Summary

This document contains a set of ecology questions. It includes concepts about organisms, environmental interactions, and ecological processes. The questions cover different ecological levels, processes, and principles.

Full Transcript

1. Ekologiya nəyi öyrənir? A) Müxtəlif həyat tərzinə malik canlıların həm özləri, həm də onları əhatə edən ətraf mühit komponentləri arasında qarşılıqlı münasibətdə meydana çıxan qanunauyğunluqları; B) Canlıların fiziologiyasını; C) Ətraf mühitin çirklənməsini; D) Canlıların çoxalma qanunauyğunluqla...

1. Ekologiya nəyi öyrənir? A) Müxtəlif həyat tərzinə malik canlıların həm özləri, həm də onları əhatə edən ətraf mühit komponentləri arasında qarşılıqlı münasibətdə meydana çıxan qanunauyğunluqları; B) Canlıların fiziologiyasını; C) Ətraf mühitin çirklənməsini; D) Canlıların çoxalma qanunauyğunluqlarını; E) Bitkilərin morfologiyası və vegetasiyasını. 2. Ekologiya termini ilk dəfə neçənci ildə elmdə istifadə edilib? A) 1866; B) 1876; C) 1886; D) 1988; E) 1976. 3. Ekologiyanın predmetinə görə onun neçə tədqiqat istiqaməti vardır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 4. Canlıların fiziologiyası və yaşadığı şəraitdəki davranışını öyrənən ekologiya hansıdır? A) Auto və ya faktorial ekologiya; B) Populyasiya ekologiyası; C) Landşaft ekologiyası; D) Estuarilərin ekologiyası; E) Populyasiya ekologiyası. 5. Hansı obyekt populyasiya ekologiyasının predmetinə aiddir? A) Demoqrafik göstəricilər; B) Canlıların fiziologiyası; C) Növarası münasibətlər; D) Enerji axınları; E) İnformasiya axınları. 6. Maddi aləmi təşkil edən obyektlərin maksimum neçə fundamental xassəsi vardır? A) 4; B) 2; C) 3; D) 1; E) 5. 7. Ekoloji xassə və qanunauyğunluqlar hansı səviyyədə müşahidə edilmir? A) Molekulyar-genetik səviyyədə; B) Növ səviyyəsində; C) Populyasiya səviyyəsində; D) Biogeosenoz səviyyəsində; E) Biosfer səviyyəsində. 8. Ekoloji xassələr hansı prosesdə özünü büruzə verir? A) Canlıların qarşılıqlı təsirində; B) Maddənin aqreqat halının dəyişməsində; C) Canlıların çoxalması prosesində; D) Zülalların parçalanması mərhələsində; E) Biokimyəvi proseslərdə. 9. Əsası karbon və hidrogen elementi olan, biokimyəvi reaksiyalar əsasında qurulmuş sivilizasiyaların mümkünlüyünü hansı düsturla hesablanır? t A) N nKLMS ; T t B) S nKLM ; T t C) K nLMS ; T D) N nKLMST ; t E) N nK. T 10. Canlı varlıqlar dünyası neçə imperiyaya bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 11. Canlılar maddə mübadiləsinin xarakterinə görə köklü fərqlənən neçə böyük qrupda birləşirlər? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 12. Canlılar enerji mübadiləsinin xarakterinə görə köklü fərqlənən neçə böyük qrupda birləşirlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 13. Orqanizm tərkibində olan zülal molekulları maksimum neçə aminturşudan ibarət ola bilər? A) 20; B) 15; C) 10; D) 25; E) 30. 14. Hansı üzvi əsas irsi bioinformasiya daşıyan DNT molekulunun tərkibinə daxil deyil? A) Urasil; B) Adenin; C) Quanin; D) Timin; E) Sitozin. 15. Aşağıdakı hansı ardıcıllıq zülal sintezinin mərhələlərini düzgün əks etdirir? A) Replikasiya – transkripsiya – translyasiya; B) Replikasiya – translyasiya – transkripsiya; C) Transkripsiya – replikasiya – translyasiya; D) Translyasiya – transkripsiya – replikasiya; E) Translyasiya – transkripsiya. 16. Maddələr mübadiləsinin əsasını neçə proses təşkil edir? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 17. Genetik informasiyanı daşıyan molekul hansıdır? A) DNT; B) Adenin; C) Quanin; D) Timin; E) ATF. 18. Canlı orqanizm tərkibində enerjinin toplanması və transformasiyasında iştirak edən əsas maddə hansıdır? A) ATF; B) DNT; C) RNT; D) Zülallar; E) Karbohidratlar. 19. Orqanizmin eyni ehtimallı hadisələri seçməsi zamanı alınan informasiyanın miqdarı hansı düsturla ifadə olunur? A) I log 2 P ; B) I log 2 P S; C) I log 2 S ; D) I log 2 P kT ; E) I log 2 kT. 20. Təbiətdə elementar canlı formaların əmələ gəldiyi ana qədər baş verən kimyəvi evolyusiyaya təqribən neçə milyard il sərf olunmuşdur? A) 0,5 milyard il; B) 1,0 milyard il; C) 0,2 milyard il; D) 2,0 milyard il; E) 1,5 milyard il. 21. Təqribən neçə milyard il bundan əvvəl atmosfer sərbəst oksigeni mübadilə edən canlılar üçün yararlı vəziyyət almışdır? A) 3,0 milyard il; B) 1,0 milyard il; C) 2,5 milyard il; D) 2,0 milyard il; E) 1,5 milyard il. 22. Yerdə yaranmış bioekoloji həyat formalarının əmələ gəlməsi haqqında neçə nəzəriyyə vardır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 23. Yerdəki bioekoloji həyatın formalaşması neçə əsas mərhələdən keçmişdir? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 24. Canlı sistemlər ətraf mühitlə neçə axınla mübadilədə olurlar? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 25. Canlı təbiətdə həyatın təşkil olunmuş səviyyələri neçədir? A) 6; B) 2; C) 3; D) 4; E) 5. 26. Həyatın təşkili olunmuş səviyyələrindən hansına ontogenetik səviyyə də demək olar? A) Orqanizm səviyyəsi; B) Molekulyar-genetik səviyyə; C) Hüceyrə səviyyəsi; D) Növ-populyasiya səviyyəsi ; E) Biosfer səviyyəsi. 27. Yerdəki bioekoloji həyatın təşkili səviyyəsində “Növ-populyasiya” səviyyəsi iyerarxiya pilləsində neçənci yerdə durur? A) 4; B) 2; C) 3; D) 6; E) 5. 28. Molekulyar-genetik səviyyədə elementar vahid hansıdır? A) Nuklein turşusunun molekulunun fraqmenti olan genlər; B) Zülal molekulları; C) DNT; D) Adenin; E) Xromosomlar. 29. Molekulyar-genetik səviyyədə elementar hadisə hansıdır? A) Genlərin konvariant reduplikasiyası; B) Orqanizmin bütün həyatı boyu onun fərdi inkişafında qanunauyğun dəyişkənlikləri; C) Genefondun formalaşması; D) Maddə axını; E) Enerji axını. 30. Orqanizm səviyyəsində elementar vahid hansıdır? A) Canlı fərd; B) Nuklein turşusunun molekulunun fraqmenti olan genlər; C) Populyasiya; D) DNT; E) Orqan. 31. Orqanizm səviyyəsində elementar hadisə hansıdır? A) Orqanizmin bütün həyatı boyu onun fərdi inkişafında qanunauyğun dəyişkənlikləri; B) Genlərin konvariant reduplikasiyası; C) Dəyişilmiş genlərlə təkrarlanması hadisəsi; D) Maddə axınları; E) İnformasiya axınları. 32. Populyasiya-növ səviyyəsinin elementar vahidi hansıdır? A) Populyasiya; B) Orqan; C) Orqanizm; D) Canlı fərd; E) Biosenoz. 33. Populyasiya-növ səviyyəsində elementar hadisə nədir? A) Genefondun formalaşması; B) Orqanizmin bütün həyatı boyu onun fərdi inkişafında qanunauyğun dəyişkənliklər; C) İnformasiya axını; D) Maddə axını; E) Enerji axını. 34. Biogeosenoz səviyyəsinin elementar vahidi nədir? A) Biosenoz; B) Populyasiya; C) Orqanizm; D) Canlı fərd; E) Ekosistem. 35. Canlı obyektin xarici təsirləri qəbul etməsi qabiliyyəti necə adlanır? A) Qıcıqlanma; B) Həyəcanlanma; C) Adaptasiya; D) Homeostatik reaksiya; E) Aqressiya. 36. Canlı orqanizmin inkişafının hər hansı bir mərhələsində ona bilavasitə təsir edən mühit elementi nə adlanır? A) Ekoloji faktor; B) Mutagen faktor; C) Aqressor; D) Uyğunlaşma faktoru; E) Regenerator; 37. Ekoloji faktorlar hansı əsas təsirə malikdirlər? A) Limitləşdirici; B) Dolayı; C) Birbaşa; D) Keçici; E) Qarışıq. 38. Həyati əhəmiyyətə malik olan ekoloji faktorlar necə adlanır? A) Limitləşdirici; B) Antropogen; C) Dolayı; D) Qarışıq; E) Biotik. 39. Ekoloji faktorlar neçə əsas faktorlar qrupuna bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 40. Aşağıdakı faktorlardan hansı abiotik faktorlar qrupuna aiddir? A) Nəmlik; B) Simbioz; C) Kirayəçilik; D) Mutualizm; E) Yırtıcılıq. 41. Antropogen faktorları hansı canlı yaradır? A) İnsan; B) Bitki; C) Heyvan; D) Destruktorlar; E) Yırtıcı heyvanlar. 42. Ölçüsünə görə iqlimin neçə növünü müəyyən edirlər? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 43. Elektromaqnit şüalanması şkalası əsas neçə diapazondan ibarətdir? A) 6; B) 2; C) 3; D) 4; E) 5. 44. Ozon təbəqəsində udulmayan və yer səthinə çatan ultrabənövşəyi şüaların dalğa uzunluğu hansı intervaldadır? A) 0,3-0,4 mkm; B) 0,1-0,2 mkm; C) 0,2-0,25 mkm; D) 0,35-0,5 mkm; E) 0,5-0,55 mkm. 45. İşıq spektrində bioekoloji əhəmiyyəti olan neçə rəngli oblastı müəyyən etmək olar? A) 3; B) 4; C) 5; D) 7; E) 6; 46. Yerdəki canlılar üçün böyük əhəmiyyətə malik olan görünən işıq neçə yarım diapazondan ibarətdir? A) 7; B) 6; C) 5; D) 8; E) 9. 47. Görünən işıq diapazonunun təsiri altında canlı aləmdə neçə mühüm proses baş verir? A) 6; B) 4; C) 5; D) 3; E) 7. 48. Fotosintez prosesində hansı maddə iştirak edir? A) Karbon qazı; B) Azot oksidi; C) Ozon qazı; D) Kükürd qazları; E) Dəm qazı; 49. Bitki üzərinə düşən Günəş enerjisinin neçə %-i fotosintez prosesinə sərf olunur? A) 1-5; B) 6-9; C) 10-12; D) 13-15; E) 16-20. 50. Fotosintez prosesində kimyəvi xarakterinə görə neçə mühüm maddə əmələ gəlir edir? A) 2; B) 3; C) 4; D) 5; E) 6; 51. Fotosintez prosesində neçə qeyri-üzvi maddə iştirak edir? A) 2; B) 3; C) 4; D) 5; E) 6; 52. Fotosintez prosesində bioekoloji əhəmiyyətinə görə əsas hansı maddə yaranır? A) Karbohidratlar; B) Zülallar; C) Karbon turşuları; D) DNT; E) ATF; 53. Bitki üzərinə düşən Günəş enerjisinin təqribən neçə %-i onun tərkibindəki suyun buxarlanmasına sərf olunur? A) 75; B) 70; C) 65; D) 60; E) 50. 54. Orqanizmin gündüzün uzunluğuna reaksiyası necə adlanır? A) Fotoperiodizm; B) Simbioz; C) Amensalizm; D) Mutualizm; E) Transpirasiya; 55. Xarici qıcıqlandırıcı faktorun təsirindən tropizmin neçə tipi əmələ gəlir? A) 6; B) 5; C) 4; D) 3; E) 2. 56. Taksisin neçə tipi vardır? A) 6; B) 7; C) 8; D) 9; E) 10. 57. Hansı xarici qıcıqlandırıcı faktorun təsiri altında xemotropizm əmələ gəlir? A) Kimyəvi faktorun; B) İşığın; C) Suyun; D) Bərk səthin; E) Havanın. 58. Reotaksisi yaradan hansı qıcıqlandırıcı faktordur? A) Mühitin müqaviməti; B) Kimyəvi faktor; C) İşıq; D) Ağırlıq qüvvəsi; E) Hava. 59. Neçə saat intervalında baş verən ritmə sirikad ritm deyilir? A) 25; B) 8; C) 12; D) 18; E) 20; 60. Yerdə ekoloji mühiti təmin edən enerji mənbəyi hansıdır? A) Günəş şüalanması; B) Neft məhsulları; C) Təbii qaz; D) Biokütlə enerjisi; E) Radioaktiv maddələrin enerjisi. 61. Bitki səthindən suyun buxarlanması necə adlanır? A) Transpirasiya; B) Fotosintez; C) Fotoperiodizm; D) Tropizm; E) Taksis. 62. Ozon qatı təbəqəsində ozon hansı elementdən əmələ gəlir? A) Oksigendən; B) Azotdan; C) Arqondan; D) Karbon qazından; E) Dəm qazıından. 63. Qida hansı faktor qrupuna aiddir? A) Biotik; B) Antropogen; C) Abiotik; D) Geofiziki; E) İqlim. 64. Ekologiyada nəmliyin neçə növündən istifadə edirlər? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 65. 1 m3 havanı doydurmaq üçün lazım olan su buxarının qramla miqdarı mühitin hansı parametrini xarakterizə edir? A) Maksimal nəmliyi; B) Nəmliyi; C) Nisbi nəmliyi; D) Mütləq nəmliyi; E) Rütubəti. 66. Suda yaşayan orqanizmlər suyun duzluluq dərəcəsindən asılı olaraq neçə qrupa bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 67. Su qıtlığına çox dözümlü olan canlılar necə adlanırlar? A) Kserofillər; B) Mezofillər; C) Hidrofillər; D) Qalofillər; E) Hiqrofillər. 68. Su qıtlığına dözümünə görə bitkilərin neçə ekoloji növü vardır? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 69. Ən az yağıntı düşən rayon hansı kontinentdədir? A) Afrikada; B) Amerikada; C) Asiyada; D) Avro-Asiyada; E) Avstraliyada; 70. Temperaturun səviyyəsinə və dəyişmə intervalına dözümlülüyünə görə canlıların neçə növlü müəyyən edilmişdir? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 71. Temperaturun kiçik intervalda dəyişməsinə dözən canlılar necə adlanırlar? A) Stenotermlər; B) Evritermlər; C) Meqatermlər; D) Termofil stenotermlər; E) Psixrofil stenotermlər. 72. Temperaturun böyük intervalda dəyişməsinə dözən canlılar necə adlanırlar? A) Evritermlər; B) Stenotermlər; C) Meqatermlər; D) Psixrofil stenotermlər; E) Termofil stenotermlər. 73. Edafik faktorlara hansı obyektin xassələri aiddir? A) Torpaqların; B) Atmosferin; C) Hidrosferin; D) Bitkilərin; E) Heyvanların. 74. Torpağın tərkibinə neçə əsas struktur komponentləri daxildir? A) 4; B) 3; C) 2; D) 5; E) 6; 75. Torpaqdakı suyun neçə tipini müəyyən edirlər? A) 3; B) 2 ; C) 4; D) 5; E) 6. 76. Kolloid hissəciklər ətrafında nazik, möhkəm təbəqə şəklində birləşmiş hiqroskopik su gilli torpaqlarda torpağın ümumi çəkisinin təqribən neçə %-ni təşkil edir? A) 15; B) 10 ; C) 8; D) 5; E) 0,5. 77. Torpağın saxlaya bildiyi suyun ümumi miqdarı necə adlanır? A) Nəmlik tutumu; B) Ümumi nəmlik; C) Nisbi nəmlik; D) Mütləq nəmlik; E) Maksimal nəmlik. 78. Təbii suların qələviliyinin neçə növü vardır? A) 5; B) 4; C) 3; D) 6; E) 7. 79. Təbii suların codluğu suda həll olmuş hansı ionlarının miqdarının cəmi ilə müəyyən edilir? A) Kalsium və maqnezium; B) Natrium və maqnezium; C) Kalsium və natrium; D) Silisium və maqnezium; E) Kalsium və silisium. 80. Hansı ifadə suyun oksidləşmə dərəcəsini düzgün ifadə edir? A) Normal şəraitdə 1 l suda olan üzvi maddələri oksidləşdirən qüvvətli oksidləşdiricinin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır. B) Normal şəraitdə 1 l suda olan üzvi maddələri oksidləşdirən zəif oksidləşdiricinin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır; C) Normal şəraitdə 1 l suda olan üzvi maddələri oksidləşdirən qüvvətli hava oksigeninin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır; D) Normal şəraitdə 1 m3 suda olan qeyri-üzvi maddələri oksidləşdirən qüvvətli oksidləşdiricinin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır; E) 1 m3 suda olan üzvi maddələri oksidləşdirən hava oksigeninin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır. 81. Torpaqda üzvi qalıqların parçalanması nəticəsində əmələ gələn amorf maddə necə adlanır? A) Humus; B) Biokütlə; C) Torpağın üst qatı; D) Kolloid suspenziya; E) Çürüntu; 82. Biotik ritmlər əmələgəlmə mənbəyinə görə neçə qrupa bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 83. Korpuskulyar ionlaşdırıcı şüalanmanın neçə növü vardır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 84. Beynəlxalq vahidlər sistemində ekvivalent dozanın vahidi hansıdır? A) Zv; B) Rad; C) Ber; D) Kl/kg; E) Bk. 85. Bütün mənbələrin ionlaşdırıcı şüalanmasının orta illik dozası neçə Zv-dir? A) 2,0; B) 1,8; C) 1,6; D) 1,4; E) 1,2. 86. Yerin Günəş ətrafında tam dövründə, Yerdə mövsüm dəyişkənlikləri baş verməsinə səbəb nədir? A) Yer oxunun ekliptika müstəvisi ilə 66°33¢ bucaq əmələ gətirməsi; B) Atmosferdə gedən təbii proseslər; C) Günəş şüalanması intensivliyinin dəyişməsi; D) Qütb gecəsi və gündüzünün uzunluğu; E) İşığın intensivliyi və en dairəsinin dəyişməsi. 87. Yerin təbii radiasiya fonu neçə komponentin əsasında formalaşır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 88. Biotik reaksiyaları neçə əsas tipə bölmək olar? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 89. Homotipik reaksiyaların neçə əsas növü vardır? A) 6; B) 2; C) 3; D) 4; E) 5. 90. Heterotipik reaksiyaların neçə əsas növü vardır? A) 9; B) 7; C) 8; D) 10; E) 11. 91. Aşağıdakı faktorlardan hansı biotik faktorlar qrupuna aiddir? A) Parazitizm; B) Temperatur; C) Nəmlik; D) Günəş şüaları; E) İonlaşdırıcı şüalanma. 92. Biotik reaksiyalara səbəb olan əsas faktor hansıdır? A) Qida ehtiyatlarına tələbat; B) Edafik faktorlar; C) Topoqrafik faktorlar; D) Nəmlik; E) Temperatur; 93. Hansı reaksiya heterotipik reaksiya deyil? A) Qrup effekti; B) Neytralizm; C) Simbioz; D) Əməkdaşlıq; E) Parazitizm. 94. Hansı reaksiya homotipik reaksiya deyil? A) Simbioz; B) Kütlə effekti; C) Qrup effekti; D) İmprinting; E) Növdaxili rəqabət. 95. Hansı reaksiya heterotipik reaksiyadır? A) Mutualizm; B) Kütlə effekti; C) Qrup effekti; D) İmprinting; E) Növdaxili rəqabət; 96. Hetorotipik reaksiyalardan insana ən çox xas olanı hansıdır? A) Yırtıcılıq; B) Parazitizm; C) Kirayəçilik; D) Əməkdaşlıq; E) Simbioz; 97. Növün ən əsas əlaməti nədir? A) Genetik təcrid olunması; B) Funksional əlaməti; C) Davranış reaksiyaları; D) Rəngi; E) Seçdiyi təbii şərait. 98. Populyasiya müəyyən ərazini (arealı) kifayət qədər uzun müddət, nəsillərlə, yüksək panmikasiya ilə məskun edən, başqa belə qruplardan bu və ya digər tərzdə təcrid olunan neçə növün fərdlərinin birliyidir? A) 1; B) 3; C) 5; D) 7; E) Bütün; 99. Populyasiyanın yayıldı ərazi necə adlanır? A) Areal; B) Biosenoz; C) Biogeosenoz; D) Ekosistem; E) Ekoloji mühit; 100. Hansı göstərici populyasiyanın əsas göctəricilərinə aid deyil? A) Növarası münasibətlər; B) Doğum göstəricisi; C) Ölüm göstəricisi; D) Yerdəyişmə; E) Növdaxili münasibətlər; 101. Populyasiya daxilində qida və ərazi kimi ekoloji faktorların təsiri nəticəsində neçə əsas istiqamətdə mühüm hadisələr baş verir? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 102. Genofondun formalaşdığı birlik hansıdır? A) Populyasiya; B) Biosenoz; C) Biogeosenoz; D) Ekosistem; E) Acaq heyvanların birliy. 103. Populyasiyalar və populyasiyanı təşkil edən fərdlər ərazidə neçə cür yayıla bilirlər? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 104. Növlərin müxtəlif yaşayış mühitini mənimsəmək qabiliyyəti hansı parametrlə ilə ifadə edilir? A) Ekoloji valentliklə; B) Adaptasiyla dərəcəsi ilə; C) Aqressiya səviyyəsi ilə; D) Sinbiozla əlaqəsi ilə; E) Activlik radiusu ilə; 105. Populyasiya genetikasının əsas qanununun adı nədir? A) Hardi-Vaynberqer qanunu; B) Mendel qanunu; C) Hekkel qanunu; D) Hardi qanunu; E) Vaynberqer qanunu; 106. Eksponensional artima malik populyasiya necə adlanır? A) Mendel populyasiyası; B) Hekkel populyasiyası; C) Hardi populyasiyası; D) Hardi-Vaynberqer populyasiyası; E) Vaynberqer populyasiyası; 107. Ən çox genetik yararsız yükə malik canlı hansıdır? A) İnsan; B) Bitkilər; C) Heyvanlar; D) Mikroorqanizmlər; E) Göbələklər 108. Hansı populyasiya Mendel populyasiyası adlanır? A) Eksponensial artan; B) Artmayan; C) Say tərkibi sabit qalan; D) Say tərkibi azalan; E) Say tərkibi dalğalanan; 109. Aşağıdakı hansı düstur populyasiyada fərdlərin eksponensial artımını xarakterizə edir? A) N t N 0 e rt ; B) r= a-b; dN rN ( K N ) C) ; dt K K D) N ; 1 e( rt ) r E). K 110. Aşağıdakı hansı düstur populyasiyanın təbii şəraitdə artımını xarakterizə edir? K A) N ; 1 e( rt ) B) r= a-b; (K N) C) K f ; K r D) ; K E) N t N 0 e rt. 111. Aşağıdakı hansı düstur populyasiyanın təbii artım əmsalını xarakterizə edir? A) r= a-b; (K N ) B) K f ; K K C) N ; 1 e( rt ) r D) ; K E) N t N 0 e rt. 112. Müəyyən qida ehtiyatına malik populyasiyanın say tərkibinin dəyişməsi neçə fazadan keçir? A) 4; B) 3 ; C) 2; D) 5; E) 6. 113. Müəyyən qədər qida ehtiyatına malik olan populyasiyanın say tərkibinin dəyişməsi qrafikində say tərkibinin sabit qaldığı faza necə adlanır? A) Stasionat faza; B) Laq faza; C) Loqarifmik faza; D) Zəifləmə fazası; E) Diferensiasiya fazası; 114. Böyüməsi sıxlıqdan asılı olan populyasiyanın artım sürəti neçə cür xarakterizə olunur? A) 3; B) 2 ; C) 4; D) 5; E) 6. 115. Böyüməsi sıxlıqdan asılı olmayan populyasiyanın artım sürəti neçə cür xarakterizə olunur? A) 2; B) 3 ; C) 4; D) 5; E) 6. 116. Populyasiyaların ölçüsünün dəyişməsinə təsir edən əsas faktorlar onun inkişafının neçə dövründə özünü daha çox büruzə verir? A) 2; B) 3 ; C) 4; D) 5; E) 6. 117. Populyasiyadakı fərdlərin yaşama əyrilərinin qrafiklərinin qurulmasında neçə müxtəlif üsuldan istifadə edilir? A) 2; B) 3 ; C) 4; D) 5; E) 6. 118. Yaş piramidalarının neçə tipi vardır? A) 3; B) 2 ; C) 4; D) 5; E) 6. 119. Yaş piramidaları neçə xüsusiyyətlərinə görə fərqlənirlər? A) 3; B) 2 ; C) 4; D) 5; E) 6. 120. Populyasiyanın cinsi tərkibini neçə dövrdə olan cinslərin nisbəti müəyyən edir? A) 3; B) 2 ; C) 4; D) 5; E) 6. 121. Yaşama əyrilərinin neçə tipi vardır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 122. İnsanların yaşama əyriləri əsasən hansı formada olur? A) Qabarıq; B) Çökük; C) Düz; D) Sinusoidal; E) Dalğalı; 123. Yaşama əyrisinin qabarıq ipinə aid olmayan canlı hansıdır? A) Balıqlar; B) Drozofil milçəyi; C) İnsan; D) Meymun; E) Məməlilərin böyük qismi; 124. Biogeosenozların neçə əsas komponenti vardır? A) 5; B) 2; C) 3; D) 4; E) 6; 125. Biogeosenozlar neçə hissədən ibarətdir? A) 2; B) 3; C) 4; D) 5; E) 6; 126. Biogeosenoz xarici mühitlə neçə axın vasitəsi ilə mübadilədə olur? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 127. Biogeosenozda hansı hissə ekotopa aiddir? A) Qrunt suları; B) Mikroorqanizmlər; C) Göbələklər; D) Bitkilər; E) Heyvanlar. 128. Biogeosenozda edaftopu əmələ gətirən komponentlərin sayı neçədir? A) 4; B) 2; C) 3; D) 5; E) 6. 129. Biogeosenozda klimatopu əmələ gətirən komponentlərin sayı neçədir? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 130. Biogeosenozlarda enerjinin transformasiyası neçə mərhələdən keçir? A) 4; B) 2; C) 3; D) 5; E) 6. 131. Biogeosenozların əsas funksiyasını nə həyata keçirir? A) Canlılar; B) Təbii komponentlər; C) Hidrosfer; D) Litosfer; E) Cansızlar. 132. Ölçüsünə görə biogeosenozların neçə növünü müəyyən edirlər? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 133. Aqrobiogeosenozu təbii biogeosenozlardan fərqləndirən əsas cəhət hansıdır? A) Biristiqamətli antropogen axının üstünlüyü; B) Maddənin transformasiyası; C) Enerjinin transformasiyası; D) İnformasiyanın transformasiyası; E) Maddənin daxil olması. 134. Qida zəncirində (trofik səviyyələrdə) maksimum neçə heterotrof ola bilər? A) 4; B) 5; C) 3; D) 2; E) 6. 135. Qeyri-üzvi karbon birləşmələrindən karbonu mənimsəyən canlılar necə adlanır? A) Xemoaftotroflar; B) Hteterotroflar; C) Xemoheterotroflar; D) Redusentlər; E) Destruktorlar. 136. Üzvi karbon birləşmələrindən karbonu mənimsəyən canlılar necə adlanır? A) Xemoheterotroflar; B) Hteterotroflar; C) Xemoaftotroflar; D) Redusentlər; E) Destruktorlar. 137. İşıq enerjisindən istifadə edən fototroflar neçə qrupa bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 138. Kimyəvi reaksiyaların enerjisindən istifadə edən xemotroflar neçə qrupa bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 139. Canlılar ətraf mühitdən aldığı enerjini neçə mühüm işin görülməsin sərf edir? A) 6; B) 3; C) 4; D) 5; E) 2. 140. Biosenozlarda bütün enerji növləri transformasiya edərək axırda hansı enerjiyə çevrilir? A) İstilik enerjisinə; B) Şüalanma enerjisinə; C) Mexaniki enerjiyə; D) Potensial enerjiyə; E) Kimyəvi enerjiyə. 141. Hansı canlı heterotrofdur? A) İnsan; B) Palıd ağacı; C) Söyüd ağacı; D) Alma ağacı; E) Yosunlar. 142. Amensalizim hələlik hansı canlılar arasında müşahidə edilmişdir? A) Bitkilər; B) Heyvanlar; C) Yırtıcılar; D) Onurğasızlar; E) Parazitlər; 143. Aşağıdakı canlının hansı avtotrofdur? A) Mavi-yaşıl yosunlar; B) İnsan; C) Yırtıcılar; D) Gəmiricilər; E) Həşəratlar. 144. Qida zəncirlərinə daxil olan canlıların neçə əsas qrupu vardır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 145. Qida zəncirlərini birinci səviyyəsində hansı canlılar durur? A) Avtotroflar; B) Destruktorlar; C) Hetorotroflar; D) Konsumentlər; E) Fotoheterotroflar. 146. Yerdəki bioekoloji həyat hansı əsas prinsip əsasında qurulub? A) Bir canlı digərinin yemidir; B) Mutasiya prosesi əsasında; C) Mühitə uyğunlaşmaq; D) Növ tərkibini saxlamaq; E) İnkişaf etmək. 147. Qida zəncirlərində destruktorlar neçənci səviyyədə dururlar? A) III; B) II; C) I; D) IV; E) V. 148. Qida zəncirlərini sonuncu səviyyəsində hansı canlılar durur? A) Destruktorlar; B) Hetorotroflar; C) Konsumentlər; D) Fotoheterotroflar; E) Avtotroflar; 149. Ekoloji piramidaların neçə tipi vardır? A) 3; B) 2; C) 4; D) 5; E) 8; 150. Biogeosenozların neçə əsas göstəricisi vardır? A) 8; B) 3; C) 4; D) 5; E) 2. 151. Biosenozlarda vahid sahəyə və ya həcmə düşən fərdlərin miqdarı necə adlanır? A) Bolluq; B) Tezlik; C) Daimilik; D) Dominantlıq; E) Sadiqlik. 152. Biosenozun bolluq dərəcəsini qiymətləndirmək üçün neçə ballıq bolluq dərəcələrindən istifadə edilir? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 153. Daimilik hansı düsturla ifadə edilir? p A) c 100 ; P B) En ki En 1 ; Nt C) N t ,% 100 ; N0 r D) ; K 100 f E) e. F 154. Biosenozda bir növün fərdlərinin sayının bütün fərdlərin sayına görə faizlə miqdarı necə adlanır? A) Tezlik; B) Bolluq; C) Daimilik; D) Dominantlıq; E) Sadiqlik. 155. Biosenozlarda müxtəliflik hansı düsturla hesablanır? N A) S ln 1 ; p B) c 100 ; P Nt C) N t ,% 100 ; N0 D) E n en ,i M n ; E) M n pi M n 1. 156. Biosenozda daimilik göstəricisinə görə növləri neçə kateqoriyaya bölürlər? A) 3; B) 2; C) 4; D) 6; E) 7. 157. Biosenozda növün biosenoza bağlılıq dərəcəsini ifadə edən göstərici necə adlanır? A) Sadiqlik; B) Bolluq; C) Daimilik; D) Dominantlıq; E) Tezlik. 158. Biosenozda sadiqlik göstəricisinə görə növlər neçə kateqoriyalara bölünürlər? A) 4; B) 2; C) 3; D) 5; E) 6. 159. Biosenozlarda dəyişkənlik prosesləri neçə yolla baş verir? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 160. Biosenozlarda orqanizmlərin bir-birinə təsiri isə necə adlanır? A) Koaksiya; B) Reaksiya; C) Aqressiya; D) Aksiya; E) Rəqabət. 161. Həyat üçün əlverişli şərait olduqda bu ərazidə müəyyən müddət ərzində canlılar tədricən bir birini əvəz etməklə yayılırlar. Bu hadisə necə adlanır? A) Suksessiya; B) Reaksiya; C) Aqressiya; D) Aksiya; E) Koaksiya. 162. Ərazidə bitkilərin ilk dəfə yayılması hadisəsi necə adlanır? A) Birinci suksessiya; B) Simbioz; C) İkinci suksessiya; D) Aqressiya; E) Transpirasiya; 163. Bitkilərin nəfəsalma və fotonəfəsalma proseslərində birinci məhsuldarlıq enerjisinin təqribən neçə %-i sərf edilir? A) 20; B) 15; C) 10; D) 25; E) 30. 164. Ekoloji piramidaların birinci pilləsində hansı canlı durur? A) Mavi-yaşıl yosunlar; B) Suda yaşayan balıqlar; C) Amfibiyalar; D) Zooplanktonlar; E) Quruda yaşayan heterotroflar. 165. Biosfer nəyə deyilir? A) Yerdə həyatın yayıldığı təbəqəyə; B) Ancaq suda həyatın yayıldığı təbəqəyə; C) Ancaq atmosferdə həyatın yayıldığı təbəqəyə; D) Torpaqda həyatın yayıldığı təbəqəyə; E) Canlılara. 166. Biosfer Yerin neçə sferasında yayılmışdır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 167. Biosferin maddi əsasına neçə qrup maddə daxildir? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 168. Atmosferin yer səthinə ən yaxın olan təbəqəsi hansıdır? A) Troposfer; B) Mezosfer; C) Termosfer; D) Ekzosfer; E) İonosfer. 169. Atmosfer neçə təbəqədən ibarətdir? A) 5; B) 3; C) 4; D) 2; E) 6. 170. Atmosferdə bioekoloji əhəmiyyətinə görə neçə qazı fərqləndirirlər? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 171. Atmosferdə miqdarca ən çox olan qaz hansıdır? A) Azot qazı; B) Oksigen qazı; C) Karbon qazı; D) Arqon qazı; E) Ozon qazı. 172. Atmosferdə miqdarca ən az olan qaz hansıdır? A) Ozon qazı; B) Oksigen qazı; C) Karbon qazı; D) Arqon qazı; E) Azot qazı. 173. Ozon təbəqəsi hansı şüalanmanı udur? A) Ultrabənövşəyi; B) İnfraqırmızı; C) Kosmik; D) Görünən işıq; E) Rentgen; 174. Yer səthindən 11 – 16-dan 50-55 km-ə qədər hündürlükdəki atmosferin təbəqəsi necə adlanır? A) Stratosfer; B) Troposfer; C) Mezosfer; D) Termosfer; E) Ekzosfer. 175. Yer səthində atmosferin orta temperaturu neçə dərəcədir? A) 15; B) 11; C) 12; D) 13; E) 14. 176. Ozon qazının atmosferdə maksimum qatılığı hansı hündürlükdə müşahidə edilir? A) 20-25 km; B) 10-15 km; C) 15-20 km; D) 25-30 km; E) 30-35 km; 177. Hər il atmosferə müxtəlif mənbələrdən neçə ton qaz və aerozollar daxil olur? A) 3×109 ton; B) 2×109 ton; C) 3×108 ton; D) 4×109 ton; E) 3×107 ton. 178. Atmosferə atılan qaz və aerozolların neçə tonu insan fəaliyyəti nəticəsində əmələ gəlir? A) 3×108 ton; B) 2×109 ton; C) 3×109 ton; D) 4×109 ton; E) 3×107 ton. 179. Atmosferdə yayılan ilkin maddələr (çirkləndiricilər) sonradan neçə cür əsas fiziki-kimyəvi proseslərə məruz qalır? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 180. Atmosferdəki hansı qaz fotosintezə cəlb edilir? A) Karbon qazı; B) Azot qazı; C) Oksigen qazı; D) Arqon qazı; E) Ozon qazı; 181. Hidrosfer çirkləndiriciləri su canlıları üçün əhəmiyyətli olan hansı qazın azalmasına səbəb olur? A) Oksigenin; B) Azotun; C) Karbon qazının; D) Metanın; E) Ozonun; 182. Atmosferin istilənməsinə səbəb olan əsas qaz hansıdır? A) Karbon qazı; B) Azot qazı; C) Oksigen qazı; D) Ozon qazı; E) Arqon qazı. 183. Hidrosfer Yerin hansı təbəqəsidir? A) Su; B) Quru; C) Qaz; D) Ozon; E) Maqnit. 184. Hidrosferdə olan suyun ümumi həcmi neçə km3-dir? A) 1,46×109 km3; B) 1,34×108 km3; C) 1,60×109 km3; D) 1,65×108 km3; E) 1,20×109 km3. 185. Yer səthinin neçə faizi su ilə örtülüdür? A) 70,8 %-i; B) 72,4 %-i; C) 75,6 %-i; D) 78,1 %-i; E) 79,9 %-i. 186. Canlı orqanizmlərin bədənlərində təqribən neçə km3 su vardır A) 0,001×106 km3; B) 0,01×106 km3; C) 0,0001×106 km3; D) 0,02×106 km3; E) 0,003×106 km3. 187. Yerin geoloji inkişaf tarixidə hidrosferin əmələ gəlməsini neçə cür elmi təsəvvürə əsasən izah edirlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 188. Okean suyunda həll olmuş birləşmələrdəki ən çox olanı hansı kimyəvi elementdir? A) Xlor; B) Natrium; C) Kükürd; D) Kalium; E) Kalsium. 189. Okean sularında ən çox həll olmuş qaz hansıdır? A) Karbon qazı; B) Azot qazı; C) Oksigen qazı; D) Hidrogen sulfid; E) Arqon qazı. 190. Dünya okeanında orta dərinlik neçə metrdir? A) 3795 m; B) 3675 m; C) 4840 m; D) 3750 m; E) 3690 m. 191. Ayın cazibə qüvvəsinin təsiri altında qabarma dalğasının hündürlüyü ən çox harada müşahidə edilir? A) Kanadadakı Fandi körfəzində; B) Magellan boğazındakı Qaleqos çayının mənsəbində; C) İngiltərədəki Bristol körfəzində; D) Şimal dənizində Belçikanın sərhədlərində; E) Peterburqdakı Fin körfəzində. 192. Su canlıların mövcudluğu üçün mütləq əhəmiyyətə malik olan hansı prosesinin əsas komponentdir? A) Fotosintez prosesinin; B) Metabolizm prosesinin; C) Biokimyəvi proseslərin; D) Assimilyasiya prosesinin; E) Dissimilyasiya prosesinin. 193. Hansı kənd təsərrüfatı əhəmiyyətli bitkinin yetişdirilməsi üçün daha çox su tələb olunur? A) Pambıq; B) Buğda; C) Düyü; D) Kartof; E) Kələm. 194. Hidrosferdəki su neçə cür əsas çirklənmə növünə məruz qalır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 195. Hesablamalara görə 1 t neft su səthində neçə km2 sahədə təbəqə əmələ gətirə bilər? A) 12 km2; B) 10 km2; C) 8 km2; D) 6 km2; E) 4 km2. 196. Suyun vahid həcmində tullantının parçalanması üçün lazım olan oksigenin miqdarı necə adlanır? A) Oksigenə biokimyəvi tələbat; B) Oksigenin yol verilən qatılığı; C) Suyun oksigen tutumu; D) Oksigen sərfi; E) Oksigen ekvivalenti. 197. Yer qabığının qalınlığı maksimum neçə km-ə çatır? A) 80 km-ə; B) 70 km-ə; C) 60 km-ə; D) 50 km-ə; E) 40 km-ə. 198. Yer qabığının qalınlığı minimum qiymətə hansı ərazilərdə çatır? A) Okeanların dibində; B) Yüksək dağlıq ərazilərdə; C) Dərin vadilərdə; D) Dənizlərin dibində; E) Dağlıq ərazilərdə. 199. Ayın cazibə qüvvəsinin təsiri altında Yer səthinin qalxma hündürlüyü qütblərdən ekvatora kimi tədricən artmaqla neçə sm arasında dəyişir. A) 0-55 sm; B) 0-15 sm; C) 0-25 sm; D) 0-35 sm; E) 0-45 sm. 200. Yer qabığında neçə elementin payına 99,29 % düşür? A) 12; B) 11; C) 10; D) 9; E) 8. 201. Litosferdə ən çox yayılmış element hansıdır? A) Oksigen; B) Silisium; C) Dəmir; D) Alüminium; E) Kalsium. 202. Atmosfer tərkibini ümumi xarakterizə edən qazlar içərisində fotosintez nəticəsində əmələ gələn qaz hansıdır? A) Oksigen qazı; B) Ozon qazı; C) Azot qazı; D) Karbon qazı; E) Arqon qazı. 203. Biosferdə neçə tip maddə dövranı baş verir? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 204. Torpaqların əmələ gəlməsinə təsir edən faktorlar neçədir? A) 6; B) 3; C) 4; D) 5; E) 2. 205. Torpaqların əmələ gəlməsinə mənfi təsir edən faktor hansıdır? A) Antropogen faktor; B) Vaxt; C) Bitki və heyvanlar; D) Geoloji ana süxur; E) Topoqrafiya və relyef. 206. Torpaqların məhsuldar üst qatının əmələ gəlməsinə hansı faktor daha çox təsir edir? A) Biotik faktorlar; B) Antropogen faktorlar C) İqlim faktorları; D) Vaxt; E) Abiotik faktorlar. 207. Qurunun təqribən neçə faizi kənd təsərrüfatı üçün istifadə edilir? A) 30%; B) 20%; C) 40%; D) 50%; E) 60%. 208. Dünyada əkilən torpaqların ümumi sahəsi neçə hektardır? A) 1,5×109 h; B) 1,0×109 h; C) 0,9×109 h; D) 2,0×109 h; E) 2,5×109 h. 209. Birinci məhsuldarlığın əmələgəlmə səviyyəsinə görə neçə region müəyyən edilmişdir? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 210. İnsan populyasiyalarına təsir edən mühüm evolyusiya faktorları neçədir? A) 4; B) 2; C) 3; D) 5; E) 6. 211. Günəş şüalanması enerjisinin təqribən neçə %-i fotosintez və digər yolla bioloji sistemlərə daxil olur? A) 0,02 %-i; B) 1,90 %-i; C) 3,04 %-i; D) 7,00 %-i; E) 8,01 %-i. 212. Regionlar üzrə birinci məhsuldarlığın ən çox əmələ gəlməsinə görə hansı rayon daha məhsuldardır? A) Estuarilər, mərcan rifləri, intensiv çoxalan bitki örtüyü (məsələn, şəkər qamışı) olan allyuvial düzənlik və torpaqlar; B) Nəm meşələr, çox da dərin olmayan göllər; C) daimi işlədilən kənd təsərrüfatı sahələri; D) Yarım arid torpaqlar, çəmənliklər, müəyyən müddət istifadə olunan kənd təsərrüfatı ra-yonları; E) Açıq dənizlər və səhralar. 213. Regionlar üzrə birinci məhsuldarlığın əmələ gəlməsinə görə ən az biokütlə hansı regionda əmələ gəlir? A) Açıq dənizlərdə; B) Arid torpaqlarda; C) Dəniz literollarında; D) Göllərdə; E) Çəmənliklərdə. 214. Quruda olan orqanizmlərin biokütləsinin neçə %-i bitkilərin payına düşür? A) 99,2 %-i; B) 90,4 %-i; C) 85,6 %-i; D) 93,4 %-i; E) 89,1 %-i. 215. Dünya okeanında biokütlənin neçə %-i bitkilərin payına düşür? A) 6,3 %-i; B) 8,4 %-i; C) 9,6 %-i; D) 12,4 %-i; E) 16,1 %-i. 216. Canlılar biosferdə əsas neçə funksiyanı icra edirlər? A) 4; B) 5; C) 6; D) 7; E) 8. 217. Aşağıdakı hansı element birləşmələrinin dövranı bioekoloji cəhətdən daha əhəmiyyətli sayılır? A) Karbonun; B) Natriumun; C) Litiumun; D) Uranın; E) Bariumun; 218. Mühüm biotik element birləşmələri dövranı neçədir? A) 6; B) 4; C) 5; D) 3; E) 7. 219. Biosferdəki maddələr dövranının başlıca səbəbi nədir? A) Enerjinin transformasiyası; B) İnsanların fəaliyyəti; C) Bitkilərin fəaliyyəti; D) Heyvanların fəaliyyəti; E) Cazibə qüvvəsinin təsiri. 220. Biosferdə canlı maddənin illik məhsuldarlığı neçə milyard ton quru üzvi maddəyə bərabərdir? A) 232,5 milyard ton; B) 220,4 milyard ton; C) 212,3 milyard ton; D) 200,5 milyard ton; E) 260,4 milyard ton. 221. Karbon qazı bütünlüklə biotik dövranda neçə ilə parçalanıb yenidən yaranır? A) 300 ilə; B) 350 ilə; C) 200 ilə; D) 250 ilə; E) 400 ilə. 222. Bitki aləminə faktorların təsiri altında və biosferin evolyusiyasında bitkilərin mühitə uyğunlaşması nəticəsində onların morfoloji xüsusiyyətlərinə uyğun neçə bioloji tipi əmələ gəlmişdir? A) 5; B) 3; C) 4; D) 2; E) 6. 223. Evolyusiya prosesindi növ dəyişkənliyi ardıcıllığını neçə üsulla müəyyən etmək olar? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 224. DNT molekulunun quruluşuna görə insan şimpanzedən cəmisi neçə faiz fərqlənir? A) 2,5 %; B) 1,5 %; C) 3,5 %; D) 4,5 %; E) 5,5 %. 225. Albuminə görə insanla şimpanze və ya qorilla arasında cəmisi necə fərqli xüsusiyyət vardır? A) 7; B) 4; C) 5; D) 6; E) 3. 226. Aşağıdakılardan hansı antropogen sistemə aid deyil? A) Təbii abidələr; B) Kəndlər; C) Şəhərlər; D) Nəqliyyat kommunikasiyaları; E) Qəsəbələr. 227. Şəhərlərin neçə kateqoriyası vardır? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 228. İnsan populyasiyalarının demoqrafik göstəricilərinə başlıca olaraq nə təsir edir? A) Kəbinin (evlənmələrin) strukturu; B) Yaş strukturu; C) İqtisadi vəziyyət; D) Sosial münasibətlər; E) Müharibələr. 229. Ərazini rayonlar üzrə planlaşdırarkən faktorlar kompleksinə görə neçə tip ərazi qeydə alınmalıdır? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 230. Biosferin evolyusiyasının nəticəsi hansı təbəqənin əmələ gəlməsinə səbəb olmuşdur? A) Noosferin; B) Atmosferin; C) Litosferin; D) Hidrosferin; E) Mezosferin. 231. İnsanların adaptiv tipləri hansı faktorların təsiri altında meydana gəlir? A) Təbii mühit faktorlarının; B) Antropogen faktorların; C) Texnogen faktorların; D) Edafik faktorların; E) Sosial faktorların. 232. Qlobal abiotik dövranda iştirak edən əsas maddə hansıdır? A) Su; B) Azot qazı; C) Fosfor; D) Karbon qazı; E) Kükürd. 233. Ekoloji cəhətdən əraziləri rayonlar üzrə planlaşdırarkən neçə funksional zona tipləri müəyyən edilməlidir? A) 6; B) 3; C) 4; D) 5; E) 7. 234. İnsan populyasiyalarına aid olan demlərin (demamlar) say tərkibi neçə nəfərdir? A) 1500-4000; B) 200-500; C) 500-1000; D) 1000-1500; E) 4000-6000. 235. İndiki dövrdə və gələcəkdə insanın evolyusiyasına təsir edən faktorlar neçədir? A) 5; B) 4; C) 3; D) 6; E) 7. 236. Paster effektini hansı proses xarakterizə edir? A) Anaerob həyat tərzindən aerob həyat tərzinə keçid; B) Aerob həyat tərzindən anaerob həyat tərzinə keçid; C) Parazitar həyat tərzindən yırtıcı həyat tərzinə keçid; D) Amensal həyat tərzindən parazitar həyat tərzinə keçid; E) Parazitar həyat tərzindən konsument həyat tərzinə keçid. 237. Şəhər sisteminin struktur sxeminə əsas necə obyekt daxildir? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 238. Mutasiya neçə halda əmələ gəlir? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 239. Antropogen sistemin ölçüsünü nə müəyyən edir? A) Təbii ekoloji şərait; B) Sosial münasibətlər; C) Tədric olunma sədləri; D) Qohumluq əlaqələri; E) Adət və ənənələr. 240. Biosferdə hansı təbəqə bilavasitə insan fəaliyyəti nəticəsində formalaşmışdır? A) Noosfer; B) Biosfer; C) Geosfer; D) Litosfer; E) Hidrosfer; 241. Ekoloji şəraitinə görə neçə tikinti-iqlim rayonu vardır? A) 4; B) 2; C) 3; D) 5; E) 6. 242. Antropogen sistemlərdə insanlarla mühit arasında qarşılıqlı təsir əsasən neçə istiqamətdə baş verir? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 243. Antropogen ekoloji sistemlərin böyüyərək şəhər tipli sistemlərə inkişaf etməsi prosesi necə adlanır? A) Urbanizasiya; B) Diferensiasiya; C) Reqressiya; D) Deurbanizasiya; E) Akselerasiya. 244. Adaptiv radiasiyanı hansı proses xarakterizə edir? A) Təbii seçmə nəticəsində ən çox uyğunlaşa bilən formaların yaşaya bilməsi; B) Mutasiya nəticəsində mutantların əmələ gəlməsi; C) Anaerob həyat tərzindən aerob həyat tərzinə keçid; D) Parazitar həyat tərzindən yırtıcı həyat tərzinə keçid; E) Canlıların say tərkibinin dalğalanması; 245. Şəhər ərazisinin neçə əsas funksional zonası vardır? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 246. Qəsəbə və kəndlərin neçə kateqoriyası vardır? A) 4; B) 3; C) 2; D) 5; E) 6. 247. Tikinti iqlim rayonlarının sinfi neçə mühit faktorlarının parametrlərinə görə müəyyən edilir? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 248. Sanitar-mühafizə zonasının ən azı neçə faizi yaşıllaşmalıdır? A) 40%; B) 10%; C) 20%; D) 25%; E) 30%. 249. Rayonları funksional zonalaşdırarkən neçə əsas şərt nəzərə alınmalıdır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 250. Sanitar-gigiyenik və ekoloji şəraitin gözlənilməsi məqsədi ilə mövcud sənaye və kənd təsərrüfatı obyektlərinin inkişafına və bu tipli obyektlərin yenidən salınmasına neçə mühüm tələb qoyulur? A) 7; B) 6; C) 5; D) 4; E) 3. 251. Şəhər və qəsəbə əraziləri zonalaşarkən həmin ərazi ən azı neçə hissəyə bölünməlidir? A) 7; B) 4; C) 5; D) 6; E) 3. 252. Qurunun 44 %-ni əhatə edən tropik meşə və savannalarda, kolluq və qarışıq meşələr zonasında olan mülayim qurşaqlarda dünya əhalisinin neçə faizi yaşayır? A) 80 %-i; B) 70 %-i; C) 60 %-i; D) 50 %-i; E) 40 %-i. 253. Əhalisinin sayı 250-500 min olan şəhər hansı kateqoriyaya aiddir? A) İri; B) Çox iri; C) Böyük; D) Orta; E) Kiçik. 254. “İstilik adaları” hansı antropogen sistemdə yaranır? A) Şəhər mərkəzlərində; B) Nəqliyyat kommunikasiyalarında; C) Böyük şəhərlərdə; D) Orta şəhərlərdə; E) Qəsəbələrdə. 255. Nəqliyyat vasitələrinin şəhər mühitinə təsirini azaltmaq məqsədi ilə neçə istiqamətdə tədqiqatlar aparılır və işlər görülür? A) 6; B) 2; C) 3; D) 4; E) 5. 256. Şəhərlərin və digər yaşayış məntəqələrinin əhalisinin layihə miqdarı hansı qrupun sayına əsasən hesablanır? A) Müəssisə və idarə işçilərinin; B) Bütün əhalinin; C) Əmək qabiliyyəti olan əhalinin; D) Tələbələrin; E) Yardımçı təsərrüfatında məşğul olan əhalinin. 257. Yaşayış zonalarını dəmir yolu xətlərindən ən kənar xətt oxundan hesablanmaqla neçə metr enində sanitar-mühafizə zonası ilə ayırmaq lazımdır? A) 100; B) 90; C) 110; D) 120; E) 130. 258. Bina daxilində insan neçə faktorun təsirinə məruz qalır? A) 5; B) 2; C) 3; D) 4; E) 6; 259. Yaşayış yerlərində sağlam ekoloji şəraitin yaradılması üçün onların planlaşdırılması zamanı gigiyenik normativlər və sanitar tələblər neçə əsas işlərin görülməsində mütləq nəzərdə tutulmalıdır? A) 8; B) 5; C) 6; D) 7; E) 4; 260. Külək sürətinin azalmasını 40-60 % təmin edən tikinti hansıdır? A) Bir cərgəli tikinti; B) Adi tikinti; C) Adi kompakt tikinti; D) İkiqat küləkdən mühafizəli tikinti; E) İkiqat və lokal külək mühafizəli tikinti; 261. Müasir insanın ən axırıncı əcdadı hansıdır? A) Kromanonsalar; B) Avstralopitek; C) Pitekantroplar; D) İnsana bənzər meymunlar; E) Neandertallar; 262. Binaların daxili mühitinin optimallaşması üçün tikinti materialları və konstruksiyaları neçə əsas tələbə cavab verməlidir? A) 8; B) 4; C) 5; D) 6; E) 7. 263. Köhnə şəhərlərin və xüsusən bu şəhərlərdəki sənaye rayonlarının rekonstruksiyası zamanı neçə əsas işin görülməsi nəzərdə tutulmalıdır? A) 4; B) 5; C) 6; D) 7; E) 8. 264. Yeni şəhər və qəsəbə üçün şəhər əmələ gətirən qrupun sayı tikintilər başlanarkən, əhalinin layihə miqdarının neçə %-dən az olmamalıdır? A) 40 %-dən az; B) 45 %-dən az; C) 30 %-dən az; D) 35 %-dən az; E) 50 %-dən az. 265. Yeni tikiləcək şəhərlərdə əhalinin perspektiv miqdarı hansı düsturla hesablanır? 100 A A) H ; T a V P m D 100 D B) H ; T a V P m D 100 A C) H ; T a V P m 100V D) H ; T a A P m D 100 A E) H. T a V m D 266. Yeni tikiləcək şəhər və qəsəbələrdə əhalinin perspektiv miqdarı hesablanarkən əhalinin neçə kateqoriyası nəzərə alınır? A) 7; B) 5; C) 4; D) 8; E) 3. 267. Ümumi istifadə üçün nəzərdə tutulmuş yaşıllıq sahələrinin adambaşına düşən sahəsi 7-11 m2 olan yaşayış məskəni hansıdır? A) Çox iri, iri və böyük şəhərlər; B) Orta şəhərlər; C) Kiçik şəhərlər; D) Kurort şəhərləri; E) Kənd əraziləri; 268. İnsan populyasiyalarının genefondunun formalaşmasına başlıca olaraq ən ciddi təsir edən faktor hansıdır? A) Kəbinin (evlənmələrin) strukturu; B) İqlim faktorları; C) Biotik faktorlar; D) Mutasiyalar; E) Say tərkibi. 269. Qəsəbə ərazisinin neçə əsas funksional zonası olmalıdır? A) 7; B) 4; C) 5; D) 6; E) 8. 270. Yaşayış məskənləri salınarkən mailliyi neçə dərəcə olan relyef ən əlverişli relyef sayılır.? A) 16; B) 15; C) 14; D) 17; E) 18. 271. Hansı tipli tikililərin qaz və səs-küydən mühafizə effektivliyi daha çoxdur? A) Bütöv perimetral doqquz mərtəbəli tikinti; B) Tağlı perimetral doqquz mərtəbəli tikinti; C) Perimetral fasiləli doqquz mərtəbəli tikinti; D) U-şəkilli doqquz mərtəbəli tikinti; E) Magistraldan 80-120 m kənarda sərbəst salınmış doqquz mərtəbəli tikinti. 272. Ən çox mutagen effektə malik olan hansı maddə qida vasitəsi ilə orqanizmə daxil olan birləşmələrdən əmələ gəlir? A) Nitrit turşusu; B) Sulfat turşusu; C) Xlorid turşusu; D) Fosfat turşusu; E) Karbonat turşusu. 273. Atmosfer havasını tozdan təmizləmək üçün tətbiq edilən toztəmizləyici qurğular neçə qrupa bölünür? A) 4; B) 2; C) 3; D) 5; E) 6. 274. Sənaye zonada çalışan adamların sayı neçə min nəfərdən çox olmamalıdır.? A) 30; B) 15; C) 20; D) 25; E) 10. 275. Yük dövriyyəsindən asılı olmayaraq III sinif müəssisələrin sanitar mühafizə zonalarının eni neçə m ola bilər? A) 1000 m; B) 1500 m; C) 800 m; D) 250 m; E) 400 m. 276. Daxili yanma mühərriklərinin tullantıları içərisində ən təhlükəli olub xərçəng xəstəliyini əmələ gətirən maddə hansıdır? A) Benz (a) piren; B) Azot oksidləri; C) Karbon qazı; D) Dəm qazı; E) Aldehidlər. 277. Avropada mənfi rezus faktorlu əhalinin miqdarı təqribən neçə faizdir? A) 15; B) 10; C) 20; D) 25; E) 30. 278. Quru toztutucuları konstruktiv olaraq neçə qrupa bölünürlər? A) 5; B) 2; C) 3; D) 4; E) 6. 279. Yaşayış rayonları və mikrorayonların planlaşması və abadlaşmasına qoyulan tələblərdə əsas neçə istiqamətdə işlərin görülməsi nəzərdə tutulmalıdır? A) 7; B) 4; C) 5; D) 6; E) 3. 280. Yaşayış binalarının divarlarının istilik mühafizəsi qabiliyyətini neçə yolla artırmaq olar? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 281. Xəzərin səviyyəsinin qalxması nəticəsində təkcə Azərbaycanın neçə km uzunluqda sahil zonasını su basmışdır? A) 830 km; B) 730 km; C) 630 km; D) 580 km; E) 530 km. 282. İstehsalat sularının təmizlənməsi və zərərsizləşməsi üçün tətbiq edilən üsullar neçə qrupa bölünür? A) 4; B) 5; C) 6; D) 7; E) 8. 283. Şəhərlərdə ümumşəhər parkının sahəsinin ən azı neçə faizi yaşıllaşmalıdır.? A) 70; B) 50; C) 60; D) 40; E) 80. 284. İctimai və yaşayış binalarında hansı ventilyasiya sxeminin tətbiq edilməsi daha məqsədəuyğundur? A) “Yuxarıdan yuxarı”; B) “Aşağıdan yuxarı”; C) “Yuxarıdan aşağı”; D) “Aşağıdan yuxarı və aşağı”; E) “Yuxarıdan və aşağıdan yuxarı”; 285. Yerli şəraitin təsiri altında, adaptasiyalar nəticəsində təqribən neçə insan irqi və onun çalarları əmələ gəlmişdir? A) 30; B) 25; C) 35; D) 40; E) 45. 286. Çökdürücülər suyun axını istiqamətinə görə neçə qrupa bölünürlər? A) 2; B) 3; C) 4; D) 5; E) 6. 287. Nəqliyyat vasitələrinin səs-küyündən mühafizə məqsədi ilə neçə tipdə mühafizə ekranı tətbiq etmək olar? A) 5; B) 3; C) 4; D) 2; E) 6. 288. Yaş toztutuculardan ən geniş yayılmış qurğu hansıdır? A) Venturi skruberi; B) Forsunkalı skrubberlər; C) Zərbə-ətalət tipli aparat; D) Barbataj-köpük tipli aparat; E) Mərkəzdənqaçma skrubberi; 289. XX əsrin axırlarında insan cəmiyyətinin enerjiyə tələbatı son 10 ildə neçə dəfə artmışdır? A) 3; B) 2; C) 4; D) 5; E) 6. 290. Suyun ozonlaşması hansı məqsədlə həyata keçirilir? A) Bakteriyaları məhv etmək üçün; B) Zərərli maddələri təmizləmək üçün; C) Suyu neytrallaşdırmaq üçün; D) Suyun codluğunu aradan qaldırmaq üçün; E) Suyu turşlaşdırmaq üçün. 291. Aşağıdakı hansı üsul kimyəvi təmizləmə metoduna aid deyil? A) Ekstraksiya; B) Xemosorbsiya; C) Katalitik oksidləşmə; D) Katalitik oksidləşmə; E) İon mübadiləli sorbsiya. 292. Atmosfer havasındakı zərərli qazları neytrallaşdırmaq üçün hansı metodu tətbiq etmək daha səmərəlidir? A) Termiki yandırma; B) Xemosorbsiya; C) Absorbsiya; D) Adsorbsiya; E) Katalitik zərərsizləşdirmə. 293. Müasir insan birlikləri əsas hansı əlamətinə görə fərqlənir? A) Təsərrüfat mədəniyyətinə görə; B) Genetik quruluşuna görə; C) Adət və ənənələrinə görə; D) Siyasi quruluşuna görə; E) Mədəni irsinə görə. 294. İnşaat materialları yataqlarının kəşfiyyatı zamanı yer səthinə dəyən ekoloji zərəri azaltmaq məqsədi ilə neçə mühüm tədbir həyata keçirilməlidir? A) 6; B) 4; C) 7; D) 9; E) 8. 295. Suda olan bakteriyaları zərərsizləşdirmək üçün hansı üsul daha sərfəlidir? A) Oksidləşdirmə; B) Süzmə; C) Çökdürmə; D) Ekstraksiya; E) Adsorbsiya; 296. İstehsalat sularını bioloji təmizləmək üçün süni yaradılmış qurğular onlarda aktiv biokütlənin yerləşməsinə görə neçə qrupa bölünürlər? A) Oksidləşdirmə; B) Süzmə; C) Çökdürmə; D) Ekstraksiya; E) Adsorbsiya. 297. Hansı proses urbanizasiyanı daha düzgün xarakterizə edir? A) Antropogen sistemin böyüyərək inkişaf etməsi; B) Əhalinin şəhər sisteminə miqrasiyası; C) Əhalinin immiqrasiyası; D) Texnikanın inkişafı; E) Şəhər əhalisinin artması. 298. Atmosferdə qarışıqların yayılması üçün müəyyən qədər əlverişli şərait Respublikamızın hansı hissəsindədir? A) Şimal-şərq rayonlarında; B) Şimal-qərb rayonlarında; C) Şimal rayonlarında; D) Cənub rayonlarında; E) Mərkəzi rayonlarında. 299. Respublikamızda ən çox külək eroziyasına məruz qalan ərazi hansıdır? A) Abşeron yarımadası; B) Qərb rayonları; C) Şimal rayonlarında; D) Cənub rayonlarında; E) Mərkəzi rayonlar. 300. Respublikamızda ən çox çirklənən su hövzəsi hansıdır? A) Xəzər dənizi; B) Araz çayı; C) Kür çayı; D) Mingəçevir su anbarı; E) Ceyranbatan su anbarı.

Use Quizgecko on...
Browser
Browser