Full Transcript

(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 MS EXCEL 2019 CƏDVƏL PROSESSORU DİM-in Qəbul Proqramı Microsoft Excel elektron cədvəl prosessorunun təyinatı və əsas xüsusiyyətləri. Excel 2019 proqram pə...

(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 MS EXCEL 2019 CƏDVƏL PROSESSORU DİM-in Qəbul Proqramı Microsoft Excel elektron cədvəl prosessorunun təyinatı və əsas xüsusiyyətləri. Excel 2019 proqram pəncərəsi və onun əsas komponentləri. Excel 2019-da Lent (Ribbon) istifadəçi interfeysi. Sürətli müraciət alətlər paneli, düsturlar və vəziyyət paneli. Excel 2019 elektron cədvəlinin komponentləri. Verilənlərin daxil edilməsi və redaktəsi. Formatlaşdırma əməliyyatları. Düsturların daxil edilməsi və redaktəsi. Funksiyalar. Funksiya kateqoriyaları. Excel 2019-un əsas funksiyaları (Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN. Logical: AND, OR, NOT, IF, TRUE, FALSE. Math & Trig: ABS, FACT, POWER, PRODUCT, SUM. Text: LEFT, RIGHT, LEN) və onlardan istifadə qaydaları. Fayl əməliyyatları. İş vərəqlərinin idarə edilməsi. İş vərəqinin görünüş rejimləri, miqyası və formatlaşdırılması. İş kitablarının pəncərələri ilə iş. Mövzular. Səhifə parametrləri. Səhifə fonu. Verilənlər siyahısı ilə iş. İş vərəqinə müxtəlif obyektlərin əlavə edilməsi. Diaqramlar və onlarla iş. Excel 2019 proqram pəncərəsi və onun əsas komponentləri. Hesablama əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə tulumuş cədvəl proqramlarına elektron cədvəl deyilir. Bu tipli proqramlara misal olaraq Quattro-Pro, SuperCalc, Lotus 1-2-3 proqramlarını göstərmək olar. Belə cədvəl proqramlarından biri də cədvəllərin atası, beyni, prosessoru Ms Excel proqramıdır. Ms Excel proqramı ilə mürəkkəb formalı cədvəllər yaratmaq mümkündür. MS Excel 2019 proqramının ad genişlənmələri.xls.xlsx olacaq. Haqqında bol-bol danışacağımız Ms Excel cədvəl prosessoru Microsoft Office paketinə daxildir. İndi görək bu Excelin başına nə oyun aça bilərik? Ümumiyyətlə nə deyilən şeydir bu? Nə işə yarayır? Kimdir, kimlər- dəndir? Görək hələ özümüzü yormağa dəyərmi? Bu suala cavab olaraq deyə bilərik ki, təbii ki,dəyər. Çünki imtahanda Excel bizə təxminən 3 sual verəcək. Ona görə də biz indi Excel-i elə yaxından tanıyacağıq ki, elə mükəmməl öyrənəcəyik ki, hətta bundan sonra hara CV atsaq, rahat-rahat Excel-i də yapışdıracağıq. (Elə yapışdır ki, qopmasın ☺) Excel-lə neyləmək olar? Excel-dən istifadə edərək cədvəl daxilində yazılar yaza, 1. Cədvəli redaktə etmək siyahılar hazırlaya bilərik. Cədvəl daxilində saysız-hesabsız düsturların, funksiyaların 2. Hesablamalar aparmaq köməyi ilə yüzlərlə hesablama əməliyyatları yerinə yetirə bilərik. Cədvəlin xanalarının üzünü-gözünü qaralaya, rəngini 3. Cədvəli formatlaşdırmaq dəyişə, enini-boyunu (formatını) dəyişə bilərik. Excel-lə nə iş görəcəyimizi az-çox təxmin elədik. İndi görək dərdi nədir bu Excel-in. Yaxşı-yaxşı söhbət edək görək qəbulda üzümüzü ağ edəcəkmi? Qarşılayın, 2019-cu ildən olan Excel-in ilkin görünüşü… 1 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 1 2 3 5 4 6 Excel cədvəli 8 lent tabından File(Menyu da deyilir), Home, İnsert, Page Layout, Formulas, Data, Review, View ibarətdir. Bu pəncərədə gördüyünüz komponentlərin əksəriyyətini Ms Word 2019 proqramından bildiyimiz üçün(mütləqdir ki, bilirsiniz) əsas işləyəcəyimiz elementlər haqda danışa bilərik. Hələ də oxumamısan Word-ü? Müəllifin qəzəbinə tuş gəlməmək üçün vaxt itirmdən get oxu, burda səni gözləyirik... 1. Name Box (Ad, ünvan qutusu) 2. Formula Bar (Funksiya, düstur sətri) 3. Cell (Oyuq, xana) 4. Rows (Sətir) 5. Columns (Sütun) 6. Worksheets. İnsert Worksheet (Vərəqlər və onların əlavə olunması) 1. Name Box(Ad, ünvan qutusu) - Ünvan qutusunda seçilmiş xananın ünvanı göstərilir. Məsələn A1 xanası seçilirsə, A1 yazılır. 2. Formula Bar(Funksiya, düstur sətri) - Düstur sətrində düstur, funksiya yazılır. Yazılmış düstur seçilmiş xanada əks olunur. Xanada düsturun nəticəsi görünsə də, düstur sətrində nəticə deyil, düstur görünür 3. Rows(Sətir) - Excel 2019 proqramında hər bir işçi vərəqdə 220 (1048576) sayda sətir olur. 4. Columns(Sütun) - Excel 2019 proqramında hər bir işçi vərəqdə 214 (16384) sayda sütun olur. Sütunlar A, B, C,..., Z kimi olmaqla ardıcıllıqla düzülür. Əlifbanın hərfləri bitdikdən sonra AA, AB, AC.... daha sonra AAA, AAB, AAC formasında XFD-yə qədər davam edir. 5. Cell(Oyuq, xana) - Excel 2019 proqramının ən əsas elementlərindən biri xanadır. Xanalar sətir və sütunların kəsişməsindən yaranır. Xanaların adında əvvəlcə sütun, sonra isə sətir adı yazılır. Məsələn K8 xanası K sütunu və 8-ci sətrin kəsişməsindən yarandığına görə ona F8 xanası deyilir. Düzgün xana ünvanlarına ZZ222, AA24, AZ2022, CCC8 və s. xanalarını göstərə bilərik. Xanaların maksimal sayını tapmaq üçün sətir sayını sütun sayına vurmaq lazımdır. Excel cədvəlində 214 sayda sütun, 220 sayda sətir olduğuna görə bu ədədləri bir-birinə vurmaqla 234 sayda ədəd olduğunu öyrənmiş olarıq. 6. Worksheets. New Sheet(Vərəqlər və onların əlavə olunması) - Excel cədvəlində yaradılmış hər hansısa bir sənəd işçi kitab (book) adlanır və kitab işçi vərəqlərdən ibarət olur. Proqramı açarkən ilkin olaraq 1 işçi vərəq görünür. İşçi vərəqlərin sayı susmaya görə Sheet1, Sheet2, … və s. kimi təyin edilir. İşçi vərəqlərə istədiyimiz kimi ad verərik, ancaq bəzi qadağalar mövcuddur. Bir işçi vərəqin adında maksimum 31 simvoldan istifadə edə bilərik və bu adlandırmada : ? * / \ [ ] simvollarından istifadə etmək olmaz. Kitaba işçi vərəq əlavə etmək üçün bu piktoqrama sıxmaq və ya klaviaturadan Shift+F11 düymələr kombinasiyasını icra etmək lazımdır. Excel proqramında vərəqlərin 4 növü var: 2 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 1) Cədvəllərlə iş üçün Worksheets(İşçi vərəqlər) 2) Diaqramların əlavə olunması üçün Chart sheets(Diaqram vərəqləri) 3) Makroəmrlərin yerinə yetirilməsi üçün Macro sheets(Makros vərəqləri) 4) Dialoqların yaradılması üçün Dialog sheets(Dialoq vərəqləri) Proqramda işçi kitabı, vərəqi minimal 10%-da saxlamaq, maksimum isə 400%-dək böyütmək mümkündür. Excel 2019 elektron cədvəlinin komponentləri. Fayl əməliyyatları. Excel proqramında ən əsas komponentlərdən biri xanadır. Xanaya oyuq və ya hücrə də deyilir. Bu proqramda bütün informasiyalar, verilənlər xanalarda qeyd olunur. Xanalara edilən müraciətlər istinad adlanır. Soldakı şəkildə A2 xanasında 8, B1 xanasında 24 yazılıb, C3 xanasına isə düstur daxil edilib. C3 xanasının bir nəticə alması üçün A2 və B1 xanasına müraciət, yəni istinad olunub. Əgər Enter düyməsini sıxsaq, C3 xanasında 24+8=32 nəticəsi görünə-cək. Fikrimizi ümumiləşdirsək, deyə bilərik ki, C3 xanasının nəticəsi A2 və B1 xanasından asılıdır. Elə buna görə də xanalar tərkibinə görə ilkin və asılı olmaqla iki yerə bölünür. İlkin xananın qiyməti heç bir xanadan asılı olmur və içində hər hansısa bir verilən yazılır, ancaq asılı xana düsturdan ibarət olmaqla nəticəsi digər xanaların qiymətindən, vəziyyətindən asılı qalır. Bundan əlavə Excel cədvəlində ayırd edəcəyimiz xanalar iki növdə(aktiv, aktiv olmayan) olur. Kursor vasitəsi ilə seçdiyimiz xanalar aktiv, digərləri isə aktiv olmayan xanalardır. Verilmiş şəkildəki C3 xanası aktiv xanadır. Göründüyü kimi aktiv xananın ətrafı qara çərçivəyə alınır və həmin xana ad qutusunda(Name Box) görsənir. Məsələn hal-hazırda aktiv xanamız C3 olduğundan ad qutusunda C3 yazılıb ki, buna həm də xananın ünvanı deyilir. Elektron cədvəllərdə ünvanlar iki cür olur: 1) nisbi ünvan 2) mütləq ünvan 3) qarışıq ünvan Nisbi ünvanda xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin düstur dəyişir. Məsələn C3 xanasına daxil edilmiş =A2+B1 düsturunu D4 xanasına köçürsək, C3-dən D4-ə sütun (C-dən D-yə) və sətir (3-dən 4-ə) bir vahid artdığı üçün düsturumuz =A2+B1-dən =B3+C2-yə dəyişəcək. Mütləq ünvanda isə xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin düstur dəyişməz qalır. Mütləq ünvan $(dollar) işarəsi ilə göstərilir. Dollar işarəsi nəyin qarşısındadırsa, həmin vahid düstur köçürüləndə dəyişmir, Məsələn: $C$7. Qarışıq ünvan $D4, A$2 formasında olur. Sütunu sabit olan qarışıq ünvan $D4, sətiri sabit olan qarışıq ünvan A$2 şəklində olur. Mütləq ünvandan nisbi ünvana keçdikdə F4 funksiyanal düyməsindən istifadə olunur. Xananın içindəki məlumatları redaktə etmək üçün F2 funksiyanal düyməsindən istifadə olunur. Xananı seçmək üçün sadəcə üzərinə klik etmək kifayətdir. Xananın üzərinə iki dəfə klik etdikdə kursor klik edildiyi yerdən xananın içinə daxil olur. Xananın üzərinə bir dəfə klik edib məlumat daxil edilərsə, ilk məlumat silinib yerinə yeni məlumat daxil olur. Cədvəldə bir neçə ardıcıl xananın seçilməsi mümkündür. Ardıcıl xanaların aralığına diapazon deyilir. Aşağıdakı şəkildə A1-dən C4-dək olan seçilmiş xanaların ardıcıllığı təsvir olunmuşdur. Həmin diapazon A1:C4 (: iki nöqtə ilə) yazılaraq təsvir olunur və öz daxilində bu aralıqda olan bütün xanaları birləşdirir. Şəkildə də göründüyü kimi seçilmiş xanaların sayı 12-dir. Verilmiş diapazonda olan xanaların sayını tapmaq üçün düzbucaqlının sahəsini hesabladığımız kimi sətir sayını sütun sayına vurmaq kifayətdir. 3 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 File Tabı(Fayl): File tabının açılışında Excel proqramının arxa, fon görünüşü(Backstage View) ekrana gəlir. Burada olan əmrlərlə Word proqramında tanış olduğumuzdan buralarını next-next eliyə bilərik. Mən sizə demişdim bu word sizin başınıza oyun açacaq hələ harasıdır. Vaxt varkən geri dönüb yaxşı yaxşı təkrar et... Home Tabı(Başlanğıc) tab vərəqi: Home lent tabı Clipboard, Font, Alignment, Number, Styles, Cells, Editing lent qruplarından ibarətdir. Bəzi qruplar haqda əvvəlki mövzuda danışdığımızdan əsasən fərqli qruplara nəzər salacağıq. Alignment(Düzləndirmə): - Bu əmr xananın içindəki yazıları xananın yuxarısına, mərkəzinə və aşağısına yerləşdirir(düzləndirir). - Bu əmr xananın içindəki yazıları müxtəlif dərəcələr altında, müxtəlif istiqamətlərdə döndərir. - Bu əmr xana daxilində sanki bir neçə sətir yaradır və məlumatları bölərək alt-alta yazmağa imkan verir. Bu əmrin gördüyü işi. ALT+ENTER düymələr kombinasiyasının köməyi ilə də etmək olar. - Bu əmrin köməyi ilə xana içindəki yazılar soldan, mərkəzdən və sağdan düzləndirilir. - Bu əmr xana içindəki məlumatları sola və sağa doğru sürüşdürür. -Seçilmiş xanaları birləşdirir və xana daxilindəki məlumatları mərkəzə düzləndirir. Bundan əlavə bu əmrin daxilində bir neçə əmr açılır ki, onların da köməyi ilə seçilmiş sütunlar birləşdirilir, birləşdirilmişlər ayırılır, küsülülər barışdırılır və s. Ayyy səniii yatmışdın həə? Yatma, yatma, oxu az qalıb. Mənə də xoş deyil inan, möhkəm ol, bu Excel-i birlikdə bitirək. 4 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Number(Ədəd): Number qrupunun əmrləri ilə xana daxilindəki yazıların tipini, formatını təyin etmək mümkündür. Bu qrupun əmrlərinin köməyi ilə xanalardakı ədədləri faiz formasında göstərə, valyuta vahidlərinə çevirə, sağına soluna 0 əlavə edə, onluq kəsr vasitəsilə ifadə edə bilərik. Styles(Üslublar): Styles lent qrupunun əmrləri vasitəsilə hər hansı xana və xanalar qrupuna xüsusi stillər vermək mümkündür. Bunlara xanaları müqayisə etmək, rəngini dəyişmək, fonunu rəngləmək və s. aiddir. Cells(Xanalar): Insert(Əlavə et) əmrinin köməyi ilə xana, sətir, sütun, vərəq əlavə olunur. Delete(Sil) əmrinin köməyi ilə xana, sətir, sütun, vərəq silinir. Format(Format) əmrinin köməyi ilə xananın eninin, uzunluğunun ölçüsü, yəni formatı dəyişdirilir. Bundan əlavə cari işçi vərəqinin adının dəyişdirilməsi, işçi vərəqin qorunması, xananın blok olunması kimi əməliyyatlar da bu əmrin köməyi ilə açılan pəncərədən yerinə yetirilir. Pəncərə aşağıdakı şəkildə qeyd olunub. Editing(Redaktə): Editing qrupunun əmrləri ilə xanalara funksiya əlavə etmək, xanalardakı məlumatları, yazıları digər xanalara doldurmaq, xanalardakı informasiyaları silib təmizləmək və s. əməliyyatları icra etmək mümkündür. AutoSum(AvtoCəmləmə) - əmrinin köməyi ilə xanalara funksiya, düstur əlavə olunur. Fill əmrinin köməyi ilə xanalara yazılar müxtəlif üsullarla doldurulur. Sağdakı şəkildə həmin pəncərələr qeyd olunub. Series hissəsinə kliklə- dikdə sol şəkildəki pəncərə aktiv olur. Clear əmri xanalardakı informasiyaları təmizləyir. Sort, Filter əmri xanalarda sıralama və süzgəcləmə əməliyyatlarını yerinə yetirir. Find and Select əmrinin köməyi ilə isə işçi vərəqdəki verilənlərin axtarılması, seçilməsi, məlumatların başqa məlumatlarla əvəz edilməsi işləri yerinə yetirilir. 5 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Insert Lent Tabı(Əlavə et) tab vərəqi: Insert lent tabı Tables, Illustrations, Add-ins, Charts, Tours, Sparklines, Filters, Links, Text, Symbols lent qruplarından ibarətdir. Əksər qruplar haqda əvvəlki mövzuda danışdığımızdan əsasən fərqli qruplara nəzər salacağıq. Tables(Cədvəllər): PivotTable əmri mürəkkəb verilənləri asanlıqla tərtib edir və xülasısini çıxarır. Cədvəldən lazımi olan məlumatları seçməyə imkan verir. Recommended PivotTables qarışıq məlumatları ümumiləşdirmək üçün PivotTable – tövsiyə edir. Table əmri isə seçilmiş diapazona xüsusi formatlı cədvəl əlavə edir. Illustrations(İllüstrasiyalar): Illustrations - qrupunun köməyi ilə cədvələ müxtəlif şəkillər, fiqurlar, ağıllı diaqramlar əlavə etmək olur. Bu qrupu bir əvvəlki dərsdən bildiyimiz üçün, hər bir əmri mükəmməl xatırladığınız üçün artıq sözə lüzum yoxdur. Word-lə müqayisə etdikdə hansı əmr bu qrupda yoxdur? Mən Deyim? Yoxsa, özün axtarıb tapacaqsan? Kitabı vərəqlədiyini hiss edirəm, yaxşıdır axtar tap Add-ins(Qoşmalar): Office-ə funksional imkanlar əlavə edən, tapşırıqları sadələşdirən və sizi hər gün istifadə etdiyiniz xidmətlərə qoşan qoşmaları tapmaq üçün istifadə olunur. Charts(Diaqramlar): Charts - qrupunun vasitəsilə işçi vərəqə müxtəlif formatlı diaqramlar əlavə etmək olur. Diaqram növləri sağ şəkildə qeyd olunub. Şəkildə göründüyü kimi 17 əsas diaqram növü var. Tours(Səfərlər): 3D Map - Coğrafi verilənlərə tədricən görünən 3D xəritəsində baxmaq olar. Təfərrüatları araşdırıb tədricən dəyişiklikləri animasiya edib video yaratmaq olar. Sparklines(Sparklaynlar): Sparklines - qrupu vasitəsi ilə isə cədvələ xətti diaqramlar əlavə olunur və bunlar tək xanalara yerləşdirilmiş mini qrafiklərdir. Filters(Süzgəclər): Filters - qrupu, yəni süzgəc qrupu böyük cədvəllərlə işləyən zaman lazım olur. Slicer böyük cədvəlləri dilimləyərək işimizi xeyli asanlaşdırır. Timeline tarixləri filtrləmək üçün vaxt şkalasından istifadə olur. 6 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Links(Əlaqələr): Link(Ctrl+K) - Hər hansı proqrama, Veb səhifəyə, qovluğa, fayıla, e-poçt ünvanına, yönəlmiş əlaqə yaradır, əlaqəni istifadə etmək üçün: Ctrl+Klik (aha, bəli bu əmr də əvvəlki mövzuda var, təkrar biliyin anasıdır deyib yadınıza saldıq) Text(Mətn): Text – Bəli hər bir əmri mükəmməl şəkildə bilirsiniz. Əvvəlki mövzu ilə müqayisədə Header & Footer əmri öz qruplarından qovulub bura yerləşib. Qrupda yeni əmr olmasına baxmayaraq bu əmr bizim üçün tanışdır. İndi isə növbəti qrupa keçid edək. Symbols(Simvollar): Bax mənim yerimdə siz olun nə edərdiniz, yazardınız yenidən? Bu qrupda olan iki əmr artıq sizin üçün təkrardı. Mən sizin yerinizdə olsaydım baxmadan keçərdim. Deyərdim ki, əvvəlki mövzudan bilirəm Növbəti Tabın qruplarına keçid edək... Page Layout(Səhifə Düzəni) tab vərəqi: Page Layout lent tabı Themes, Page Setup, Scale to Fit, Sheet Options, Arrange lent qruplarından ibarətdir. Themes(Mövzular): Themes - qrupunun köməyi ilə işçi vərəqə mövcud hazır temalar, mövzular tətbiq edilir, tətbiq edilmiş temanın rəngi, effekti və şrifti dəyişdirilir. Page Setup(Səhifə Parametrləri): Page setup - qrupu vasitəsilə səhifə parametrləri tənzimlənir, səhifənin kənar boşluqları(Margins) təyin olunur, portret və ya albom(Orientation) formasında olacağı müəyyən edilir, sənəd üçün vərəq ölçüsü(Size) təyin olunur, çap(Print Area) etmək istədiyimiz sahə seçilir, kəsilmələr(Breaks) əlavə olunur, arxa plan(Background) və nəhayət çap başlıqları(Print Titles) seçilir. Scale to fıt(Sığışdırmaq üçün Miqyasla): Scale to fıt - qrupunun əmrləri vasitəsilə səhifə pəncərəyə sığışdırılır, eni-uzunu artırılıb azaldılır. Sheet options(Vərəqin Seçimləri): Sheet options - qrupu səhifədə çap ediləcək göstəriciləri müəyyən edir. Gridlines hissəsində view əmri seçilərsə, tor xətləri görünür, əks halda görünmür. Print əmri seçilərsə, çap zamanı tor xətləri görünür, əks halda görünmür. Headings hissəsində view əmri seçilərsə, sətir və sütun başlıqları görünür, əks halda görünmür. Print əmri seçilərsə, çap zamanı sətir və sütun başlıqları görünür, əks halda görünmür. Arrange(Nizamla): Arrange - qrupu vasitəsilə obyektlər üzərində əməliyyatlar aparılır. Əvvəlki dərsdən bu əmrləri bildiyimiz üçün bir də yenidən sadalamayacağıq. 7 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Formulas(Səhifə Düzəni) tab vərəqi: Formulas lent tabı Function Library, Defined Names, Formula Auditing, Calculation lent qruplarından ibarətdir. Funksiyalar Excel proqramının əsas mahiyyəti bu tabın köməyi ilə daha da aydın olur. Excel proqramı müxtəlif formullar, düsturlar və funksiyalar vasitəsi ilə hesablama əməliyyatlarını rahatlaşdırır. Bütün düsturlar, formullar xanalara bərabər işarəsinin köməyi ilə yazılır. Excel cədvəlinin qəbul proqramında qarşılaşaca biləcəyimiz vacib düsturları ilə tanış olaq. ↓ ↓ Math(Riyazi): ABS (modulu hesablayır) məsələn: =ABS(-16) → =16 və yaxud “-16” əvəzinə xana yazıla bilər, xanadakı ədədin modulunu göstərəcək. FACT (faktorialı hesablayır) məsələn: =FACT(4) →1*2*3*4=24 və yaxud 4 əvəzinə (A8) hər hansısa xana yazıla bilər, xanadakı qiyməti götürüb faktorialın hesablayacaq. POWER (verilmiş ədədim qüvvətini tapır) məsələn: =POWER(5,2) → 5^2=25 , =POWER(A1,B1) yəni A1 xanasında olan qiymətin üzərində B1 xanasındakı qiymət :) A1B1 SUM (cəmi bildirir) məsələn: =SUM(9,7) → 9+7=16 və yaxud xana və diapazon yazıla bilər. =SUM(A1,B5), =SUM(B8:E9). Boş xanalar və ədəd tipli olmayan xanalar nəzərə alınmır. SUMİF (müəyyən şərt daxilində ədədləri toplayacaq) məsələn: =SUMİF(A1:C7, "20;A1+B1;A1*C2) yəni “A3” 20- dən böyükdürsə “A1+B1” hesabla əks halda “A1*C2” hesabla. PRODUCT (hasili hesablayır) məsələn: =PRODUCT(5,7) → 5*7=35 və yaxud qiymət əvəzinə xana ünvanları yazıla bilər, diapazon yazıla bilər. Məsələn =PRODUCT(C5,F4) həmin xanadakı qiymətləri bir birinə vuracaq. Diapazon göstərərsə =PRODUCT(A1:B5) həmin diapazondakı qiymətləri bir birinə vuracaq, boş xanalar və mətn tipli xanalar nəzərə alınmır. Statistical(Statistik): AVERAGE (orta qiymətin tapılması) orta qiymətin tapılması nə deməkdir? Yəni ədədləri toplayıb "sayına" bölürük. Məsələn: =AVERAGE(5,6,7) → (5+6+7)/3=6, burda da həmçinin xanalara istinad ola bilər yəni =AVERAGE(B5,C5,D5,E5) → (B5+C5+D5+E5)/4. MAX ( maksimum qiymətin tapılması) məsələn: =MAX(4,5,6,7) → =7 və ya =MAX (A1:B5) →bu diapazondakı ən böyük ədədi tapacaq. MIN (minimum qiymətin tapılması) məsələn: =MIN(4,5,6,7) → =4 və ya =MIN(A1:B5) →bu diapazondakı ən kiçik ədədi tapacaq. COUNT (bu funksiyanın işi gücü yalnız ədədləri saymaqdır) məsələn: =COUNT(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =10 =COUNT(A1:F8) → bu diapazondakı ədədləri sayacaq. 8 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 COUNTA (əvvəlki funksiyadan fərqli olaraq bütün dolu xanaları sayır) məsələn: =COUNTA(F5:K5) → bu diapazondakı bütün dolu xanaları sayacaq və ya =COUNTA(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =15 COUNTİF (müəyyən şərti ödəyən verilənləri sayacaq) məsələn: =COUNTİF(A1:D7, ">2019") bu diapazonda 2019 dan böyük olan ədədləri sayacaq =COUNTİF(A1:D7, "MagistrOL") bu diapazonda MagistrOL sözlərini sayacaq. Text(Mətn): LEN (xanadakı simvolların sayını tapır) məsələn: =LEN("MagistrOL") → =9 və ya =LEN(K2) → K2 xanasındakı simvolların sayını tapacaq. LEFT ( yuxardakı düsturla eyni funksiyanı yerinə yetirir, "RİGHTt" sağdan müəyyən simvolu kəsib saxlayırdısa, "LEFT" soldan kəsib saxlayır) məsələn: =LEFT("Mükəmməl Tələbələrim", 8) = Mükəmməl RİGHT ( xanada yerləşən sözün, cümlənin müəyyən hissəsin "sağdan" kəsib saxlayacaq) məsələn: =RİGHT("Şərifli Kənan", 5) → Kənan və ya =RİGHT(A4,8) bu xanada, sağdan 8 simvolu kəsib saxlayacaq. Logicial(Məntiqi): TRUE → Şərtlər doğru olduqda nəticə True olur. Məs: =5>4 Nəticə True olur. FALSE → Şərtlər yalnış olduqda nəticə False olur. Məs: =820;A1+B1;A1*C2) yəni “A3” 20-dən böyükdürsə “A1+B1” hesabla əks halda “A1*C2” hesabla. Excel proqramında işləyərkən hərdən düsturlarla bağlı əməliyyatlar zamanı səhvlər, xətalar ortaya çıxır. Həmin xətalar aşağıdakı kimidir. XƏTALAR XƏTALARIN SƏBƏBLƏRİ #DIV/0! Düsturda 0-a bölmə olduqda meydana gəlir #NAME? Düsturun adı düz yazılmadıqda və formatı düzgün verilmədikdə yaranır #NUMBER! Düstura düzgün olmayan ədəd yazıldıqda görünür #REF! Düsturda mövcud olmayan xanaya müraciət, istinad olunduqdan baş verir #VALUE! Düsturda mətnlə ədəd tipli verilənlər üzərində hesablama apardıqda ortaya çıxır ###### Ədəd xananın eninə sığışmadıqda yazılır 9 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Xanaların, Sətrlərin və Sütunların sayılması B3:F9 adlı diapazon(diapazon anlayışı iki nöqtəni bildirir “ : ” və ilk xanadan son xanaya qədər bir düzbucaqlı qurur) verilib və bizdən sütun, sətr və xana sayını istəyir. Xatırlayaq: Ms Exceldə 220 - sətr, 214 - sütun var. Sətr sayı → B3:F9 (son xananın sətrindən ilk xananın sətri çıxılır və üzərinə 1 əlavə olunur) 9-3+1=7 Sütun sayı → B3:F9 ( B-dən F-ə qədər hərflər sayılır) b,c,d,e,f = 5 Xana sayı → (sətr * sütun sayı) 7*5=35 Düsturların Köçürülməsi Hər hansısa bir xanaya, məsələn, C4 xanasına hansısa düstur yazılır, həmin düsturu başqa bir xanaya köçürməyimizi istəyir. Bu zaman nə edirik? Qarşısında dollar olan hərf və ya rəqəm dəyişməz olaraq qalır, birdə dəyişməz olaraq qalan sabitlərdir, yəni tək verilmiş rəqəmlər. C4 xanasına əgər $A$8 + $B9 + C$10 + 11 yazılıbsa, həmən düsturu D5 xanasına köçürməyimizi tələb edirsə, o zaman hər birini dəyişirik. Qarşısında dollar olan dəyişmir, bir də sabit. C4 - dən D5 - ə hərfimiz və rəqəmlərimizin sayı nə qədər artırsa, digərlərinidə o cür dəyişirik. $A$8+$B10+D$10+11 Məsələn C4 dən E7 -ə hərflər iki vahid artacaq, rəqəmlər isə üç vahid. Cavab: $A$8+$B12+E$10+11 İndi isə qaldığımız yerdən davam edək Defined Names(Təyin Edilmiş Adlar): Name Manager(Adlar Meneceri)(Ctrl+F3) – İş kitabında istifadə edilən bütün adları yaratmaq, redaktə etmək, silmək və tapmaq mümkündür. Define Name(Ad Təyin et) - Hər hansısa, xanaya və ya diapazona təyin etdiyimiz adlardır. Məsələn: =Sum(E2:K8) yerinə, =Sum(KənanŞərifli) təyin etdik. Use in Formula(Düsturda İstifadə et) – İş kitabında istifadə edilmiş ad seçib düsturlara tətbiq edə bilərik. Create from Selection(Seçilmiş fraqmentdən yarat)(Ctrl+Shift+F3) – Seçilmiş xanalardan adları avtomatik yaratmaq olar. Formula Auditing(Düsturların Asılılığı): Trace Precedents(Təsiredici Xanalar göstərilsin) – Cari xananın dəyərinə hansı xanaların təsir etdiyi göstərilsin. Cari xana asılı xanadır. Trace Dependeents(Asılı Xanalar göstərilsin) – Cari xananın dəyərinin hansı xanalara təsir etdiyi göstərilsin. Cari xana ilkin xanadır. Remove Arrows(Oxları Sil) – Təsiredici xanalar və Asılı xanalar əmri ilə çəkilmiş bütü oxlar silinir. Show Formulas(Düsturları Göstər) – Hər bir xanada nəticənin qiyməti əvəzinə düsturu göstər. Error Checking(Səhvlərin Yoxlanılması) – Düsturlarda tez-tez rast gəlinən səhvlərin tapılması. Evaulate Formula(Düsturu Hesabla) – Mürəkkəb düsturlar hazırlaya və hesabladığımız hissələri yoxlaya bilərik. Watch Window(İzləmə Pəncərəsi) – Xanaların qiymətlərinə nəzarət etmək üçün xanaları baxış siyahısına əlavə edir. Calculation(Hesablama): Calculation Options(Hesablama seçimləri) – Düsturları əllə və ya avtomatik hesablayır. Calculate Now(Indi Hesabla)(F9) – İş kitabını bütövlüklə indi hesabla. Calculate Sheet(Vərəqi Hesabla)(Shift+F9) – Aktiv vərəqi indi hesabla 10 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Data(Verilənlər) tab vərəqi: Get & Transform Data(Xarici Verilənləri Al): Kənardan, müxtəlif proqramlardan verilənlərin, məlumatların daxil olunmasını və onlar arasındakı əlaqəni təmin edir. Queries & Connections(Sorğular və Bağlantılar): İşçi kitabdakı məlumatları yeniləyir, oradakı əlaqələrə nəzarət edir, məlumat dəyişikliyi baş verdikdə səhifənin əsas mənbə ilə əlaqəsini tənzimləyir. Sort & Filter(Sıralama və Süzgəç): İşçi vərəqdə, xanalarda sıralama və süzgəcləmə əməliyyatlarını yerinə yetirir. Data Tools(Verilənlərin Alətləri): Bir sütundakı məlumat müxtəlif sütunlara bölünür, işçi vərəqdə eynisi (nüsxəsi) olan sətirlərdən birini silir, xanaya yanlış məlumatların daxil olmasının qarşısını alır, müxtəlif diapazonlardakı qiymətləri yeni xanada birləşdirir, işçi vərəqdəki formulları analiz edərək müxtəlif kəmiyyətlərlə işləməyə imkan verir. Forecast(Proqnoz): Ssenari Meneceri, Parametr axtarışı və Cədvəllərdən istifadə etməklə vərəqdəki düsturlar üçün müxtəlif qiymətləri sınayır. Outline(İcmal): Xana diapazonları əlaqələndirilir, onlar bir qrup kimi formalaşdırılır, yaradılmış qruplar ayrılır, ləğv olunur, əlaqələnmiş məlumatların bir-birindən fərqli sətirlərini bir araya yığır, xanadakı məlumatların məzmununu göstərir və həmin məlumatların məzmununu gizlədir. Review(Yoxlama) tab vərəqi: Review lent tabı Proofing, Accessibility, Insights, Language, Comments, Protect, Ink lent qruplarından təşkil olunmuşdur. Proofing(Yoxlama): Lent qrupunda yazı qaydalarıyla əlaqəli işlər görülür ki, bu haqda da Word dərsində geniş-geniş danışmışıq həmçinin aşağıdakı qruplar da Word dərsində geniş izah olunub. Accessibility(Xüsusi imkanlar): Giriş imkanını yoxla. Insights(Statistik Göstəricilər): Müxtəlif onlayn mənbələrdən tanıdıcılar, şəkillər, veb səhifələr və digər nəticələri axtarmaq olar. Language(Dil): Sözlərin mənası izah edilir. Comments(Şərhlər): Xanaya rəy yazmaq, onlar arasında keçidi təyin etmək, onları ləğv etmək, görünüb-görünməməsini təmin etməkdən ibarətdir. Protect(Mühafizə Edin): İşçi kitabı və işçi vərəqi mühafizə etməklə məşğuldur. 11 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 Ink(Əlyazma): Əlyazmanı gizlətmək və sənəddə bütün əlyazmaları silə bilir. View(Görünüş) tab vərəqi: View lent tabında beş qrup var: Workbook Views, Show, Zoom, Window, Macros Workbook Views(İş Kitabına Baxış Rejimləri): İşçi kitabın görünüş rejimlərini dəyişmək üçün istifadə olunur. Bu qrupun əmrləri ilə tanış olaq. 1) Normal görünüş rejimi işçi kitabın standart, adi görünüş rejimidir. 2) Page Break Preview görünüşündə A1 xanasından sonuncu dolu xanaya qədər olan hissə diapazon kimi kəsilib göstərilir. 3) Page Layout görünüş rejimi işçi vərəqləri yanaşı səhifələr kimi göstərir. 4) Custom View rejimində istədiyimiz kimi fərdi görünüş rejiminə keçid edirik. Show(Göstər): Verilmiş elementlərin görünüb-görünməməsini seçmək şansı yaradılır. Xətkeş, Düstur zolağı, Tor xətləri və Başlıqları göstərib gizlətmək olar. Zoom(Miqyas): Vərəqin miqyası ilə bağlı işlər görülür. Miqyas artırılır, 100%-ə gətirilir və yaxud da seçilmiş hissəni ekran boyunca göstərir. Minimal miqyas 10%, susma halında 100%, maksimal miqyas isə 400% olur. Window(Pəncərə): Pəncərə qrupunun əmrlərini Word dərsindən yaxşı tanıyırıq. Fərqli əmrlərə nəzər salaq. Freeze Panes(Panelləri Dondur) – Bütün vərəq boyunca sürüşdürərkən vərəqin bir hissəsini donduraraq görünməsini təin edir. Üst sətir, birinci sütun və panelləri dondurmaq mümkündür. Hide(Gizlət) – Cari pəncərəni gizlət. Unhide(Aşkarla) – Gizlədilmiş pəncərəni göstər. Macros(Makroslar)(Alt+F8): Tez-tez işlənən əməliyyatları avtomatlaşdırır və həmin əməliyyatların tez yerinə yetirilməsini təmin edir, müraciət sürətini artırır. Əziz Oxuyucu MS Excel 2019 Dərsinin sonuna çatdıq. Buraya qədər məni oxuyub anladığın üçün təşəkkürlər. Buradan aldığın informasiya ilə qəbul imtahanında yüksək nəticə əldə edəcəyinə əmin OL. Növbəti mövzuda GÖRÜŞƏNƏDƏK, HƏLƏLİK... 12

Use Quizgecko on...
Browser
Browser