Patan ETS CVBL PDF
Document Details
Uploaded by AmazingMaple
Tags
Summary
This document contains a set of multiple choice questions about medical topics including atherosclerosis, various pathologies, and their related clinical and morphological characteristics. These questions are organized into sections relevant to specific medical topics.
Full Transcript
1. Ateroskleroz xəstəliyinin klinik-morfoloji forması: A) Kəskin B) Qastro-intestinal C) Universal D) Latent E) İrsi 2. Aterosklerozun mikroskopik mərhələlərindən biri: A) Piy ləkələri mərhələsi B) Eroziya mərhələsi C) Sklerotik mərhələ D) Yerli damar dəyişiklikləri mərhələsi E) Lipidönü mərhələ 3....
1. Ateroskleroz xəstəliyinin klinik-morfoloji forması: A) Kəskin B) Qastro-intestinal C) Universal D) Latent E) İrsi 2. Aterosklerozun mikroskopik mərhələlərindən biri: A) Piy ləkələri mərhələsi B) Eroziya mərhələsi C) Sklerotik mərhələ D) Yerli damar dəyişiklikləri mərhələsi E) Lipidönü mərhələ 3. Aterosklerozun aorta forması zamanı ağırlaşmalar adətən hansı mərhələdə baş verir? A) Ləkə mərhələsi B) Aterokalsinoz mərhələsi C) Bütün mərhələlərdə D) Fibroz düyünlər mərhələsi E) Yaraların əmələ gəlməsi mərhələsi 4. Göstərilən patoloji prosesləri aterosklerozun mikroskopik mərhələlərinə uyğun yerləşdirin: 1) Lipidönü 2) Lipoidoz 3) Liposkleroz 4) Ateromatoz 5) Yaralanma a) İntramural hematomanın yaranması b) Piy ləkələrinin ətrafında ocaqlar şəklində birləşdirici toxumanın inkişafı c) Ksantom hüceyrələrin əmələ gəlməsi d) İntimada turş qlikozaminqlikanların toplanması və intimanın ödemi e) Ateromatoz kütlənin əmələ gəlməsi 1 2 3 4 5 A) a b c d e B) b a e c d C) c d a e b D) e c a b d E) d c b e a 5. Ateroskleroz zamanı mikroskopik morfoloji dəyişikliklərin məntiqi ardıcıllığını müəyyən edin: 1) Ateromatoz 2) Lipidönü 3) Yaralanma 4) Lipoidoz 5) Aterokalsinoz 6) Liposkleroz A) 5, 3, 2, 1, 4, 6 B) 1, 2, 3, 4, 5, 6 C) 2, 5, 1, 3, 6, 4 D) 4, 1, 3, 6, 2, 5 E) 2, 4, 6, 1, 3, 5 6. Ateroskleroz zamanı makroskopik morfoloji dəyişikliklərin məntiqi inkişaf ardıcıllığını müəyyən edin: 1) Piy ləkələri 2) Yaraların əmələ gəlməsi 3) Fibroz düyünlər 4) Aterokalsinoz A) 4, 1, 3, 2 B) 3, 2, 1, 4 C) 2, 4, 1, 3 D) 1, 3, 2, 4 E) 1, 2, 3, 4 7. Hansı patologiya aterosklerozun beyin forması üçün xarakterdir? A) Meningit B) Aterosklerotik neyropatiya C) Hidrosefaliya D) İşemik insult E) Beyin əsası damarlarının malformasiyası 8. Aterosklerozun mikroskopik inkişaf mərhələsi: A) Liposkleroz mərhələsi B) Ləkə mərhələsi C) Yerli dəyişikliklər mərhələsi D) Funksional mərhələ E) Fibroz düyünlər mərhələsi 9. Aterosklerozun çatışmayan makroskopik mərhələsini təyin edin: 1) – – – – 2) Fibroz düyünlər 3) Yaraların əmələ gəlməsi 4) Aterokalsinoz A) Lipidönü mərhələ B) Liposkleroz C) Piy ləkələri D) Ateromatoz mərhələ E) Tranzitor mərhələ 10. Baş beyin damarlarının aterosklerozu zamanı xarakter olaraq hansı patoloji proses baş verə bilər? A) Subaraxnoidal qansızma B) Baş beynin yayılmış sklerozu (diffuz xırdaocaqlı ensefaloskleroz) C) Baş beynin hemorragik insultu D) Ensefalomielit E) Baş beynin işemik insultu 11. Fibrinoz perikardit zamanı gözlə baxdıqda ürək belə adlanır: A) Daş ürək B) Fibroplastik perikardit C) Fibrokard D) Tüklü ürək E) İltihabi ürək 12. Aşağıda birincili endokarditlərin bir növü göstərilmişdir: A) İdiopatik endokardit B) Diffuz ekssudativ endokardit C) Proliferativ endokardit D) Qranulomatoz endokardit E) Eozinofiliyalı fibroplastik endokardit 13. Mikroskopik müayinə zamanı miokardın stromasında çoxlu miqdarda neytrofil qarışıqlı limfo-leykositar infiltrasiya, kardiomiositlərdə isə distrofik xarakterli dəyişikliklər aşkar edilir. Diaqnoz: A) İrinli ekssudativ miokardit B) Seroz ekssudativ miokardit C) İltihabi-infiltrativ tipli idiopatik miokardit D) Proliferativ miokardit E) Destruktiv idiopatik miokardit 14. Konstriktiv perikardit zamanı perikarddan keçən aşağı və yuxarı boş venalar sıxılır, hemodinamika pozulur, böyük qan dövranında xroniki durğunluq baş verir, ümumi ödem, hepatomeqaliya və splenomeqaliya inkişaf edir. Bu patologiya necə adlanır? A) Total perikardit sindromu B) Filatov-Koplik sindromu C) HELLP-sindromu D) Hünter perikarditi E) Pik sindromu 15. Hipertoniya xəstəliyində ürəyin ekssentrik hipertrofiyasının səbəbi: A) Kardiomiositlərin tədricən sıxılaraq atrofiyalaşması B) Kardiomiositlərdə parenximatoz piy distrofiyasının inkişafı C) Miokardda ekssentrik iltihabi dəyişikliklər D) Kardiomiositlərin uzun müddət gərgin işləməsi ilə əlaqədar nekrobiotik dəyişikliklərə uğraması E) Kardiomiositlərin ultrastruktur orqanellərinin hiperplaziyası və hipertrofiyası 16. Xoşxassəli hipertoniya xəstəliyinin inkişafının birinci mərhələsi belə adlanır: A) Tək-tək hipertonik krizlər mərhələsi B) Yayılmış damar dəyişiklikləri mərhələsi C) Hipertenziyaönü mərhələ D) Arteriolların intimasında baş verən dəyişikliklər mərhələsi E) Funksional və ya tranzitor mərhələ 17. Hansı patologiya hipertoniya xəstəliyi zamanı daha çox ölümə səbəb ola bilər? A) Kəskin qlomerulonefrit B) Hipertoksiki ensefalopatiya C) Hemorragik insult D) Aortanın aterosklerozu E) Ürəyin konsentrik hipertrofiyası 18. Bədxassəli hipertoniya zamanı böyrəkdə hansı patologiya inkişaf edə bilir? A) Hidronefroz B) İkincili böyrək amiloidozu (AA-amiloidoz) C) Böyrəyin birincili büzüşməsi D) Farın bədxassəli nefrosklerozu E) Böyrəyin ikincili büzüşməsi 19. Göstərilən patologiyaları aid olduqları qruplara görə yerləşdirin: I. Baş beynin hemorragik insultu II. Baş beynin hipertonik insultönü dəyişiklikləri 1) Hematoma 2) Hipertenzion ensefalopatiya 3) Hemorragik hopma 4) Lakunar dəyişikliklər 5) Subaraxnoidal qansızma 6) Subkortikal leykoensefalopatiya I II A) 2, 3, 6; 1, 4, 5 B) 1, 3, 5; 2, 4, 6 C) 1, 2, 5; 2, 3, 6 D) 2, 4, 5; 1, 3, 6 E) 3, 5, 6; 1, 2, 4 20. Burger xəstəliyində morfoloji dəyişikliklər əsasən hansı damarlarda gedir? A) Ağciyərin orta kalibrli damarlarında B) Gicgah arteriyasında C) Ürəyin tac arteriyalarında D) Aşağı ətrafın orta və kiçik kalibrli damarlarında E) Oynaq ətrafında olan xırda damarlarda 21. Löffler endokarditi üçün xarakter morfoloji əlamətləri göstərin: 1) Parietal endokard diffuz şəkildə nekrozlaşır 2) Xordal endokard diffuz şəkildə nekrozlaşır 3) Qapaq endokardı diffuz şəkildə nekrozlaşır 4) Elastiki liflər destruksiyaya uğrayaraq kollagen lifləri ilə əvəz olunur 5) Endokardda tromb orqanizasiyaya uğrayır 6) Endokardda qranuloma formalaşır A) 1, 2, 3 B) 1, 4, 5 C) 2, 6 D) 3, 5, 6 E) 4, 5, 6 22. Seroz ekssudativ miokardit zamanı aşkar edilir: 1) Stromada ödem 2) Stromada mülayim limfo-leykositar infiltrasiya 3) Neytrofillərin miqdarı üstünlük təşkil edir 4) Histiositlərin miqdarı üstünlük təşkil edir 5) Kardiomiositlər bir-birindən aralanır 6) Kardiomiositlərin irinli əriməsi A) 1, 2, 5 B) 1, 3, 5 C) 4, 5, 6 D) 2, 3, 6 E) 3, 4, 6 23. Miokarddan götürülmüş materialın mikroskopik müayinəsi zamanı kardiomiositlər görünmür, onların yerində geniş sahələrdə kobud lifli birləşdirici toxuma – çapıq toxuması aşkar olunur. Diaqnoz: A) Aterosklerotik kardioskleroz B) Mədəciklərin fibrilyasiyası C) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz D) Arteriolosklerotik kardioskleroz E) Diffuz xırdaocaqlı kardioskleroz 24. Qeyd edilən patoloji əlamətləri müvafiq xəstəliklərə görə uyğunlaşdırın: 1) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz 2) Subkortikal leykoensefalopatiya 3) İşemik insult 4) Miokard infarktı 5) Miokardın kəskin işemik distrofiyası a) Kardiomiofibrillərin fraqmentasiyası b) Beynin boz yumşalması c) Demarkasiya zonası d) Ürəyin xroniki anevrizması e) Qabıqaltı nüvələr nahiyəsində aksonların destruksiyası 1 2 3 4 5 A) c e a b d B) a b d e c C) b c a d e D) e d b a c E) d e b c a 25. Arteriosklerozların hansı növü həm də ateroskleroz deməkdir? A) Arteriyaların birincili mediokalsinozu B) Metabolik arterioskleroz C) Qocalıq arteriosklerozu D) Arterioloskleroz E) Allergik arterioskleroz 26. Morfoloji dəyişikliklərin xarakterindən asılı olaraq endokarditin forması: A) Qayıdan-ziyilli endokardit B) Travmatik endokardit C) Parietal endokardit D) Septiki endokardit E) Xordal endokardit 27. Kəskin ziyilli endokarditdən fərqli olaraq qayıdan ziyilli endokardit: A) Adətən mitral qapaqlarda lokalizə olunur B) Endokardda təzə iltihabi və digər dezorqanizasiya proseslərindən başqa köhnə skleroz və hialinoz ocaqları da görünür C) Qapaqların endotelinin zədələnməsi ilə xarakterizə olunur D) Ən çox uşaq yaşlarda rast gəlinir E) Tromboembolik sindromla ağırlaşır 28. Hansı patologiya hipertoniya xəstəliyinin böyrək formasında meydana çıxır? A) Aterolosklerotik nefroskleroz B) Böyrək arteriyasının aterokalsinozu C) Arteriolosklerotik nefroskleroz D) Arteriolosklerotik kardioskleroz E) Aterolosklerotik kardioskleroz 29. Xoşxassəli hipertoniya xəstəliyinin üçünçü mərhələsi necə adlanır? A) Üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi B) Yayılmış damar dəyişiklikləri mərhələsi C) Preklinik mərhələ D) İşemik mərhələ E) Lipidönü mərhələ 30. Bədxassəli hipertoniyanın morfoloji əlamətini göstərin: A) Böyrək yumaqcıqlarının sklerozlaşması B) Arteriyalarda qan təzyiqinin 200 mm c.s.-dan yuxarı qalxması C) Miokardda arteriolların hialinozu D) Böyrək arteriyasının aterosklerozu E) İntimanın bazal membranının destruksiyası 31. Bu patologiyaları aid olduqları xəstəliklərə uyğun qruplaşdırın: I. Ateroskleroz II. Hipertoniya xəstəliyi 1) Arteriolosklerotik nefroskleroz 2) Ürəyin sol mədəciyinin hipertrofiyası 3) Yaralanma mərhələsi 4) Aterosklerotik kardioskleroz 5) Ksantom hüceyrələr 6) Arteriolların hialinozu I II A) 4, 5, 6; 1, 2, 3 B) 3, 4, 5; 1, 2, 6 C) 1, 3, 5; 2, 4, 6 D) 1, 3, 4; 2, 5, 6 E) 2, 3, 6; 1, 4, 5 32. Bu patologiyaları aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Hipertoniya xəstəliyi II. Ateroskleroz 1) Distrofik kalsinoz 2) Ürəyin ekssentrik hipertrofiyası 3) Yaralanma mərhələsi 4) Arteriolosklerotik kardioskleroz 5) Aorta forması 6) Arteriolların divarında plazmorragiya və ödem I II A) 1, 2, 3; 4, 5, 6 B) 2, 3, 5; 1, 4, 6 C) 2, 4, 6; 1, 3, 5 D) 1, 3, 5; 2, 4, 6 E) 3, 4, 5; 1, 2, 6 33. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə yerləşdirin: I. Ateroskleroz II. Xoşxassəli hipertoniya III. Miokard infarktı 1) Miokardda nekroz 2) Lipoidoz 3) Miokardın hipertrofiyası 4) Miokardda demarkasiya zonası 5) Fibroz düyünlər 6) Hialinoz I II III A) 1, 2; 3, 4; 5, 6 B) 4, 5; 3, 6; 1, 2 C) 2, 5; 3, 6; 1, 4 D) 1, 6; 2, 5; 3, 4 E) 3, 6; 1, 5; 2, 4 34. Mitral qapaq endokardı üzərində baş verən hansı dəyişiklik miokard infarktına səbəb ola bilər? A) Fibroplastik endokardit B) Fibrinoz perikardit C) Sklerotik dəyişikliklər D) Tromb kütlələri E) Demarkasiya zonası 35. Miokard infarktı zamanı infarkt ocağının ətrafında salamat qalmış miokardda 4 həftədən sonra aşkar olunan dəyişiklik: A) Hüceyrədaxili regenerasiya və miokardın hipertrofiyası B) Birləşdirici toxumanın inkişafı və infarktdan sonrakı kardioskleroz C) Kardiomiositlərin parenximatoz piy distrofiyası D) Restitusiya E) Demarkasiya zonası 36. Ürəyin xroniki işemik xəstəliyi: A) Xroniki ürək çatışmazlığı B) Xroniki miokardit C) Miokardın infarktı D) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz E) Miokardın kəskin işemik distrofiyası 37. Ürəyin kəskin işemik xəstəliyini göstərin: A) Ürəyin kəskin işemik endokarditi B) İnfarktdan sonrakı iriocaqlı kardiskleroz C) Perikardın kəskin işemik distrofiyası D) Miokardın kəskin işemik distrofiyası E) Kəskin kardioskleroz 38. Ürəyin cırılması və kəskin tamponadası adətən miokardın hansı infarktı zamanı baş verir? A) İntramural infarkt B) Subepikardial infarkt C) Subendokardial infarkt D) Kəskin infarkt E) Transmural infarkt 39. Mokard infarktının bilavasitə baş vermə səbəblərindən biri: A) Ürəyin tac arteriyalarının aterosklerozu B) Hipodinamiya C) Ürəyin dəyişilmiş tac damarlarının uzunmüddətli spazmı D) Xəstədə uzun illər arterial hipertoniyanın olması E) Psixoemosional gərginlik 40. Ürəyin anevrizması adətən miokard infarktının bu növündən sonra formalaşır: A) Subendokardial B) Mədəciklərarası çəpərin infarktı C) Təkrari D) Subepikardial E) Transmural 41. Miokard infarktı zamanı ölümün bilavasitə başvermə səbəbi: A) İnfarkt şoku B) Xroniki ürək çatışmazlığı C) Mədəciklərin defibrilyasiyası D) Demarkasiya zonasında diapedez qansızmalar E) Mədəciklərin fibrilyasiyası 42. Miokard infarktı zamanı bilavasitə infarkt ocağının ətrafında nə əmələ gəlir? A) İşemik nekroz zonası B) İriocaqlı kardioskleroz C) Kapsula D) Demarkasiya zonası E) Kollateral damarlar zonası 43. Miokardın residiv infarktı nədir? A) Baş beynin infarktından sonrakı 2 ay müddətində miokardda baş verən infarkt B) İlk dəfə keçirilən infarktdan sonrakı 4 həftə müddətində keçirilən ikinci infarkt C) İlk dəfə keçirilən infarktdan 4 həftə keçdikdən sonra baş verən ikinci infarkt D) Ağciyərlərin infarktından sonra miokardda baş verən infarkt E) İlk dəfə keçirilən infarktdan 4 ay keçdikdən sonra baş verən ikinci infarkt 44. Miokardın təkrari infarktı nədir? A) İlk dəfə keçirilən infarktdan 20 gün keçdikdən sonra baş verən ikinci infarkt B) İlk dəfə keçirilən infarktdan 10 gün keçdikdən sonra baş verən ikinci infarkt C) İlk dəfə keçirilən infarktdan sonrakı 4 həftə müddətində keçirilən ikinci infarkt D) İlk dəfə keçirilən infarktdan 4 həftə keçdikdən sonra baş verən ikinci infarkt E) Diffuz xırdaocaqlı kardioskleroz fonunda baş verən miokard infarktı 45. Miokardın transmural infarktı hansıdır? A) İnfarkt ocağı mədəciklərarası arakəsmədə yerləşir B) İnfarkt ocağı miokardın endokardın altında olan hissəsində olur C) İnfarkt ocağı miokardın ortasında yerləşir D) Nekroz sahəsi endokarddan epikarda qədər miokardın bütün qalınlığını əhatə edir E) İnfarkt sahəsi ürəyin üç qişasının hamısını əhatə edir 46. Göstərilən patologiyaları miokard infarktının müxtəlif təsnifat prinsiplərinə müvafiq qruplaşdırın: I. Miokard infarktının baş vermə müddətinə görə növləri II. Sol mədəcik divarının ayrı-ayrı qatlarına münasibətdən asılı olaraq miokard infarktının növləri 1) Subendokardial infarkt 2) İntramural infarkt 3) Təkrari infarkt 4) Residiv infarkt I II A) 2, 4; 1, 3 B) 1, 2; 3, 4 C) 2, 3; 1, 4 D) 3, 4; 1, 2 E) 1, 3; 2, 4 47. Sol mədəcik divarının ayrı-ayrı qatlarına olan münasibətinə görə miokard infarktının növlərini ayırd edin: 1) Transmural infarkt 2) Geniş sahəli infarkt 3) Sol mədəciyin arxa divarının infarktı 4) Subepikardial infarkt 5) Mikroinfarkt 6) Residiv infarkt A) 3, 4 B) 2, 6 C) 1, 2 D) 2, 5 E) 1, 4 48. Qəflətən küçədə ölmüş 65 yaşlı kişi cinsli naməlum şəxsin meyitinin autopsiyası zamanı ürəkdən götürülmüş tikələrin mikroskopik müayinəsində miokardda kardiomiositlərarası sahələrdə nazik zolaqlar, damarətrafı sahələrdə kiçik ocaqlar şəklində birləşdirici toxumanın inkişafı görünür. Diaqnoz: A) Miokardın kəskin işemik distrofiyası B) Miokardın infarktı C) Ürəyin xroniki anevrizması D) İriocaqlı kardioskleroz E) Diffuz xırdaocaqlı kardioskleroz 49. Baş beyin maddəsində infarktdan sonra həmin ocaqda nə əmələ gəlir? A) İnfarktdan sonrakı iriocaqlı serebroskleroz B) Baş beyin maddəsinin qırmızı yumşalması və divarları pas rəngində olan kista C) Qranulyasiya toxuması D) İnfarktdan sonrakı (postinfarkt) iriocaqlı kardioskleroz E) Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista 50. Autopsiya zamanı ürəyin sol mədəciyinin yan divarında (miokardda) ölçüləri 3,0x2,0 sm sahədə ağımtıl rəngli, bərk konsistensiyalı çapıq toxuması; arxa divarında isə 3,0x2,0 sm ölçüdə kənardan qırmızı haşiyə ilə əhatə olunmuş, ağ- bozumtul rəngli sahə görünür. Diaqnoz: A) İlkin miokard infarktı B) Miokardın təkrari infarktı C) Miokardın kəskin işemik distrofiyası D) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz E) Miokardın residiv infarktı 51. Revmatik xəstəlik hansıdır? A) Ponse revmatizmi B) Mielom xəstəliyi C) Düyünlü periarteriit D) Vegener qranulomatozu E) Xaşimoto zobu 52. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Qırmızı qurdeşənəyi II. Revmatizm 1) Kəskin ziyilli endokardit 2) Aşoff qranulomaları 3) Poliartritik forma 4) Dalaq damarlarının soğanaqlı sklerozu 5) LE-hüceyrələr 6) Lyupus-nefrit I II A) 3, 4, 6; 1, 2, 5 B) 1, 2, 6; 3, 4, 5 C) 1, 5, 6; 2, 3, 4 D) 1, 3, 5; 2, 4, 6 E) 4, 5, 6; 1, 2, 3 53. Revmatizm zamanı qranuloma belə adlanır: A) Aşoff-Talalayev qranuloması B) Piroqov-Lanqhans qranuloması C) Virxov qranuloması D) Popov qranuloması E) Tuberkuloma 54. Revmatik qapaq endokarditləri içərisində beləsi yoxdur: A) Qayıdan-ziyilli endokardit B) Kəskin-ziyilli endokardit C) Fibroplastik endokardit D) Xordal endokardit E) Diffuz endokardit 55. Sistem qırmızı qurdeşənəyi zamanı qanda rast gəlinən spesifik antitellər belə adlanır: A) Antinuklear antitellər B) Bens-Cons zülalı C) Hematoksilin cisimcikləri D) Revmatoid faktor E) Spesifik makroqlobulin 56. Üzv və toxumalarda hematoksilin cisimciklərinin aşkar edilməsi hansı xəstəlik üçün xarakterdir? A) Revmatoidli artrit B) Sistem qırmızı qurdeşənəyi C) Hematoksilinlə zəhərlənmə D) Qrip E) Hemaxromatoz 57. Revmatik xəstəliklər qrupuna daxil olan xəstəliyi göstərin: A) Ponse revmatizmi B) Düyünlü pileflebit C) Obliterasiyaedici endoarteriit D) Vegener qranulomatozu E) Ankilozlaşdırıcı spondilit 58. Revmatik qapaq endokarditlərinin bir növü: A) Polipoz-xoralı endokardit B) Visseral endokardit C) Parietal endokardit D) Fibroplastik endokardit E) Xordal endokardit 59. “Lyupus-hüceyrələr” nə deməkdir? A) Revmatoid artrit zamanı oynaq kisəsində meydana çıxan xarakter hüceyrələr B) Sistem qırmızı qurdeşənəyi xəstəliyinin törədicisi C) Sistem qırmızı qurdeşənəyi xəstəliyi zamanı rast gəlinən natamam faqositozu həyata keçirən makrofaqlar D) Lyupus-nefritin törədiciləri E) Ateroskleroz zamanı damar divarında, sitoplazmalarında çoxlu miqdarda lipoproteinlər olan (natamam faqositoz) makrofaqlar 60. Birləşdirici toxumada revmatizmin kəskinləşməsini göstərən xarakter əlamət: A) Skleroz B) Oynaqlarda ankiloz C) Mukoid şişmə D) Raqositlərin görünməsi E) Hialinoz 61. “Düyü cisimcikləri” hansı xəstəlik üçün xarakter mikroskopik morfoloji əlamət hesab edilir? A) Miliar vərəm B) Revmatoidli artrit C) Alkoqol hepatiti D) Sistem qırmızı qurdeşənəyi E) Dalağın amiloidozu 62. Revmatik endokarditlərin inkişaf ardıcıllığını təyin edin: 1) Diffuz endokardit və ya valvulit 2) Fibroplastik endokardit 3) Kəskin ziyilli endokardit 4) Qayıdan-ziyilli endokardit A) 2, 1, 4, 3 B) 4, 3, 2, 1 C) 1, 2, 3, 4 D) 4, 2, 3, 1 E) 1, 3, 2, 4 63. Göstərilən xarakter patoloji prosesləri aid olduqları xəstəliklər üzrə qruplaşdırın: I. Revmatizm II. Sistem qırmızı qurdeşənəyi 1) Aşoff-Talalayev qranulomaları 2) Məftiləbənzər ilgəklər sindromu 3) Kiçik xoreya 4) Antinuklear antitellər 5) Qayıdan-ziyilli endokardit 6) Hematoksilin cisimcikləri I II A) 3,4,6; 1,2,5 B) 1,3,5; 2,4,6 C) 1,2,6; 3,4,5 D) 4,5,6; 1,2,3 E) 1,5,6; 2,3,4 64. Sistem qırmızı qurdeşənəyi zamanı böyrəklərdə “lyupus-nefrit”in xarakter morfoloji əlamətlərindən biri: A) Mezangiumda F-komponentin yaranması B) Mezangial hüceyrələrin sitoplazmalarında oksifil substansiyalar C) Podositlərin sitoplazmasında qurdeşənəyi faktorunun (lyupus-faktor) görünməsi D) Yumaqcıqlarda hematoksilin cisimciklərinin görünməsi E) Yumaqcıqlarda “ayparaşəkilli strukturlar”ın əmələ gəlməsi 65. Sistem qırmızı qurdeşənəyi zamanı böyrəklərdə inkişaf edən xarakter patologiya belə adlanır? A) Lyupus-skleroz B) Lyupus-nefrit C) Mezangial qlomerulonefrit D) Revmatik nefroz E) Hepatorenal sindrom 66. Qayıdan-ziyilli endokardit üçün xarakter əlamət: A) Qapaqların iltihabı, hialinozu və əhəngləşməsi B) İltihablaşmış qapaq taylarının perforasiyası C) İltihablaşmış qapaqlarda sklerotik dəyişikliklər və tromb kütlələri D) Diffuz revmatik perivaskulyar kardioskleroz E) İltihablaşmış qapaqlarda sklerotik dəyişikliklər və xoraların meydana çıxması 67. Revmatoidli artritin mümkün ağırlaşması nə ola bilər? A) Qazanılmış ürək qüsuru B) Böyrəklərin ikincili amiloidozu C) Oynaq kisəsinin perforasiyası D) Baş beynin absesi E) Oynaq səthlərində fibrinoid dəyişikliklər 68. Göstərilən əlamətləri aid olduqları xəstəliklərə uyğun olaraq yerləşdirin: I. Sistem qırmızı qurdeşənəyi II. Şeqrenin quru sindromu 1) Poliartrit 2) Məftiləbənzər ilgəklər 3) Lyupus hüceyrələr 4) Kserostomiya 5) Hematoksilin cisimcikləri 6) Kseroftalmiya I II A) 1, 3, 6; 2, 4, 5 B) 2, 3, 5; 1, 4, 6 C) 3, 4, 6; 1, 2, 5 D) 2, 4, 6; 1, 3, 5 E) 1, 2, 4; 3, 5, 6 69. Təqdim edilən xəstəliklərlə xarakter morfoloji əlamətlər arasında uyğunluğu təmin edin: I. Revmatoidli artrit II. Sistem qırmızı qurdeşənəyi 1) “Quş sifəti” 2) Dalağın periarterial soğanaqlı sklerozu 3) Kəpənək fiquru 4) Pannus 5) Lyupus faktor 6) Düyü cisimcikləri I II A) 1, 4, 6; 2, 3, 5 B) 3, 4, 5; 1, 2, 6 C) 1, 3, 5; 2, 4, 6 D) 2, 5, 6; 1, 3, 4 E) 2, 3, 4; 1, 2, 6 70. Revmatoidli artritin xüsusi formalarından biri göstərilmişdir: A) Letterer-Zive sindromu B) Mak-Kyusik sindromu C) Vissler-Fankoni sindromu D) Vakez-Osler sindromu E) Fridreksen sindromu 71. Revmatik xəstəliklərin mukoid şişmə mərhələsində baş verir: A) Destruksiyaya uğramış kollagen liflərinin ətrafında iltihab hüceyrələri toplanır B) Çapıq toxuması inkişaf edir C) Qlikozaminqlikanlar toplanır, hidratasiya baş verir, kollagen lifləri şişir D) Proliferativ qranulomatoz iltihab ocağı formalaşır E) Qlikozaminqlikanlar toplanır, kollagen lifləri destruksiyaya uğrayır 72. Revmatik xəstəliklərin sklerotik mərhələsində baş verir: A) Kollagen liflərinin ətrafında iltihab hüceyrələri toplanır B) Qranulomatoz iltihab ocaqları sağalır, onların yerində xırda çapıq toxuması qalır C) Qlikozaminqlikanlar toplanır, kollagen lifləri destruksiyayaya uğrayır D) Qlikozaminqlikanlar toplanır, hidratasiya baş verir, kollagen lifləri şişir E) Proliferativ qranulomatoz iltihab ocağı formalaşır 73. Revmatizmin Aşoff- Talalayev “çiçəklənən” qranulomasının patomorfoloji komponentləri: 1) Qeyri-aktiv makrofaqlar 2) Mikroskopik müayinə zamanı xırda nekroz oçaqları 3) Fibroblastlar 4) Monosit, limfosit və leykositlər 5) Hiperxrom nüvəli aktiv makrofaqlar A) 1, 3 B) 1, 3, 5 C) 3, 5 D) 2, 3 E) 2, 4, 5 74. Aşoff- Talalayev qranulomasının “solğunlaşan qranuloma” mərhələsinin patomorfoloji komponentləri: 1) Aktiv limfo-leykositar infiltrasiya 2) Kollagen və retikulin lifləri 3) Qranuloma iyəbənzər formadadır 4) Qeyri-aktiv makrofaqlar 5) Fibroblastlar A) 4, 5 B) 1, 3 C) 2, 4 D) 3, 4 E) 1, 2 75. Revmatik vaskulitlərin xarakteri: 1) Mikrosirkulyator damarlarda baş verir 2) Sistem xarakter daşıyır 3) İri kalibrli damarları əhatə edir 4) Təkcə ürək damarlarını əhatə edir 5) Təkcə oynaq damarlarında baş verir A) 1, 2 B) 3, 5 C) 2, 3 D) 2, 4 E) 4, 5 76. Revmatizmin poliartritik formasında oynaqlarda hansı iltihab baş verir? 1) İrinli 2) Hemorragik 3) Seroz 4) Seroz-fibrinoz 5) Kataral A) 3, 4 B) 1, 5 C) 1, 2 D) 2, 4 E) 2, 5 77. Dalağın “soğanaqlı sklerozu” hansı xəstəlik zamanı əmələ gəlir? A) Revmatizm B) Sistem qırmızı qurdeşənəyi C) Revmatoidli artrit D) Soğanaqlı splenit E) Ankilozlaşdırıcı spondilit 78. Kəskin böyrək çatışmazlığından vəfat etmiş xəstənin autopsiyası zamanı böyrək həcmcə böyümüş, kəsikdə alabəzək və qansızmalıdır. Mikroskopik müayinə zamanı böyrək yumaqcıqlarında solğun nüvəli hüceyrələr və hematoksilin cisimcikləri, yumaqcıq kapilyarlarının divarında fibrinoid nekroz ocaqları, mənfəzində hialin tromblar, kapilyarların “məftiləbənzər ilgəklər” formasını alması aşkar olunmuşdur. Diaqnoz: A) Membranoz nefropatiya B) Membranoz qlomerulonefrit C) Lipoidli nefroz D) Lyupus nefrit E) Kəskin qlomerulonefrit 79. Sistem qırmızı qurdeşənəyi zamanı dəridə “kəpənək fiquru” əlamətinin meydana çıxmasının səbəbi: A) Yanaq dərisinin mikrosirkulyator damarlarında vaskulit, birləşdirici toxuma elementlərinin dezorqanizasiyası B) Piy vəzlərinin iltihabı C) Tər vəzlərinin iltihabı D) Yanağın dərisinin hiperkeratozu E) Dermanın iltihabı 80. Qeyd edilən patoloji əlamətləri uyğun xəstəliklərə görə qruplaşdırın: 1) Şeqrenin quru sindromu 2) Düyünlü periarteriit 3) Revmatoidli artrit 4) Qırmızı qurdeşənəyi 5) Revmatizm a) Kiçik xoreya b) Fibroz-sümük ankiloz c) Kserostomiya d) Proliferativ vaskulit e) “Məftiləbənzər” ilgəklər 1 2 3 4 5 A) c d b e a B) a b d e c C) e d b a c D) c e a b d E) b c a d e 81. Lyupus-nefrit üçün xarakterikdir: A) Böyrək stromasının və ara maddənin sklerozu B) Kanalcıq epitellərinin nekrozu C) Yumaqcıq kapilyar ilgəklərinin fibrinoid nekrozu D) Yumaqcıqların doluqanlılığı E) İnterstitsiyanın ödemi 82. Revmatik mənşəli qapaq endokarditinin məntiqi nəticəsi: A) Qapaq taylarının perforasiyası B) Qazanılmış ürək qüsuru C) Atrio-ventrikulyar fibroz halqanın kalsinozu D) Qapaq taylarının amiloidozu E) Diffuz xırdaocaqlı kardioskleroz 83. Revmatizmin serebral formasının patomorfoloji dəyişikliklərinə aiddir: 1) Baş beyində işemik insult 2) Baş beyində hemorragik insult 3) Baş beyində divarları paslı kistalar 4) Baş beyin toxumasına diapedez qansızma 5) Baş beyin toxumasının hipoksiya mənşəli destruksiya ocaqları 6) Destruksiya ocaqlarının ətrafında qliya hüceyrələrinin reaktiv proliferasiyası A) 2, 5 B) 1, 2, 3 C) 3, 4 D) 1, 6 E) 4, 5, 6 84. Revmatizmin beyin formasının inkişaf etməsinin əsasını nə təşkil edir? A) Ümumi intoksikasiya B) Beyin damarlarında revmatik vaskulitlər və hipoksiya C) Beynin kəskin ödemi D) Hialinozla əlaqədar beyin arteriollarının cırılması E) Baş beynin bədxassəli şişləri 85. Sistem qırmızı qurdeşənəyi zamanı baş verən morfoloji dəyişikliklər qrupları içərisində belə qrup dəyişikliklərə rast gəlinmir: A) Reparativ dəyişikliklər B) İmmunkompetent sistemin dəyişiklikləri C) Birləşdirici toxumanın sistem dezorqanizasiyası D) Nüvə patologiyası E) Sklerotik dəyişikliklər 86. Bu xəstəlik zamanı sinovial qişa doluqanlı və ödemlı, şişkin və tutqun rəngdə olur, çoxlu maye ifraz edir və oynaq boşluğuna tutqun ekssudat maye toplanır. Üzüm salxımına bənzər strukturlar əmələ gəlir. Diaqnoz: A) Dermatomiozit B) Sklerodermiya C) Sistem qırmızı qurdeşənəyi D) Revmatizmin poliartritik forması E) Revmatoidli artrit 87. Oynaq qığırdaqlarının destruksiyası və pannusların əmələ gəlməsi hansı xəstəlik zamanı baş verir? A) Revmatizm B) Revmatoidli artrit C) Sklerodermiya D) Qırmızı qurdeşənəyi E) Dermatomiozit 88. İltihabi prosesin və morfoloji dəyişikliklərin xarakterindən asılı olaraq kəskin bronxitin növü: A) Proliferativ B) Kataral C) Latent D) İnterstitsial E) Qranulomatoz 89. Bronxun yalnız daxili qatının iltihabı: A) Panbronxit B) Kəskin bronxit C) Endobronxit D) Daxili bronxit E) Seroz bronxit 90. Krupoz pnevmoniya ağciyərin ən azı hansı hissəsini əhatə edir? A) Həm bronxu, həm də onu əhatə edən alveolları (bronxopnevmoniya) B) Bütöv bir payını (lobar) C) Bir neçə seqmentini (poliseqmentar) D) Bütöv bir paycığı (lobulyar) E) Bir neçə payı (subtotal) 91. Etio-patogenetik xüsusiyyətlərindən asılı olaraq ağciyərlərin emfizemasının bir növü: A) Vakat B) Lobar C) Yarımkəskin D) Atelektatik E) Vikar 92. Xroniki bronxitin morfoloji növləri: A) Atrofik və hipertrofik B) Kompensator və dekompensator C) Sadə və atrofik D) Ekssudativ və proliferatıv E) Endobronxit və peribronxit 93. Klinikada yaş öskürəklə müşayiət olunan xroniki bronxitin morfoloji növü: A) Yaş xroniki bronxit B) İnterstitsial xroniki bronxit C) Sadə xroniki bronxit D) Proliferativ xroniki bronxit E) Ekssudativ xroniki bronxit 94. Krupoz pnevmoniya zamanı ağciyərdə ekssudatın tərkibindən asılı olaraq ekssudativiltihabların hansı növü inkişaf edir? A) Lobar ekssudativ B) İrinli ekssudativ C) Fibrinoz ekssudativ D) Pnevmokok mənşəli ekssudativ iltihab E) Seroz ekssudativ 95. Bronxoektaziya xəstəliyi zamanı ağciyərdə bu xarakter dəyişikliyə rast gəlinir: A) Şanabənzər ağciyər B) Ağciyərdə qırmızı infarkt C) Kavernoz dəyişikliklər D) Ağciyərin kəskin ödemi E) Alveollararası arakəsmələrdə diffuz iltihabi dəyişikliklər 96. İltihabi proses əsas etibarilə diffuz şəkildə ağciyərlərin stromasında gedir. Diaqnoz: A) Xroniki bronxit B) İnterstitsial pnevmoniya C) Bronxopnevmoniya D) Krupoz pnevmoniya E) Bronxoektaziya xəstəliyi 97. Bronxoektaziyanın bronxoektaziya xəstəliyinə keçməsini göstərən ağciyərdən kənar dəyişikliklərdən biri: A) Yarımkəskin qlomerulonefrit B) Cor pulmonale C) Portal hipertenziya D) Pnevmo-renal sindrom E) Qudpasçer sindromu 98. Bronxoektaziyanın bronxoektaziya xəstəliyinə keçməsini göstərən ağciyərdaxili dəyişikliklərdən biri: A) Xroniki bronxopnevmoniya B) Şanabənzər ağciyər C) Hialin membranlar xəstəliyi D) Xroniki bronxit E) Bronx divarlarının deformasiya edərək bayıra doğru qabarması 99. Bu patologiyaları aid olduqları xəstəliklərə uyğun qruplaşdırın: I. Krupoz pnevmoniya II. Bronxoektaziya xəstəliyi 1) Sorulma 2) Xroniki bronxit 3) Boz hepatizasiya 4) Böyrəyin ikincili amiloidozu 5) Şanabənzər ağciyər 6) Plevropnevmoniya I II A) 1, 3, 6; 2, 4, 5 B) 1, 2, 3; 4, 5, 6 C) 2, 4, 5; 1, 3, 6 D) 2, 5, 6; 1, 3, 4 E) 1, 3, 5; 2, 4, 6 100. Ağciyərin interstitsial xəstəliklərinin bir növü: A) Bronxial astma B) Vikar emfizema C) İdiopatik fibrozlaşan alveolit D) Ağciyərlərin xroniki absesi E) Bronxektaziya xəstəliyi