı qalxması C) Miokardda arteriolların hialinozu D) Böyrək arteriyasının aterosklerozu E) İntimanın bazal membranının destruksiyası 31. Bu patologiyaları aid olduqları xəstəliklərə uyğun qruplaşdırın: I. Ateroskleroz II. Hipertoniya xəstəliyi 1) Arteriolosklerotik nefroskleroz 2) Ürəyin sol mədəciyinin hipertrofiyası 3) Yaralanma mərhələsi 4) Aterosklerotik kardioskleroz 5) Ksantom hüceyrələr 6) Arteriolların hialinozu I II A) 4, 5, 6; 1, 2, 3 B) 3, 4, 5; 1, 2, 6 C) 1, 3, 5; 2, 4, 6 D) 1, 3, 4; 2, 5, 6 E) 2, 3, 6; 1, 4, 5 32. Bu patologiyaları aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Hipertoniya xəstəliyi II. Ateroskleroz 1) Distrofik kalsinoz 2) Ürəyin ekssentrik hipertrofiyası 3) Yaralanma mərhələsi 4) Arteriolosklerotik kardioskleroz 5) Aorta forması 6) Arteriolların divarında plazmorragiya və ödem I II A) 1, 2, 3; 4, 5, 6 B) 2, 3, 5; 1, 4, 6 C) 2, 4, 6; 1, 3, 5 D) 1, 3, 5; 2, 4, 6 E) 3, 4, 5; 1, 2, 6 33. Uzun illər hipertoniya xəstəliyi olan 75 yaşlı xəstənin meyitinin patoloji-anatomik müayinəsi aparılır. Autopsiyada ürək həcmcə böyümüş, divarları qalınlaşmışdır. Mikroskopik müayinə zamanı miokardda arteriolların divarında diffuz şəkildə yayılmış hialinoz, kardiomiositlərarası və damarətrafı sahələrdə birləşdirici toxumanın nazik zolaqlar və xırda ocaqlar şəklində inkişafı görünür. Ürəkdə aşkar edilmiş patologiyanın diaqnozu: A) Miokardın aterosklerozu B) Aterosklerotik kardioskleroz C) Miokardın infarktı D) İriocaqlı kardioskleroz E) Arteriolosklerotik kardioskleroz 34. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə yerləşdirin: I. Ateroskleroz II. Xoşxassəli hipertoniya III. Miokard infarktı 1) Miokardda nekroz 2) Lipoidoz 3) Miokardın hipertrofiyası 4) Miokardda demarkasiya zonası 5) Fibroz düyünlər 6) Hialinoz I II III A) 1, 2; 3, 4; 5, 6 B) 4, 5; 3, 6; 1, 2 C) 2, 5; 3, 6; 1, 4 D) 1, 6; 2, 5; 3, 4 E) 3, 6; 1, 5; 2, 4 35. Mitral qapaq endokardı üzərində baş verən hansı dəyişiklik miokard infarktına səbəb ola bilər? A) Fibroplastik endokardit B) Fibrinoz perikardit C) Sklerotik dəyişikliklər D) Tromb kütlələri E) Demarkasiya zonası 36. Miokard infarktı zamanı infarkt ocağının ətrafında salamat qalmış miokardda 4 həftədən sonra aşkar olunan dəyişiklik: A) Hüceyrədaxili regenerasiya və miokardın hipertrofiyası B) Birləşdirici toxumanın inkişafı və infarktdan sonrakı kardioskleroz C) Kardiomiositlərin parenximatoz piy distrofiyası D) Restitusiya E) Demarkasiya zonası 37. Ürəyin xroniki işemik xəstəliyi: A) Xroniki ürək çatışmazlığı B) Xroniki miokardit C) Miokardın infarktı D) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz E) Miokardın kəskin işemik distrofiyası 38. Ürəyin kəskin işemik xəstəliyini göstərin: A) Ürəyin kəskin işemik endokarditi B) İnfarktdan sonrakı iriocaqlı kardiskleroz C) Perikardın kəskin işemik distrofiyası D) Miokardın kəskin işemik distrofiyası E) Kəskin kardioskleroz 39. Ürəyin cırılması və kəskin tamponadası adətən miokardın hansı infarktı zamanı baş verir? A) İntramural infarkt B) Subepikardial infarkt C) Subendokardial infarkt D) Kəskin infarkt E) Transmural infarkt 40. Mokard infarktının bilavasitə baş vermə səbəblərindən biri: A) Ürəyin tac arteriyalarının aterosklerozu B) Hipodinamiya C) Ürəyin dəyişilmiş tac damarlarının uzunmüddətli spazmı D) Xəstədə uzun illər arterial hipertoniyanın olması E) Psixoemosional gərginlik 41. Ürəyin anevrizması adətən miokard infarktının bu növündən sonra formalaşır: A) Subendokardial B) Mədəciklərarası çəpərin infarktı C) Təkrari D) Subepikardial E) Transmural 42. Miokard infarktı zamanı ölümün bilavasitə başvermə səbəbi: A) İnfarkt şoku B) Xroniki ürək çatışmazlığı C) Mədəciklərin defibrilyasiyası D) Demarkasiya zonasında diapedez qansızmalar E) Mədəciklərin fibrilyasiyası 43. Miokard infarktı zamanı bilavasitə infarkt ocağının ətrafında nə əmələ gəlir? A) İşemik nekroz zonası B) İriocaqlı kardioskleroz C) Kapsula D) Demarkasiya zonası E) Kollateral damarlar zonası 44. Miokardın residiv infarktı nədir? A) Baş beynin infarktından sonrakı 2 ay müddətində miokardda baş verən infarkt B) İlk dəfə keçirilən infarktdan sonrakı 4 həftə müddətində keçirilən ikinci infarkt C) İlk dəfə keçirilən infarktdan 4 həftə keçdikdən sonra baş verən ikinci infarkt D) Ağciyərlərin infarktından sonra miokardda baş verən infarkt E) İlk dəfə keçirilən infarktdan 4 ay keçdikdən sonra baş verən ikinci infarkt 45. Miokardın təkrari infarktı nədir? A) İlk dəfə keçirilən infarktdan 20 gün keçdikdən sonra baş verən ikinci infarkt B) İlk dəfə keçirilən infarktdan 10 gün keçdikdən sonra baş verən ikinci infarkt C) İlk dəfə keçirilən infarktdan sonrakı 4 həftə müddətində keçirilən ikinci infarkt D) İlk dəfə keçirilən infarktdan 4 həftə keçdikdən sonra baş verən ikinci infarkt E) Diffuz xırdaocaqlı kardioskleroz fonunda baş verən miokard infarktı 46. Miokardın transmural infarktı hansıdır? A) İnfarkt ocağı mədəciklərarası arakəsmədə yerləşir B) İnfarkt ocağı miokardın endokardın altında olan hissəsində olur C) İnfarkt ocağı miokardın ortasında yerləşir D) Nekroz sahəsi endokarddan epikarda qədər miokardın bütün qalınlığını əhatə edir E) İnfarkt sahəsi ürəyin üç qişasının hamısını əhatə edir 47. Göstərilən patologiyaları miokard infarktının müxtəlif təsnifat prinsiplərinə müvafiq qruplaşdırın: I. Miokard infarktının baş vermə müddətinə görə növləri II. Sol mədəcik divarının ayrı-ayrı qatlarına münasibətdən asılı olaraq miokard infarktının növləri 1) Subendokardial infarkt 2) İntramural infarkt 3) Təkrari infarkt 4) Residiv infarkt I II A) 2, 4; 1, 3 B) 1, 2; 3, 4 C) 2, 3; 1, 4 D) 3, 4; 1, 2 E) 1, 3; 2, 4 48. Sol mədəcik divarının ayrı-ayrı qatlarına olan münasibətinə görə miokard infarktının növlərini ayırd edin: 1) Transmural infarkt 2) Geniş sahəli infarkt 3) Sol mədəciyin arxa divarının infarktı 4) Subepikardial infarkt 5) Mikroinfarkt 6) Residiv infarkt A) 3, 4 B) 2, 6 C) 1, 2 D) 2, 5 E) 1, 4 49. Uyğunluğu təmin edin: I. Miokard infarktının bilavasitə baş vermə səbəbləri II. Miokard infarktı zamanı ölümün bilavasitə baş vermə səbəbləri 1) Tac arteriyaların trombozu 2) Ürəyin dəyişilmiş tac damarlarının uzunmüddətli spazmı 3) Kardiogen şok 4) Asistoliya 5) Kəskin ürək çatışmazlığı 6) Tac arteriyaların trombemboliyası I II A) 3, 4, 5; 1, 2, 6 B) 1, 2, 6; 3, 4, 5 C) 1, 2, 3; 4, 5, 6 D) 2 ,4, 6; 1, 3, 5 E) 2, 5, 6; 1, 3, 4 50. Qəflətən küçədə ölmüş 65 yaşlı kişi cinsli naməlum şəxsin meyitinin autopsiyası zamanı ürəkdən götürülmüş tikələrin mikroskopik müayinəsində miokardda kardiomiositlərarası sahələrdə nazik zolaqlar, damarətrafı sahələrdə kiçik ocaqlar şəklində birləşdirici toxumanın inkişafı görünür. Diaqnoz: A) Miokardın kəskin işemik distrofiyası B) Miokardın infarktı C) Ürəyin xroniki anevrizması D) İriocaqlı kardioskleroz E) Diffuz xırdaocaqlı kardioskleroz 51. Baş beyin maddəsində infarktdan sonra həmin ocaqda nə əmələ gəlir? A) İnfarktdan sonrakı iriocaqlı serebroskleroz B) Baş beyin maddəsinin qırmızı yumşalması və divarları pas rəngində olan kista C) Qranulyasiya toxuması D) İnfarktdan sonrakı (postinfarkt) iriocaqlı kardioskleroz E) Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista 52. Autopsiya zamanı ürəyin sol mədəciyinin yan divarında (miokardda) ölçüləri 3,0x2,0 sm sahədə ağımtıl rəngli, bərk konsistensiyalı çapıq toxuması; arxa divarında isə 3,0x2,0 sm ölçüdə kənardan qırmızı haşiyə ilə əhatə olunmuş, ağ-bozumtul rəngli sahə görünür. Diaqnoz: A) İlkin miokard infarktı B) Miokardın təkrari infarktı C) Miokardın kəskin işemik distrofiyası D) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz E) Miokardın residiv infarktı 53. Revmatik xəstəlik hansıdır? A) Ponse revmatizmi B) Mielom xəstəliyi C) Düyünlü periarteriit D) Vegener qranulomatozu E) Xaşimoto zobu 54. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Qırmızı qurdeşənəyi II. Revmatizm 1) Kəskin ziyilli endokardit 2) Aşoff qranulomaları 3) Poliartritik forma 4) Dalaq damarlarının soğanaqlı sklerozu 5) LE-hüceyrələr 6) Lyupus-nefrit I II A) 3, 4, 6; 1, 2, 5 B) 1, 2, 6; 3, 4, 5 C) 1, 5, 6; 2, 3, 4 D) 1, 3, 5; 2, 4, 6 E) 4, 5, 6; 1, 2, 3 55. Revmatizm zamanı qranuloma belə adlanır: A) Aşoff-Talalayev qranuloması B) Piroqov-Lanqhans qranuloması C) Virxov qranuloması D) Popov qranuloması E) Tuberkuloma 56. Revmatik qapaq endokarditləri içərisində beləsi yoxdur: A) Qayıdan-ziyilli endokardit B) Kəskin-ziyilli endokardit C) Fibroplastik endokardit D) Xordal endokardit E) Diffuz endokardit 57. Sistem qırmızı qurdeşənəyi zamanı qanda rast gəlinən spesifik antitellər belə adlanır: A) Antinuklear antitellər B) Bens-Cons zülalı C) Hematoksilin cisimcikləri D) Revmatoid faktor E) Spesifik makroqlobulin 58. Üzv və toxumalarda hematoksilin cisimciklərinin aşkar edilməsi hansı xəstəlik üçün xarakterdir? A) Revmatoidli artrit B) Sistem qırmızı qurdeşənəyi C) Hematoksilinlə zəhərlənmə D) Qrip E) Hemaxromatoz 59. Revmatik xəstəliklər qrupuna daxil olan xəstəliyi göstərin: A) Ponse revmatizmi B) Düyünlü pileflebit C) Obliterasiyaedici endoarteriit D) Vegener qranulomatozu E) Ankilozlaşdırıcı spondilit 60. Revmatik qapaq endokarditlərinin bir növü: A) Polipoz-xoralı endokardit B) Visseral endokardit C) Parietal endokardit D) Fibroplastik endokardit E) Xordal endokardit 61. “Lyupus-hüceyrələr” nə deməkdir? A) Revmatoid artrit zamanı oynaq kisəsində meydana çıxan xarakter hüceyrələr B) Sistem qırmızı qurdeşənəyi xəstəliyinin törədicisi C) Sistem qırmızı qurdeşənəyi xəstəliyi zamanı rast gəlinən natamam faqositozu həyata keçirən makrofaqlar D) Lyupus-nefritin törədiciləri E) Ateroskleroz zamanı damar divarında, sitoplazmalarında çoxlu miqdarda lipoproteinlər olan (natamam faqositoz) makrofaqlar 62. Birləşdirici toxumada revmatizmin kəskinləşməsini göstərən xarakter əlamət: A) Skleroz B) Oynaqlarda ankiloz C) Mukoid şişmə D) Raqositlərin görünməsi E) Hialinoz 63. “Düyü cisimcikləri” hansı xəstəlik üçün xarakter mikroskopik morfoloji əlamət hesab edilir? A) Miliar vərəm B) Revmatoidli artrit C) Alkoqol hepatiti D) Sistem qırmızı qurdeşənəyi E) Dalağın amiloidozu 64. Revmatik endokarditlərin inkişaf ardıcıllığını təyin edin: 1) Diffuz endokardit və ya valvulit 2) Fibroplastik endokardit 3) Kəskin ziyilli endokardit 4) Qayıdan-ziyilli endokardit A) 2, 1, 4, 3 B) 4, 3, 2, 1 C) 1, 2, 3, 4 D) 4, 2, 3, 1 E) 1, 3, 2, 4 65. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Revmatizm II. Sistem qırmızı qurdeşənəyi 1) Aşoff-Talalayev qranulomaları 2) Məftiləbənzər ilgəklər sindromu 3) Kiçik xoreya 4) Antinuklear antitellər 5) Qayıdan-ziyilli endokardit 6) Hematoksilin cisimcikləri I II A) 3,4,6; 1,2,5 B) 1,3,5; 2,4,6 C) 1,2,6; 3,4,5 D) 4,5,6; 1,2,3 E) 1,5,6; 2,3,4 66. Sistem qırmızı qurdeşənəyi zamanı böyrəklərdə “lyupus-nefrit”in xarakter morfoloji əlamətlərindən biri: A) Mezangiumda F-komponentin yaranması B) Mezangial hüceyrələrin sitoplazmalarında oksifil substansiyalar C) Podositlərin sitoplazmasında qurdeşənəyi faktorunun (lyupus-faktor) görünməsi D) Yumaqcıqlarda hematoksilin cisimciklərinin görünməsi E) Yumaqcıqlarda “ayparaşəkilli strukturlar”ın əmələ gəlməsi 67. Sistem qırmızı qurdeşənəyi zamanı böyrəklərdə inkişaf edən xarakter patologiya belə adlanır? A) Lyupus-skleroz B) Lyupus-nefrit C) Mezangial qlomerulonefrit D) Revmatik nefroz E) Hepatorenal sindrom 68. Qayıdan-ziyilli endokardit üçün xarakter əlamət: A) Qapaqların iltihabı, hialinozu və əhəngləşməsi B) İltihablaşmış qapaq taylarının perforasiyası C) İltihablaşmış qapaqlarda sklerotik dəyişikliklər və tromb kütlələri D) Diffuz revmatik perivaskulyar kardioskleroz E) İltihablaşmış qapaqlarda sklerotik dəyişikliklər və xoraların meydana çıxması 69. Revmatoidli artritin mümkün ağırlaşması nə ola bilər? A) Qazanılmış ürək qüsuru B) Böyrəklərin ikincili amiloidozu C) Oynaq kisəsinin perforasiyası D) Baş beynin absesi E) Oynaq səthlərində fibrinoid dəyişikliklər 70. Göstərilən əlamətləri aid olduqları xəstəliklərə uyğun olaraq yerləşdirin: I. Sistem qırmızı qurdeşənəyi II. Şeqrenin quru sindromu 1) Poliartrit 2) Məftiləbənzər ilgəklər 3) Lyupus hüceyrələr 4) Kserostomiya 5) Hematoksilin cisimcikləri 6) Kseroftalmiya I II A) 1, 3, 6; 2, 4, 5 B) 2, 3, 5; 1, 4, 6 C) 3, 4, 6; 1, 2, 5 D) 2, 4, 6; 1, 3, 5 E) 1, 2, 4; 3, 5, 6 71. Təqdim edilən xəstəliklərlə xarakter morfoloji əlamətlər arasında uyğunluğu təmin edin: I. Revmatoidli artrit II. Sistem qırmızı qurdeşənəyi 1) “Quş sifəti” 2) Dalağın periarterial soğanaqlı sklerozu 3) Kəpənək fiquru 4) Pannus 5) Lyupus faktor 6) Düyü cisimcikləri I II A) 1, 4, 6; 2, 3, 5 B) 3, 4, 5; 1, 2, 6 C) 1, 3, 5; 2, 4, 6 D) 2, 5, 6; 1, 3, 4 E) 2, 3, 4; 1, 2, 6 72. Revmatoidli artritin xüsusi formalarından biri göstərilmişdir: A) Letterer-Zive sindromu B) Mak-Kyusik sindromu C) Vissler-Fankoni sindromu D) Vakez-Osler sindromu E) Fridreksen sindromu 73. Revmatik xəstəliklərin mukoid şişmə mərhələsində baş verir: A) Destruksiyaya uğramış kollagen liflərinin ətrafında iltihab hüceyrələri toplanır B) Çapıq toxuması inkişaf edir C) Qlikozaminqlikanlar toplanır, hidratasiya baş verir, kollagen lifləri şişir D) Proliferativ qranulomatoz iltihab ocağı formalaşır E) Qlikozaminqlikanlar toplanır, kollagen lifləri destruksiyaya uğrayır 74. Revmatik xəstəliklərin sklerotik mərhələsində baş verir: A) Kollagen liflərinin ətrafında iltihab hüceyrələri toplanır B) Qranulomatoz iltihab ocaqları sağalır, onların yerində xırda çapıq toxuması qalır C) Qlikozaminqlikanlar toplanır, kollagen lifləri destruksiyayaya uğrayır D) Qlikozaminqlikanlar toplanır, hidratasiya baş verir, kollagen lifləri şişir E) Proliferativ qranulomatoz iltihab ocağı formalaşır 75. Revmatizmin Aşoff- Talalayev “çiçəklənən” qranulomasının patomorfoloji komponentləri: 1) Qeyri-aktiv makrofaqlar 2) Mikroskopik müayinə zamanı xırda nekroz oçaqları 3) Fibroblastlar 4) Monosit, limfosit və leykositlər 5) Hiperxrom nüvəli aktiv makrofaqlar A) 1, 3 B) 1, 3, 5 C) 3, 5 D) 2, 3 E) 2, 4, 5 76. Aşoff- Talalayev qranulomasının “solğunlaşan qranuloma” mərhələsinin patomorfoloji komponentləri: 1) Aktiv limfo-leykositar infiltrasiya 2) Kollagen və retikulin lifləri 3) Qranuloma iyəbənzər formadadır 4) Qeyri-aktiv makrofaqlar 5) Fibroblastlar A) 4, 5 B) 1, 3 C) 2, 4 D) 3, 4 E) 1, 2 77. Revmatik vaskulitlərin xarakteri: 1) Mikrosirkulyator damarlarda baş verir 2) Sistem xarakter daşıyır 3) İri kalibrli damarları əhatə edir 4) Təkcə ürək damarlarını əhatə edir 5) Təkcə oynaq damarlarında baş verir A) 1, 2 B) 3, 5 C) 2, 3 D) 2, 4 E) 4, 5 78. Revmatizmin poliartritik formasında oynaqlarda hansı iltihab baş verir? 1) İrinli 2) Hemorragik 3) Seroz 4) Seroz-fibrinoz 5) Kataral A) 3, 4 B) 1, 5 C) 1, 2 D) 2, 4 E) 2, 5 79. Dalağın “soğanaqlı sklerozu” hansı xəstəlik zamanı əmələ gəlir? A) Revmatizm B) Sistem qırmızı qurdeşənəyi C) Revmatoidli artrit D) Soğanaqlı splenit E) Ankilozlaşdırıcı spondilit 80. Kəskin böyrək çatışmazlığından vəfat etmiş xəstənin autopsiyası zamanı böyrək həcmcə böyümüş, kəsikdə alabəzək və qansızmalıdır. Mikroskopik müayinə zamanı böyrək yumaqcıqlarında solğun nüvəli hüceyrələr və hematoksilin cisimcikləri, yumaqcıq kapilyarlarının divarında fibrinoid nekroz ocaqları, mənfəzində hialin tromblar, kapilyarların “məftiləbənzər ilgəklər” formasını alması aşkar olunmuşdur. Diaqnoz: A) Membranoz nefropatiya B) Membranoz qlomerulonefrit C) Lipoidli nefroz D) Lyupus nefrit E) Kəskin qlomerulonefrit 81. Sistem qırmızı qurdeşənəyi zamanı dəridə “kəpənək fiquru” əlamətinin meydana çıxmasının səbəbi: A) Yanaq dərisinin mikrosirkulyator damarlarında vaskulit, birləşdirici toxuma elementlərinin dezorqanizasiyası B) Piy vəzlərinin iltihabı C) Tər vəzlərinin iltihabı D) Yanağın dərisinin hiperkeratozu E) Dermanın iltihabı 82. Qeyd edilən patoloji əlamətləri uyğun xəstəliklərə görə qruplaşdırın: 1) Şeqrenin quru sindromu 2) Düyünlü periarteriit 3) Revmatoidli artrit 4) Qırmızı qurdeşənəyi 5) Revmatizm a) Kiçik xoreya b) Fibroz-sümük ankiloz c) Kserostomiya d) Proliferativ vaskulit e) “Məftiləbənzər” ilgəklər 12345 A) c d b e a B) a b d e c C) e d b a c D) c e a b d E) b c a d e 83. Lyupus-nefrit üçün xarakterikdir: A) Böyrək stromasının və ara maddənin sklerozu B) Kanalcıq epitellərinin nekrozu C) Yumaqcıq kapilyar ilgəklərinin fibrinoid nekrozu D) Yumaqcıqların doluqanlılığı E) İnterstitsiyanın ödemi 84. Revmatik mənşəli qapaq endokarditinin məntiqi nəticəsi: A) Qapaq taylarının perforasiyası B) Qazanılmış ürək qüsuru C) Atrio-ventrikulyar fibroz halqanın kalsinozu D) Qapaq taylarının amiloidozu E) Diffuz xırdaocaqlı kardioskleroz 85. Revmatizmin serebral formasının patomorfoloji dəyişikliklərinə aiddir: 1) Baş beyində işemik insult 2) Baş beyində hemorragik insult 3) Baş beyində divarları paslı kistalar 4) Baş beyin toxumasına diapedez qansızma 5) Baş beyin toxumasının hipoksiya mənşəli destruksiya ocaqları 6) Destruksiya ocaqlarının ətrafında qliya hüceyrələrinin reaktiv proliferasiyası A) 2, 5 B) 1, 2, 3 C) 3, 4 D) 1, 6 E) 4, 5, 6 86. Revmatizmin beyin formasının inkişaf etməsinin əsasını nə təşkil edir? A) Ümumi intoksikasiya B) Beyin damarlarında revmatik vaskulitlər və hipoksiya C) Beynin kəskin ödemi D) Hialinozla əlaqədar beyin arteriollarının cırılması E) Baş beynin bədxassəli şişləri 87. Sistem qırmızı qurdeşənəyi zamanı baş verən morfoloji dəyişikliklər qrupları içərisində belə qrup dəyişikliklərə rast gəlinmir: A) Reparativ dəyişikliklər B) İmmunkompetent sistemin dəyişiklikləri C) Birləşdirici toxumanın sistem dezorqanizasiyası D) Nüvə patologiyası E) Sklerotik dəyişikliklər 88. Bu xəstəlik zamanı sinovial qişa doluqanlı və ödemlı, şişkin və tutqun rəngdə olur, çoxlu maye ifraz edir və oynaq boşluğuna tutqun ekssudat maye toplanır. Üzüm salxımına bənzər strukturlar əmələ gəlir. Diaqnoz: A) Dermatomiozit B) Sklerodermiya C) Sistem qırmızı qurdeşənəyi D) Revmatizmin poliartritik forması E) Revmatoidli artrit 89. Oynaq qığırdaqlarının destruksiyası və pannusların əmələ gəlməsi hansı xəstəlik zamanı baş verir? A) Revmatizm B) Revmatoidli artrit C) Sklerodermiya D) Qırmızı qurdeşənəyi E) Dermatomiozit 90. İltihabi prosesin və morfoloji dəyişikliklərin xarakterindən asılı olaraq kəskin bronxitin növü: A) Proliferativ B) Kataral C) Latent D) İnterstitsial E) Qranulomatoz 91. Bronxun yalnız daxili qatının iltihabı: A) Panbronxit B) Kəskin bronxit C) Endobronxit D) Daxili bronxit E) Seroz bronxit 92. Krupoz pnevmoniya ağciyərin ən azı hansı hissəsini əhatə edir? A) Həm bronxu, həm də onu əhatə edən alveolları (bronxopnevmoniya) B) Bütöv bir payını (lobar) C) Bir neçə seqmentini (poliseqmentar) D) Bütöv bir paycığı (lobulyar) E) Bir neçə payı (subtotal) 93. Etio-patogenetik xüsusiyyətlərindən asılı olaraq ağciyərlərin emfizemasının bir növü: A) Vakat B) Lobar C) Yarımkəskin D) Atelektatik E) Vikar 94. Xroniki bronxitin morfoloji növləri: A) Atrofik və hipertrofik B) Kompensator və dekompensator C) Sadə və atrofik D) Ekssudativ və proliferatıv E) Endobronxit və peribronxit 95. Klinikada yaş öskürəklə müşayiət olunan xroniki bronxitin morfoloji növü: A) Yaş xroniki bronxit B) İnterstitsial xroniki bronxit C) Sadə xroniki bronxit D) Proliferativ xroniki bronxit E) Ekssudativ xroniki bronxit 96. Krupoz pnevmoniya zamanı ağciyərdə ekssudatın tərkibindən asılı olaraq ekssudativ iltihabların hansı növü inkişaf edir? A) Lobar ekssudativ B) İrinli ekssudativ C) Fibrinoz ekssudativ D) Pnevmokok mənşəli ekssudativ iltihab E) Seroz ekssudativ 97. Bronxoektaziya xəstəliyi zamanı ağciyərdə bu xarakter dəyişikliyə rast gəlinir: A) Şanabənzər ağciyər B) Ağciyərdə qırmızı infarkt C) Kavernoz dəyişikliklər D) Ağciyərin kəskin ödemi E) Alveollararası arakəsmələrdə diffuz iltihabi dəyişikliklər 98. İltihabi proses əsas etibarilə diffuz şəkildə ağciyərlərin stromasında gedir. Diaqnoz: A) Xroniki bronxit B) İnterstitsial pnevmoniya C) Bronxopnevmoniya D) Krupoz pnevmoniya E) Bronxoektaziya xəstəliyi 99. Bronxoektaziyanın bronxoektaziya xəstəliyinə keçməsini göstərən ağciyərdən kənar dəyişikliklərdən biri: A) Yarımkəskin qlomerulonefrit B) Cor pulmonale C) Portal hipertenziya D) Pnevmo-renal sindrom E) Qudpasçer sindromu 100. Bronxoektaziyanın bronxoektaziya xəstəliyinə keçməsini göstərən ağciyərdaxili dəyişikliklərdən biri: A) Xroniki bronxopnevmoniya B) Şanabənzər ağciyər C) Hialin membranlar xəstəliyi D) Xroniki bronxit E) Bronx divarlarının deformasiya edərək bayıra doğru qabarması 101. Bu patologiyaları aid olduqları xəstəliklərə uyğun qruplaşdırın: I. Krupoz pnevmoniya II. Bronxoektaziya xəstəliyi 1) Sorulma 2) Xroniki bronxit 3) Boz hepatizasiya 4) Böyrəyin ikincili amiloidozu 5) Şanabənzər ağciyər 6) Plevropnevmoniya I II A) 1, 3, 6; 2, 4, 5 B) 1, 2, 3; 4, 5, 6 C) 2, 4, 5; 1, 3, 6 D) 2, 5, 6; 1, 3, 4 E) 1, 3, 5; 2, 4, 6 102. Ağciyərin interstitsial xəstəliklərinin bir növü: A) Bronxial astma B) Vikar emfizema C) İdiopatik fibrozlaşan alveolit D) Ağciyərlərin xroniki absesi E) Bronxektaziya xəstəliyi 103. Sarkoidoz qranuloması üçün xarakter olmayan əlamət: A) Mərkəzdə kazeoz nekroz B) Fibroblastlar C) Epiteliod hüceyrələr D) Giqant hüceyrələrin sitoplazmasında olan asteroid cisimciklər E) Limfositlər 104. Bronxoektaziya xəstəliyi zamanı ürəkdə gedən əsas dəyişiklik: A) Kardioskleroz B) Sol mədəciyin hipertrofiyası C) Miokardın boz atrofiyası D) Sağ mədəciyin hipertrofiyası E) Sol qulaqcığın genişlənməsi (dilatasiyası) 105. Stafilokok bronxopnevmoniyası zamanı ağciyərdə gedən patoloji dəyişikliklərin xarakteri: A) Distrofik kalsinoz B) Hemorragik ekssudat C) Fibrinoz-hemorragik ekssudat D) Kazeoz nekroz E) İrinli ekssudat və nekroz 106. Ağciyərlərin xroniki obstruktiv emfizeması zamanı ürəkdə gedən dəyişikliklər adlanır: A) “Ağciyər ürəyi” B) “Pələng ürək” C) “Emfizematoz ürək” D) “Tüklü ürək” E) “Atelektatik ürək” 107. Sarkoidoz qranulomasının ətrafında yerləşir: A) Üzükvari skleroz B) Piogen qat C) Qranulomatoz qat D) Demarkasiya zonası E) Nekrozlaşmış qat 108. Lobar pnevmoniyanın boz hepatizasiya mərhələsində ekssudatın tərkib hissələri: A) T-limfositlər, streptokoklar, fibrinogen B) Fibrin, neytrofil leykositlər, makrofaqlar C) B-limfositlər, fibrinogen, alveolyar makrofaqlar D) Fibrin, selik, stafilokoklar E) Fibrin, eritrositlər, I tip alveolositlər 109. Krupoz pnevmoniyanın ağırlaşması: A) Ossifikasiya B) Ağciyərin boz indurasiyası C) Abses D) Petrifikasiya E) İnkapsulyasiya 110. Lobar pnevmoniyanın ağciyər ağırlaşması: A) Peritonit B) Perikardit C) Ağciyər xərçəngi D) Karnifikasiya E) Böyrək amiloidozu 111. Ağciyər emfizemasının növü: A) Peribronxial emfizema B) Qocalıq emfizeması C) Funksional emfizeması D) Yastı epitelli emfizema E) Atelektatik emfizema 112. “Ağciyər ürəyi” hansı xəstəlik zamanı inkişaf edir? A) Ağciyər xərçəngi B) Paycıqlararası pnevmoniya C) Kəskin bronxit D) Krupoz pnevmoniya E) Bronxoektaziya xəstəliyi 113. Krupoz pnevmoniyanın morfogenetik inkişaf mərhələlərini tamamlayın: 1) Hiperemiya mərhələsi 2) Qırmızı hepatizasiya mərhələsi 3) Boz hepatizasiya mərhələsi 4) – – – – A) sarı hepatizasiya mərhələsi B) karnifikasiya mərhələsi (“ətləşmə”) C) skleroz mərhələsi D) ağırlaşmalar mərhələsi E) sorulma mərhələsi 114. Kəskin bronxitdən fərqli olaraq xroniki bronxit: A) Adətən bronxların bütün qatlarını əhatə edir B) Xəstəliyin baş verməsində infeksion amillər daha böyük rol oynayır C) Limfo-leykositar infiltrasiya ilə yanaşı sklerotik dəyişikliklərin inkişafı qeyd edilir D) Peribronxial interstitsial pnevmoniya ilə ağırlaşır E) Bronxun mənfəzində selikli-irinli ekssudatın olması ilə xarakterizə olunur 115. Mikroskopik müayinədə bronxların divarında, xüsusilə də selikli qişada çoxlu miqdarda limfo-leykositar iltihabi hüceyrə infiltrasiyası və qranulyasiya toxumasının inkişafı görünür. Bu görüntülər bronxitin hansı forması üçün daha xarakterdir? A) Qarışıq xarakterli kataral bronxit B) Xroniki ekssudativ bronxit C) Xroniki qranulomatoz bronxit D) Kəskin fibrinoz bronxit E) Xroniki proliferativ bronxit 116. Qazanılmış bronxektaziyaların bronxektaziya xəstəliyi kimi formalaşmasını göstərən patoloji proseslərdən biri: A) Ağciyərin kəskin absesi B) Xroniki bronxit C) Bronxopnevmoniya D) Peribronxial ara pnevmoniya E) Pnevmoskleroz 117. Autopsiya zamanı ağciyərdən götürülmüş materialın mikroskopik müayinəsində bronxun bütün qatlarında limfo-leykositar infiltrasiya, bronxun mənfəzində leykositlər, deskvamasiyaya uğramış epitel hüceyrələrindən ibarət ekssudat müəyyən edilir. Ətrafdakı alveollarda leykosit qarışıqlı seroz ekssudat vardır. Perifokal sahələrdə həmçinin emfizematoz alveollar görünür. Diaqnoz: A) Krupoz pnevmoniya B) Bronxopnevmoniya C) Sarkoidoz D) Xroniki proliferativ panbronxit E) Peribronxial emfizematoz pnevmoniya 118. İdiopatik fibrozlaşan alveolit zamanı ağciyərdə baş verən patomorfolji dəyişikliklərin ikinci mərhələsi necə adlanır? A) Ağciyər ürəyinin formalaşması mərhələsi B) Alveolyar strukturların dezorqanizasiyası və pnevmofibroz mərhələsi C) Alveollararası arakəsmələrin iltihabı D) Şanabənzər ağciyər mərhələsi E) Makrofaqal qranulomatoz alveolit mərhələsi 119. Kəskin tonzillitin forması: A) Qranulomatoz tonzillit B) İnterstitsial tonzillit C) Autoimmun tonzillit D) Lakunar tonzillit E) Səthi tonzillit 120. Morfoloji xüsusiyyətlərindən asılı olaraq xroniki qastritlərin forması: A) B-qastrit B) Kataral C) Atrofik D) Autoimmun E) Xroniki 121. Mədənin xroniki xora xəstəliyinin ağırlaşmalarına aiddir: A) Qastro-renal sindrom B) Mədə polipi C) Xroniki qastropatiya D) Qeyri-spesifik xoralı kolit E) Maliqnizasiya 122. Hansı patologiya mədənin xroniki xora xəstəliyinin destruktiv ağırlaşmalarına aiddir? A) Penetrasiya B) “Qum saatı” simptomu C) Kəskinləşmə D) Maliqnizasiya E) Periqastrit 123. Kəskin enteritin növü: A) Qranulomatoz B) Atrofik C) İnterstitsial D) Nekrotik E) Autoimmun 124. Destruktiv appendisitin növü: A) Hemorragik B) Sadə C) Səthi D) Fibrinoz E) Fleqmanoz-xoralı 125. Kəskin appendisitin formalarından biri: A) Follikulyar B) Sadə C) Yüngül D) Atrofik E) Qarışıq 126. Morfoloji xüsusiyyətlərindən asılı olaraq xroniki qastritlərin 3 forması ayırd edilir. Onları tamamlayın: 1) – – – 2) Atrofik qastrit 3) Hipertrofik qastrit A) Sadə qastrit B) Autoimmun qastrit C) Atrofik-hiperplastik qastrit D) C-qastrit E) Səthi qastrit 127. Xroniki xora xəstəliyinin 3 əsas tipik lokalizasiyası vardır: 1) Mədənin cismi 2) Pilorik hissə 3) – – – A) 12-barmaq bağırsağın enən hissəsi B) Mədənin dibi C) Qarışıq D) 12-barmaq bağırsağın soğanaq hissəsi E) Qastro-duodenal sfinktor 128. Xroniki xora xəstəliyinin morfogenetik inkişaf mərhələlərindən biri: A) Fibrinoid nekroz mərhələsi B) Eroziya mərhələsi C) Təmiz xora mərhələsi D) Xoraönü mərhələ E) Sağalma mərhələsi 129. Xroniki xora xəstəliyinin morfogenetik inkişaf ardıcıllığını təyin edin: 1) Xroniki xora 2) Kəskin xora 3) Eroziya A) 2, 3, 1 B) 1, 2, 3 C) 3, 2, 1 D) 1, 3, 2 E) 2, 1, 3 130. Xroniki xora xəstəliyi zamanı xora prosesinin dərinləşərək mədə divarından kənara çıxmasına, kontakt qonşu üzv və toxumalara keçməsinə nə deyilir? A) Perforasiya B) Proqressivləşmə C) Generalizasiya D) Metastaz E) Penetrasiya 131. Vensan tonzillitinin törədiciləri: A) Ağız boşluğunun adi spiroxetləri ilə Vensan çöpləri B) Vensan spiroxetləri ilə göy irin çöpləri C) Qızılı Vensan stafilokokları ilə iyəbənzər bakteriyalar D) A-qrupuna məxsus (-hemolitik streptokoklar E) Vensan spiroxetləri ilə fuzobakteriyalar 132. Göstərilən qastrit formalarını ayrı-ayrı təsnifat prinsiplərinə görə müvafiq olaraq yerləşdirin: I. Morfoloji xüsusiyyətlərindən asılı olaraq xroniki qastritlərin formaları II. Lokalizasiyasından asılı olaraq xroniki qastritin növləri III. Kəskin qastritin formaları 1) Kataral 2) Fundal 3) Hipertrofik qastropatiya 4) Atrofik qastrit 5) Antral 6) Nekrotik I II III A) 1,2; 3,4; 5,6 B) 2,6; 1,4; 3,5 C) 4,6; 2,3; 1,5 D) 1,4; 2,5; 3,6 E) 3,4; 2,5; 1,6 133. Göstərilən qastritləri aid olduqları qruplar üzrə yerləşdirin: I. Xroniki qastrit II. Kəskin qastrit 1) Kataral qastrit 2) Fibrinoz qastrit 3) Nekrotik qastrit 4) B-qastrit 5) Atrofik qastrit 6) Hipertrofik qastropatiya I II A) 1,3,5; 2,4,6 B) 4,5,6; 1,2,3 C) 2,3,5; 1,4,6 D) 1,3,6; 2,4,5 E) 2,4,5; 1,3,6 134. Kəskinləşmə dövründə xroniki xoranın divarını təşkil edən qatlardan biri: A) Selikaltı qat B) Fibrinoid nekroz qatı C) Eroziya qatı D) Keçid qat E) Demarkasiya qatı 135. Qeyri-spesfik xoralı kolit zamanı hansı ağırlaşmaya rast gəlinmir? A) Maliqnizasiya B) Bağırsaq divarının qalınlaşması C) Böyrəyin amiloidozu D) Toksiki dilatasiya E) Bağırsağın qanqrenası 136. Destruktiv appendisitin forması: A) Seroz B) Hemorragik C) Kataral D) Fibrinoz E) Fleqmanoz 137. Mədə xorasının ümumi xarakterli patogenetik faktoru: A) İmmunoloji hemostazın pozulması B) Turşu-peptik faktorunun pozulması C) Mədə və onikibarmaq bağırsaqda qan dövranının pozulması D) Mədə və onikibarmaq bağırsaqda mübadilə proseslərinin pozulması E) Mədə və onikibarmaq bağırsağın sinir tənziminin pozulması 138. Remissiya zamanı mədə xorasının dibində aşkar edilir: A) Əzələ toxuması B) Çapıq toxuması C) Limfoid toxuma D) Epitel toxuması E) Piy toxuması 139. Fleqmanoz appendisitin ağırlaşmasını göstərin: A) Çıxıntının empieması B) Çıxıntının mənfəzinin stenozu C) Çıxıntının ödemi D) Çıxıntının maliqnizasiyası E) Bağırsaq keçməməzliyi 140. Xora xəstəliyinin çapıq xarakterli ağırlaşmaları nə ilə təzahür edə bilər? A) Qanaxma B) Peritonit C) Perforasiya D) Penetrasiya E) Mədə çıxacağının stenozu 141. Mədə patologiyasını təyin edin: A) Kəskin qastrit B) Mədə polipi C) Xroniki qastrit D) Polipoz E) Mədə xorası 142. Mədə xorasının penetrasiyası nə deməkdir? A) Xoranın geriyə inkişafı (sağalma) B) Xoranın qonşu orqanlara açılması C) Xoranın bədxassəli şişə çevrilməsi D) Xoranın qarın boşluğuna açılması E) Xoranın proqressivləşməsi 143. Damaq badamcıqlarından götürülmüş bioptatın mikroskopik müayinəsi aparılır. Limfoid toxumanın sklerozlaşması, bəzi yerlərdə kompensator olaraq hiperplaziyası görünür, lakunalar genişlənmişdir, epitelləri atrofiyalaşmış, badamcıqların stromasında sklerozla yanaşı limfo-leykositar infiltrasiya da qeyd edilir. Diaqnoz: A) Xroniki tonzillit B) Kəskin irinli tonzillit C) Kəskin lakunar tonzillit D) Xroniki farinqo-laringit E) Kəskin follikulyar tonzillit 144. Mədədən götürülmüş biopsiya materialının mikroskopik müayinəsi aparılır. Mədənin selikli qişasındakı vəzlərin miqdarı azalmışdır, onların yerində birləşdirici toxuma elementlərinin artması qeyd edilir. Örtük epitelinin bağırsaq tipli epitellə əvəz olunması aşkar olunmuşdur. Selikli qişanın xüsusi lövhəsi limfo-leykositar elementlərlə infiltrasiyaya uğramışdır. Diaqnoz: A) Xroniki atrofik qastrit B) Menetrie xəstəliyi C) Kəskin irinli qastrit D) Xroniki fibrinoz qastrit E) Xroniki səthi qastrit 145. Kəskinləşmə dövründə mədənin xroniki xorasının dibində və divarında belə bir qata rast gəlinmir: A) Kobud lifli birləşdirici toxuma qatı B) Fibrinoid nekroz qatı C) Qranulyasion toxuma qatı D) Səthi ekssudativ qat E) Doluqanlı damarlar qatı 146. Qeyd edilən terminləri aid olduqları xəstəliklərə görə qruplaşdırın: I. Xroniki qastrit II. Xroniki xora xəstəliyi 1) “Qum saatı” əlaməti 2) Pernisioz anemiya 3) Enteralizasiya 4) Hematomezis 5) Hipertrofik qastropatiya 6) Penetrasiya I II A) 2,3,6; 1,4,5 B) 1,2,4; 3,5,6 C) 1,3,6; 2,4,5 D) 2,3,5; 1,4,6 E) 3,5,6; 1,2,4 147. Simptomatik xoraların belə bir növü yoxdur: A) Postoperasion peptik xoralar B) Toksik xoralar C) Medikamentoz xoralar D) Metabolik xoralar E) İnfeksion mənşəli xoralar 148. Xroniki atrofik kolitin əsas patomorfoloji xüsusiyyəti: A) Bağırsaq epitelinin distrofik, nekrobiotik dəyişikliyə uğraması və deskvamasiyası B) İltihabi dəyişikliklərlə yanaşı qranulomatoz strukturların olması C) Limfo-plazmositar infiltrasiya, adenomatoz strukturların inkişafı D) Bağırsağın selikli qişasında limfo-leykositar infiltrasiya ilə yanaşı sklerotik və atrofik dəyişikliklər E) Yoğun bağırsağın selikli qişasında limfo-leykositar infiltrasiya, həmçinin ödem, doluqanlılıq, diapedez qansızmalar 149. Autoimmun mexanizimli qastriti göstərin: A) B-qastrit B) A-qastrit C) C-qastrit D) Xroniki hipertrofik qastrit E) Nekrotik qastrit 150. Göstərilən patoloji əlamətləri uyğun xəstəliklərə görə qruplaşdırın: I. Xroniki xora xəstəliyi II. Xroniki qastrit 1) “Enteralizasiya” 2) Periqastrit 3) Stenoz 4) Pernisioz anemiya 5) Menetrie xəstəliyi 6) “Qum saatı” 7) Axlorhidriya 8) Perforasiya 9) Hipertrofik qastropatiya 10) Penetrasiya I II A) 1, 4, 5, 7, 10; 2, 3, 6, 8, 9 B) 1, 2, 6, 8, 9; 3, 4, 5, 7, 10 C) 1, 3, 4, 5, 8; 2, 6, 7, 9, 10 D) 2, 4, 6, 7, 10; 1, 3, 5, 8, 9 E) 2, 3, 6, 8, 10; 1, 4, 5, 7, 9 151. Mədənin xərçəngönü xəstəliyi: A) Kəskin fibrinoz qastrit B) Kəskin xora C) Xroniki atrofik qastrit D) Kəskin atrofik qastrit E) Differensiasiya etməmiş adenokarsinoma 152. Kəskin appendisitin ən çox rast gəlinən ağırlaşmalardan biri olan perforasiya adətən appendisitin hansı forması zamanı baş verir? A) Qanqrenoz B) Fibrinoz C) Fleqmanoz-xoralı D) İrinli E) Apostematoz 153. Göstərilən patoloji prosesləri aid olduqları xəstəliklərə uyğun qruplaşdırın: I. Qeyri-spesifik xoralı kolit II. Kron xəstəliyi 1) Ən çox qalça bağırsağın terminal hissəsində inkişaf edir 2) Bağırsağın selikli və digər dərin qatlarında qranulomalar izlənilir 3) Əsasən xəstəlik düz bağırsaqdan başlayır, sonradan isə xoralı pankolit inkişaf edir 4) Bağırsağın selikli qişasında kiçik abses ocaqları 5) Bağırsağın bütün şöbələri zədələnə bilər 6) Bağırsaq divarında psevdopoliplər formalaşır I II A) 3,4,5; 1,2,6 B) 3,4,6; 1,2,5 C) 2,3,4; 1,5,6 D) 2,3,6; 1,4,5 E) 2,3,5; 1,4,6 154. X-patologiyanı təyin edin: A) Uippl xəstəliyi B) Xroniki enterit C) Qeyri-spesifik xoralı kolit D) Bağırsaq vərəmi E) Kron xəstəliyi 155. Hansı xəstəlik zamanı nazik bağırsağın diffuz şəkildə zədələnməsi ilə müşayiət olunan intestinal malabsorbsiya (piylərin sorulması prosesinin kəskin şəkildə pozulması) baş verir, poliserozit və içərisində basiləbənzər mikroorqanizmlər olan xarakter ŞİK-müsbət makrofaqlar meydana çıxır? A) Kron xəstəliyi B) Seliak xəstəliyi C) Qeyri-spesifik xoralı kolit D) Xoralı kolit E) Uippl xəstəliyi 156. Bu xəstəlik yoğun bağırsaqda xoralaşmaya, psevdopoliplərə və toksiki dilatasiyaya səbəb olur. Son nəticədə isə yoğun bağırsaq diffuz şəkildə sklerozlaşaraq deformasiyaya – sirroza uğrayır, ağır yerli və ümumi xarakterli ağırlaşmalarla müşayiət olunur. Yoğun bağırsağın selikli qişası makroskopik olaraq “daş döşənmiş küçə”yə bənzəyir. Diaqnoz: A) Uippl xəstəliyi B) Bağırsaq vərəmi C) Qeyri-spesifik xoralı kolit D) Dizenteriya E) Kron xəstəliyi 157. Krukenberq şişi nədir? A) Süd vəzinin xərçəngi B) Mədə xərçənginin pararektal limfa düyünlərinə metastazı C) Süd vəzi xərçənginin yumurtalığa metastazı D) Yumurtalıq xərçənginin mədəyə metastazı E) Mədə xərçənginin yumurtalığa metastazı 158. Menetrie xəstəliyi nədir? A) Bədxassəli limfoma B) Qeyri-spesifik xoralı kolitin sinonimi C) Xroniki hipertrofik qastritlərin (hipertrofik qastropatiya) xüsusi növü D) Mədənin xroniki xora xəstəliyinin ağırlaşması E) Mədə xərçənginin yumurtalığa metastazı 159. Qalça bağırsağın terminal hissəsindən götürülmüş bioptatın mikroskopik müayinəsi zamanı aşkar edilən hansı morfoloji dəyişiklik Kron xəstəliyi üçün xarakter hesab edilə bilər? A) Selikli qişanın örtük epitellərinin deskvamasiyası, selikli qişanın atrofiyası B) Limfoid follikullarda “beyinvari şişkinləşmə” C) Fibrinoz ərp D) Örtük epitellərinin və vəz epitellərinin aralarında giqant Kron hüceyrələrinin görünməsi E) Sarkoidozabənzər qranulomalar, müxtəlif dərinlikli nekrotik şırımlar 160. Hepatoz qaraciyərin hansı patologiyasıdır? A) Qan dövranı pozğunluğu B) İltihab C) Distrofik və (və ya) nekrotik dəyişikliklər D) Sklerozlaşma E) Xoşxassəli şiş 161. Hansı dəyişiklik qaraciyərin toksiki distrofiyası zamanı rast gəlinir? A) Qaraciyərin parenximasında “öd gölləri”nin əmələ gəlməsi B) Portal sahələrdə diffuz şəkildə sklerotik dəyişikliklər C) T-limfositlərin hepatositlərə killer effekti fenomeni D) Qaraciyərin qırmızı distrofiyası E) Qaraciyərin parenximasında Kaunsilmen cisimcikləri 162. Etiologiyasına görə qaraciyər sirrozunun növünü göstərin: A) Postnekrotik B) Xırdadüyünlü C) Multilobulyar D) İnfeksion E) Portal 163. Başvermə səbəblərindən (etiologiyasından) asılı olaraq görə qaraciyər sirrozunun belə bir növü yoxdur: A) Durğunluq B) Kriptogen C) İnfeksion D) Monolobulyar E) Toksiki 164. Biliar sirroz hal-hazırda qaraciyərin hansı klinik-morfoloji formasının (morfogenetik tipinin) bir növü hesab edilir? A) Postnekrotik B) Metabolik C) Portal D) Kardiogen E) Qarışıq 165. Mikroskopik müayinə zamanı B hepatiti üçün xarakter əlamət: A) Qaraciyərin sarı distrofiyası B) Üzüyəbənzər hüceyrələr C) “Qumlu nüvələr” əlaməti D) Portal sahələrdə sklerotik dəyişikliklər E) “Öd gölləri”nin əmələ gəlməsi 166. Tutqun şüşəyəbənzər hepatositlər hansı xəstəlik üçün xarakter ola bilər? A) B hepatiti B) Qaraciyərin tutqun nekrozu C) Qaraciyərin hialinozu D) A hepatiti E) Qaraciyərin amiloidozu 167. Qaraciyər sirrozunun qaraciyərdən kənar əlaməti: A) Yalançı paycıqların əmələ gəlməsi B) Portal hipertenziya sindromu C) Qaraciyərin deformasiyaya uğraması D) Qaraciyərdə diffuz sklerozun inkişafı E) Xroniki qaraciyər çatışmazlığı 168. Alkoqol hepatitindən fərqli olaraq virus hepatiti zamanı qaraciyər toxumasında belə bir xarakter patomorfoloji struktur müşahidə edilir: A) Kaunsilmen cisimcikləri B) Raqositlər C) Üzüyəbənzər hüceyrələr D) Düyü cisimcikləri E) Mallori cisimcikləri 169. Qaraciyərin göstərilən sirrozlarını onların aid olduqları müvafiq təsnifat prinsiplərinə görə qruplaşdırın: I. Qaraciyər sirrozunun morfogenetik tipləri II. Qaraciyər sirrozunun etioloji təsnifatı 1) İnfeksion 2) Toksiki 3) Portal 4) Durğunluq 5) Qarışıq 6) Postnekrotik I II A) 3,4,6; 1,2,5 B) 1,2,5; 3,4,6 C) 2,4,5; 1,3,6 D) 1,3,5; 2,4,6 E) 3,5,6; 1,2,4 170. Qaraciyərin göstərilən sirrozlarını onların aid olduqları müvafiq təsnifat prinsiplərinə görə qruplaşdırın: I. Qaraciyər sirrozunun etioloji təsnifatı II. Qaraciyər sirrozunun makroskopik təsnifatı III. Qaraciyər sirrozunun morfogenetik tipləri 1) Xırdadüyünlü 2) Toksiki 3) Portal 4) İridüyünlü 5) İnfeksion 6) Postnekrotik I II III A) 2,6; 3,5; 1,4 B) 2,5; 1,4; 3,6 C) 3,5; 2,4; 1,6 D) 3,4; 1,5; 2,6 E) 1,5; 2,3; 4,6 171. Qaraciyərin portal sirrozundan fərqli olaraq postnekrotik sirroz zamanı: A) Xarici görünüşünə görə xırdadüyünlü sirroz inkişaf edir B) Yalançı paycıqları təşkil edən hepatositlərdə əksər hallarda piy distrofiyasına rast gəlinir C) Yalançı paycıqları bir-birindən ayıran sklerotik arakəsmələr nazik olur D) Yalançı paycıqları bir-birindən ayıran sklerotik arakəsmələr qalın olur E) Yalançı paycıqları bir-birindən ayıran arakəsmələrdə limfo-leykositar infiltrasiya da olur 172. Postnekrotik sirrozdan fərqli olaraq qaraciyərin portal sirrozu zamanı: A) Adətən iridüyünlü sirroz inkişaf edir B) Yalançı paycıqları təşkil edən hepatositlərdə piy distrofiyasına rast gəlinmir C) Yalançı paycıqları bir-birindən ayıran sklerotik arakəsmələrdə Mallori cisimciklərinə də rast gəlinir D) Yalançı paycıqları bir-birindən ayıran sklerotik arakəsmələr qalın olurlar E) Yalançı paycıqlar bir-birindən nazik sklerotik arakəsmələrlə ayrılırlar 173. Xroniki aktiv hepatitdən fərqli olaraq xroniki qeyri-aktiv hepatit zamanı: A) Limfo-leykositar infiltrasiya yalnız portal traktlarda görünür B) Portal traktlarda sklerotik dəyişikliklər olur, lakin limfo-leykositar infiltrasiyaya rast gəlinmir C) Hepatositlərdə hidropik distrofiya və kollikvasion nekroz əlmətləri güclü şəkildə inkişaf edir D) Sklerotik dəyişikliklər həm də periportal sahələrdə və paycıqların daxilində gedir E) Limfo-leykositar infiltrasiya periportal sahələrə və hətta paycıqların daxilinə doğru da yayılırlar 174. Qaraciyərdən götürülmüş materialın mikroskopik müayinəsi zamanı portal sahələrdə çoxlu limfo-leykositar infiltrasiya və birləşdirici toxumanın inkişafı qeyd edilir. Hepatositlərdə zəif intensivlikdə distrofiya görünür, nekrotik dəyişikliklər isə qeyd edilmir. Periportal sahələrdə və paycığın daxilində limfo-leykositar elementlərə rast gəlinmir. Diaqnoz: A) Kəskin xolestatik hepatit B) Xroniki qeyri-aktiv hepatit C) Xroniki xolestatik hepatit D) Xroniki aktiv hepatit E) Xroniki proliferativ hepatit 175. Göstərilmiş morfoloji əlamətləri aid olduqları xəstəliklərə görə yerləşdirin: I. Qaraciyərin toksik distrofiyası II. B hepatiti III. Qaraciyər sirrozu 1) Paycıqlı quruluşun pozulması 2) Qumlu nüvələr əlaməti 3) Qaraciyərin qırmızı distrofiyası 4) Portal hipertenziya 5) T-limfositlərinin hepatositlərə killer effekti 6) Yalançı paycıqların əmələ gəlməsi 7) Kaunsilmen cisimcikləri 8) Qaraciyərin sarı distrofiyası I II III A) 3,8; 2,5,7; 1,4,6 B) 2,4; 3,5,9; 1,6,7 C) 1,2; 2,3,7; 4,5,6 D) 2,4; 1,3,5; 7,8,9 E) 4,6; 1,3,8; 2,5,7 176. Xroniki aktiv hepatitlərdən fərqli olaraq xroniki qeyri-aktiv hepatit zamanı: A) Portal traktların sklerozlaşması, periportal sahələrdə isə diffuz limfo-leykositar infiltrasiya qeyd olunur B) Öd yollarında epitel hüceyrələrinin proliferasiyası və axacaq divarının destruksiyası meydana çıxır C) İltihabi hüceyrə elementləri portal sahələrdən paycıqların daxilinə massiv şəkildə nüfuz etmirlər, hepatositlərdə distrofik və nekrotik dəyişikliklər olmur və ya çox zəif olur D) Qaraciyərin stromasında seroz maye və zəif intensivlikdə limfo-leykositar elementlərin infiltrasiyası görünür E) Sinusoidlərdə diffuz iltihabi hüceyrə infiltrasiyası müşahidə olunur 177. Mikroskopik müayinə zamanı qaraciyər toxumasında bərabər böyüklükdə, bir paycıq hissələrindən (monolobulyar) qurulmuş yalançı paycıqlar görünür. Düyünlər nazik birləşdirici toxuma arakəsmələri ilə ayrılmışdır, hepatositlərdə piy distrofiyası qeyd edilir. Birləşdirici toxuma atmalarında limfo-histositar infiltrasiya görünür. Ehtimal olunan diaqnoz: A) Xroniki alkohol hepatiti B) Qaraciyərin diffuz piy distrofiyası C) Qaraciyərin multilobulyar postnekrotik sirrozu D) Alkoqol mənşəli xırdadüyünlü portal sirroz E) Xroniki aktiv virus hepatiti 178. Göstərilən sirrozları aid olduqları təsnifat prinsiplərinə görə qruplaşdırın: I. Qaraciyər sirrozunun etioloji təsnifatı II. Qaraciyər sirrozunun makroskopik təsnifatı III. Qaraciyər sirrozunun mikroskopik təsnifatı 1) Metabolik-alimentar 2) Multilobulyar 3) Makronodulyar 4) Toksiko-allergik 5) Kriptogen 6) Mono-multilobulyar 7) Natamam septal 8) Mikronodulyar 9) Monolobulyar I II III A) 1,3,6; 2,7,9; 4,5,8 B) 1,4,5; 3,7,8; 2,6,9 C) 2,3,8; 4,6,9; 1,5,7 D) 4,8,9; 1,3,5; 2,6,7 E) 3,5,6; 1,2,8; 4,7,9 179. Morfogenetik xüsusiyyətlərinə görə xolestatik sirrozlar hansı sirrozlara aiddir? A) Makronodulyar sirrozlar B) Qarışıq sirrozlar C) Durğunluq sirrozları D) Postnekrotik sirrozlar E) Portal sirrozlar 180. B hepatitinin xarakter morfoloji əlamətlərinə aid edilmir: A) Kaunsilmen cisimcikləri B) Kollikvasion nekroz C) İltihabi hüceyrə infiltrasiyası D) Hepatositlərdə parenximatoz piy distrofiyası E) “Qumlu nüvələr” əlaməti 181. Qeyd edilən cümlələrdən doğru olanlarını təyin edin: 1) Portal sirroz zamanı qaraciyərin ölçüləri ya dəyişmir, ya da hidropik distrofiya ilə əlaqədar kiçilir 2) Qaraciyərin diffuz piy distrofiyasının ikinci mərhələsində hepatositlərdə piy distrofiyası ilə yanaşı nekrobiotik və destruktiv dəyişikliklər də olur 3) Portal sirroz ləng inkişaf edir, nisbətən gec formalaşır, bu zaman portal hipertenziya sindromu tez başlanır 4) Xroniki aktiv hepatit zamanı qaraciyər həcmcə kiçilmiş, qırmızı rəngdə, konsistensiyası yumşaq, səthi düyünlü olur 5) Birincili biliar sirroz qaraciyərdən kənar öd yollarının obstruktiv patologiyaları nəticəsində baş verir 6) Multilobulyar sirroz zamanı regenerator düyün bir neçə yalançı paycığı əhatə edir A) 1, 5, 6 B) 2, 5, 6 C) 2, 3, 6 D) 3, 4, 5 E) 1, 4, 5 182. Təqdim edilən patoloji əlamətləri müvafiq xəstəliklərə görə qruplaşdırın: I. B hepatiti II. Qaraciyər sirrozu 1) Mallori cisimcikləri 2) “Büxnerin gecikmiş makrofaqal düyünləri” 3) “Triadaların yaxınlaşması fenomeni” 4) Assit 5) Hepatositlərdə hidropik distrofiya 6) “Böyük qırmızı qaraciyər” 7) Psevdolobulyar quruluş 8) Portal hipertenziya 9) “T-limfositlərin hepatositlərə killer effekti” fenomeni 10) “Qumlu nüvələr” əlaməti I II A) 1,3,7,9,10; 2,4,5,6,8 B) 3,5,6,7,8; 1,2,4,9,10 C) 2,5,6,9,10; 1,3,4,7,8 D) 1,2,4,6,9; 3,5,7,8,10 E) 2,4,5,8,9; 1,3,6,7,10 183. Qaraciyərin toksiki distrofiyasının nəticəsi: A) Böyrəklərdə ikincili amiloidoz B) Xroniki aktiv hepatit C) Postnekrotik sirroz D) Muskat qaraciyər E) Portal sirroz 184. Alkoqol mənşəli sirrozun mikroskopik əlaməti: A) Hidropik distrofiya B) HBsAg-in tapılması C) Hialin-damlalı distrofiya D) Mallori cisimcikləri E) Kaunsilmen cisimcikləri 185. B hepatit zamanı “tutqun şüşə” əlamətinin əmələ gəlməsinin səbəbi: A) Hepatositlərin nekrozlaşmış qalıqları B) Makrofaqların zədələnmiş hepatosit hissələrini udması C) Hepatositlərin nüvələrində HBc Ag sintez olunması D) Hepatositlərə T-killerlərin təsirinin nəticəsidir E) Hepatositlərin endoplazmatik retikulumunda HBsAg sintez olunması 186. Qaraciyərin toksiki distrofiyası zamanı ölümün səbəbi: A) Kaxeksiya B) Kəskin qaraciyər çatışmazlığı C) Anemiya D) Qaraciyərin amiloidozu E) Mədə və qida borusunun varikoz genəlmiş venoz damarlarının partlaması və kəskin qanitirmə 187. X-patologiyanı təyin edin: A) Qaraciyərin steatozu B) Virus hepatiti C) Qaraciyərin toksiki hepatozu D) Alkohol hepatiti E) Qaraciyər sirrozu 188. X-patologiyanı təyin edin: A) Nefroskleroz B) Mədə xərçəngi C) Qaraciyərin xərçəngi D) Qaraciyər sirrozu E) Alkoqol hepatiti 189. Hansı patologiya qaraciyər sirrozunun qaraciyərdən kənar əlamətlərinə aid deyil? A) Endokrin pozğunluqlar B) Tromboembolik sindrom C) Hemorragik sindrom D) Portal hipertenziya E) Hepato-renal sindrom 190. Virus hepatitinin xarakter mikroskopik əlamətlərindən biri: A) Psevdolobulyar quruluş B) Portal sahələrdə qranulomanın olması C) Qumlu nüvələr əlaməti D) Mallori cisimcikləri E) Hepatositlərdə piy distrofiyası 191. Etiologiyasından asılı olaraq sirrozun növü: A) Toksiko-allergik sirroz B) Hipertenzion sirroz C) Multilobulyar sirroz D) Postnekrotik sirroz E) Portal sirroz 192. Səfil həyat tərzi keçirən şəxsin meyitindən götürülmüş qaraciyər nümunəsinin mikroskopik müayinəsi aparılır. Qaraciyərin paycıqlı quruluşu pozulmuş, bir-birindən nazik sklerotik arakəsmələrlə ayrılmış yalançı paycıqlar əmələ gəlmişdir. Bu yalançı paycıqları təşkil edən hepatositlər piy distrofiyası vəziyyətindədirlər. Diaqnoz: A) Qaraciyərin portal sirrozu B) Xroniki aktiv hepatit C) Qaraciyərin paycıqlı piy distrofiyası D) Qaraciyərin postnekrotik sirrozu E) Xroniki qeyri-aktiv hepatit 193. Kəskin virus hepatitinin klinik-morfoloji forması: A) Hipertrofik hepatopatiya B) Hemorragik hepatit forması C) C hepatit D) Xroniki aktiv hepatit E) Sarılıqlı forma 194. Qaraciyər sirrozunun mikroskopik morfoloji əlamətləri: A) Qaraciyərdə massiv nekroz və zülal distrofiyası B) Qaraciyərdə diffuz skleroz və yalançı paycıqların əmələ gəlməsi C) Portal traktlarda birləşdirici toxumanın inkişafı və hepatositlərdə hidropik distrofiya D) Qaraciyərdə diffuz piy distrofiyası və venoz durğunluq E) Qaraciyərdə kəskin nekrotik dəyişikliklər və portal yollarda iltihabi infiltrasiya 195. Hansı sirroz zamanı qaraciyər toxumasında “öd gölləri” aşkar edilir? A) İkincili biliar sirroz B) Metabolik sirroz C) Durğunluq sirrozu D) Alkoqol sirrozu E) Postnekrotik sirroz 196. Qaraciyərin portal sirrozunun əsas morfoloji əlamətləri hansılardır? A) Hepatositlərdə parenximatoz zülal distrofiyası görünür B) Yalançı paycıqlar bir-birindən qalın sklerotik arakəsmələrlə ayrılmışlar; qaraciyər toxumasında çoxlu miqdarda öd piqmenti toplantıları görünür C) Yalançı paycıqlar bir-birindən müxtəlif qalınlıqlı (qalın və nazik) sklerotik arakəsmələrlə ayrılmışlar; hepatositlər piy və zülal distrofiyası vəziyyətindədirlər D) Yalançı paycıqlar bir-birindən qalın sklerotik arakəsmələrlə ayrılmışlar; hepatositlər zülal distrofiyası vəziyyətindədirlər E) Yalançı paycıqlar bir-birindən nazik sklerotik arakəsmələrlə ayrılmışlar; hepatositlər piy distrofiyası vəziyyətindədirlər 197. B hepatiti üçün xarakter mikroskopik əlamət: A) Qaraciyərin diffuz piy distrofiyası B) Qaraciyərdə multilobulyar düyünlər C) Kaunsilmen cisimcikləri və koaqulyasion nekroz D) Mallori cisimcikləri E) Qaraciyərdə “üzüyəbənzər hüceyrələr”in əmələ gəlməsi 198. Kəskin virus hepatitlərinin klinik-morfoloji forması: A) Sadə hepatit forması B) Yarımkəskin forma C) Fleqmonoz forma D) Sarılıqsız forma E) Kalkulyoz forma 199. Mezangial qlomerulonefrit hansıdır? A) Berje xəstəliyi B) Bədxassəli qlomerulonefrit C) Kəskin qlomerulonefrit D) Tez proqressivləşən qlomerulonefrit E) Fibroplastik qlomerulonefrit 200. Lipoidli nefroz xəstəliyinin sinonimi: A) Membranoz qlomerulonefrit B) Bədxassəli qlomerulonefrit C) Kiçik ayaqcıqlar xəstəliyi D) Kraş-sindrom E) Sklerozlaşan qlomerulonefrit 201. Böyrək amiloidozunun inkişaf mərhələsi: A) Şok B) Hemorragik C) Nefrotik D) Membranoz E) Qarışıq 202. Berje xəstəliyi böyrək yumaqcıqlarında hansı immunoqlobulinlərin toplanması nəticəsində inkişaf edir? A) IgA B) IgG C) IgE D) IgM E) IgD 203. Böyrəyin birincili büzüşməsi hansı patologiya zamanı baş verə bilər? A) Pielonefrit B) Aterosklerozun böyrək forması C) Tubulo-interstitsial nefrit D) İrsi amiloidozun böyrək forması (nefropatik variant) E) Fibroplastik qlomerulonefrit 204. Böyrəyin ikincili büzüşməsi hansı patologiya zamanı baş verə bilər? A) Xroniki pielonefrit B) Böyrək arteriyasının anadangəlmə inkişaf anomaliyası C) Böyrək arteriyasının fibroz-əzələ stenozu D) Aterosklerozun böyrək forması E) Hipertoniya xəstəliyinin böyrək forması 205. “Aypara”şəkilli strukturlar hansı qlomerulonefritlər üçün xarakter morfoloji əlamət hesab edilir? A) Yarımkəskin qlomerulonefrit B) Lipoidli nefroz C) Berje xəstəliyi D) Xroniki qlomerulonefrit E) Kəskin qlomerulonefrit 206. Berje xəstəliyi klinik gedişinə görə hansı növ qlomerulonefritlərə aid edilir? A) Kəskin qlomerulonefrit B) Xroniki qlomerulonefrit C) Fulminant qlomerulonefrit D) Yarımkəskin qlomerulonefrit E) Lipoidli nefroz 207. Böyrəkdə baş verən bu patologiyalardan biri klinikada kəskin böyrək çatışmazlığı ilə müşayiət olunur: A) Nekrotik nefroz B) Berje xəstəliyi C) Aterosklerotik nefroskleroz D) Fibroplastik qlomerulonefrit E) Membranoz nefropatiya 208. Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti: A) Böyrək arteriyasında aterosklerotik düyün B) Kanalcıq epitellərinin parenximatoz zülal distrofiyası C) Nefroskleroz D) İnterstitsiyada limfo-leykositar infiltrasiya E) Nekrotik nefroz 209. Yarımkəskin qlomerulonefritin morfoloji ekvivalenti: A) İnterstitsial nefrit B) Ekstrakapilyar proliferativ qlomerulonefrit C) Lipoidli nefroz D) Nekrotik nefroz E) Mezangio-proliferativ qlomerulonefrit 210. Kəskin qlomerulonefrit zamanı baş verən bu morfoloji və klinik-laborator dəyişikliklərin məntiqi inkişaf ardıcıllığını təyin edin: 1) Ödem 2) Hipoproteinemiya 3) Proteinuriya 4) Yumaqcıq kapilyarlarının divarının zədələnməsi A) 2, 4, 3, 1 B) 2, 3, 4, 1 C) 3, 2, 1, 4 D) 4, 3, 2, 1 E) 1, 2, 3, 4 211. Göstərilən böyrək patologiyalarını aid olduqları qruplara görə yerləşdirin: I. İltihabi qlomerulopatiyalar (qlomerulonefritlər) II. Qeyri-iltihabi qlomerulopatiyalar 1) Mezangial qlomerulonefrit 2) Lipoidli nefroz 3) Fibroplastik qlomerulonefrit 4) Membranoz nefropatiya I II A) 1,2; 3,4 B) 3,4; 1,2 C) 2,4; 1,3 D) 1,4; 2,3 E) 1,3; 2,4 212. Qlomerulonefritlərin göstərilən növlərini onların aid olduqları təsnifat prinsiplərinə görə yerləşdirin: I. İnkişaf mexanizminə (patogenezinə) görə II. Klinik gedişinə görə III. Histoloji təsnifatına (lokalizasiyasına) görə 1) Kəskin 2) İmmun kompleksli 3) Ekssudativ intrakapilyar 4) Xroniki 5) Qeyri-immun 6) Proliferativ ekstrakapilyar I II III A) 2,3; 1,6; 2,4 B) 5,6; 1,4; 2,3 C) 3,5; 1,2; 4,6 D) 1,2; 3,4; 5,6 E) 2,5; 1,4; 3,6 213. 12 yaşlı uşağın böyrəyindən götürülmüş biopsiya materialının elektron-mikroskopik müayinəsi zamanı podositlərin kiçik ayaqcıqlarının destruksiyası aşkar olunmuşdur. Diaqnoz: A) Membranoz nefropatiya B) Lipoidli nefroz C) Lobulyar qlomerulonefrit D) Ekstrakapilyar qlomerulonefrit E) Mezangio-proliferativ qlomerulonefrit 214. Terapevtik klinikanın nefrologiya şöbəsində 35 yaşlı kişinin böyrəyindən götürülmüş biopsiya materialının elektron-mikroskopik müayinəsi aparılır. İşıq və elektron mikroskopiyaları zamanı yumaqcıq kapilyarlarının bazal membranlarında (podositlər tərəfdə) “tikancıqlar” şəklində depozitlər, onların ətraflarında isə çoxlu bazal membran maddəsinin toplanması aşkar olunur. Diaqnoz: A) Ekstrakapilyar qlomerulonefrit B) Kiçik ayaqcıqlar xəstəliyi C) Kəskin ekstrakapilyar qlomerulonefrit D) Membranoz nefropatiya E) Lipoidli nefroz 215. Berje xəstəliyi qlomerulonefritin əsasən hansı klinik forması ilə müşayiət olunur? A) Hipertonik B) Qarışıq C) Hematuriya D) Latent E) Nefrotik 216. Göstərilən böyrək patologiyalarını aid olduqları qruplara görə yerləşdirin: I. Böyrəyin birincili büzüşməsi II. Böyrəyin ikincili büzüşməsi 1) Arteriolosklerotik nefroskleroz 2) Diabetik nefroskleroz 3) Nefritik nefroskleroz 4) Aterosklerotik nefroskleroz I II A) 1,2; 3,4 B) 3,4; 1,2 C) 1,4; 2,3 D) 2,4; 1,3 E) 2,3; 1,4 217. Böyrəkdən götürülmüş materialın mikroskopik müayinəsi aparılır. Yumaqçıq kapsulunu daxildən örtən epitel hüceyrələri proliferasiya edərək yumaqcıqların periferik hissələrində “aypara”şəkilli qalınlaşmış strukturlar əmələ gətirmişlər. Yumaqcıq kapilyarlarını xaricdən örtən podositlərin, həmçinin mezangial hüceyrələrin də proliferasiyası qeyd edilir. Diaqnoz: A) İntrakapilyar proliferativ qlomerulonefrit B) Ekstrakapilyar proliferativ qlomerulonefrit C) Xroniki tubulo-interstitsial nefrit D) Mezangio-proliferativ qlomerulonefrit E) Membranoz nefropatiya 218. Qeyd olunan morfoloji terminləri aid olduqları xəstəliklərə görə qruplaşdırın: I. Qlomerulonefrit II. Qeyri-iltihabi qlomerulopatiyalar 1) Aypara strukturlar 2) Kiçik ayaqcıqların əriməsi 3) Lobulyar qlomerulonefrit 4) Tikancıqlar 5) Mezangial interpozisiya 6) Membranoz transformasiya I II A) 1,3,5; 2,4,6 B) 2,5,6; 1,3,4 C) 2,3,4; 1,5,6 D) 3,4,6; 1,2,5 E) 1,2,4; 3,5,6 219. Böyrəkdən götürülmüş materialın mikroskopik müayinəsində böyrək toxumasının interstitsiyasında limfosit və plazmatik hüceyrələrin diffuz infiltrasiyası, interstitsiyanın sklerozlaşması, kanalcığın distrofiyası və atrofiyası, kanalcıq mənfəzində homogen kütlələr görünür. Bu dəyişikliklər böyrəyin hansı patologiyası üçün xarakterikdir? A) Xroniki piolonefrit B) Nekrotik nefroz C) Ekstrakapilyar qlomerulonefrit D) Lipoidli nefroz E) Xroniki tubulo-interstitsial qlomerulonefrit 220. Böyrək amiloidozu ilə ağırlaşan xəstəlik: A) Kəskin leykoz B) Vərəm C) Ateroskleroz D) Hidronefroz E) Hipertoniya xəstəliyi 221. Qeyd edilən patoloji əlamətləri müvafiq xəstəliklərə görə qruplaşdırın: 1) Kəskin qlomerulonefrit 2) Yarımkəskin qlomerulonefrit 3) Mezangial qlomerulonefrit 4) Fibroplastik qlomerulonefrit 5) Membranoz nefropatiya a) “Tikancıqlar” və “şişkinliklər” b) İmmunoqlobulin A-nefropatiya c) “Aypara” strukturlar d) Alabəzək böyrək e) Nefroskleroz 12345 A) a b d e c B) e d b a c C) c e a b d D) d c b e a E) b c a d e 222. Böyrək amiloidozunun latent mərhələsində amiloid harda aşkar edilir? A) Qıvrım kanalcıqların divarında B) Yumaqcıqlarda C) Böyrək kapsulunda D) Yumaqcıq kapsulunda E) Piramidlərdə 223. Uzun müddət xroniki qlomerulonefritdən əziyyət çəkmiş 60 yaşlı kişinin meyitinin müayinəsi aparılır. Böyrəklərin ölçüləri kiçilmiş, səthi dənəvərdir; selikli və seroz qişalarda fibrinoz iltihab əlamətləri, miokardda və qaraciyərdə distrofik dəyişikliklər, ağciyərlərin ödemi aşkarlanmışdır. Ölümün səbəbi: A) Kəskin böyrək çatışmazlığı (anuriya) B) Xroniki böyrək çatışmazlığı (uremiya) C) Fibrinoz pnevmoniya D) Miokardın distrofiyası (kəskin ürək çatışmazlığı) E) Fibrinoz perikardit 224. Uzun müddət bronxektaziya xəstəliyindən əziyyət çəkən xəstədə böyrək çatışmazlığı inkişaf etmiş və o, uremiyadan ölmüşdür. Autopsiyada böyrək bir qədər böyümüş və sərtləşmiş, böyrək toxuması kəsikdə piyi xatırladır. Böyrəkdə ikincili olaraq hansı xəstəlik inkişaf etmişdir? A) Böyrək amiloidozu B) Xroniki qlomerulonefrit C) Pielonefrit D) Nekrotik nefroz E) Hidronefroz 225. Hansı xəstəlikdə ikincili böyrək büzüşməsi inkişaf edir? A) Şişlər B) Qlomerulonefrit C) Revmatizm D) Hipertoniya E) Ateroskleroz 226. İmmun kompleks mexanizmli kəskin qlomerulonefritlər zamanı (məsələn, poststreptokok qlomerulonefrit) əsas morfoloji dəyişiklik kimi ilk növbədə bu immun komplekslərlə böyrəyin hansı struktur hissəsi zədələnir? A) Yumaqcıq kapillyarlarının divarı (xüsusilə də bazal membran) B) Böyrəyin proksimal və distal qıvrım kanalcıqları (tubulyar bazal membran və kanalcıq epitelləri) C) Mezangial sahə (mezangial hüceyrələr və mezangial matriks) D) Böyrəyin stroması (xüsusilə də qabıq maddədə interstitsiya) E) Yumaqcıq kapsulası (xüsusilə də bazal membran) 227. Keçirilmiş nekrotik nefrozdan sonra kanalcıq epitellərinin regenerasiyası üçün əsas şərt nə hesab edilir? A) Böyrəyin ara maddəsində (interstitsiyada) leykositar infiltrasiyanın və çoxlu miqdarda fibroblastların olması B) Tubulyar bazal membranın tamlığının pozulmaması (zədələnməməsi) C) Az miqdarda da olsa kanalcıq epitellərinin salamat qalması D) Xəstədə avitaminozun olmaması E) Xəstənin yaşı 228. “Böyük piyli böyrək” böyrək amiloidozunun hansı mərhələsi üçün xarakterikdir? A) Nefrotik mərhələ B) Latent mərhələ C) Fibroplastik mərhələ D) Proteinuriya mərhələsi E) Uremik mərhələ 229. Amiloidoz zamanı böyrəkdə baş verən dəyişikliklərin ardıcıllığını təyin edin: 1) “Böyük ağ amiloidli böyrək” 2) “Böyük piyli böyrək” 3) “Amiloidli büzüşmüş böyrək” A) 3, 2, 1 B) 2, 1, 3 C) 1, 2, 3 D) 2, 3, 1 E) 1, 3, 2 230. “Qalxanabənzər böyrək” hansı xəstəlik nəticəsində yaranır? A) Böyrək amiloidozu B) Berje xəstəliyi C) Kəskin tubulo-interstisial nefrit D) Xroniki pielonefrit E) Kəskin pielonefrit 231. Posthemorragik kəskin böyrək çatışmazlığı zamanı böyrəkdə yaranan dəyişikliyi xarakterizə edin: A) Böyük ağ amiloidli böyrək B) Amiloidli büzüşmüş böyrək C) Böyük piyli böyrək D) Nefroskleroz E) Nekrotik nefroz 232. Membranoz nefropatiya zamanı kapilyar divarında görünən "tikancıqları"ın elektron mikroskopik görünüşünü xarakterizə edin: A) Mərkəzdə immun kompleks depozitlərdən, periferiyada proliferasiya edən endotel hüceyrələrdən ibarətdir B) Podositlərin şişkinləşmiş ayaqcıqları və onların arasında toplanan immun kompleks depozitlərdən ibarətdir C) Damar divarında toplanan protein kütlələrindən ibarətdir D) Mərkəzdə immun kompleks depozitlərdən, periferiyada bazal membran maddəsindən ibarətdir E) Bazal membranın qalınlaşmasından ibarətdir 233. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə müxtəlif orqanlarda yaranan fibrinoz iltihabların səbəbi: A) Arterial təzyiqin yüksəlməsi B) İkincili infeksiyaların prosesə qoşulması C) Toksik maddələrin qişalardan xaric olması D) Qanda osmotik təzyiqin azalması E) Hiperlipidemiya 234. I tip şəkərli diabetdən fərqli olaraq II tip şəkərli diabet: A) Yalnız insulindən asılı olur B) İnsulindən asılı şəkərli diabet adlanır C) Sosial xəstəlik sayılmır D) Diabetik amiotrofiya ilə müşayiət olunmur E) Adətən 40 yaşdan sonra başlanır 235. Zobun qeyd olunan formalarını aid olduqları təsnifat prinsiplərinə görə qruplaşdırın: I. Lokalizasiyasına görə II. Morfoloji xüsusiyyətlərinə görə III. Histoloji xüsusiyyətlərinə görə 1) Düyünlü 2) Sirkulyar 3) Distopik 4) Parenximatoz 5) Diffuz-düyünlü 6) Diffuz 7) Kolloid 8) Retrosternal 9) Kolloid-parenximatoz (qarışıq) I II III A) 1,4,5; 2,8,9; 3,6,7 B) 1,3,9; 2,4,7; 5,6,8 C) 2,3,8; 1,5,6; 4,7,9 D) 3,7,8; 4,6,9; 1,2,5 E) 4,6,7; 3,5,8; 1,2,9 236. Qeyd olunan patoloji prosesləri aid olduqları xəstəliklərə görə qruplaşdırın: I. Şəkərli diabet II. Zob 1) Kapilyarların hialinozu və sklerozu 2) Hipertireoidizm 3) Kimmelstil-Vilson sindromu 4) Lipoidli nekroz 5) Ekzoftalm 6) Diarreya 7) Amiotrofiya 8) Diffuz seroz miokardit I II A) 4,6,7,8; 1,2,3,5 B) 1,3,4,7; 2,5,6,8 C) 1,2,5,6; 3,4,7,8 D) 3,5,7,8; 1,2,4,6 E) 2,4,6,8; 1,3,5,7 237. Diabetik neyropatiya ilə əlaqədar inkişaf edən patologiya: A) Amavroz B) Lipoidli nekrobioz C) Kimmelstil-Vilson sindromu D) Amiotrofiya E) Kraş sindromu 238. Mastopatiya süd vəzlərinin: A) Dishormonal patologiyasıdır B) Xərçəngidir C) Kəskin iltihabıdır D) Xroniki iltihabıdır E) Bədxassəli şişidir 239. Histogenezindən – hansı növ epiteldən inkişaf etməsindən asılı olaraq uşaqlıq cisminin xərçənginin bir növü göstərilmişdir: A) Adenokarsinoma B) Rabdomioma C) Leyomiosarkoma D) Bədxassəli ependimoma E) Fibroma 240. Mastopatiyanın formasını göstərin: A) Proliferativ B) Differensiasiya etməmiş C) Anaplastik D) Leykoplagiya E) Fulminant 241. Süd vəzlərinin xərçəngləri içərisində bu növə rast gəlinmir: A) İnfiltrativ B) Fibroadenoma C) Qeyri-infiltrativ paycıq (paycıqdaxili) xərçəngi D) Pecet xəstəliyi E) Qeyri-infiltrativ axacaq (axacaqdaxili) xərçəngi 242. Uşaqlıqdankənar hamiləlik başqa adla belə adlanır? A) Tropik B) Ekstragenital C) Ektopik D) Ekstraendometrial E) Atipik 243. Uşaqlıqdankənar hamiləliyin növünü göstərin: A) Miometrium B) Boru C) Xordal D) Plevral E) Vaginal 244. Histoloji (mikroskopik) xüsusiyyətlərindən asılı olaraq zobun forması: A) Ağır B) Sporadik C) Retrosternal D) Düyünlü E) Kolloid 245. Mikroskopik (histoloji) xüsusiyyətlərindən asılı olaraq zobun forması: A) Diffuz B) Parenximatoz C) Yüngül D) Sirkulyar E) Endemik 246. Bu zob fizioloji immun baryerin pozulması nəticəsində həqiqi autoimmun xəstəlik kimi inkişaf edir: A) Endemik B) Ridel C) Qarışıq D) Kolloid E) Xaşimoto 247. Bu zob qalxanabənzər vəzin diffuz şəkildə sklerozlaşması ilə xarakterizə olunur: A) Kolloid B) Qreyvs xəstəliyi C) Yüngül D) Ridel E) Düyünlü 248. Qalxanabənzər vəzdən götürülmüş materialın mikroskopik müayinəsində follikulların müxtəlif ölçüdə olması, vəz epitellərinin proliferasiyaya uğrayaraq follikulların mənfəzlərinə doğru məməciklər əmələ gətirməsi aşkar olunur. Follikullardakı maye homogenliyini itirmiş, vakuollaşmışdır. Vəzin stroması limfo-plazmositar infiltrasiyaya uğramışdır. Bu dəyişikliklər hansı növ zob üçün xarakterikdir? A) Xaşimoto zobu B) Ridel zobu C) Kolloid zob D) Bazedov zobu E) Epidemik zob 249. Makroskopik xüsusiyyətlərinə görə zobun hansı növü göstərilmişdir? A) Diffuz toksik zob B) Sirkulyar zob C) Sporadik zob D) Parenximatoz zob E) Diffuz düyünlü zob 250. Döş giləsi və areolanın xərçəngi: A) Qeyri-infiltrativ axacaq (axacaqdaxili) xərçəngi B) Filloid şiş C) Pecet xəstəliyi D) Süd vəzlərinin qeyri-infiltrativ xərçəngi E) Döş giləsinin buynuzlaşan xərçəngi 251. Prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının histoloji forması deyil: A) Fibroz B) Qarışıq C) Kolloid D) Adenomatoz E) Əzələ 252. Endometrioz nədir? A) Endometriumun vəzli strukturlarından inkişaf etmiş və prekanserogen xəstəlik hesab edilən xoşxassəli şiş B) Endometriumda distrofik dəyişikliklər C) Endometriumun struktur elementlərinin endometriumdan kənar toxumalarda da rast gəlinməsi D) Endometriumda nekrotik dəyişikliklər E) Endometriumun iltihabı 253. Endoservikoz nədir? A) Uşaqlıq boynu kanalının iltihabı B) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının xoşxassəlı şişi C) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının dishormonal vəz hiperplaziyası, örtük epitelinin dəyişilməsi D) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının iltihabı E) Uşaqlıq boynunun əzələ qatının destruksiyaya uğraması 254. Proliferativ mastopatiyaların növünü göstərin: A) İmmun B) Atrofik C) Epitelial proliferativ D) Anadangəlmə E) Qeyri-proliferativ 255. Uşaqlıq yolundan götürülmüş bioptatın mikroskopik müayinəsi zamanı dəqiq hüdudlara malik, kiçik ölçülü adacıqlar və ya yuvacıqlar şəklində uşaqlığın selikli qişasına məxsus fraqmentlər görünür. Diaqnoz: A) Endoservikoz B) Daxili endometrioz C) Uşaqlıqdankənar endometrioz D) Uşaqlıq xərçənginin uşaqlıq yoluna metastazı E) Uşaqlıq yolunun leykoplagiyası 256. Göstərilən patoloji prosesləri xarakter olaraq rast gəlindikləri müvafiq xəstəliklərə görə qruplaşdırın: I. Şəkərli diabet II. Zob III. Ektopik hamiləlik 1) Kolloid 2) Mikroangiopatiya 3) Nefropatiya 4) Boru 5) Yumurtalıq 6) Ridel I II III A) 1,4; 2,5; 3,6 B) 1,2; 3,4; 5,6 C) 2,4; 1,3; 5,6 D) 3,5; 2,6; 1,5 E) 2,3; 1,6; 4,5 257. Pecet xəstəliyinin xarakter morfoloji triadasını tamamlayın: 1) Döş giləsi və areolanın ekzematoz zədələnmələri 2) – – – – 3) Süd vəzi axacağının döş giləsinə yaxın nahiyələrdə xərçəng hüceyrələri ilə infiltrasiyası A) Süd vəzinin sekretor hüceyrələrində iri damlalı piy distrofiyası B) Digər süd vəzinə erkən metastazların olması C) Döş giləsi nahiyəsində örtük epitellərində hidropik distrofiya D) Sekretor şöbələrin anaplastik hüceyrələrlə infiltrasiyası E) Döş giləsi və areola nahiyəsində iri və parlaq sitoplazmalı Pecet hüceyrələrinin olması 258. Eklampsiya zamanı ölümün daha çox rast gəlinən səbəblərindən biri: A) Baş beyinin işemik infarktı B) Xroniki ürək çatışmazlığı C) Miokardın residiv infarktı D) Ağciyər damarlarının piy emboliyası E) Nekrotik nefrozla əlaqədar kəskin böyrək çatışmazlığı 259. Hamiləlik zamanı gecikmiş hestozların əsas klinik əlamətləri: A) Hematuriya, hiperergik reaksiyalar, epiqastral nahiyədə kəskin kəmərvari ağrılar B) Baş ağrıları, aşağı ətraflarda trofiki xoralar, xroniki qəbizlik C) Ödem, proteinuriya, simptomatik hipertenziya D) Ürəkbulanma, qusma, diareya E) Mədə-bağırsaq qanaxmaları, qanhayxırma, dehidratasiya 260. Mayalanmadan sonrakı 14 həftə müddətində hamiləliyin pozulması necə adlanır? A) Mini abort B) Gecikmiş abort C) Gecikmiş düşük D) Erkən abort E) Vaxtından əvvəl doğuş 261. 28-39 həftə müddətində olan hamiləliyin spontan olaraq pozulması necə adlanır? A) Vaxtından əvvəl doğuş B) Gecikmiş doğuş C) Erkən abort D) Gecikmiş abort E) Vaxtında doğuş 262. İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi qeyri-spesifik morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan biri göstərilmişdir: A) Hiperplastik B) Hipoplastik C) Limfatik D) Parenximatoz E) Hemorragik 263. İnfeksion xəstəliklər zamanı inkişaf edən splenomeqaliya hansı növ ümumi morfoloji dəyişikliklərə aid edilir? A) Hiperplastik B) İltihabi C) Spesifik D) Alterativ E) Distrofik 264. İlkin infeksion kompleksə daxil olan komponentlər: 1) İlkin affekt 2) Distrofik dəyişikliklər 3) İltihabi dəyişikliklər 4) Limfangit 5) Hiperplastik dəyişikliklər 6) Limfadenit A) 2, 4, 6 B) 1, 3, 5 C) 1, 4, 6 D) 1, 2, 6 E) 1, 5, 6 265. Hansı patologiya infeksion xəstəliklər zamanı spesifik ümumi morfoloji dəyişiklik hesab edilə bilər? A) Dizenteriya zamanı böyrəkdə parenximatoz zülal distrofiyası B) Ağciyərdə qarın yatalağı qranulomaları C) Difteriya mənşəli toksiki miokardit D) Meninqoensefalit zamanı baş beyin maddəsində qliya hüceyrələrinin proliferasiyası E) Virus hepatiti zamanı splenomeqaliya 266. Səpkili yatalaq xəstəliyi latınca necə adlanır? A) Cholera B) Typhus exanthematicus C) Typhus abdominalis D) Pestis E) Morbilli 267. Difteriya zamanı inkişaf edən destruktiv miokardit hansı qrup patologiyalara aiddir? A) İltihabi ümumi morfoloji dəyişikliklər B) Distrofik qeyri-spesifik ümumi morfoloji dəyişikliklər C) Yerli morfoloji dəyişikliklər D) Spesifik ümumi morfoloji dəyişikliklər E) Hiperplastik ümumi morfoloji dəyişikliklər 268. Aşağıda qripin ağır formasının inkişaf variantlarından biri göstərilmişdir: A) Nekrotik traxeo-bronxit B) Orqanizmin ağır ümumi intoksikasiyası C) Nekrotik variant D) Poliorqan çatışmazlığı E) Prosesin alveollara qədər yayılması 269. Poliomielit xəstəliyi zamanı əsas morfoloji dəyişikliklərin lokalizə olunduğu yer: A) Onurğa beyninin arxa buynuzları B) Yoğun bağırsağın selikli qişası C) Yuxarı tənəffüs yollarının selikli qişa epitelləri D) Onurğa beyninin ön buynuzları E) Aşağı tənəffüs yollarının selikli qişası 270. Səpkili yatalaq qranulomaları necə adlanır? A) Aşoff-Talalayev qranulomaları B) Lanqhans qranulomaları C) Popov qranulomaları D) Virxov qranulomaları E) Piroqov qranulomaları 271. Selikli qişalarda meydana çıxan səpkilər necə adlanır? A) Endorozeola B) Qızartı C) Endotoksikoz D) Enantema E) Eroziya 272. Popov qranulomaları hansı xəstəlik üçün xarakterdir? A) Qarın yatalağı B) Səpkili yatalaq C) Qızılca D) Quduzluq E) Revmatizm 273. Qızılca xəstəliyi zamanı limfoid toxumada meydana çıxan giqant hüceyrələr necə adlanır? A) Piroqov-Lanqhans hüceyrələri B) Virxov hüceyrələri C) Vortin-Finkeldey hüceyrələri D) Filatov-Koplik hüceyrələri E) Yad cisim hüceyrələri 274. Qızılca xəstəliyinin latent dövrünü keçirən uşaqda yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlir. Başlanmaqda olan qızılca xəstəliyi üçün xarakter olan bu ləkələrin adı: A) Filatov-Koplik ləkəsi B) Minakov ləkələri C) Qızılca ləkələri D) Vortin-Finkeldey ləkəsi E) Larşe ləkələri 275. Poliomielit xəstəliyinin mərhələlərinin məntiqi ardıcıllığını təyin edin: 1) Paralitik 2) Preparalitik 3) Bərpa 4) Qalıq əlamətlər A) 4, 1, 3, 2 B) 1, 2, 3, 4 C) 2, 4, 1, 3 D) 4, 3, 2, 1 E) 2, 1, 3, 4 276. Sitoplazmaları səpkili yatalaq rikketsiyaları ilə dolu olan endotel hüceyrələr necə adlanır? A) Muzer hüceyrələri B) Vortin-Finkeldey hüceyrələri C) Lanqhans hüceyrələri D) Berezovski-Şternberq hüceyrələri E) Virxov hüceyrələri 277. Poliomielitin paralitik formasının inkişaf mərhələsi: A) Visseral B) Spinal C) Meningeal D) Serebral E) Rezidual 278. Səpkili yatalaq zamanı rast gəlinən vaskulit: A) Diffuz vaskulit B) Perivaskulit C) Qayıdan-ziyilli vaskulit D) Mezovaskulit E) Endotrombovaskulit 279. İİV-infeksiyanın inkişaf mərhələsini göstərin: A) Tranzitor mərhələ B) Generalizə olunmuş limfadenopatiya mərhələsi C) Bərpa mərhələsi D) Beyinvari şişkinləşmə mərhələsi E) Proteinuriya mərhələsi 280. Qrip zamanı yuxarı tənəffüs yollarının epitellərində 2 növ spesifik sitoplazmatik substansiyalar əmələ gəlir: A) Parenximatoz və mezenximal B) Histiogen və hematogen C) Oksifil və bazofil D) İmmun və qeyri-immun E) Lizosomal və endoplazmatik 281. Səpkili yatalaq zamanı əsas morfoloji dəyişikliklər harada gedir? A) İleo-sekal bucaqda B) Dərinin epidermisində C) Damarların divarında D) Yuxarı tənəffüs yollarının selikli qişasında E) Baş beyin yarımkürələrinin mahmız şırımında 282. Epidemik səpkili yatalaq zamanı rast gəlinən vaskulitlər içərisində çatışmayan formanı müəyyən edin: 1) Endotrombovaskulit 2) – – – – 3) Nekrotik 4) Destruktiv-proliferativ endotrombovaskulit A) Perivaskulit B) Proliferativ C) Mezovaskulit D) Panvaskulit E) Ekssudativ 283. İİV-infeksiya zamanı bu bədxassəli şişə daha çox rast gəlinir: A) Kapoşi sarkoması B) Mədənin adenokarsinoması C) Qlioblastoma D) Uşaqlığın fibrosarkoması E) Düz bağırsağın xərçəngi 284. Difteriyanın yuxarı tənəffüs yolları formasında inkişaf edən ekssudativ iltihabın növü: A) Kataral B) Difteritik fibrinoz C) İrinli D) Krupoz fibrinoz E) Seroz-hemorragik 285. Difteriya zamanı (əsnək formasında) ürəyin erkən iflici nə zaman baş verir? A) 1-ci həftənin ortalarında B) 2-ci ayın əvvəllərində C) 1,5-2 ay sonra D) 2-ci həftənin əvvəllərində E) 1,5-2 həftə sonra 286. Difteriya zamanı (əsnək formasında) ürəyin gecikmiş iflici nə zaman baş verir? A) 1,5-2 ay sonra B) 1,5-2 həftədə C) 2-ci həftənin əvvəllərində D) 1-ci həftənin ortalarında E) 3-4 cü həftədə 287. Difteriyanın əsnək formasında ölüm adətən bu səbəbdən baş verir: A) Kəskin tənəffüs çatışmazlığı B) Tonzillogen sepsis C) Kardiogen şok D) Ürək çatışmazlığı E) Mexaniki asfiksiya 288. Difteriyanın yuxarı tənəffüs yolları formasında ölüm adətən bu səbəbdən baş verir: A) Ürək çatışmazlığı B) İrinli-fibrinoz mediastinit C) Kəskin qaraciyər çatışmazlığı D) Mexaniki asfiksiya E) Toksiko-septiki şok 289. İlkin skarlatinoz affekt nədən ibarətdir? A) Fibrinoz traxeit B) Hiperplastik limfadenit C) Qanqrenoz faringit D) Nekrotik tonzillit E) Funqoz tonzillit 290. “Filatov üçbucağı” hansı xəstəlikdə müşahidə edilir? A) Qarın yatalağı B) Difteriya C) Epidemik səpkili yatalaq D) Skarlatina E) Qızılca 291. Yayılmış meninqokok infeksiyasının növü: A) Meninqokok empieması B) Meninqokok larinqo-traxeiti C) İrinli meningit D) Meninqokok vaskuliti E) Qranulomatoz meningit 292. Meninqokok infeksiyaları zamanı ən çox rast gəlinən iltihab növü: A) Selikli-kataral B) Seroz-hemorragik C) İrinli ekssudativ D) Qranulomatoz E) İnterstitsial proliferativ 293. “Alovlanan əsnək” hansı xəstəlik zamanı rast gəlinir? A) Skarlatina B) Vensan faringiti C) Difteriyanın əsnək forması D) Meninqokok nazofaringiti E) Qripin orta (bəzən də ağır) forması 294. Skarlatina zamanı “Filatovun yuxarı üçbucağı” harada lokalizə olunur? A) Alnın orta nahiyəsində B) Hər iki ağız bucaqları və alt çənə bitişməsi arasında qalan üçbucaqda C) Döş qəfəsinin ön divarında D) Hər iki gözün bayır bucağı və alt çənə bitişməsi arasında qalan üçbucaqda E) Burun-dodaq üçbucağında 295. Skarlatina xəstəliyinin inkişafında 3 əsas patogenetik istiqamət ayırd edilir. Onları tamamlayın: 1) Toksiki 2) – – – 3) Septiki A) Allergik (və ya immunpatoloji) B) İltihabi (ekssudativ) C) Degenerativ D) Dissirkulyator E) Nekrotik 296. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Skarlatina II. Difteriya 1) Həqiqi inağ 2) Nekrotik tonzillit 3) Qalın fibrinoz ərp 4) Alovlanan əsnək 5) Filatov simptomu 6) Toksiki miokardit I II A) 4,5,6; 1,2,3 B) 3,4,6; 1,2,5 C) 2,4,5; 1,3,6 D) 1,2,6; 3,4,5 E) 1,3,5; 2,4,6 297. Qarın yatalagı qranuloması adlanır: A) Timoma B) Tiqroma C) Tifoid D) Tifoma E) Tifoz 298. Qarın yatalağına aid spesifik ümumi morfoloji dəyişikliyi göstərin: A) İnterstisial iltihab B) Qalça bağırsağın divarında parenximatoz zülal distrofiyası C) Tifoz limfadenopatiya D) Tifoz qranuloma E) Splenomeqaliya 299. Qarın yatalagı xəstəliyinin ən çox rast gəlinən ağırlaşmalarından biri: A) Portal hipertenziya B) Bağırsaq qanaxmaları C) Qalça bağırsağın spontan amputasiyası D) Bağırsaq atoniyası E) Maliqnizasiya 300. Qarın yatalağı xəstəliyinin yerli morfoloji dəyişikliklərinin əsas lokalizasiyası: A) Qalça bağırsağın distal hissəsi B) Acı bağırsağın distal hissəsi C) Kor bağırsaq D) Köndələn və enən çənbər bağırsaq E) Qalça bağırsağın başlanğıcı 301. Vəba xəstəliyinin mərhələsi: A) Nekroz B) Qastroenterit C) Qastroenterokolit D) Sağalma E) Difteritik kolit 302. Meyitdə “qladiator vəziyyəti” hansı infeksion xəstəlik üçün xarakter hesab edilir? A) Qida toksiko-infeksiyası B) Vəba C) Qarın yatalağı D) Meninqokok mənşəli meningit E) Difteriya 303. Meyitdə “paltaryuyan qadın əli” simptomu hansı infeksion xəstəlik üçün xarakter hesab edilir? A) İrinli meningit B) Amöbioz C) Vəba D) Qarın yatalağı E) Skarlatina 304. Dizenteriya zamanı bağırsaq divarında baş verən dəyişiklik: A) Beyinvari şişkinləşmə B) Difteritik kolit C) Fibrinoid şişmə D) Difteritik enterit E) Krupoz kolit 305. Qarın yatalagı zamanı rast gəlinən spesifik ümumi morfoloji dəyişiklikliyi göstərin: A) Splenomeqaliya B) Qaraciyərdə parenximatoz zülal distrofiyası C) Qarın yatalağı qranulomaları D) Miokardın mezenximal piy distrofiyası E) Limfadenopatiya 306. Qarın yatalağı zamanı yerli morfoloji dəyişikliklərin ardıcıllığını müəyyən edin: 1) Nekroz 2) Yaraların əmələ gəlməsi 3) Beyinvari şişkinləşmə 4) Təmiz yaralar 5) Sağalma A) 1, 2, 3, 4, 5 B) 3, 2, 1, 5, 4 C) 3, 1, 2, 4, 5 D) 3, 4, 5, 2, 1 E) 4, 1, 3, 2, 5 307. Vəba xəstəliyinin algid mərhələsinin (bədənin soyuması) inkişaf etməsinin səbəbi: A) Arterial təzyiqin aşağı düşməsi B) Dehidratasiya ilə əlaqədar qanın qatılaşması və hipovolemiya C) Proteinuriya ilə əlaqədar qanda zülalların miqdarının azalması D) Onkotik təzyiqin yüksəlməsi E) Hipoproteinemiya ilə əlaqədar qanda kompensator hiperxolesterinemiya 308. Vəba xəstəliyinin mərhələlərinin ardıcıllığını müəyyən edin: 1) Algid 2) Qastroenterit 3) Enterit A) 1, 2, 3 B) 2, 1, 3 C) 1, 3, 2 D) 2, 3, 1 E) 3, 2, 1 309. Dizenteriyanın yerli morfoloji dəyişikliklərinin ardıcıllığını müəyyən edin: 1) Yaralı kolit 2) Fibrinoz kolit 3) Kataral kolit 4) Sağalma A) 4, 1, 3, 2 B) 3, 4, 2, 1 C) 1, 2, 3, 4 D) 3, 1, 2, 4 E) 3, 2, 1, 4 310. Bu infeksion xəstəlik zamanı splenomeqaliya əvəzinə, əksinə dalaq həcmcə kiçilir: A) Skarlatina B) Sepsis C) Səpkili yatalaq D) Qarın yatalağı E) Vəba 311. Vərəmin klinik-morfoloji növü: A) Miliar vərəm B) İkincili vərəm C) Kavernoz vərəm D) Destruktiv vərəm E) Xroniki vərəm 312. Sağalmış və əhəngləşmiş ilkin vərəm ocağı: A) Assman-Redeker ocağı B) Qon ocağı C) Abrikosov ocağı D) Simon ocağı E) Aşoff-Pul ocağı 313. Hematogen vərəmin başlanğıc götürdüyü ocaq: A) Qon ocağı B) Assman-Redeker ocağı C) Simon ocağı D) Aşoff-Pul ocağı E) Abrikosov ocağı 314. Orqanizmdə prosesin əhatə dairəsindən asılı olaraq hematogen vərəm 3 qrupa bölünür. Onlardan birini göstərin: A) Məhdud B) Miliar ocaqlı vərəm C) Generalizə olunmuş D) İlkin vərəm kompleksi E) İkincili vərəm 315. İkincili vərəmin klinik-morfoloji forması: A) Ekssudativ vərəm B) Kazeoz endometrit C) İnterstitsial vərəm D) İkincili vərəm affekti E) Kazeoz pnevmoniya 316. İkincili vərəmin başlanğıc götürdüyü ocaq: A) Qon ocağı B) Aşoff-Pul ocağı C) Simon ocağı D) Tuberkuloma E) Abrikosov ocağı 317. İlkin vərəm xəstəliyinin daha da proqressivləşməsi və generalizasiyası variantlarından biri göstərilmişdir: A) Metastatik B) Zöhrəvi C) Hematogen D) Hava-damcı E) Ekstravaskulyar 318. İlkin vərəm kompleksinə daxil olan komponentlərin məntiqi inkişaf ardıcıllığını müəyyən edin: 1) Kazeoz limfadenit 2) Kazeoz limfangit 3) İlkin vərəm affekti A) 1, 3, 2 B) 3, 1, 2 C) 1, 2, 3 D) 2, 1, 3 E) 3, 2, 1 319. İldırımvari vərəm sepsisi (Landuzi vərəmi) hematogen vərəmin hansı qrupuna aiddir? A) Generalizə olunmuş B) Ağciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən C) Xroniki miliar D) Xroniki destruktiv E) Ağciyərlərdə üstünlük təşkil etməklə gedən 320. Fibroz-kavernoz vərəm zamanı vərəm kavernasının divarının daxili qatı nədən təşkil olunmuşdur? A) Hemolizə uğramış diffuz qanaxma zolağından B) Qranulyasiya toxumasından C) Kobud lifli birləşdirici toxuma – fibroz toxumasından D) Kəsmiyəbənzər konsistensiyalı kazeoz nekroz kütlələrindən və irinəbənzər kütlələrdən E) Piogen toxumadan 321. Vərəm dispanserinə daxil olduqdan 2 saat sonra vəfat etmiş 11 yaşlı uşaqda autopsiya zamanı sol ağciyərin aşağı payında təxminən 2 sm ölçüdə, mərkəzində kəsmiyəbənzər nekroz olan iltihab ocağı, bu ocaqdan ağciyər qapısına doğru gedən limfa damarında nekrotik limfangit, ağciyər qapısında böyümüş və nekrozlaşmış limfa düyünü (kazeoz limfadenit) müəyyən olunur. Diaqnoz: A) İlkin vərəm B) İnfantil vərəm C) Sol ağciyərin yayılmiş vərəmi D) Sol tərəfli lobar kazeoz pnevmoniya E) Anadangəlmə vərəm 322. Sepsisin baş verməsi üçün belə bir ümumi şərtin olması vacib deyil: A) İmmun sistemdə qana keçmiş bu mikroba qarşı hiperergik reaksiya B) Orqanizmdə infeksiya ocağı (giriş qapısı) C) Doğuşdan (və ya abortdan) sonra irinli endometritin inkişafı D) İmmun sistemin zəifləməsi E) Bakteremiya 323. Sepsis zamanı baş verən yerli morfoloji dəyişikliklərin cəmi belə adlanır: A) İnfeksiya ocağı B) Septiki kompleks C) Septiki affekt D) Yerli iltihab E) Giriş qapısı 324. Septiki endokardit zamanı aortanın aypara qapaqlarında inkişaf edən endokarditin növü: A) Diffuz endokardit B) Polipoz-xoralı endokardit C) Qayidan ziyilli endokardit D) Fibroplastik endokardit E) Kəskin ziyilli endokardit 325. Sepsisin klinik-morfoloji forması: A) Uşaqlıq sepsisi B) Cərrahi sepsis C) Septiki şok D) Sepsisemiya E) İldırımvarı sepsis 326. Sepsisin klinik-morfoloji forması: A) Septikopiemiya B) Aseptik sepsis C) Septiko-allergik şok D) Stomatoloji sepsis E) Göbək sepsisi 327. Klinik davametmə müddətlərindən və klinik əlamətlərinin intensivlik dərəcəsindən asılı olaraq sepsisin hansı forması var? A) Septikopiemiya B) İldırımvarı sepsis C) Kriminal sepsis D) Latent sepsis E) Terapevtik sepsis 328. Septiki endokarditdən fərqli olaraq revmatik endokarditlər: A) Öz inkişaflarında immun mexanizmə malik olmurlar B) İrintörədici mikroblar tərəfindən törədilir C) Qapağın destruksiyası, xoraların əmələ gəlməsi ilə müşayiət olunmur D) Ən çox sağ mədəcikdə parietal endokardda lokalizə olunur E) Ürək qüsuru ilə nəticələnmirlər 329. Septiki endokardit zamanı ən çox zədələnməyə məruz qalan ürək qapağı: A) Aortal aypara qapaqlar B) Mitral qapaqlar C) İkitaylı qapaqlar D) Üçtaylı qapaqlar E) Ağciyər arteriyasının aypara qapaqları 330. Uyğunluğu müəyyən edin: I. Poliomielit II. Qızılca 1) Onurğa beyninin ön buynuzlarının neyronlarına tropizm 2) Yuxarı tənəffüs yollarının epitelinə tropizm 3) Neyronlarda tiqroliz və qlioz çapıqcıqlar inkişaf edir 4) Filatov-Koplik ləkələri meydana çıxır 5) Alimentar yolla keçir 6) Skelet əzələlərinin iflici baş verir 7) Aerogen yolla keçir 8) Yalançı inağ baş verir 9) Giqant-hüceyrəli pnevmoniya xarakterdir 10) Virusgəzdiricilik xasdır I II A) 1,3,5,6,7; 2,4,5,8,9 B) 1,3,5,7,10; 2,4,5,6,8 C) 1,3,4,5,8; 2,6,7,9,10 D) 2,4,5,8,9; 1,3,6,7,10 E) 1,3,5,6,10; 2,4,7,8,9 331. Septiki endokardit zamanı rast gəlinə biləcək xarakter ağırlaşma: A) İrinli meningit B) Tromboembolik sindrom C) Xroniki böyrək çatışmazlığı D) Maliqnizasiya E) Qaraciyərin diffuz piy distrofiyası 332. Septiki endokarditin periferik əlamətini göstərin: A) Teleangioektaziya B) Ağızın selikli qişasında Filatov-Koplik ləkələri C) Qarnın ön divarında petexial qansızmalar D) Lukin-Libman ləkələri E) Meduza başı simptomu 333. İnfeksion xəstəliklərin formalarını uyğun təsnifatlar üzrə qruplaşdırın: I. Klinik əlamətlərin xarakterindən asılı olaraq II. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq III. Xəstəliyin törədilməsinə səbəb olmuş infeksion agentlərin növlərinin sayından asılı olaraq 1) Yüngül 2) Monoinfeksiya 3) Orta 4) Xroniki 5) Fulminant 6) Mikst infeksiya 7) Kəskin 8) Ağır 9) İkincili infeksiya I II III A) 4, 5, 7; 1, 3, 8; 2, 6, 9 B) 5, 7, 8; 1, 6, 9; 2, 3, 4 C) 2, 6, 9; 3, 4, 5; 1, 7, 8 D) 1, 2, 3; 4, 5, 6; 7, 8, 9 E) 1, 3, 8; 2, 4, 9; 5, 6, 7 334. Az miqdarda törədicinin bu və ya digər üzvdə simptomsuz olaraq fəaliyyətinə deyilir: A) Fulminant forma B) Latent forma C) İnapparant forma D) Opportunist infeksiya E) Ləng infeksiya 335. İnfeksion xəstəliklər zamanı uyğunluğu təyin edin: I. Yerli patoloji-anatomik dəyişikliklər II. Ümumi patoloji-anatomik dəyişikliklər 1) İlkin infeksion kompleksə ilkin affekt, limfangit və limfadenit aiddir 2) Əsas etibarilə infeksiyanın giriş qapısı nahiyəsində baş verir 3) Spesifik ümumi dəyişikliklər yalnız bu infeksion xəstəlik üçün patoqnomik hesab edilir 4) Hiperplastik dəyişikliklər limfoid toxumaların hiperplaziyasından və böyümələrindən ibarətdir 5) Toxumanın nekroza uğraması mikroorqanizmlər tərəfindən ifraz olunan güclü toksinlərin təsiri ilə baş verir 6) İltihabi dəyişikliklər əsasən vaskulitlər və interstisial iltihablardan ibarət olur I II A) 1, 2, 5; 3, 4, 6 B) 3, 5, 6; 1, 2, 4 C) 1, 4, 6; 2, 3, 5 D) 1, 2, 3; 4, 5, 6 E) 4, 5, 6; 1, 2, 3

Use Quizgecko on...
Browser
Browser