Imtahan - SS - 2x50-100 Test PDF
Document Details
Uploaded by Deleted User
Tags
Summary
This document is a collection of past exam questions, specifically focusing on Azerbaijani history. It includes multiple-choice questions covering various historical periods and events. The questions appear designed for secondary school students.
Full Transcript
**1-ci 50 test.** **1. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan müharibəsində atəşkəs imzalanması ilə:** A\) I Qarabağ müharibəsi başa çatdı. B. II Qarabağ müharibəsi başa çatdı. C. ATƏT-in Minsk qrupu təşkil edildi. D. Azərbaycan Helsinki yekun aktına qoşuldu. E. Ermənistan BMT-nin 87...
**1-ci 50 test.** **1. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan müharibəsində atəşkəs imzalanması ilə:** A\) I Qarabağ müharibəsi başa çatdı. B. II Qarabağ müharibəsi başa çatdı. C. ATƏT-in Minsk qrupu təşkil edildi. D. Azərbaycan Helsinki yekun aktına qoşuldu. E. Ermənistan BMT-nin 874 və 884-cü qətnamələrini icra etməyi qəbul etdi. **2.Azərbaycan Respublikasının üzv olduğu təşkilatlara aid edilə bilməz:** A\) GUAM B) Avropa Şurası C) MDB D) QDİƏT E) NATO **3. 1995-ci ilin ortalarında Azərbaycan Respublikasında hansı hadisə baş verdi?** A\) Azərbaycan dövləti bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas oldu. B. Azərbaycanda xüsusi təyinatlı polis dəstəsinin başçısı tərəfindən dövlət çevrilişinə cəhd baş verdi. C. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirildi. D. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs əldə edildi. E. Azərbaycanda parlament seçkiləri keçirildi. **4. 1989-cu ildə sovet rəhbərliyi tərəfindən Dağlıq Qarabağda yaradıldı:** A\) Fövqəladə Komissiya B) Xüsusi İdarə Komitəsi C) General-qubernatorluq D\) Hərbi Şura E) Ali Hərbi Tribunal **5.Qanunauyğunluq pozulmuşdur:** A. II Dünya müharibəsində Moskva uğrunda döyüşlərdə tank hissə komandiri Həzi Aslanov olub. B. General Yaqub Quliyev 1942-ci ilin dekabrında Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak edib. C. Kiyev şəhərinin azad edilməsində mayor Xıdır Mustafayev də iştirak edib. D. Matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə iştirak edib. E. Ziya Bünyadov italiyalı diktator Mussolinini həbs edən partizanlardan biri idi. **6. 1998-ci ildə ölüm cəzasını və senzuranı ləğv etdi:** A\) H.Əliyev B\) İ.Əliyev C\) K.Bağırov D\) İ.Mustafayev E\) Ə.Əliyev **7. 2016-cı ilin aprel döyüşləri zamanı milli ordumuz tərəfindən azad edilmiş ərazilərdən biridir:** A\) Suqovuşan kəndi B\) Cəbrayıl rayonu C\) Lələtəpə yüksəkliyi D\) Horadiz qəsəbəsi E\) Murovdağ yüksəkliyi **8. II Dünya Müharibəsində Armed Mişel ləqəbi ilə tanınan azərbaycanlı partizan:** A\) Əhmədiyyə Cəbrayılov B\) Mehdi Hüseynzadə C\) Ələkbər Əliyev D\) Vilayət Hüseynov E\) Əli Babayev **9. 2006-cı ildə respublikamızın prezidenti İlham Əliyev tərəfindən xarici siyasətimizdə irəli sürüldü:** A\) müdafiə konsepsiyası B\) neytrallıq doktrinası C\) qarışmama siyasəti D\) hücum konsepsiyası E\) diplomatik tarazlıq konsepsiyası **10. İmam Mustafayevin xidmətlərinə aid edilə bilməz:** A. Respublikada Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasının mətbuatda açıq müzakirəsi keçirildi. B. Azərbaycanda demokratik dəyişikliklər başlandı. C. Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etdi. D. Respublikada kənd təsərrüfatına göstərilən diqqət nəticəsində ərzaq məhsullarının istehsalı artdı. E. Milli məsələyə diqqət artırıldı, xalqın vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atıldı. **11. Dağlıq Qarabağ məsələsinin həll olunmayacağına əmin olan xalq Azadlıq Meydanında, ilk dəfə olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Hətta Azərbaycan himni səsləndirildi:** A\) 17 noyabr 1988 B\) 18 oktyabr 1991 C\) 28 may 1990 D\) 31 avqust 1993 E\) 12 noyabr 1995 **12. 1988-ci ilin fevralında hansı şəhərimizdə ermənilər tərəfindən təxribatlar törədildi:** A\) Bakıda B\) Gəncədə C\) Sumqayıtda D\) Lənkəranda E\) Şuşada **13.I Qarabağ müharibəsində həyata keçirilmiş ən uğurlu hərbi əməliyyatlardan biri:** A\) Şuşa əməliyyatı B\) Goranboy əməliyyatı C\) Gədəbəy əməliyyatı D\) Qazax əməliyyatı E\) Tərtər əməliyyatı **14. 2018-ci ildə milli ordumuz tərəfindən ermənilər darmadağın edildi:** A)Ağdərə əməliyyatı nəticəsində B\) Horadiz əməliyyatı nəticəsində C)Daşaltı əməliyyatı nəticəsində D\) "Üzük" əməliyyatı nəticəsində E\) Günnüt əməliyyatı nəticəsində **15.1991-ci ilə aid edilə bilməz:** A. Azərbaycan Kompartiyasının buraxılması B. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu C. "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyanatın qəbulu D. Qarakənd faciəsi E\) Yeni Azərbaycan partiyasının yaradılması. 16\. **1992-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş faciələr qeyd edin:** **1. Ağdaban 2. Qaradağlı 3. Xocalı 4. Başlıbel 5. Malıbəyli və Quşçular 6. Ballıqaya** **7. Əhmədbəyli 8. Qoçyataq** A\) 1, 2, 3, 4, 5, 7 B\) 1, 2, 4, 5, 6, 8 C\) 1, 2, 3, 4, 5, 6 D\) 1, 2, 3, 6, 7, 8 E\) 2, 4, 5, 6, 7, 8 **17. Azərbaycanın qoşulmuş olduğu Avropa İttifaqı xarici əlaqələr alətlərinə aid edilə bilməz:** A\) TEMPUS B\) İNOGATE C\) TACİC D\) TRACEKA E\) AŞPA 18. **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövrünə aiddir:** A)Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması B)Azərbaycanın Avropa Şurasına üzv seçilməsi C)Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsi D)Müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi E)GUAM təşkilatının yaradılması 19. **Verilənlər kimin Azərbaycana rəhbərliyi dövrünə aiddir:** 1. Hakimiyyəti dövründə milli Valyuta dövriyyəyə buraxıldı. 2. Azərbaycan Helsinki aktının Yekun aktına imza atdı. 3. I Qarabağ müharibəsi gedişində uğurlu Goranboy əməliyyatı baş tutdu. 4. Xəzərdəki neft yataqlarının birgə istismarı haqqında BP / Statoyl alyansıyla razılaşma əldə olundu. A\) A.Mütəllibov B\) İ.Mustafayev C\) Ə.Vəzirov D\) K.Bağırov E\) Ə.Elçibəy **20. 1991-ci ilin martında Sovet İttifaqının saxlanılmasına dair referendumun keçirilməsinə etirazını bildirmiş görkəmli dövlət xadimimiz:** A)Heydər Əliyev B\) Kamran Bağırov C\) Vəli Axundov D\) Ayaz Mütəllibov E\) Nəriman Nərimanov **21. XIX əsrdə ermənilərin Osmanlı və Qacarlar İranından Azərbaycana köçürülməsinə səbəb olan müqavilələr:** A\) İstanbul və Kürəkçay B\) Türkmənçay və Ədirnə C\) Kürəkçay və Ədirnə D\) Türkmənçay və İstanbul E\) Türkmənçay və Kürəkçay 22. **Azərbaycanı birləşdirməyə çalışmış Azərbaycan xanlıqlarına aid edilə bilməz:** A\) Qarabağ xanlığı B\) Quba xanlığı C\) Urmiya xanlığı D\) Şəki xanlığı E\) Bakı xanlığı 23. **1837-1838-ci illərin Quba üsyanının məğlubiyyətindən sonra edam edildi:** A\) Mir Həsən xan B\) Yarəli C\) Məşədi Məhəmməd D\) Həmzət bəy E\) Hacı Məhəmməd 24. **1805-ci il tariximiz üçün səciyyəvidir:** A)Car-Balakən camaatlığı Rusiya ilə "Andlı öhdəlik" haqqında saziş imzaladı B)Cavad xan ruslarla döyüşdə öldürüldü C)Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edildi D)Qacarın torpaqlarımıza birinci yürüşü baş verdi E\) Zubovun ordusu Azərbaycana hücum etdi 25. **1812-1813-cü illərdə Lənkəran xanlığının işğalı nəticəsində:** A)II Rus-İran müharibəsi başa çatdı B\) Zubovun ordusu Azərbaycanda möhkəmləndi C. I Rus-İran müharibəsinin müqəddəratı Rusiyanın xeyrinə həll edildi D. Qacarın ordusu Azərbaycanı tərk etdi E\) Kərim xan Zəndin ordusu Azərbaycandan geri çəkildi **26. 1840-cı ilin inzibati-məhkəmə islahatı nəticəsində yaradıldı:** A\) Erməni vilayəti B\) Xəzər (Kaspi) vilayəti C\) Yelizavetpol quberniyası D\) Qafqaz canişinliyi E\) Cavanşir qəzası **27**. **1902-ci ildə yaradılmış siyasi təşkilat:** A\) Hümmət B\) "Müsəlman gənclik təşkilatı" C\) Müsavat D\) Difai E\) Ədalət **28. 1918-ci ilin mart soyqırımına rəhbərlik etmək üçün yaradıldı:** A\) Sentrokaspi diktaturası B\) Xüsusi Qafqaz Komitəsi C\) Zaqafqaziya Seymi D\) Zaqafqaziya Komissarlığı E\) İnqilabi Müdafiə Komitəsi **29**. **Əlimərdan bəy Topçubaşovun siyasi fəaliyyətinə aiddir:** A\) Difai partiyasının əsasını qoymuşdur B\) AXC-nin Nazirlər Şurasının ilk sədri idi C. Rusiyanın I Dövlət Dumasında müsəlman fraksiyasının başçısı idi D. Kommunist ideologiyası uğrunda mübarizə aparmışdır E. E\) Hümmət təşkilatını yaratmışdır **30. 1918-ci ildə imzalanmış Batum müqaviləsinə əsasən:** A\) Türk ordusu Azərbaycana köməyə gəldi B\) İngilis qoşunları Bakıya daxil oldular C. Sentrokaspi diktaturası Azərbaycanda hakimiyyəti ələ keçirtdi D. Azərbaycanın müstəqilliyi dünya birliyi tərəfindən de-fakto tanındı E. Denikinin ordusu Dərbəndi işğal etdi **31. Sovet Azərbaycanının ilk rəhbəri olmuşdur:** A)Dadaş Bünyadzadə B)Nəriman Nərimanov C)Mir Cəfər Bağırov D\) Nəsib bəy Yusifbəyli E\) Mirzə Davud Hüseynov **32. 1945-ci ildə Cənubi Azərbaycanda yaradılmış milli hökumətə rəhbərlik etmişdir:** A\) Şeyx Məhəmməd Xiyabani B\) Səttarxan C\) Bağırxan D\) Məhəmməd Rza şah E\) Seyid Cəfər Pişəvəri **33**. **II Dünya müharibəsi dövründə Almaniyanın Qafqaza hücum planı:** A\) Edelveys B\) Vilvet C\) Şliffen D\) Overlord E\) Tayfun **34**. **Sovet rejiminə qarşı 1920-ci ildə baş vermiş Qarabağ üsyanına rəhbərlik etmişdir:** A\) Əhməd bəy Ağayev B\) Cavad bəy Şıxlinski C\) Həbib bəy Səlimov D\) Cahangir bəy Kazımbəyov E\) Nuru paşa **35. II Dünya müharibəsi illərində Azərbaycan milli legionunun rəhbəri idi:** A\) Fətəlibəyli Düdənginski B\) Fuad Əmircan C\) M.Ə.Rəsulzadə D\) Qafur Məmmədov E\) İsrafil Məmmədov **36**. **1978-ci ilin fevralında hansı şəhərimizdə İranın şah rejimi əleyhinə böyük üsyan baş verdi:** A\) Ərdəbildə B\) Marağada C\) Urmiyada D\) Zəncanda E\) Təbrizdə **37. 1948-1953-cü illər Sovet Azərbaycanının tarixində baş vermiş hadisə:** A)Bütün respublika ərazisində zorakı kollektivləşdirmə həyata keçirilmişdi B)Ermənistanda yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdu C)Repressiya olunmuş azərbaycanlıların bəraət alaraq vətənə qayıtması prosesi başlanmışdı D)Bütün ölkə miqyasında sənayeləşdirmə xətti elan edilmişdi E\) Kollektivləşdirmə xətti elan edildi **38. 1989-cu il Azərbaycan SSR --nin siyasi həyatı üçün səciyyəvi idi:** A. Sovet Azərbaycanının suverenliyi haqqında Konstitusiya Qanununun qəbul edilməsi ilə B. Vəli Axundovun hakimiyyətə gəlməsi ilə C. Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması ilə D. Dağlıq Qarabağın statusunun ləğv edilməsi ilə E. Ermənilərin Sumqayıt təxribatlarını törətməsi ilə **39**. **1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik etmişdir:** A)Heydər Əliyev B\) Vəli Axundov C\) Kamran Bağırov D)Mirzə İbrahimov E\) Ayaz Mütəllibov 40. **1990-cı ilin qanlı yanvar hadisələri zamanı sovet rəhbərliyinin siyasətini kəskin tənqid etdi:** A)Heydər Əliyev B\) Ayaz Mütəllibov C\) Vəli Axundov D\) Əbdürrəhman Vəzirov E\) Kamran Bağırov 41. **1991-ci ildə siyasi fəaliyyətinə son qoyuldu:** A\) Ədalət partiyasının B\) Müsavat partiyasının C\) İttihad partiyasının D\) Hümmət partiyasının E\) Azərbaycan Kommunist Partiyasının **42**. **Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən soyqırım törədildi:** A\) Şuşada B\) Zəngilanda C\) Xocalıda D\) Kəlbəcərdə E\) Füzulidə **43**. **Azərbaycan Respublikasının dövlət müstəqilliyi təsdiq edildi:** A\) Suverenlik qanunu ilə B\) Bələdiyyə seçkiləri ilə C\) Parlament seçkiləri nəticəsində D\) Referendumla E\) İstiqlaliyyət bəyannaməsi ilə **44**. **Lissabon sammiti üçün səciyyəvidir:** A. 53 ölkə tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi B. BTC neft kəməri barədə saziş imzalandı C. C\) Respublikamız NATO-ya üzv qəbul oldu D. D\) Sovet İttifaqının hərbi əmlakı bölüşdürüldü E. E\) Azərbaycan MDB-yə üzv qəbul oldu **45**. **2004-cü ildə Azərbaycan Respublikasında:** A. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul edildi B. Prezident seçkiləri keçirildi C. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirildi D\) Parlament seçkiləri keçirildi E\) Ümumdünya azərbaycanlılarının I qurultayı keçirildi **46. 2006-cı ildə neft strategiyamızın böyük uğuru oldu:** A\) Əsrin müqaviləsi imzalandı B\) Bakı-Supsa neft kəməri istifadəyə verildi C. Azərbaycan neftinin Novorossiysk limanı ilə nəqlinə başlanıldı D. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi başa çatdı E. "Azəri-Çıraq-Günəşli" yataqlarında ilkin neftin hasilatına başlanıldı **47. 2003-cü ildə respublikamızda:** A\) parlament seçkiləri keçirildi B\) referendum keçirildi C\) prezident seçkiləri keçirildi D\) dünya azərbaycanlılarının I qurultayı keçirildi E\) bələdiyyə seçkiləri keçirildi **48. 2020-ci il noyabrın 8-i tariximizə daxil olmuşdur:** A\) Konstitusiya günü kimi B\) Zəfər günü kimi C\) Respublika günü kimi D\) Milli dirçəliş günü kimi E\) Faşizm üzərində qələbə günü kimi **49. Vətən müharibəsi dövründə birmənalı şəkildə Azərbaycanın ədalətli mövqeyini müdafiə edən dövlətlərdən biridir:** A\) Fransa B\) Yunanıstan C\) Türkiyə D\) Kanada E\) ABŞ **50. 2020-ci il noyabrın 25-də milli ordumuz tərəfindən azad edilmişdir:** A\) Şuşa B\) Cəbrayıl C\) Kəlbəcər D\) Laçın E\) Qubadlı **2-ci 50 test.** **1. 1995-ci il noyabrın 12-də referendumla qəbul olundu:** A. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası B. Azərbaycanın dövlət gerbinin bərpası haqqında qanun C. Azərbaycanın üçrəngli bayrağının bərpası haqqında qanun D. Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin yaradılması haqqında qanun E. Azərbaycan diasporunun təşkili haqqında qanun. 2. **2020-ci il oktyabrın 28-də hansı şəhərimizdə ermənilər tərəfindən terror aktı törədildi:** A)Bakıda B\) Mingəçevirdə C\) Gəncədə D\) Bərdədə E\) Şuşada 3. **1988-ci ilin Sumqayıt təxribatlarında fəal rol oynamışdır:** A)A.Volski B\) E.Qriqoryan C\) Z. Balayan D\) V.Polyaniçko E\) A.Qukasyan 4. **2003-cü ilin avqustunda respublikamızın Baş naziri olmuşdur:** A)İlham Əliyev B\) Yaqub Məmmədov C\) İsa Qəmbər D\) Etibar Məmmədov E\) Ayaz Mütəllibov 5. **1993-cü ildə baş verən hadisələrə aid edilə bilməz:** A. Gəncə qiyamı B. Heydər Əliyevin Ali Sovetin sədri olması C. Yeni Azərbaycan Partiyasının yaradılması D\) Əbülfəz Elçibəyin Kələki kəndinə getməsi E\) Dövlət Müdafiə Şurasının yaradılması. **6. 1993-cü il iyunun 15-i tariximizə daxil olmuşdur:** A)"Milli Qurtuluş günü" kimi B\) "Milli Dirçəliş günü" kimi C\) "Müstəqilliyin Bərpası günü" kimi D\) "Konstitusiya günü" kimi E\) "Respublika günü" kimi 7. **2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli atəşkəs bəyanatına əsasən ermənilərdən azad edilmiş şəhərlərimizdən biridir:** A)Şuşa B\) Laçın C\) Xocavənd D\) Ağdərə E\) Tərtər 8. **Qanunauyğunluq pozulmuşdur:** A. 20 aprel 1997-ci ildə «Kitabi Dədə Qorqud» dastanının 1300 illiyi haqqında fərman imzalandı. B. 2000-ci ildə Şəmkir -- Yenikənd güclü elektrik stansiyası istifadəyə verildi. C. 1996-cı ildə YUNESKO ilə əməkdaşlıq haqqında memarandum imzalandı. D. 1997-ci ildə Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. E. 1991-ci il sentyabrın 20-də Bakıda Əsrin müqaviləsi imzalandı. **9. 1988-ci ildə Azərbaycanı Könüllü Müdafiə Cəmiyyətini yaratdı:** A\) Ə.Elçibəy B\) A.Mütəllibov C\) R.Qazıyev D\) S.Hüseyov E\) Ə.Həsənov **10. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı keçirildi:** A\) Naxçıvanda B\) Gəncədə C\) Bakıda D\) Şuşada E\) Bərdədə **11. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə uğurla həyata keçirilmiş iqtisadi layihələrdən biridir:** A)Bakı-Novorossiysk neft kəməri B\) Bakı-Supsa neft kəməri C\) Bakı-Qroznı neft kəməri D\) Bakı-Tbilisi-Ərzurum qaz kəməri E\) Dənizdə neftin estakadalarla çıxarılması **12. İlk dəfə "Azərbaycan milləti" ifadəsinin işlətmiş qəzet:** A\) Həyat B\) Əkinçi C\) Açıq söz D\) Kəşkül E\) İrşad **13. XIX əsrdə Azərbaycanda neft sahəsinə investisiya yatıran ölkələr üzrə xronoloji ardıcıllığı müəyyən edin:** **1. İngiltərə 2. Fransa 3. İsveç** A\) 1, 2, 3 B\) 2,1,3 C\) 3,1,2 D\) 2,3,1 E\) 3, 2, 1 **14. Bakıda ilk neft kəmərinin çəkilməsi və neft tankerinin istismara verilməsi bu şirkətin adı ilə bağlıdır:** A\) BP B\) Rotşildlər C\) Oleum D\) Nobel qardaşları E\) Hantinqton **15. XIX əsrdə Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk sənayeçi olmuş neft milyonçusu:** A\) H.Z.Tağıyev B\) Ş.Əsədullayev C\) A.M.Nağıyev D\) Ə.R.Tahirov E\) K.İ.Səmədov **16**. **Azərbaycanda ipəkçilik sənayesinin inkişafındakı xidmətlərinə görə "Qafqazın Lionu" adlandırılan şəhər:** A\) Quba B\) Gəncə C\) Bakı D\) Nuxa E\) Gədəbəy **17. "Qafqazı işğalına baxış" adlı məqaləsində "\... daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar Böyük Ermənistan haqqındakı arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər" deyə qeyd edən azərbaycanlı dövlət xadimi:** A\) Ç.İldırım B\) N.Nərimanov C\) Ə.Qarayev D\) M.Hüseynov E\) V.Axundov **18. Onun prezidentliyi dövründə 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalanmışdır:** A\) H.Əliyev B\) İ.Əliyev C\) K.Bağırov D\) İ.Mustafayev E\) Ə.Əliyev **19.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 28 may tarixində elan edildiyi şəhər:** A\) Bakı B\) Tiflis C\) Gəncə D\) Şuşa E\) Dərbənd **20.Bu müqaviləyə əsasən Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini tərk etməli oldu:** A\) Mudros B\) Sevr C\) Qars D\) Batum E\) Gəncə **21. Yelizavetpol şəhərinin yenidən Gəncə, Koryagin qəzası Cəbrayıl qəzası adlandırıldı:** A\) AXC dövründə B\) ASSR dövründə C\) Çar Rusiya dövründə D\) Səfəvilər dövründə E\) Eldənizlər dövründə **22.1920-ci il martın 21-də Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıdı:** A\) Rusiya B\) İran C\) Pakistan D\) Türkiyə E\) İngiltərə 23. **1872-ci ildə Azərbaycanın neft sənayesində ləğv edildi:** A)iltizam sistemi B\) kəndlilərin icbari əməyi C\) xarici kapital D)manufaktura istehsal tipi E\) fabrik-zavod istehsalı 24. **Azərbaycanda XIX əsrin 30-cu illərində baş vermiş üsyanların əsas səbəbi idi:** A)Rus müstəmləkə zülmü B\) Əfşarların ağır vergi siyasəti C\) I Pyotr tərəfindən ermənilərin Azərbaycana köçürülməsi D\) Osmanlı işğal rejiminin qurulması E\) Qacarların inzibati siyasəti **25**. **1806-cı ildə rus müstəmləkəçilərinə qarşı böyük üsyan oldu:** A\) Gəncə xanlığında B\) Lənkəran xanlığında C\) Şəki xanlığında D)İrəvan xanlığında E\) Naxçıvan xanlığında **26**.**1866-cı ildə Azərbaycanda keçirilmiş məhkəmə islahatı nəticəsində:** A)Şəriət məhkəmələrinə geniş səlahiyyətlər verildi B)Silki məhkəmələr ləğv olundu C)Məhkəmə sədrlərinin seçki yolu ilə seçilməsinə başlanıldı D)Andlı məhkəmələr yaradıldı E\) Məhkəmələr yerli xalqın öz dilində aparılmalı idi **27.1918-ci ilin mart soyqırımına rəhbərlik etmişdir:** A)Kerenski B\) Stepan Şaumyan C\) Noy Jordaniya D\) Gegeckori E\) Denikin **28.1918-ci ilin iyununda AXC ilə Osmanlı hökuməti arasında imzalandı:** A)Mudros sazişi B\) Ərzincan barışığı C\) Batum müqaviləsi D)Tiflis sazişi E\) Brest müqaviləsi **29. Rusiyanın I Dövlət Dumasında müsəlman fraksiyasına rəhbərlik etmişdir:** A)Mustafa Mahmudov B\) Əlimərdan bəy Topçubaşov C)Məmmədyusif Cəfərov D\) İsmayıl xan Ziyadxanlı E\) Xəlil bəy Xasməmmədov 30. **Çarizmin 1905-1907-ci illər inqilabı dövründə Azərbaycanda milli-qırğın törətməkdə məqsədi:** A)İnqilabi-demokratik hərəkatın yüksəlişinin qarşısını almaq B)Qafqazda "Böyük Ermənistan " dövləti yaratmaq C)Birinci Dövlət Dumasına yerli əhalidən nümayəndələr seçilməsinin qarşısını almaq D)Milli Müsəlman Şurasını ləğv etmək E\) Muğan Sovet Respublikasını ləğv etmək 31. **1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında "Yeni Azərbaycan" partiyası yaradıldı:** A\) Bakıda B\) Naxçıvanda C\) Gəncədə D\) Şəkidə E\) Şamaxıda **32. Yuqoslaviyanın müqavimət hərəkatında iştirak etmiş azərbaycanlı:** A\) Əhmədiyyə Cəbrayılov B\) Qafur Məmmədov C\) Mehdi Hüseynzadə D\) Əjdər Hüseynov E\) Hadı Qiyasbəyov **33**. **1921-ci il Moskva danışıqlarında Türkiyə və Sovet Rusiyası razılığa gəldilər:** A)Rusiyanın Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-fakto tanıması ilə bağlı B)Azərbaycan milli ordusunun saxlanılması ilə əlaqədar C\) Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı D)Qarabağın dağlıq hissəsinə muxtariyyət verilsi ilə əlaqədar E\) Azərbaycanda hərbi kommunizm siyasətinin tətbiq edilməsi ilə bağlı **34**.**II Dünya müharibəsi dövründə ilk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş azərbaycanlı:** A\) Həzi Aslanov B\) Mehdi Hüseynzadə C\) Hüseynbala Əliyev D\) İdris Vəliyev E\) İsrafil Məmmədov **35. Almaniyanın bu planına əsasən II Dünya Müharibəsi illərində mərkəzi Tiflis olan Qafqaz reyxkomissarlığı yaradılmalı və Azərbaycan komissarlığı ona tabe edilməli idi:** A\) Rozenberqin planı B\) Vilvet planı C\) Edelveys planı D\) Çörçil planı E\) Trumen planı **36. Bu partiya sovet rejiminə qarşı "Vətən, ya ölüm!" qrupu yaratmışdı:** A\) Hümmət B\) Ədalət C\) İttihad D\) Təkamül E\) Kommunist **37**. **Sovet İttifaqını idarə edən rəhbərlərdən olmuş görkəmli dövlət xadimimiz:** A\) Heydər Əliyev B\) Əbdürrəhman Vəzirov C\) Sadıq Rəhimov D\) Kamran Bağırov E\) Ayaz Mütəllibov **38. Sovet İttifaqında 1980-cı illərdə həyata keçirilmiş siyasət:** A\) "Volyuntarizm" B\) "Yenidənqurma" C\) "Liberalizm" D\) "Həmrəylik" E\) "Hərbi kommunizm" **39. Sovet rəhbərliyinin 1990-cı ilin Yanvar faciəsini törətməkdə məqsədi:** A. Azərbaycan xalqının milli-azadlıq hərəkatına divan tutmaq B. Kollektivləşdirmə tədbirlərini sürətləndirmək C. Yeni konstitusiyanın qəbul edilməsinə nail olmaq D. Sovet İttifaqının saxlanılmasına dair referendumun keçirilməsini Azərbaycanda təmin etmək E. Hərbi kommunizm siyasətini repressiv üsullarla həyata keçirmək **40. 1991-ci ildə Azərbaycanın hansı ərazisində ermənilər tərəfindən separatçı respublika yaradıldı:** A\) Naxçıvanda B\) Dağlıq Qarabağda C\) Şimal bölgəsində D\) Gəncəbasarda E\) Dərbənddə **41.2001-ci ildə Azərbaycan Respublikasının siyasi həyatında baş vermiş əlamətdar hadisə:** A\) Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv oldu B\) Konstitusiyaya dəyişikliklər edilməsinə dair referendum keçirildi C\) Dünya azərbaycanlılarının II qurultayı keçirildi D\) Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşuldu E\) Azərbaycan MDB-yə üzv oldu 42. **Vətən müharibəsinə (II Qarabağ müharibəsi) qədər Qarabağ münaqişəsinin həll edilməsində vasitəçilik etmiş təşkilat:** A)NATO B\) BMT C\) MDB D\) Avropa Şurası E\) ATƏT 43. **1992-ci ildə ermənilər tərəfindən işğal edildi:** A)Qubadlı-Füzuli B\) Zəngilan-Cəbrayıl C\) Şuşa-Laçın D)Ağdam-Kəlbəcər E\) Xankəndi-Mehri 44. **Azərbaycanın ərazi bütövlüyü 53 dövlət tərəfindən dəstəkləndi:** A\) Daşkənd müqaviləsinin imzalanması ilə B\) Bişkək protokolunun imzalanması nəticəsində C\) Lissabon sammitində qəbul edilmiş nizamnamə nəticəsində D\) "Əsrin müqaviləsi"nin təsdiqlənməsi ilə E\) BTC neft kəməri barədə sazişin imzalanması ilə **45. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi dövrünə aiddir:** A\) Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi B\) İlk bələdiyyə seçkilərinin keçirilməsi C\) Azərbaycanın Avropa Şurasına üzv seçilməsi D. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının qəbul edilməsi E. Azərbaycanın MDB-yə üzv qəbul edilməsi **46. XXI əsrdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı Azərbaycan uzunmüddətli siyasi danışıqlar aparmışdır:** A\) Rusiya ilə B\) Qazaxıstanla C\) Türkiyə ilə D\) Gürcüstanla E\) İranla **47. Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuşdur:** A\) MDB-nin B\) ATƏT-in C\) BMT-nin D\) KTMT-nin E\) NATO-nun **48. II Qarabağ müharibəsi zamanı hansı şəhərimizin azad edilməsindən sonra Ermənistan təslim müqaviləsini imzaladı:** A\) Laçının B\) Şuşanın C\) Kəlbəcərin D\) Zəngilanın E\) Cəbrayılın **49. 2020-ci il oktyabrın 4-də ermənilərdən azad edildi:** A\) Ağdərə B\) Ağdam C\) Cəbrayıl D\) Xocalı E\) Xocavənd **50. II Qarabağ müharibəsi zamanı ermənipərəst mövqe tutmuş dövlət:** A\) Pakistan B\) Türkiyə C\) Gürcüstan D\) Fransa E\) Ukrayna