Azərbaycan Tarixi Dərs Vəsaiti PDF

Summary

Bu dərs vəsaiti Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün nəzərdə tutulmuş Azərbaycan tarixi haqqında geniş məlumat verir. Vəsaitdə Azərbaycan ərazisindəki ilk tayfa ittifaqlarından başlayaraq, Səfəvilər dövrünə qədər olan dövrlər əhatə olunur. Kitabda Azərbaycan xanlıqları və onların xarici siyasəti də daxil olmaqla, Azərbaycan tarixinin müxtəlif aspektləri araşdırılır.

Full Transcript

Tofiq Nəcəfli, Bilal Dədəyev Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün AZƏRBAYCAN TARİXİ Dərs vəsaiti Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 aprel 2012-ci il tarixli 680 saylı əmri...

Tofiq Nəcəfli, Bilal Dədəyev Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün AZƏRBAYCAN TARİXİ Dərs vəsaiti Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 aprel 2012-ci il tarixli 680 saylı əmri ilə tövsiyə olunmuşdur. Bakı - 2015 Qafqaz Universiteti Nəşri Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün AZƏRBAYCAN TARİXİ Dərs vəsaiti - TƏKMİLLƏŞDİRİLMİŞ II NƏŞR - ELMİ REDAKTOR: Yaqub Mahmudov Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü. MÜƏLLİFLƏR: Tofiq Hümbət oğlu Nəcəfli Bilal Mirzəbala oğlu Dədəyev AMEA-nın A.A. Bakıxanov adına Qafqaz Universiteti Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Ümumi fənnlər” kafedrasının müdiri dosent, tarix elmləri üzrə fəlsəfə doktoru. dosent, tarix elmləri üzrə fəlsəfə doktoru. RƏYÇİLƏR: Əjdər Ağayev Qafqaz Universiteti Pedogoji fakültəsinin “İbtidai təhsilin pedaqogika və metodikası” bölməsinin müdiri, pedaqoji elmlər doktoru, professor. Şahin Fərzəliyev Qasım Hacıyev AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsinin nəzdində “Dərbənd tarixi” “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru elmi bölməsinin rəhbəri, tarix elmləri doktoru, professor. Cəbi Bəhramov Mehmet Rıhtım AMEA-nın A.A. Bakıxanov adına Qafqaz Universiteti, Qafqaz Araşdırmalar Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, İnstitutunun müdiri, dosent, tarix elmləri üzrə fəlsəfə doktoru. filologiya elmləri üzrə fəlsəfə doktoru DİZAYN: Sahib Kazımov, İlham Əliyev Qafqaz Universiteti Elmi Şurasının 24.12.2014 tarix, 2014/144.09 sayılı qərarıyla Universitet nəşri olaraq çap olunmasına qərar verilmiştir. ISBN: 978-9952-468-42-7 © T. Nəcəfli, B. Dədəyev, Bakı, 2015 © Qafqaz Universiteti, Bakı, 2015 Qafqaz Universiteti Ünvan: AZ0101, Xırdalan şəhəri, Həsən Əliyev küç., 120, Abşeron, Bakı, Azərbaycan Tel: (+994 12) 349 99 66, 448 28 62, Faks: (+994 12) 448 28 61/67 e-mail: [email protected]; www.qu.edu.az MÜNDƏRİCAT GİRİŞ 1 I FƏSİL AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU 3 II FƏSİL AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK TAYFA İTTİFAQLARI. İLKİN DÖVLƏT QURUMLARI VƏ MANNA DÖVLƏTİ 10 2.1. İbtidai icma quruluşunun dağılması. İlk tayfa ittifaqları 10 2.2. İlkin dövlət qurumları 11 2.3. Dəmir dövrü 14 2.4. Manna dövləti 15 2.5. Kimmer-İskit-Sak padşahlığı 18 III FƏSİL AZƏRBAYCAN MİDİYA VƏ ƏHƏMƏNİ İMPERİYASININ TƏRKİBİNDƏ. QƏDİM AZƏRBAYCAN DÖVLƏTLƏRİ 21 3.1. Azərbaycan Midiya imperiyasının tərkibində 21 3.2. Azərbaycan Əhəmənilər imperiyasının tərkibində 22 3.3. Atropatena dövləti 23 3.4. Azərbaycan Albaniya dövləti 26 3.5. Qədim Azərbaycanın ictimai-iqtisadi və mədəni həyatı 28 IV FƏSİL AZƏRBAYCAN SASANİ DÖVLƏTİNİN TƏRKİBİNDƏ 32 4.1. Sasani dövləti və Azərbaycan 32 4.2. Mehranilər sülaləsi 35 4.3. İnzibati idarə sistemi 36 4.4. Torpaq mülkiyyət formaları 37 4.5. Mədəniyyət 40 iii V FƏSİL AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİNİN TƏRKİBİNDƏ 41 5.1. Azərbaycanın fəthi 41 5.2. Azərbaycanda islam dininin yayılması 43 5.3. Xilafət dövründə idarəçilik sistemi. Vergi siyasəti. Torpaq mülkiyyət formaları 45 5.4. Xilafət əleyhinə ilk çıxışlar. Xürrəmilər hərəkatı 48 5.5. Xilafət dövründə Azərbaycan mədəniyyəti 50 VI FƏSİL IX-XI ƏSRLƏR AZƏRBAYCAN DÖVLƏTLƏRİ 52 6.1. Şirvanşahlar dövləti 52 6.2. Sacilər dövləti 53 6.3. Salarilər dövləti 54 6.4. Şəddadilər dövləti 56 6.5. Rəvvadilər dövləti 57 6.6. Slavyanların qarətçi yürüşləri 58 VII FƏSİL AZƏRBAYCAN SƏLCUQ İMPERİYASININ TƏRKİBİNDƏ. AZƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİ 59 7.1. Azərbaycan və Səlcuq dövləti 59 7.2. Azərbaycan Atabəylər dövləti (1136-1225) 63 VIII FƏSİL AZƏRBAYCAN XIII-XIV ƏSRLƏRDƏ 70 8.1. Monqolların Azərbaycana yürüşləri 70 8.2. Azərbaycan Hülakular dövlətinin tərkibində 72 8.3. Azərbaycan Cəlairilər dövlətinin tərkibində 75 8.4. Əmir Teymurun və Toxtamışın Azərbaycana yürüşləri 76 8.5. Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə 79 8.6. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı 80 IX FƏSİL XV ƏSR AZƏRBAYCAN DÖVLƏTLƏRİ 82 9.1. Azərbaycan Qaraqoyunlu dövləti (1410-1468) 82 9.2. Azərbaycan Ağqoyunlu dövləti (1468-1501) 86 9.2.1. Ağqoyunlu dövlətinin xarici siyasəti. Avropa ölkələri ilə münasibətlər 90 9.2.2. Ağqoyunlu dövlətində tax-tac uğrunda mübarizə 93 9.3. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı 96 iv X FƏSİL XI-XV ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 99 XI FƏSİL AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ (1501-1736) 109 11.1. I Şah İsmayıl dövrü (1501-1524) 110 11.2. Azərbaycanın Qərb dövlətləri ilə əlaqələri 113 11.2.1. Portuqaliya ilə münasibətlər 113 11.2.2. Venesiya ilə münasibətlər 114 11.3. I Şah Təhmasib dövrü (1524-1576) 114 11.4. I Şah Abbas dövrü (1587-1629) 116 11.5. Azərbaycanın ictimai-iqtisadi və mədəni həyatı. Şəhərlər 117 11.5.1. İnzibati idarə quruluşu 120 11.5.2. Mədəni həyat 121 XII FƏSİL AZƏRBAYCAN XVIII ƏSRDƏ. AZƏRBAYCANDA MÜSTƏQİL XANLIQLAR SİSTEMİNİN YARANMASI 126 12.1. XVIII əsrin I yarısında Azərbaycanda siyasi vəziyyət 126 12.2. Azərbaycanın şimal xanlıqları 128 12.2.1. Şəki xanlığı (1743-1819) 129 12.2.2. Qarabağ xanlığı (1748-1822) 129 12.2.3. Quba xanlığı (1726-1806) 130 12.2.4. Bakı xanlığı (1747-1806) 130 12.2.5. Dərbənd xanlığı (XVIII əsrin ortaları-1806) 130 12.2.6. Gəncə xanlığı (XVIII əsrin ortaları - 3.01.1804) 131 12.2.7. İrəvan xanlığı (XVIII əsrin ortaları-1828) 131 12.2.8. Lənkəran xanlığı (XVIII əsrin əvvəlləri- 1826) 132 12.2.9. Naxçıvan xanlığı (1747-1828) 132 12.2.10. Salyan xanlığı 132 12.2.11. Cavad xanlığı (XVIII əsrin ortaları - 1813) 132 12.2.12. Şamaxı xanlığı (1748-1820) 132 12.3. Azərbaycanın cənub xanlıqları 133 12.3.1. Təbriz xanlığı ( XVIII əsrin ortaları-1780) 133 12.3.2. Urmiya xanlığı (1747-1797) 133 12.3.3. Xoy xanlığı (1747-1828) 134 12.3.4. Ərdəbil xanlığı (1747-1820) 134 12.3.5. Marağa xanlığı (1747-1826) 134 v 12.3.6. Maku xanlığı (1747-1922) 134 12.3.7. Qaradağ xanlığı (1748-1813) 134 12.3.8. Sərab xanlığı (1747-1828) 135 12.4. Xanlıqların sosial-iqtisadi həyatı 135 12.5. Azərbaycan xanlıqlarının xarici siyasəti 136 XIII FƏSİL AĞA MƏHƏMMƏD XAN QACARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ. XIX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANIN RUSİYA TƏRƏFİNDƏN İŞĞAL EDİLMƏSİ 138 13.1. Ağa Məhəmməd xan Qacarın Azərbaycana I yürüşü 139 13.2. Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutmaq siyasətinin nəticəsiz qalması 140 13.3. Ağa Məhəmməd şah Qacarın Azərbaycana II yürüşü 140 13.4. Azərbaycanın Rusiya tərəfindən işğalının I mərhələsi. I Rusiya-İran müharibəsi 141 13.5. Azərbaycanın Rusiya ilə İran arasında bölüştürülməsinin ikinci mərhələsi. II Rusiya-İran müharibəsi 144 XIV FƏSİL AZƏRBAYCAN XIX ƏSRİN 30-50-Cİ İLLƏRİNDƏ 146 14.1. Azərbaycanda Rusiya müstəmləkə sisteminin yaradılması 146 14.2. XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda Rusiya müstəmləkəçiliyi əleyhinə üsyanlar 147 14.3. XIX əsrin 40-cı illərində keçirilən islahatlar 150 14.4. Cənubi Azərbaycan XIX əsrin 30-50-ci illərində 151 XV FƏSİL ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN İKİNCİ YARISINDA 153 15.1. Sosial-iqtisadi vəziyyət: sənayedə kapitalist münasibətlərinin yaranması 153 15.2. XIX əsrin 60-70-ci illərində Şimali Azərbaycanda burjua islahatları 154 15.3. Neft sənayesinin inkişafı 155 15.4. Sənayenin başqa sahələri 157 15.5. XIX əsr Azərbaycan mədəniyyəti 157 vi XVI FƏSİL ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 161 16.1. Şimali Azərbaycanda sosial-iqtisadi inkişaf 161 16.2. Yeni aqrar qanunlar və çarizmin köçürmə siyasəti 163 16.3. Şimali Azərbaycanda mövcud quruluşa qarşı çıxışlar 164 16.4. Azərbaycan hərbçiləri rus-yapon müharibəsində (1904-1905) 165 16.5. Çarizmin Azərbaycanda milli qırğın siyasəti 165 16.6. Şimali Azərbaycanda milli demokratik hərəkat 166 16.7. Şimali Azərbaycanda milli partiyaların yaranması 167 16.8. Azərbaycan I Dünya müharibəsi illərində 168 XVII FƏSİL AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920) 170 17.1. 1917-ci il fevral burjua inqılabından sonra Azərbaycanda siyasi vəziyyət 170 17.2. Azərbaycanda İstiqlaliyyətin elanı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 171 17.3. Osmanlı dövlətinin Azərbaycana yardımı və Bakının azad edilməsi 173 17.4. AXC-nin Milli Məclisi (Parlamenti) 174 17.5. AXC-nin ictimai-mədəni fəaliyyətləri 175 17.6. AXC-nin Milli Ordusu 176 17.7. AXC-nin beynəlxalq əlaqələri 178 17.8. Azərbaycanın bolşeviklər tərəfindən işğalı və AXC-nin süqutu 179 XVIII FƏSİL AZƏRBAYCANDA SOVET HAKIMİYYƏTİNİN QURULMASI. MİLLİ MÜQAVİMƏT HƏRƏKATI. AZƏRBAYCANA QARŞI ERMƏNİ TƏCAVÜZKARLIĞI 180 18.1. Şimali Azərbaycanda sovet rejiminin qurulması 180 18.2. Sovet rejiminə qarşı müqavimət hərəkatı və üsyanlar 181 18.3. Azərbaycanın formal müstəqilliyinin ləğv olunması 183 18.4. Azərbaycanın ərazi bütövlüyünə qəsdlər 184 XIX FƏSİL AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ 188 19.1. Azərbaycanın II dünya müharibəsində iştiraкı 188 19.2. Azərbaycan döyüşçüləri müharibə cəbhələrində 190 vii XX FƏSİL СƏNUBİ AZƏRBAYCAN XX ƏSRDƏ 194 20.1. Cənubi Azərbaycan 1905-1911-ci illər İran inqilabının mərkəzi kimi 194 20.2. 1917-1920-ci illər Milli azadlıq hərəkatı. Təbriz üsyanı 195 20.3. 1945-ci ildə Cənubi Azərbaycanda Milli hökumətin yaranması, fəaliyyəti və süqutu 197 20.4. 1977-1978-ci illər İran inqilabı və Cənubi Azərbaycan 199 XXI FƏSİL AZƏRBAYCAN SSR 50-80-Cİ İLLƏRDƏ. ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ 201 21.1. Totalitar rejimin daha da güclənməsi 201 21.2. Ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları 202 21.3. Respublikanın idarəçiliyində yeni mərhələ 203 21.4. “Yenidənqurma” və Azərbaycan 204 21.4.1. Milli zəmində qarşıdurma. Erməni separatçılığının və terrorizmin başlanması 204 21.4.1. 20 Yanvar qırğını 206 XXII FƏSİL AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI. MÜSTƏQİLLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ UĞRUNDA MÜBARİZƏ 208 22.1. Qarabağ müharibəsi. Respublikada siyasi böhranın dərinləşməsi 209 22.1.1. Xocalı soyqırımı 210 22.1.2. Şuşanın işğalı 211 22.1.3. Azərbaycanın işğal edilmiş bölgələri 212 22.1.4. Qarabağ müharibəsində Azərbaycana dəyən maddi zərər 212 22.2. Heydər Əliyev və Azərbaycanın milli qurtuluşu 212 22.3. Siyasi sabitlik və milli dövlətçiliyi möhkəmləndirmək uğrunda mübarizə 214 22.4. Xarici siyasətdə uğurlar 216 22.5. Neft strategiyasının uğurları 217 22.6. Azərbaycan üçüncü minilliyin başlanğıcında. Sosoial-iqtisadi və siyasi inkişaf. Uğurlu xarici siyasət. Demokratik dəyərlərin daha da möhkəmləndirilməsi 219 ƏDƏBİYYAT 226 YOXLAMA TESTLƏRİ 230 AZƏRBAYCAN TARİXİ XƏRİTƏLƏRİ 260 viii AZƏRBAYCAN TARİXİ GİRİŞ Azərbaycan qədim ölkədir. Tarixən Azərbaycan şimalda Dağıstan, cənub- da İran, qərbdə Gürcüstan və Türkiyə, şərqdə isə Xəzər dənizi ilə sərhədlən- mişdir. Azərbaycanın əlverişli təbii şəraiti olduğundan burada çayların, göllə- rin kənarında ibtidai insanlar məskən salmışlar. Rusiya və İran arasında ge- dən müharibələr nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan torpaqları iki hissəyə parçalandı. O vaxt- dan Şimali Azərbaycan və Cənubi Azərbaycan coğrafi anlayışları meydana gəldi. Bu dövrdən başlayaraq Azərbaycan Rusiyanın və İranın tərkibində müxtəlif inkişaf yolları keçdi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda müstəqil dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1920-ci il aprelin 28-də rus ordusu Şimali Azərbaycanı işğal edərək Şərqdə yaranmış ilk de- mokratik respublikaya son qoydu. Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və SSRİ-nin tərkibinə daxil edildi. 1991-ci ilin oktyabrında Şimali Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan cənubdan şimala və qərbdən şərqə, Avropa və Asiyanı əla- qələndirən tranzit ticarət yolları üzərində yerləşmişdir. Tarixi ipək yolu üzə- rində yerləşən Azərbaycan ərazisində müxtəlif dillərdə danışan əhali yaşayır. Lakin qədim zamanlardan Azərbaycanın yerli, köklü və əsas əhalisi türkdilli- dir. Millətimizin adı azərbaycanlı, dilimiz Azərbaycan dilidir. Azərbaycan türkləri qədim ərazisi, dili, siyasi qurumları, mədəniyyəti olan xalq kimi inkişaf etmiş və erkən orta əsrlərdə daha geniş ərazidə formalaş- mışdır. Bu ərazi şimalda Dərbənddən başlayaraq, cənubda İranın Zəncan- Qəzvin-Həmədan bölgələrinə kimi uzanırdı. Şərqdə Xəzər dənizindən başla- yaraq Borçalını, İrəvanı və Urmiya gölünün sahillərini əhatə edirdi. Bu geniş ərazidə ta qədim zamanlardan yaşayan və müxtəlif vaxtlarda məskunlaşan sak, kimmeri, alban, qarqar, hun, xəzər, sabir, oğuz adlarını daşıyan türk et- noslarının qovuşub-qarışmasından Azərbaycan türkləri formalaşmışdır. Azər- baycanda məskunlaşan irandilli (talışlar, tatlar, kürdlər) və qafqazdilli (udilər, ləzgilər) xalqların taleyi tarixən Azərbaycan türkləri ilə bağlı olmuşdur. Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrlərini keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışlar. Azərbaycan xalqı hə- mişə qonşuları ilə sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin çar Rusi- 1 Tofiq Nəcəfli, Bilal Dədəyev yası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər doğma torpaq- larımıza daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər. Biz əminik ki, qısa zamanda ədalət yerini tapacaq və torpaqlarımız yağı düş- məndən biləyimizin gücü ilə azad ediləcəkdir. Lakin, gələcəyə işıq tutmaq üçün zəngin tarixi keçmişimizi, tarixi həqiqətləri daha dolğun və layiqli şəkil- də öyrənmək lazımdır. Bunu nəzərə alaraq, Universitetlərimizdə təhsil alan müxtəlif xarici ölkə tələbələrinin Azərbaycan tarixini daha dərindən öyrən- mələrinə kömək etmək üçün “Azərbaycan tarixi” dərs vəsaitini hazırlamağa qərar verdik. Nəzərinizə çatdırırıq ki, Respublikamızda Azərbaycan tarixinə aid istər ayrı-ayrı elmi tədqiqat əsərləri, istərsə də dərslik və kitabların sayı kifayət qədərdir. Hazırladığımız dərs vəsaiti məhz bu əsərlərdən hərtərəfli istifadə edilməklə tərtib olunmuşdur. Tələbələrimizin tarixi hadisələri daha yaxşı an- laması üçün ən qədim dövrdən müasir dövrə kimi mövcud olmuş dövlətləri- mizlə bağlı tarixi xəritələrimiz və hər mövzuya uyğun tərtib edilən örnək test- lər vəsaitin sonuna əlavə edilmişdir. Düşünürük ki, bütün bunlar tələbələrin tarixi hadisələri daha dərindən öyrənməsinə və qavramasına kömək edəcəkdir. Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq- lənmiş “Azərbaycan tarixi” proqramına və xarici tələbələrin hazırlıq tədrisi təqvim-tematik planına uyğun olaraq hazırlanmışdır. Gələcəkdə lazım olarsa vəsaitdə müəyyən əlavələrin ediləcəyi də nəzərdə tutulmuşdur. 2 AZƏRBAYCAN TARİXİ I FƏSİL AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU Azərbaycan ərazisi dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şərait hələ qədim dövrlərdən burada ibtidai insanların məskən salmasına imkan yaratmışdır. Azərbaycanın görkəmli tarixçi-arxeoloqları tərəfindən aparılan araşdırma- lar nəticəsində sübut olunmuşdur ki, Vətənimizin ərazisində ulu əcdadlarımız tərəfindən yaradılan Quruçay arxeoloji mədəniyyəti Yer kürəsində ən qədim arxeoloji mədəniyyətlərdən biridir. Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi, professor Məm- mədəli Hüseynovun və onun həmkarlarının gərgin əməyi nəticəsində Qara- bağda aşkar edilmiş 1,5 milyon il yaşı olan Quruçay arxeoloji mədəniyyəti, Azıx kimi çoxlaylı arxeoloji abidə, Qazax, Naxçıvan, Lerik və s. yerlərdə tapılıb öyrənilmiş digər Paleolit dövrü abidələri Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu inandırıcı şəkildə sübut etmişdir. Qarabağda Azıx və Tağlar, Kəlbəcərdə Zar, Qazax rayonuna bağlı Avey- dağda Damcılı və Daşsalahlı, Naxçıvanda Qazmalar, Lerikdə Buzeyir mağa- ralarında aşkar edilmiş maddi mədəniyyət abidələri alt, orta və üst paleolit dövrlərində Azərbaycan ərazisində ən qədim insanların həyatı, onların təsər- rüfat fəaliyyəti haqqında müxtəlif məlumatlar əldə etməyə imkan verir. Paleolit dövrü Azərbaycan abidələrindən Azıx mağarası xüsusi yerə ma- likdir. Burada aparılmış tədqiqatlardan mağaranın 6 böyük zal və 10 arxeoloji təbəqədən ibarət olduğu müəyyənləşdirilmişdir. Eyni zamanda burada alt paleolitin şelləqədərki, şell və aşell mərhələləri, habelə Orta Paleolit dövr- lərinə aid xeyli arxeoloji materiallar əldə olunmuşdur. Bu mağaradan və eləcə də Quruçay hövzəsindən aşkara çıxarılmış daş alətlər Azərbaycanda yaşamış qədim insanların həyatını işıqlandırmağa imkan verir. Azıxda tapılan abidələr içərisində ən qiymətlisi 1968-ci ildə onun 5-ci ar- xeoloji təbəqəsində aşkara çıxarılmış qədim insanın alt çənəsinin bir hissəsidir. Ötən əsrin ən müasir texniki metodları ilə aparılmış tədqiqatlar nəticəsində bu çənə sümüyünün təxminən 350–400 min il bundan əvvəl (Alt Paleolitin aşel 3 Tofiq Nəcəfli, Bilal Dədəyev mərhələsində yaşamış) 18–22 yaşlı bir qadına məxsus olduğu müəyyən edil- mişdir. Bu, keçmiş Sovetlər ölkəsində aşkar edilmiş ilk və ən qədim insan qalığı idi. Mütəxəssislər bu ulu insanı "azıxantrop" - yəni "Azıx adamı" adlandır- mışlar. Azıx mağarasının tapıntıları Alt və Orta paleolit dövründə ən qədim daş alətlərin kobud, iri və yöndəmsiz daş alətlərdən - giqantolitlərdən daha ki- çik və rahat, daha çox işlənilmiş daş alətlərə doğru necə təkmilləşdirildiyini izləməyə, yəni qədim insanın məşğuliyyəti, ovçuluğu barəsində və bölgənin paleozoy faunası haqqında ətraflı təsəvvür yaratmağa imkan verir. Mağarada aşkara çıxarılmış ocaq yerinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azıx sakinləri hələ 700 min il bundan əvvəl od əldə etməyi bacarmışdılar. Azıx mağarasında aşkara çıxarılmış ayı kəllələri üzərindəki daşla çərtilmiş cızıqlar azıxantropların ilkin dini təsəvvürlərinin qalıqları hesab olunur. Mütəxəssislər belə hesab edirlər ki, ən qədim insanların ilk dini təsəvvürləri məhz alt paleolit dövründə yaranmış, insanlar ilk olaraq heyvanlara və təbiət qüvvələrinə sita- yiş etmişdilər. Tədqiqatlar göstərir ki, təxminən yüz min il bundan əvvəl Alt Paleolit dövrü başa çatmış və öz yerini Orta Paleolitə vermişdir. Təxminən e.ə. (era- mızdan əvvəl) 60-65 min il davam etmiş (e.ə. 100 min il bundan əvvəl baş- layıb e.ə. 35-40 min il bundan əvvəl başa çatmışdır) orta paleolit dövrünə aid maddi mədəniyyət abidələrinə ilk dəfə Fransadakı le-Mustye düşərgəsində rast gəlindiyi üçün bu dövr həmçinin Mustye mədəniyyəti dövrü adlandırılır. Mustye dövründə həm bacarıqlı insanın özünün, həm də onun maddi və mənəvi həyatının inkişafında böyük irəliləyişlər olmuşdur. Belə ki, ovçuluqda mühüm rola malik olan nizə yeni alət olaraq ixtira edilmişdir. Bu zaman Azər- baycanda ovçuluq əsas peşəyə çevrilmişdir. Mustye dövründə insanın özünün fizioloji təkmilləşməsi yeni yüksək mər- hələyə qalxmış və zahirən çağdaş insanlara çox oxşar olan neandertal tipli in- sanlar (bu insanların qalıqlarına ilk dəfə Almaniyadaki Neandr çayının hövzə- sində rast gəlindiyindən bu tipli insanlara belə ad verilmişdir) təşəkkül tap- mışdır. Neandertal tipli insanlar mağaralarla yanaşı, açıq düşərgələrdə müx- təlif materiallardan qurulmuş yaşayış məskənlərində yaşayırdılar. Orta Paleolitdə maddi həyatla yanaşı, bacarıqlı insanın mənəvi həyatında da təkamül davam etmiş, insanın dini təsəvvürləri müəyyən qədər mürək- kəbləşmiş, axirət dünyasına inam, ilkin dəfnetmə mərasimləri formalaşmağa başlamışdır. Orta Paleolitin sonlarına yaxın Alt Paleolitdan bəri ibtidai icma- nın əsasını təşkil edən Ulu icmanın təşkilində də müəyyən dəyişikliklər yaran- mağa başlamış, Ulu icma öz yerini qadınların aparıcı rol oynadıqları qohum 4 AZƏRBAYCAN TARİXİ (qəbilə) icmasına, bacarıqlı insan isə öz yerini ağıllı insana verməyə başlamış, ibtidai icmanın tarixində ana xaqanlığının əsası qoyulmuşdur. Azərbaycan tarixində Mustye mədəniyyəti dövrünə aid tapıntılara Azıx, Damcılı, Daşsalahlı, Tağlar, Zar, Qazmalar və Buzeyir mağara düşərgələrində, habelə Qadirdərə, Çaxmaqlı, Marallı (Qazax rayonu), habelə Tamtama (Güney Azərbaycan ) və b. düşərgələrdə rast gəlinmişdir. Tədqiqatlara görə keçmiş Sovetlər birliyi və Yaxın Şərqdə Mustye döv- rünə aid ən mükəmməl abidələrdən biri Tağlar mağarasıdır. Quruçayın sol sahil hövzəsində yerləşən bu Mustye bölgəsində 1963-cü ildən etibarən aparılan elmi axtarışlar nəticəsində çoxu Orta Paleolit dövrünə aid olan 6 arxeoloji təbəqənin 5-ində 7 mindən artıq daş alət və 20 mindən çox heyvan sümükləri aşkara çıxarılmışdır. Tədqiqatçılar müəyyən etmişdilər ki, Tağlar mağarası 50-55 min il ərzində fasiləsiz surətdə mustye adamlarının yaşayış məskəni rolunu oynamışdır. Bəşər tarixinin növbəti mərhələsi - Üst Paleolit dövrü e.ə. 35-30-cu minil- liklərdən e.ə. 12-10-cu minilliklərədək davam etmişdir. Azərbaycanda Tağlar, Damcılı, Zar, Yataq yeri kimi arxeoloji komplekslərlə təmsil olunmuş Üst Paleolit dövründə insanın həm iqtisadi-təsərrüfat, həm fîzioloji, həm də ictimai- mənəvi həyatında mühüm təkamül baş vermişdir. Əvvəla, ibtidai insanlar daha rahat, mükəmməl, çox funksional, ağac və ya sümük dəstəkli alətlər, yeni daha məhsuldar əmək alətləri hazırlamağı öyrənirdilər. İkincisi, bacarıqlı insanın təkmilləşərək düz qamətli, beyin tutumu daha böyük, başa düşülən nitqə malik ağıllı insana çevrilməsi prosesi başa çatırdı. Üçüncüsü, bacarıqlı insanların qida əldə etməsi, odu qoruyub saxlamaq və vəhşi insanlardan qorunmaq zərurətindən doğmuş, qeyri-sabit birliyi olan ulu icma öz yerini tədricən qadın xətti ilə qohum ağıllı insanların daha sabit kollektivinə - qəbilə icmasına verir. İbtidai icmanın tarixindən Orta Tunc dövrünədək davam etmiş ana xaqanlığı dövrü başlayır. Üst Paleolit dövründə qadınların rolunun öncüllüyü özünü o dövrün incəsənətində də göstərmiş, qadın kultu ilə bağlı çoxlu təsvirlər yaradılmışdır. Üst Paleolit sığınacaqlarına əsasən çay vadilərinin yaxınlığında, ov üçün münasib yerlərdə rast gəlinən insanların təsərrüfat həyatının əsasını yenə də istehlak təsərrüfatı olan yığıcılıq və ovçuluq təşkil edirdi. E.ə. XII-X minilliklərdən e.ə. VIII minilliyədək ölkəmizin ərazisində Mezeolit - Orta Daş dövrü mövcud olmuşdur. Mezeolit ox və kamanın ixtira edildiyi, istehlakdan istehsal təsərrüfatına keçidin əsasının qoyulduğu, bütövlükdə ibtidai icmanın maddi mənəvi həyatının xeyli inkişaf etdiyi dövrdür. 5 Tofiq Nəcəfli, Bilal Dədəyev Mezeolit dövründə ox və kamanla yanaşı mikrolit (kiçik daş), quraşdırma alətlər geniş yayılır, daşişləmə texnikası daha da təkmilləşir, sığınacaqların kobud hörgülərlə əhatə edilməsi hallarına rast gəlinirdi. Ox və kamanın ixtirası ilə ovçuluğun inkişafı, balıqçılıq, habelə heyvanların əhliləşdirilməsinin əsasının qoyulması qədim insanların rasionunda ət yeməklərinin xüsusi çəkisini artırmış, bişirilmiş ətlə qidalanmanın miqyasının genişlənməsi insanın əqli inkişafını sürətləndirmişdi. İndiyədək 20-yə qədər qayaaltı yaşayış məskənin aşkara çıkarıldığı Qo- bustan, habelə Damcılı və Zaqrosda mezeolit abidələri sübut edir ki, bu dövr- də istehlak təsərrüfatından istehsal təsərrüfatına keçid üçün hərtərəfli zəmin yaranmış, ibtidai maldarlıq və ibtidai əkinçiliyin rüşeymləri meydana çıxmış, ana xaqanlığı daha da inkişaf etmiş, ibtidai incəsənət təşəkkül tapmışdır. E.ə. VIII minilliyin sonundan etibarən Azərbaycan ərazisində Mezeoliti Neolit (Yeni Daş) dövrü əvəz etməyə başlamışdır. Neolit dövründə insan daşı cilalamağı və deşməyi öyrənərək daha rahat, məhsuldar, mükəmməl və çox komponentli alətlər (daş toxa və s.) düzəltməyi öyrənmiş, istehlak təsərrü- fatından istehsala keçid başa çatmış, yığıcılıqdan əkinçilik, ovçuluqdan mal- darlıq əmələ gəlmiş, toxuculuq və dulusculuq kimi yeni təsərrüfat və sənət- karlıq sahələri meydana gəlmişdir. Bəşər tarixində bu yeniliklər Neolit inqila- bı adlandırılmışdır. Azərbaycan ərazisində neolit abidələri Damcılı, Qobustan, Naxçıvan (Kültəpə), Viləşçay, Göygöl, Ağdam (Çalağantəpə, Qarğalar təpəsi), Urmiya gölü hövzəsindəki Həsənli, Hacı Firuz, Yanıqtəpə yaşayış yerləri və Zaqros bölgəsində aşkara çıxarılmışdır. Bu dövürdə əcdadlara sitayiş, axirət həyatına inam da mövcud olmuşdur. Təxminən e.ə. VI minilliyin ikinci yarısından Azərbaycan ərazisində ibtidai icma öz inkişafının yeni tarixi mərhələsinə - Eneolitə (mis-daş dövrünə) qə- dəm qoymuşdur. E.ə. IV minilliyin ortalarınadək davam etmiş Eneolit döv- ründə qədim insan öz tarixinin ilk metalı olan misdən istifadə etməyə başla- mışdır. Lakin mis çox yumşaq metal olduğundan ondan daha çox məişət və bəzək əşyaları hazırlamaq üçün istifadə edilmiş və mis əşyalar daş alətləri sı- xışdırıb aradan çıxara bilməmişdir. Ona görə də bu dövr Eneolit adını almışdır. Şimali Azərbaycanın qərb, xüsusən də Yuxarı Qarabağ, Zəngəzur, Gədəbəy və Daşkəsən zonalarında mövcud olan zəngin mis yataqları əcdadlarımızın mislə ilk dəfə məhz burada tanış olduqlarını güman etməyə əsas verir. Lakin Eneolit dövrünə aid olan məişət əşyalara və başqa məmulatlara, həmçinin Naxçıvan, Mil, Muğan, Quba-Xaçmaz və Urmiya bölgələrində aşkara çıxarıl- mış Eneolit dövrü məskənlərində da rast gəlinir. I Kültəpə (Naxçıvanda), İlanlıtəpə (Ağdam yaxınlığında), Əliköməktəpə (Cəlilabad), Yanıqtəpə (Urmiya gölü hövzəsi) və s. bu kimi eneolit abidələri e.ə. V-IV minilliklərdə və sonrakı 6 AZƏRBAYCAN TARİXİ dövrlərdə istehsal təsərrüfatı ilə məşğul olan oturaq əhalinin həyatı, əkinçi və maldarlıq təsərrüfatı barəsində zəngin materiallar əldə etməyə imkan verir. Bu dövrdə heyvandarlıq təsərrüfatı xeyli inkişaf etmiş, atçılıq meydana çıxmışdır (Əliköməktəpədə e.ə. V minilliyə aid olan at skeletləri tapılmışdır). Tapıntılar belə bir iddia irəli sürməyə imkan verir ki, Azərbaycan bütün Avra- siya materikində atçılığın ilk vətəni olmuşdur. Azərbaycanın qərb bölgələ- rində xırda, Muğan bölgəsində isə iri buynuzlu mal-qaranın bəslənilməsinə daha böyük yer verilmişdir. Artıq, Eneolit dövründə bizə məlum olan ev hey- vanlarının demək olar, hamısı əhliləşdirilmişdi. Ovçuluq və balıqçılıq getdikcə əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdir. Eneolit dövründə Azərbaycanda toxa əkinçiliyi geniş yayılmışdır. Daş və sümük toxalarla çayqırağı münbit, qumsal torpaqlarda, digər asan şumlanan sahələrdə 10-a qədər arpa və buğda növü, habelə düyü və s. yetişdirilirdi. Eneolit dövrünə aid Şomutəpədən Cənubi Qafqazda ən qədim oraq, Çala- ğantəpədə isə ən qədim sümük kürək (bel) tapılmışdır. Eneolit dövründə sənətkarlıq istehsalı da xeyli inkişaf etmiş və daha da rəngarəng olmuşdur. Möhrə və çiy kərpiclə divarhörmə işi, meydana çıxmış divarların suvanılıb ağardılması və naxışlanmasına başlanılmışdır. Bu dövrdə ikigözlü dulus sobalarından (Əliköməktəpə) istifadə edilmiş, yüksək səviyyəli şirəli qablar da düzəldilmişdir. Bu dövrdə hələ də xüsusi qəbiristanlıq yox idi. Ölülər çox vaxt evlərin arxası və ya içərisində basdırılsa da, dəfn adətlərində bir sıra yeniliklər müşa- hidə olunurdu. Eneolit dövrünə aid məskənlərdən ilk küp qəbir aşkar olunmuş- dur. Bu dövrdə ölünün üzərinə qan rəmzi olan qırmızı boya çəkir, yaxud oxra adlanan qırmızı toz səpir, onu yanı üstə, bükülü vəziyyətdə basdırır, yanına silah və alətlər qoyurdular. Azərbaycanın Eneolit dövrü əhalisinin həyatında müxtəlif dini ayinlər, ovsun mərasimləri də müəyyən yer tutmuşdur. Qobustandakı qayaüstü rəsmlərin bəziləri ovsun və dini rəsmləri əks etdirir. Bildirildiyi kimi, mis yumşaq olduğundan ondan hazırlanan alətlər dözümlü deyildi və daş alətləri təsərrüfatdan tamamilə sıxışdırıb aradan çıxara bilmə- mişdi. Ancaq insanlar misə qalay (eyni zamanda qurğuşun, sürmə, və s. b. kimi əlvan metallar) qataraq yeni, süni metal olan-tunc əldə etməyi öyrənincə və- ziyyət kökündən dəyişməyə başlamışdır. Yeni metal kifayət qədər dözümlü idi, ondan hazırlanmış əmək alətləri tezliklə daş alətləri sıxışdırıb aradan çıxarmış və ibtidai icmanın tarixində Daş dövrü başa çataraq öz yerini Tunc dövrünə (e.ə. IV minilliyin sonundan e.ə. II minilliyin axırlarınadək) vermişdir. 7 Tofiq Nəcəfli, Bilal Dədəyev Azərbaycanda Erkən Tunc dövrü ilk növbədə Kür-Araz mədəniyyəti ad- landırılmış, çox geniş əraziyə səpələnmiş arxeoloji abidələr kompleksi ilə sə- ciyyələnir. Erkən Tunc dövrü abidələri Azərbaycan ərazisində daha cox Mingə- çevir, Qobustan, Qazax, Xaçmaz, Təbriz, Qəbələ və s. bölgələrində aşkara çıxarılıb öyrənilmişdir. Bu dövrdə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunur, taxıl əkinçiliyi daha da püxtələşir, kətan becərilməyə, təsərrüfatda qoşqu qüvvəsindən istifadəyə başlanılır, suvarma əkinçiliyinin və bağçılığının bünövrəsi qoyulurdu. Yeni metalın (tunc) alətlərə tətbiqi əkinçilikdə əmək məhsuldarlığını xeyli artırırdı. Əkinçiliklə yanaşı, təsərrüfat həyatının digər mühüm sahəsində - maldar- lıqda da mühüm dəyişikliklər baş verir. Xırda və iribuynuzlu mal-qaranın sayı artır, düzənlik, dağətəyi və dağ otlaqlarının sahəsi xeyli genişlənir, köçmə (yaylaq-qışlaq) maldarlığı meydana çıxır və maldarlıq təsərrüfatın əsas for- masına çevrilirdi. Erkən Tunc dövründə sənətkarlıq da xeyli inkişaf etmiş, onun ayrı-ayrı sahələri - metal emalı, dulusçuluq, toxuculuq üçün yaşayış yerlərində xüsusi sahələr ayrılmasına başlanılmışdır. Gil qablar istehsalının həm çeşidi geniş- lənmiş, həm istehsal texnikası xeyli təkmilləşmiş, həm də məmulatların ha- zırlanma keyfıyyəti xeyli yüksəlmişdir. Mükəmməl metal və metaləritmə sa- hələri formalaşmağa başlamışdır. Evtikmə üsulları da xeyli inkişaf etmişdir. Erkən Tuncda ocaq yeri ortada və ya divara yaxın olan, yarımqazma və ya yerüstü tikilən dairəvi damlı evlərə üstünlük verilirdi. Torpaq döşəmələr şirələnir, bəzən də rənglənirdi. Bu dövrdə yaşayış məskənləri üçün seçilən yerlər və onlardakı tikililərin xarakteri göstərir ki, artıq Erkən Tunc dövründə insanlar öz yaşayış məskənlərinin müdafiəsi qayğısına qalmalı olmuşdular. Bir sıra yaşayış məskənləri müdafiə üçün daha yararlı olan hündür təpələrdə tikilmiş və onlar müdafiə hasarları ilə əhatə olunmuşdu (Göytəpə, Yanıqtəpə və s.). Erkən Tunc dövrü yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan divarları çiy kərpicdən tikilirdi. Erkən Tunc dövründə Azərbaycan ərazisində yaşamış qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişlər. Erkən Tunc dövründə icmanın ictimai həyatında baş vermiş ən böyük dəyişiklik patriarxal münasibətlərin hökmran mövqeyə yiyələnməyə başlaması idi. Xış əkinçiliyi və köçmə (yaylaq-qışlaq) maldarlığın təsərrüfat həyatında mühüm yer tutması ilə qadının iqtisadi həyatda rolu xeyli məhdudlaşmağa başlamışdı. Təsərrüfat həyatında kişilər üslünlüyü ələ alır və bu üstünlük ic- manın həyatında da birinciliyin tədricən kişilərin əlində cəmləşməsinə doğru aparırdı. Ana xaqanlığı öz yerini ata xaqanlığına verməyə başlamışdır. 8 AZƏRBAYCAN TARİXİ Bu dövrdə yaşayış yerlərindən kənarda salınmış qəbiristanlıqlar mey- dana çıxmış, kurqan qəbirləri, meyidlərin yandırılması adəti təşəkkül tap- mışdır. Dini ayinlərin icrası üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayo- nundakı Sərkərtəpə, Qazaxda Babadərviş və Naxçıvanda II Kültəpə yaşa- yış məskənlərində dairəvi planlı böyük ibadət evləri aşkar edilmişdir. E.ə. II minilliyin əvvəllərində ibtidai icmanın həyatında yeni dövr - Orta Tunc dövrü başlayır. Həmin dövrdə sənətkarlıq, xüsusən də metal emalı, tikinti, dulusçuluq və s. xeyli inkişaf etmiş, Ön və Mərkəzi Asiya, Misir və s. bölgələrlə ticarət əlaqələri meydana çıxmışdır. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdır. Bu mərhələdə kənd tipli yaşayış məskənləri ilə ya- naşı, ilkin şəhər mərkəzləri də yaranmışdır. Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Belə mərkəzlər mühüm ticarət yolları üzərində yaranmış, əlverişli yerlərdə, əsasən də təbii təpələr üzərində, dərin yarğanlı çay kənar- larında salınmış və möhtəşəm müdafiə divarları ilə əhatə olunmuşdur. Naxçı- vandakı II Kültəpə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə belə şəhər tipli yaşayış məskənləridir. E.ə II minilliyin II yarısını əhatə etmiş Son Tunc dövründə qəbilənin həya- tında mühüm və ictimai təbəqələşmə, əmlak sarıdan xeyli müxtəlif təlimatlı qrupların formalaşması daha aydın nəzərə çarpır. Göygöl, Tərtər, Ağdam ra- yonlarında aşkara çıxarılmış son dərəcə dəbdəbəli və zəngin kurqan qəbirləri Son Tunc dövründə tayfa əyanlarının son dərəcə böyük qüdrətə sahib olduqlarından xəbər verir. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hər-bi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarırdı. Bu dövrün dini etiqadları və mərasimləri içərisində oda sitayiş, suya, dağa, meşələrə, müxtəlif ağac növlərinə və heyvanlara inam da geniş yer tuturdu. Səma cisimlərinə (Aya, ulduza, Günəşə) inam dərin kök salmışdı. Bəzi hallarda dəfn kameraları 250 m2-ə çatan məzarlara tayfa başçısı ilə bərabər nəinki bərbəzək əşyaları, hətta tayfa başçısının nökərləri və kənizləri də basdırılmışdılar. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövründə müdafiə tikililəri olan qalalar inşa edilmişdir. İbtidai icma quruluşunun sonun- da daha davamlı yaşayış və təsərrüfat binaları tikilmiş, düşmən basqınından qorunmaq üçün bu yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları çəkilmişdir. 9 Tofiq Nəcəfli, Bilal Dədəyev II F Ə S İ L AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK TAYFA İTTİFAQLARI. İLKİN DÖVLƏT QURUMLARI VƏ MANNA DÖVLƏTİ 2.1. İbtidai icma quruluşunun dağılması. İlk tayfa ittifaqları Tunc dövrü ərzində ibtidai icmanın həyatında baş vermiş proseslər tama- milə yeni quruluşlu–sinifli cəmiyyətin meydana çıxması, dövlətin formalaş- ması üçün sanballı zəmin yaratmışdir. Dünyanın müxtəlif bölgələrində ibti- dai icma quruluşunun dağılması və öz yerini yeni sinifli cəmiyyətə verməsi müxtəlif dövrlərdə, müxtəlif şəkillərdə baş vermiş, özünəməxsusluğu ilə se- çilmişdir. Lakin bu təbii ki, müəyyən qanunauyğunluqla meydana çıxırdı. Keçən əsrin sonlarına qədər bir qayda olaraq, dünya tarixşünaslığında sinifli cəmiyyətin başlanğıcı əsasən dəmir dövrünə (e.ə.II minilliyin sonu-e.ə. I minilliyin əvvəlləri) şamil edilsə də, bu qanunauyğunluqdan yayınma halları da istisna edilmirdi. Qədim Şərqin bir sıra ölkələrində sinifli cəmiyyətin Erkən Dəmir dövründən xeyli əvvəl meydana çıxması buna misal ola bilər. Qədim Misir, İkiçayarası və s. yerlərin mülayim iqlimi və digər əlverişli şəraiti qədim insanlara hələ dəmirdən istifadədən xeyli əvvəl daha yüksək əmək məhsul- darlığı əldə etməyə imkan vermiş və bunun nəticəsində ibtidai icma quru- luşu öz yerini tədricən sinifli cəmiyyətə vermişdir. Beləliklə, eramızdan hələ 4-3 min il əvvəl istər Misirdə, istərsə də İkiçayarasında möhtəşəm dövlətlər, yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyalar formalaşmışdır. Bu baxımdan Azərbaycanda sinifli cəmiyyətin, ilk quldar dövlətlərin an- caq e.ə I minilliyin ilk yarısından formalaşması fikrinin uzun müddət hökm- ran mövqe tutması bir qədər qəribə görünürdü. Axı antik müəlliflərin çoxu Azərbaycan bölgələrinin təbii-iqlim şəraitinin adları çəkilən bölgələrin şərai- tindən geridə qalmadığını dəfələrlə qeyd etmişdilər. Bizdə isə ən yaxşı halda e.ə III-I minilliklərdə ilkin tayfa ittifaqlarından danışılırdı. Halbuki artıq e.ə. IV minilliyin sonu-III minilliyin əvvəllərindən sinifli cəmiyyətin yaranıb inkişaf etdiyi İkiçayarasının qonşuluğunda yerləşən, bu bölgə ilə sıx əlaqələrə malik olan Azərbaycanda sosial-iqtisadi inkişafın bu qədər ləng getməsi inandırıcı görünmürdü. Lakin ötən əsrin son onillik- lərində Azərbaycan alimlərinin bir qrupu hələ e.ə. IV-III minilliklərdə İkiçaya- 10 AZƏRBAYCAN TARİXİ rası ilə sıx əlaqələrdə olan Cənubi Azərbaycan bölgələrində mühüm ictimai təkamül nəticəsində e.ə. III minillikdə müxtəlif dövlət qurumlarının meydana gəlməsini bildirməyə başladılar. Məhz həmin dövrdən başlayaraq maldarlıq inkişaf etdi və əkinçilikdən ayrıldı. Bununla da ictimai əmək bölgüsünün əsası qoyuldu. Bu dövrdə tay- falar arasında yeni sahələrin ələ keçirilməsi uğrunda mübarizə aparılırdı. Güclü, nisbətən zəif tayfalara basqın edərək, onların sərvətini ələ keçirirdilər. Bu hal eyni kökdən olan zəif tayfaların güclü tayfalar ətrafında birləşməsinə və bu- nunla da böyük tayfa ittifaqlarının yaranmasına səbəb olurdu. Azərbaycan ərazisində e.ə. III-II minilliklərdə Arazdan şimalda, Naxçıvanda və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları, Urmiya gölü ətrafında isə lullubi, kuti, su, turukki tayfaları yaşamışdılar. Tayfa ittifaqlarının özlərinə məxsus dini inamları formalaşmışdı. Onlar Səma, Ay, Günəş allahlarına, məhəbbət və məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. 2.2. İlkin dövlət qurumları Aratta. Görkəmli Azərbaycan tarixçisi, professor Y.B.Yusifov Şumer-Akkad mixi yazı qaynaqlarına və digər mənbələrə əsaslanaraq sübut edir ki, Azərbay- can ərazisində yaranmış ilk dövlət qurumu Aratta e.ə III minilliyin I yarısında Cənubi Azərbaycanda meydana çıxmışdır. Arattanın ərazisi Urmiya gölündən cənub istiqamətində Dialaya, cənub-şərq istiqamətində isə Zəncan-Qəzvin böl- gəsinədək olan torpaqları əhatə edirdi. Bir çox qaynaqlarda “saf ənənələr öl- kəsi” adlandırılan, en, yaxud ensi rütbəsi daşıyan hökmdarlar tərəfindən idarə olunan Arattanın İkiçayarası şəhər dövlətləri, xüsusilə, Urukla sıx əlaqələri ol- muşdur. Aratta əhalisi qızıl, gümüş, qurğuşun, mis, lacivərd və s. müxtəlif sənət sa- hələri, əkinçilik və maldarlıqla məşğul olurdular. Çoxtanrılığın mövcud olduğu Aratta bölgəsində bərəkət və məhəbbət ilahəsi İnannaya sitayiş geniş yayıl- mışdır. Zəngin faydalı qazıntı yataqlarına, gözəl təbii şəraitə malik olan Aratta İkiçayarası dövlətlərinin diqqətini çəksə də, Aratta bu mübarizədə öz müstə- qilliyini qoruyub saxlaya bilirdi. Aratta dövlət qurumu bəzi qaynaqlarda Aronata şəklində də adlandırılır. Azərbaycanın ən qədim adlarından biri kimi də qəbul edilən “Aronata” adı “dağ”, ”dağlıq ölkə” mənasını verir. Paytaxtla eyni adlı şəhər olmuş bu dövlət qurumu e.ə III minilliyin I yarısında təkcə Azərbaycanın deyil, bütövlükdə qə- dim Ön Asiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, kitabələrdə özünəməxsus ad qoymuşdur. Müxtəlif şumer, akkad və assur qaynaqlarında saxlanılıb dövrümüzə qədər gəlib çıxmış çoxsaylı bil- gilər də bunu bir daha sübut edir. 11 Tofiq Nəcəfli, Bilal Dədəyev Lullubi dövlət qurumu. E.ə III minilliyin II yarısının başlanğıcında İkiçayara- sında gedən mürəkkəb ictimai-siyasi və hərbi proseslərin nəticəsində burada Akkad hökmranlığı bərqərar olduğu zaman Aratta bir siyasi qurum kimi artıq dünya sahnəsində yox idi. Onun qərb sərhədlərində isə Lullubi tayfa ittifaqı formalaşmaqda idi. Sonralar bu ittifaqa çox güman ki, Su və Turukki tayfaları da daxil olmuşdular. E.ə. XXIII əsrdə isə Urmiya gölündən cənubdakı bölgə- lərdə, o cümlədən vaxtilə Arattanın yerləşdiyi torpaqların xeyli hissəsində öl- kəmizin tarixində ikinci erkən dövlət qurumu sayılan Lullubum (Lullubi) döv- ləti meydana çıxmışdır. E.ə. XXIII əsrin sonlarında Lullubi hökmdarı Sanidin (e.ə. 2230-2200) özündə o qədər qüvvə hiss etmişdir ki, Akkad kimi möhtəşəm bir dövlətin Naramsuen kimi qüdrətli hökmdarına qarşı hərbi birləşmələrə qoşulmuş və akkadlara qarşı müharibələrdə iştirak etmişdir. E.ə. XXIII əsrin otuz illiyində Lullubidə hakimiyyət başında olmuş hökmdar İmmatun (e.ə. 2200-2170) müəyyən səlahiyyətlərini saxlamaqda olan xırda yerli hakimləri mərkəzi hakimiyyətə tabe edərək “padşahlar padşahına” çev- rilmişdir. Növbəti padşah Anubaninin dövründə (e.ə. 2170-2150) Lullubinin qüdrəti daha da artır. Bunu bu hökmdarın hələ Aratta dövründə qədim azər- baycanlılara məlum olan mixi (çivi) yazılar ilə həkk etdirdiyi məşhur “Daş sütun” abidəsi bir daha sübut edir. Bu sütun Diala çayının orta axınlarında Zohab şəhəri yaxınlığından Urmiya gölündən az qala İran körfəzinədək olan əraziləri əhatə etmişdir. Lullubi padşahlığının əhalisi maldarlıq, dəmyə əkinçi- liyi, və sənətkarlıqla məşğul olur, İkiçayarası ilə geniş ticarət əlaqələri saxla- yırdı. “Daş sütundan” məlum olur ki, Lullubi sakinləri Anum (Səma), İkitar (bərəkət və məhəbbət), Sin (Ay), Şaş-maş (Külək) tanrılarına və ilahələrinə sitayiş edirdilər. Təxminən e.ə. III minilliyin sonlarında Lullubi dövlət qurumu süqut etmiş və onun yerində “çoxlu lullubi hökmdar” lıqları yaranmışdır. Kuti dövlət qurumu. E.ə.III minillikdə Urmiya gölündən qərb və cənubi qərbdə mövcud olmuş kunti (quti) tayfa birliyi həmin minilliyin II yarısında dövlət qurumuna çevrilmişdir. Kutilər İkiçayarası ilə geniş əlaqələr saxlamış şumerlərlə yaxın münasibətlərdə olmuş, Akkad hökmdarlarının işğalına məruz qalmışdılar. Naramsuenin akkad qoşunları kutilər ölkəsinə və şumer torpaq- larına yürüşlər edərkən, kutilər və onların müttəfiqlərinin güclü müqavimətilə rastlaşmış, məğlub olub məqsədlərinə çata bilıməmişdir. Kuti hökmdarı Enri Davazir (e.ə.2225-2200) tərəfindən rəhbərlik edilən birləşmiş hərbi dəstələr şumerlərin müqəddəs şəhəri Nippuru, bu şəhərdəki məşhur Enlil məbədini akkad təcavüzündən qorumuşdur. Buna görə də Nippurda kutilərin şərəfinə 12 AZƏRBAYCAN TARİXİ xüsusi abidə ucaldılmış və bu abidənin kitabəsində özünün qüdrətli “Kuttium və dünyanın dörd səmtinin hökmdarı” adlandırilması şərəfinə nail olmuşdur. Naramsuenin kutilərə qarşı Elamla ittifaq bağlamasına baxmayaraq, e.ə. XXIII əsrin sonu XXII əsrin əvvəllərində kutilərin İkiçayarasına hücumlarının qarşısını almaq mümkün olmamış, kuti hökmdarları Yaraqlaş və onun varisi Elulumieşin səyləri ilə e.ə 2175-ci ildə İkiçayarasında kuti sülaləsinin hakimiy- yəti bərqərar olmuşdur. Bu dövrdə kutilərin ixtiyarında olan torpaqlar Urmi- yadan İran körfəzinədək uzanırdı. Kutilər İkiçayarasındakı 70 illik hökmranlıq- ları dövründə yerli idarəçilik sisteminə toxunmamış, bu bölgəni canişinlər vasi- təsilə idarə etmişdilər. Kutilərə tabe olan, Şumer şəhərinin ensi titulunu daşı- yan hakimləri daxili idarəçilikdə kifayət qədər müstəqilliyyə malik idilər. Ur, Nippur, Sippar, Umma və s. şumer şəhərlərinin tarixi üzrə müxtəlif qaynaqlar sübut edir ki, kuti-şumer münasibətləri kifayət qədər sıx və səmimi olmuş, bəzən müttəfiqlik xarakteri daşımışdır. Kutilərin hakimiyyəti illərində Mesopo- tamiyada şəhərlərarası toqquşmalara son qoyuldu, ticarət yollarında əmin- amanlıq yarandı. Mesopotamiyaya xarici hücumların arası kəsildi. Eyni zaman- da Urmiya gölü ətrafındakı tayfalarla dinc əlaqələr inkişaf etmişdir. İkiçayarası ilə geniş iqtisadi, siyasi və mədəni ilişgilər qurmuş kutilərin mixi yazılarında kuti panteonunun geniş siyahısı verilir. İlahə tərəfindən başçılıq edilən bu panteondakı tanrıların əksəriyyətinə ancaq akkad adları verilsə də adı Assuriya panteonunda günümüzədək gəlib çıxmış Assarın kuti tanrıların- dan olduğu güman edilir. Kutilər Ay, məhəbbət, bərəkət və məhsuldarlıq tan- rılarına sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd tikintisini davam et- dirir, yaxud sökülmüş məbədləri bərpa edir, Kuti hökmdarlarına kitabələr həsr edirdilər. E.ə. 2104-cü ildə İkiçayarasında taxta çıxmış Tirikan şumer qaynaqlarında haqqında narazılıq bildirilən sonuncu Kuti hökmdarıdır. Tirikanın hakimiyyəti çox qısa, cəmi 40 gün olmuşdur. Bu zaman Uruk şəhərində şəhərin ensisi Utu- henqalın başçılığı ilə kutilərə qarşı qiyam qalxmışdır. Kutilər təxminın 70 il ər- zində İkiçayarasında əmin-amanlıq yaratmış, ara müharibələri dayandırmış, məbədləri abadlaşdırmış, “Yuxarı dənizdən” (Urmiya gölündən), “Aşağı dəni- zədək“ (İran körfəzinədək) ticarət yollarının təhlükəsizliyini təmin etmiş , yerli şumerlərlə geniş qohumluq əlaqələri yaratmışdır. Kutilər Umma şəhərindən bir qədər aralı Muru adlı yerdə məğlub olmuşlar. Döyüş meydanını məğlub kimi tərk edən Tirikan, tezliklə əsir alınıb və İkiçayarasından öz vətəninə qovu- lur. Beləliklə, e.ə. 2104-cü ildə İkiçayarasında Kuti hökmranlığına son qoyuldu. Bu hadisələrdən az sonra Kuti dövlət qurumu tədricən tənəzzülə uğradı və öz yerini pərakəndə, xırda hakimiyyətlərə verdi. Azərbaycan ərazisində bu 13 Tofiq Nəcəfli, Bilal Dədəyev pərakəndəlik təqribən e.ə. II minilliyin əvvəllərindən, Manna quldar dövlətinin təşəkkül tapmasınadək davam etmişdir. Turukki və Su tayfaları: E.ə. II minilliyin əvvəllərində Urmiya gölü hövzə- sində Turukki və Su tayfa ittifaqları mühüm hərbi-siyasi qüvvəyə çevrilmişdi. Bu tayfalar e.ə. III minillikdə Cənubi Azərbaycan ərazisində mövcud olan 3 dövlət qurumunun tərkibində olmuş, sonra isə bölgənin hərbi-siyasi proses- lərində yaxından iştirak etmişdilər. Turukkilər tez-tez İkiçayarasına axışır, qonşu tayfalarla sıx əlaqə saxlayır, Assuriya kimi qüdrətli siyasi qurumun hüdudlarını hədələyirdilər. Onlar hətta assurların nəzarəti altında olan Şuşarra vilayətində möhkəmlənmiş (e.ə. XVIII əsrin I yarısında), bu vilayət uğrunda assurlar və kuti tayfaları ilə qarşıdurmadan çəkinməmişdilər. Şuşarra uğrunda Assuriya çarı I İşmedaqan və turukkilərin başçısı Lideya arasında getmiş amansız mübarizə barəsində İkiçayarası qaynaqlarında geniş və çoxsaylı məlumatlar vardır. E.ə. XVIII əsrin ortalarında Cənubi Azərbaycan ərazisinə yürüş təşkil edən məşhur Babilistan hökmdarı Hammurapi (e.ə. 1762-1760-ci illərdə) Subartu və Kutium ölkələrinin ordularına qalib gəlmişdir. Turukki tayfaları da bu mü- naqişələrə qoşulmuş, e.ə. 1755-ci ildə Subartu, Kutium və Turukkum ölkələri- nin ittifaqı yaranmış və Hammurapi bu birliyin üzvlərinin müdaxiləsinə qarşı duruş gətirmək məcburiyyətində qalmışdır. Azərbaycanın cənub bölgələrinə Assur hökmdarlarının müdaxilələri e.ə II minilliyin II yarısında da davam etmişdir. Onlardan I Adadnirari, I Salmanasar, I Tiqlatpalasar və başqaları dəfələrlə burada məskunlaşmış tayfaların ərazilərinə soxularaq ölkəni çapıb talamış, şəhər və kəndləri xarabazara çevirmiş, əhalini qırmış və məbədləri dağıtmışlar. Qədim Azərbaycan etnosları turukkilər, kutilər, lullubilər, habelə onlara qon- şu tayfalar Assur müdaxilələri və istilalarına qarşı fasiləsiz mübarizə aparmış, öz müstəqilliklərini qoruyub saxlamağa can atmışlar. Elə bu mübarizənin nə- ticəsi idi ki, Assur işğalçıları heç vaxt uzun müddət burada möhkəmlənib qala bilmədilər. 2.3. Dəmir dövrü Bəşər tarixində ən inqilabi metal sayılan dəmirin Azərbaycanda emalına e.ə II minilliyin sonu-I minilliyin ilk yarısında başlanılmışdır. Dəmir alətlərdən istifadə insan həyatının bütün sahələrində böyük dəyişikliklərə səbəb oldu. Dəmir xışdan istifadə nəinki şumun keyfiyyətini yaxşılaşdırır, həm məhsuldar- lığı artırır, həm də əkinçiliyin əlçatmaz bölgələrdə də genişlənməsinə gətirib çıxarırdı. 14 AZƏRBAYCAN TARİXİ Dəmir dövrünə aid olan Xocalı-Gədəbəy, Naxçıvan və Muğan-Talış mədə- niyyətinin abidələri sübut edir ki, bu dövrdə Azərbaycanda silah istehsalı xeyli genişlənmiş, hazırlanan silahların kəsəri, gücü, keyfiyyəti və müdafiə ləvazi- matının dözümü xeyli artmışdır. Ayrı-ayrı şəxslərin daha çox varlanması, yeni təsərrüfat sahələrinin yaran- ması ilə yanaşı, yeni işçi qüvvəsi də tələb edirdi. Çoxçeşidli və yüksək keyfiy- yətli alətlər, silahlar, məişət və bəzək əşyaları sübüt edir ki, dəmir dövründə sənətkarliq istehsalı yeni, daha yüksək səviyyəyə qalxmışdır. Bütövlükdə, dəmir dövründə sosial-iqtisadi proseslərin, yəni yüksək məh- suldarlığa malik metal əmək alətlərindən istifadə edilməsi məhsul istehsalını artırması nəticəsində insan əməyinin başqaları tərəfindən istismarı da tunc dövrünə görə xeyli dərəcədə artmışdı. Bu cür istismar maddi nemətlərin əsas hissəsini bir ovuc adamın əlində cəmləşməsi, əksər icmaçıların isə kasıblaşıb müflisləşməsi prosesində rəqabət və mübarizə gücünü də artırırdı. Əlinə külli miqdarda maddi nemət toplamış yuxarı təbəqə insanları, bu var-dövləti qoru- yub hifz etmək, onu artırmaq, yeni ərazilər tutmaq və aşağı kütlələri itaətdə saxlamaq üçün qoşun, mühafizə dəstələri və nəzarətçilər qrupu yaradırdılar ki, bu da yeni mübarizələrin və dövlətlərin ortaya çıxması ilə nəticələnirdi. 2.4. Manna dövləti Məlum olduğu kimi Azərbaycanın cənubunda və şimalında sinifli cəmiyyə- tin bərqərar olması müxtəlif tarixi dövrlərə təsadüf edir və cənubda dövlət qurumu daha əvvəllər təşəkkül tapmışdır. Bu həmin bölgənin İkiçayarası əra- zisinə yaxın olması və buradakı dövlətlərlə əlaqəsi ilə izah olunur. Manna döv- ləti Azərbaycanın cənub ərazisində meydana gəlmiş dövlət qurumlarından biri olmuşdur. Daha sonralar bu ərazidə Atrepatena dövləti meydana gəlmiş, şimalda isə Azərbaycan Albaniya dövləti fəaliyyət göstərmişdir. Adı ilk dəfə e.ə. 843-cü ildə çəkilən, Assur, Urartu mənbələrində və Bibliya- da Munna, Manna, Mannas (Mana), Minni və s. kimi adlandırılan Manna döv- ləti əsasən, Urmiya gölünün cənub-şərqindəki xırda hökmranlıqların birləşdi- rilməsi nəticəsində təşəkkül tapmışdır. Manna çarlığı qədimdən Lullubum adlanan Böyük Zamua vilayətinin bir hissəsində olan Daxili Zamuanın ərazisində meydana gəlmişdir. E.ə. I minilli- yin başlanğıcına aid olan mənbələr Lullubum, Zamua və Manna anlayışları ara- sında varisliyi izləməyə imkan verir. Assur hökmdarı II Sarqon isə Manna çar- lığının meydana gəldiyi Zamua vilayətini Zamua adlanan Lullume ölkəsi kimi təqdim edir. Mannanın sərhədləri cənubda Diyala və Zab çaylarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə Urmiya gölünün qərb 15 Tofiq Nəcəfli, Bilal Dədəyev sahillərinə kimi uzanırdı. Paytaxtı İzurtu (Zirtu) şəhəri idi. Dövlətin ərazisi ca- nişinlər tərəfindən idarə olunan əyalətlərə bölünmüşdü. Gizilbunda, Zikertu, Andia, Uişdiş, Subi, Bari, Buştu belə əyalətlərdən idi. Ölkə ərazisində Zibia (Uzbiya, İzzibiya), Armait (Urmeyate), Uşkaya, Tarun, Tarmakisa, Buştu qalaları, müasir Həsənli təpəsinin yerində qala-şəhər mövcud olmuşdur. Dövlətin çiçək- lənmə dövrü e.ə. VIII əsrin axırlarında İranzunun (e.ə. 740-719) və onun sələflərinin hakimiyyəti dövrünə təsadüf edir. E.ə. 714-cü ildə Urartu çarı I Rusanın assur hökmdarı tərəfindən məğlub edilməsi Manna sərhədlərinin genişlənməsinə səbəb oldu. Bu dövrdə yarımmüstəqil ucqar hakimlərin torpaqları da (Uişdiş, Messi, Andia və s.) Mannaya tabe idi. Asılı vilayətlər də daxil olmaqla Manna həmin dövrdə Urmiya gölünün bütün cənub hövzələ- rini, Urmiya ilə Araz çayı arasındakı su ayrıcınadək gölün şərq sahilini, habelə, Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda yerləşən rayonları əhatə edirdi. Manna ərazisi indiki Cənubi Azərbaycana təxminən uyğun gəlirdi. Bununla yanaşı Manna sərhədləri müəyyən dövrlərdə Araz çayından şimala tərəf də uzanmışdır. E.ə. IX-VIII əsrlərin hüdudunda Manna artıq güclü bir dövlətə çevrilmişdi. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, xarici hücumların qarşısını almağa çalışmışlar. Mannaya qarşı Assuryanın hücumları ara vermirdi. Həmçinin Urartu dövləti Mannaya qarşı işğalçılıq siyasəti yeridirdi. Manna hökmdarı İranzu Assuriya ordusunun III Tiqlatpalar dövründə Urartuya vurduğu zərbədən istifadə edərək Urartunun işğal etdiyi Manna torpaqlarını geriyə qaytardı, Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi. İranzunun hakimiyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildi. Bu dövrdə Mannanın xarici siyasətində iki meyil var idi. Bir qrup Assuriya ilə ittifaqa meyil göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü sax- lamağa çalışırdı. Başqa bir qrup isə Urartu ilə ittifaqa tərəfdar idi. Onların si- yasəti ölkənin parçalanmasına, torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı. Assuriyaya olan meyil Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdır. Lakin İranzunun e.ə. 719-cu ildə vəfatından sonra oğlu Aza (e.ə. 718-716) hakimiyyətə gələn za- man Urartu meyilli qüvvələr daha da fəallaşdı. Onun iki il davam edən haki- miyyəti zamanı Mannada daxili çəkişmələr yenidən gücləndi. Dövlətin parça- lanma qorxusu yarandı. Urartu hökmdarı I Rusa onlara yaxından kömək gös- tərirdi. E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü. Urartu meyilli qüv- vələr hakimiyyətə Azanın qardaşı Ullusununu (e.ə. 716-680) gətirdilər. Onun hakimiyyətə gətirilməsinə Urartu hökmdarı I Rusa kömək etmiş və Ullusunu- dan 22 Manna qalasını almışdır. Bu vəziyyət Assur hökmdarı II Sarqonun e.ə. 716-715-ci ildə Manna və Urartuya yürüşlərinə səbəb oldu. E.ə. 714-cü ildə II 16 AZƏRBAYCAN TARİXİ Sarqonun növbəti yürüşü zamanı Manna ilə əlaqədar bir neçə niyyəti var idi: buranı Urartunun təcavüzündən tamamilə azad etmək; Assuriyanın mövqeyini Mannada möhkəmləndirmək; Mannadan Assuriya xəzinəsinə vaxtlı-vaxtında xərac göndərilməsini təmin etmək. Ullusunu ilə II Sarqon arasında Sirdakka şəhərində sövdələşmə oldu. Ullu- sunu II Sarqondan I Rusanı məğlub etməsini və başqa ərazilərdəki mannalıları öz yurdlarına qaytarmağını istədi. II Sarqon bu diləyi yerinə yetirəcəyinə söz verdi. Qanlı döyüşdə I Rusa və ona köməyə gəlmiş yerli canişinlər məğlub ol- dular. I Rusa Urartuya qaçdı. Urartu işğalı altında olan Mannanın Uişdiş və Subi vilayətləri azad olundu. Yürüşü davam etdirən II Sarqon Urartu ərazisinə daxil oldu və bir çox vlayəti ələ keçirdi. I Rusa daha müqavimət göstərə bilmədi və özünü öldürdü. Bundan sonra Urartu zəiflədi və bir daha Mannanın daxili iş- lərinə qarışa bilmədi. Manna isə qüdrətli dövlətə çevrildi. E.ə. VII əsrin ortalarına doğru Manna hökmdarı Ahşeri (e.ə. 675-650) müs- təqil xarici siyasət yeridirdi. Onun hakimiyyəti dövründə Assuriya ilə olan itti- faq pozulmuşdu. Buna görə də, Assuriya hökmdarı Aşşurbonipel (e.ə.669- e.ə.627) Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Mannanın bəzi şəhərləri, o cümlədən paytaxt İzurtu ələ keçi- rilərək dağıdıldı. Ahşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan baş verdi və Ahşeri öldürüldü. Hakimiyyətə gələn oğlu Ualli (e.ə. 650-630) Assuriya ilə ittifaqı bərpa etdi. Bundan sonra Assuriya Midiya ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək etdi. Bu mübarizədən sonra E.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi. Beləliklə, Mannanın müstəqil dövlətçiliyinə son qoyuldu. Mannalıların təsərrüfat həyatında əkinçilik və maldarlıqla yanaşı, sənətkar- lıq da mühüm yer tutmuşdur. Mannada peşəkar sənətkarlar yetişmişdir. On- lar qızıl, gümüş, tunc və misdən bəzək əşyaları, qab-qacaq və s. hazırlayırdılar. E.ə VIII-VII əsrlərə aid Zikiyə Manna qalasından zəngin sənətkarlıq nümünələri tapılmışdır. Həsənli və Zikiyə tapıntıları Mannada metalişləmə sənətinin yük- sək səviyyədə inkişaf etdiyini göstərir. Arxeoloji qazıntılar zamanı tapılmış əş- yalar üzərindəki şəkil və naxışlar Manna təsviri sənətinin gözəl nümünələridir. Həsənli qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur. Qızıl cam üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı olduğu təx- min olunur. Camın üzərindəki həyat ağacı üzərində günəş, ay və külək-yağış rəsimləri ilə mannalılar inandıqları tanrıları təsvir etmişlər. Mannada əhali tan- rılar panteonuna və həyat şəcərəsinə sitayiş etmişdir. Zikiyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Mannada yerli yazı növü də olmuşdur. Zikiyədən 17 Tofiq Nəcəfli, Bilal Dədəyev tapılmış gümüş sini üzərində həkk edilmiş işarələr isə heroqlif yazı növünə aiddir. İşarələrin çoxluğu və müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunu- şu olmuşdur. Bəzi işarələr güman ki, rəqəm bildirmişdir. Mannada türk, hürri, iran dillərinin işləndiyi söylənilir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk tayfalarının da yaşadığını göstərir. 2.5. Kimmer-İskit-Sak padşahlığı E.ə.VII əsrin əvvəllərində şimaldan Azərbaycan ərazisinə kimmer, iskit və sak tayfalarının böyük köçü başlayır. Hələ e.ə.VIII əsrdə kimmerlər Şimali Qaf- qazda yaşayırdılar. Onların ilkin vətəni Şimali Qafqazın qərb bölgələri sayılsa da onlar Kerçdən Krımadək bütün Qara dənizin şimal sahillərinə yayılmışdılar. E.ə. VIII əsrin sonlarından etibarən, kimmerlər müxtəlif səbəblər üzündən doğma torpaqlarını tərk edərək müxtəlif yollarla Ön Asiyaya, Anadoluya köç etmiş, bir müddət Anadolu və İkiçayarası bölgələrinin hərbi-siyasi həyatının fəal iştirakçılarından birinə çevrilmişdilər. Kimmerlərin yeni yerlərə köçməsinin əsas səbəbi e.ə. VIII əsrin II yarısında iskit-sak tayfalarının Şimali Qafqaz və Şimali Qara dəniz sahillərinə gəlmələri olmuşdur. Məhz iskitlərlə hərbi qarşıdurma nəticəsində kimmerlər bu torpaq- lardan getmək məcburiyyətində qalmışdılar. İskitlər Avropadan qovduqları kimmerlərin ardınca Asiyaya soxulmuş, kimmerləri izləyərək Manna və Midi- yaya gəlib çıxmışdılar. Məhz bu izləmələrin gedişində e.ə. VII əsrin ilk rübündə kimmer-iskit-sak tayfaları, çox güman ki, Dəryal və Dərbənd keçidləri vasitə- silə Azərbaycana axışmış və təxminən e.ə. VII əsrin 70-ci ilərində Urmiya gölün- dən şimali-qərbdə, Araz çayı vadisində, Manna və Urartu arasındakı bölgələr- də möhtəşəm bir səltənət yaratmışlar ki, bu səltənət təxminən 30 il Ön Asiya- nın ən qüdrətli hərbi-siyasi gücü rolunu oynamışdır. Tarixşünaslıqda qısa müd- dət ərzində Ön Asiyanın, habelə Cənubi Qafqazın tarixində dərin iz buraxmış iskitlərin etnik və dil mənsubiyyəti barəsində mübahisələr uzun müddətdir ki, davam edir. Müxtəlif qaynaqlarda keçən məlumatlar iskit, skit, işquz, aşquz, sak və s. kimi adlandırılan bu qüdrətli etnik birliyin türk soyları toplusundan olduqları fikrini sübut edir. E.ə.VIII əsrin sonu-e.ə. VII əsrin əvvəllərində iskitləri həmçinin sak adlandı- rırdılar. Adları müxtəlif antik və şərq qaynaqlarında öz əksini tapmış saklar (e.ə.VI-V əsrlərin ortokoribantları və e.ə. IV-I əsrlərin sakasenləri elə saklardı- rlar) cənubi-şərqi Qafqazın, habelə Azərbaycanın onomastikasında dərin iz qoymuşlar. Sakasena, Zaqatala, Balasakan və s. adları mütəxəssislər haqlı ola- raq saklarla bağlayırlar. Kimmer-skif axınları etnik tərkib baxımından çox rən- garəng olsa da, bu tayfaların içərisində o zamanki Azərbaycan əhalisinin əsas 18 AZƏRBAYCAN TARİXİ hissəsini təşkil etmiş qədim türk soyları ilə qohum soylar böyük üstünlüyə malik olmuşdurlar. Kimmer-skit-sak padşahlığı qısa müddətdə olsa da, Ön Asiyanın hərbi si- yasi tarixində dərin iz buraxmışdır. Bəlkə də kimmer-iskit-sak axınları ərəfəsin- də Ön Asiya ölkələri, əsasən, iki cəbhəyə-assur və antiassur cəbhəsinə parça- lanmışdır. Assuriyanın düşmənləri ilə ittifaqa girmiş kimmerlər təcavüzkar döv- lətə (Assuriyaya) qarşı mübarizə aparan əsas qüvvəyə çevrilmişdilər. Ön Asi- yaya axının gedişində müxtəlif hissələrə parçalanmış iskitlərin bir dəstəsi Par- tatuanın (Herodotda-Prototiy) başçılığı ilə Urartunun cənubunda, Hubuşkia ölkəsinə yaxın bölgələrdə, Şipakayanın başçılıq etdiyi iskitlər isə Mannanın şimal-qərb və qərb torpaqlarında məskunlaşdılar. Tezliklə bu yeni sakinləri narahatlıqla izləyən Assur hökmdarı Asarhaddonla iskitlər arsında toqquşmalar başlayır. Toqquşmaların birində Asarhaddon “Man- na ölkəsinin adamlarını dinc oturmayan kutilər” ilə yanaşı ”skit Şipakayanın ordusu”nu əzdi. Assur hökmdarı Asarhaddonun qızının Partatua ilə nikahlan- ması göstərir ki, ola bilsin ki, assurlar iskitlər içərisinə nifaq salıb onları parça- laya bilmişdilər. Hubişkanın qonşuluğundakı iskitlər Assuriyaya qarşı mübari- zədən əl çəkmiş və iskitlər, mannalılar və midiyalıların bir müddət assurlara qarşı çıxışlarını dəstəkləmiş, antiassur qüvvələrini vahid cəbhədə birləşdirmə- yə çalışmışdılar. Assurların müttəfiqinə çevrilmiş Partatuanın oğlu Madi də bu ittifaqa sadiq qalmış, Kiçik Asiyada hərbi təsisatlara başlamış və Midiyanın üdaxiləsinə maneçilik törətmişdir. E.ə. VII əsrin ortalarında vahid Kimmer-iskit-sak padşahlığına hökmdar Tuq- damme başçılıq edirdi. "Sak və kuti ölkələrinin hökmdarı” titulunu daşıyan Tuqadamme e.ə.VII əsrin 60-50-ci illərində Assuriya hökmdarı Aşşurbonipalla ittifaqa girmiş və Kiçik Asiyada ardıcıl istilaçı müharibələr aparmışdır. O, Kiçik Asiyaya səfərlərinin birində döyüşdə həlak olmuşdur. Güney Azərbaycanın qərbində meydana çıxıb təşəkkül tapan, Quzey Azər- baycanın da bir hissəsini əhatə edən Kimmer-iskit-sak padşahlığı Azərbayca- nın böyük bir hissəsini özündə birləşdirən bir dövlət idi. Kimmer, iskit və sak- ların cəsur süvari və piyada döyüşçüləri olub. Döyüş zamanı ikitəkərli döyüş arabalarından istifadə ediblər. Onlar zireh geyir, xəncər, ox və yayla silahlanır- dılar. Qarabağda Xocalı, Mingəçevir, Gədəbəy abidələrindən iskit və sak tipli ox ucluqları tapılmışdır. Ox ucları tunc və dəmirdən hazırlanmışdır; iki və üç- tillidir. İskitlərdə incəsənət yüksək inkişaf etmişdir. İskit incəsənəti Manna sənət- karlığına təsir etmişdir. Tapılan qızıl, gümüş ritonlarda, gümüş sini, qılınc dəs- təyi, qın hissələri, kəmər və s. nümünələrdə iskit mədəniyyətinin təsiri gö- 19 Tofiq Nəcəfli, Bilal Dədəyev rünür. Kimmer-iskit-saklarda çoxtanrılıq mövcud idi. Onlar torpağı, suyu müqəddəs sayırdılar. İskit əyanları dəfn olunanda onların qəbri üzərində möhtəşəm kurqanlar qurulurdu. Kurqanlara məişət əşyaları, silahlar, bəzək əşyaları qoyur-dular. Lakin bəhs edilən dövrdə Ön Asiyada, o cümlədən Azərbaycanda hərbi- siyasi durum sürətlə dəyişirdi. Təxminən Kimmer-iskit-sak padşahlığı ilə eyni zamanda, indiki İran ərazisində təşəkkül tapan, 28 il (e.ə 653-625) sakların hökmranlığı altında qalan Midiyanın çarı Kiaksarın (e.ə 625-585) işğalçı yürüş- ləri dövründə Midiya imperiyası ilə rəqabətə duruş gətirə bilməyən Kimmer- iskit-sak padşahlığı e.ə. VI əsrin əvvəllərində süquta uğramışdır. 20 AZƏRBAYCAN TARİXİ III F Ə S İ L AZƏRBAYCAN MİDİYA VƏ ƏHƏMƏNİ İMPERİYASININ TƏRKİBİNDƏ. QƏDİM AZƏRBAYCAN DÖVLƏTLƏRİ 3.1. Azərbaycan Midiya imperiyasının tərkibində E.ə. I minilliyin əvvəllərində tarix səhnəsində görünən madalıların (midiya- lıların) vətəni Mannadan cənubi-şərqdə, İranın mərkəzində yerləşirdi. Manna- nın Qizilbunda vilayəti ilə həmsərhəd olan, sonralar paytaxtı Ekbatana (indiki Həmədan) olan dövlət yaratmış madalıların vətəninin adına ilk dəfə e.ə. IX əsrin 40-cı illərinə aid Assur hökmdarı III Salmanasarın (e.ə.860-825) kitabəsində, özü də Amaday (Maday, Matay) formasında rast gəlinir. Qaynaqlarda 6 əsas Midiya tayfasının adları (maqlar, buslar, budilər, paretakenlər, arizantlar və struxartlar) çəkilir. Midiya dövləti Assuriyaya qarşı mübarizədə meydana çıxmışdır. E.ə. IX-VIII əsrlərdə Midiya torpaqları dəfələrlə Assuriya şahlarının (V Şamşiadad, III Adad- nirari, III Tiqlatpalasar, II Sarqon və b.) viranedici yürüşlərinə məruz qalmışdır. Assur işğalçıları çoxsaylı yaşayış məskənləri olan Midiyanı xarabalıqlara çevirir, əhalini qarət edirdilər. Assur qaynaqlarına görə II Sarqonun yürüşü zamanı Midiya vilayətində hakimlik edən Manna canişini Dayaukku Urartuya uyaraq mərkəzi Manna hakimiyyətinə qarşı qiyam qaldırdığı üçün assurlar tərəfindən cəzalandırılaraq ailəsi ilə birlikdə Hamat şəhərinə köçürüldü. Mada tayfa ittifaqı, əsasən Cənubi Azərbaycandan şərqdə və cənubi-şərqdə, Xurvin, Marlik, Sialik və s. bölgələrdə təşəkkül tapmışdır. Tarixin atası Herodot tərəfindən toplanmış rəvayətlərə görə Midiyada ilk mərkəzləşdirilmiş dövlət yaratmaq təşəbbüsü əfsanəvi Deyoka məxsus olmuş- dur. Bəzi müəlliflərin Dayaukku ilə eyniləşdirdikləri (bəziləri tərəfindən isə onların eyniadlı iki müxtəlif şəxs olduqları, hətta “Dayaukku”nun şəxs adı yox, rütbə-vilayət ağası olduğu güman edilir) Deyok (e.ə. 712-675) e.ə. VIII əsrin sonunda Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratmış, Ekbatana (“yı- ğıncaq yeri” deməkdir) şəhərini saldırmış və onu öz dövlətinin paytaxtı elan etmişdir. 21 Tofiq Nəcəfli, Bilal Dədəyev İskitlərin Ön Asiyaya hücumları zamanı Midiya Assuriyaya qarşı mübarizəyə başladı. Bu mübarizəyə Kaştariti (e.ə. 672-653) rəhbərlik edirdi. E.ə. 672-ci ildə Midiya Assuriya tabeçiliyindən çıxaraq müstəqil dövlətə çevrildi. E.ə. 653-cü ildə Kaştariti Assuriyaya yürüş edən zaman iskitlər assurların köməyinə gəlmiş və midiyalılar məğlub olmuşdur. Kaştariti bu döyüşdə öldürülmüş və Midiya bir müddət iskitlərin hakimiyyəti altında qalmışdır. Midiyada iskit ağalığına hökmdar Kiaksar (e.ə. 625-585) son qoya bilmişdir. O, Midiya dövlətini xeyli gücləndirmişdir. Kiaksar xırda vilayətləri özünə tabe edərək, Midiya tarixində ilk dəfə nizami ordu yaratmışdır. Özünə ”Şahlar şahı” titulu götürən Kiaksar, e.ə. 616-cı ildə Babilistanla birlikdə Assuriyaya hərbi yürüş təşkil etdi. Bu mü- haribədə Manna Assuriyanın müttəfiqi kimi ona yardım göstərdi. Elə həmin il Qablin şəhəri yaxınlığında baş verən döyüşdə Assur-Manna qoşunu məğlub oldu. E.ə. 605-ci ildə midiyalılar Misir-Assur qüvvələrinin son dayanacağı olan Karxemiş qalasını elə keçirdilər. Bununla da qədim dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Assuriya imperiyasına son qoyuldu. Bu hadisələrdən sonra Midiya hökmdarı Kiaksar Egey dənizi sahillərinə çıxmaq üçün Lidiya çarlığına qarşı mübarizəyə başlasa da, bu gözlənilən nəticəni vermədi. Məhz bu dövrdə Kiaskar tərəfindən Urartu, Manna və İskit padşahlıqlarına son qo- yuldu. E.ə. 590-cı ildə Midiya dövləti Mannanın nisbi müstəqiillinə son qoy- muşdur. Bu tarixdən etibarən Azərbaycanın böyük bir hissəsi Midiya impe- riyasının tərkibinə daxil edilmişdir. 3.2. Azərbaycan Əhəmənilər imperiyasının tərkibində E.ə. 553-cü ildə əvvəllər Midiyanın tərkibinə alınmış, Fars vilayətinin hakimi Əhəmənilər sülaləsindən olan Kambiz oğlu Kuruş (II Kir) başda Midiya əyanı Qarpaq olmaqla narazı Midiya əyanları ilə ittifaqa girərək Midiya hökmdarı Astiaqa qarşı üsyan qalxdı. Üç illik mübarizədən sonra ona qalib gələrək, Ekbatanı ələ keçirdi. Beləliklə, e.ə. 550-ci ildə Midiya dövlətinə son qoyuldu və yerində Əhəmənilər dövləti quruldu. E.ə. 547-ci ildə II Kir Lidiya çarı Krezin ordusunu məğlub edərək, Egey sahil- lərindəki yunan torpaqlarını ələ keçirib, Kiçik Asiyanı öz hakimiyyəti altına aldı. Sonra Babilistanı aldı. Misirə qədər Qərb ölkələrini Əhəmənilərə tabe etdi. Lakin e.ə. 530-cu ildə onun Azərbaycanda Araz çayının şimalında yaşayan massagetlər üzərinə yürüşü uğursuz oldu. Massaget hökmdarı qəhrəman qadın Tomris onlardan çəkinməyərək mübarizəni davam etdirərək, Əhəməni- lərə qalib gəldi. Bu döyüşdə II Kir massaget əsgərləri tərəfindən öldürülmüş və Əhəməni ordusu isə məhv edilmişdir. Azərbaycan tamamilə I Dara (e.ə. 522-486) zamanında Əhəmənilər impe- riyasının tərkibinə alınmışdır. O zamanlar Azərbaycanda yaşayan kaspi, uti, 22 AZƏRBAYCAN TARİXİ mük, maq və b. bu kimi tayfalar da Əhəməni ordusuna cəlb edilmişdi. Kaspi tayfaları I Daranın və oğlu Kserksin Yunanıstana hərbi yürüşlərində iştirak et- mişdi. I Daranın dövründə özünün ən qüdrətli dövrünü yaşayan Əhəməni imperiyası onun varisləri dövründə taxt-tac mübarizəsi nəticəsində zəifləməyə başladı. E.ə. IV əsrin ortalarında Makedonyalı II Filipp bütün yunan şəhər dövlətlə- rini özünə birləşdirə bildi. E.ə. 338-ci ildə Xeroneya döyüşündə əldə etdiyi qələbə nəticəsində bütün Yunanıstan II Filippin hakimiyyəti altına keçdi. Ar- dından İrana edəcəyi səfər hazırlıqları ərəfəsində II Filipp öldürüldü. Yerinə 20 yaşlı oğlu İsgəndər (e.ə. 336-323) keçdi. E.ə. 334-cü ildə İsgəndər 35 minlik ordu ilə Şərq səfərinə çıxdı. Həmin ilin mayında Dardanel boğazını keçən İs- gəndər Qranik döyüşündə Əhəməni ordusunu məğlubiyyətə uğratdı. O, e.ə. 333-cü ildə İss şəhəri yaxınlığında (Suriyanın şimali) III Daranın ordusunu məğ- lub etdi. Bu döyüşdə III Daranın ailəsi İsgəndərin əlinə əsir düşdü. E.ə. 332-ci ildə İsgəndər Misiri işğal etdi. E.ə.331-ci il oktyabrın 1-də İsgəndər Qavqamela (Cancal) döyüşündə III Dara ordusunu ağır məğlubiyyətə uğratdı. III Dara dö- yüşdən qaçaraq Ekbatana, oradan da Xəzər dənizinin cənubunda öz adamları tərəfindən tutularaq öldürüldü. Beləliklə, e.ə. 330-cu ildə Əhəməni imperiyası süqut etdi. 3.3. Atropatena dövləti E.ə. 323-cü ildə Makedoniyalı İskəndərin ölümündən sonra onun yaratmış olduğu möhtəşəm imperiya onun sərkərdələri arasında bölüşdürüldü. Məhz bu dövrdə, Azərbaycanın cənubunda yerli dövlətçilik ənənələri bərpa olundu, Atropatena dövləti yarandı. Atropatena şimalda Araz çayı, qərbdə Zaqros dağ- ları, cənubda midiyalıların torpaqları ilə həmsərhəd idi. Müxtəlif dilli antik və ilkin orta əsr qaynaqlarında vaxtilə Atropatena ərazi- sində yaşamış mük, kaspi, matien, mard (amard), kadusi, anariak və b. Tayfa- ların adları çəkilir. Qədim Atropatena əhalisinin dil mənsubiyyəti haqqında mübahisələrə to- xunmadan belə hesab edirik ki, antik dövrün coşqun etnosiyası prosesləri üzündən Atropatena əhalisi təbii ki, müxtəlif mənşəli dillərdə danışan etnos- lardan ibarət olmuşdur. Bunların içərisində həm türk, həm də İran mənşəli (bəlkə də eyni zamanda digər mənşəli) dillərdə danışan müxtəlif tayfalar ol- muşdur. Atropatenanın adı barəsində fikirlərin tarixi bu ölkənin tarixi qədər qədim- dir. Ən qədim yazılı mənbələr bu adın vaxtilə Əhəmənilərin canişini olmuş Atropatın adından yarandığını iddia edir. Bir sıra müəlliflər hesab edirlər ki, 23 Tofiq Nəcəfli, Bilal Dədəyev Atropatena “Atropata məxsus olan yer, ölkə” mənasını verərək indiki Azərbay- can adının ilkin forması olmuş, sonralar Atropatatakan, Adurbadaqan, nəhayət, Azərbaycan kimi formaları alaraq Xilafət dövründə bugünkü şəklə düşmüş- dür. Həmin versiyanın tərafdarlarının fikrincə Atropat adı güman ki, Əhəmə- nilər imperiyasının indiki Cənubi Azərbaycanı əhatə etmiş Kiçik Midiya satrap- lığının canişinin şəxsi adı yox, onun daşıdığı baş atəşpərəst kahini vəzifəsinin adından (“atr”-od, atəş,”pat”-başçı) törəmişdir. Lakin Y.B.Yusifov hələ e.ə I minilliyin əvvəllərindəki mixi yazılı qaynaqlara əsaslanaraq göstərir ki, artıq e.ə. VIII-VII əsrlərdə Qızılüzən çayının mənbəyin- də Andirpatanu (Andarpatian) məskəninin adı çəkilirdi. Bu ad “dağlı-təpəli düzən yer”, “dağ silsiləsi”, yaxud “dağaltı yer” mənasını vermiş, sonralar təd- ricən Midiyadan şimalda yerləşən bütün cənubi Azərbaycana şamil edilərək, fonetik dəyişikliklər nəticəsində (Andirpatianu, Andarpatiyan, Andirpatyan, Andirpatiqan, Adirbican, Azirbican, Azirbaycan) indiki şəklini almışdır. Qavqamela döyüşündə III Daranın qoşununun tərkibində midiyalılar, ka- dusilər, albanlar və sakasinlərin birləşmiş dəstələrinin başında duran Atropat, yunan-Makedoniya ordusuna qarşı döyüşdüyü üçün İsgəndər təbii ki, qazan- dığı qələbədən sonra onu vəzifəsindən kənarlaşdırdı və Midiyanın idarəsini Oksidat adlı bir nəfərə (sonralar onu Arsak əvəz etdi) tapşırdı. Bəzi məlumat- lar güman etməyə imkan verir ki, Atropat bir müddət İsgəndərə qarşı müba- rizə haqqında düşünsə də bunun faydasız olduğunu başa düşüb, onunla ya- xınlaşmaq yolunu tutmuş və e.ə. 328-ci ildə yenidən öz vəzifəsinə qaytarılmış- dı. Atropat öz qızını İsgəndərin yaxın dostu, həmfikri, yunan-Makedoniya or- dusunda süvarilərin komandanı Perdikkaya ərə verməklə öz mövqeyini möh- kəmləndirdi. İsgəndər Hindistan səfərində olarkən e.ə. 324-cü ildə Bariaks adlı bir nəfərin başçılığı ilə qalxan üsyanı yatırdı. Bariaksı həbs edərək Babildə İs- gəndərə təhvil verməsi Atropatın nüfuzunu daha da möhkəmləndirdi. Nisay düzündəki görüşdən sonra İsgəndər Atropatı öz yanından buraxmır, onu özü ilə birlikdə Suza apardı. Məşhur Suz döyüşlərində onun İsgəndərə bağışladığı amazonkalar böyük uğurla çıxış etdilər. Beləliklə, Atropatın mövqeyi xeyli möh- kəmləndi. E.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Perdikkanın dövründə Atro- patın müstəqil hökmdar olduğuna şübhə yoxdur. Lakin Perdikkanın dövrü uzun çəkmədi və o, e.ə. 321-ci ildə Misirə-Ptolomeyə qarşı yürüş zamanı öz sərkərdələri tərəfindən öldürüldü. İsgəndərin imperiyası onun sərkərdələri tə- rəfindən yenidən bölüşdürüldü. Suriya və Babilistana sahib çıxmış sərkərdə Selevk (e.ə 321-281) tezliklə İraq və Orta Asiyada böyük bir imperiya yaratdı. Bu imperiya uzun müddət romalılar və e.ə III əsrin ortalarında Orta Asiyanın 24 AZƏRBAYCAN TARİXİ cənubi-qərbində, indiki Türkmənistan ərazisində Arşakilər sülaləsinin başçılığı ilə meydana çıxan və beş əsr (e.ə. III əsrin ortalarmdan b.e.-nin 224-cü ilinədək) mövcud olan Parfıya dövləti ilə mübarizə apardı. Baktriya, Soqdiana və Parfiya müstəqillik əldə etdikdən sonra Selevki hökm- darı III Antiox (e.ə. 223-187) bu torpaqları geri qaytarmaq üçün son cəhd gös- tərdi. Onun Şərq yürüşü (e.ə. 209-205) uğurla nəticələndi və Hindistanadək torpaqlar Antioxun nəzarəti altına keçdi. Hələ III Antioxun hakimiyyətinin əvvəllərində Midiya satrapı Molon Selev- kilərə qarşı üsyan (e.ə. 222-220) qaldırdı. O, Artabazanın hökmdarlıq etdiyi Atropatenaya soxuldu və e.ə. 220-ci ildə bu ölkəni özündən asılı vəziyyətə saldı. Lakin çox yaşlı olan Artabazan III Antioxla döyüşə gəlməyərək öz müstəqilli- yini, üsul-idarəsini saxlamaqla Selevkilərdən asılılığı qəbul etdi. Lakin e.ə. 190-cı ildə Maqnesiya döyüşündə III Antioxun romalılara məğlu- biyyəti ilə Atropatena Selevki asılılığından xilas oldu. E.ə. II əsrin ortalarında Parfıya çarlığı Midiyanı, İkiçayarasını ələ keçirdi. Şübhəsiz ki, bu vaxtdan eti- barən Atropatena da qüdrətli Parfiya çarlığının nüfuz dairəsinə düşdü. Bir müddət Ön Asiya Parfiya-Roma qarşıdurmasının meydanına çevrildi. E.ə. I əsrin əvvəllərində Kiçik Asiyada Roma-Pont münaqişəsi kəskinləşdi. Roma senatının şərqə göndərdiyi sərkərdə Lisini Lukull e.ə. 71-ci ildə Pont çarı VI Mitridatın qoşunlarını əzib Ərməniyyə ərazisinə girdi. Parfiya Arşakiləri tə- rəfindən Ərməniyyə taxtına əyləşdirilmiş II Tiqran (e.ə. 95-55) (o, bir müddət Arşakilərin yanında girov olmuşdur; bəzi məlumatlara görə ana tərəfdən ar- şakilərin qohumu idi) e.ə. 69-cu ildə öz paytaxtı Tiqranakertin yaxınlığında Lu- kulla döyüşündə alban, iber və atropatenalıların etdikləri köməyə baxmayaraq məğlubiyyətə uğradı. O, e.ə. 68-ci ildə Artaksat şəhəri yaxınlığındakı döyüşdə Lukulla yenə uduzdu. Lakin Lukullun arxayınlaşmasından istifadə edən II Tiq- ran Kappadokiyanı tutaraq dağıtdı. E.ə. 66-cı ildə Roma senatının Lukullun yerinə təyin etdiyi məşhur sərkərdə Qney Pompey II Tiqranı tezliklə Romaya tabe etdi. Amma Pompeyin aldığı ölkələr içərisində Atropatenanın adı çəkilmir. E.ə. 36-cı ildə Atropatena digər Roma sərkərdəsi-Misir hökmdarı Kleopatra ilə evlənmiş Antoninin hücumuna məruz qaldı. Antoni Ərməniyyə çarı II Ar- tavazdın təhriki ilə Atropatenaya soxuldu və ölkənin ən mühüm qalalarından biri olan Fraaspanı mühasirəyə aldı. Bu zaman Parfiya şahı IV Fraatla ittifaqda olan Atropatena kifayət qədər hərbi-siyasi qüvvəyə malik idi. Qazaka kimi pay- taxtı, Vera, Aqnazana, Fraaspa və Fanaaspa kimi qalaları olan Atropatena döv- ləti 40 min piyada və 10 min süvari qoşun çıxara biləcək gücdə idi. 25 Tofiq Nəcəfli, Bilal Dədəyev Fraaspa ekspedisiyası zamanı IV Fraat və Atropatena hökmdarı III Artabaz Antoninin qoşunlarına rahatlıq vermirdi. Erməni çarı öz müttəfiqləri olan ro- malıları doyüş meydanında tək qoyub qaçdı (bu xəyanətə görə Antoni e.ə. 34-cü ildə İsgəndəriyyədə onun boynunu vurdurdu, başını və torpaqlarını At- ropatena çarına hədiyyə verdi) və Antoni 35 min döyüşçü itirərək Atropate- nadan geri çəkildi. Bu uğurdan sonra romalılardan əldə olunmuş qənimətlərin bölüşdürülməsi üstündə Parfiya və Atropatena hökmdarları arasında nifaq düşdü. E.ə. I əsrin sonu - b.e. I əsrinin əvvəllərində Atropatenanın Artabaz, II Ariobarzan kimi hökmdarları Roma ilə ittifaqda çıxış edir, Romanın əli ilə bir müddət Ərməniyyə taxt-tacına da sahib olurlar. Lakin tezliklə Atropatena yenidən Parfiya ilə yaxınlaşdı. Eramızın 20-ci il- lərində Atropat sülaləsinin son nümayəndəsi Ariovastdan sonra parfiyalılar Atropatena taxtına ana tərəfdən Arşakilərlə qohum olan nəsli gətirdilər. Atro- pat nəslinin 350 illik hakimiyyətindən sonra taxta çıxmış Kiçik Arşakilər sülaləsi III əsrin əvvəllərində-Sasanilərin işğalınadək ölkəni idarə etmişdir. Atropatena quldar dövləti e.ə. IV əsrin 20-ci illəri-b.e. III əsrində bölgənin həyatında mü- hüm rol oynamış dövlətlərdən biri idi. Atropatena Azərbaycanın qədim döv- lətçilik ənənələrinin bərpası və inkişafında, Azərbaycanda etnik birliyin təşək- külü prosesində mühüm rol oynamışdır. 3.4. Azərbaycan Albaniya dövləti E.ə. IV əsrin sonu - III əsrin əvvəlllərində Azərbaycanın şimalı və indiki Da- ğıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan Albaniya dövləti tə- şəkkül tapmışdır. Albaniya şimalda Sarmatya, qərbdə İberiya, cənubda isə At- ropatena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikalarının bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə ol- muşdur. Heredot, Ptolomey, Strabon, Böyük Plini, Plutarx, Yuli Solin, Arrian (alban- ların adına ilk dəfə sonuncu muəllifdə rast gəlinir) və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. 26 dildə danışan əhaliyə (Strabon) malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sovde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazırda antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türkdillərində danışanlar aparıcı rol oyna- mışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə danışan tayfalar da yaşamışlar. 26 AZƏRBAYCAN TARİXİ Bəziləri “alban” adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan, türkmən, qazax və b. türk dillərində “alban”, “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp, alb (cə- sur, igid, ər) sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi” mə- nasını verir. Albaniyanın mərkəzi, xüsusən də aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın rayonları isə Qafqaz-İberdilli tayfalarının məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas xüsusiyyət idi. Albaniya ərazisində il- kin tayfa ittifaqları hələ e.ə. II minilliyin sonu, I minilliyin başlanğıcında mey- dana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilərin təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Mə- sələn, məlumdur ki, cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qav- qamela döyuşündə III Daranın ordusunun tərkibində müstəqil hərbi hissələr kimi döyuşmuşdülər. Bilavasitə III Daranın ətrafındakı mövqelərin şimal tayfa- larına etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi. Bəzi antik müəlliflər Albaniya adını İsgəndərin işğal etdiyi ölkələr sırasın- da cəksələr də, Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başlamışdır. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimiyyətə tabe olunması prosesi hələ Əhə- mənilər dövründə başlamış və İsgəndər dövründə başa çatmışdır.

Use Quizgecko on...
Browser
Browser