Texniki Qurğular PDF
Document Details
Uploaded by BrainiestClimax
Gündüz Mirzəbəyli
Tags
Summary
Bu sənəd kompüterlərin əsas texniki qurğularını, o cümlədən prosessorları, monitorları, printerləri və skanerləri əhatə edir. Bu qurğuların funksiyaları, növləri və əsas xüsusiyyətləri haqqında məlumat verilir.
Full Transcript
MIQ VƏ SERTIFIKASIYA IMTAHANLARI ÜÇÜN GÜNDÜZ MIRZƏBƏYLI Prosessorlar ❖ İnformasiya emal edən qurğudur. ❖ İnformasiyanı oz registr yaddaşı hesabına emal edir. ❖ Registr yaddaş ən sürətli daxili yaddaşdır ❖ Prosessor hesab- məntiq və idarəetmə əməliyy...
MIQ VƏ SERTIFIKASIYA IMTAHANLARI ÜÇÜN GÜNDÜZ MIRZƏBƏYLI Prosessorlar ❖ İnformasiya emal edən qurğudur. ❖ İnformasiyanı oz registr yaddaşı hesabına emal edir. ❖ Registr yaddaş ən sürətli daxili yaddaşdır ❖ Prosessor hesab- məntiq və idarəetmə əməliyyatını yerinə yetirir. ❖ Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun nüvəsi adlanır. ❖ Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır. ❖ Prosessorun əsas parametrləri( Takt Tezlik, Mərtəbəlilik, Əmrlər sistemi, İşçi gərginlik) Takt tezlik- Bir saniyədə prosessorun yerinə yetirdiyi əməliyyatların sayı ilə xarakterizə olunur və Hs ilə ölçülür. ❖ Mərtəbəlilik. Vahid zamanda(bir takt müddətində, eyni anda ) emal edilən informasiya bitlərinin sayı ❖ Vahid zaman=bir takt müddəti ❖ Takt müddəti=Prosessorun bir əməliyyatına sərf olunan zaman və iki ardıcıl siqnal arasında qalan zaman Monitorlar ❖ Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir. ❖ Monitor mətn və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulub. ❖ Monitorlar ağ-qara (monoxrom) və rəngli olur. Rəngli görüntü üç əsas rəngin – qırmızı, yaşıl və göy rəngin qarışığından alınır. ❖ Ekranda istənilən görüntü piksel adlanan nöqtələr yığınından ibarət olur. ❖ Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir. ❖ Ekranın çözümlülüyü yüksəldikcə, görüntünün keyfiyyəti də yaxşılaşır. ❖ Monitorun pikselləri nə qədər kiçik olarsa görüntü o qədər keyfiyyətli olar ❖ Monitorlar bir-birindən ekranlarının ölçülərinə görə fərqlənir. Ekranın ölçüsü dedikdə onun eni və hündürlüyü deyil, diaqonal üzrə ölçüsü əsas götürülür. ❖ Ən çox yayılmış monitorların ekranları 15, 17, 19 və 21 düym (1 düym = 2,54 sm) olur. ❖ Yığcamlığı və yüngüllüyünə, eləcə də insan sağlamlığına təsirinə görə maye-kristal monitorlar, yaxud LCD-monitorlar daha populyardır. İlk monitorlar isə elektron-şüa borulu monitorlar idi. ❖ Monitorlar kompüterə VGA və ya HDMİ proti ilə qoşulur. MIQ VƏ SERTİFİKASİYA İMTAHANLARI ÜÇÜN MIRZƏBƏYLI GÜNDÜZ MIQ VƏ SERTIFIKASIYA IMTAHANLARI ÜÇÜN GÜNDÜZ MIRZƏBƏYLI Printerlər. ❖ Printerlər elektron təsvirləri kağız üzərində sürətini yaratmağ üçündür. ❖ Növləri: Zərbli( Matris) , Zərbiz (Lazer, Şırnaqlı) ❖ Matrisli printerlərin qrafik imkanları çox məhduddur. Bu printerlərdə iynələr dəsti (matrisi) görüntünü rəngləyici lent vasitəsilə kağıza vurur. ❖ Çapın keyfiyyəti iynələrin sayından asılıdır. ❖ Şırnaqlı Printerlər: Adətən, onlar rəngli olur və istənilən kağızda yüksək keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir. Şırnaqlı printerlərdə çap zamanı çox kiçik mürəkkəb damcıları kağıza çilənir. ❖ Lazer Printerlər: Lazerli printerlərdə görüntünü yaratmaq üçün lazer şüasından istifadə olunur. Bu printerlər başqa növlərlə müqayisədə daha sürətlidir və daha çox fasiləsiz işləyə bilir. Buna görə də rəngli lazerli printerlərin qiymətləri baha olur. ❖ Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçüldüyü halda, matrisli printerlərin sürəti bir saniyədə çap olunan simvolların sayı ilə ölçülür. ❖ Skanerlər ❖ Scaner informasiyanın elektron sürətini çıxaran qurğudur ❖ Skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğudur. Skanerlər növ və ölçülərinə görə fərqlənir: ❖ Görüntü skanerləri görüntüləri kompüterin yaddaşında saxlamaq üçün elektron formaya çevirir; ❖ Ştrix-kod skanerləri malların üzərinə vurulmuş (məsələn, mağazalarda) ştrix cizgiləri oxuyur; ❖ Maqnetik skanerlər kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuyur. ❖ Skanerlər informasiyanı qrafik formatda nöqlərə vasitəsi ilə qəbul edir ❖ Skanerlər qəbul etkidləri təsvirləri Rastr formatda komputerdə saxlayıllar ❖ Skanerin aktiv imkanları dpi ilə ölçülür ❖ Təsviri daha keyfiyyətli formada qəbul etmək üçün dpi parametrini artırmaq lazlmdır ❖ Skanerlər kompüterə USB və LPT portları ilə qoşur MIQ VƏ SERTİFİKASİYA İMTAHANLARI ÜÇÜN MIRZƏBƏYLI GÜNDÜZ MIQ VƏ SERTIFIKASIYA IMTAHANLARI ÜÇÜN GÜNDÜZ MIRZƏBƏYLI Daxili yaddaş qurğuları ❖ Registr- prosessorun ürəində yerləşən oyuqlardır və informasiyanı emal edir ❖ Keş- Prosessorla əməli yaddaş arasında yerləşir. Əməli yaddaşa müraciətin sürətini artırır və kompüterin məhsuldarlığını artırır. Enerjidən asılı yaddaşdır. Prosessorun bir başa əlaqə qurduğu yaddaş qurğusudur ❖ Ram- Əməli, Operativ və Müvəqqəti yaddaşda demək olar. Emal edilmiş informasiyaları müvəqqəti olarağ saxlayan yaddaşdır. Random Access Memory ❖ Rom- Daimi yaddaş adlandırırlır. Bios proqramını saxlayan yaddaşdır. Enerjidən asılı deyil. Read Only Memory ❖ CMOS- Rom tipli yaddaşdır və Bateriyası hesabına uzun müddət məlumatı saxlayır. Kompüterin(BİOSun) konfiqurasiyalarını və vaxt tarix tipli məlumatlarə saxlayır. Bateriyasını çıxarsaz məlumatlar sıfırlanacaq. ❖ VRam- Video kartın yaddaşıdır və RAM tipli yaddaşdır. Xarici yaddaş qurğuları ❖ Maqnit disklər- HDD və FDD- Məlumatın oxunulması və yazılması maqnit başlıqlar hesabına aparılır. ❖ HDD- Sərt maqnit disk. ən böyük yaddaşa malik yaddaşdır. ❖ FDD- Elastik maqnit disk. 1.44 MB tutuma malikdir. ❖ Optik disklər- CD və DVD ❖ CD- adətən tutumu 700 MB olur və şəkil, sənəd və səs tipli informasiyalar üçün istifadı edilir. ❖ DVD- Tutumu 4.7 GB ilə 17.4 GB arasında olur. Adətən Video tipli informsiyaları saxlamaq üçündür. ❖ /R və /RW atributları- /R bu diskl’r’ m’lumat; yazd;]dan sonra silmək və yenidən yazmağ olmur. /RW bu disklərə isə dəfələrcə məlumat yazmağ və silmək olar. ❖ Elektron yaddaşlar- Flaş kart, SD kart, SSD ❖ Elektron yaddaşlar sürət baxımından xarici yaddaşlar arasında ən sürətlisidir. ❖ Maqnit lentlər- Strimmer kasetləri. Sürət olarağ zəif olsada tutum olarağ kifayet qədər böyük növləri olur. Məlumat analoq formada yazıldığı üçün virus təhlükəsi daşımır. MIQ VƏ SERTİFİKASİYA İMTAHANLARI ÜÇÜN MIRZƏBƏYLI GÜNDÜZ MIQ VƏ SERTIFIKASIYA IMTAHANLARI ÜÇÜN GÜNDÜZ MIRZƏBƏYLI BİOS. ❖ BİOS ROM yaddaşda yerləşir və kompüter işə düşəndə ilk işə düşən proqramdır. ❖ BİOS proqramı işə düşdükdən sonra əsas iki prosesi işə salır. POST və BOOT ❖ POST- qurğuların test olunması prosesi. ❖ BOOT- əməliyyat sisteminin nüvəsinin yüklənməsi prosesi. BOOT prosesi zamanı əməliyyat sisteminin nüvəsindən başqa avtoyükləmədə olan proqramlarda avtomatik əməli yaddaşa yüklənə bilər. ❖ BİOS proqrmı ilə bəzi konfiqruasiyalarıda dəyişmək olar. Dəyişdirilmiş konfiqurasiyalar CMOS yaddaşda saxlanılır. ❖ BİOS əməliyyat sisteminə daxil deyil. Disklərin quruluşu ❖ Disklər fiziki və məntiqi səviyyədə formatlaşdırılır. ❖ Fiziki səviyyədə cığırlardan və sectorlardan ibarət olur. ❖ Diskin ən kiçik yaddaş kəsimi bir cığırın sectorudur və həmin yaddaş 512 byte təşkil edir. ❖ Nömrələnmi sectorlar qrupuna klaster deyilir. ❖ Klaster faylın bütövlükdə və ya müəyyən hissəsini özündə saxlayan nömrələnmiş yaddaş ərazisidir. ❖ Klasterin ölçüsüni diski format edən zaman təyin etmək olar ❖ Bir klasterə bir fayl və ya bir fayl hissəsi yerləşir ❖ Klasterin ölçüsü faylın diskdə tutduğu yerə təsir edir. ❖ Kompüterdə müəyyən zaman işlədikdən sonra bir çox fayllar bütün diskə "səpələnmiş" olur. Bu hal fraqmentlənmə, yaxud parçalanma adlanır. ❖ Fraqmentlənməni aradan qaldırmaq, yəni diski defraqmentləmək (bütünləşdirmək) üçün xüsusi utilitlər vardır. Defraqmentləmə zamanı hissələri diskə səpələnmiş fayllar optimal şəkildə yeni yerlərə yazılır. MIQ VƏ SERTİFİKASİYA İMTAHANLARI ÜÇÜN MIRZƏBƏYLI GÜNDÜZ