Summary

Bu sənəd əqli mülkiyyət haqqında suallara cavab verən bir testdir. Testdə əqli mülkiyyətin müxtəlif aspektləri, o cümlədən patent, müəllif hüququ, əmtəə nişanları və başqaları barədə məlumat verilir.

Full Transcript

1. Səhv fikri seçin: A) Sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər B) Azərbaycan Respublikasında əmtəələrin və ya xidmətlərin növünü, keyfi...

1. Səhv fikri seçin: A) Sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər B) Azərbaycan Respublikasında əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar əmtəə nişanı kimi qeydiyyata alına bilmir C) Əmtəə nişanının qeydiyyata alınması barədə iddia sənədi Əqli Mülkiyyət Agentliyinə verilir D) Azərbaycan Respublikasında səslər əmtəə nişanı kimi qeydiyyata alına bilər E) Əmtəə nişanının qeydiyyata alınması barədə iddia sənədinə dair qərardan Agentliyin sənaye mülkiyyəti sahəsində mübahisələrə baxan Apellyasiya şurasına etiraz verilə bilər 2. Qeyri əmlak hüquqlarının qorunma müddəti nə qədərdir? A) müəllifin həyatı boyu B) müddətsiz C) müəllifin həyatı boyu və ölümündən sonra 70 il D) 100 il ərzində E) 70 il ərzində 3. “Reproqrafik surətçıxarma” nə deməkdir? A) materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə B) texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması C) hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri D) əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması E) müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi 4. Əmtəə nişanına dair səhv cavabı seçin: A) Qeydiyyata alınmamış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir B) Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır C) Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır D) Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər E) Əmtəə nişanına dair iddia sənədinə Əqli Mülkiyyət Agentliyində aidiyyəti üzrə baxılır 5. Səhv fikri seçin: A) İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik haqqı vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş tarixdən 5 il müddətindən gec olmayaraq müvafiq haqq ödənildikdə, patentin qüvvəsi bərpa edilir B) İddiaçı və ya etiraz edən şəxs ötürülmüş müddətin bərpası barədə vəsatəti ötürülmüş müddətin qurtardığı tarixdən etibarən 3 ay ərzində verə bilər C) Patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə Apellyasiya şurasında və ya məhkəmədə baxılır D) Bu Qanunun 29-cu maddəsinin 6-cı bəndində, 31-ci maddəsinin 3-cü bəndində və 34- cü maddənin 1-ci bəndində nəzərdə tutulan müddətlər üzürlü səbəbdən ötürüldükdə və müəyyənləşdirilmiş dövlət rüsumu ödənildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ötürülmüş müddəti bərpa edir E) Yalnız “Patent haqqında” Qanunun 12-ci maddəsinə uyğun patent onu almaq hüququna malik olmayan şəxsə verildikdə patent etibarsız hesab edilə bilər 6. Azərbaycanda faydalı modelə dair patentin qüvvədə olma müddəti neçə ildir? A) 5 il B) 15 il C) 1 il D) 20 il E) 10 il 7. Şəxsi qeyri əmlak hüquqları barədə aşağıda göstərilənlərdən səhv olanı seçin A) əsərin müəllifi kimi tanınmaq hüququ B) müəllifin qeyri-əmlak hüququ həyatı boyu və ölümündən 70 il ərzində qorunur C) əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ D) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına qarşı çıxmaq hüququ E) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ 8. Aşağıdakı obyektlərdən hansı ixtira sayılır? A) elmi nəzəriyyələr B) kompüter alqoritmləri və proqramları C) informasiyanın təqdimi üsulları D) riyazi metodlar E) məhsula aid olan texniki həllər 9. Müəlliflərin əmlak hüquqlarının kütləvi qorunmasının ən effektiv vasitəsi hansıdır? A) Hüquq mühafizə orqanlarının fəaliyyəti B) Kollektiv idarəetmə təşkilatlarının fəaliyyəti C) İctimai qınaq D) Müəllifin özü tərəfindən müdafiəsi barədə fəaliyyət E) Pəşəkar hüquq şirkətlərinin fəaliyyətindən istifadə 10. Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa istiqamətlənən beynəxalq müqavilə hansıdır? A) Bern Konvensiyası B) Paris Konvensiyası C) Mərakeş müqaviləsi D) Nitsa Sazişi E) Strasburq sazişi 11. İxtira hansı halda yeni sayılır ? A) Mövcud bilgilər məcmusunda bir hissəni təkrar etmədikdə B) Mövcud bilgilərdən açıq-aşkar irəli gəldikdə C) Orijinal xüsusiyyətlərə malik olduqda D) Mövcud bilgilər məcmusunda bir hissəni təkrar etdikdə E) Mövcud bilgilər məcmusunda bir hissəni təkrar etdikdə və sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana bildikdə 12. “AYAQQABI DÜNYASI” adı altında “geyim və baş geyimi” əmtəələri üzrə əmtəə nişanı qeydiyyata alına bilərmi? A) Bəli, qeydiyyata alına bilər, çünki nişan fərqlənmə qabiliyyətinə malikdir B) Bəli, qeydiyyata alına bilər, çünki hər iki əmtəə Nitsa təsnifatına əsasən bir sinifdə qruplaşdırılmışdırlar C) Xeyr, qeydiyata alına bilməz, çünki nişan fərqlənmə qabiliyyətinə malik deyildir D) Bəli, qeydiyyata alına bilər, çünki nişan əmtəələrin növünü bildirmir E) Xeyr, qeydiyyata alına bilməz, çünki bu faktor istehlakçıda əmtəənin satışa təklif olunan məkanı barədə yalnış təsəvvür yarada bilər 13. Hansı obyektlərə patentlə hüquqi mühafizə verilə bilər ? A) İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı B) İxtira, faydalı model, sənaye nümunəsi C) İxtira, sənaye nümunəsi, coğrafi göstəricilər D) İxtira, kəşf, faydalı model, sənaye nümunəsi E) Sənaye nümunəsi, coğrafi göstəricilər, müəlliflik hüququ 14. İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarına aid olan beynəlxalq sənədi göstərin: A) Madrid sazişi B) Paris konvensiyası C) Nitsa sazişi D) Bern konvensiyası E) Roma konvensiyası 15. İddia sənədinin patentlə verilən hüquqi mühafizənin həcmini müəyyənləşdirən hissəsi hansıdır: A) ixtiranı tam şəkildə açıqlayan ixtiranın təsviri B) patent verilməsi haqqında ərizə C) referat D) patent verilməsi haqqında ərizə və referat E) ixtiranın düsturu 16. Xidməti vəzifəsini yerinə yetirmək qaydasında yaradılmış əsərə müəlliflik hüququ kimə məxsusdur? A) Müəllifə B) İşə götürənə C) Müqavilədə başqa hal qeyd olunmayıbsa müəllifə D) Həm müəllifə, həm də işə götürənə E) Heç birinə 17. Azərbaycan Respublikası Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı haqqında Nitsa sazişinə nə vaxt qoşulub? A) 2007-ci ildə B) 2008-ci ildə C) 2003-cü ildə D) 2005-ci ildə E) 2011-ci ildə 18. Süd emalının yeni üsulu ondan hazırlanan pendirin tamamilə yağsız olmasına imkan verir. Bu üsulu hansı ƏM növü ilə qorumaq olar? A) Əlaqəli hüquqlar B) İxtiralar C) Əmtəə nişanları D) Sənaye nümunələri E) Müəllif hüququ 19. İddia sənədi yerli hüquqi və fiziki şəxslər tərəfindən Əqli Mülkiyyət Agentliyinə necə təqdim edilə bilər? A) İddia sənədi iddiaçının özü və ya onun səlahiyyətli nümayəndəsi vasitəsilə birbaşa Agentliyə təqdim olunmalıdır B) İddia sənədi yalnız iddiaçının nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə Agentliyə təqdim olunmalıdır C) İddia sənədi yalnız iddiaçının özü və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada Agentliyə təqdim olunmalıdır D) İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada və ya birbaşa Agentliyə təqdim olunmalıdır E) İddia sənədi, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə təqdim olunur 20. “Kütləvi bildiriş” nə deməkdir? A) hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri B) materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə C) texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması D) müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi E) əsərlərin və əlaqəli hüquqların obyektlərinin bildiriş kimi efirlə, kabellə ötürülməsi, həmçinin bildirişin qavranılmasından asılı olmayaraq, onun əldə edilməsini bu cür mümkün edən hər hansı, o cümlədən interaktiv üsulla kütləyə çatdırma 21. Əmtəə nişanı qeydiyyata alındıqdan sonra nə baş verir? A) Biznes qazanc qətirməyə başlayır B) Digər istehsalçılar qazancın bir hissəsini hüquq sahibinə ödəməyə başlayır C) Digər istehsalçılar hələ də öz əmtəələri üçün həmin əmtəə nişanından istifadə edə bilərlər D) Digər istehsalçılar qonorar ödəmək şərtilə nişandan istifadə edir E) Başqa istehsalçılar həmin əmtəə və xidmətlər üçün həmin əmtəə nişanından istifadə edə bilməz 22. Azərbaycanda audiovizual əsərlərin istifadəsinə görə qonorarların yığılması istiqaməti üzrə fəaliyyət göstərən təşkilat hansıdır? A) “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi B) “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi C) “Sənətşunaslığın Təbliği” İctimai Birliyi D) “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi E) “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi 23. Azərbaycanda musiqili əsər müəlliflərinin əmlak hüquqlarını təmin edən təşkilat hansıdır? A) “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi B) “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi C) “Sənətşunaslığın Təbliği” İctimai Birliyi D) “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi İctimai Birliyi E) “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi 24. Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər hansı Qanunla tənzimlənir? A) “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu B) “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu C) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu D) “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu E) “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu 25. İddiaçı əmtəə nişanına dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda Apellyasiya şurasına hansı müddət ərzində etiraz verə bilər? A) 2 ay ərzində B) Etiraz verə bilməz C) 1 ay ərzində D) 10 gün ərzində E) 3 ay ərzində 26. Kompüter proqramını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan nəyi həyata keçirə bilməz? A) müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən kommersiya məqsədləri üçün nüsxələr hazırlamaq B) qanuni sahibkarın kompüter proqramının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni hazırlamaq C) kompüter proqramının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək D) kompüter proqramında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək E) kompüter proqramının və ya məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin (bir kompüterin, yaxud kompüter şəbəkəsinə qoşulmuş istifadəçi kompüterin) yaddaşında saxlamaq 27. İddia sənədi üzrə qəbul edilən yekun sənəd hansıdır: A) Qərar B) Arayış C) Bildiriş D) Sorğu E) İddia 28. Aşağıda göstərilən variantlardan səhv olanı seçin: A) Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır B) Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 70 il müddətində qüvvədə qalır C) Kollektiv əsərə hüquqlar belə əsərin dərc edildiyi, əgər dərc edilməmişdirsə, yaradıldığı tarixdən 70 il müddətində qüvvədə qalır D) Təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır E) Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 50 il müddətində qüvvədə qalır 29. Səhv fikri seçin: A) Hüquqi şəxslər də müəlliflik hüququ sahibi ola bilər B) Patent obyektinə dair müəlliflik hüququnun qüvvədə olma müddəti patentin qüvvədə olma müddəti ilə eynidir C) Yalnız fiziki şəxslər müəllif ola bilər D) Əmtəə nişanının qüvvədə olma müddəti 10 ildir E) Kəşflər ixtira kimi qoruna bilməz 30. İddia sənədinin tərkibi nələrdən ibarətdir? A) patent müvəkkilinin səlahiyyətlərini təsdiq edən etibarnamədən və əmtəə və xidmətlərin beynəlxalq təsnifatından B) ekspertizaya zəruri olan əlavə materiallardan C) əmtəə və xidmətlərin beynəlxalq təsnifatından və iddia edilən nişanın qrafik təsvirdə verilmiş ottiskindən D) ərizədən və rüsumu təsdiq edən qəbzdən E) ərizə və ona qoşulan əlavə sənədlərdən 31. Kollektiv nişan barədə göstərilənlərdən hansı düzgün cavabdır? A) kollektiv nişanın qeydiyyatda olma müddəti 5 ildir və bu müddət bir dəfə artırıla bilər B) kollektiv nişanın qeydiyyatda olma müddəti 15 ildir C) kollektiv nişan qeydiyyat müddətinin bitdiyi tarixdən 3 il ərzində nişan başqa şəxsin adına yenidən qeydə alına bilər D) kollektiv nişan ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır E) kollektiv nişan barəsində iddia sənədi həmin nişandan istifadə hüququ olan birliyin bir üzvünün razılığı ilə geri götürülə bilər 32. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan hansı hallara yol verilmir? A) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə B) qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə C) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə D) müstəsna istifadə hüququ müəllifdə olan əsərlərin çap edilməsinə və yayılmasına E) qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin qəzetlərdə, jurnallarda çap edilməsinə 33. Hansı obyektlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq sahəsinə aid deyil? A) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş elmi əsərlər B) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri C) Coğrafi göstərici kimi qeydə alınan nişanlar D) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş incəsənət əsərləri E) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar 34. Əsər hansı andan qorunur? A) efirdə elan olunduqdan sonra B) yarandığı andan C) səsləndirildiyi andan D) internetdə yayıldıqdan sonra E) dərc olunduğu andan 35. İxtira və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqaviləsi hansı formada ola bilər? A) yalnız qeyri-müstəsna B) həm müstəsna, həm də qeyri-müstəsna C) yalnız müstəsna D) lisenziva müqaviləsi verilə bilməz E) qeydiyyatda olma müddəti bitdikdən sonra hər iki formada verilə bilər 36. Doğru fikri seçin: A) Xidməti əsərdən istifadəyə dair müstəsna hüquq yaradıldığı an müəllifinə məxsus olur B) Səsli əmtəə nişanları Azərbaycan Respublikasında qeydiyyata alınır C) Əmtəə nişanının qüvvədə olma müddəti qeydiyyat anında başlayır D) Müəlliflik hüququ əsər qeydiyyata alındığı an yaranır E) Azərbaycan Respublikasında əqli mülkiyyət hüququ əsas konstitusion hüquqlardan biridir 37. Hansı obyektlərə patentlə hüquqi mühafizə verilə bilər ? A) İxtira, kəşf, faydalı model, sənaye nümunəsi B) İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı C) İxtira, sənaye nümunəsi, coğrafi göstəricilər D) Sənaye nümunəsi, coğrafi göstəricilər, müəlliflik hüququ E) İxtira, faydalı model, sənaye nümunəsi 38. Müğənni öz konsertinin videoyazısına olan hüquqlarını başqasına ötürmək istəyir. Hansı hüquqlardan söhbət gedir? A) İxtiralar B) Sənaye nümunələri C) Əmtəə nişanları D) Əlaqəli hüquqlar E) Müəllif hüququ 39. “Surətçıxarma” nə deməkdir? A) əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması B) materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə C) müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi D) texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması E) hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri 40. Xidməti vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar işçinin yaratdığı faydalı model üçün patent almaq hüququ kimə məxsusdur? A) yalnız müəllifə B) həm müəllifə, həm də işə götürənə C) bütün hallarda işə götürənə D) şərikli müəlliflər olarsa yalnız müəlliflərə E) müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işə götürənə 41. © simvolu (işarəsi) nəyi bildirir? A) əmtəə nişanınızın qeydiyyata alındığını bildirir B) müəllif hüququnuzun lisenziyalaşdırıldığını bildirir C) ixtiranızın qeydiyyata alındığını bildirir D) faydalı modelin qeydiyyata alındığını bildirir E) müəllif hüququnuzun qeydə alındığını bildirir 42. Agentlik ixtira, faydalı model və sənaye nümunəsini qeydə aldıqdan və patent verdikdən sonra hansı müddət ərzində patent barəsində məlumatı rəsmi bülletendə dərc edir? A) 3 ay B) 10 ay C) 6 ay D) 1 ay E) 2 ay 43. Sənaye nümunəsinin müəllifi kim sayılır? A) Sənaye nümunəsinin yaradılmasını sifariş edən şəxs B) Sənaye nümunəsini yaradan şəxsi işə götürən C) Sənaye nümunəsinin yaradılmasını sifariş edən və işə götürən D) Sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan və işə götürən E) Sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs 44. Coğrafi göstəricinin uzadılmasına məhdudiyyət qoyulurmu? A) Yalnız 1 dəfə 10 il uzadıla bilər B) Yalnız 1 dəfə 20 il uzadıla bilər C) Yalnız 1 dəfə 5 il uzadıla bilər D) Məhdudiyyət qoyulmur E) Uzadıla bilməz 45. Əlaqəli hüquqla qorunmayan obyekti qeyd edin: A) faydalı modellər B) fonoqramlar C) televiziya verilişləri D) radio verilişləri E) ifalar 46. Faydalı model nədir ? A) İstənilən sahədə bədii və ya bədii-konstruktiv həllər B) İstənilən sahədə məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii-konstruktiv və texniki həllər C) İstənilən sahədə qurğuya aid olan texniki həllər D) İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər E) İstənilən sahədə məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər 47. Məlumat bazasını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan nəyi həyata keçirə bilməz? A) məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək B) məlumat bazasında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək C) müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən kommersiya məqsədləri üçün nüsxələr hazırlamaq D) qanuni sahibkarın məlumat bazasının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni hazırlamaq E) müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən şəxsi istifadə üçün nüsxələr hazırlamaq 48. Müəllifin şəxsi (qeyri-əmlak) hüququnun qorunma müddəti nə qədər müəyyən edilmişdir? A) 70 il B) 20 il C) 30 il D) Müddətsiz E) 50 il 49. simvolu (işarəsi) nəyi bildirir? A) əmtəə nişanınızın qeydiyyata alınmadığını bildirir B) əmtəə nişanınızın qeydiyyata alındığını bildirir C) müəllif hüququnuzun qeydə alındığını bildirir D) müəllif hüququnuzun lisenziyalaşdırıldığını bildirir E) əmtəə nişanınızın qeydiyyat prosedurunda olduğunu bildirir 50. Patent barədə qeyd olunanlar arasından səhv olanı seçin: A) patentin qüvvəsi ərazi ilə məhdudlaşır B) patent ixtiraya müstəsna hüquqdur C) patent sahibi ixtiranın kommersiya məqsədilə istifadəsinin qarşısını ala bilər D) patentə lisenziya verilə bilər E) patentin qüvvədə olma müddəti müəllifin həyatı boyu və ölümündən sonra 70 il təşkil edir 51. İddiaçı coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda Apellyasiya şurasına hansı müddət ərzində etiraz verə bilər? A) 2 ay ərzində B) 3 ay ərzində C) 1 ay ərzində D) 10 gün ərzində E) Etiraz verə bilməz 52. Yazıçı yazdığı yeni romanı dərc edib. Üçüncü şəxslər tərəfindən həmin romandan icazəsiz istifadənin qarşısını almaq üçün hansı hüquqdan istifadə edə bilər? A) Əmtəə nişanları B) İxtiralar C) Müəllif hüququ D) Əlaqəli hüquqlar E) Sənaye nümunələri 53. İxtiraya dair iddia sənədi nədən ibarətdir ? A) Haqq ödənildiyini təsdiqləyən sənəd, ixtiranı tam şəkildə açıqlayan ixtiranın təsviri, ixtiranın düsturu, referat, ən yaxın analoqun surəti B) Patent verilməsi haqqında ərizə, ixtiranı tam şəkildə açıqlayan ixtiranın təsviri, ixtiranın mahiyyətini başa düşmək üçün çertyojlar və digər materiallar C) Patent verilməsi haqqında ərizə, ixtiranın mahiyyətini tam şəkildə açıqlayan ixtiranın təsviri, ixtiranın düsturu, ixtiranın mahiyyətini başa düşmək üçün çertyojlar və digər materiallar, referat D) Patent verilməsi haqqında ərizə, haqq ödənildiyini təsdiqləyən sənəd, ixtiranı tam şəkildə açıqlayan ixtiranın təsviri E) İxtiranın mahiyyətini başa düşmək üçün çertyojlar, haqq ödənildiyini təsdiqləyən sənəd, ixtiranı tam şəkildə açıqlayan ixtiranın təsviri 54. İki və ya daha çox fiziki şəxsin yaratdığı əsər hansıdır? A) fotoqrafiya əsəri B) kollektiv əsər C) audiovizual əsər D) tətbiqi sənət əsəri E) törəmə əsər 55. Əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyatının qüvvədə olması müddəti neçə ildir? A) 10 il B) 5 il C) 3 il D) 7 il E) 15 il 56. Azərbaycanda ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirən təşkilat: A) “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi B) “Sənətşunaslığın Təbliği” İctimai Birliyi C) “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi D) “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi E) “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi 57. Qeydiyyata alınmış coğrafi göstəricinin qüvvədə olma müddəti nə qədərdir? A) 20 il B) 50 il C) 25 il D) 15 il E) 10 il 58. Əlaqəli hüquqların subyekti deyildir: A) ixtiraçılar B) ifaçılar C) fonoqram istehsalçıları D) yayım təşkilatları E) aktyorlar 59. Patentlə bağlı göstərilənlərdən düzgün variant hansıdır? A) Patentə dair verilmiş məcburi lisenziya Əqli Mülkiyyət Agentliyi tərəfindən ləğv edilir B) Patent hüquqlqarını girovsaxlayan ona verilmiş girov predmetindən müqavilənin qüvvədə olduğu müddət ərzində bütün hallarda istifadə edə bilər C) Patentə dair girov müqaviləsinin başqa dildə tərtib olunmasına yol verilmir D) Azərbaycan Respublikasının qanunvericiliyində digər hallar nəzərdə tutulmayıbsa, istənilən patentlə bağlı hüquqlar özgəninkiləşdirilə bilər E) Patentə dair girov müqavilələrinə dair məlumatların rəsmi bülletendə dərc olunması iddiaçının vəsatəti olduğu hallarda həyata keçirilir 60. Bunlardan hansı əmtəə nişanının qeydiyyata alınmasının üstünlüyü deyil? A) Başqalarını sizin əmtəə nişanınından istifadə etməkdən çəkindirir B) Əmtəə nişanı simvolundan (işarədən) istifadə edə bilərsiniz C) Əmtəə nişanından istifadə üzrə tam hüquq verilir D) Müəllif hüququ simvolundan (işarədən) istifadə edə bilərsiniz E) Əmtəə nişanından istifadə üzrə lisenziya vermək hüququ verilir 61. İki və ya daha çox müəllifin yaratdığı əsər hansıdır? A) törəmə əsər B) tətbiqi sənət əsəri C) fotoqrafiya əsəri D) audiovizual əsər E) şərikli əsər 62. Şəxsi (qeyri-əmlak) hüquqlarına aid deyil: A) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına vəmüəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ B) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) C) əsərdən istifadəyə müstəsna istifadə hüququ D) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) E) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ) 63. Patentlə bağlı verilən fikirlərdən hansı səhvdir: A) Patent obyektlərinə ixtira, faydalı model, sənaye nümunələri aid edilir B) Patentlə mühafizə olunan ixtiaranın hüquqi mühafizə müddəti 20 il kimi müəyyən edilmişdir C) İstənilən fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən patent sahibinin şifahi razılığı əsasında istifadə edə bilər D) Patent apellyasiya şurası və ya məhkəmə tərəfindən etibarsız hesab edilə bilər E) Patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, habelə patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən üsulun tətbiqi ixtira, faydalı model və sənaye nümunəsindən istifadə sayılır 64. “Dərc edilmə” (istifadəyə buraxılma) nə deməkdir? A) hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri B) materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə C) əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin, fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması D) texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması E) müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi 65. Hansı obyektlər ixtira obyekti sayılır ? A) Üsul, qurğu, maddə, mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələrinin kulturası B) Üsul, qurğu, maddə, bədii konstruktorluq işinin nəticəsi (dizayn) C) Qurğu, bina, ərazi layihələri, maddə, informasiyanın təqdimi üsulları D) Üsul, kəşflər, elmi nəzəriyyələr, riyazi metodlar, oyunların qaydaları E) Kəşflər, elmi nəzəriyyələr, riyazi metodlar, ifalar 66. Sənaye nümunəsi nədir ? A) İstənilən sahədə üsula və qurğuya aid olan texniki həllər B) Qurğunun yeni zahiri görkəmini müəyyən edən bədii həllər C) Qurğuya aid olan texniki həllər D) İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər E) Məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həllər 67. Müəlliflik hüququ barədə aşağıda qeyd edilənlər arasından səhv olanı seçin A) müəlliflik hüququ müəllifin həyatı boyu və ölümündən sonra 70 il qorunur B) müəllifin əmlak hüquqları ayrılmaz hüquqlardır və başqasına ötürülə bilməz C) rəsmi sənədlər müəlliflik hüququ ilə qorunmur D) müəllif öz əsərindən istifadə edə və yahud başqasının istifadəsinə qadağa qoya bilər E) müəlliflik hüququ obyektlərinin qeydiyyatı könüllüdür 68. İddia sənədi xarici hüquqi və fiziki şəxslər tərəfindən Əqli Mülkiyyət Agentliyinə necə təqdim edilə bilər? A) İddia sənədi iddiaçının özü və ya onun səlahiyyətli nümayəndəsi vasitəsilə birbaşa Agentliyə təqdim olunmalıdır B) İddia sənədi yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə təqdim olunur C) İddia sənədi, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə təqdim olunur D) İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada və ya birbaşa Agentliyə təqdim olunmalıdır E) İddia sənədi iddiaçının özü və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada Agentliyə təqdim olunmalıdır 69. İxtira nə hesab oluna bilər ? A) İstənilən sahədə bədii və texniki həllər B) İstənilən sahədə məmulatın yeni zahiri görkəmini müəyyən edən texniki və ya bədii- konstruktiv həllər C) İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər D) İstənilən sahədə üsula aid olan və bədii-konstruktiv həllər E) İstənilən sahədə üsula aid olan həllər 70. Müəlliflik hüququ ilə qorunmayan obyekti qeyd edin: A) audiovizual əsərlər B) sənaye nümunələri C) törəmə obyektlər D) memarlıq, şəhərsalma sənəti əsərləri E) xoreoqrafiya əsərləri və pantomimalar 71. Xidməti vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar işçinin yaratdığı sənaye nümunəsi üçün patent almaq hüququ kimə məxsusdur? A) müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işəgötürənə B) həm müəllifə, həm də işəgötürənə C) yalnız müəllifə D) bütün hallarda işəgötürənə E) şərikli müəlliflər olarsa yalnız müəlliflərə 72. Azərbaycan Respublikası İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında Roma konvensiyasına nə vaxt qoşulub? A) 2008-ci ildə B) 2010-cu ildə C) 2005-ci ildə D) 2011-ci ildə E) 2007-ci ildə 73. Fonoqram istehsalçılarının və yayım təşkilatlarının qeyri-əmlak (mənəvi) hüquqları varmı? A) hüquqi şəxs olarsa var B) qanunvericilikdə norma nəzərdə tutularsa var C) yoxdur D) fiziki şəxs olarsa var E) hər bi halda var 74. Fikri tamamlayın: Lisenziat _________ digər hüquqi və ya fiziki şəxslə sublisenziya müqaviləsi bağlaya bilər. A) Yalnız lisenziya müqaviləsində göstərilən B) Lisenziya müqaviləsi Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirililənədək müddət ərzində C) Lisenziarın hər hansı formada ifadə etdiyi razılığın olduğu hallarda D) Lisenziarın yazılı razılığı ilə E) Müqavilədə nəzərdə tutulan hallarda 75. Hansı obyektlər ixtira obyekti sayılır ? A) Üsul, kəşflər, elmi nəzəriyyələr, riyazi metodlar, oyunların qaydaları B) Üsul, qurğu, maddə, bədii konstruktorluq işinin nəticəsi (dizayn) C) Üsul, qurğu, maddə, mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələrinin kulturası D) Qurğu, bina, ərazi layihələri, informasiyanın təqdimi üsulları E) Üsul, elmi nəzəriyyələr, riyazi metodlar, qurğular 76. Yaradıcılıq fəaliyyətinin nəticəsi olan əqli mülkiyyətin qorunması üçün hansı hüquqdan istifadə olunur? A) ticarət nişanları B) müəllif hüquqları C) patentlər D) qeydiyyatlı dizaynlar E) coğrafi göstərişlər 77. İxtiranın patent qabiliyyəti şərtləri hansılardır ? A) Yenilik, orijinallıq, ixtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə B) Yenilik, sənayedə tətbiq edilə bilmə C) Yenilik, orijinallıq, ixtiraçılıq səviyyəsi D) İxtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə E) Yenilik, ixtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə 78. Faydalı modelin patent qabiliyyəti şərtləri hansılardır ? A) Yenilik, orijinallıq, ixtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə B) Yenilik, sənayedə tətbiq edilə bilmə C) Yenilik, ixtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə D) Yenilik, orijinallıq, ixtiraçılıq səviyyəsi E) İxtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə 79. İxtira hansı halda ixtira səviyyəsinə malik hesab edilir? A) İxtira barəsində iddia sənədinin verildiyi günə kimi dünyada hamıya müyəssər olmazsa B) İxtira, həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə C) Orijinal xüsusiyyətlərə malik olduqda D) Təsərrüfatın hər hansı sahəsində hazırlana bildikdə E) Sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana bildikdə 80. Əmtəə nişanının qeydə alınması barədə iddia sənədinin tərkibinə aid deyildir: A) iddia edilən nişanın şəkli və ya üçölçülü forması B) nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı C) müəllif müqaviləsi D) əmtəə nişanının rəngi E) nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi 81. Azərbaycanda ixtiraya dair patentin qüvvədə olma müddəti neçə ildir ? A) 20 il B) 15 il C) 22 il D) 25 il E) 10 il 82. Əmtəə nişanı nəyi qoruyur? A) İxtiraları B) İncəsənət əsərlərini C) Məhsulun görünüşü, formasını D) Gizli düsturları E) Loqotipləri, adları 83. Coğrafi göstəricinin qeydiyyatı nə üçün vacibdir? A) Coğrafi göstərici üzrə hüquqların üçüncü şəxslərə verilməsi üçün B) Geni dəyişdirilmiş məhsulların sıxışdırılmasının və bazarların təbii məhsullarla təchiz edilməsinin qarşısının alınması üçün C) Məhsuldan istifadəyə inhisarın yaradılması üçün D) Rəqabəti gücləndirmək üçün E) Məhsulun növə çevrilməsinin qaşısının alınması üçün 84. Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri hansılardır ? A) Yenilik, orijinallıq, ixtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə B) Yenilik, orijinallıq, , ixtiraçılıq səviyyəsi C) Yenilik, orijinallıq D) Orijinallıq, ixtiraçılıq səviyyəsi E) Yenilik, ixtiraçılıq səviyyəsi, sənayedə tətbiq edilə bilmə 85. Azərbaycan Respublikası Sənaye mülkiyyətinin qorunması haqqında Paris konvensiyasına nə vaxt qoşulub? A) 1995-ci ildə B) 1999-cu ildə C) 2003-cü ildə D) 2005-ci ildə E) 2007-ci ildə 86. Səhv cavabı seçin: __________________ patent qeydiyyata alınarkən istənilən halda rəsmi bülletendə dərc edilməlidir A) İlkinlik tarixi B) Müəllifin adı C) Patent sahibinin adı D) İddia sənədinin Agentliyə daxil olduğu tarix E) Patent obyektinin adı 87. İxtira hansı halda sənayedə tətbiq edilə bilən sayılır ? A) İxtira obyektinin təcrübədən keçirildiyini və müvafiq standartlara uyğun olmasını təsdiqləyən akt olduqda B) İxtira obyektini hazırlayan avadanlıq məlum olduqda C) Mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamadıqda D) İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bildikdə E) Təsərrüfatın hər hansı sahəsində hazırlandıqda 88. Patent sahibi və müəllif ayrı-ayrı şəxslər olduqda müəllif ilə əlaqədar göstərilənlərdən hansı yanlışdır? A) Müəllif patentdə öz adının göstərilməsindən imtina edə bilər B) Müəllif patentdə öz adının göstərilməsindən imtina etsə belə patent haqqında məlumatın rəsmi dərci zamanı müəllifin adı göstərilir C) Patent sahibi və müəlliflər ayrı-ayrı şəxslər ola bilər D) İddiaçı ilə müəllif müxtəlif şəxslər olduqda müəllif patentin surətini almaq hüququna malikdir E) Müəlliflik hüququ özgəninkiləşdirilməyən şəxsi hüquqdur və müddətsiz qorunur 89. Azərbaycanda ixtira patentinin predmeti inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patentin qüvvədə olma müddəti neçə ilə qədər uzadıla bilər ? A) 3 il B) 8 il C) 5 il D) 10 il E) 10 il 90. İxtiranın müəllifi kim sayılır? A) İxtiranı yaradıcı əməyi ilə yaradan və işə götürən B) İxtiranın yaradılmasını sifariş edən şəxs C) İxtiranın yaradılmasını sifariş edən və işə götürən D) İxtiranı yaradıcı əməyi ilə yaradan şəxs E) İxtiranı yaradan şəxsi işə götürən 91. Əqli mülkiyyət kontekstində “müəllif hüququ” kateqoriyasına aid olan sahələr hansılardır? A) Elmi kəşflər B) Nişanlar, ticarət adları C) Ədəbi, elmi və bədii əsərlər D) Fonoqramlar və efir yayımı E) İfaçı artistlərin ifaları 92. Ədəbi və bədii əsərlərin mühafizəsinə aid olan beynəlxalq sənədi göstərin: A) Madrid sazişi B) Bern konvensiyası C) Paris konvensiyası D) Nitsa sazişi E) Roma konvensiyası 93. Qeydə alınmış əmtəə nişanı simvolu hansıdır? A) B) C) D) E) 94. Azərbaycanda sənaye nümunəsinə dair patentin qüvvədə olma müddəti neçə ildir? A) 10 il B) 15 il C) 1 il D) 20 il E) 5 il 95. Kompüter proqramını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan hansı hərəkətləri həyata keçirə bilməz? A) Kompüter proqramında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək B) Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən kommersiya məqsədləri üçün nüsxələr hazırlamaq C) Qanuni sahibkarın kompüter proqramının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni hazırlamaq D) Kompüter proqramının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək E) Aşkar edilmiş səhvləri düzəltmək 96. Patentin verilməsinə qarşı etirazla Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına kimlər müraciət edə bilər? A) Yalnız patent sahibləri B) İstənilən fiziki və hüquqi şəxslər C) Yalnız fiziki şəxslər D) Yalnız patent müvəkilləri E) Yalnız patent obyektinin müəllifləri 97. Patentlə bağlı verilən fikirlərdən hansı səhvdir: A) Patent sahibi olmayan istənilən yalnız fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər B) Patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, habelə patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən üsulun tətbiqi ixtira, faydalı model və sənaye nümunəsindən istifadə sayılır C) Patentlə mühafizə olunan ixtiaranın hüquqi mühafizə müddəti 20 il kimi müəyyən edilmişdir D) Patent apellyasiya şurası və ya məhkəmə tərəfindən etibarsız hesab edilə bilər E) Patent obyektlərinə ixtira, faydalı model, sənaye nümunələri aid edilir 98. Səhv fikri seçin: A) Əmtəə nişanının qüvvədə olduğu müddətdə müstəsna hüquq nişan sahibinə məxsusdur B) Xidməti əsərə dair müəlliflik hüququ xidməti əsərin müəllifinə məxsusdur C) Əmtəə nişanının qüvvədə olduğu müddətdə ona dair hüquqlar müqavilə əsasında ötürülməsi mümkündür D) Faydalı modelə dair patentin qüvvədə olma müddəti 5 ildən artıq olmayan müddətə uzadıla bilər E) Əsərə dair şəxsi hüquqlar müddətsiz olaraq qorunur 99. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquq kimə məxsusdur? A) Patent sahibinə və müəllifə B) Müəllifin varisinə C) Müəllifə D) Yalnız işə götürənə E) Patent sahibinə 100. Əmtəə nişanına dair müstəsna hüquq haqqında sənəd hansıdır? A) Şəhadətnamə B) Bəyannamə C) Arayış D) Bildiriş E) Çıxarış 101. Əqli mülkiyyət kontekstində “əlaqəli hüquqlar” kateqoriyasına aid olan sahələr hansılardır? A) İfaçı artistlərin ifaları B) Sənaye nümunələri C) Ticarət adları və göstərişləri D) Bədii əsərlər E) Ədəbi əsərlər 102. Hansı halda patent sahibinin müstəsna hüquqları pozulmuş sayılır ? A) Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən kommersiya məqsədləri üçün istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa şəkildə daxil edilməsi B) Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən qeyri- kommersiya məqsədləri üçün istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa şəkildə daxil edilməsi C) Tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi D) Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi, eksperiment, tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün istifadəsi E) Həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərmanın hazırlanması 103. Şirkət digər qablaşdırmalardan fərqlənən yeni qablaşdırma forması hazırlayıb və bu formaya müstəsna hüquq almaq istəyir. Hansını seçməlidir? A) Müəllif hüququ B) İxtiralar C) Əmtəə nişanları D) Sənaye nümunələri E) Əlaqəli hüquqlar 104. Azərbaycan Respublikası Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa sazişinə nə vaxt qoşulub? A) 2018-ci ildə B) 2010-cu ildə C) 2015-ci ildə D) 2017-ci ildə E) 2020-ci ildə 105. Şirkət əmin olmaq istəyir ki, heç kim onun loqotipindən istifadə etməyəcək. Hansı ƏM növünü seçməli? A) İxtiralar B) Əmtəə nişanları C) Əlaqəli hüquqlar D) Sənaye nümunələri E) Müəllif hüququ 106. Əmtəə nişanınının qeydiyyatından imtinaya dair yalnış cavab hansıdır? A) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar qeydiyyata alınmır B) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları qeydiyyata alınmır C) təsviri elementlər, şəxsi adlar, rənglər və onların quraşması, hərflər və rəqəmlər, əmtəələrin forması və ya onların qablaşdırılmasını özündə əks etdirən nişanlar qeydiyyata alınmır D) əmtəələrin forması və ya onların qablaşdırılmasını özündə əks etdirən nişanlar qeydiyyata alınmır E) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar qeydiyyata alınmır 107. Azərbaycan Respublikası Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsis edilməsi barədə Lokarno sazişinə nə vaxt qoşulub? A) 2005-ci ildə B) 2008-ci ildə C) 2003-cü ildə D) 2007-ci ildə E) 2011-ci ildə 108. Müəlliflik hüquqlarının verilməsi barədə müqaviləyə dair səhv cavabı seçin: A) Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır B) Şəxsi (qeyri əmlak) və əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər C) Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir D) Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırılır E) Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər 109. Aşağıda göstərilən obyektlər arasında hansı sənaye mülkiyyəti obyekti deyildir? A) ixtira B) sənaye nümunəsi C) coğrafi göstərici D) əlaqəli hüquqlar E) əmtəə nişanı 110. Dizaynerlər tərəfindən yaradılmış əqli mülkiyyəti qorumaq üçün nədən istifadə olunur? A) Qeydiyyatdan keçmiş sənaye nümunələri B) Müəllif hüququ C) İxtira patentləri D) Əmtəə nişanları E) Coğrafi göstəricilər 111. Nişanların beynəlxalq qeydiyyatına aid olan beynəlxalq sənədi göstərin: A) Madrid sazişi B) Roma konvensiyası C) Nitsa sazişi D) Bern konvensiyası E) Paris konvensiyası 112. Aşağıdakılardan hansı coğrafi göstəricidir? A) şampan B) internet C) rolex saatı D) mersedes E) adidas idman paltarı 113. Sənaye nümunəsi patentinə hüquqlar bağqasına hansı formada verilə bilər? A) yalnız tamamilə B) verilə bilməz C) yalnız istifadə üçün lisenziya verilə bilər D) həm qismən, həm də tamamilə E) yalnız qismən 114. Əqli mülkiyyət subyektlərinin hansı hüquqları müddətsiz qorunur: A) yuxarıdan göstərilənlərin heç biri B) həm əmlak, həm də şəxsi qeyri-əmlak hüquqları C) şəxsi qeyri-əmlak hüquqları D) əmlak hüquqları E) əmlak və mənəvi hüquqlar 115. Hansı işarələr əmtəə nişanı kimi qeydə alınan bilər: A) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr) B) qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr) C) sadə həndəsi fiqurlar D) şəxsi adlar, rəqəmlər, təsviri elementlər, qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri E) sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması 116. Aşağıdakı nişanların hansı əmtəələrin və xidmətlərin növünü bildirmir: A) Chokolaj B) Polad dam örtüyü C) Şərab D) Qida əlavəsi E) Portveyn 117. Aşağıda göstərilmiş ifadələrdən hansı yanlışdır? A) Əmtəə nişanı 20 il qorunur və bu müddət sonsuz sayda uzadıla bilər B) Əmtəə nişanı müəyyən xüsusiyyətlərə malik əmtəələr üçün qeydiyata alına bilər C) Geniş tanınmış əmtəə nişanları xüsusi mühafizə hüququna malikdir D) Əmtəə nişanı fərqləndirici xüsusiyyətə malik olmalı və yalnış təsəvvür yaratmamalıdır E) Əmtəə nişanı 10 il qorunur və və bu müddət sonsuz sayda uzadıla bilər 118. Aşağıdakı nişanlardan hansı əmtəənin və xidmətlərin təyinatını bildirmir? A) Meyvita B) Probiotik C) Nəmləndirici krem D) Yaşıl çay E) Quru saçlar üçün şampun 119. Aşağıda sadalananlardan hansılar coğrafi göstəricidir? A) Adidas B) Pleysteyşn C) Şampan şərabı D) BMV E) İnternet 120. Əmtəə nişanının əmtəə və xidmətlərin qruplaşdırılmış beynəlxalq təsnifatı hansı beynəlxalq müqavilə ilə tənzimlənir: A) Vyana sazişi B) Nitsa sazişi C) Strasburq sazişi D) Madrid sazişi E) Locarno sazişi 121. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan hansı hallara yol verilmir: A) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə B) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən kommersiya məqsədilə istifadəyə C) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə D) qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına E) qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə 122. Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına aid olan beynəlxalq sənədi göstərin: A) Roma konvensiyası B) Nitsa sazişi C) Haaqa sazişi D) Bern konvensiyası E) Madrid sazişi 123. Əmtəə və xidmətlərin qruplaşdırılmış beynəlxalq təsnifatı neçə sinifdən ibarətdir: A) 45 B) 25 C) 35 D) 40 E) 50 124. Sənaye nümunələrinin beynəlxalq təsnifatını təsis edən sənədi göstərin: A) Lokarno sazişi B) Roma konvensiyası C) Bern konvensiyası D) Nitsa sazişi E) Madrid sazişi 125. Xidməti əsərə dair müəlliflik hüququ hansı subyektə məxsusdur? A) İşəgötürənə B) Xidməti əsərin müəllifinə C) Müqavilə ilə istifadə hüquqları ötürülən subyektə D) Xidməti əsərin yaradılmasında yardımçı işləri görmüş şəxslər də daxil olmaqla müəssisənin işçilərinə E) Xidməti əsərin yaradılmasında texniki işləri görmüş şəxslər də daxil olmaqla müəssisənin işçilərinə 126. Patentin dərc olunmasından hansı müddət ərzində patentin verilməsinə qarşı etirazla Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına müraciət etmək olar? A) 3 ay B) 1 il C) 2 ay D) 9 ay E) 6 ay 127. Əmtəə nişanı kimi qeydə alınmaq üçün təqdim olunan iddia sənədinin ekspertizası ilkin ekpertizanın başa çatmasından sonra neçə müddətə aparılır? A) İlkin ekspertiza başa çatandan 4 ay müddətinə B) İlkin ekspertiza başa çatandan 8 ay müddətinə C) İlkin ekspertiza başa çatandan 10 ay müddətinə D) İlkin ekspertiza başa çatandan 2 ay müddətinə E) İlkin ekspertiza başa çatandan 6 ay müddətinə 128. Əmtəə nişanı nədir? A) sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır) B) məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii C) müəlliflik hüququnu özündə əks etdirən obyektdir D) istənilən sahədə məhsula və ya üsula aid olan texniki həlldir E) konstruktiv həlldir 129. Əmtəə nişanlarının qeydiyyatı zamanı mühafizəsiz elementlər hesab edilmirlər: A) Standart rəqəmlər B) Sadə həndəsi fiqurlar C) Ümumişlək simvollar D) Fantaziya xarakterli işarələr E) Növü bildirən sözlər 130. Aşağıda göstərilmiş nişanlardan hansı fonetik (səsli) oxşarlığa malik deyildirlər? A) “DALSO” – “DELSO” B) “VİTRAGE”- “VİTERAN” C) “PEYCERKOM” – “PAGERCOM” D) “FAYTON” –“VAYTON” E) “ATON” – “EATON” 131. Doğru cavab hansıdır? A) İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla üç əmtəə nişanına aid ola bilər B) İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir neçə əmtəə nişanına aid ola bilər C) İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla iki əmtəə nişanına aid ola bilər D) İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır E) İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla saysız əmtəə nişanına aid ola bilər 132. Coğrafi göstərici hansı məhsulları adlandırmaq üçün istifadə edilən anlayışdır? A) keyfiyyət və şöhrətini aid olduğu coğrafi məkandan alan məhsulları adlandırmaq üçün istifadə edilən anlayışdır B) sənayedə istehsal olunan yeni formaları adlandırmaq üçün istifadə edilən anlayışdır C) coğrafi obyekt adı daşıyan əmtəə nişanlarını adlandırmaq üçün istifadə edilən anlayışdır D) sənayedə istehsal olunan qurğuları adlandırmaq üçün istifadə edilən anlayışdır E) yeri və ərazini bildirmək üçün istifadə edilən anlayışdır 133. Əmtəə nişanı adı altında nələr mühafizə olunur? A) Üsul və qurğular B) Məmulatın zahiri görünüşü C) İxtiralar D) İncəsənət nümunələri E) Adlar, loqolar, qrafik kombinasiylar 134. Xidməti vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar işçinin yaratdığı ixtira üçün patent almaq hüququ kimə məxsusdur? A) bütün hallarda işə götürənə B) həm müəllifə, həm də işə götürənə C) şərikli müəlliflər olarsa yalnız müəlliflərə D) yalnız müəllifə E) müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işə götürənə 135. Azərbaycan Respublikası Müəllif hüququ üzrə ÜƏMT müqaviləsinə nə vaxt qoşulub? A) 2007-ci ildə B) 2006-cı ildə C) 2010-cu ildə D) 2011-ci ildə E) 2008-ci ildə 136. Coğrafi göstərici hansı hüquqları təmin edir? A) Coğrafi göstərici hüququ standartlara uyğun eyniadlı məhsulu istehsal edən başqa şəxslərə mane olmağa imkan verir B) Coğrafi göstərici hüququ onun sahibinə ondan istifadəyə dair müstəsna hüquq verir C) Əmtəənin adından müstəsna istifadə hüququnu D) Əmtəə və xidmətdən müstəsna istifadə hüququnu E) Coğrafi göstərici hüququ onun sahiblərinə həmin məhsulun standartlara uyğun olmadan üçüncü şəxslər tərəfindən istifadəsinin qarşısını almaq imkanı verir 137. Coğrafi göstərici termini hansı məhsullar üçün istifadə edilə bilər? A) üsul və qurğular üçün istifadə olunur B) kənd təsərrüfatı məhsulları, qida məhsulları, şərablar və spirtli içkilər, sənətkarlıq və sənaye məhsulları üçün istifadə olunur C) sənayedə istehsal edilən yeni dizaynlı məhsullar üçün istifadə edilir D) əczaçılıq məhsulları və qurğular üçün istifadə olunur E) tibb sahəsindəki əczaçılıq məhsulları üzrə istifadə edilir 138. Kimlər coğrafi göstəricini qeydiyyata ala bilər A) Dövlət idarə strukturları B) İstənilən sahibkarlıqla məşğul olan hüquqi şəxslər C) Coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur D) İstənilən sahibkarlıqla məşğul olan fiziki şəxslər E) İstənilən sahibkarlıqla məşğul olan həm fiziki, həm də hüquqi şəxslər 139. Coğrafi göstərici kimi əmtəənin hansı xüsusiyyəti qorunur? A) məhsulun aid olduğu coğrafi regionla bağlı xüsusi şöhrəti və ya reputasiyası B) əmtəənin forması, növü C) zahiri görünüşü D) əmtəənin geniş tanınması E) adı 140. Bern Konvensiyasının müddəalarına uyğun olan düzgün variantı seçin: A) Bern Konvensiyası sənaye mülkiyyəti obyektlərinə dair münasibətləri tənzimləyən əsas beynəlxalq sənədlərdən biridir B) Ədəbi və bədii əsərlər» termini yazılı formada ifadə olunan ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri əhatə edir C) Azərbaycan Respublikasının qanunvericiliyi Bern Konvensiyalarına uyğun olsa da, Azərbaycan Respublikası həmin müqaviləyə tərafdar çıxmamışdır D) ÜƏMT-nin Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında müqaviləsi Bern Konvensiyasıdır E) Müəllifin əmlak hüquqlarından asılı olmayaraq və hətta bu hüquqların verilməsindən sonra müəllifin öz əsərinə müəllifliyinin tanınmasını tələb etmək və bu əsərin təhrif edilməsinə, mənasının dəyişilməsinə və digər dəyişikliyə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirə biləcək başqa hərəkətlərə qarşı çıxmaq hüququ vardır 141. Azərbaycan Respublikası Patent əməkdaşlığı (PCT) müqaviləsinə nə vaxt qoşulub? A) 1999-cu ildə B) 1995-ci ildə C) 2003-cü ildə D) 2005-ci ildə E) 2007-ci ildə 142. Yetkinlik yaşına çatmayan şəxs müəlliflik hüququ subyekti ola bilər? A) ola bilməz B) valideynin və ya himayəçinin icazəsilə ola bilər C) yalnız əlaqəli hüquq subyekti ola bilər D) yetkinlik yaşına çatandan sonra bu hüquqa sahib ola bilər E) ola bilər 143. Müəllif dünyasını dəyişəndən sonra onun vərəsələrinə hansı hüquq keçir? A) qeyri əmlak hüququ B) ad hüququ C) toxunulmazlıq hüququ D) əsərin müəllifi kimi tanınmaq hüququ E) əmlak hüququ 144. Audiovizual əsərin müəllifləri (şərikli müəllifləri) olmayanı seçin: A) səs operatoru B) ssenari müəllifi C) quruluşçu operator D) quruluşçu rəssam E) quruluşçu rejissor 145. Şəxsi (qeyri-əmlak) hüquqlarına aid deyil: A) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ) B) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına vəmüəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ C) surətçıxarma hüququ D) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) E) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) 146. Faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqaviləsi hansı formada ola bilər? A) lisenziva müqaviləsi verilə bilməz B) həm müstəsna, həm də qeyri-müstəsna C) yalnız qeyri-müstəsna D) qeydiyyatda olma müddəti bitdikdən sonra hər iki formada verilə bilər E) yalnız müstəsna 147. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə harada qeydiyyatdan keçirə bilər? A) Biznes fəaliyyəti ilə məşğul olan şirkətdə B) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində C) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində D) Əqli Mülkiyyət Agentliyi E) Sosial Tədqiqatlar Mərkəzində 148. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda nə baş verir? A) Əlaqəli hüquq obyektinə çevrilir B) Qeyri əmlak hüquqları qüvvədən düşür C) Vərəsələrin istifadəsinə verilir D) Dərhal dövlət varidatına keçir E) İctimai varidata keçir 149. Faydalı modelin müəllifi kim sayılır? A) Faydalı modelin yaradılmasını sifariş edən şəxs B) Faydalı modeli yaradıcı əməyi ilə yaradan və işə götürən C) Faydalı modeli yaradan şəxsi işə götürən D) Faydalı modelin yaradılmasını sifariş edən və işə götürən E) Faydalı modeli əməyi ilə yaradan şəxs 150. Səhv fikri seçin: A) Xidməti əsərdən istifadəyə dair müstəsna hüquq niyyəti olduğu təqdirdə işəgötürənə məxsus olur B) Rənglərin uzlaşması Azərbaycan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınır C) Əmtəə nişanının qeydiyyatı üçün Əqli Mülkiyyət Agentliyinə iddia sənədi verilməlidir D) Əqli fəaliyyət nəticəsində yaradılmış müəlliflik hüququ obyektinə dair əmlak hüquqları başqa şəxsə verilə bilməz E) Ad hüququ əsas şəxsi qeyri əmlak hüquqlarından biridir 151. Faydalı model patentinə hüquqlar bağqasına hansı formada verilə bilər? A) verilə bilməz B) həm qismən, həm də tamamilə C) yalnız tamamilə D) yalnız istifadə üçün lisenziya verilə bilər E) yalnız qismən 152. Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılan hallara aiddir: A) patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün patentin qüvvədə olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib çıxarmaması şərti ilə istifadəsi B) həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərman hazırlanması C) patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi, eksperiment məqsədləri üçün patentin qüvvədə olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib çıxarmaması şərti ilə istifadəsi D) tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi E) tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən kommersiya məqsədləri üçün istifadəsi 153. Hansı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilmir? A) patentin qüvvədə saxlanması üçün haqqın ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə B) məhkəmənin qərarı əsasında C) patent tamamilə etibarsız sayıldıqda D) patent sahibinin səlahiyyətli orqanına verdiyi ərizə əsasında E) patentdən istifadə gəlir gətirmədikdə 154. Azərbaycan Respublikası Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid sazişinə nə vaxt qoşulub? A) 1995-ci ildə B) 2003-cü ildə C) 1999-cu ildə D) 2005-ci ildə E) 2007-ci ildə 155. Agentlik hansı halda patent obyektini dövlət reyestrində qeydə alaraq iddiaçıya patent verir? A) Dövlət rüsumu ödənilməsi şərti ilə dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində B) Dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində C) Yalnız dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan 3 ay ərzində D) Dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 6 ay ərzində E) Dövlət rüsumu ödənilməsi şərti ilə dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 1 ay ərzində 156. (P) simvolu (işarəsi) nəyi bildirir? A) ixtiranın qeydiyyata alındığını bildirir B) müəllif hüququnun qeydə alındığını bildirir C) əmtəə nişanının qeydiyyata alındığını bildirir D) faydalı modelin qeydiyyata alındığını bildirir E) əlaqəli hüquqların qeydiyyata alındığını bildirir 157. Aşağıda göstərilən variantlardan səhv olanı seçin: A) Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır B) Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 50 il müddətində qüvvədə qalır C) Müəllifin həyatı boyu və ölümündən sonra 70 il müddətində qüvvədə qalır D) Kollektiv əsərə hüquqlar belə əsərin dərc edildiyi, əgər dərc edilməmişdirsə, yaradıldığı tarixdən 70 il müddətində qüvvədə qalır E) Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 70 il müddətində qüvvədə qalır 158. Müəllifin əmlak (iqtisadfi) hüququnun qorunma müddəti müəllifin vəfatından sonra neçə il olaraq müəyyən edilib: A) 10 B) 20 C) 55 D) 50 E) 70 159. Müəlliflik hüquqları ilə əlaqədar səhv cavabı seçin: A) Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır B) Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur C) Müəlliflik hüququ müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır D) Hüquqi şəxslər müəlliflik hüququ sahibi ola bilməz E) Müəlliflik hüququ obyektləri alq-satqı vasitəsi ola bilməz 160. Müəlliflik hüququ və əlaqəli hüquqların subyekti deyildir: A) Ssenari müəllifləri B) İfaçılar C) Yayım təşkilatları D) İxtiraçılar E) Memarlıq layihələrinin müəllifləri 161. Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini hansı qurum həyata keçirir? A) Avrasiya Patent İdarəsi B) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi C) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi D) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi E) Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 162. Əqli mülkiyyət hüquqlarının qorunmasını beynəlxalq səviyyədə təmin edən təşkilat hansıdır? A) Ümumdünya Səhiyyə Təşkilatı B) Ümumdünya Əqli Mülkiyyət Təşkilatı C) Ümumdünya Turizm Təşkilatı D) Ümumdünya Ticarət Təşkilatı E) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 163. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq sahəsinə aid olan hansıdır? A) əmtəə nişanı kimi qeydə alınan nişanlar B) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri C) sənaye nümunələri D) coğrafi göstərici kimi qeydə alınan nişanlar E) ixtira, faydalı model 164. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hansı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər? A) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində B) Azərbaycan Respublikası Elmlər Akademiyasında C) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində D) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində E) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində 165. Patent sahibi patentin qüvvədə saxlanması üçün illik haqqı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının neçənci ilindən başlayaraq ödəyir? A) 5-ci B) 1-ci C) 10-cu D) 2-ci E) 3-cü 166. Audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə hansıdır? A) İSMN B) İSRC C) İSBN D) İSAN E) İSSN 167. Hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri necə adlanır? A) pirat məhsul B) kompüter proqramı C) kollektiv əsər D) audiovizual əsər E) məlumat bazası 168. Əsərin hər hansı maddi daşıyıcıda hazırlanmış surəti necə adlanır? A) fonoqram nüsxəsi B) reproqrafik surətçıxarma C) efirlə kütləvi bildiriş D) kabellə kütləvi bildiriş E) əsər nüsxəsi 169. Müəlliflik hüququ ilə qorunmayan obyektlər hansılardır? A) dekorativ-tətbiqi sənət əsərləri B) coğrafi xəritələr C) foto əsərləri D) memarlıq layihələri E) rəsmi sənədlər, dövlət rəmzləri və nişanları 170. Azərbaycanda müəllif hüquqlarının qorunması müddəti nə qədərdir? A) əsərin müəllifinin həyatı boyu və vəfat etdiyi tarixdən 70 il B) əsərin müəllifinin vəfat etdiyi gündən 50 il C) əsərin müəllifinin vəfat etdiyi tarixdən 10 il D) əsərin yaradıldığı gündən 50 il E) əsərin yaradıldığı gündən 30 il 171. Əmtəə nişanı kimi qeydə alınmır: A) sözlər, şəxsi adlar B) təsviri elementlər C) rənglərin və təsviri elementlərin hər hansı uzlaşması D) sözlər və şəxsi adların kombinasiyaları E) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən formalar 172. Əmtəə nişanının qeydə alınması barədə ərizəyə qoşulan sənədlər barədə səhv olan göstərin: A) iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd B) xidmət haqqının (ödənişin) ödənildiyini təsdiq edən sənəd C) əmtəə nişanının ilkinliyini təsdiq edən sənəd D) müəlliflə iddiaçı və yaxud patent sahibi arasında bağlanılan müqavilə E) əmtəə nişanının sərgi ilkinliyini təsdiq edən sənəd 173. Əmtəə və xidmətlərin beynəlxalq təsnifatını müəyyən edir: A) Nitsa sazişi B) Paris konvensiyası C) Bern Konvensiyası D) Roma konvensiyası E) Madrid sazişi 174. Sənaye mülkiyyətinin qorunmasına aid olan beynəlxalq sənədi göstərin: A) Roma konvensiyası B) Nitsa sazişi C) Paris konvensiyası D) Madrid sazişi E) Bern konvensiyası 175. Azərbaycan Respublikası Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasına nə vaxt qoşulub? A) 2001-ci ildə B) 2005-ci ildə C) 1999-cu ildə D) 2003-cü ildə E) 2007-ci ildə 176. Azərbaycan Respublikası ifalar və fonoqramlar üzrə ÜƏMT müqaviləsinə nə vaxt qoşulub? A) 2011-ci ildə B) 2007-ci ildə C) 2008-ci ildə D) 2006-cı ildə E) 2010-cu ildə 177. Müəlliflik hüququ ilə qorunmayan obyekti qeyd edin: A) audiovizual əsərlər B) coğrafi göstəricilər C) memarlıq, şəhərsalma sənəti əsərləri D) xoreoqrafiya əsərləri və pantomimalar E) törəmə obyektlər 178. Aşağıdakı hallardan hansında müəllifin razılığı olmadan və qonorar ödəmədən əsərdən istifadə etmək olar? A) Məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin şəxsi məqsədlər üçün çıxarılması B) Toy mərasimlərində musiqili əsərlərdən istifadə C) Heç biri D) Memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin şəxsi məqsədlər üçün çıxarılması E) Kitabxanalar, arxivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması 179. Xidməti əsərdən işəgötürən (xidməti əsərin sifarişçisi) tərəfindən heç bir əsas olmadan hansı müddət ərzində istifadə olunmazsa, əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir? A) 1 il B) 3 il C) 5 il D) 6 ay E) Hüquqlar müəllifə heç bir halda keçmir

Use Quizgecko on...
Browser
Browser