Fizioterapiyanın Predmeti, Tarixi və Vəzifələri PDF

Document Details

UnaffectedErbium

Uploaded by UnaffectedErbium

Nakhchivan State University

Tags

fizioterapiya fiziki amillər müalicə sağlamlıq

Summary

Bu sənəd fizioterapiyanın predmetini, tarixini və vəzifələrini əhatə edir. Fiziki amillərin orqanizmə təsir mexanizmi və müalicədə tətbiqi barədə məlumatlar verilir.

Full Transcript

Fizioterapiya-fiziki amillərin müalicə-profilaktika məqsədilə tətbiqi olmaqla ümumi və xüsusi fizioterapiyadan ibarətdir. Ümumi fizioterapiya – fiziki amillərin xüsusiyyətlərini, onların normada və patoloji hallarda orqanizmə təsir mexanizmini öyrədir. Fiziki amillərin təsirinin öyrənilməs...

Fizioterapiya-fiziki amillərin müalicə-profilaktika məqsədilə tətbiqi olmaqla ümumi və xüsusi fizioterapiyadan ibarətdir. Ümumi fizioterapiya – fiziki amillərin xüsusiyyətlərini, onların normada və patoloji hallarda orqanizmə təsir mexanizmini öyrədir. Fiziki amillərin təsirinin öyrənilməsi nəticələrindən müalicə- profilaktika məqsədilə istifadə olunması ilə klinik (xüsusi) fizioterapiya məşğul olur. Fiziki amillər orqanizmə dəri, selikli qişalar, müxtəlif toxumalar və orqanlar vasitəsilə təsir edə bilir. Onların bəziləri mərkəzi sinir sisteminə də bilavasitə təsir göstərə bilər. Yerli tətbiq edilən fiziki amillər orqanizmə həmişə ümumi təsir də göstərir. Onlar üçün mərkəzi sinir sisteminin onun ali şöbələri ilə birlikdə vəziyyəti ilə şərtlənən orqanizm reaktivliyinə təsir göstərmək səciyyəvidir. Bir çox fiziki amillər üçün oxşar olan qeyri-spesifik reaksiyalarla yanaşı, onların hər birinin orqanizmə spesifik, onun ancaq özünə xas olan təsir xüsusiyyətləri vardır. Fiziki amillərdən istifadə zamanı toksikliyin olmamasını qeyd etmək lazımdır. Onların tətbiqi adətən patoloji duyğular törətmir. Fiziki amillər sakitləşdirici, ağrıkəsici, tonuslandırıcı, iltihabaqarşı, spazm əleyhinə, desensibilizə və sensibilizəedici təsirə malikdir. Onlar həm təbii həm də spesifik immunitetin yüksəlməsinə, orqanizmdə bir çox bioloji fəal maddələrin (vitamin D3, histamin, asetilxolin və s.) əmələ gəlməsinə kömək edir. Bəziləri bakteriostatik, qismən isə bakterisid təsir göstərə bilir. Fiziki amillərin köməyilə patoloji proseslərin gedişinə təsir etmək, onu məqsədəuyğun olaraq dəyişdirmək olar.

Use Quizgecko on...
Browser
Browser