Full Transcript

Gündüz Mirzəbəyli İNFORMATİKA DƏRS 6: PERİFERİYA QURĞULARI Periferiya qurğuları Kompyuterin imkanlarını genişləndirmək üçün periferiya qurğularından istifadə edilir. Periferiya...

Gündüz Mirzəbəyli İNFORMATİKA DƏRS 6: PERİFERİYA QURĞULARI Periferiya qurğuları Kompyuterin imkanlarını genişləndirmək üçün periferiya qurğularından istifadə edilir. Periferiya qurğuları xüsusi portlarla kompyuterə qoşulur. Periferiya qurğularını təyinatına görə 3 yerə ayırmaq olar: Giriş qurğuları İnformasiyanı kompyuterə daxil edən qurğular. Çıxış qurğuları İnformasiyanı kompyuterdən xaric edən qurğular. Giriş-çıxış qurğuları İnformasiyanı həm kompyuterə daxil edən və eyni zamanda həm də kompyuterdən xaric edən qurğular. Giriş qurğuları Giriş qurğularını sadalayaq: Klaviatura Mikrofon Maus Tv-tüner Skaner Veb-kamera Qrafiki planşet (digitayzer) ✓ Kompüterin başlıca daxiletmə qurğusu klaviaturadır. Onun köməyi ilə mətn və ədədi informasiyalar, eləcə də cürbəcür komandalar və verilənlər kompüterə daxil edilir. Kompüterin standart klaviaturasına 104 klavişli genişləndirilmiş klaviatura deyilir. Müxtəlif klaviaturalar olsa da, onların hamısında aşağıdakı klaviş qrupları vardır: Klaviaturanın sistem bloka iki cür qoşulma üsulu var: USB və PS/2 portları ilə qoşula bilir. ❖ Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və F1, F2, F3,..., F12 kimi işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiyalar proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişə bilir. ❖ Hərf-rəqəm klavişləri. Bu klavişlər klaviaturanın orta hissəsində yerləşir. Onlar hərfləri, rəqəmləri və digər simvolları daxil etmək üçün nəzərdə tutulub. ❖ Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman ox klavişləri də deyilir. Onlar klavişin üzərində göstərilmiş ox istiqamətində mətn kursorunun hərəkət etdirilməsi üçün nəzərdə tutulub. Bu qrupa daha dörd klaviş daxildir: Home, End, PgUp və PgDn. 1 Gündüz Mirzəbəyli İNFORMATİKA ❖ Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən, hesablama zamanı istifadə olunur. ❖ Xidməti klavişlər. Enter, Esc, Tab, Shift, Ctrl, Alt, Caps Lock, Insert, Delete, Backspace. F1 Kömək pəncərəsini açmaq üçün istifadə olunur. Enter Seçilən əmri yerinə yetirmək üçün istifadə edilir, mətn yığan zaman isə növbəti abzasa keçmək üçün istifadə edilir. Esc Əməliyyatdan imtina. Caps Lock Böyük hərf rejimini qoşur. Shift Mətn hazırlayarkən Shift düyməsi sıxılı vəziyyətdə düymə sıxılarsa, böyük hərf yazılır. Page up Kursoru bir səhifə yuxarıda yerləşdirir. Page Down Kursoru bir səhifə aşağıda yerləşdirir. Backspace Kursordan soldakı simvolları ləğv edir. Del Seçilmiş mətni, faylı ləğv edir və kursordan sağdakı simvolları ləğv edir. Ins Seçilmiş mövqedən etibarən əvəzetmə-daxiletmə funksiyalarını yerinə yetirir. Home Kursoru sətrin əvvəlinə keçirir. End Kursoru sətrin sonuna keçirir. Tab Mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə edilir. Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur. Print Screen Ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız aktiv pəncərənin təsviri göndərilir. ✓ Maus - Hərəkəti idarəedici siqnala çevirən mexaniki manipulyatordur. Maus idarəedici əmrləri kompyuterə daxil edən giriş qurğusudur. Mausun ekrandakı göstəricisi kursor adlanır. Hər bir əməliyyat zamanı kursorun forması dəyişir. Kursoru idarə edən manipulyator adlanır. Mausun hər düyməsinin özünə xas olan funksiyası var. Mausun düymələrinin aşağıdakı hadisələri var və hər bir əməliyyatın nəticəsi fərqlidir: 1. Mausun sol düyməsini bir dəfə klik etmək. 2. Mausun sol düyməsini ikiqat (fasiləsiz) klik etmək. 3. Mausun sağ düyməsini bir dəfə klik etmək. 4. Sol düymə basılı vəziyyətdə olmaqla mausu zəruri istiqamətdə sürüşdürmək (Drag and Drop). 5. Sağ düymə basılı vəziyyətdə olmaqla mausu zəruri istiqamətdə sürüşdürmək. QEYD: Mausun digər əvəzediciləri də mövcuddur. Məsələn, trekbol, penmaus, coystik, taçpad. Maus sol və sağ düyməyə vəiki düymələrin arasında yerləşən təkərciyə sahibdir. Noutbuk kompüterlərində siçan qurğusu əvəzinə taçpad qurğusundan istifadə olunur. 2 Gündüz Mirzəbəyli İNFORMATİKA ✓ Skaner - Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir. Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyinolunur. Skaner təsviri qrafik formatda kompüterə daxil edilir. Qrafik təsviri nöqtələrlə oxuduğu üçün yaranan təsvir rastr qrafik təsvir olur. o Görüntü skanerləri görüntüləri kompüterin yaddaşında saxlamaq üçün elektron formaya çevirir; o Ştrix-kod skanerləri malların üzərinə vurulmuş (məsələn, mağazalarda) ştrix cizgiləri oxuyur; o Maqnetik skanerlər kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuyur. Görüntü skaneri və üzçıxaran qurğunun (kseroksun) iş prinsipləri bir-birinə çox oxşayır. Ancaq kseroksdan fərqli olaraq, skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə olduqdan sonra isə onu başqa yerə köçürmək, dəyişdirmək, saxlamaq, elektron poçtla göndərmək olar. Müxtəlif növ verilənləri kompüterə daxil etmək üçün xüsusi giriş qurğuları vardır: mikrofon, skaner, kamera, coystik, tv-tüner, qrafik planşet, sensorlu ekran və s. Sensorlu ekran həm də çıxış qurğusu sayılır. ✓ Qrafiki planşet (digitayzer) - Qrafiki planşet qələm ilə planşet üzərində yaradılan fiquru kompyuterə daxil edir. Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Qrafik planşetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı xətlərdən istifadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur. ✓ Mikrofon - Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurğusudur.Səs kartı ilə əlaqəli işləyir. ✓ TV-Tüner - Müxtəlif formatlı televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur. ✓ Veb kamera - Video informasiyanı kompyuterə daxil edən giriş qurğusudur. Video kart ilə əlaqəli işləyir. 3 Gündüz Mirzəbəyli İNFORMATİKA Çıxış qurğuları Çıxış qurğularını aşağıdakı cədvəldə sadalayaq: Monitor (displey) Akustik sistemlər (kalonkalar) Printer Proyektor Plotter Monitor mətn və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulub. Monitorlar ağ- qara (monoxrom) və rəngli olur. Rəngli görüntü üç əsas rəngin – qırmızı, yaşıl və göy rəngin qarışığından alınır. Ekranda istənilən görüntü piksel adlanan nöqtələr yığınından ibarət olur. Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir. Müasir monitorlar, adətən, 1280ґ1024 piksel və daha yüksək rejimlərdə işləyir. Ekranın çözümlülüyü yüksəldikcə, görüntünün keyfiyyəti də yaxşılaşır. Monitorlar bir-birindən ekranlarının ölçülərinə görə fərqlənir. Ekranın ölçüsü dedikdə onun eni və hündürlüyü deyil, diaqonal üzrə ölçüsü əsas götürülür. Ən çox yayılmış monitorların ekranları 15, 17, 19 və ya 21 düym (1 düym = 2,54 sm) olur. Yığcamlığı və yüngüllüyünə, eləcə də insan sağlamlığına təsirinə görə maye-kristal monitorlar, yaxud LCD-monitorlar daha populyardır. İlk monitorlar isə elektron-şüa borulu monitorlar idi. Monitorları birın görüntü keyfiyyətini bir birindən fərqləndirmək üşün ppi parametrindən istifadə olunur. Ppi- parametri bir düyümə düşən piksellərin sayını ifadə edir. Ppi-ı yüksək olan monitor daha keyfiyyətli sayılır. 300 pixel 400 pixel Hazırlanma texnologiyasına görə monitorlar əsasən 3 tipə bölünür: Elektron şüa borulu; Maye-kristallı(LCD) və LED; Plazma ekranlı; Tipindən asılı olmayaraq monitor bəzi parametrlərlə xarakterizə olunur: Monitorun ekran Bu göstərici piksellərin minimal ölçüsünü göstərir. Bu parametr təsvirin piksellərinin ölçüsü keyfiyyətinə bilavasitə təsir edir. Yəni, piksellər nə qədər böyük olsa, təsvir o qədər kobud alınar. Monitorun seyrəklik Bu kəmiyyət vasitəsi ilə monitorda yerləşən nöqtələrin sayı təyin edilir. qabiliyyəti (videorejim) Aydındır ki, bu nöqtələrin sayı nə qədər çox olarsa, təsvir o qədər keyfiyyətli alınar. Seyrəklik qabiliyyəti iki kəmiyyəti təsvir edir - üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kompyuterdə səlis yox, rejimdən-rejimə keçdikcə dəyişir. 4 Gündüz Mirzəbəyli İNFORMATİKA Monitorun yuxarıda qeyd etdiyimizdən başqa parametrləri də var. ❖ Maksimal tezliyi ❖ Təzadlıq dərəcəsi ❖ Müşahidə bucağı ❖ Piksellərin əks olunma vaxtı ❖ Matrisin tipi ✓ Printer- informasiyanı kağız üzərinə çap edən çıxış qurğusudur. PrinterlərUSB portu vasitəsi ilə kompyuterə qoşulur.Printerlər iş prinsipinə görə iki yerə ayrılır: Zərbli (impact) və Zərbsiz (non-impact). Zərbli a) Matrisli Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün (impact) mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunur. Printer başlığı 9, 18 və ya 24 iynəli ola bilər. Həmin iynələr hərf formasında kağıza zərbə vurmaqla çap edir. Matrisli printerlərin qrafik imkanları çox məhduddur. Bu printerlərdə iynələr dəsti (matrisi) görüntünü rəngləyici lent vasitəsilə kağıza vurur. Çapın keyfiyyətiiynələrin sayından asılıdır. b) Literli Prinsipcə matris printerləri kimi işləyir. Zərbsiz a) Şırnaqlı Printerlərin ən populyar növü şırnaqlı printerlərdir. Adətən, (non-impact) onlar rəngli olur və istənilən kağızda yüksək keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir. Qiymət baxımından da bu printerlər əlverişlidir. Şırnaqlı printerlərdə çap zamanı çox kiçik mürəkkəb damcıları kağıza çilənir. Mürəkkəb kağıza aramsız olaraq şırnaqla axır, buna görə də printerlər belə adlandırılır. b) Lazerli Bu printerlərdə quru toz hissəciklərindən istifadə edilir. və LED Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir. Bu printerlər başqa növlərlə müqayisədə daha sürətlidir və daha çox fasiləsiz işləyə bilir. Buna görə də rəngli lazerli printerlərin qiymətləri baha olur. c) Termiki Bu printerlə çap zamanı xüsusi kağızdan istifadə olunur. Bu kağız növü qızdırıldıqda rəngi dəyişilir. Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçül- düyü halda, matrisli printerlərin sürəti bir saniyədə çap olunan simvolların sayı ilə ölçülür. ✓ Plotter – Mürəkkəb təsvirlərin kağız üzəridə çap etdirilməsi üçün istifadə edilir. Əsasən çertyojlar, xəritələr və s. 5 Gündüz Mirzəbəyli İNFORMATİKA çap etmək üçün istifadə edilir. Böyük formatda (A0, A1) olan qrafiki təsvirlərin çapı üçün istifadə edilir. Plotterin çap texnologiyasına görə aşağıdakı növləri var: o Perolu (qələmli); o Karandaş - qələmli; o Şırnaqlı; o Elektrostatik; o Lazerli; o Led ✓ Akustik sistemlər (kalonkalar) – Səs informasiyasını dinləmək üçün istifadə edilir. Səs kartı ilə əlaqəli işləyir. ✓ Proyektor – Kompyuterin ekranındakı informasiyanı müstəvi səth üzərində təsvir edirmək üçündür. Giriş - çıxış qurğuları Giriş-çıxış qurğularını aşağıdakı cədvəldə sadalayaq: ✓ Modem ✓ Sensor monitor ✓ Fax ✓ Modem – Kompyuterin İnternet şəbəkəsinə qoşulmasını təmin edən qurğudur. Bu qurğu kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirir. Bu çevrilmə onunla əlaqədardır ki, kompyuter rəqəmli siqnallarla işlədiyi halda, telefon xətti analoq siqnallarla işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə demodulyasiya deyilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili (sistem blokun daxilində yerləşdirilir) və xarici (ayrıca qurğu kimi kompyuterə qoşulur) olur. ✓ Sensor monitor – Müasir monitor növüdür və toxunuşa həssas hazırlanmışdır. Demek olar ki, hal-hazırki əksər telefonun monitoru sensordur. Sensor monitorlarda klaviatura və mausa ehtiyac qalmır. ✓ Fax – İnformasiyanı həm qəbul ediməsini , həmdə ötürülməsini təmin edən qurğudur. o Düzgün olmayan fikirləri doğruya çevirin: Siçanın təkərciyini fırlatdıqda ekranda göstərici yerini dəyişir. Kursorun idarəolunması klavişləri qrupuna dörd klaviş daxildir. 6 Gündüz Mirzəbəyli İNFORMATİKA Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq üçün maqnetik skanerlərdən istifadə olunur. Noutbuk kompüterlərində siçan əvəzinə taçpad qurğusundan istifadə olunur. Sensor ekran çıxış qurğusudur. o Doğru fikirləri müəyyən edin. İnformasiya kompüterə giriş qurğuları vasitəsilə daxil edilir. İnformasiya kompüterin yaddaş qurğusunda emal olunur. Prosessor kompüterin giriş qurğusudur. İnformasiyanı kompüterdə daimi saxlamaq üçün sərt diskdən istifadə olunur. CD-ROM disklərinə heç nə yazmaq olmur. Kompüterdə informasiya onluq say sistemində saxlanılır. İkilik say sisteminin rəqəmi bit adlanır. Kompüterə daxil olunan hər simvol kodlaşdırılır. 7

Use Quizgecko on...
Browser
Browser