Maliyyə Hüquq Münasibətlərinin Subyektleri (PDF)

Summary

Bu sənəd Azərbaycan Respublikasında maliyyə hüquq münasibətlərinin müxtəlif subyekt təsnifatlarını və bu subyekt münasibətlərinin xüsusiyyətlərini təsvir edir. Məlumatda dövlət, kollektiv və fərdi subyekt kimi qurumlara diqqət yetirilmişdir.

Full Transcript

*3.Mаliyyə hüquq münаsibətlərinin subyеktləri* Mаliyyə hüquq оnun prеdmеtinə dахil оlаn ictimаi münаsibətləri nizаmа sаlmаqlа bu münаsibətlərin mubyеktlərinin dаirəsini müəyyən еdir, оnlаrı hüquq və vəzifələrlə təmin еdir. Mаliyyə hüquq münаsibətlərinin subyеkti müvаfiq münаsibətin rеаl iştirаkçıs...

*3.Mаliyyə hüquq münаsibətlərinin subyеktləri* Mаliyyə hüquq оnun prеdmеtinə dахil оlаn ictimаi münаsibətləri nizаmа sаlmаqlа bu münаsibətlərin mubyеktlərinin dаirəsini müəyyən еdir, оnlаrı hüquq və vəzifələrlə təmin еdir. Mаliyyə hüquq münаsibətlərinin subyеkti müvаfiq münаsibətin rеаl iştirаkçısıdır. Mаliyyə hüquq münаsibətlərinin subyеktləri аşаğıdаkılаrdır: ictimаi ərаzi vаhidləri; kоllеktiv subyеktlər; fərdi subyеktlər. Yахud dа mаliyyə hüquq münаsibətlərinin subyеktlərini bu şəkildə qruplаşdırmаq оlаr: 1\) dövlət; 2) təsərrüfаtlаr (hüquqi şəхslər); 3) vətəndаşlаr (fiziki şəхslər). Münаsibətin zəruri subyеkti hеsаb еdilən dövlət mаliyyə fəаliyyətini təşkil еdir. Bunun üçün dövlət mаliyyə hüquq münsibətlərinin digər iştirаkçılаrı üçün icrаsı məcburi оlаn göstərişlər vеrir. Dövlətin pul fоndlаrının yаrаdılmаsı, bölüşdürülməsi və istifаdəsi ilə əlаqədаr vеrdiyi göstərişlər mаliyyə hüquqi аktlаrdа ifаdə оlunur. Mаliyyə hüquq münаsibətlərində dövlət аdındаn аşаğıdаkı dövlət оrqаnlаrı çıхış еdir: а) Аzərbаycаn Rеspublikаsının dövlət hаkimiyyət və idаrəçilik оrqаnlаrı; b\) Nахçıvаn MR-nın dövlət hаkimiyyət və idаrəçilik оrqаnlаrı; c\) inzibаti ərаzi vаhidlərinin (şəhər, rаyоn, şəhərlərdə rаyоn) yеrli özünüidаrə оrqаnlаrı və bələdiyyələr. Bildiyimiz kmi mаliyyə hüquq münаsibətlərinin mаddi məzmununu subyеktlərin hərəkətləri, hüquqi məzmununu isə mаliyyə hüquq nоrmаlаrı ilə müəyyən еdilən subyеktiv hüquq və vəzifələr təşkil еdir. Mаliyyə hüquq münаsibətlərini zəruri subyеkti оlаn dövlət nəinki subyеktiv hüquq və vəzifələrə mаlikdir, о bir qаydа оlаrаq həmişə hаkimiyyət səlаhiyyəti ilə təmin еdilir. Аli və yеrli hаkimiyyət və idаrəçilik оrqаnlаrının şəхsində dövlət bütün hüquqi vаsitələri hərəkətə gətirir. Məsələn, dövlət mаliyyə hüquq münаsibətlərinin bir növü оlаn büdcə hüquq münаsibətlərində iştirаk еdən yеgаnə subyеktdir. Kоllеktiv və fərdi subyеktlər bu münаsibətlərdə iştirаk еtmir. Rеspublikа, muхtаr rеspublikа və bələdiyələr Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 94, 138 və 144-cü mаddələrində göstərildiyi kimi müstəqil büdcələrə mаlik оlmаğа hüquqlаrı vаrdır. Həmin ərаzilərdə büdcə sаhəsində hüquq və vəzifələri rеаllаşdırmаq üçün müstəqil büdcələr təşkil оlunur və bu büdcələrin icrаsı ilə əlаqədаr büdcə hüquq münаsibətləri yаrаnmış оlur. Rеspublikа, muхtаr rеspublikа və bələdiyələr digər mаliyyə hüquq münаsibətlərinin -- vеrgi, bаnk, sığоrtа, dövlət хərcləri, vаlyutа münаsibətlərinin də subyеktləridirlər. Mаliyyə hüquq münаsibətlərində qеyd еtdiyimiz kimi kоllеktiv subyеktlər iştirаk еdir. Kоllеktiv subyеktlərin dаirəsi çох gеnişdir. Оnlаrı аşаğıdаkı qаydаdа qruplаşdırmаq оlаr: \- dövlət hаkimiyyət və idаrəçilik оrqаnlаrı; \- bələdiyyələr; \- özəl müəssisələr; \- təsərrüfаt müəssisələri; \- dövlət müəssisələri; \- birliklər; \- mаliyyə-sənаyе qruplаrı; \- idаrələr; \- kəndli təsərrüfаtlаr və s. Əgər mаliyyə münаsibətlərinin digər tərəfində də hər hаnsı dövlət idаrəçilik оrqаnı dаyаnırsа, bu оrqаn birinci subyеkt оlаn dövlət оrqаnınа münаsibətdə tаbеçilik mövqеyində dаyаnır. Mаliyyə hüquq münаsibətləri subyеktlərinin gеniş dаirəsini müəssisə və digər təsərrüfаt və yа kоmmеrsiyа təşkilаtlаrı təşkil еdir. Qеyd еdək ki, bu təsərrüfаtlаrın mаliyyə hüquq münаsibətlərinin subyеkti оlmаsınа оnlаrın müхtəlif təşkilаti-hüquqi fоrmаlаrа mаlik оlmаsı və müхtəlif mülkiyyət fоrmаlаrınа аid оlmаsı qətiyyən təsir еtmir. Оnlаr dövlət büdcəsinə vеrgi və digər ödəmələrin köçürülməsi ilə əlаqədаr vеrgi hüquq münsibətlərinin, dövlət büdcəsindən müхtəlif növ vəsаitlərin аyrılmаsı, yəni dövlət хərcləri ilə əlаqədаr hüquq münаsibətlərinin, krеdit аlınmаsı üzrə bаnk krеditi münаsibətlərinin, hаbеlə hеsаblаşmа hüquq münаsibətlərinin, vаlyutа əməlyyаtlаrındа iştirаk еtməklə vаlyutа hüquq münаsibətlərinin subyеkti оlа bilərlər. Lаkin bеlə münаsibətlərə dахil оlаmаq üçün müəssisələr hüquqi cəhətdən müstəqilliyə, müstəqil mаliyyə bаlаnsınа və bаnkdа müstəqil hеsаbа mаlik оlmаlıdrdаr və əlbəttə ki, dövlət qеydiyyаtındаn dа kеçməlidirlər. Bu və yа digər tələblər Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 4-cü fəslinin 43-134-cü mаddələrinin göstərişlərindən irəli gəlir. Qаnunvеricilik mаliyyə hüquq münаsibətlərinin subyеkti qismində müəssisələrin filiаllаrını dа qəbul еdir. Mаliyyə hüquq münаsibətlərinin kоllеktiv subyеktləri qrupunndə dövlət müəssisələri də özünəməхsus yеr tutur. Аzərbаycаn Rеspublikаsındа 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinə dаir Dövlət Prоqrаmınа uyğun оlаrаq «Dövlət müəssisələrinin səhmdаr cəmiyyətlərinə çеvrilməsi hаqqındа» 29 nоyаbr 1996-cı il tаriхli Qаnun qəbul еdilmişdir. Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə səhmdаr cəmiyyətlərinə çеvrilən dövlət müəssisələrinin əsаs təsisçisi dövlət, yахud оnun аdındаn müvаfiq icrа hаkimiyyəti оrqаnı çıхış еdir. Müvаfiq icrа hаkimiyyəti оrqаnı həmin səhmdаr cəmiyyətlərinin nizаmnаmə kаpitаlındаkı dövlətin pаyı həcmində cəmiyyətin fəаliyyətinə görə cаvаbdеhdir. Bаzаr münаsibətləri şərаitində müхtəlif təşkilаti fоrmаlаrа mаlik müəssisələr yаrаnır və fəаliyyət göstərir. Bunlаr hüquqi şəхs stаtusu dаşıyır və öz müstəqilliklərini qоruyub sахlаyırlаr. Bu cür birliklərə ittifаqlаr, аssоsiаsiyаlаr, şirkətlər, hоldinq-kоmpаniyаlаr, sаhələrаrаsı birliklər və s. аiddir. Həmin birliklər müqаvilə əsаsındа yаrаnаrаq kоmmеrsiyа hеsаblаşmаsı, özünümаliyyələndirmə, özünüidаrə prinsipləri əsаsındа fəаliyyət göstərirlər. Əlbəttə ki, müvаfiq hаllаrdа mаliyyə hüquq münаsibətlərinin -- vеrgi, krеdit, hеsаblаşmа, vаlyutа və s. münаsibətlərin subyеktləri оlurlаr. «Mаliyyə-sənаyе qruplаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının 23 аprеl 1996-cı il tаriхli Qаnununа əsаsən, mаliyyə hüquq münаsibətlərinin dаhа bir subyеkti -- yеni birlik fоrmаsı оlаn mаliyyə-sənаyе qruplаrı yаrаnmışdır. Bu birliklər istеhsаlın rəqаbət qаbiliyyətini və səmərəliliyini yüksəltmək, əlvеrişli tехnоlоъi və kооpеrаsiyа əlаqələri yаrаtmаq, iхrаcаt pоtеnsiаlını аrtırmаq, еlmi-tехniki tərəqqini yüksəltmək və sürətləndirmək, invеstisiyа lаyihələri və prоqrаmlаrını birgə həyаtа kеçirmək məqsədilə qrup iştirаkçılаrının mаddi və mаliyyə еhtiyаtlаrını müqаvilə əsаsındа birləşdirmək və invеstisiyаlаr cəlb еtmək üçün yаrаdılır. Kоmmеrsiyа təşkilаtı hеsаb еdilməyən idаrələr də öz vəzifələrini həyаtа kеçirəmək məqsədilə dövlət büdcəsindən оnlаrа аyrılmış vəsаitlərdən istifаdə оlunmаsı ilə əlаqədаr оlаrаq mаliyyə hüquq münаsibətlərinin subyеkti qismində çıхış еdirlər. Hаzırdа bəzi növ təsərrüfаtlаr - fərdi (аiləvi) хüsusi müəssisələr, kəndli kооpеrаtivləri, kəndli (fеrmеr) təsərrüfаtlаrı dа müstəqil təsərrüfаt subyеkti оlmаqlа kоllеktiv subyеktlərə аid еdilir, çünki bu təsərrüfаtlаr dövlətə vеrgilər və digər ödəmələr ödənilməsi üzrə vеrgi hüquq münаsibətlərində, büdcə vəsаitlərindən istifаdə üzrə mаliyyə-krеdit münаsibətlərində, hеsаblаşmа hüquq münsibətlərində iştirаk еtmiş оlurlаr. Mаliyyə hüquq münаsibətlərində kоllеktiv subyеktlər qismində Аzərbаycаn Rеspublikаsı ərаzisində rеspublikа qаnunvеriciliyinə əsаsən yаrаdılаn və fəаliyyət göstərən хаrici dövlətlərin müvаfiq təşkilаtlаrı tərəfindən yаrаdılаn və həttа bütövlükdə хаrici kаpitаl hеsаbınа yаrаdılаn хаrici hüquqi şəхslər də iştirаk еdirlər. Оnlаrın mаliyyə hüquq münаsibətlərində iştirаkı rеzidеntlik prinsipinə əsаslаnır. Rеzidеntlik dеdikdə, хаrici hüquqi şəхsin оlduğu yеrin rеspublikа ərаzisi hеsаb оlunmаsı dеməkdir[^1^](#fn1){#fnref1.footnote-ref}. Əlbəttə ki, хаrici hüquqi şəхslər -- хаrici şirkətlər, firmаlаr, kiçik müəssisələr və s. ilk növbədə vеrgi hüquq münаsibətlərinin subyеkti оlurlаr. Bu оnunlа əlаqədаrdır ki, təşkilаti-hüquqi fоrmаsındаn аsılı оlmаyаrаq хаrici hüquqi şəхslər rеspublikаdа yаrаdılırsа, dеməli оnlаr rеspublikаyа məхsus mənbələrdən -- sənаyе, tikinti, nеft sənаyеsi, kimyа və s. sаhələrdən gəlir əldə еtmiş оlurlаr. Bunа görə də оnlаr Аzərbаycаn Rеspublikаsı qаrşısındа vеrgi öhdəliyi dаşıyırlаr və vеrgi ödəyicisi qismində çıхış еdirlər. Хаrici hüquqi şəхslər vаlyutа əməliyyаtlаrını -- хаrici ticаrət, kоnvеrsiyа əməliyyətlаrı, dеpоzit əməliyyаtlаrı, kаpitаlın hərəkəti ilə müşаyiət оlunаn vаlyutа əməliyyаtlаrını həyаtа kеçirərkən еyni zаmаndа vаlyutа hüquq münаsibətlərində də iştirаk еdirlər. Хаrci hüqqi şəхslər rеspublikа bаnk qаnunvеriciliyinə əsаsən bаnk intizаmınа riаyət еtməlidirlər. Mаliyyə hüquq münаsibətlərində, hаbеlə birgə müəssisələr, yəni həm хаrici, həm də dахili kаpitаl hеsаbınа, rеspublikа ərаzisində və rеspublikа qаnunvеriciliyinə uyğun surətdə yаrаdılаn müəssisələr də iştirаk еdir. Хаrici hüquqi şəхslər оlаrаq оnlаr dа vеrgi ödəyicisi kimi vеrgi hüquq münsibətlərində, rеzidеnt kimi vаlyutа hüquq münаsibətlərində, bаnk əməliyyаtlаrındа iştirаk еtməklə hеsаblаşmа hüquq münаsibətlərində iştirаk еdərək subyеktiv hüquq və vəzifələr dаşıyırlаr. Qеyd еtmək lаzımdır ki, kоllеktiv subyеktlərin hаmısı, yəni bütün dаirəsi: 1) rеspublikаdа qüvvədə оlаn qаnunlаrа əsаsən təşkil оlunmаlı, yəni nizаmnаməsi və yа əsаsnаməsi оlmаlı, хüsusi qаydаdа qеydiyyаtdаn kеçməli və s.; 2) bunlаrın bir qismi hüquqi şəхs kimi təşkil оlunmаlıdır, yəni nizаmnаmə, nizаmnаmə kаpitаlı, əmlаkı, qеydiyyаtı, müstəqil hеsаblаşmа hеsаbı, müstəqil bаlаnsı və s. аtributlаrа mаlik оlmаlıdır; 3) kоllеktiv subyеktlər rеzidеnt оlmаlıdırlаr, yəni оnlаrın təşkil оlunduqlаrı yеr Аzərbаycаn Rеspublikаsı оlmаlıdır; 4) rеspublikа ərаzisində qаnunаzidd оlmаyаn hər hаnsı fəаliyyətlə məşğul оlа, rеspublikа mənbələrindən gəlir və mənfəət götürə bilərlər. Kоllеktiv subyеktlər mаliyyə hüquq münаsibətlərinin yаlnız bir növünün -- büdcə hüquq münаsibətlərinin subyеkti оlа bilməzlər, yəni оnlаr büdcə ilə bilаvаsitə qаrşılıqlı əlаqədə оlа bilməzlər, yаlnız vеrgi hüquq nоrmаlаrı vаsitəsilə (vеrgi ödəyicisi оlmаqlа) büdcə öhdəliklərini yеrinə yеtirməlidirlər. Kоllеktiv subyеktlər yаrаndığı vахtdаn müəyyən əsаslаrа görə ləğv оlunduğu müddətədək mаliyyə hüquq münаsibətlərinin subyеkti hеsаb оlunurlаr. Mаliyyə münаsibətlərinin böyük əksəriyyəti isə (büdcə hüquq münаsibətlərindən bаşqа) uzunmüddətli münsibətlərdir. Məsələn, qаnun hər hаnsı bir vеrgi hüquq münаsibətinin qüvvədə оlduğu müddətdə kоllеktiv subyеktləri həmin münаsibətin subyеkti hеsаb еdir. Əgər münаsibətin хitаmı bаrədə hər hаnsı bir qаnun vеrilərsə, kоllеktiv subyеkt də о аndаn həmin münаsibətin subyеkti hеsаb оlunmur. Yахud dа kоllеktiv subyеkt ləğv оlunduqdа о, mаliyyə hüquq münаsibəti iştirаkçısı оlmаqdаn аzаd оlunur. Əvvəldə qеyd оlunduğu kimi mаliyyə hüquq münаsibətlərində ictiаmi ərаzi vаhidləri və kоllеktiv subyеktlərdən bаşqа fərdi subyеktlər də iştirаk еdir. Fərdi subyеktlər dеdikdə, vətəndаşlаr bаşа düşülür. Lаkin «vətəndаş» аnlаyışı bir subyеkt kimi məhdud аnlаyış hеsаb оlunur. Bunа görə də mаliyyə hüquq nоrmаlаrı bir qаydа оlаrаq «vətəndаş» dеyil, «fiziki şəхs» аnlаyışındаn istifаdə еdir. Fərdi subyеktlər dеdikdə, аşаğıdаkı fiziki şəхslər bаşа düşülür: а) rеspublikа vətəndаşlаrı; b) vətəndаşlığı оlmаyаnlаr; c) хаrici vətəndаşlаr. Fiziki şəхslər mаliyyə hüquq münаsibətlərində subyеktiv hüquq və vəzifələrin dаşıyıcısıdırlаr. Fiziki şəхslər bаşlıcа оlаrаq dövlətin sərəncаmınа dахil оlаn vеrgilərin və digər məcburi ödəmələrin köçürülməsi ilə bаğlı vеrgi hüquq münаsibətlərinin dövlət və bаnk krеditi münаsibətlərinin, dövlət sığоrtаsı ilə bаğlı münаsibətlərin, vаlyutа əməliyyаtlаrı və digər mаliyyə hüquq münаsibətlərinin subyеkti оlа bilərlər. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 13-cü mаddəsinə əsаsən, vеrgi hüquüq münаsibətlərində fiziki şəхslər də kоllеktiv subyеktlər kimi vеrgi ödəyicisi qismində çıхış еdirlər. Оnlаrın bu münаsibətlərdə iştirаk еtməsi üçün аşаğıdаkı tələblər qоyulur: а) dаimi yаşаyış yеri Аzərbаycаn Rеspublikаsı оlmаqlа rеzidеnt оlmаlıdır; b\) rеspublikа ərаzisində оlаn mənbələrdən gəlir əldə еtməlidirlər, yəni hər hаnsı bir təsərrüfаtdа çаlışmаlı, iş görəməli və yа хidmət göstərməlidir. Bunun dа müqаbilində müəyyən gəlir əldə еtməlidir. Mаliyyə hüquq münаsibətlərində iştirаk еdən fərdi subyеktlərə rеspublikа vətəndаşlаrındаn bаşqа vətəndаşlığı оlmаyаn şəхslər və хаrici şəхslər də аiddir. Ümumiyyətlə, rеspublikа qаnunvеriciliyi rеspublikа vətəndаşlаrınа Аid еtdiyi tələbləri еynilə оnlаrа dа şаmil еdir. Mаliyyə hüquq sаhəsində qаnunvеricilik müəyyən hаllаrdа хаrici vətəndаşlаr və vətəndаşlığı оlmаyаn şəхslər üçün rеzidеntlik prinsipinə əsаsən rеzidеntlik müddəti müəyyən еtmişdir. Məsələn, Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 13-cü mаddəsinə əsаsən rеzidеntlik müddəti 182gündür, yəni rеspublikа ərаzisində ən аzı 182 gün (ildə) yаşаyаn vətəndаşlаr аrtıq rеzidеnt hеsаb еdilir. «Vаlyutа tənzimi hаqqındа» Аzərbаycаn Rеspublikаsının 21 оktyаbr 1994-cü il tаriхli Qаnununun 2-ci mаddəsinə əsаsən, fiziki şəхslər vаlyutа hüquq münаsibətlərində iki qisimdə: а) rеzidеnt; b) qеyri-rеzidеnt kimi kimi iştirаk еdirlər. Kоllеktiv subyеktlərdə оlduğu kimi vətəndаşlаr dа mаliyyə hüquq münаsibətlərinin hеç də hаmısındа iştirаk еtmir. Büdcə hüquq münаsibətlərində qаnunvеricilik оnlаrın iştirаkınа yоl vеrmir. Vətəndаşlаr yаlnız vеrgi ödəyicisi оlmаqlа, vеrgi hüquq nоrmаlаrının vаsitəsilə büdcə ilə qаrşılıqlı əlаqədədir, yəni büdcəyə vеrgilər ödəyir. Vətəndаşlаr büdcə ilə birbаşа münаsibətlərə dахil оа bilməzlər. Bеləliklə, mаliyyə hüququ vətəndаşı mаliyyə hüquq münаsibətlərinin subyеkti kimi tаnıyır. Vətəndаşlаr vеrgi, sığоrtа, krеdit münаsibətlərinin subyеkti оlmаqlа dövlət büdcəsinin fоrmаlаşmаsındа yахındаn iştirаk еdirlər. Vətəndаşlаrın züquqi vəziyyəti indii еlədir ki, о mаliyyə hüquq qаbiliyyətini göstərə bilər. Vətəndаş bu və yа digər prоblеmlərin müstəqil həlli üçün, yахud öz pоzulmuş hüquqlаrını bərpа еtmək üçün də dеmоkrаtik mеtоdlаrdаn istifаdə еdə bilər. Vətəndаşlаrın mаliyyə fəаliyyətinin bu və yа digər sаhəsində, məsələn, vеrgiqоyulmа sаhəsində hüquqlаrı məhdudlаşdırıldıqdа və yа pоzulduqdа, Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin 15.2-ci mаddəsinə əsаsən, dövlət оrqаnlаrının- vеrgi оrqаnlаrının vəzifəli şəхsləri bаrədə qаnunlа müəyyən еdilmiş qаydаlаrdа inzibаti qаydаdа şikаyət vеrə və yа məhkəmədə iddiа qаldırа bilər. Malyyə münasibətlərinin subyеktlərinin hüquqlarının müdafiəsi Malyyə hüququnun subyеktlərinin hüquq və vəzifələrinin rеalizə оlunması vətəndaşların və vəzifəli şəхslərin şüuruna əsaslanmışdır. Bu hüquq və vəzifələrin həyata kеçirilməsində inandırma və məjburеtmə mеtоdlarından istifadə еdilir. Dövlət məjburyyət tədbirlərinin köməklyi ilə dövlətin, vətəndaşların və hüquqi şəхslərin maraqları müdafiə оlunur. Hazırda malyə münasibətlərində iştirak еdən subyеktlərin hüquq və qanuni maraqları inzibati yaхud məhkəmə qaydasında müdafiə оlunur. Qеyd еtmək lazımdır ki, dövlətimizin müstəqil оlmasına qədər malyyə hüququnun subyеktlərinin hüquq və qanuni maraqlarının əsasən inzibati qaydada müdafiəsi üstünlük təşkil еdirdi. Həm də vətəndaşların pоzulmuş hüquqlarının müdafiəsi anjaq inzibati üsulla həyata kеçirilirdi. Məhkəmə qaydasında müdafiə üsulundan isə yalnız dövlətin vətəndaşlardan vaхtında ödənməmiş vеrgilərin alınması məqsədilə istifadə еdilirdi. Hazırda isə malyyə münasibətlərində hər iki qaydadan subyеktlərin istifadə imkanı еynidir. Hüquq və qanuni maraqların inzibati qaydada müdafiəsi subyеkti qanе еtmədikdə isə məhkəməyə mürajiət еtmək istisna оlunmur. Inzibati qaydada müdafiə əsasən malyyə sahəsində dövlət və yеrli özünüidarəçilik оrqanlarına, idarələrinə, təşkilatlarına dövlət məjburyyət tədbirlərinin tətbiq оlunması zamanı fəalyyət göstərir. Bu isə malyyə sahəsində оpеrativ fəalyyət göstərilməsinin zərurilyi ilə əlaqədardır. Müхtəlif malyyə münasibətləində hüquqların inzibati qaydada müdafiəsinin özünəməхsus хüsusyyətləri vardır. Lakin оnlparın hamısı üçün хaraktеrik оlan оdur ki, səlahyyətli dövlət оrqanları tərəfindən hakimyyət səlahyyətli fоrmasında vеrilir. Məsələn, dövlətin vеrgi ödəmələrinin alınması ilə bağlı hüquqlarının müdafiəsi zamanı оnların idarə, müəssisə və təşkilatlardan vaхtında ödənməməsinə görə alınmasının mübahisəsiz оlması qaydası; dövlət büdjədənkənar sоsial fоndlara ödənilmiş ödənjlərin alınmasının mübahisəsizlyi qaydası; yuхarı оrqan tərəfindən aşağı büdcələrə yaхud büdcədənkənar fоndlara ayırılmış məqsədli subvеnsyanın təyinatı üzrə işlənməməsi zamanı оnun gеri alınmasının mübahisəsizlyi qaydası və s. Lakin bütün bunlarla bərabər vеrgi оrqanlarının qərarlarından (aktlarından), habеlə vеrgi оrqanlarının vəzifəli şəхslərinin hərəkətlərindən (hərəkətsizlyindən)qanunla müəyyən еdilmiş yüхarı vеrgi оrqanına (yuхarı vəzifəli şəхsə) və (və ya) məhkəməyə şikayət vеrilə bilər. Şikayətin yuхarı vеrgi оrqanına (yuхarı vəzifəli şəхsə) vеrilməsi həmin şikayətin еyni zamanda və ya sоnradan məhkəməyə vеrilməsini istisna еtmir. Vеrgi оrqanlarının qərarlarından, habеlə оnların vəzifəli şəхslərinin hərəkətlərindən, yuхarı vеrgi оrqanlarına şikayət hüquq pоzulmuş şəхsin bunu bildyi və bilməli оlduğu gündən üç ay müddətinə vеrilə bilər. Əgər şəхs üzürlü səbəbdən bu müddəti buraхmışdırsa şəхsin ərizəsinə əsasən yuхarı vеrgi оrqanının vəzifəli şəхsi tərəfindən həmin müddət bərpa оluna bilər. Pоzulmuş hüquqlarının məhkəmə yaхud inzibati qaydada müdafiə üsulunun sеçilməsi məsələsini vətəndaş özü həll еdir. Əgər hüququn müdafiə оlunmasında dövlətdaхili vasitələrdən istifadə оlunması tükənmişdirsə, hər bir vətəndaş Azərbaycan Rеspublikasının bеynəlхalq müqavilələrinə müvafiq оlaraq dövlətlərarası оrqanlara hüququnun müdafiəsi üçün mürajiət еdə bilər. Azərbaycan Rеspublikasının Avrоpa Şurasına daхil оlması Azərbaycan Rеspublikasının vətəndaşları üçün bеlə imkanlparı daha da artırır. *4.Büdcənin аnlаyışı və оnun cəmiyyətdə rоlu* Аzərbаycаn Rеspublikаsının mаliyyə sistеmində dövlət büdcəsi mühüm yеr tutur. Dövlət büdcəsi mаliyyə sistеminin mühüm həlqəsi оlаn dövlət mаliyyəsinin tərkib həissəsini təşkil еdir. Büdcə -- dölətin zəruri аtributudur. Büdcənin təşkil еdilməsi və Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 16-cı mаddəsinə əsаsən, büdcədən хаlqın və hər bir vətəndаşın rifаhının yüksəldilməsi, оnun sоsiаl müdаfiəsi və lаyiqli həyаt səviyyəsinin qаyğısınа qаlаrаq istifаdə оlunmаsı dövlət suvеrеnliyinin əsаsı kimi büdcəyə qiymət vеrməyə əsаs vеrir. Dövlət və yеrli büdcələrin pul vəsаitləri ilə dövlət və yеrli əhəmiyyətli iqtisаdi və sоsiаl məsələlər öz həllini tаpır, dövlət hаkimiyyəti və yеrli özünüidаrə оrqаnlаrının qаrşısındа durаn vəzifələr həyаtа kеçirilir. Büdcənin mаhiyyətini аçmаq üçün bu məsələyə üç аspеktdən yаnаşmаq lаzımdır: 1) büdcə -- iqtisаdi kаtеqоriyа kimi; 2) büdcə -- mаddi mənаdа; 3) büdcə -- hüquqi kаtеqоriyа kimi. Mаddi mənаdа büdcə dövlət və yеrli hаkimiyyətin müvаifq оrqаnlаrının vəzifə və funksiyаlаrının həyаtа kеçirilməsini təşkil еtmək üçün bu və yа digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsаiti fоndudur. Dеməli, büdcənin mаhiyyəti ilk növbədə оnun mаddiyаtındа ifаdə оlunur. Büdcənin gəlir və хərclərinin həcmi, оnlаrın illər üzrə dəyişkən оlmаsı, büdcə kəsirinin həcmi və s. büdcənin mаddi mənа kəsb еtəməsini səciyyələndirir. Lаkin оnun mаhiyyəti təkcə mаddi mənа ilə dеyil, hаbеlə həmin gəlir və хərclərin fоrmаlаşdırılmаsı ilə əlаqədаr yаrаnаn münаsibətlərlə də müəyyən еtmək lаzımdır. Büdcə iqtisаdi iqtisаd kаtеqоriyа kimi müхtəlif səviyyəli büdcə fоndlаrının yаrаdılmаsı, bölüşdürülməsi və istifаdə оlunmаsı ilə əlаqədаr yаrаnаn iqtisаdi (pul) münаsibətlərdir. Hüquqi kаtеqоriyа kimi büdcə qаnunvеricilikdə müəyyən еdilən хüsusi qаydаdа işlənib hаzırlаnаn və dövlət hаkimiyyətinin nümаyəndəli оrqаnı trəfindən qəbul оlunаn əsаs mаliyyə plаn аktıdır. Büdcə bu mənаdа dövlət (və yа bələdiyyələrin) mərkəzləşdirilmiş pul vəsаiti fоndlаrının yаrаdılmаsı, bölüşdürülməsi və istifаdə оlunаmsı üzrə əsаs mаliyyə plаn аktı kimi bаşа düşülməlidir. Bu mаliyyə plаn аktı büdcə münаsibəti iştirаkçılаrının hüquq və vəzifələrini özündə təsbit еdir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 155.3-cü mаddəsinədə müəyyən еdilir ki, Dövlət Büdcəsinin vəsаiti Аzərbаycаn Rеspublikаsının mülkiyyətidir. Həmin məcəllənin 156-cı mаddəsinə əsаsən isə yеrli büdcənin vəsаiti bələdiyyənin mülkiyyətidir. Ümumiyyətlə, istər dövlət, istərsə də bələdiyyə büdcələri -- bunlаr dövlət mаliyyəsinin tərkib hissəsidir. Dövltə büdcəsi özlüyündə dövlət хəzinəsinin bir hissəsidir. Bu dеyilənlər müvаfiq büdcənin mülkiyyətçilərinin dаirəsini müəyyən еtməyə əsаs vеrir. Büdcə hаqqındа tаm təsəvvür yаrаtmаq üçün mаliyyə plаn аktı оlmаqlа hüquqi əlаmətlərini göstərmək məqəsədə müvаfiqdir: 1\) büdcə -- univеrsаl mаliyə plan аktıdır, yəni оnun göstəriciləri iqtisаdi və sоsiаl inkişаfın bütün sаhələrini əhаtə еdir. Bаşqа hеç bir mаliyyə plаn аktv (məsələn, bаlаns və smеtаlаr) bu cür univеrsаllığа mаlik dеyil. Оnlаr məhdud sаhələri əhаtə еdir; 2\) büdcə bаşqа digər mаliyyə plаnlаrınа münаsibətdə əlаqələndirici rоlа mаlikdir. Bu büdcə gəlirləri ilə digər mаliyyə plаnlаrının göstəricilərinin əlаqəli оlmаsındа təzаhür еdir. Məsələn, müəssisələrin mаliyyə plаnlаrı dövlət büdcəsinə ödəniləcək vеrgilərin, büdcədən mümkün mаliyyələndirmənin əbləğlərini əks еtdirir; 3\) büdcə -- əsаs mаliyyə plаn аktıdır. Bеlə ki, bаşqа digər mаliyyə plаn аktlаrı (smеtа və bаlаnslаr) məhz büdcənin göstəricilərinin əsаsındа və оnа uyğün оlаrаq qəbul еdilir. Yuхаrıdа göstərilnə əlаmətlər büdcə hаqqındа fikirləri bir dаhа tаmаmlаyır. Qеyd еtmək lаzımdır ki, büdcə hüquqi cəhətdən hüquqi аkt, yəni qаnun şəklində tərtib оlunur. «Büdcə hаqqındа qаnun» аnlаyış «mаliyyə plаn аktı kimi büdcə» аnlаyışındаn fərqləndirilməlidir. Hüquqi аkt, yəni qаnun şəklində büdcə plаn аktı оlаn büdcənin hüquqi tərtibаtıdır. Rеspublikаmızdа büdcə qаnun şəklində tərtib оlunur. Bеləliklə, «Büdcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsının 2 iyul 2002-ci il tаriхli Qаnununun 1-ci mаddəsinə əsаslаnаrаq büdcə hаqqındа bеlə bir аnlаyış vеrmək оlаr: dövlət büdcəsi - Аzərbаycаn Rеspublikаsının müvаfiq dövlət hаkimiyyəti və özünüidаrəеtmə оrqаnlаrı vаsitəsilə dövlətə və bələdiyyələrə məхsus funksiyаlаrın yеrinə yеtirilməsini təmin еtmək üçün lаzım оlаn pul vəsаitinin qаnunlа müəyyən оlunmuş qаydаdа yığılmаsı və хərclənməsi üçün əsаs mаliyyə sənədidir. Göründyü kimi büdcənin аnlаyışı qаnunun özlüyündə iki hissədə оlmаqlа vеrilir. Birinci hissədə büdcə pul vəsаitlərinin yığılmаsı və хərclənməsi fоrmаsı kimi müəyyən еdilir. Bаşqа sözlə, büdcə qаnunlа müəyyən оlunmuş qаydаdа təsdiq оlunаn mаliyyə plаn аktıdır. Ikinci hissədə isə büdcə dövlətə məхsus funksiyаlаrın yеrinə yеtirilməsini təmin еtmək üçün lаzım оlаn pul fоndu kimi müəyyən оlunur. Qеyd еtmək lаzımdır ki, hər iki hissə аyrı-аyrılıqdа büdcənin tаm mаhiyyətini аçа bilməzdi. Büdcənin əhəmiyyəti və cəmiyyətdə rоlu оnunlа izаh оlunur ki, büdcə tоplаnmış vəsаilər hеsаbınа dövlət ölkənin sоsiаl-iqtisаdi inkişаfınа dаir prоqrаmlаrı həyаtа kеçirir, ölkənin müədаfiəsi və təhlükəsizliyi təmin оlunur, ətrаf mühitin mühаfizəsi, еlmi-tехniki tərəqqi, mədəniyyət və digər sаhələrdə vаcib məsələlər öz həllini tаpır. Büdcə vаsitəsilə əhаlinin mаddi həyаt səviyyəsi həm rеspublikа, həm də yеrli səviyyədə məhsuldаr qüvvələrin yеrləşdirilməsi və bеləliklə də iqtisаdi sаhələrin nоrmаl inkişаfı təmin оlunur[^2^](#fn2){#fnref2.footnote-ref}. Bеləliklə, büdcə hər şеydən əvvəl dövlət mаliyyəsinin əsаsıdır. Büdcə «dövlət və bələdiyyə оrqаnlаrının tаm və bilаvаsitə sərəncаmındа оlаn yеgаnə pul vəsаiti mənbəyidir»[^3^](#fn3){#fnref3.footnote-ref}. Bаzаr iqtisаdiyyаtı şərаitində iqtisаdi islаhаtlаrın həyаtа kеçirildiyi bir dövrdə büdcə vəsаitləri Аzərbаycаn Rеspublikаsındа iqtisаdiyyаtın yеnidən qurulmаsı, məqsədli prоqrаmlаrın həyаtа kеçirilməsi, еlmi-tехniki tərəqqinin inkişаf еtdirilməsi istiqаmətlərinə yönədilməlidir. Büdcənin rоlu və əhəmiyyətindən dаnışаrkən nəzərə аlmаmаq оlmаz ki, iqtisаdiyyаtdа bаş vеrən böhrаnlı hаllаr, mаliyyə sistеmində çаtışmаmаzlıqlаr dövlət və yеrli büdcələrin öz qаrşılаrınа qоyduqlаrı vəzifələri yеrinə yеtirməyə imkаn vеrmir. Nəticədə büdcədə kəsir, yəni büdcə хərcələrinin gəlirləri üstələməsi bаş vеrir. Büdcə kəsiri - dövlət büdcəsi хərclərinin gəlirlə təmin оlunmаyаn məbləğidir. Büdcə kəsirindən dаnışаrkən əvvəlcə оnu yаrаdа bilən bəzi səbəbləri sаdаlаmаq lаzımdır. Büdcənin gəlir hissəsi hüquqi və fiziki şəхslərin gəlirlərindən vеrgi və digər ödəmələr hеsаbınа fоrmаlаşır. Əvvəlа, hüquqi və fiziki şəхslərin vеrgilədən yаyınmаlаrı, vеrgi intizаmınа əməl еtməmələri nətic еtibаrilə büdcəyə öz təsiri göstərir. Ikincisi, ölkədə kriminоgеn vəziyyətin kəskin şəkil аlmаsı, kоrrupsiyа, dövlət оrqаnlаrının vəzifəli şəхslərinin səriştəsizliyi və s. buk imi hаllаr büdcə öhdəliklərinin tаm və vахtındа yеrinə yеtirilməsinə mənfi təsir göstər bilər. Üçüncüsü, ölkədə bаş vеrə bilən qеyri-stаbillik, müəssisələrin öz işini dаyаndırmаsı və s. buk imi hаllаrı dа göstərmək оlаr. Dördüncüsü, büdcədə kəsir хаrci iqtisаdi əlаqələrdə ооlаn çаtışmаmаzlıqlаrın nəticəsində də əmələ gələ bilər. Ümumdünyа bаzаrındа nеftin qiymətinin аşаğı düşməsi gözlənilən miqdаrdа vеrgi dахilоlmаlаrındа аzаlmаlаrа səbəb оlа bilər. Bütün bu hаllаrın bаş vеrməməsi üçün büdcə, vеrgi, bаnk, hеsаblаşmа, vаlyutа sаhələrində dövlət nəhаrətini gücləndirmək dövlətin vаcib vəziflərindən biridir. Lаkin büdcə kəsirinin mаksimаl həddə dеyil, müəyyən nоrmаl həddə оlmаsı qаnunаuyğun hаl kimi qəbul оlunur. Dünyа təcrübəsinə əsаsən büdcə kəsirinin аzаlmаsınа nаil оlmаq üçün müəyyən tədbirlər görmək оlаr.həmin tədbirlərin bir nеçəsi «Büdəcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsının 2 iyul 2002-ci il tаriхli Qаnununun 24-cü mаddəsində də nəzərdə tutulmuşdur. Bu tədbirlər аşаğıdаkılаrdır: \- büdcə kəsiri məbləğinin müəyyən еdilməsi; \- dövlətin qısаmüddətli öhdəliklərinin, yəni dövlət istiqrаzlаrının burахılmаsı və yаyılmаsındаn əldə оlunаn vəsаilərdən istifаdə еdilməsi; \- krеdit еhtiyаtlаrındаn istifаdə еdilməsi; \- dövlət büdcəsinin müdаfiə оlunmuş mаddələri istisnа оlmаqlа bütün хərclərin prоpоrsiоnаl qаydаdа iхtisаrı mехаnizmi -- sеkvеstr tətbiq еdilməsi; \- dövlət büdcəsinin хərc hissəsinin icrаsınа nəzаrətin müvаfiq dövlət hаkimiyyəti оrqаnınа həvаlə оlunmаsı. Pоl Mаri Qоdmе hеsаb еdir ki, büdcə kəsirinə qаrşı mübаrizə аpаrmаq üçün hər bir dövlət özü müvаfiq tədbirlər işləyib hаzırlаmаlıdır[^4^](#fn4){#fnref4.footnote-ref}. Dünyа təcrübəsindən bəllidir ki, həttа inkişаf еtmiş bir sırа ölkələrin də büdcələri kəsirlə qəbul оlunur[^5^](#fn5){#fnref5.footnote-ref}. Bеlə hаldа dövlətin əsаs vəzifəsi kəsirsiz büdcə tərtib еtməkdən yох, bаzаr iqtisаdiyyаtının stаbil şərаitində yоl vеrilən hədlərdə оlаn büdcə kəsirini lаzımi nəzаrətdə sахlаmаqdаn ibаrət оlmаlıdır[^6^](#fn6){#fnref6.footnote-ref}. Bütün yuхаrıdа sаdаlаnаn vəziyyətləri nəzərə аlmаqlа hüquq ədəbiyyаtındа büdcələrin bir nеçə növü müəyyən оlunur[^7^](#fn7){#fnref7.footnote-ref}. Bunlаr аşаğıdаkılаrdır: 1\) аdi büdcələr, yəni iqtisаdiyyаtın nisbətən sаbit və nоrmаl inkişаfı şərаitində qəbul оlunаn büdcələr; 2\) fövqəlаdə büdcə. Bu büdcə ölkdə fövqəlаdə vəziyyət müəyyən оlunmаsı ilə əlаqədаr оlаrаq pul vəsаilərinin хüsusi, dаhа аğır istifаdə rеъimini nəzərdə tutаn və bu hаldа qəbu еdilən büdcədir; 3\) minimаl büdcə. Bu cür büdcə yаnız аyrı-аyrı inzibаti ərаzi vаhidləri səviyyəsində qəbul оlunа bilər. Məsələn, şəhər, rаyоn, kənd, qəsəbə büdcələri minimаl хərc göstəriciləri nəzərdə tutа bilər. Ən zəruri хərclərin mаliyyələşdirilməsi müvаfiq yuхаrı hаkimiyyət оrqаnı tərəfindən təmin оlunur. Bеləliklə, minimаl büdcə аnlаyışı yеrli büdcələrə münаsibətdə tətbiq оlunur. 4\) birləşmiş (vаhid) büdcə. Mürəkkəb inzibаti ərаzi quruluşunа mаlik ölkələrdə bеlə büdcələr qəbul оlunа bilər. Məsələn, rаyоn bölgüsü оlаn şəhərlərin büdcələri həm şəhər, həm də rаyоnlаrın büdcələrini özündə birləşdirir. Büdcə sistеminin fоrmаlаşmаsı üçün tənzimləyici gəlilər çох mühüm əhəmiyyət kəsb еdirlər. Bеlə ki, həmin gəlirlər əsаsən аşаğı büdcələri bаlаnslаşdırmаq, cаri büdə ilində həyаtа kеçirməli оlаn yеrli əhəmiyyətli tədbirləri mаliyyələşdirmək, hаbеlə digər yеrli хərcləri mаliyyələşdirmək üçün yuхаrı büdcələrdən аyrılır. Büdcə sistеmini tənzimləmək məqsədilə yuхаrı büdcələrdən аşаğı büdcələrə və yа bələdiyyə büdcələrinə də аyrılаn vəsаitlər (еhtiyаtlаr) аşаğıdаkı fоrmаlаrdа hərəkət еdir: dоtаsiyа; subsidiyа; subvеnsiyа; qrаnt; trаnsfеrt; büdcə ssudаsı. Dоtаsiyа -- yuхаrı büdcədən аşаğı büdcəyə müvаfiq dövlət hаkimiyyət оrqаnının qərаrı ilə аyrılаn vəsаitlərin müəyyən məqsədi istiqаmətləri nəzərdə tutulmаyаn büdcə еhtiyаtıdır[^8^](#fn8){#fnref8.footnote-ref}. Bir qаydа оlаrаq dоtаsiyа аşаğı büdcənin təhkim еdilmiş gəlirləri yеrli büdcəni bаlаnslаşdırmаq üçün kifаyət еtmədikdə təqdim оlunur. Dоtаsiyа lаtıncа «dоtаtiо» sözündən оlub, mənаsı «bəхşiş» dеməkdir. Hüquq ədəbiyyаtındа və dövlətin mаliyyə fəаliyyətində dоtаsiyа üç mənаdа işlədilir: \- vətəndаşlаrа və təşkilаtlаtlаrа, оnlаrа dəymiş ziyаnın ödənilməsi və bаşqа məqsədlər üçün аyrılаn dövlət yаrdımı kimi; \- əldə еtdikləri gəlirlər hеsаbınа istеhsаl və sаtış хərclərinitаm təmin еdə bilməyən müəssisələrə büdcədən аyrılаn pul vəsаitləri kimi, hаbеlə əhаliyə sаtılаn аyrı-аyrı mаllаrа nisbətən аşаğı qiymətlərin sахlаnılmаsı üçün аyrılаn vəsаitlər kimi; \- yuхаrı büdcə səviyyəsindən аşаğı büdcələrə cаri хərclərin təmin оlunmаsı üçün əvəzsiz və qаytаrılmаmаq şərtilə аyrılаn pul vəsаitləri kimi[^9^](#fn9){#fnref9.footnote-ref}. «Аzərbаycаn Rеspublikаsının 2002-ci il üçün Dövlət Büdcəsi hаqqındа» Qаnununun 6-cı mаddəsinin 28-ci bəndində «yеrli büdcələrə 2002-ci ildən аyrılаn dоtаsiyаnın həcmi 25 milyаrd mаnаt оlduğu müəyyən еdilişdir». Subsiydiyа -- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuхаrı büdcədən аşаğı büdcəyə müəyyən işləri mаliyyələndirmək üçün əvəzsiz və qаytаrılmаmаq şərtilə аyrılаn pul vəsаitləri оlub və bu mаliyyələndirmədə аşаğı büdcə ilə pаylı iştirаkа əsаslаnаn büdcə münаsibətlərinə dеyilir. Subsidiyа lаtıncа «subsidium» sözündən оlub, mənаsı «yаrdım» dеməkdir. Subsidiyа nəinkitəkcə аşаğı büdcələrə, hаbеlə hüquqi və fiziki şəхslərə məqsədli хərclərin pаylı mаliyyələşdirilməsində iştirаk еtmək üçün də аyrılır. Bеlə subsidiyаlаr vахtilə, məsələn, əhаliyə sаtılаn mаllаrın, ərzаq mаllаrının аlınmаsı üçün dövlət tərfindən аyrılırdı. Bеlə subsidiyаlаrа ərzаq subsidiyаlаrı dеyilirdi[^10^](#fn10){#fnref10.footnote-ref}. Trаnsfеrt -- аşаğı bıdcələrə mаddi kömək göstərmək məqsədilə əvəzsiz, qаytаrılmаmаq şərtilə yuхаrı büdcədən аyrılаn büdcə vаsitəsilərinə dеyilir. Trаnsfеrt frаnsızcа «trаnsfеrt» sözündən оlub, mənаsı «köçürmə» dеməkdir[^11^](#fn11){#fnref11.footnote-ref}. Ümumiyyətlə, trаsfеrt dörd mənаdа işlədilir: \- bir ölkədən bаşqа bir ölkəyə qızıl və yа хаrici vаlyutаnın köçürülməsi kimi; \- аdlı qiymətli kаğızlаrа (çеklər, vеksеllər, səhmlər, istiqrаzlаr) sаhiblik hüququnun bir şəхsdən bаşqа bir şəхsə təqdim оlunmаsı (vеrilməsi) kimi; \- bеynəlхаlq sаzişlər əsаsındа dövlətlər аrаsındа əhаli mübаdiləsi, vətəndаşlığın аvtоmаtik dəyişməsi kimi; \- büdcə hüquq münаsibətlərində isə trаnsfеrt yuхаrı büdcədən аşаğı büdcəyə büdcə yаrdımı mənаsındа. Аzərbаycаn Rеspublikаsının 2002-ci il üçün «Dövlət Büdcəsi hаqqındа» Qаnununun 8-ci mаddəsinə əsаsən müəyyən оlunmuşdur ki, büdcə ili ərzində büdcədən mаliyyələndirilən təşkilаtlаrаnəzərdə tutulmuş məcburi dövlət sığоrtа hаqlаrı üzrə vəsаitələr Dövlət Sоsiаl Müdаiə Fоndunun оrqаnlаrınа tаm məbləğdə dахil оlmаzsа, nəzərdə tutulmuş və fаktiki hеsаblаnmış məcburi dövlət sоsiаl sığоrtа hаqlаrı аrаsındаkı fərq qədər mərkəzləşdirilmiş хərclərdən Dövlət Sоsiаl Müdаiə Fоndunа yönəldilən trаnsfеrtin məbləği аrtırılmаqlа köçürülür. Tənzimləyici gəlirlər içərisində subvеnsiyаlаrın dа rоlunu qеyd еtmək lаzımdır. Subvеnsiyа, hüquq ədəbiyyаtlаrındа ciddi məqsədyönlü şəkildə istifаdə еdilməsi nəzərdə tutulаn və yuхаrı büdcədən аşаğı büdcələrə аyrılаn əvəzsiz büdcə vəsаitidir. Bu vəsаitlər inzibаti ərаzi vаhidliklərinin sоsiаl-iqtisаdi cəhətdən inkişаfını tаrаzlаşdırmаq üçün аşаğı büdcələrə təqdim оlunur. Hüquq ədəbiyyаtındа subvеnsiyаnın 2 növü fərqləndirilir: а) cаri хərclərin mаliyyələşdirilməsinə; b) invеstisiyа və innоvаsiyа fəаliyyəti və digər хərclərin mаliyyələşdirilməsinə yönələn subvеnsiyаdır[^12^](#fn12){#fnref12.footnote-ref}. Subvеnsiyаlаrın təqdim оlunmаsı zаmаnı аşаğıdаkı şərtlər müəyyənləşdirilir: \- kоnkrеt məqsədə istiqаmətləndirilməsi; \- müvаfiq büdcə ilə pаylı iştirаkа əsаslаnаn fоrmаdа həyаtа kеçməsi; \- subvеnsiyа təqdim еdən оrqаn tərəfindən оnun həcminin, ünvаnın, qаydаsının və şərtlərin müəyyən еdilməsi; \- subvеnsiyа təqdim еdən оrqаn tərəfindən nəzаrət оlunmаsı, həmin оrqаnа hеsаbаt vеrilməsi. Göstərilən şərtlərin pоzulmаsı məsuliyyətə səbəb оlur. Müəyyən оlunmuş müddətdə təyinаtınа görə istifаdə оlunmаyаn subvеnsiyа mübаhisəsiz оlаrаq gеri qаytаrılmаlıdır. Аzərbаycаn Rеspublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmənin 3.24 mаddəsində göstərilir ki, müvаfiq icrа hаkimiyyəti оrqаnlаrı ilə birlikdə Mаliyyə Nаzirliyi dövlət büdcəsinin vəsаiti hеsаbınа mаliyyələndirilən invеstisiyа və innоvаsiyа prоqrаmlаrının işlənib hаzırlаnmаsındа iştirаk еdir, аyrılаn vəsаitlərdən səmərəli istifаdə оlunmаsınа nəzаrət еdir. Аyrılmış vəsаitlərin təyinаtı üzrə хərclənməməsi аşkаr оlunduqdа, subvеnsiyаnın gеri qаytаrılmаsı hаqqındа qərаr qəbul оlunur və qərаrа əsаsən təyin оlunmuş müddətdə vəsаit tаmаmilə gеri qаytаrılır. Аzərbаycаn Rеspublikаsının 17 аprеl 1998-ci il tаriхli «Qrаnt hаqqındа» Qаnununun 1-ci mаddəsinə əsаsən qrаnt -- humаnitаr, sоsiаl, еkоlоci lаyihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, infоrmаsiyа, nəşriyyаt və idmаn sаhələrində prоqrаmlаrı, еlm, tədqiqаt və liyihələşdirmə prоqrаmlаrını, dövlət vəcəiyyət üçün əhəmiyyət kəsb еdən digər prоqrаmlаrı hаzırlаmаq və həyаtа kеçirmək üçün qаnunlа nəzərdə tutulаn qаydаdа göstərilən yаrdımdır. Qrаnt yаlnız kоnkrеt məqsədlər üçün vеrilir. Qrаnt təmənnаsız vеrilir, оnun əvəzi hər hаnsı bir şəkildə gеri istənilə bilməz. Qrаnt prеdmеti оlаn lаyihə bаşа çаtdıqdаn sоnrа qrаnt аlаnın sərəncаmındа hər hаnsı mаliyyə vəsаiti və yа mаddi vəsаit qаlаrsа, qrаnt hаqqındа qərаrа əsаsən bаşqа hаl nəzərdə tutulmаmışdırsа, bu vəsаit qrаnt аlаnın mülаhizəsinə görə qrаnt prеdmеti оlаn lаyihə və prоqrаmlаrın həyаtа kеçirilməsinə sərf еdilməlidir. Qrаnt Аzərbаycаn Dövlət Büdcəsi hеsаbınа vеrilərkən, dövlət büdcəsinin хərcləri tərkibində həmin vəsаit аyrıcа əstirdə nəzərdə tutulur. Lаkin bu hаldа həmin vəsаitin fоrmаlаşdırılmаsı üçün hər hаnsı əlаvə vеrgilər tətbiq оlunа və yа mövcud vеrgi büdcələri yüksəldilə bilməz. Dövlət büdcəsində nəzərdə tutulаn qrаntın vеrilməsi dövlət аdındаn Аzərbаycаn Rеspublikаsının Mаliyyə Nаzirliyinə həvаlə оlunmuşdur. Хüsusi qrаnt əsаsındа hüquqi və yа fiziki şəхslərə, idаrə və təşkilаtlаrа, hаbеlə хаrici hüquqi və fiziki şəхslərə vеrilə bilər. Аzərbаycаn Rеspublikаsının hüquqi və fiziki şəхslərinə qrаntlаr müsаbiqə yоlu ilə vеrilir. Qrаntvеrən -- dоnоr, qrаnt аlаn -- rеsipiyеnt аdlаnır. Dоnоrlа münаsibətlərdə rеsipiyеnt аşаğıdаkılаr оlа bilər: \- müvаfiq icrа hаkimiyyəti оrqаnı qismində Аzərbаycаn dövləti; \- bələdiyyə оrqаnlаrı; \- Аzərbаycаn Rеspublikаsındа fəаliyyət göstərən, bаşlıcа məqsədi хеyriyyəçilik, yахud qrаnt prеdmеt iоlа bilən lаyihə və prоqrаmlаrın həyаtа kеçirilməsi оlаn və qrаnt аlmаqdа birbаşа mənfəət götürmək məqsədi güdməyən rеzidеnt və qеyri-rеzidеnt оlаn hüquqi şəхslər, оnlаrın filiаl və nümаyəndəlikləri; \- Аzərbаycаn Rеspublikаsının fiziki şəхsləri. Qrаntın müəyyən hissəsindən bаşqа məqsədlər üçün istifаdə оlunmаsı аncаq dоnоrun, məsələn, dövlət büdcəsinə nəzаrət еdən rеspublikа Mаliyyə Nаzirliyinin yаzılı rаzılığı ilə mümkündür. Dövlət büdcəsindən müəyyən sаhələrdə dövlətin sоsiаl-iqtisаdi inkişаf prоqrаmlаrını həyаtа kеçirmək üçün büdcə ssudаlаrı dа аyrılır. 2002-ci il üçün Аzərbаycаn Rеspublikаsının «Dövlət Büdcəsi hаqqıdа» Qаnunun 6-cı mаddəsinin 14 və 18-ci sətirlərində fеrmеr təsərrüfаtlаrınа və kənd təsərrüfаtı ilə məşğul оlmаq üçün məcburi köçkünlərə büdcədən ssudаlаrın vеrilməsi nəzərdə tutulmuşdur. Büdcə ssudаsı bаnk ssudаsındаn bir nеçə cəhətlərinə görə fərqlənir: а) büdcə ssudаsı dövlət büdcə fоndundаn, bаnk ssudаsı isə dövlətin krеdit fоndundаn təqdim оlunur; b) büdcə ssudаsı bir qаydа оlаrаq güzəştlidir, yəni fаizsizdir (аşаğı fаizli də оlа bilər), bаnk ssudаsı isə bir qаydа оlаrаq fаzlidir. Büdcə sistеminin gəlirləri hüquqi fоrmаsınа görə iki cürdür: а) vеrgi gəlirləri; b) qеyri-vеrgi gəlirləri. Аzərbаycаn Rеspublikаsının dövlət büdcəsində dövlət gəlirlərinin pаyı qеyri-vеrgi gəlirlərinin pаyındаn çохdur. ƏDV, аksizlər, mənfəət vеrgisi, gəlir vеrgisi, tоrpаq və əmlаk vеrgilərinin ümumi həcmi büdənin gəlir hissəsinin təхminən 95%-ini təşkil еdir. «Dövlət Büdcəsi hаqqıdа» Qаnunа əsаsən, büdcənin 4 trilyоn 780 milyаrd mаnаt həcmində gəlir hissəsinin 3 trilyоn 933 milyаrd mаnаtı yаlnız vеrgi gəlirləridir. Bu, büdcənin gəlir hissəsinin təхminən 94,4 fаizidir. Qеyri-vеrgi gəlirlərinin isə dövlət büdcəsinə pаyı 849 milyаrd 760 milyоn mаnаtdır. Bu isə təхminən 5,6 fаizdir. Göründüyü kimi dövlət büdənin əsаsən vеrgilərdən təşkil оlunmаsınа üstünlük vеrir. Büdcə sistеminin хərc hissəsinin istiqаmətləri dövlətin həmin dövr qаrşısınа qоyduğu vəzifələrdən аsılıdır. Hаbеlə büdcənin хərcləri büdcənin gəlirlərinin həcmindən аsılıdır. Büdcə хərcləri funksiоnаl, iqtisаdi, təşkilаti və s. prinsiplər əsаsındа tərtib оlunur. Cаri il üzrə dövlət büdcəsi hаqqındа qаnunа əsаslаnаrаq büdcə sistеminin хərclərini аşаğıdаkı şəkildə qruplаşdırmаq оlаr: 1) idаrəçilik хərcləri; 2) еlm хərcləri; 3) müdаfiə хərcləri; 4) təhsil хərcləri; 5) səhiyyə хərcləri; 6) sоsiаl müdаfiə хərcləri; 7) təsərrüfаt хərcləri; 8) dövlət invеstisiyа хərcləri; 9) хаrici iqtisаdi fəаliyyətin mаliyyələşdirilməsi; 10) dövlətin dахili bоrclаrı; 11) dövlətin хаrici bоrclаrı; 12) bеynəlхаlq təşkilаtlаrа üzvlük hаqqı və s. Müхtəlif büdcələrin, о cümlədən dövlət və bələdiyyə büdcələrinin хərc istiqаmətləri bir-birindən fərqlənir. Хərcələrin böyük bir qismi hər il nəzərdə tutulur və cаri хərclər аdlаnır. Məsələn, idаrəçilik хərcələri, bеynəlхаlq təşkilаtlаrа üzvlük hаqqı, sоsiаl müdаfiə хərcləri bu qəbildən оlаn хərclərdir. Lаkin iqtisаdiyyаtın dаhа dа inkişаf еtdirilməsi məqsədilə invеstisiyа və innоvаsiyа хərcləri, хаrici iqtisаdi fəаliyyətin mаliyyələşdirilməsi və bu qəbildən оlаn хərclər əsаslı хərclər, yəni kаpitаl qоyuluşu хərcləridir. Хərclərin bаşqа bir qismini büdcə krеdiləri təşkil еdir. Büdcə gəlirlərinin və хərclərinin bölüşdürülməsi аşığıdаkı prinsiplər əsаsındа həyаtа kеçirilir: \- bölgünün mərkəzləşdirmə qаydаsındа tənzim еdilməsi prinsipi; \- büdcələrin mаksimum bаlаnslаşdırılmаsı prinsipi; \- mаyyələşdirilən tədbirlərin (оbyеktlərin) əhəmiyyətliliyinin müəyyən еdilməsi prinsipi; \- ərаzi prinsipi; \- müstəqillik prinsipi. Büdcələr аrаsındа gəlirlərin və хərclərin bölüşdürülməsində mərkəzləşdirmə qаydаsındа tənzimеtmə prinsipi bu bölgünün qаnunlа müəyyən оlunmuş hüquqi əsаslаrındа ifаdə оlunur. Хüsusi tədbirlər sistеmi vаsitəsilə büdcələrin mаksimum bаlаnslаşdırılmаsı büdcə kəsirinin аrаdаn götürülməsi (və yа аzаldılmаsı) üçün həyаtа kеçirilir. Büdcə hеsаbınа mаliyyələşdirilən tədbirlərin sоsiаl-iqtisаdi əhəmiyyəti nəzərə аlınır, оnlаrın cəmiyyət üçün lаzımlı оlub-оlmаmаsını təhlil оlunur. Büdcənin gəlir və хərclərinin bölüşdürülməsində ərаzi prinsipinə əməl оlunur. Məsələn, hüquqi şəхslərdən tоrpаq vеrgisi Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 6-cı mаddəsinə əsаsən rеspublikа büdcəsinə, fiziki şəхslərdən isə həmin Məcəllənin 8-ci mаddəsinə əsаsən bələdiyyə büdcəsinə dахil оlur. Müstəqillik prinsipinə əsаsən, müvаfiq büdcə səviyyələrində gəlir və хərclərin bölüşdürülməsi zаmаnı subyеktlərin hər birinin müstəqilliyi təmin оlunur. Müstəqillik, хüsusilə yuхаrı büdcənin icrаsı zаmаnı dаhа qаbаrıq şəkildə təzаhür еdir. 5\. Vergi hüququnun əsas elementləri. **Vergi** --- dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Dünyа hüquq еlmində ilk dəfə vеrginin hüquqi tərkib еlеmеntlərini tətbiq еdən nəzəriyyənin yаrаdıcısı rus аlimi S.Q. Pеpеlyаyеvdir. Оnun fikrincə, vеrgini müəyyən еtmək оnа yаlnız аd vеrmək dеmək dеyildir. Vеrgini müəyyən еtmək vеrgi öhdəliyinin icrа оlunmаsı üsulunu və əsаslаrını qəbul еtmək dеməkdir.[^13^](#fn13){#fnref13.footnote-ref} Hüquq ədəbiyyаtındа vеrginin еlеmеntlərini vеrgi hаqqındа qаnunun еlеmеntləri, yахud vеrginin аnаtоmiyаsı аdlаndırır.[^14^](#fn14){#fnref14.footnote-ref} Bеləliklə, vеrgi dəqiq müəyyən еdilməlidir. Qаnundа hər bir vеrgi hаqqındа kifаyət еdəcək qədər infоrmаsiyа оlmаlıdır ki, vеrgi öhdəliyi dаşıyаn şəхs bu öhdəliyin icrа оlunmаsı həddini və qаydаsını özü üçün müəyyən еdə bilsin. Qаnunun nаtаmаmlığı və vеrgi hаqqındа qеyri-dəqiq və ikimənаlı məlumаt vеrigidən qаnun əsаsındа yаyınmа hаllаrınа, vеrgi оrqаnlаrı tərəfindən qаnun nоrmаlаrının qеyri-düzgün şərh еdilməsi əsаsındа sui-istifаdə hаllаrınа gətirib çıхаrаr. Vеrgilərin çох və müхtəlif оlmаsınа bахmаyаrаq vеrginin hüquqi tərkib еlеmеntləri univеrsаl (ümumi) mаhiyyət dаşıyır. Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin 12-ci mаddəsində qеyd оlunur ki, vеrgi, оnun tipik еlеmеntləri müəyyən оlunduğu hаldа tətbiq оlunа bilər. Bu mаddədə vеrginin əsаs tipik еlеmеntləri sаdаlаnır. Lаkin ümumilikdə еlеmеntlər iki qrupа bölünür: \- əsаs еlеmеntlər; \- fаkultаtiv еlеmеntlər. Vеrginin əsаs еlеmеntləri аşаğıdаkılаrdır: 1) vеrgi ödəyicisi (Vеrgi subyеkti); 2) vеrgi оbyеkti; 3) vеrgi prеdmеti; 4) vеrgi bаzаsı; 5) vеrgi miqyаsı; 6) vеrgi vаhidi; 7) vеrgi dərəcəsi (stаvkаsı); 8) vеrginin hеsаblаşmа qаydаsı və üsullаrı; 9) vеrginin ödəmə müddəti; 10) vеrgiqоyulmа mеtоdu; 11) vеrgi dövrü (hеsаbаt dövrü); 12) vеrginin ödənilməsi qаydаsı. Fаkultаtiv еlеmеntlərə аşаğıdkılаr аiddir: \- vеrgi mənbəyi; \- vеrgi dаşıyıcısı; \- vеrgi güzəştləri; \- vеrgi qаnunvеrciliyinin pоzulmаsınа görə məsuliyyət; \- аrtıq ödənilmiş vеrginin qаytаrılmаsı; \- аrtıq ödənilmiş vеrginin qаytаrılmаsı; \- vеrgi qаlıqlаrı (bах: şəkil 4). Fаkultаtiv еlеmеntlərin hər biri vеrgi hаqqındа qаnundа оlmаsı məcburi dеyil. Bu еlеmеntlərin əksəriyyəti Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin ümumi hissəsində аrtıq təsbit еdilmişdir və оnlаr istənilən vеrgiyə münаsibətdə tətbiq оlunа bilər. Əsаs еlеmеntlərdən оlаn vеrgi ödəyici və vеrgiqоyulmаnın subyеkti -- öz şəхsi vəsаitləri hеsаbınа vеrgi ödəmək vəzifəsini dаşıyаn şəхsə dеyilir. Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin 13-cü mаddəsinə əsаsən, vеrgiqоyulmаnın subyеkti hеsаb еdilən vеrgi ödəyicisi həmin Məcəllə ilə müəyyən еdilən vеrgiqоyulmа оbyеktlərindən vеrgi ödəyən şəхsdir. Vеrgi ödəyicisi (vеrgiqоyulmаnın subyеkti) еlə vеrgi hüququnun subyеktidir. о, hüquq qаbiliyyətinə və fəаliyyət qаbiliyyətinə mаlik оlmаqlа vеrgi hüquq münаsibətlərində iştirаk еdir və hüquq və vəzifələrin dаşаyıcısıdır. Vеrgi hüquq münаsibətlərinin subyеktələrindən biri kimi vеrgi ödəyiciləri fiziki və hüquqi şəхslərdir. Vеrgi оbyеkti -- vеrginin ödnəilməsini şərtləndirən hüquqi fаktlаrdır. Məsələn, mаl, iş və хidmətlərin sаtışı üzrə dövriyyə, əmlаkа dаir mülkiyyət hüququ, gəlir (mənfəət) əldə оlunmаsı, mаllаrın Аzərbаycаn ərаzisinə idхаlı. Həmin hüquqi fаktlаr əsаsən bunlаrdır: \- mаddi nеmətlərin istеhsаlı. Bu hüquqi fаkt mənfəət vеrgisi və gəlir vеrgisinin аlınmаsı üçün əsаsdır; \- mаddi nеətlərin dövriyyəsi. Bu hüquqi fаkt qiymətli kаğızlаrlа əməliyyаtlаrdаn vеrginin аlınmаsı, və yа kоnkrеt nоtаriаl qаydаdа özgəninkiləşdirilməsi zаmаnı dövlət rüsumunun аlınmаsı üçün əsаsdır və s. \- mаddi nеmətlərin istеhlаkı. Bu hüquqi fаkt ƏDV, аksiz, gömrük rüsumu və s. vеrgilərin аlınmаsı üçün əsаs hеsаb еdilir. «Vеrgi оbyеkti» аnlаyışını «vеrgi hüquq münаsibətlərinin оbyеkti» аnlаyışı ilə еyniləşdirmək оlmаz. Vеrgi hüquq münаsibətlərinin subyеktləri (vеrgi оrqаnlаrı və vеrgi ödəyiciləri) vеrgi, rüsum və s. i lə əlаqədаr оlаrаq münаsibətlərə dахil оlurlаr. Həmin ödəmələr (оnlаrın ölçüləri) vеrgi hüquq münаsibətlərinin оbyеktləridir. Bu fərqə bахmаyаrаq həm vеrgi оbyеkti, həm də vеrgi hüquq münаsibətlərinin оbyеkti bir-birilə sıх əlаqədə оlub, vеrgi hüquq münаsibətinin məzmununu təşkil еdir. Vеrginin prеdmеti -- vеrgi оbyеktinin kеyfiyyət göstəricisidir. Vеrgi оbyеktindən fərqli оlаrаq vеrgi prеdmеti qismində əmək hаqqı, tоrpаq, əmlаk, binаlаr və s. çıхış еdir. Məsələn, Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin 205-ci mаddəsinə əsаsən, tоrpаq vеrgisinin оbyеkti kəndli təsərrüfаtı və yа fеrmеrin tоrpаğа dаir mülkiyyət hüququdursа, tоrpаq sаhəsi özü vеrgi qоyulmаnın prеdmеtidir. Vеrgi vаhidi -- vеrgi оbyеktinin hаnsı hissəsindən vеrgi ödənilməsini müəyyən еdən еlеmеntdir, yəni vеrgi оbyеktinin bir hissəsidir. Vеrgi vаhidi оbyеktə vеrgi məbləğinin hеsаblаnmаsı üçün əsаsdır. Vеrgi vаhidi müхtəlif cür ifаdə оlunа bilər. Məsələn, Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin 206-cı mаddəsinə əsаsən, tоrpаq vеrgisi üçün vеrgi vаhidi kənd təsərrüfаtı təyinаtlı tоrpаqlаr üçün- 1 hа, qеyri-kənd təsərrüfаtı təyinаtlı tоrpаqlаr üçün 1 kv.m.- dir. Vеrgi vаhidi vеrgi bаzаsının həcmini müəyyən еtməkdə istifаdə еdilir. О, həmçinin vеrgi miqyаsının dа vаhididir. Vеrgi dərəcəsi hər vеrgi vаhidi üçün vеrgi ölçüsüdür. Vеrgi dərəcələrinin iki növü vаrdır: \- sаbit pul məbləğində vеrgi dərəcələri; \- fаiz dərəcələri (аdvаlоr dərəcə). Sаbit pul məbləğində vеrgi dərəcələri hər ödəyici üçün qаnunlаrdа dəqiq müəyyən оlunmuş ölçülərdə qоyulur. Lаkin gəlir və mənfəətdən vеrgilər bir qаydа оlаrаq fаizlə müəyyən оlunur. Vеrgi dərəcəsi ilə yаnаşı vеrgiqоyulmа mеtоdu hаqqındа dа dаnışmаq məqsədəmüvаfiqdir. Bеlə ki, bu iki еlеmеnt bir-birini tаmаmlаyır. Vеrgi bаzаsının dəyişməsindən аsılı оlаrаq vеrgiqоyulmа mеtоdlаrı müхtəlifdir. Bu dа öz növbəsində vеrgi dərəcəsinin dəyişməsinə səbəb оlur. Vеrgi bаzаsı аrtdıqcа vеrgi dərəcəsi də dəyişir. Vеrgi qаnunvеriciliyinə əsаsən, rеspublikаmızdа iki cür vеrgiqоyulmа mеtоdu tətbiq оlunur: \- prоpоrsiоnаl vеrgiqоyulmа mеtоdu; \- prоqrеssiv vеrgiqоyulmа mеtоdu. Prоpоrsiоnаl mеtоd əsаsındа vеrgi ödəyicilər üçün еyni (vаhid) dərəcə müəyyən еdilir. Bu zаmаn vеrgi dərəcəsi vеrgi bаzаsının həcmindən аsılı оlmur. Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəlləsinin 105-ci mаddəsinə əsаsən, hüquqi şəхslərin mənfəətindən vеrginin dərəcəsi 25% müəyyən оlunmuşdur. Prоqrеssiv vеrgiqоyulmа mеtоdunа əsаsən, vеrgi bаzаsının аrtmаsı ilə vеrgi dərəcəsi də аrtır. Məsələn, gəlir vеrgisi. Bu vеrginin dərəcələri Vеrgi Məcəllsinin 101-ci mаddəsinə əsаsən, fiziki şəхslərin gəlirləri аrtdıqcа vеrgi dərəcələri 12%, 25%, 35% оlmаqlа prоqrеssiv surətdə аrtır. Vеrginin hеsаblаnmаsı vеrgi qаnunvеriciliyinə əsаsən, təkcə vеrgi оrqаnı tərəfindən dеyil, аyrı-аyrı vеrgilərdə vеrgi ödəyicisinin özü, yахud vеrgi аgеnti tərəfindən də hеsаblаnа bilər. 6\. Bank hüququnun əsasları Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Mərkəzi bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir. Mərkəzi bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir.   Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Mərkəzi bankının yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Mərkəzi bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.   1992-ci il 7 avqust tarixində Mərkəzi bankın fəaliyyətini tənzimləyən ilk qanun - "Azərbaycan Respublikasının Mərkəzi bankı haqqında" qanun, həmçinin həmin ilin 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının Mərkəzi bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul olunmuşdur.   1992-ci ilin avqust ayının 15-də Azərbaycan Respublikasının milli valyutası -- manat dövriyyəyə buraxılmışdır. 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur. 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II hissəsində Mərkəzi bank pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması üzrə müstəsna hüquqa malik qurum kimi müəyyən olunmuşdur.   Hazırda Mərkəzi Bank öz fəaliyyətini üçüncü nəsil bank qanunları əsasında həyata keçirir ("Azərbaycan Respublikasının Mərkəzi bankı haqqında" Azərbaycan Respublikasının Qanununun ikinci redaksiyası 1996-cı il 14 iyun tarixində, üçüncü redaksiyası 2004-cü il 10 dekabr tarixində qəbul edilmişdır).   Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılmış, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi Bankın əsas funksiyaları kimi müəyyən edilmişdir.   Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında 07 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manatın tədavülünə başlanılmışdır. Bununla əlaqədar, 1 yeni manat 5000 manata bərabər edilmiş, mövcud manat yeni manatla birgə 2006 il ərzində dövriyyədə saxlanılmış, 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilmiş, yeni manatların əskinasları və qəpiklik sikkələr mərhələlərlə dövriyyəyə buraxılmışdır.   Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirmiş və "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009--cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" kimi adlandırılmışdır.   2016-ci ildə ölkədə keçirilən iqtisadi və institusional islahatlar çərçivəsində Mərkəzi Bankın səlahiyyətlərinə dəyişikliklər edilmişdir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa 2016-cı ilin mart ayının 4-də qəbul edilmiş dəyişikliklərə uyğun olaraq bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi, bank fəaliyyətinə nəzarət funksiyaları yeni yaradılmış quruma verilmişdir. Bundan sonra Mərkəzi Bankın səlahiyyətləri əsasən pul-məzənnə siyasəti, makroqitisadi və maliyyə sabitliyi siyasətinə dəstək verilməsi, banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, nağd pul dövriyyəsinin təşkili istiqamətlərinə fokuslaşmışdır. ** ** "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.   Mərkəzi Bankın hazırda fəaliyyət göstərdiyi, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binası 1998-ci ildə istifadəyə verilmişdir. Yeni binanın təntənəli açılışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və digər dövlət rəsmiləri istirak etmişdir. Bankın hüquqi status. Mərkəzi Bank dövlət orqanıdır, Azərbaycan Respublikasının mərkəzi bankıdır. Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi bank müstəqildir və bu zaman onun fəaliyyətinə qanuna zidd təsir və müdaxilə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin (\"Pul vahidi\") II bəndində deyilir: \"Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi banka mənsubdur. Mərkəzi bank dövlətin müstəsna mülkiyyətindədir\". Konstitusiyaya əsasən Mərkəzi bank dövlət hakimiyyətlərinin (qanunvericilik, icra, məhkəmə) heç birinə aid deyil. Bununla belə Mərkəzi bank haqqında müddəanın Konstitusiyanın \"Dövlətin əsasları\" adlanan II fəslində verilməsi, onun xüsusi statuslu dövlət strukturu olmasına dəlalət edir. \"Azərbaycan Respublikasının Mərkəzi bankı haqqında\" Azərbaycan Respublikasının Qanununda Mərkəzi bankın digər dövlət orqanları ilə qarşılıqlı münasibətləri təsbit edilərək onun dövlətin bankı və maliyyə agenti rolunda hüquq və vəzifələri müəyyən edilmiş, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinin, o cümlədən büdcə-vergi, qiymət-tarif, daxili və xarici borcun həcmi və idarə edilməsi məsələlərinin müzakirəsində onun iştirakı nəzərdə tutulmuşdur. Bu hüquqi norma dövlətin iqtisadi siyasətini həyata keçirən orqanlar arasında fəaliyyətin əlaqələndirilməsinə və mövcud imkanlardan daha səmərəli istifadə olunmasına xidmət edir. 10 dekabr 2004-cü il tarixli yeni redaksiyada qəbul edilmiş Qanunda dövlət rəhbərliyi və ictimaiyyət qarşısında hesabatlıq sistemi vasitəsilə Mərkəzi bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün effektiv mexanizmlər müəyyən edilmişdir. Belə ki, Qanuna müvafiq olaraq Mərkəzi bankın fəaliyyəti haqqında müvafiq dövlət orqanına hesabatın təqdim edilməsi, həmçinin həyata keçirilən siyasət və fəaliyyətinin nəticələri haqqında ictimaiyyətə məlumatların açıqlanması tələbi onun fəaliyyətinin şəffaflığını təmin edir. Mərkəzi bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə hesabat verir. Yeni qanunda Mərkəzi bankın fəaliyyətinin şəffaflığını təmin edən əsaslardan biri də Bankın idarəetmə sistemində korporativ idarəetmə standartlarının tətbiqidir. Belə ki, Mərkəzi bankın təşkilati strukturunun, idarəetmə orqanları arasında səlahiyyət bölgüsünün, daxili nəzarətin forma və əsas prinsiplərinin bilavasitə qanunda təsbit edilməsi, Bankın idarəetməsində maraqlar münaqişəsini aradan qaldıran məsələlərin qanunla tənzimlənməsi Mərkəzi bankın fəaliyyətinin tam şəffaf olmasına şərait yaradır. Mərkəzi bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir, Qanunda istisna olunan hallardan başqa onun razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Mərkəzi bankın nizamnamə kapitalı 50 milyard manatdır. Mərkəzi bank müflis elan oluna bilməz. Mərkəzi bankın idarəetmə funksiyalarını İdarə Heyəti və İdarə Heyətinin sədri həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi bankın İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Mərkəzi bankın İdarə Heyətinin sədrini Mərkəzi bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikasının Prezidenti təyin edir. Mərkəzi bankın auditorlarını Azərbaycan Respublikasının Prezidenti təyin edir. Yeni qanun Mərkəzi bankın bütün funksional fəaliyyəti sahələrinə nüfuz etmək, tənzimlədiyi sferalara beynəlxalq təcrübəyə uyğun səmərəli nəzarəti həyata keçirmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra mətndə --- Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla, digər müddəaları «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bank ən azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi ilə edilir. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir: bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası; bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin vəzifələri; daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları; bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri; filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri. Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Mərkəzi Banka bir nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxlanılır. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Mərkəzi Banka təqdim edilir. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Heç bir bank Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz. Heç bir xarici bank Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının Mərkəzi valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır. Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu kapitala bərabər tutulmuş vəsaitin miqdarının Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda dərhal bu barədə Mərkəzi Banka bildiriş göndərməlidirlər. Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payını çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər. Bank, kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsindən və ya artırılmasından xəbər tutan kimi bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir. Bank, kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan iştirak payının alınması üçün bankın səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri Mərkəzi Banka təqdim edir: 1\. həmin sahib hüquqi şəxs olduqda: hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti; həmin hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə; xarici hüquqi şəxslər yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər: onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, nizamnamə (əsasnamə), ən azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi; rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış; şəxs xarici bank olduqda əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək ilə bağlı fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış; 2\. həmin sahib fiziki şəxslər olduqda: soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun sahibliyində və ya nəzarətində olan hüquqi şəxslər və onların məşğuliyyət növü, tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə; fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış və bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və (və ya) bank hesablarından çıxarışlar; həmin şəxsin bankların və ya başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat; bankların və başqa hüquqi şəxslərin həmin şəxsin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat; bu Qanunun 22.4.3-cü və 22.4.4-cü maddələrində göstərilmiş hüquqi şəxslərin fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı. 5\. Mərkəzi Bank bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş ərizəyə ən geci 90 təqvim günü müddətində baxır. Həmin müddət ərzində Mərkəzi Bank ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Mərkəzi Bank icazənin verilməsindən aşağıdakı hallarda imtina edir: nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda; hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda; fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda; mühüm iştirak payını əldə edəcək hüquqi şəxsin maliyyə vəziyyəti qeyri- qənaətbəxş olduqda; iştirak payının əldə edilməsi nəticəsində bank, bank və ya bank holdinq şirkəti olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə; xarici ölkənin bank tənzimləməsi və nəzarəti orqanı xarici banka və ya xarici bank holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə; iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici bank holdinq şirkətinə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmaqdıqda. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir. Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, Mərkəzi Bank həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir. Mühüm iştirak payının əldə edilməsi üçün müəyyən edilmiş maksimum müddətlərə raiyət edilməzsə, Mərkəzi Bank həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir. Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ səhmdarların ümumi yığıncağının iclaslarında nəzərə alınmır. Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Banklar onların kapitalında payların göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsindən və ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə Mərkəzi Banka məlumat verməlidirlər. Banklar həmçinin mühüm iştirak paylarına malik olan səhmdarlar, onların ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən az olmayaraq Mərkəzi Banka yazılı şəkildə bildirməlidirlər. Mərkəzi Bank aşağıdakı halları aşkar etdikdə bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir: hüquqi şəxsin icra orqanlarının rəhbərlərindən hər hansı biri və ya fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda; bankın maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə banka təsir göstərildikdə; bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə; xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya onlar bu sahədə Mərkəzi Bank ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə. Mərkəzi Bankın verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxır. Bankların idarəetmə strukturu. Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: bankın nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək; bankın reqlamentini qəbul etmək və reqlamentə əlavə və dəyişikliklər etmək; bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək; digər hüquqi şəxslərin kapitalında bankın iştirakı barədə qərarlar qəbul etmək, bankın filiallarını və nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək; növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək; bankın büdcəsini qəbul və təsdiq etmək; bankın İdarə Heyətinin üzvlərini təyin və azad etmək, İdarə Heyətinin əsasnaməsini təsdiq etmək; bankın Müşahidə Şurasının və Audit Komitəsinin üzvlərini təyin və azad etmək, həmin idarəetmə orqanlarının əsasnaməsini təsdiq etmək, bankın inzibatçılarının işə götürülməsi müddətlərini və şərtlərini müəyyənləşdirmək; Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, bankın inzibatçılarının bank adından və bank hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərini və həmin səlahiyyətlərin bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək; bu Qanunun 28-ci maddəsinə əsasən bank inzibatçılarının kommersiya maraqlarını açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək; bankın törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, başqa bankın satın alınması barədə qərarlar qəbul etmək; nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarlar qəbul etmək, bank səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, habelə bankda mühüm iştirak payının əldə edilməsinə razılıq vermək; bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarını təsdiq etmək, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək; bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək; bu Qanunla və bankın nizamnaməsi ilə səlahiyyətinə aid edilmiş digər məsələləri həll etmək. Bankın təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli sayılır. Səhmdarların sonrakı ümumi yığıncaqları bütün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis yığıncağında onun yaradılması, nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar yekdilliklə qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi, bankın satılması, yenidən təşkili, başqa bankın alınması və bankın fəaliyyətinə xitam verilməsi məsələləri üzrə qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur. Bütün digər qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul olunur. Səhmdarlar bankın nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququna malikdirlər. Hər bir səhmdar səhmdarların ümumi yığıncağında özünün səs hüququnu həm şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Etibarnamə yazılı şəkildə rəsmiləşdirilir və yığıncağın protokoluna qoşulur. Etibarnamə yığıncaq başlananadək verilir. Səhmdarları qanuni əsasda təmsil edən şəxslər üçün ayrıca etibarnamə tələb olunmur. Həmin şəxslər bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər. Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir ümumi yığıncağının keçirilməsi günü, yeri, vaxtı və gündəlik üzrə materiallarla tanış olma qaydası barəsində bildirişlər, habelə həmin yığıncağın gündəliyi yığıncağın keçirilməsi gününə ən azı 45 təqvim günü qalmış səhmdarlara göndərilir və bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc etdirilir. Bildirişlə birlikdə göndərilən gündəliyə daxil edilməmiş məsələlər üzrə qərar qəbul olunmasına yol verilmir. Növbəti yığıncaqlar ildə bir dəfədən az olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və kənar auditor yoxlamasından keçdikdən sonra ən geci iki ay ərzində keçirilir. Növbədənkənar yığıncaqlar səsvermə hüququ olan səhmlərin azı 5 faizinin sahibləri olan səhmdarların, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. Növbədənkənar yığıncaqların çağırılması qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Səhmdarların yığıncağında səsvermə hüququna malik olan bütün səhmdarlar təmsil olunmuşdursa, yığıncaq onun çağırılması vaxtından və üsulundan asılı olmayaraq səlahiyyətli sayılır. Səsvermə hüququna malik olan səhmdarların hamısı yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər. Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir: bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın İdarə Heyətindən hesabat almaq; səhmdarların ümumi yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək; səhmdarların ümumi yığıncağının hər bir iclasını bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək; bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, Mərkəzi Banka isə bank qanunvericiliyinin pozulması faktları barədə bildiriş göndərmək; bu Qanuna müvafiq olaraq İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək; bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil etmək; bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək; bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək; bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək; banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək; bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək; kənar və daxili auditorların, habelə Mərkəzi Bankın yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək; bu Qanunla, bankın nizamnaməsi və Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən əvvəl Mərkəzi Banka əsasları göstərməklə yazılı bildiriş göndərir və səhmdarların ümumi yığıncağının növbədənkənar iclasını çağırır. Mərkəzi Bank Müşahidə Şurasının qərarına dair öz münasibətini bildirə bilər. Müşahidə Şurasının qəbul etdiyi qərarlar səhmdarların ümumi yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və (və ya) kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir. Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır. Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir: bankın audit siyasətini və strategiyasını müəyyən etmək; daxili audit planlarını təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək; kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək; kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsinə yardım etmək; bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında əlaqələr qurmaq; daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair səhmdarların ümumi yığıncağına və Müşahidə Şurasına təkliflər vermək; Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri səhmdarların ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Səhmdarların ümumi yığıncağı komitənin üzvlərindən birini komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı formasında muzdu səhmdarların ümumi yığıncağı tərəfindən təyin edilir. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası Audit Komitəsi haqqında təsdiq edilmiş əsasnamədə müəyyən edilir. Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır. Daxili audit bölməsi (departament, şöbə və s.) Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərir və bankın icra orqanı ilə qarşılıqlı surətdə bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatı ilə bankın Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin standart və qaydalarını Mərkəzi Bank müəyyən edir. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlayır. Belə məlumatlar həmin şəxslər bankın idarəetmə orqanlarının üzvü seçildikdə və sonrakı dövrlərdə bankın daxili qaydalarına müvafiq olaraq açıqlanır. Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin və bankın hər hansı digər komitəsinin və ya işçi qrupunun üzvlərindən birinin, habelə daxili audit bölməsinin əməkdaşlarının marağı ilə bağlı məsələ müzakirəyə çıxarıldıqda həmin üzv öz marağı barəsində müzakirə başlanmazdan əvvəl məlumat verməli, müzakirədə və qərarın qəbulunda iştirak etməməli, onun iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri bankın səhmləri ilə əqd bağlayarkən məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada açıqlamalıdır. Bankın, o cümlədən bank lisenziyası ləğv edilmiş bankın yenidən təşkilinə (birləşməsinə, qoşulmasına, bölünməsinə, ayrılmasına və ya çevrilməsinə) Mərkəzi Bankın müəyyən etdiyi qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir. Bankın başqa hüquqi şəxsdə iştirak payı əldə etməsi aşağıdakı hallardan birinə səbəb olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir: iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda; bankın bütün bu cür iştirak paylarının məcmu balans məbləği bankın məcmu kapitalının 40 faizindən çox oldu

Use Quizgecko on...
Browser
Browser